Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-52/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran şəhəri, V.Abdullayev küçəsi, ev 43-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 50 manat pul müqabilində satış məqsədilə qanunsuz olaraq 0,902 qram çəkidə narkotik vasitə heroini və 0,531 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin bir bükümdə 0,292 qram hissəsini həmin günü Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanışı X6 5 manat pula satmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin məkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü saat 18:20-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,333 qram, 0,133 qram və 0,144 qram olmaqla, ümumi təmiz çəkisi 0,610 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,273 qram və 0,258 qram olmaqla, ümumi təmiz çəkisi 0,531 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitənin istifadəçisi olsa da, onların satışı ilə məşğul olmur. 02.08.2021-ci il tarixdə “Kubinka” ərazisində polis əməkdaşları onu saxlayaraq avtomobilə əyləşdirmiş, bu zaman maşında digər şəxs də var idi. Sonra polis idarəsinə gətirilmiş, orada onun üzərinə 5 büküm narkotik qoyulub guya onların ondan aşkar olunduğu göstərilmişdir. İdarədə həm ona, həm də Abbasa təzyiq göstərilmiş, sonuncu da polis əməkdaşlarının təkidi ilə guya narkotiki ondan aldığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 02.08.2021-ci il tarixdə günorta vaxtlarında “Kubinka” adlanan əraziyə gedərək “Bibiqulu” kimi tanıdığı şəxslə görüşüb ondan 5 manata heroin və metamfetamin almışdır. Həmin günü Nəsimi rayonu, İ.Əbilov küçəsində dayanan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə olan zaman onunla şihahi sorğu-sual edilərkən o, narkotik vasitə aludəçisi olduğunu bildirib üzərində narkotikin olmasını demişdir. Daha sonra onun üzərində videoçəkiliş vasitəsilə axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Məhkəmə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində daşıması ilə bağlı 02.08.2021-ci il tarixdə, saat 18:00 radələrində Abbas adlı şəxsi Nəsimi rayonunun ərazisində “Kubinka” deyilən yerdə saxlayarkən, sonuncu üzərində narkotikin olduğunu etiraf edib onu bir müddət əvvəl Bibiqulu adlı şəxsdən aldığını demişdir. Bununla bağlı şöbənin əməkdaşları X2 və Şahid3 ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsində nömrəsiz evin qarşısında saat 18:10 radələrində Bibiqulu adlı şəxsi də saxlamışlar. Hər iki şəxs polis idarəsinə aparılmış və oradan onların üzərlərində axtarış keçirilmişdir. Abbas adlı şəxsin üzərində axtarış keçirilərkən ondan narkotik vasitə aşkar edilmiş və o, bunu Bibiqulu adlı şəxsdən 5 manata bildirmişdir. Şəxsiyyəti sonradan onlara tam məlum olan Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim olunması təklif edilmiş, sonuncu da əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 05 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümün içərisi açılaraq onun içərisində olan maddənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs onların heroin və metamfetamin olduğunu, bu maddələri 02.08.2021ci il tarixdə “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sual edilərək Abbas adlı şəxsə 5 manata narkotikin satıb-satmaması soruşulduqda o, Abbasa 5 manata bir büküm heroin satdığını etiraf etmişdir. Məhkəmə istintaqında şahidlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin əməliyyat müvəkkilləri X2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 02.08.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Sonra Bibiqulu bildirir ki, bükümün içərisində “şüşə” və “kokos” var. Həmin büküm açıldıqda onun içərisindən 5 ədəd kağızda müxtəlif maddələr aşkar olunur. Bibiqulu onları “Kubinka”dan 50 manata satış üçün aldığını söyləyir və Abbas adlı şəxsə də 5 manata narkotiki satdığını deyir (İ cild, i.v.48-50, disk); “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs ifadələrində göstərir ki, bir müddətdir narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. 02 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat ödəməklə 03 büküm “kokos” və 02 büküm metamfetamin almışdır. Lakin həmin bükümlərdən istifadə etməmiş və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Bundan sonra yaşadığı yerə gəlmişdir. Həmin günü saat 18:20-də Bakı şəhəri, Nəsimi rayon, İ.Əbilov küçəsində dayanan zaman 2 mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını demişlər. Bundan sonra həmin iki şəxs əməliyyat məlumatların olduğunu və onun üzərində narkotik maddə olduğunu demişlər. O da heç bir etiraz etməmiş və onu idarəyə gətirmişlər. Daha sonra dəvət edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt ondan üzərində hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O da ayağa qalxaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanını çıxarıb təqdim etmiş və üzərində başqa heç bir əşya və ya maddə olmadığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş və heç bir əşya və ya maddə aşkar edilməmişdir. Təqdim etdiyi sellofana baxış keçirilən zaman siqaretin qara rəngli kağızına bükülmüş 3 ədəd və gümüşü rəngli kağızına bükülmüş 2 ədəd, ümumilikdə isə 5 ədəd büküm aşkar olunmuşdur. Ondan həmin bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O da həmin bükümlərin içərisində “kokos” və “şüşə” kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Bundan başqa xidməti otaqda onunla birlikdə tutulan X3 götürülən 1 büküm narkotik maddəni onun satdığını soruşduqda o, səmimi olaraq həqiqətən də həmin narkotik maddəni 5 manata Abbasa satdığını etiraf etmişdir. Eyni zamanda o, Abbasa metamfetamin satmamışdır. Bundan sonra ondan həmin narkotiki haradan əldə etməyi barədə soruşulduqda o, onu da 02.08.2021-ci il tarixdə “Kubinka”dan tanımadığı şəxsdən aldığını bildirmişdir. Saxlanıldığı zaman və Nəsimi Rayon Polis İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır” (İ cild, i.v.71-72, 96-100); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03.08.2021-ci il tarixli, 6/3261 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən 03 ədəd bükümdə ayr-ayrılıqda təmiz çəkiləri 0,333, 0,133 və 0,144 qram, ümumi təmiz çəkisi 0,610 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,273 və 0,258 qram, ümumi təmiz çəkisi 0,531 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,490 qram, metamfetaminin - 0,431 qram, aparılmış tədqiqatın dəyəri isə 65 manat təşkil edir (İ cild, i.v.58-60); Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin Ambulator X1 haqqında 06.10.2021-ci il tarixli, 3798 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.136-137); “Sübutların qiymətləndirilməsi haqqında haqqında” 09.10.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,490 qram çəkidə narkotik vasitə olan heroin və 0,431 qram çəkidə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, onun Abbas Musayevə metamfetaminin satması faktı öz təsdiqini tapmadığından bu xüsusatla bağlı ona ittiham verilməmişdir (İ cild, i.v.143-149); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02.08.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.111-115); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.08.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorgu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.118); X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli, 1(006)-39/2022 saylı hökmündən görünür ki, A.Musayevin Təqsirləndirilən şəxs əldə etdiyi və üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi 0,292 qramdır (İİ cild) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında qeyd olunur ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür (8-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 02 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,490 qram çəkidə narkotik vasitə olan heroin və 0,431 qram çəkidə metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,490 qram çəkidə narkotik vasitə olan heroin və 0,431 qram çəkidə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-52/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-52/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver