Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-517/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X15 "xxxx" KB ASC-nin Mingəçevir filialının kassa müdiri və qeyd olunan əməllərinə görə Mingəçevir şəhərindən uzaqlaşdırılıb, guya bu çirkin əməllərdən bu adamın xəbəri olmayan kimi başbilənləri bu mənfur hiyləgəri Gəncə şəhər filialına kassa müdürü göndəriblər. "xxxx" KB ASC-nin Mingəçevir şəhər filial müdiri X10 ilə birlikdə oğurluq, talan əməllərini ört-basdır etmək üçün, bu əməlləri onun üstünə atmaq üçün bu yola əl atıblar, ona qarşı şəxsiyyətini alçaldan, şərəf və ləyaqətini təhqir edən, nüfuzuna xələl gətirən böhtan xarakterli məlumatları yaymış, bu məlumatlar əsasında hüquq mühafizə orqanlarına məqsədyönlü müraciətlər etmişlər, hüquq mühafizə orqanlarını belə saxta işlərlə məşğul etməyə belə usanmamışlar. xx.xx.2024-cü il tarixli, 64/C-24 saylı Mingəçevir Şəhər Prokurorluğunun qərarında göstərildiyi kimi, həmin şəxslərin təqdim etdiyi şikayət əsassız olmuş, material üzrə cinayət tərkibi aşkar edilmədiyindən iş başlanmamışdır və bağlanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən şəxsi həyatı haqqında saxta və böhtan xarakterli məlumatlar uydurulmuş, mobil telefon nömrəsinin qeyri-qanuni şəkildə ələ keçirilməsi və rəsmi qeydiyyata salınması prosesində adı hallandırılmışdır. X16 və həyat yoldaşı ilə birlikdə nar mobile xidmətindən adına cinayətkar qruplaşma ilə saxladığı əlaqəli olan nömrə almış və hər şeyi bu nömrədən başlatmışdır, qeyd olunan nömrə ********** nömrəsidir və bu nömrədən cinayətkar qruplaşma ilə əlaqəsini onun üstünə şərləyərək yıxmışdılar, təqdim edilən əsassız ifadələr təsdiqini tapmamışdır. Bu nömrə ilə əlaqəli nar mobilenin 3 nəfər əməkdaşları banka gəlib öz iddialarını X7 bildirmişlər ki, necə olur ki, sizin əməkdaş X16 bu nömrəni aldığı halda niyə həmin nömrəni Mingəçevir şəhər prokurorluğuna şikayət edir. X10 3 nəfər nar mobile işçilərini əsassız olaraq hədə-qorxu gələrək bankdan qovalayıb. Hansı ki bu məsələni tam araşdırmalı, hüquqi faktlar üzə çıxmalı idi, bir də ki niyə araşdırsın axı, çünki bu cinayətin arxasında özü X10 və X11r, məhkəmənin bu əsaslı faktı da nəzərə almağını xahiş edir. Bu hərəkətlər təkcə onun şəxsi hüquqlarına deyil, həm də Unibank-ın daxili etibar və nüfuzuna xələl gətirmişdir və xələl gətirməkdən belə usanmamışlar. Əməkdaşların belə saxta davranışları, bankın adından suiistifadə öz məqsədləri üçün oğurluq, talançılıq əməlləri mühitin zədələnməsi anlamına gəlir. Qərarda açıq-aşkar göstərilir ki, onların təqdim etdikləri ittihamların saxta profil düzəldərək, saxta yazışmaların heç bir hüquqi əsası olmamış, “WhatsApp” yazışmalarının saxta olması ehtimalı qeyd edilmiş, mobil nömrənin onun adına qeyri-qanuni şəkildə rəsmiləşdirilməsi ilə bağlı heç bir hüquqi və faktiki əsas tapılmamışdır. Qərarda əksini tapmışdır ki, adı “bank məlumatlarının qanunsuz əldə edilməsi”, “ünsiyyət vasitələri ilə təhqiramiz mesajlar” kimi təqdim olunmuş iddialarla əsassız şəkildə hallandırılmışdır. Müəyyən edilmişdir ki, təqdim olunmuş fotolar, mobil nömrə qeydiyyatları və digər sübutlar ya üçüncü şəxslər tərəfindən əldə edilmiş, ya da onunla hər hansı hüquqi və faktiki əlaqəsi olmamışdır. Qeyd olunan bütün hallar barəsində “bank məlumatlarını qanunsuz əldə etməyə çalışmaq”, “xarici şəxslərlə qeyri-rəsmi münasibətlər qurmaq”, “şəxsi nömrə alverində iştirak etmək” kimi təhqiredici və nüfuzdan salıcı iddiaların yayılmasına səbəb olmuşdur. X16 "xxxx" KB ASCnin Mingəçevir filialının kassa şöbəsinin şöbə müdürü və "xxxx" KB ASC-nin Mingəçevir şəhər filialının filial müdiri X4 bunların sayəsində "xxxx" KB ASC-nin Mingəçevir filialından saxta tərtib olunmuş əmək müqaviləsi adı ilə işdən uzaqlaşdırılmışdır. O, "xxxx" KB ASC-nin Baş İdarəsində baş vermiş hadısə ilə bağlı dəfələrlə qəbula düşmək istəsə də, baş vermiş hadisəni açıqlamasını vərməyinə nə şərait yaradılıb, nə də qəbul edilmişdir, maraqlı olan şəxslər qarşısını süni maneələr yaradaraq baş vermiş anlaşılmazlıqla bağlı etirazını bildirə bilməmişdir. Ümüd edir ki, "xxxx" KB ASC-nin rəhbərinə həqiqəti düzgün məlumat versə idilər bu vəziyyət və onun əsassız, qurma yollarla əmək məcəlləsində olan qanunlara istinad edərək 360 dərəcə hüquqlarını pozaraq işindən uzaqlaşdırmışdılar, halbuki himayəsində sağlamlığı məhdud az yaşlı övladı ilə birgə himayəsində 3 uşağı olan tək anadır. AR Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş böhtan əməlləri yəni yalan, rüsvayedici məlumatların yayılması, AR Cinayət Məcəlləsinin 148-ci maddəsi şəxsi ləyaqətin və nüfuzun təhqir olunması - bu halların hər ikisi təqdim etdiyi prokurorluq qərarı ilə təsdiq olunmuşdur. Onun ailə şəraitinə və psixoloji durumuna ciddi təsir göstərilmiş, çünki övladı səhhətində problem yaşayan azyaşlıdır və bu cür ictimai ləkələnmələr ailə içində ciddi sarsıntılara səbəb olmuşdur. İttiham edilən şəxslər tərəfindən yayılmış bu böhtanlar təkcə onun yox, həmçinin iş yerinin nüfuzuna – "xxxx" KB ASC-nin etibarına da zərbə vurmuşdur. Təqsirləndirilən şəxslərin yalan və böhtan xarakterli məlumatları yaymaları nəticəsində onun iş yerində və cəmiyyətdə şəxsi nüfuzuna ciddi xələl gəlmiş, sosial etibarı sarsılmışdır, ailəsinə və xüsusilə xəstə azyaşlı övladına qarşı mənəvi və psixoloji təzyiq artmışdır, böhtan xarakterli materiallar nəticəsində işsiz qalmış və dolanışığı ciddi şəkildə pozulmuşdur. Bütün bu hallar onu depressiya və ciddi sağlamlıq pozuntuları həddinə çatdırmış, həyat və yaşayış şəraitində ağır dəyişikliklərə səbəb olmuşdur. Nəticə etibarilə ona təqsirləndirilən şəxslər tərəfindən ən azı 10.000 (on min) manat miqdarında maddi ziyan, həmçinin ölçüyəgəlməz mənəvi zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınmaqla X16 və X4 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair işə baxılmasını, təqsirləndirilən şəxslərin "xxxx" KB ASC-nin əməkdaşları olduğunu nəzərə alaraq, bu hüquqi prosesdə "xxxx"ın nümayəndəsinin məhkəmə prosesinə cəlb edilməsini, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın müəyyən olunaraq 10.000 (on min) manat məbləğində kompensasiyanın onlardan alınması barədə qərar qəbul edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxslərin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini və X4 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, bu əməllər "xxxx" KB ASC-nin sifarişi əsasında törədildiyi üçün ASC-nin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilmiş şəxslər X16 və X10 şikayətin əsassız olduğunu bildirərək icraata qəbul edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X6 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 müdafiəçisi Müdafiəçi X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin qərarın 12-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 xüsusi ittiham qaydasında şikayətində barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin Mingəçevir şəhərində onun barəsində yalan və böhtan xarakterli məlumatları yaymalarını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə ehtimal edilən cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X4 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 və X9 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 və X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-517/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-517/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver