Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-52/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, müdafiəçi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla 2 uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 aprel 2009-cu il tarixdən 21 noyabr 2016-cı il tarixədək Azerbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük mühafizə xidmətinin böyük mühafizəçisi vəzifəsində işləyərkən həmin Komitənin sədrinin əmri ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinə ezam olunduğu müddət ərzində ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyatının aparılması ilə bağlı işlərdə faktiki olaraq iştirak etdiyi üçün qulluq mövqeyindən istifadə edib xarici ölkələrdən sərfəli qiymətə avtomobil gətirəcəyini bildirib tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə uzun müddət tanıdığı, Zərərçəkmiş şəxs1 ona olan etibarından sui-istifadə edərək ona xarici ölkələrdən ucuz qiymətə “Toyota Camry” markalı avtomaşın gətirəcəyini yalandan vəd etməklə aldadaraq N.Raminin 24 fevral 2016-cı ildə Qəbələ şəhərində yerləşən «Kapitalbank» filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə onun adına göndərdiyi həmin tarixə milli valyuta ilə məzənnəsi 10,089 manat olan 6470 ABŞ dolları məbləğində pulunu "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 889-cu məhəllə, ev 82-də yerləşən “Rabitə” bank filialından götürməklə verdiyi vədə əməl etmədən ələ keçirib, qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 2016-cı ilin may ayının sonlarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük mühafizə xidmətinin böyük mühafizəçisi vəzifəsində işləyərkən həmin Komitənin sədrinin əmri ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinə ezam olunduğu müddət ərzində ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyatının aparılması ilə bağlı işlərdə faktiki olaraq iştirak etdiyi üçün qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 37.000 manat qarşılığında xarici ölkədən sərfəli qiymətə «X19» markalı avtomobil gətizdirəcəyi barədə yalandan vəd verməklə aldadaraq və onun etibarından sui-istifadə edərək ondan qeyd olunan məbləğin həmin tarixə milli valyuta ilə məzənnəsi 32.833 manat olan 22.000 ABŞ dolları hissəsini Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında yerləşən “Ocaq” kafesində özünün göndərdiyi Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs3 aldıraraq yaşadığı ünvan 3 ünvanının qarşısında ələ keçirib verdiyi vədə əməl etməyərək qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, 2016-cı ilin may ayının sonlarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük mühafizə xidmətinin böyük mühafizəçisi vəzifəsində işləyərkən həmin Komitənin sədrinin əmri ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinə ezam olunduğu müddət ərzində ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyatının aparılması ilə bağlı işlərdə faktiki olaraq iştirak etdiyi üçün qulluq mövqeyindən stifadə etməklə, tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu sonuncunun bacanağı Zərərçəkmiş şəxs2 15.200 manata, yeni sərfəli qiymətə xarici ölkələrdən “X24” markalı avtomobil gətizdirəcəyi barədə yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 xx.xx.2016-ci il tarixdə «Kapitalbank»ın Naxçıvan şəhərində yerləşən filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə onun adına göndərdiyi 15.200 manat məbləğində pulu "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 889-cu məhəllə, ev 82-də yerəşən “Rabitə” filialından götürməklə, ələ keçirib, verdiyi vədə əməl etmədən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, 2016-cı ilin avqust ayının əvvəllərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük mühafizə xidmətinin böyük mühafizəçisi vəzifəsində işləyərkən həmin Komitənin sədrinin əmri ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinə ezam olunduğu müddət ərzində ölkəyə gətirilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və dövlət qeydiyyatının aparılması ilə bağlı işlərdə faktiki olaraq iştirak etdiyi üçün qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə uzun müddət tanıdığı Zərərçəkmiş şəxs1 bazar qiyməti təxminən 12.000-13.000 manat olan «Mersedes ML» markalı avtomobili 10.000 manata sata biləcəyini bildirib həmin avtomobilə dair aralarında razılaşdıqları son qiymət olan həmin tarixə milli valyuta ilə məzənnəsi 9.572 manat olan 6000 ABŞ dolları məbləğində pulu N.Raminin göstərişi ilə onların ortaq dostu olan Zərərçəkmiş şəxs3 İbrahim oğlundan Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında yerləşən “Ocaq” kafesində özünün göndərdiyi taksi fəaliyyəti ilə məşğil olan Şahid3 vasitəsilə aldıraraq, yaşadığı ünvan 3 ünvanının qarşısında Şahid3 almış, bundan sonra avtomobilin ikinci açarını N.Raminə verərək ondan şəxsiyyət vəsiqəsini götürmüş, növbəti gün avtomobili onun adına qeydiyyata salaraq evakuator vasitəsilə yaşadığı Qəbələ şəhərinə göndərəcəyini yalandan vəd edərək, etibardan sui-istifadə etmə vs aldatma yolu ilə özgə əmlakını ələ keçirib, verdiyi vədə əməl etmədən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, 21 noyabr 2016-cı il tarixdə gömrük orqanlarından xaric edilməsinə baxmayaraq 2017-ci ilin fevral ayının sonlarında tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə ortaq tanış olan mərhum X4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 gömrük orqanlarında işlədiyinə inandıraraq, onun Rusiya Federasiyasından gətizdirdiyi “Lexus LX570C” markalı avtomobili nəzərdə tutulmuş gömrük rüsumunun ödənilərək gömrükdən keçirilməsində köməklik edəcəyinə, sənədləşmə prosesini sürətləndirəcəyinə və yarana biləcək problemlərin qarşısını alacağına dair yalan vəd verməklə aldadaraq Zərərçəkmiş şəxs4 və qayınatası Şahid5 ilə özünün yaşadığı ünvan 4 ünvanının qarşısında görüşmüş və onlardan 24.900 manat pulu şəxsən alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək həmin avtomobilin gömrük rüsumunu ödəmədən, gömrükdən keçirilməsinə dair heç bir köməklik göstərmədən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, 21 noyabr 2016-cı il tarixdə gömrük orqanlarından xaric edilməsinə baxmayaraq, 2017-cilin mart ayının sonlarında tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 gömrük orqanlarında işlədiyinə inandıraraq, sonuncunun iş yoldaşı olmuş X6 xahişi ilə xarici ölkədən gətizdirdiyi “Mercedes Benz” markalı avtomobilin gömrükdən keçirilməsində köməklik edəcəyinə dair yalan vəd verməklə aldadaraq, bunun qarşılığında Zərərçəkmiş şəxs4 özünün yaşadığı ünvan 3 ünvanının qarşısında əvvəlcədən razılaşdıqları məbləğin 12.000 manatın əvəzinə, həmin tarixə milli valyuta ilə məzənnəsi 13260 manat olan 7700 ABŞ dolları məbləğində pulu alaraq ələ keçirmiş, lakin həmin avtomobilin gömrük rüsumunu ödəmədən, gömrükdən keçirilməsinə dair heç bir köməklik göstərmədən, verdiyi vədə əməl etmədən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, 21 noyabr 2016-cı il tarixdə gömrük orqanlarından xaric edilməsinə baxmayaraq xx.xx.2017-ci il tarixdə tamah niyyəti ilə dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində sərnişin nəqliyyat şöbəsinin böyük inspektoru vəzifəsində işləmiş istintaqla şəxsiyyətləri müəyyən edilməyən ortaq tanışları vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 gömrük orqanlarında işlədiyinə və rəhbər şəxslərin adlarını çəkərək onlarla ünsiyyətinin olduğuna inandıraraq, Zərərçəkmiş şəxs5 rüşvət alması faktı üzrə barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində aparılan araşdırmanın sonlandırılması və həmin X13 Postuna vəzifəyə təyin edilməsinə köməklik edəcəyinə dair yalandan vəd verməklə aldadaraq və onun etibarından sui-istifadə edərək sonuncudan 15000 manat pul vəsaitini ünvan 5 ünvanı yaxınlığında özünün şəxsi sürücüsü kimi təqdim etdiyi taksi fəaliyyəti ilə məşğul olan Şahid4 vasitəsilə Zərərçəkmiş şəxs5 aldadaraq yaşadığı ünvan 3 ünvanının qarşısında ələ keçirib verdiyi vədə əməl etməyərək qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, 21 noyabr 2016-cı il tarixdə gömrük orqanlarından xaric edilməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə tamah niyyəti ilə dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləmiş X5 vasitəsi ilə tanıdığı və sonuncunun yeznəsi Zərərçəkmiş şəxs7 gömrük orqanlarında işlədiyinə inandıraraq, ona Estoniya Respublikasından ucuz qiymətə “Hyundai Sonata” markalı avtomaşın gətirəcəyini yalandan vəd etməklə aldadaraq Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4lə Bakı şəhəri, X15 yerləşən “İceberg” adlanan kafedə görüşmüş və Zərərçəkmiş şəxs7 həmin tarixə milli valyuta ilə məzənnəsi 11390 manat olan 6.700 ABŞ dolları və 610 manat məbləğində, ümumilikdə 12.000 manat pulu şəxsən alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, 21 noyabr 2016-cı il tarixdə gömrük orqanlarından xaric edilməsinə baxmayaraq, xx.xx.2018-ci il tarixdə tamah niyyəti ilə dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 vasitəsilə tanıdığı sonuncunun əmisi oğlu Zərərçəkmiş şəxs6 gömrük orqanlarında işlədiyinə inandıraraq, sonuncunun Almaniya Federativ Respublikasından gətizdirdiyi “Mercedes” markalı furqon tipli avtomobili nəzərdə tutulmuş gömrük rüsumundan daha az məbləğdə ödənişlə sənədləşmə prosesini həyata keçirəcəyinə dair yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs6 və R.Sadıqovla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospketi 86 ünvanı yaxınlığında görüşmüş və Zərərçəkmiş şəxs6 11000 manat pulu şəxsən alaraq ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək, həmin avtomobilin gömrük rüsumunu ödəmədən, gömrükdən keçirilməsinə dair heç bir köməklik göstərmədən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1lə Naxçıvan MR-də orta məktəbdən tanışdır. Ramin ondan bir neçə yaş böyük olduğundan yuxarı sinifdə təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra yenə Raminlə birlikdə Naxçıvan MR-də yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşlar. Hərbi xidməti başa vurduqdan sonra da müəyyən vaxtlarda Raminlə telefon əlaqəsi saxlamış, imkan olduğu təqdirdə isə görüşmüşlər. Ramin Qəbələdə yaşadığından sonuncu ilə tez-tez görüşə bilməsələr də mütəmadi telefon əlaqələri olmuşdur. Bu səbəbdən də Ramin onun Dövlət Gömrük Komitəsində işlədiyini də bilmişdir. Təxminən 2015-ci ilin sonları, 2016-cı ilin əvvəllərində Ramin istifadəsində olan mobil nömrəyə zəng vuraraq təxminən 2 ay bundan əvvəl idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsini, hadisədən sonra avtomobilinin tam yararsız vəziyyətə düşməsini bildirib hal-hazırda maşınsız olmasına görə özünə xaricdən normal vəziyyətdə olan avtomobil gətirilməsində köməklik göstərməyini ondan xahiş etmişdir. Raminlə aralarında olan söhbətlər zamanı Ramin onun DGK-də işləməyindən və xarici ölkələrdən Azərbaycan Respublikasına nəqliyyat vasitələrinin idxal olunması fəaliyyəti ilə məşğul olan bəzi şəxslərlə əlaqələrinin olmasından məlumatlı olmuşdur. Məhz buna görə də Ramin xaricdən münasib qiymətə normal vəziyyətdə avtomobil gətirmək üçün ona müraciət etmişdir. O da Raminə köməklik göstərərək “Hyundai Santafe” markalı avtomobili ucuz qiymətə, yəni 25.000 manata gətirmək imkanın olduğunu, həmçinin avtomobilin nömrəsiz olacağını bildirmişdir. Qeyd etmişdir ki, həmin avtomobil 2014-cü il buraxılışlı olmuşdur. Ramin də avtomobilin vəziyyəti ilə maraqlandıqda o, Raminə avtomobilin vəziyyətinin normal olduğunu, bəyənmədiyi təqdirdə isə avtomobili qaytarmaq imkanının olduğu barədə məlumat vermişdir. Ramin avtomobili almağa razılaşmışdır. Həmin dövrdə adı çəkilən maşının bazar qiyməti təxminən 31-32 min manat olmuşdur. Lakin tanışları vasitəsilə həmin maşının 25.000 manata gətirə bilmişdir. Ramın göstərilən miqdarda pulunun olmadığını bildirərək, həmin məbləğin yalnız yarısını təşkil edə biləcəyini söyləmişdir. O da Ramini uzun müddətdir ki, tanıdığından və Raminlə yaxın münasibətlərdə olduğundan 25.000 manatın yarısını ödəmək şərti ilə həmin avtomobili Raminə gətirtməyə razılıq vermişdir. Ramin də ona təşəkkür edib ən qısa zamanda Bakı şəhərinə gəlib onunla görüşərək həmin məbləğdə pulu ona çatdıracağını bildirmidir. 2016-cı ilin fevral ayında Ramin dostu Əli vasitəsilə ona 10.000 manat məbləğində pulu çatdırmışdır. Bildirmişdir ki, pul onun özünün xahişi ilə Elxan adlı taksi sürücüsü vasitəsilə ona çatdırılmışdır. Bir az sonra o Raminlə əlaqə saxlayaraq pulun ona çatdığını bildirmişdir. Ramin pulun qalan hissəsini də bir ay müddətində ona çatdıracağını bildirmişdir Daha sonra Ramin ona 3700 manat vermişdir. Sifarişi ABŞ-da yaşayan Hasan adlı türk vətəndaşı vasitəsilə etmişdir. Bundan əvvəl də tanıdığı və ona yaxın olan bəzi şəxslər üçün avtomobillər gətirtmişdir. Avtomaşınların pullarını isə Hasanın təklifi ilə sonuncunun tanışı olan Zahid adlı şəxsə vermişdir. 13.700 manatı da Zahidə təqdim etmişdir. Raminə söz verdiyi “X24” markalı avtomaşının Bakı şəhərinə gəlməsi yubandığı üçün Zahidin təklifi ilə və sonuncunun vasitəsilə Raminə Bakı şəhərində olan bir “X24” avtomaşını təklif olunmuşdur. Ramin bununla razılaşdığı üçün maşın Raminin təklifi ilə sonuncunun dostu olan Zaur adlı şəxsin adına qeydiyyatdan keçirilmiş və maşın onun tərəfindən 2016-cı ilin aprel ayının 28-də Raminə təqdim olunmuşdur. Lakin Raminlə aralarında bir razılaşma da olmuşdur. Belə ki, Raminə pulun yerdə qalan hissəsini vermək üçün tələsdirməyəcəyini, hətta işlər yaxşı getsə ola bilsin ki, Ramindən əlavə olaraq hər hansı bir məbləğdə pul almayacağını, lakin həmin avtomobili yaxşı qiymətə satmaq imkanı olduğu hada lazım gələrsə avtomobili satmağa razı olmasını izah etmişdir. Ramin də onun qeyd etmiş olduğu bütün şərtlərlə razılaşmışdır. “X24” markalı avtomobilə **-OV-*** dövlət qeydiyyat nişanı bağlanmışdır. Həmin nömrə üçün 930 manat məbləğində xərci çıxmışdır. Raminlə aralarında olan razılaşmaya əsasən o, ucuz qiymətə avtomobil olduğunu halda Raminə bildirməli olmuşdur. 2016-cı ilin fevral ayının əvvəllərində o, Raminlə danışdığı zaman ucuz qiymətə “Toyota Camry” avtomobilinin təklif olunduğunu bildirmişdir. Həmin avtomobil üçün Ramin ona 24 fevral 2016-cı ildə Qəbələ şəhərində yerləşən «Kapıtalbank» filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə onun adına göndərdiyi 6470 ABŞ dolları məbləğində pulu bankın Bakı şəhərində Nərimanov rayonunda yerləşən filialından götürmüşdür. Ramin həmin maşının dəyərini, o isə rüsum və yol xərcini ödəməli olmuşdur. Daha sonra həmin maşın satıldıqdan sonra öz pulunu və əldə olunmuş xeyirin bir hissəsini götürməli olmuşdur. Sonradan həmin maşını Bakıya düşündükləri qiymətə gətirib çıxara bilmədiyi üçün ala bilməmişdir. Raminin də ona “X24” maşınının alınması zamanı borcu qaldığı üçün artıq o da həmin məbləği Raminə qaytarmamışdır. Həmin vaxt Raminə bu vəziyyəti izah etmişdir. 2016-cı ilin may ayında Ramin ona zəng vuraraq Əli adlı bir nəfər dostunun olmasını bildirib sonuncuya da xaricdən ölkəyə idxal olunacaq avtomobillərin içərisindən normal vəziyyətdə olan «X19» markalı avtomobil gətirməyə köməklik göstərməyini xahiş etmişdir. O yenə də normal vəziyyətdə «X19» markalı avtomobil olub-olmamasını maraqlanıb konkret cavab verəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra yenidən Raminə zəng vuraraq normal vəziyyətdə 2013-cü il istehsallı qara rəngli «X19» markalı avtomobil olmasını və həmin avtomobili ölkəyə gətirilməsi işini təşkil edə biləcəyimi bildirmişdir. Ramin də avtomobilə görə nə qədər məbləğ ödənilməli olmasını soruşanda o həmin məbləğin 36-37 min manat təşkil edəcəyim bildirmişdir. Bu söhbətdən sonra təxminən may ayının sonu iyun ayının əvvəllərində onun təklifi ilə Əli Elxan adlı tanışına 22.000 ABŞ dolları məbləğində pulu təqdim etmiş, o da Raminə pulu aldığını bildirmişdir. Aralarında olan razılaşmaya əsasən danışdıqları 2013-cü il istehsallı qara rəngli «X19» markalı avtomobil 3 ay müddətində ölkəyə idxal olunmalı olmuşdur. Bir müddət sonra o Əliyə həmin ərəfələrdə avtomobil bazarında normal vəziyyəti olan avtomobillərin olmadığını bildirib alınmadığı halda sonuncudan almış olduğu 22.000 ABŞ dolları məbləğində pulu tam tərkibdə qaytaracağını söyləmişdir. Əli özü də demiş olduğu şərtlərlə razılaşmışdır. Çünki “X19” avtomobilinin mühərrik həcmi çox böyük olduğundan onu göstərilən məbləğə gətirib çıxara bilməməkdən çəkinmişdir. Həmin maşının münasib qiymətə gətirilməsi baş tutmadığı üçün gətirə bilməmişdir. Bundan sonra 2016-cı ilin təxminən yenə də may ayında Ramin yenidən onunla telefon əlaqəsi saxlayaraq bacanağı olan Elnur adlı şəxsə də xarici ölkələrdən Azərbaycana idxal olunacaq avtomobillərin içərisindən ağ rəngli «Hyundai Santafe» markalı avtomobil təşkil etməyi xahiş etmişdir. Bildirmişdir ki, həmin vaxta qədər o Raminin bacanağı olan Elnur adlı şəxsi tanımamış və sonuncu ilə aralarında hər hansı bir münasibət olmamışdır. Raminin xahişinə görə sonuncunun bacanağı Elnura istədiyi maşınla bağlı araşdırma aparıb məlumat verəcəyini bildirmişdir Təxminən 4-5 gün sonra o Raminə zəng vurub 1 ədəd qara rəngli 2013-cü il istehsallı «Hyundai Santafe» markalı avtomobil olmasını, lakin həmin avtomobilin ölkəyə idxal olunmasının 15.200 manat məbləğində başa gələcəyini bildirmişdir. Ramin təklifi ilə razılaşaraq hər hansı bir etirazının olmadığını və bir neçə günə 15.200 manat məbləğində pulu ona çatdıracağını bildirmişdir. Təxminən 3-4 gün sonra Ramin "xxxx" vasitəsilə öz adına 15.200 manat məbləğində pul vəsaitini dostunun adı ilə ona göndərmişdir. O da həmin 15.200 manat məbləğində pulu götürüb qara rəngli 2013-cü il istehsallı «Hyundai Santafe» markalı avtomobili idxal etmək üçün tam tərkibdə pulun Hasan adlı türk vətəndaşına göndərilməsini təmin etmişdir. Raminə görə həmin maşından heç bır qazanc və ya xeyir əldə etməmişdir. Bir neçə gündən sonra Ramin özü onunla telefon əlaqəsi saxlayaraq Elnurun fikrini dəyişərək qara deyil, ağ rəngli avtomobil istəməsini bildirmişdir. O da Raminə artıq qara rəngli maşının sifariş edildiyini bildirərək yenə də əlaqəsi olduğu şəxslərlə danışıb bu barədə yekun bir cavab verəcəyini söyləmişdir. Bundan sonrakı müddət ərzində yaxın əlaqələrim olan şəxslərdən xarici ölkələrin avtomobil bazarında bahalaşmanın olmasını və buna görə də avtomobil bazarında durğunluğun müşahidə olunmasını öyrənmişdir. Ona görə də Elnur üçün sifariş edilməli olan 2013-cü il istehsallı «Hyundai Santafe» markalı avtomobilin ölkəyə idxal olunması məsələsini reallaşdıra bilməmişdir. Çünki həmin avtomobilin ölkəyə idxal olunması Elnur ilə razılşdıqları qiymətdən artıq qiymətə başa gəlmişdir. Bundan sonra da Hasanla arasında olan digər pul məsələlərinə görə həm 15.200 manatı sonuncudan geri ala bilməmiş, həm də bundan başqa da sonuncuya verməli olduğu digər pulları da verərək aralarında olan haqq-hesabı bağlamışdır. Həmin vaxt artıq Elnur və Əli ondan pullarını tələb etdikləri üçün o Raminə ucuz qiymətə satdığından sonuncuya satdığı “X24” markalı avtomobili daha baha qiymətə satıb Elnur və Əlinin pullarını qaytarmağı təklif etsə də Ramin bununla razılaşmamışdır. Əli özünün tələsmədiyini bildirərək ilk əvvəl Elnurun pulunu qaytarmağı ona bildirmişdir. xx.xx.2016-cı il tarixdə Ramin ona zəng edərək Elnurun maşından ötrü narahat olduğunu və görüşmək istədiyini bildirmişdir. «Gənclik» metro stansiyasının yanında «Atatürk» parkında Ramin və Elnurla görüşmüşlər. Söhbət zamanı Elnur “X24"nin nə vaxt gəlib çıxacağını soruşmuşdur. O da həm Raminə həm Elnura maşınların gəlib çıxacağını bildirmişdir. Əvvəlcə Elnurun “X24”-sini qısa zaman sonra, sonrakı həftə isə Raminin “Toyota Camry”sini gətiriləcəyini qeyd etmişdir. Elnur ondan maşının niyə belə gec gəldiyini soruşduqda o avtomaşının gəlişində problemlər olduğunu qeyd etmişdir. Həmçinin Əliyə sifariş etdikləri “X19” avtomobilini də “Toyota Camry” ilə birlikdə təqdim edəcəyini qeyd etmişdir. O həmin gün Mercedes ML” markalı avtomaşını ilə oraya getmişdir. Söhbət əsnasında Ramin “Mercedes ML” markalı avtomaşının qiymətinin nə qədər olduğunu soruşmuş, o da Raminə həmin avtomaşının qiymətinin 12-13 min dollar ətrafında olduğunu demişdir. Bundan sonra bu barədə aralarında heç bir söhbət olmamış və sağollaşıb ayrılmışlar. Təxminən bir həftə sonra “Ocaq” kafesində Elnur, Ramin və Əli ilə birlikdə görüşmüşlər. Söhbətləri yenə də maşınların aqibəti ilə bağlı olmuşdur. Həmin vaxt söz verdiyi maşınların gəlib çıxmayacağını barədə məlumatlı olmuşdur. Lakin başqa kanallar vasitəsilə Gürcüstan və Litvadan həmin avtomobilləri gətirə biləcəyi ümidi ilə həmin şəxslərə bir müddət daha gözləmələrini demişdir. Elnurun ondan maşın tələb etdiyi dövrdə pulunu qaytarmağı təklif etsə də Elnur ancaq maşınını istədiyini qeyd etmişdir. Əli isə maşının gəlməyinin yubanmasının problem olmadığını və pulu geri istəmədiyini, bir müddət daha gözləyə biləcəyini və sağollaşaraq ayrılmışlar. Təxminən bir həftə sonra avqust ayının ortalarında, sonlarına yaxın Raminə zəng edərək, Ramindən ona 10.000 manat borc pul verməsini xahiş etmişdir. Ramin isə problem olmadığını və bir müddət gözləməyini demişdir. Ramin qısa müddət sonra ona zəng edərək Əlinin vasitəsilə 6000 ABŞ dolları verə biləcəyini dedikdə o, 10-15 gün ərzində pulu qaytaracağını qeyd etmişdir. Bundan sonra Əli Elxan vasitəsilə pulu ona çatdırmışdır. O Raminə zəng edərək, ona təşəkkür etmiş, ola bilsin ki, “Mercedes ML” markalı avtomobili öz adına keçirəcəyini, həmçinin əgər istəsə maşını ona 10.000 ABŞ dollarına verə biləcəyini demişdir. Ramin isə o zaman aralarında heç bir alış-veriş qalmayacağını qeyd etdikdə, o, Ramindən 6000 ABŞ dolları aldığını maşını isə 10.000 ABŞ dollarına təklif etdiyini demişdir. Ramin bununla razılaşmadığı üçün, o maşını bir qədər də ucuz qiymətə təşkil edə bilsə maşını evakuator vasitəsilə Qəbələ şəhərinə göndərəcəyini sonuncuya bildirmişdir. Bundan sonra həmin “Mercedes ML” markalı avtomaşın daha baha qiymətə satıldığı üçün artıq Raminə göndərə bilməmişdir. Ramin və Elnur məndən avqust ayının sonlarında yenidən maşın tələb etdikləri üçün onlarla birlikdə Babək prospektində yerləşən adını xatırlamadığı bir avtosalona getmiş, orada “X24” markalı avtomaşına beh vermişdir. Həmin vaxt Elnur və Ramin onu kifayət qədər sıxışdırdıqları üçün o məcbur qalaraq maşını behləyib və həmin maşını almağa lazım olan pulu axtarmağa çalışmışdır. Lakin sonradan həmin avtosalonda baxdıqları maşını da ala bilmədiyi üçün verdiyi 300 manat behdən əlavə yenidən 400 manat da xərcə düşmüşdür. Bildirmişdir ki, həqiqətən də Zərərçəkmiş şəxs2 söz verdiyi X24Zərərçəkmiş şəxs3 söz verdiyi X19avtomobillərini gətirə bilməmişdir. Çünki, Elnur və Əliyə söz verdiyi qiymətlərə həmin avtomobillərin gəlib çıxması sonradan mümkün olmamışdır. Bundan sonrakı dövrdə isə onlardan aldığı pulları şəxsi ehtiyacları uçün xərclədiyindən həmin şəxslərin pullarını da dərhal və nağd şəkildə qaytara bilməmişdir Özündən asılı olmayan səbəblərdən söz verdiyi avtomaşınları gətirə bilməmişdir. Ancaq həmin avtomaşınlar üçün verilən pulları şəxsi ehtiyacları üçün xərclədiyindən qismən də olsa etiraf etmişdir ki, Elnur və Əliyə qarşı dələzduzluq etmişdir. Bundan başqa qeyd etmişdir ki, X1 uzun müddətdir ki, tanımışdır, Mirhəşim Seyidov həm uzaqdan qohumu, həm də tanınmış bir ziyalı və dindar insan olduğu üçün ara-sıra sonuncu ilə görüşmüşdür. Təxminən 2016-cı ilin sonu 2017-ci ilin əvvəllərində dəqiq xatırlamadığı tarixdə M.Seyidov ona zəng edərək bir nəfər şəxsin ona zəng edəcəyini və mümkün qədər kömək etməyini xahiş etmişdir. Bundan sonra adının Zərərçəkmiş şəxs4 olduğunu və sonradan Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyində işlədiyini bildiyi şəxs ona zəng edərək 01 ədəd “Lexus LX570” markalı avtomobil alarac Azərbaycana gətizdirmək istədiyini, lakin maşının gömrükdən keçirilməsində yarana biləcək problemləri həll etməyə vaxtının və imkanının olmadığını, bu səbəbdən ona kömək etməyini istədiyini bildirmişdir. Telefon danışığı zamanı avtomobilin sənədlərinin yerində olub-olmadığını dəqiqləşdirdikdən sonra problemlərin hamısını həll edəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4lə əlaqə saxlayaraq həmin “Lexus LX 570” markalı avtomobilin gömrükdən keçirilməsi və rəsmiləşdirilməsi üçün ondan 25.000 manat pul tələb etmişdir. Sonrakı danışıqlarında Rövşəndən, sonuncunun səfirlikdə işləməyi ilə bağlı olan əmrləri, diplomatik pasportunun və şəxsiyyət vəsiqəsinin surətini sonradan isə maşınla bağlı digər məlumat və sənədləri götürmüşdür. Təxminən 2017-cilin fevral ayının sonunda dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 7 ünvanının qarşısında sonuncunun idarə etdiyi markasını dəqiq xatırlamadığı, ancaq Çin istehsalı olan boz rəngli avtomobilin içərisində əvvəlcədən razılaşdıqları və sonuncunun dediyinə görə 25.000 manat məbləğində olan pulu ona vermişdir. Lakin pulu sayan zaman orada 24.900 manat olduğunu müəyyənləşdirmişdir. Ancaq qalan miqdarın vacib olmadığını deyərək sonuncu ilə sağollaşmışdır. Bundan sonra 2017-ci ilin təxminən mart ayının sonlarında Zərərçəkmiş şəxs4 onunla yenidən əlaqə saxlayaraq iş yoldaşı olan və Azərbaycan Respublikasının, dəqiq bilmədiyi xarici ölkədə yerləşən səfirliyində işləyən tanışının xarici ölkədən “Mercedes Benz” markalı avtomobil gətizdirdiyini və gömrükdən keçirilməsində problemlər yaşadığını bildirərək ondan kömək etməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs4 bu məsələ ilə maraqlanacağını və sonuncuya məlumat verəcəyini bildirmişdir. Bundan sonra Rövşənə zəng edərək həmin maşının gömrükdən keçirilməsi üçün 12.000 manat məbləğində pul verməli olduğunu demişdir. Rövşən elə həmin ərəfələrdə, 2017-ci ilin mart ayının sonlarında dəqiq xatırlamadığı tarixdə 12.000 manat əvəzinə 7700 ABŞ dolları məbləğində pulu və avtomobilə aid sənədləri yaşadığı ünvan 3 ünvanının qarşısında ona vermişdir. Qeyd etmişdir ki, 12.000 manatdan artıq olan hissəsini həmin nəqliyyat vasitəsinin gömrük terminalında olmasına görə ödəmək üçün vermişdir. O həmin vaxtdan qısa zaman sonra bu məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra həmin “Mercedes-Benz” markalı avtomobilin gömrükdən keçirilməsini həll etmək üçün məsələyə qarışdıqda, həmin avtomobilin artıq uzun müddətdir ki, gömrük terminalında olduğunu və sənədləşməsində problem olduğunu öyrənmişdir. Odur ki, bu məsələnin həll oluna bilməyəcəyim öyrəndikdə təxminən 3-4 gün sonra Zərərçəkmiş şəxs4le əlaqə saxlayaraq bu işin alınmayacağını və pulunu geri qaytarmaq istədiyini demişdir. Elə həmin gün axşam təxminən 19 radələrində Rövşənlə yenidən onun yaşadığı evin qarşısında görüşərək ona verdiyi 7.700 ABŞ dollarını və avtomobilə məxsus sənədləri sonuncuya geri qaytarmışdır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs4 xarici ölkədən gətizdirdiyi “Lexus LX 570” markalı avtomobilin gömrükdən keçirilməsində köməklik göstərmək üçün əvvəlcədən razılaşdıqları 24.900 manat məbləğində pulu sonuncudan almağını və vədinə əməl etmədiyini bununla da Rövşənə qarşı dələduzluq etdiyini səmimi etiraf etmişdir. Ancaq bundan sonra Rövşənlə iş yoldaşına məxsus olan “Mercedes Benz” markalı avtomobilin gömrükdən keçirilməsi üçün əvvəlcədən razılaşsa da və sonuncudan bu məqsədlə 7700 ABŞ dolları məbləğində pulu alsa da, sonradan iş həll olmadığı üçün həmin pulu Rövşənə qaytarmışdır. Bundan başqa 2018-ci ilin yanvar ayının ortalarında təxminən 2010-cu ildən tanıdığı tanışı Rəşad Sadıqovla görüşdükləri zaman ona əmisi oğlu Zərərçəkmiş şəxs6 Almaniyadan “Mercedes” markalı avtomobil gətirdiyini və rəsmiləşdirilməsinə kömək istədiyini dedikdə də o kömək edə biləcəyini bildirmişdir. Rəşad ona həmin nəqliyyat vasitəsinin qeydiyyatı üçün 12700 manat pul tələb olunduğunu bildirdikdə o, 11000 manata sənədləşməni həyata keçirə biləcəyini bildirmişdir. 2018-ci ilin yanvar ayının sonlarında Rəşad, Zərərçəkmiş şəxs6 və o Bakı şəhəri, Azadlıq prospektində yerləşən Nəsimi RPİ-nin inzibati binası yaxınlığında görüşmüşlər. Həmin vaxt Sadıq ona Almaniyadan gətirdiyi “Mercedes” markalı avtomobilin sənədlərini və 9000 manat pul verərək pulun qalan hissəsini də bir həftə ərzində verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Sadıq ona başqa hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 2017-ci ilin dekabr ayının 3-ü tarixdən tanıyır, sonuncu ilə Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanış olmuşdur. Aralarında olan tanışlıq ərəfəsində Zərərçəkmiş şəxs7 xaricdən maşın almaq istədiyini bildirdikdə o gətirəcə biləcəyini bildirmişdir. Bundan sonra Namiqdən Bakı şəhəri, X15 yerləşən iceberg kafesində 12.000 manat pulu almışdır. Lakin barəsində cinayət işi başlanıldığına görə həmin nəqliyyat vasitəsini gətirə bilməmişdir. Daha sonra da Zərərçəkmiş şəxs7 pulunu hissə-hissə ödəmişdir. Həmçinin V.V.İsraillini 2017-ci ilin əvvəllərində təsadüfən tanımış, aralarında dostluq münasibətləri yarandığından 13000 manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 vurduğu ziyanları tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs4 məxsus pulları da tez bir zamanda ödəmək üçün əlimdən gələni edir. Zərərçəkmiş şəxs6 və R.R.Sadıqov istintaq zamanı ifadələrində ona 2018-ci ilin yanvar ayının sonlarında Nəsimi RPİ-nin yaxınlığında 11000 manat pul vermələri barədə göstərdikləri tamamilə yalandır. O Sadıqdan 9000 manat pul almışdır, Sadıq 2000 manat pulu verəcəyini bildirsə də ona hər hansı məbləğdə pul verməmişdir. Sadıq Almaniyadan “Mercedes” markalı avtomobil gətirmişdir. Həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün ona 11.000 manat pul verəcəkdi, lakin 2000 manat pulu vermədiyindən sənədləşdirə bilməmişdir. Zərərçəkmiş şəxs7 12.000 manat pul vəsaitini ona borc olaraq vermişdir. Daha sonra o, borcunu ona maşın gətirərək qaytarmaq istədiyini bildirmişdir. Namiq onunla razılaşsa da o maşını gəlirə bilmədiyindən həmin pulu hissə-hissə Namiqə geri qaytarmışdır. Zərərçəkmiş şəxs5 ifadəsində göstərdikləri tamamilə yalandır. Belə ki, o, Zərərçəkmiş şəxs5 2017-ci ilin əvvəllərindər tanıyır. Vüsalın barəsində cinayət işi başlanması barədə məlumatı Vüsal Rusiya Federasiyasına gedərkən aeroportda saxlanması barədə ona dediyi zaman olmuşdur. Vüsalın həmin vaxt ona zəng etməsinə səbəb onun da DGK-də işləməyi barədə məlumatının olması olmuşdur. Vüsalın barəsində cinayət işinin olması barədə məlumatı olduqdan sonra da Vüsala kömək edəcəyi barədə hər hansı ünsiyyəti olmamışdır. Güman etmişdir ki, onun Vüsaldan aldığı 13.000 manat borc pulu geri qaytarmadığına görə belə məzmunda şikayət ərizəsi yazmışdır. V.V.İsrafıllinin ifadəsində ona verdiyi 15.000 manat pulun xx.xx.2017-ci il tarixdə Nərimanov metrostansıyası yaxınlığında “Vergilər Departamenti” inzibati binasının qarşısında sürücü Zöhrab adlı şəxsə təqdim etməsi və Şahid4 da həmin pul vəsaitlərini ona çatdırması barədə bildirmişdir ki,həmin vaxtdan uzun müddət keçməsinə görə ola bilsin ki, pulu harada almağını səhv xatırlayır. Lakin o dəqiq xatırlayır ki, o şəxsi işləri ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs5 borc 13.000 manat pul almışdur. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ona elan edilmiş ittihamın 1-4-cü epizodları üzrə özünü təqsirli bilmir. Daha sonra Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla 2 uşağının olmasını, ailəsinin qazanc gətirən yeganə şəxsi olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxslərin şikayət, tələblərinin olmamasını və xx.xx.2023-cü il tarixdə əməliyyat yolu ilə bir böyrəyinin xaric olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 08 oktyabr 2015-ci ildə öz avtomaşınında qəzaya düşdüyündən, yeni avtomaşın almaq istəmişdir. 2015-ci ilin noyabr və ya dekabr ayında Təqsirləndirilən şəxslə telefon söhbəti zamanı ondan hələ də gömrük orqanında işləyibişləmədiyini soruşaraq gömrüklə problemləri olan avtomaşınların satılıb-satılmadığını soruşmuşdur. Emin, ABŞ-dan ucuz və sərfəli qiymətə avtomaşın gətirə biləcəyini demişdir. Sonradan Emin ona «Whats App» proqramı vasitəsilə bir neçə avtomaşın fotosu göndərmiş və onların içərisindən istədiyi avtomaşını seçməyi təklif etmişdir. O, həmin avtomaşınların içərisindən «X24» markalı avtomaşın seçib həmin avtomaşından gətizdirməsini xahiş etmişdir. Emin qeyd etdiyi avtomaşının 13700 manata başa gələcəyini və pulunu qabaqcadan vermək lazım olduğunu qeyd etmişdir. O, daim Qəbələdə olduğundan Eminlə bütün söhbətləri telefon vasitəsilə aparmışdır. 2016-cı ilin fevral ayında dostu Zərərçəkmiş şəxs3 vasitəsilə Eminin özünün təqdim etdiyi tanışı Elxan adlı şəxsə 10.000 manat vermişdir. Az sonra Eminlə telefon söhbətləri zamanı Elxanın pulları gətirib ona verdiyini təsdiq etmişdir. Həmin vaxt Eminə qalan 3700 manatı təxminən bir aydan sonra ona çatdıracağını demişdir. Emin avtomaşınları ucuz təklif etdiyinə görə ikinci avtomaşını da ona sifariş verməyi qərara almış və ona 6500 ABŞ dollar pulunun olduğunu, həmin pula hansı avtomaşını gətirə biləcəyini soruşmuş, Emin 6500 dollara «Toyota Camry» markalı avtomaşın gətizdirə biləcəyini demişdir. Bundan sonra, 24 fevral 2016-cı ildə Qəbələ şəhərində «Kapitalbank»ın filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə Eminin adına 6500 dolları göndərmişdir. Ona zəng edib köçürmənin kodunu bildirmiş, sonra Emin ona zəng edib pulu aldığını təsdiq etmişdir. Eminin «X24» markalı avtomaşın 2016-cı ilin mart ayının sonlarınadək, «Toyota Camry» markalı avtomaşın isə bundan təxminən iki ay sonra gəlib çıxacağını demişdir. 2016-cı ilin mart ayının əvvəllərində emək haqqını aldıqdan sorra 3700 manat pul düzəldib Bakı şəhərinə gəlmiş və Təbriz küçəsində yerləşən «Qarabağlar» kafesi kimi tanınan kafedə Eminlə görüşmüş və dostu Zaur da onunla birlikdə olmuşdur. Üçü birlikdə yemək yemiş. Eminə 3700 manatı verdikdən sonra o, Elxan adlı şəxsi telefonla çağırıb onun verdiyi pulun 2700 manatını ona vermişdir. O. kafedə Elxan adlı şəxsi ilk dəfə görmüşdür. Elxan bundan sonra oradan çıxıb getmişdir. Sonrakı aylarda da Eminlə avtomaşınlar barədə daim telefonla əlaqə saxlayıb danışmışdır. Ona «X24» markalı avtomaşını Zaur Fərzəliyevin adına rəsmiləşdirməsi üçün onun şəxsiyyət vəsiqəsinin kserosurətini göndərmişdir. Çünki Zaurun Bakı qeydiyyatı olmuş və o, maşının qeydiyyat nişanlarının «90» rəqəmli olmasını istəmişdir. Nəhayət 2016-cı ilin may ayının əvvəllərində Emin avtomaşının ABŞ-dan gəlib çıxdığını demiş və o, Bakıya gəlib günorta saatlarında onunla Zərifə Əliyeva adına Göz Xəstəlikləri xəstəxanasının yanında görüşmüşdür. Onu oraya dostu Zərərçəkmiş şəxs3 öz avtomaşınında gətirmişdir. Emin oraya onun üçün gətirdiyi «X24» markalı ağ rəngli ** OV *** qeydiyyat nişanlı avtomaşınla gəlmişdi. Emin avtomaşının qeydiyyat şəhadətnaməsini ona vermiş, şəhadətnamə Zaurun adına olmuş və şəhadətnamədə alqı-satqı müqaviləsinin tarixi 28 aprel 2016-cı il kimi qeyd edilmişdir. Emin avtomaşını Latviyadan gətizdirdiyini, çünki ABŞ-dan gətirmək mümkün olmadığını demiş və «Toyota Camry» markalı avtomaşının da yolda olduğunu əlavə etmişdir. Eminin təklifi ilə avtomaşınla onu aparıb Gömrük Komitəsinin yanında düşürtmüşdür. 2016-cı ilin may ayının ortalarında dostu Zərərçəkmiş şəxs3 Qəoələ şəhərinə gəlmiş, söhbət zamanı ona Əli də Eminin vasitəsilə avtomaşın gətirtmək istədiyini ona bildirmişdir. O, Eminlə əlaqə saxlamış, sonuncu əvvəlki kimi yenə də avtomaşınların şəklini göndərmişdir. Əli «X19» markalı avtomaşını seçmiş və Emin ona 23700 ABŞ dollarına gətizdirə biləcəyini demişdir. Əlinin dediyinə görə o, Bakı şəhərinə qayıtdıqdan sonra 2016-cı ilin may ayının sonlarında danışılmış pulun 22000 ABŞ dollarını əvvəlki kimi «Memar Əcəmi» metro stansiyasının yanında «Ocaq» kafesində Eminə çatdırması üçün Elxana vermiş və Emin onunla telefon danışığı zamanı pulun ona çatdırıldığını təsdiq etmişdi Əli həmin vaxt pulu verməkdən çəkinsə də o, Eminin etibarlı adam olduğunu və pulu verməsini ona bildirmişdir. Təqsirləndirilən şəxs bugünədək də həmin maşını gətirib çıxarmamış, onun və dostu Zərərçəkmiş şəxs3 etibarından sui-istifade edərək pullarını ələ keçirmişdir. Onun avtomaşın aldığını qohumları, o cümlədən Babək rayonunun Didivar kəndində bacanağı Zərərçəkmiş şəxs2 bilirmişlər. Sonuncu ilə telefon danışığı zamanı o da Eminin vasitəsilə ağ rəngli «X24» markalı avtomaşın almaq istədiyini demişdir. O, Eminlə əlaqə saxlamış və 15.200 manata belə avtomaşın gətizdirəcəyini demişdir. Elnur 2016-cı ilin may ayının son günlərində «Kapitalbank» vasitəsilə Eminə həmin məbləğdə pulu göndərmiş, Emin pulu aldığını təsdiq etmiş və iyul ayında avtomaşınların gəlib çıxacağını vəd etmişdir. Lakin həmin maşında indiyədək bacanağı Zərərçəkmiş şəxs2 təqdim edilməmiş və pullarının bir hissəsi geri qaytarılsa da qalan hissəsi geri qaytarılmamışdır. 2016-cı ilin avqust ayının əvvəllərində Elnurla birlikdə Bakı şəhərində olarkən «Gənclik» metro stansiyasının yanında «Atatürk» parkında Eminlə görüşmüş, Emin ora «Mersedes ML» markalı avtomaşınla gəlmişdir. Söhbət zamanı yenə də avtolmaşınların yolda olduğunu, bir həfətəyə gəlib çıxacağını deyərək, «Mersedes ML» markalı avtomaşının bazar qiymətinin 12-13 min manat olduğunu bildirmiş və istəyən olsa 10.000 manata sata biləcəyini əlavə etmişdir. Bundan sonra sağollaşaraq ayrılmışlar. O, ətrafındakı digər insanlardan həmin «Mersedes ML» markalı avtomaşını 12.000 manata satıb-sata bilməyəcəyini maraqlanmış və bu maşını həmin qiymətə sata biləcəyini öyrənmişdir. Təxminən bir həftə sonra dostu Əli ilə birlikdə Eminlə “Ocaq” kafesində görüşmüşdür. Görüşün məqsədi ona, Elnura və Əliyə gətirilməli olan avtomobillər olmuşdur. Emin görüş zamanı yenə müxtəlif bəhanələr gətirərək maşınların qısa zaman sonra təhvil veriləcəyini bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs «Mersedes ML» markalı avtomaşını almaq istədiyini demişdir. Emin ona 6000 ABŞ dolları qarşılığında həmin maşını sata biləcəyini demişdir. Ona həmin «Mersedes ML» markalı avtomaşınının ikinci açarını vermiş və şəxsiyyət vəsiqəsini götürmüşdür. Sabah gedib maşını onun adıma qeydiyyata salaraq evakuator vasitəsilə Qəbələ şəhərinə göndərəcəyim demişdir. O, dostu Əlidən 6000 ABŞ dollarını Eminə çatdırmasını bildirmiş, Əli həmin məbləği Eminə çatdırmışdır. Sonradan Eminin anası ilə telefon danışıqları zamanı onun sözlərindən «Mersedes ML» markalı avtomaşının Eminin özünə yox, dostuna məxsus olduğunu öyrənmişdir. Odur ki «Mersedes ML» markalı avtomaşın da gəlib çıxmamışdır. Ümumiyyətlə Eminin pul alıb vəd etdiyi avtomaşınların heç biri gəlib çıxmamış, telefon danışıqları zamanı Emin müxtəlif bəhanələr gətirməyə başlamış, bir neçə dəfə Bakı şəhərinə gəlib sinif yoldaşı Anarın iştirakı ilə Eminlə şəxsən görüşmüş avtomaşınları və ya pulları verməsini tələb etmişdir. 30 avqust 2016-cı ildə Babək prospektində adını dəqiq bilmədiyi avtosalonların birində «X24» markalı avtomaşın almaq üçün salonun əməkdaşına 300 manat beh vermiş, bundan sonra Emin ora-bura zəng edib guya pul gətirməyi kiməsə tapşırmış, axşamadək gözləsələr də pul gətirən olmamışdı, Emin pul gətirmək üçün harasa getmiş, lakin geri qayıtmamışdır. O, Təqsirləndirilən şəxslə öz istifadəsində olan ***-***-**-** nömrəsindən onun ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxlamışdır. Dəfələrlə təkidli tələblərindən sonra Eminin anası 2016-cı ilin təxminən sentyabr ayında Elnura 2000 manat qaytarmış, Emin özü isə ona 2016-cı ilin noyabr ayında bank vasitəsilə 1.990 manat göndərmişdir. Bundan əlavə, Emin 2016-cı ilin avqust ayında Əliyə hər dəfə beş min dollar olmaqla iki dəfəyə cəmi 10 min dollar və 2017-ci ilin aprel ayında 11 min manat (6500 ABŞ dolları) qaytarmışdır. Hazırda Emin ona 12500 dollar. Əliyə 5500 dollar, Elnura isə 11210 manat qaytarmalıdır. Bildirmişdir ki, polisə verdiyi ifadədə “Mercedes Benz ML” markalı maşın üçün nəzərdə tutulmuş 6000 ABŞ dollarını Zərərçəkmiş şəxs3 verdiyi üçün onun adına yazmış, lakin həmin məbləğ onun xahişi ilə Zərərçəkmiş şəxs3 tərəfindən ona borc qismində verilmiş və yenə də onun təklifi ilə Təqsirləndirilən şəxs verilmişdir. N.Ramin ifadəsində həmçinin Təqsirləndirilən şəxs onlardan aldığı pulları nəyə və hara sərf etdiyini bilmədiyini, Təqsirləndirilən şəxs ona gətirməli olduğu “X24” və “Toyota Camry” markalı avtomaşınların real bazar qiymətinin həmin dövr üçün müvafiq olaraq 20-21 min manat və 8-10 min ABŞ dolları olduğunu, Təqsirləndirilən şəxs polisə verdiyi ifadəsində qeyd etdiyi kimi “X25” markalı avtomobili 25.000 manat qarşılığında yox 13.700 manata razılaşdıqlarını və həmin pulu iki dəfəyə Təqsirləndirilən şəxs təqdim etdiyini, sonuncunun bundan əvvəl ona “X24” avtomobili gətirdiyi üçün ona inanıb ondan “Toyota Camry” markalı avtomobili sifariş etdiyini, Elnur və Əli üçün də elə bu səbəbdən yəni Təqsirləndirilən şəxs etibar etdiyi üçün sifariş verdiyini, “Mercedes ML” markalı avtomobili isə onun özündə gördüyü və fakt olaraq maşının Bakıda olduğu üçün bir daha ona inanıb ona pul verdiyini, onun Təqsirləndirilən şəxs “X24” markalı avomobil üçün 3700 manat borcu qaldığı halda 6500 ABŞ dollarına borcunu qaytarmaq haqqında yox yeni avtomobil almaq haqqında pulu maaşı aldığı anda gətirib verəcəyi barədə razılaşdıqları və 6500 ABŞ dolları isə əlinə keçəndə həmin pulu dəyərləndirmək üçün Eminin vasitəsilə ucuz maşın alaraq satmaq məqsədi ilə ondan həmin məbləğə hansı avtomaşın ala biləcəyini düşündüyünü, Eminin bununla razılaşması həm onunla əvvəlki danışıqlarında 3700 manatı ona növbəti ay verəcəyi barədə söz verdiyi üçün həm də şəxsi münasibətlərinin yaxşı olması səbəbindən olduğunu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 6500 ABŞ dolları qarşılığında sifariş etdiyi “Toyota Camry” markalı avtomobil gəlib çıxmadığını Təqsirləndirilən şəxs Əli və Elnura maşın sifariş verənə qədər maşının tezliklə gələcəyinə inandırması səbəbindən demədiyini, 6000 ABŞ dolları Zərərçəkmiş şəxs3 tərəfindən ona borc kimi verilmiş və yenə onun xahişi ilə Əli tərəfindən Təqsirləndirilən şəxs verildiyini, sonuncunun maşın gətirməsi üçün ilk təşəbbüs onun özü tərəfindən olduğunu, onun gömrük orqanında işlədiyini bildiyindən ondan maşın almaq barədə soruşduğunu, onun da kömək edə biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs dediyinə görə maşınları ABŞ və Avropa ölkələrindən gətizdirdiyini, kimin vasitəsilə olması barədə isə heç bir məlumatı olmadığını, gətirəcəyi maşının gömrük xərcləri Təqsirləndirilən şəxs dediyinə görə dediyi məbləğlərin içərisində nəzərdə tutulduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2016-cı ildə dəqiq xatırlamadığı tarixdə lakin, təxminən aprelmay aylarında Zərərçəkmiş şəxs1lə aralarında olan söhbətlərin birində ondan Eminin xaricdən ucuz qiymətə avtomobil gətirib satması ilə məşğul olması barədə eşitmiş, həmin ərəfələrdə o, özü də avtomobil almaq istədiyinə görə Ramindən Eminin bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini xəbər almışdır. Ramin də Eminin ona artıq xaricdən 1 dəfə ucuz qiymətə avtomobil gətirməsini bildirib Eminə inandığını bildirmişdir. Bundan sonra o özü Eminlə danışaraq xaricdən onun üçün qara rəngli «X19» modelli avtomobil gətizdirməsinı xahiş etmişdir. Emin isə narahat olmamağını bildirib ən geci 2 ay müddətində istədiyi marka və modelli avtomobil 37.000 manat məbləğində nağd pula gətizdirəcəyini, pulun 22.000 ABŞ dolları olan hissəsini əvvəlcədən qalan hissəsini sonra avtomobil gəldikdən sonra verməli olduğunu bildirmişdir. Avtomobil gəlməmiş pul vermək istəməsə də Ramini uzun müddətdir, tanıdığına görə Eminə etibar edib 22.000 ABŞ dolları məbləğində pulu vermək qərarına gəlmişdir. Bundan sonra Eminlə telefon əlaqəsi saxlayaraq 22.000 ABŞ dolları məbləğində pulu ona vermək üçün görüşmək istədiyini söyləmiş, Emin də pulu götürmək üçün Elxan adlı tanışını göndərəcəyini bildirmişdir. Həmin günü, may ayının təxminən sonlarında axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Ocaq» kafesində olarkən Eminin göndərdiyi Elxan adlı şəxs kafeyə gəlmişdir. Elxan adlı şəxs ona yaxınlaşaraq Eminin göndərdiyi adamın o olduğunu bildirmiş, bundan sonra Elxan özü onun yanında Eminlə telefon əlaqəsi saxlamışdır. Elxan adlı şəxs Eminlə telefonda danışdıqdan sonra telefonu ona vermiş, telefon danışığı zamanı Emin bir daha ona arxayın olmağını bildirib pulu Elxana təqdim etməyini, daha sonra özü Elxanla görüşüb pulu ondan alacağını bildirmiş, o da 22.000 ABŞ dolları məbləğində pulu Elxana vermiş, həmin günə qədər Elxan adlı şəxsi tanımamış və ilk dəfə idi görmüşdür. 22.000 ABŞ dolları məbləğində pulu Elxana verərkən yanında adını hal-hazırda dəqiq olaraq xatırlamadığı tanışı da olmuşdur. Qeyd olunan məbləğdə pulu Elxana verdikdən sonra hətta Raminə zəng vurub bu barədə ona da məlumat vermiş, Ramin isə ona heç bir problem olmadığını, Eminin ona yaxın adam olduğunu bildirərək narahat olmamağını demişdir. Emin ona ən geci 2 ay müddətində istədiyi marka və modelli avtomobili gətizdirəcəyini bildirsə də, pulu verdiyi vaxtdan təxminən 3 ay keçdikdən sonra söz vermiş olduğu vaxtda həmin avtomobili gətirməmişdir. Həmin ərəfələrdə Raminlə aralarında olan söhbətlərin birində Raminin özünün də Eminə ona avtomobil gətirmək üçün 6.500 ABŞ dolları məbləğində pjl verməsini, lakin Eminin təyin olunmuş vaxtda avtomobili gətirmədiyini və vermiş olduğu pulu geri ala bilmədiyini, hətta Raminin bacanağı Zərərçəkmiş şəxs2 da Eminin ona avtomobil gətirməsi barədə yalan vədinə inanaraq Eminə 15.200 manat məbləğində pul verməsini, lakin onun sifariş etdiyi avtomobilin də gəlib çıxmadığını bildirmişdir. Artıq hər üçü Emin tərəfindən aldadıldıqlarını anlayıb pullarını qaytarması barədə Eminə müraciət etsələr də o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmağa başlamışdır. 2016-cı ilin təxminən yay aylarında dəqiq xatırlamadığı tarixdə Raminlə «Ocaq» kafesində əyləşərkən Emin onların yanına gəlmişdir. Ramin onu maşınların aqibətinin necə olacağını dəqiqləşdirməkdən ötrü kafeyə dəvət etmişdir. Onunla bir müddət bu barədə danışdıqdan sonra söhbət əsnasında X14 2008-ci il buraxılışlı «Mercedes ML» markalı avtomobil gəlməsini bildirib avtomobili gömrükdən də keçirməsini söyləyərək həmin avtomobili 10.000 manat və ya 6.000 ABŞ dolları məbləğində nağd pula satdığını bildirmişdir. Raminin həmin maşını ondan almaq üçün cəhd etdikdə, buna qəti şəkildə etiraz edərək Eminin hələ ondan almış olduğu 22.000 ABŞ dolları məbləğində pulu, Raminin özündən və Elnurdan aldığı pulları da qaytarmadığını bildirib ona inanmadığını və bundan sonra Eminə veriləcək pulların heç bir nəticəsi olmayacağını söyləmişdir. Buna baxmayaraq Emin Ramini inandıraraq «Mercedes ML» markalı avtomobili 6.000 ABŞ dolları məbləğində pula almağa razışlaşdırmış, Ramin yenə Eminə inanmış və özündə pul olmadığı üçün ondan 6.000 ABŞ dolları məbləğində borc pul verməyi xahiş etmişdir. O da Raminin xahişinə etiraz etməyərək istədiyi məbləğdə ona borc verə biləcəyini demişdir. Həmin vaxt Emin «Mercedes ML» markalı avtomobilin açarlarını da Raminə təqdim edib avtomobilin sənədləşmə işlərini özü həll edib evakuator vasitəsilə avtomobili Raminin yaşadığı Qəbələ rayonuna göndərəcəyinə söz vermişdir. Bundan sonra Emin onlarla sağollaşıb ayrılmış, bir gün sonra Emin yenə də tanışı olan Elxan adlı şəxsi «Ocaq» kafesinə onun yanına göndərmişdir. Raminin xahişi əsasında o, 6.000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs çatdırması üçün Elxan adlı şəxsə vermişdir. Lakin həmin söhbətdən təxminən 1 həftə sonra Ramin, ona zəng vuraraq Eminin hələ də «Mercedes ML» markalı avtomobili Qəbələ rayonuna göndərmədiyini bildirmişdir. Raminin deməsinə görə özü bir neçə dəfə olmaqla Emindən həmin avtomobili göndərməyi tələb etsə də Emin hər dəfə müxtəlif bəhanələr gətirməklə guya avtomobilin sənədləşmə işləri ilə bağlı BDYPl-də saxlanılmasını bildirmişdir. Daha sonra Raminin deməsindən ona, Raminin bacanağı Elnurun Eminə verdiyi pulu geri almaq üçün Naxçıvan MR-dən Bakı şəhərinə gəldiyi, Emini taparaq pulunu qaytarmasını və ya vəd vermiş olduğu avtomobili qaytarmasını tələb edərkən Emin avtomobil almaq adı ilə Ramin və Elnuru Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən avtosalonların birinə aparıb guya «Hyundai Santafe» markalı avtomobili 18.000 ABŞ dolları məbləğində pula Elnura alacağını bildirərək Babək prospektində yerləşən salonlardan birinin işçisinə 300 manat məbləğində beh verərək qalan pulu bir müddət sonra gətirəcəyim bildirərək avtosalonu tərk edib oradan uzaqlaşdığı və mobil telefonlarını söndürüb Ramin və Elnurla əlaqəni kəsdiyi məlum olmuşdur. Bu vaxta qədər olan müddət ərzində özü şəxsən Emindən onun, Raminin və Elnurun ona verdiyi pulları geri qaytarmasını tələb etsə də Emin konkret olaraq pullarını qaytarmaqdan boyun qaçırmışdır. Uzun müddətli israrlı tələblərindən sonra Emin ona vermiş olduğu 22.000 ABŞ dolları məbləğində pulun 10.000 ABŞ dollarını 2 dəfəyə olmaqla qaytarmışdır. Sonra qalan pulu gətirib qaytarmadığı üçün Eminin onları aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirməsini anlayıb onun barəsində aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişlər. Ərizələri əsasında BMCMl-nin İŞ-də araşdırma aparılmış, araşdırma aparılan müddətdə Emin 22.000 ABŞ dolları məbləğində puldan onu borlcu qaldığı 12.000 ABŞ dolları məbləğdən daha 11.000 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda da Eminin ona 5.500 ABŞ dolları məbləğində pul borclu qalmışdır. O, Eminlə şəxsi istifadəsində olan ***- ***-**-** mobil nömərsındən onun ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxlamışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı pulları nəyə və hara sərf etdiyi barədə heç bir məlumatının olmadığını, Raminlə söhbəti zamanı Eminin ona maşın gətirməsi barədə eşitdiyini və maşının sifariş olunması üçün Eminə onun özünün təklif etdiyini, sonuncunun 37.000 manat məbləğin 22.000 ABŞ dolları olan hissəsi ilə bütün xərcləri özü həll edərək maşını təhvil verəcəyini, bundan sonra isə onun yerdə qalan pulu verməli olduğunu dediyini, Təqsirləndirilən şəxs Raminə bundan öncə “X24” markalı maşın gətizdirdiyi barədə məlumatı olduğunu, buna görə ona etibar edib sifariş etdiyini, Raminin ikinci dəfə və onun bacanağı Elnurun da sifariş verməsini isə yalnız özü üçün maşın sifariş verdikdən sonra bildiyini, polisə verdiyi ifadəsində 28.000 ABŞ dolları qeyd edəndə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs almaq istədiyi “Mercedes ML” markalı avtomobil üçün ona verilmiş 6000 ABŞ dollarını da bu məbləğin daxilində hesabladığını, lakin həmin 6000 ABŞ dolları olan məbləği onun Raminə borc verdiyini və onun adından Təqsirləndirilən şəxs çatdırdığını göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, təxminən 2017-cilin fevral ayının sonunda qayınatası Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxslə sonuncunun yaşadığı ünvan 3 ünvanının qarşısında 25.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermiş, sonuncu pulu sayan zaman orada 24.900 manat olduğunu və 100 manatı da ona keçdiyini bildirmişdir. Bir müddət sonra iş yoldaşı Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində mühasib işləyən İlham ona xarici ölkədən “Mercedes Benz” markalı avtomobil gətizdirdiyini və gömrükdən keçirilməsində problemlər yaşadığını bildirmiş və bu məsələ ilə bağlı kömək edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. İlhama tanışının olduğunu və həmin şəxsin onun özünün də Rusiya Federasiyasından gətizdirdiyi avtomobilin gömrükdən keçirilməsində köməklik etdiyini demişdir. Bundan sonra İlhamın xahişi ilə ona kömək etmək məqsədi ilə Təqsirləndirilən şəxslə əlaqə saxlamışdır. Sonuncu həmin avtomobillə bağlı yaranmış problemləri də həll edə biləcəyini bildirərək bunun qarşılığında 12.000 manat məbləğində pul verməli olduğunu demişdir. O, bu səbəbdən İlhamın xahişi ilə 2017ci ilin təxminən mart ayının sonlarında İlhamın yerinə özünə məxsus 12.000 manat əvəzinə 7700 ABŞ dolları məbləğində pulu və avtomobilin sənədlərini Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısında sonuncuya vermiş, sonuncu isə ona qısa müddət sonra bütün problemləri həll edərək avtomobillərin hər ikisini gömrükdən keçirərək ona təhvil verəcəyini bildirmişdir. Lakin həmin problem həll olunmadığından “Mercedes Benz” markalı avtomobil uzun müddət konteynerdə qalmış və bu səbəbdən bundan əlavə 3000 ABŞ dolları əlavə xərcə düşmüşdür, özünün sifariş etdiyi “Lexus LX570” markalı avtomobil Rusiya Federasiyasından 2017-ci ilin aprel ayında Bakı şəhərinə göndərilmiş və elə aprel ayının sonunda da Azərbaycana gəlib çıxmış, lakin Təqsirləndirilən şəxs dəfələrlə müxtəlif bəhanələr gətirərək avtomobilin gömrükdən keçirilməsini yubatdığından avtomobil gömrükdə qalmışdır. Bundan sonra həm qayınatası Şahid5, həm özü dəfələrlə Təqsirləndirilən şəxs yanına gedərək, onunla telefon əlaqəsi yaradaraq maşını tələb etsələr də heç bir nəticə əldə edə bilməmişlər. O, ifadəsində həmçinin Təqsirləndirilən şəxs ondan aldığı pulları hara sərf etməsi barədə məlumatının olmadığını, sonuncunun gömrük orqanında işlədiyini bildiyini və ona kömək edə biləcəyini bildirdiyi üçün ona müraciət etdiyini, Təqsirləndirilən şəxs adı çəkilən avtomobillərin gömrük problemlərinin şəxsən həli edəcəyini dediyini, pulları sonuncuya rüşvət kimi vermədiyini, Təqsirləndirilən şəxs ona bu pulların prosesin həyata keçirilməsində köməklik etdiyi üçün rəsmi bir rüsum olduğunu dediyini, Təqsirləndirilən şəxs dostu İlhama məxsus olan “Mercedes Benz” markalı avtomobilin gömrükdən keçirilməsi üçün verdiyi 7700 ABŞ dolları məbləğində pulun onun özünə məxsus olduğunu, İlhamın xahişi ilə həmin məbləği Təqsirləndirilən şəxs verdiyini, lakin sonuncu vədinə əməl etməyərək avtomobilin gömrükdən keçirilməsində köməklik etmədiyini, bundan sonrakı dövrdə isə müxtəlif yalanlar və bəhanələrlə ona verdiyi pulları geri qaytarmadığını və bununla da nəticədə onun özünə maddi ziyan dəydiyini qeyd etmişdir. Bundan başqa, bildirmişdir yöstənıişdir ki, İlham onun yaxın dostumdur. İlhamın tam adı X8r. 7700 ABŞ dolları pul vəsaiti ona məxsus olmuşdur. Belə ki, təxminən 2017-ci ilin mart ayının ortlarında ilham Azərbaycan Respublikasına Mercedes markalı maşın gətirdiyini, lakin vaxtı olmadığından dövlət qeydiyyatından keçirməkdə çətinlik çəkdiyini demişdir. Bu zaman o da özünə maşın gətirdiyini və həmin maşının rəsmiləşdirilməsini Emin adlı şəxsdən xahiş etdiyimi bildirmişdir. Bundan sonra İlham ona öz maşınının rəsmiləşdirilməsinə köməklik etməyini demişdir. O da Eminlə danışacağını bildirmiş və Eminlə danışıb dəqiqləşdirdikdən sonra İlhama həmin maşının rəsmiləşdirilməsinə Eminin kömək edəcəyini bildirmişdir. İlham ona məxsus maşının dövlət qeydiyyatına alınması üçün lazım olan ödənişlərin onun ödəməyini və maşın qeydiyyatdan keçdikdən sonra ona ödəyəcəyini bildirmiş o da razılaşmışdır. Emin həmin maşının rəsmiləşdirilməsinin 12000 manata başa gələcəyini və uzun müddət orada qaldığına görə əlavə ödənişlərin də olduğunu demişdi. O da 7700 ABŞ dolları pul vəsaitini və İlhamın ona göndərdiyi ilhama məxsus maşının sənədlərini Eminə təqdim etmişdir. 7700 ABŞ dolları həmin vaxtın məzənnəsi ilə 13.260 manat təşkil etmişdir. Artıq olan 1260 manat pul vəsaiti ilə qeyd olunan maşının uzun müddət duracaqda qalmasına görə ödənişləri həyata keçirilməsi üçün olmuşdur. Buna baxmayaraq Emin ona verdiyi vədə əməl etməyərək həm ona məxsus maşının rəsmiləşdirilməsi üçün ondan aldığı 24.900 manat pulu, həm də İlhama məxsus maşının rəsmiləşdirilməsi üçün ona məxsus olan həmin vaxtın məzənnəsi ilə 13.260 manat təşkil edən 7700 ABŞ dolları pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 24900 manat və həmin vaxtın məzənnəsi ilə 13260 manat təşkil edən 7700 ABŞ dolları məbləğində maddi ziyan hələ də ona ödənməmişdir. Təqsirləndirilən şəxs ona qarşı törətdiyi dələduzluq cinayət əməllərinə görə cəzalandırılmasını xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, o, 2018-cı ilin yanvar ayının əvvəllərində internet saytları vasitəsilə Almaniyadan furqon tipli “Mercedes-Benz" markalı avtomobil gətizdirmişdir. Həmin avtomobili səhv etmirsə 20.000 avro qarşılığında almışdır. Avtomobilin gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman müəyyən problemlər yaranmışdır. Bu barədə maraqlandıqda ona məlum olmuşdur ki, Almaniyadan gətirdiyi avtomobilin qiyməti hesablanarkən maşının satış qiymətindən əlavə ƏDV də ümumi məbləğin üzərinə toplanmış və bundan sonra gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan ödəniş müəyyənləşdirilmişdir. Lakin avtomobil onsuzda Almaniyadan Azərbaycana gətirildikdə həmin ƏDV məbləği rəsmi olaraq vətəndaşa qaytarılır və bu səbəbdən qiymət daha az olur. Həmin ərəfələrdə telefonla bu barədə danışarkən onun ögey əmisi X9 bildirmişdir ki, gömrük orqanlarında işləyən yaxın tanışı var və bu problemi həll edə bilər. Nəticədə avtomobili daha az məbləğ qarşılığında gömrükdən keçirə bilər. Odur ki, Rəşad həmin tanışı ilə danışmış və ona tanışının 11.000 manat qarşılığında bu işi həll edə biləcəyini demişdir. Onsuzda ondan 12.700 manat pul tələb olunurmuş. Elə bu səbəbdən Rəşadla razılaşmış və tanışı Eminlə görüşmək qərarına gəlmişdir. Həmin vaxt avtomobil gömrükdə dayanacaqda imiş və sənədləri o, özündə saxlamışdır. Xatırladığı qədəri ilə xx.xx.2018-ci il tarixdə Rəşad və Eminlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Nəsimi RPl-nin qarşısında idarənin tinində görüşmüşlər. Emini ilk dəfə orada görmüş və Emini bundan əvvəlki dövrdə tanımamışdır. Emin ona avtomobilin gömrük rəsmiləşdirilməsi ilə bağlı heç bir problemin olmadığını, 10 gün ərzində prosesin yekunlaşacağını demişdir. Elə Rəşad da onu arxayın salmışdır ki, Emin bu işi həll edəcəkmiş. Elə həmin vaxt üzərində gətirdiyi 100-lük və 50-lik əskinazlarla 11.000 manat məbləğində pulu sayaraq Eminə vermiş və elə Emin də bir daha pulları sayaraq qəbul etmiş və cibinə qoymuşdur. Bundan sonra bir daha heç bir problemin olmadığını və işi qısa müddətə həll edəcəyini demişdir. Təxminən 15 gün keçdikdən sonra avtomobilin gömrük rəsmiləşdirilməsi həyata keçirilmədiyindən o, həm pulunu, həm də avtomobilin sənədlərini geri istəmişdir. Xatırladığı qədəri ilə xx.xx.2018-ci il tarixdə Rəşad avtomobilin sənədlərini ona versə də, məlum olmuşdur ki, avtomobilin gömrük rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Həmçinin Eminə verdiyi 11.000 manat məbləğində pul da ona qaytarılmamışdır. Bundan başqa, onda olan məlumata görə həmin sənədlər Eminin borcu olduğu Namiq adlı şəxsə 12.000 manat qarşılığında girov qismində verilmişdir. Bundan sonra dəfələrlə Eminlə telefon vasitəsilə əlaqə saxlayaraq danışmış və Emindən pulunu tələb etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. Bundan əlavə bildirmişdir ki, xatırladığı qədəri ilə xx.xx.2018-ci il tarixdə o, Rəşad və Eminlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Nəsimi RPİ-nin tinində görüşmüş və 11.000 manat pulu da elə həmin vaxt Təqsirləndirilən şəxs vermişdir. Sonuncuya 11.000 manatı ödəyərkən həmin vaxt özü Rəşad və Emin olmuşlar. Qeyd edilən məbləği Eminə verdikdə yanında başqa şəxs olmamışdır. O, ümumilikdə bu barədə Eminlə telefonla danışsa ad, Rəşadın Eminlə smsləşdiyini dəqiq bildiyini qeyd etmişdir. O, Eminlə istifadəsində olan ***-***-**-** saylı nömrə ilə danışırmış. Eminin nömrəsi isə ***-***-**-** imiş. Həmçinin Rəşadın bir neçə nömrəsi olsa da o, bildiyi mobil nömrə ***-***-**-**-dir. X21 hansı nömrədən smsləşdiyini bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulları hara sərf etməsi barədə onda heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs göstərilən maşınların gömrük məsələlərini özü şəxsən bu problemləri həll edib maşınları təhvil verəcəyini demişdir. Emin ona demişdir ki, gömrük orqanlarında işləyir O, Rəşadın vasitəsilə Eminin gömrük orqanlarında işlədiyini bilmişdir Lakin Eminin konkret olaraq hansı idarədə hansı vəzifədə işlədiyini bilməmişdir. Sifariş etdiyi “Mercedes-Benz” markalı avtomobilin Azərbaycana Əhməd adlı bu işlərlə məşğul olan şəxs vasitəsilə öz aralarında olan razılaşma əsasında gətizdirmişdir Əhmədin mobil telefon nömrəsi 350-01-23-dür. Daha sonra Zərərçəkmiş şəxs6 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ilin dekabr ayının 3-ü tarixdən tanıyır. Eminlə qaynı Rəşad Mirzəyevin vasitəsi ilə tanımışdır. Aralarında olan tanışlıq ərəfəsində ona məlum olmuşdur ki, Emin DGK-də Avtonəqliyyat Baş Gömrük İdarəsində işləyir. Həmin vaxt Eminlə söhbət zamanı maşın almaq istədiyini bildirdikdə, Emin ona xarici ölkədən avtomobil gətirə biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya görə Emin ona 12000 manat ilkin ödəniş etməklə 2010-cu il buraxılışlı “Hyundai sonata” markalı nəqliyyat vasitəsi gətirəcəyini söz vermişdir. Bundan bir neçə gün sonra xx.xx.2017-ci il tarixdə Emin və Rəşadla birlikdə Bakı şəhəri, Həsən Əliyev küçəsi “iceberg” adlı kafedə görüşmüş və o, 12000 manat pulu Təqsirləndirilən şəxs təhvil vermişdir. Emin ona bir ay müddətində nəqliyyat vasitəsini təhvil verəcəyinə söz vermişdir. Lakin bir ay tamam olduqdan sonra Emin ona müxtəlif bəhanələr gətirərək nəqliyyat vasitəsinin gecikdiyini bildirmişdir. Bir müddət sonra Emin onun zənglərinə cavab verməmiş və əlaqəsi kəsilmişdir. Sonradan ona məlum olmuşdur ki, Emin ona qarşı dələduzluq etmişdir. Sonuncu tərəfindən ona vurulmuş maddi ziyan hissə-hissə olmaqla geri qaytarılmışdır. Bundan əlavə bildirmişdir ki, o, Eminə 12.000 manat pulu Bakı şəhəri, X15 yerləşən “İceberg” kafesində vermiş və bu zaman aralarında heç rəsmi müqavilə bağlanmamışdır. Daha sonra Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilməsini və ona qarşı şikayəti və tələbi olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2015-ci ilin oktyabr ayında öz avtomaşınında qəzaya uğramış və avtomaşın yararsız hala düşmüşdü. Raminlə telefon əlaqələri zamanı və o, Naxçıvana onun yanına qonaq gəldikdə yeni avtomaşın almaq üçün Emin adlı tanışına pul verdyini demişdi. Ramin 2016-cı ilin may ayının əvvəllərində «X24» markalı avtomaşın almışdı. Dediyinə görə avtomaşını Emin adlı həmin tanışı gətirtmişdi. Yenə Raminin dediyinə görə Emin onun əsgərlik yoldaşı olmuş və Gömrük Komitəsində işləmişdir. Raminin avtomaşın aldığını bildikdən sonra telefonla danışıqları zamanı Emininin ağ rəngli «X24» markalı avtomaşın gətirə bilib- bilməyəcəyini soruşmuş, Ramin Eminlə əlaqə saxlayıb ona Eminin 15200 manata belə avtomaşın gətirə biləcəyini demişdir Emin Raminə əvvəlcə qara və qırmız rəngli maşınlar göstərmiş, o isə ağ rəng istədiyini demişdir Ramin 2016-cı ilin may ayının sonlarında Eminin avtomaşını 15200 manata gətirə biləcəyini dediyim bildirmiş və həmin pulu ona göndərmək lazım olduğunu əlavə etmişdir. Bundan başqa avtomaşının 2016-cı ilin iyul ayının ən uzağı 2-si və 3-ü gəlib çıxacağını qeyd etmişdir. Ramin Eminin soyadını və atasının adını ona dedikdən sonra 30 may 2016-cı ildə «Kapitalbank»-ın Naxçıvan şəhərindəki filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə 15200 manat göndərmiş və bu barədə Raminə xəbər vermişdir, həmin pulun 7000 manatı avtomaşınının satışından əldə etmiş, 8000 manatını isə Naxçıvan şəhərindəki «Naxçıvanbank»dan 18 ay müddətinə kredit götürmüşdür Bir müddət sonra Ramin ona Eminin pulu götürdüyünü və artıq pulun onun özündə olduğunu bildirmişdir. 2016-cı ilin iyun ayının ortalarında Raminlə əlaqə saxladıqda Eminin sözlərinə görə avtomaşının gəmi ilə ABŞ-dan gətirildiyini və yolda olduğunu demişdir. Ramin sonra Eminin sözləri ilə maşının Gürcüstanda olduğunu, sonra gömrük idarəsinin həyətində olduğunu bildirmiş, iyul ayı ərzində bir neçə dəfə Raminlə əlaqə saxladıqda yenə də eyni sözləri demiş, həm də Eminin sözlərinə görə avtomaşının ən geci 27 iyulda gəlib çıxacağını əlavə etmişdir. O, 01 avqust 2016-cı ildə, bacanağı Ramin isə 02 avqust 2016-cı ildə Qəbələdən Bakı şəhərinə gəlmiş və axşam saatlarında «Elit» Ticarət Mərkəzinin həyətindəki kafedə görüşmüşlər. Ramin zəng etdikdən sonra saat 19-20 radələrində Emin də gəlmiş və onları «Gənclik» metro stansiyasının yanında yerləşən «Atatürk» kafesinə dəvət etmişdir. Bundan sonra üçü Atatürk kafesinə yollanmışdır. Emin 3-4 gündən sonra avtomaşını ona təhvil verəcəyini demiş, bundan sonra Ramin Emindən onun “Toyota Camry”-nin nə vaxt gələcəyini soruşmuşdur. Həmin vaxt o, Raminin «Toyota Camry» markalı avtomaşın gətirtmək üçün Eminə 6500 ABŞ dolları pul verdiyini bilmişdir. Təqsirləndirilən şəxs isə əvvəlcə onun maşınını sonrakı həftə isə “Toyota Camry”-ni təhvil verəcəyini vəd etmişdir. O, Emindən maşının niyə belə gec gəldiyini soruşduqda maşının, gömrükdə problemlərin olduğunu əsas gətirmiş, bundan əlavə, Ramin «X19» avtomaşını haqqında Emindən soruşduqda o, artıq Ramindən bu maşın barədə soruşmuşdur. Ramin maşının dostu Əli üçün sifariş verildiyini demişdir. Emin həmin maşını da “Toyota Camry” ilə birlikdə təhvil verəcəyini qeyd etmişdir. Emin oraya «Mersedes ML» markalı avtomaşınla gəlmişdi, söhbət zamanı yenə də avtolmaşınların yolda olduğunu, bir həfəteyə gəlib çıxacağını deyərək «Mersedes ML» markalı avtomaşının bazar qiymətinin 12-13 min manat olduğunu qeyd etmişdir. Həmçinin istəyən olsa 10.000 manata sata biləcəyini də əlavə etmişdir. Bundan sonra sağollaşaraq oradan getmişlər. 03 avqust 2016-cı il tarixdə Ramin və onun dostu Əli ilə birlikdə Memar Əcəmi metrosunun yanında yerləşən “Ocaq” kafesində söhbət edərkən Əlinin Təqsirləndirilən şəxs “X19” gətirməsi üçün 22000 dollar verdiyini öyrənmişdir. Lakin avtomaşınlardan heç bir xəbər çıxmamışdır. O, Ramindən Eminin nömrəsini alaraq zəng edib ona avqust ayı ərzində dəfələrlə zəng etmiş, Emin isə hər dəfə bir bəhanə gətirmişdir. Nəhayət o, Emindən pulu tələb etmiş, Emin "bu gün-səhər"-ə salıb gah avtomaşınların yolda olduğunu, gah sənədlərin gəlib çıxmadığını demiş və başqa bəhanələr gətirmişdir. 29 avqust 2016-cı il tarixdə Raminlə söhbəti zamanı ondan Eminə zəng edərək pulunun geri gətirməsini tələb etmişdir. Ramin Eminə bu barədə məlumat vermiş, Təqsirləndirilən şəxs isə Raminə sabah onlarla birlikdə gedərək ona “X24” markalı maşın alacağını və onun adına gələcək maşını isə onun verəcəyi etibarnamə ilə satacağını qeyd etmişdir. 30 avqust 2016-cı ildə Ramin və Eminlə birlikdə avtomaşın bazarlarına getmiş, Babək prospektində adını dəqiq bilmədiyi avtosalonların birində ona «X24» markalı avtomaşın almaq üçün salonun əməkdaşına 300 manat beh vermiş, bundan sonra ora-bura zəng edib guya pul gətirməyi kiməsə tapşırmış, axşamadək gözləsələr də pul gətirən olmamış və saat 18 radələrində o, hava limanına gedib Naxçıvana yola düşmüşdür. Nə onun sifariş etdiyi “X24”nə Raminin sifariş etdiyi və nağd pul verərək aldığı “Toyota Camry” və “Mercedes ML” nə də ki Zərərçəkmiş şəxs3 sifariş etdiyi “X19” markalı avtomobillər gəlib çıxmamışdır. Sonrakı günlərdə də dəfələrlə Eminlə əlaqə saxlayıb onunla kəskin danışıb pullarını qaytarmasını tələb etmiş, ancaq Emin müxtəlif yalan vədlər verib onu aldatmaqla onu “yola vermişdir”. Nəhayət, 2016-cı ilin sentyabr ayında Eminin anası Sahibə 2000 manat onun evinə gətirib anasıma vermiş, 1.990 manatı isə 17 noyabr 2016-cı ildə bank vasitəsilə onun adına göndərmişdir. O, Eminə zəng edib göndərdiyi pulun az olduğunu dedikdən sonra Emin ümumiyyətlə ona pul verməyəcəyini bildirmişdir. O, Eminlə onun ***- ***-**-** və ***-***-**-** nömrələri ilə özünün istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** nömrələrindən zəng etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı pulları nəyə və hara sərf etdiyini bilmədiyini, bacanağı Ramində yeni maşın gördüyü üçün özü şəxsən təşəbbüs göstərərək həmin avtomobildən istədiyini bildirdiyini, Raminin isə həmin maşını dostu Emin vasitəsilə gətizdirdiyini bildirirək ona maşın sifariş verməyə köməklik göstərdiyini, Raminin dediyinə gorə Təqsirləndirilən şəxs maşını ABŞ-dan gətizdirdiyini, sonuncunun dediyinə görə onun verdiyi 15.200 manat qarşılığında “X24” markalı avtomobili tranzit nömrə ilə təhvil verəcəyini, Təqsirləndirilən şəxs Raminə bundan öncə “X24” markalı maşın gətizdirdiyi barədə məlumatı olduğunu və buna görə ona etibar edib sifariş etdiyini, Raminin ikinci dəfə “Toyota Camry” sifariş verməsini isə yalnız 2016-cı ilin avqust ayında artıq özü üçün maşın sifariş verdikdən sonra bildiyini qeyd etmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 2015-ci ilin noyabr ayından etibarən müsabiqə yolu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində işə qəbul olmuş və 2017-ci ilin iyun ayının 14-nə kimi həmin idarədə böyük inspektoru vəzifəsində işləmişdir. 2017-ci ilin iyun ayında barəsində Azərbaycan Respublikası CM-nin 311.3.1-ci maddəsi ilə cinayət işi başlanılmış və 2018-ci il fevralın ayının 23-də barəsində hökm çıxarılmış, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Barəsində cinayət işi başlamıdıqdan sonra bu işdə ona köməklik edə biləcək bir şəxs axtarırmış və elə xx.xx.2017-ci il tarixdə Bakı şəhərində olarkən, hal-hazırda xatırlamadığı ortaq dostları vasitəsilə tanıdığı Anar adlı şəxslə bu barədə danışmışdır. Anar onunla söhbət zamanı Emin adlı tanışının olduğunu, həmin şəxsin DGK rəhbər vəzifəsində olan şəxslərlə çox yaxşı əlaqələrinin olduğunu və ona barəsində olan cinayət işinin xeyrinə həll olunmasında kömək edə biləcəyini demişdir. Həmin dövrdə barəsində olan cinayət işi DGK-nin istintaq idarəsində istintaq olunurmuş və hələ ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verilməmişdir. Elə həmin gün o, Anarla birlikdə Eminlə Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Karvansaray” kafesində görüşmüşlər. Eminə barəsində olan cinayət işinin gedişatı barədə ətraflı məlumat verdikdən sonra sonuncu ona “ağsaqqal” adlandırdığı DGK-nın rəhbər şəxsi ilə görüşüb bu barədə məlumat verəcəyini demişdir. Emin söhbət zamanı DGK-də əməliyyatçı işlədiyini, mayor rütbəsində olduğunu dedikdən sonra komitənin strukturu və rəhbərliyi ilə bağlı o qədər məlumatlı danışırmış ki, artıq onda kifayət qədər inam yaranmışdır ki, onun işlərininin həll edilməsində köməklik göstərə biləcək. Bundan sonra onunla sağollaşmışlar, səhəri gün Emin hal-hazırda dəqiq xatırlamadığı ***-***-**-** və ya ***-***-**-** saylı nömrələrdən birindən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək görüşmək istədiyini demişdir. “Karvansaray” kafesinin qarşısında görüş zamanı Emin “ağsaqqal” adlandırdığı ancaq adını təkidlə demədiyi şəxslə danışdığını, işlə bağlı heç bir problem olmadığını, barəsində olan cirayət işinə xitam veriləcəyini, ancaq həmin şəxslə görüşə əliboş gedə bilməyəcəyini və görüşə getmək üçün 20.000 manat pul lazım olduğunu demişdir. Emin həmin puldan özünə heç nə götürmədiyini, sadəcə gömrük işçisi olduğundan bir xidmət yoldaşı kimi ona köməklik göstərmək istədiyini, “ağsaqqal” adlandırdığı şəxsin isə ümumiyyətlə bu aula ehtiyacı olmadığını, sadəcə olaraq şirinlik kimi həmin pulu verəcəyini əlavə etmişdir. O, bu məbləği verə bilməyəcəyini, ancaq 10.000 manat pul düzəldə biləcəyini dedikdə isə, Emin 15.000 manat qarşılığında razılaşmışdır.xx.xx.2017-ci il tarixdə Eminlə görüşəcəkmiş. Lakin Emin işi olduğunu və gələ bilməyəcəyini, ancaq göndərdiyi şəxsin sürücüsünün pulu götürüb Eminə verəcəyini demişdir. Həmin gün əmisi oğlu Elmir İsrafilli ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzinə bitişik Vergilər Departamentinin qarşısında Eminin göndərdiyi adını bilmədiyi, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edən şəxs dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı aliminum rəngli “Nissan Sunny” markalı avtomobillə gələn təxminən 45-50 yaşlarında bir şəxs gəlmiş və həmin şəxslə görüşərək Eminə çatdırması üçün 15.000 manat məbləğində pulu vermişdir. Həmin şəxs pulu saymadan götürmüşdür. O isə Eminə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə gün sonra Eminlə görüşən zaman sonuncu ona işin həll edildiyini, qısa zaman sonra cinayət işinin bağlanacağını, “Samur” postuna yeni təyinat alacağını, artıq sənədlərin toplandığını, yalnız sədrə məruzə edilmənin qaldığını demişdir. Həmin ərəfələrdə o, istintaq idarəsindən dəvət edildiyindən bu barədə Eminə məlumat verdikdə isə ona bunun prosedur olduğunu, nə sənəd versələr qol çəkməsini, orada heç kimlə mübahisə etməməsini və tərs bir reaksiya verməməsini tapşırmışdır. İyun ayının sonunda hələ də təyinat almadığından Eminə yenidən müraciət etmişdir. Emin sədrin işlərinin çox olduğunu bu səbəbdən hələ də məruzənin edilmədiyini, qısa zaman sonra işlərin düzələcəyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə toyu olacağından xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə təyyarə bileti almışdır. Həmin bilet gediş-dönüş iki tərəfli bilet imiş və 09 və ya xx.xx.2017-ci il tarixdə geri qayıtmalı imiş. Uçuşdan öncə Eminlə dəfələrlə ölkədən çıxışına qadağa olub-olmaması barədə soruşmuşdur. Çünki orada hər kəs məclis qurmuş və onu gözləyirmiş, ancaq Emin təkidlə ölkədən çıxışına qadağan olmadığını demişdir. Odur ki, xx.xx.2017-ci il tarixdə ölkədən çıxan zaman hava limanında onu ölkədən çıxışına qadağa olduğundan Moskvaya gedə bilməmişdir. Yenidən Eminlə danışdıqda bunların hamısının prosedur olduğunu qısa zaman sonra qadağanın götürüləcəyini demişdir. Artıq Eminə olan inamını itirmişdir. Bundan sonrakı dövrdə dəfələrlə Eminə işlərin nə yerdə olduğu barədə soruşmuş, sonuncu isə hər dəfə işə xitam verildiyini, tezliklə təyinatının olacağını bildirmişdir. Bir dəfə dostu Elxanla birlikdə Eminlə görüşmüş, sonuncunun yanında Emin pulu aldığını etiraf etsə də, sonuncunu da inandıraraq işlərin həll olacağını demişdir. Bundan sonrakı dövrdə valideynləri də dəfələrlə Eminlə görüşüb pulu geri tələb etmiş, ancaq sonuncu pulu qaytaracağını desə də bu günə qədər geri qaytarmamışdır. Həmçinin Eminlə arasında bu məsələ ilə bağlı müxtəlif vaxtlarda olan telefon danışıqları olmuş, həmin danışıqları proqram vasitəsilə qeydiyyata alaraq təqdim etmişdir. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı pulları hara sərf etməsi barədə məlumatı yoxdur, sonuncunun onun barəsində istintaq edilən cinayət şi ilə əlaqədar ona köməklik göstərməsi üçün ilk təşəbbüs onun özü tərəfindən olmuşdur. Tanışı Anar vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs gömrük orqanında işlədiyini bildiyindən bu barədə soruşmuş, Anar da ona kömək edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə “ağsaqqal” adlandırdığı DGK-nın rəhbərliyində olan bir şəxsin vasitəsilə işə xitam verdirəcək və onun “Samur” postuna təyin elətdirəcəkmiş. Ancaq həmin şəxsin kim olması barədə əlavə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxslə ifadəsinin sərbəst hissəsində göstərdiyi xüsusatlarla əlaqədar olaraq yəni Eminin onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsi və s. digər məsələlərlə bağlı sms yazışmaları olmuşdur. Bildirmişdir ki, o, pulu Təqsirləndirilən şəxs rüşvət kimi verməmiş, sonuncunun bu məsələnin “ağsaqqal” adlandırdığı şəxsin tapşırığı ilə həll ediləcəyini həmin puldan özünə heç nə götürməyəcəyini, heç həmin pula “ağsaqqal” adlandırdığı şəxsin ehtiyacı da olmadığını, sadəcə şirinlik kimi görüşə gedərkən aparacağını demişdir. Təqsirləndirilən şəxs “onun barəsində istintaq edilən cinayət işi ilə əlaqədar ona köməklik göstərməsi üçün verdiyi 15.000 manat pul onun ailə üzvlərinə məxsus olmuşdur. İstintaqa təqdim etdiyi kompakt diskdə yerləşdirilmiş səs yazısını dinləmişdir. Səs yazısındakı dialoq o və Təqsirləndirilən şəxs arasında olmuşdur. Həmin səs yazıları Təqsirləndirilən şəxs sürücüsünə pulu təqdim etdiyi vaxt Eminlə olan telefon danışığı və işin nə zaman düzələcəyi ilə bağlı danışıqları zamanı qeydə alınmışdır. Daha sonra Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2016-cı il ərzində Təqsirləndirilən şəxs iki dəfə onu Əcəmi metrosunun yaxınlığında yerləşən “Ocaq” kafesinə göndərmiş, orada Əli adlı şəxsdən hal-hazırda dəqiq xatrlamadığı müxtəlif məbləğlərdə pulları götürərək Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketi 38, ev 4A ünvanının yaxınlığında görüşərək ona təqdim etmişdir. Əli adlı şəxsdən pul alıb Eminə aparmasının üzərindən çox zaman keçdiyi üçün dəqiq tarixləri xatırlamadığını, lakin təxminən 2016-cı ilin may və avqust ayında ümumilikdə iki dəfə Əcəmi metrosunun yanında yerləşən “Ocaq” kafesində Əli adlı şəxslə görüşdüyünü və sonuncunun şəxsin verdiyi pulları Eminə çatdırdığını, həmin pulların hansı məbləğdə olmasını dəqiq xatırlamasa da pulu Eminə verəndə sonuncunun özünün pulları saydığını və yalnız doğruluğuna əmin olduqdan sonra onunla sağollaşdığını, Eminin həmin pulları hansı məqsədlə və hansı səbəbədən Əli adlı şəxsdən götürməsi barədə heç bir məlumat olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və qeyrilərinə xarici ölkələrdən maşın sifariş verərək onlara maşın almağa vasitəçilik etməsi, lakin sonradan verdiyi vədə əməl etməyərək onlara qarşı dələduzluq etməsi barədə heç bir məlumatı olmadığını, bildiyinə görə Təqsirləndirilən şəxs DGK-nin əməkdaşı olduğunu, sonuncunun ona heç vaxt kiməsə çatdırmaq üçün pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında tək yaşayır və 2005-ci ildən taksi fəaliyyəti ilə məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən müştəri kimi tanımışdır. Eminlə aralarında tanışlıqları olsa da münasibətləri yaxın olmamışdır. O, Eminin yaşadığı Nərimanov rayonu, Atatürk prospekti, ev 4A saylı binanın yaxınlığında dayanıb özünə məxsus **-ZX-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobili ilə müştərilərin ona yaxınlaşmasını gözləyirmiş. Emini həmişə Dövlət Gömrük Komitəsinin xidməti formasında görmüş və Emin dəfələrlə onunla taksi kimi Lökbatanda yerləşən DGK-nın inzibati binasına sənədlər göndərmiş və gediş-gəliş haqqını vermişdir. Bu səbəbdən də Eminin gömrük orqanı əməkdaşı olduğunu bilmişdir. Həm də bir neçə dəfə göndərərək tanımadığı şəxslərdən pul və sənəd alıb gətirib Eminə vermişdir. Amma həmin pulları kimdən hansı məqsədlə aldığını bilməmişdir. O, təxminən 4 ilə yaxın olar ki, Emini görmədiyini qeyd etmişdir. Eminin harada olmasını və niyə qəfildən yoxa çıxması barədə məlumatı yoxdur. Emin ona 2017-ci ilin iyun ayında hazırda xatırlamadığı mobil nömrə verərək Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən keçmiş Vergilər Departamentinin qarşısında adını bilmədiyi şəxsdən 15.000 manat pul götürüb Eminə çatdırmasını, yol pulu nə edirsə pulu Eminə çatdıranda verəcəyini bildirmişdir. O da etiraz etməmiş və Emin deyən ünvana getmiş, həmin nömrəyə zəng vurub özünü göstərmiş, iki nəfər cavan oğlan ona yaxınlaşmış, oğlanın biri əlində olan paketi ona verib Eminə çatmalı olan 15.000 manat pul olduğunu demiş və onun yanından Errini yığıb ki, pulu taksiyə vermişdir. O da həmin bağlamanı götürüb Eminin yaşadığı binanın qarşısında Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Karvansaray” restoranının yaxınlığında Eminə verib 8 manat yol pulunu almışdır. Bundan əlavə bildirmişdir ki, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən keçmiş Vergilər Departamentinin qarşısında adını bilmədiyi şəxsdən hansı tarixlərdə və hansı məbləğlərdə pul götürüb Təqsirləndirilən şəxs verməsinin üzərindən çox zaman keçdiyi üçün dəqiq tarixləri xatırlamır. Lakin xatırladığı qədəri ilə 2017-ci ilin iyun ayında Emin ona zəng edərək həmin Nərimanov metrostansiyasının yanında yerləşən keçmiş Vergilər Departamentinin qarşısında tanımadığı şəxslə görüşmüş və verdiyi pul olan bağlamanı Eminə yaşadığı evin yaxınlığında Nərimanov rayonu, Atatürk prospketı “Karvansaray” restoranının yaxınlığında görüşürərək çatdırmışdır. Emin özü pulları saymış və yalnız doğruluğuna əmin olduqdan sonra onunla sağollaşmışdır. Həmin bağlamada olan pulları saymadan Eminə vermiş və buna görə də pulların dəqiq sayını bilməmiş, lakin Emin ona həmin şəxsdən pul alarkən 15000 manat olduğunu bildirmişdir, Təqsirləndirilən şəxs həmin pulları hansı məqsədlə və hansı səbəbdən nəmin şəxsdən götürməsi barədə onda heç bir məlumat olmamışdır. Bununla bağlı o, özü də maraqlanmamışdır. O, taksi sürücüsü olduğundan onun üçün əsas olan gedib-qayıtdığı yol üçün Təqsirləndirilən şəxs aldığı məvacib olmuşdur. Sonuncunun telefon danışıqlarından Gömrük Komitəsində Azərbaycan Respublikası ərazisinə idxal olunan nəqliyyat vasitələri qeydiyyatı ilə məşğul olduğunu bilirmiş. Lakin onunla bu barədə heç bir söhbəti olmamışdır. Bununla bağlı ətrafdakı insanlardan eşitməmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun vasitənizlə “Nərimanov” metrostansiyası yaxınlığında görüşərək pul götürdüyünüz və qeyrilərinə qarşı xarici ölkələrdən maşın sifariş verərək maşın almağa vasitəçilik etməsi, lakin sonradan verdiyi vədə əməl etməyərək onlara qarşı dələduzluq etməsi barədə onda heç bir məlumat olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs maşın alqı-satqısı ilə məşğul olması barədə bilməmişdir. Eminin telefon danışıqlarından Gömrük Komitəsində Azərbaycan Respublikası ərazisinə idxal olunan nəqliyyat vasitələri qeydiyyatı ilə məşğul olduğunu bilirmiş, Təqsirləndirilən şəxs ona heç vaxt kiməsə çatdırmaq üçün pul verməmişdir. Təqsirləndirilən şəxs kiminləsə dava-dalaşının və mübahisəsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, kürəkəni R.X18 Nazirliyinin əməkdaşıdır və 2009-cu ildən bəri Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyində birinci katib vəzifəsində işləyir. Diplomatik xidmətilə əlaqədar olaraq hər ezamiyyət dövrü üçün hər bir diplomata əldə etdiyi vəsaitin ölkəyə gətirilməsində idxal vergisi rüsumu tutulmadığından işlədiyi dövr ərzində əldə etdiyi vəsait hesabına bir ədəd “Lexus LX570” markalı avtomobil alaraq Azərbaycana gətizdirmək və gömrük rüsumu olmadan əldə edəcəyi üçün arada olan məbləği xeyir kimi qazanıb uşaqlarının eşitmə probleminin müalicəsinə xərcləmək istəmişdir. Lakin Rövşən bu barədə maraqlandıqda avtomobillərin gömrükdən keçirilməsində müəyyən problemlər yalandığını eşitdiyindən ondan bu məsələ ilə bağlı kömək edə biləcək bir şəxsi tapmağını xahiş etmişdir. O, bu məsələ ilə bağlı uzun müddətdir ki, tanıdığı Mirhəşim Seyidovla bu barədə danışmış və M.Seyidov ona bu işi tanışı Təqsirləndirilən şəxs vasitəsilə çox asan yolla həll edə biləcəyini demişdir. M.Seyidov ona Təqsirləndirilən şəxs mobil nömrəsini verərək zəng edib bu məsələ barədə Eminin özü ilə danışa biləcəyini demişdir. Bundan sonra Eminin nömrəsini ondan götürərək Eminlə əlaqə saxlamış və ona tanışlıq verib məsələ haqqında qısa məlumat verdikdən sonra nömrəsini kürəkəni Rövşənə vermişdir. Rövşən də bundan sonra bır neçə dəfə Eminlə əlaqə saxlayaraq onunla görüşmüşdür. Bütün bu prosesler təxminən 2017-ci ilin ferval ayının əvvəllərində baş vermişdir. Təxminən fevral ayının sonunda dəqiq xatırlamadığı tarixdə Rövşənlə birlikdə Eminlə görüşüb onunla sonuncu dəfə “Lexus LX 570” markalı avtomobilin gömrükdən keçirilməsində onlara köməklik etməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanının qarşısında 24900 manat pul vermişlər. Təqsirləndirilən şəxs avtomobil gömrüyə daxil olduqdan sonra bütün məsələləri özü həll edib maşını onlara təhvil verəcəyini demişdir. Bundan sonra Rövşənin iş yoldaşı olan adını dəqiq bilmədiyi ancaq Azərbaycan Respublikasının Moldovadakı səfirliyində işlədiyini və adının İlham olduğunu bildiyi bir şəxs Rövşənə xarici ölkədən “Mercedes Benz” markalı avtomobil gətizdirdiyini, lakin gömrükdə yaranmış hər hansı bir problem səbəbindən avtomobilin gömrükdə qaldığını bildirərək Rövşəndən kömək istəmişdir. Rövşən ona Emin adlı tanışının olduğunu və bu məsələlərlə bağlı onun özünə kömək etdiyini və istəsə əlaqə yarada biləciyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 İlham adlı şəxsin işi ilə bağlı olaraq Təqsirləndirilən şəxslə əlaqə saxlamış, Emin həmin maşınla yaranmış problemləri də həll edə biləcəyini bildirərək bunun qarşılığında 12.000 manat məbləğində pul verməli olduğunu demişdir. Rövşən bu səbəbdən İlhamın xahişi ilə 2017-ci ilin təxminən mart ayının sonlarında İlhamın yerinə 12.000 manat əvəzinə 7700 ABŞ dollar məbləğində pulu Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısında vermişdir. Lakin həmin problem həll olunmadığından avtomobil uzun müddət konteynerdə qalmış və kürəkəni Zərərçəkmiş şəxs4 bundan əlavə 3000 ABŞ dolları əlavə xərcə düşmüşdür. Rövşənin alıb göndərdiyi “Lexus LX 570” markalı avtomobil isə Rusiya Federasiyasından 2017-ci ilin aprel ayının sonunda Azərbaycana gəlib çıxmışdır. Lakin Təqsirləndirilən şəxs dəfələrlə müxtəlif bəhanələr gətirərək avtomobilin gömrükdən keçirilməsini yubatmış və bu səbəbdən avtomobil gömrükdə qalmışdır. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs onlardan aldığı pulları hara sərf etməsi barədə heç bir məlumatının olmadığını, sonuncunun dediyinə gorə adı çəkilən avtomobillərin gömrük problemlərinin həll olunmasını şəxsən həll edəcəyini və bundan əlavə heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs gömrük orqanlarında işlədiyini bildiyini, lakin onun konkret olaraq hansı idarədə hansı vəzifədə işlədiyini barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ondan əvvəl şahid qismində dindirilmiş Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, təxminən 2017-ci ilin aprel-may aylarında dəqiq xatırlamadığı tarixdə Şahid5la söhbət zamanı sonuncu ona kürəkəni Zərərçəkmiş şəxs4 xarici ölkədən avtomobil gətizdirdiyini və həmin avtomobilin gömrükdən keçirilməsində yarana biləcək problemlərin həll olunması üçün Mirhəşim Seyidov vasitəsilə tanıdığı DGK-nin əməkdaşı olan Emin adlı şəxsə artıq 3 aya yaxın müddətdir ki, hal-hazırda dəqiq xatırlamadığı məbləğdə pul verdiyini, Emin adlı şəxsin isə söz verdiyi kimi həmin avtomobilin gömrükdən keçirilməsində köməklik etmədiyini, bununla da avtomobillərin gömrükdə qaldığını və bundan başqa verilən pulları da geri qaytarmadığını bildirmişdir. Şahid5 ondan Emin adlı şəxslə görüşə onunla birlikdə getməyini və söhbət etməyini xahiş etdiyi üçün buna etiraz etməmiş və Səməd Vurğun küçəsində yerləşən “City Hopsital”-ın qarşısında Şahid5 iştirakı ilə Eminlə görüşmüşdür. Görüş zamanı Emin adlı şəxs Şahid5 kürəkəni Zərərçəkmiş şəxs4 xarici ölkədən gətizdirdiyi avtomobilin gömrük problemlərini həll etdiyini, digər avtomobilin problemlərini isə qısa zaman ərzində həll edəcəyini söz vermişdir. Emin adlı şəxslə görüşdüyü gün həftənin əvvəli olmuş və Emin həmin vaxt həftənin 5-ci gününə kimi avtomobilləri təhvil verə bilməsə növbəti həftənin 1-ci günü aldığı pulları geri qaytaracağını demişdir. Həmin vaxt ona Şahid5 kürəkəni Zərərçəkmiş şəxs4 Emin adlı şəxsə iki ayrı avtomobilin gömrükdə yarana biləcək problemlərinin həlli üçün pul verdiyi məlum olmuş və elə Şahid5la danışığı zamanı da sonuncu bunu təsdiq edərək digər avtomobilin Zərərçəkmiş şəxs4 iş yoldaşının olduğunu və onun xahişi ilə Rövşən tərəfindən həmin avtomobilin də gömrükdə yarana biləcək problemlərinin həll edilməsi üçün hal-hazırda dəqiq xatırlamadığı məbləğdə Emin adlı şəxsə pul verdiyini bildirmişdir. Bir müddət keçdikdən sonra Ə.Hüsyenovla danışığı zamanı sonuncu ona Emin adlı şəxsin yenidən məsələni yubatdığını və nə pulları qaytarmadığını, nə də ki, avtomobillərin gömrükdə yaranmış problemlərinin həll edilmədiyini demişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 Adıgözəl oğlunun ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, təxminən 2016-cı ilin avqust ayında Raminlə söhbət zamanı Ramin ona, Eminlə aralarında müxtəlif vaxtlarda olan sövdələşmə əsasında Emin Raminə, onun dostu Əliyə və bacanağı Elnura müxtəlif markalı avtomaşınlar gətirməli olsa da, lakin söz verdiyi maşınlarından yalnız birini gətirmiş digər maşınları isə gətirib sifariş verən şəxslərə təhvil vermədiyini bildirmişdir. Bu zaman o, Raminə Emini də, onu da tanıdığını qeyd etmiş və bu məsələdə ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Ramin və Eminin iştirakı ilə üçü görüşmüş və bütün baş verənlərə aydınlıq gətirmək üçün məsələləri müzakirə etmişlər. Eminlə danışıqları zamanı müəyyən olmuşdur ki, Emin Raminə “X24” markalı avtomaşını gətirmək üçün ondan 13.700 manat pul tələb etmiş, Ramin həmin pulu Eminə çatdırmış və həmin maşın söz verildiyi vaxtdan gec də olsa Raminə təhvil verilmişdir. O. Eminə maşının qiymətində, onun alış-verişində hər hansı bir narazıçılığının olub-olmamasını dəqiqləşdirmiş, Emin isə heç bir narazıçılığın olmadığını və hər şeyin razılaşdıqları kimi həll olduğunu bildirmişdir. O, adı çəkilən maşının qiymətinin kifayət qədər ucuz olduğuna görə artıq burada hər hansı bir porblem olduğunu hiss etmişdir. Ancaq Emin özü həmin alış-verişdə heç bir şikayəti olmadığından bu söhbətin üstündən keçmişdir. O, Eminin, Raminin bacanağı Elnura və dostu Əliyə də söz verdiyi maşınları gətirmədiyini bilmişdir. Ümumi olaraq Eminə bütün bu söz verdiyi avtomaşınları gətirə bilmirsə, pulları qaytarmasını təklif etmişdir. Lakin Emin ona maşınların hansı səbəbdən, niyə gəlib çıxmadığını izah etmək istəmişdir. O, artıq Eminin dediklərinə inana bilmədiyi üçün ona qulaq asmamışdır. Ona bir daha əgər pulları hər hansı bir problem səbəbindən və ya digər deyə bilmədiyi məsələlərlə bağlı xərcləyibsə ona vəziyyətdən çıxmağa kömək edə biləcəyini demişdir. Lakin Emin heç bir problem olmadığını, maşınları sifariş etdiyi və bir müddət sonra maşınların gəlib çıxacağını bildirmişdir. O, bundan sonra Eminin atası Elxan ilə telefon əlaqəsi yaradıb, hamısının yerli olduğunu, bu kimi pul problemlərinə görə Eminin də problem yaşamağını istəmədiyini, həm Ramini həm Emini tandığını və bu səbəbdən bu məsələnin müsbət yolla həll edilməli olduğunu Elxana bildirmişdir. Lakin bir nəticə olmadığından bundan sonrakı dövrdə bir dəfə də dəqiq xatırlamadığı tarixdə Eminlə Raminin iştirakı ilə görüşmüş, yenə də Eminə borcunu qaytarmasını izah etdikdə, Emin onun atası ilə bir daha danışmağını ondan xahiş etmişdir. O, Eminin atası Elxana bir daha zəng edərək ona bu məsələnin müsbət formada həll olması üçün Eminə kömək etmək lazım olduğunu bildirmiş, həmin vaxt Eminin atası Elxan evinin olduğunu, satıb borcu qaytacağını bildirmişdir. Lakin onda olan məlumata görə evi kifayət qədər baha qiymətə satışa qoyduğundan ev satılmamışdır. Odur ki, Eminin borclarnın qaytarılması üçün kifayət qədər təşəbbüs göstərsə də bir nəticə olmamışdır. Bundan sonrakı dövrdə o, artıq tam olaraq kənara çəkilmiş və bu məsələyə qarışmayacağını bildirmişdir. Onda olan məlumata görə bundan sonra Ramin, bacanağı Elnur və dostu Əli ilə birlikdə göstərilən məsələlərlə bağlı DİN-ə şikayət etmişlər. Bundan başqa bildiyinə görə Emin Elnur və Əlinin borclarının bir hissəsini qaytarsa da, Raminə pul qaytarmaqdan imtina etmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs pulları heç yerə sərf etmədiyini və maşınların sifariş edilməsinə xərclədiyini dediyini, Təqsirləndirilən şəxs “X25” markalı avtomobili 25.000 manat qarşılığında N.Raminə gətirməli olmadığını, deyilənlər həqiqəti əks etdirmədiyini, söhbətləri zamanı Təqsirləndirilən şəxs dəqiq olaraq “X25” markalı avtomobilin sifarişi ilə bağlı hər hansı bir alacaq-verəcək qalıb-qalmadığını yəni 13.700 manata razılaşma da bir problem olubolmadığını soruşduğunu, Eminin isə heç bir problem olmadığını və və razışlaşdıqları kimi hər şeyin həll olduğunu qeyd etdiyini, avtomaşınların haradan gəlməsi barədə məlumatı olmadığını, lakin Eminin dediyinə görə maşınların konteyner vasitəsilə gəldiyini, yəni ki xaricdən gətirilirdiyini əlavə etmişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, 2016-cı ilin mart ayının əvvəllərində Ramin ona zəng edərək onunla birlikdə bir yerə getməyini xahiş etmiş, o, bu barədə ondan soruşduqda Ramin “X24” markalı avtomaşın sifariş etdiyini bildirmişdir. Bundan sonra Təbriz küçəsində yerləşən «Qarabağlar» kafesi kimi tanınan kafedə Emin adlı bir şəxslə görüşmüşlər. Üçü birlikdə yemək yemiş, Ramin Eminə 3.700 manatı verdikdən sonra o, Elxan adlı şəxsi telefonla çağırıb pulun 2.700 manatını Elxana vermişdir. Emin adlı şəxsi həmin gün ilk dəfə idi görmüşdür. Bundan sonra ordan çıxıb getmişlər. Ramin ona zəng edərək “X24” avtomaşını aldığını bildirmiş, maşının nömrəsini 90 seriyası ilə başlayan olmasını istədiyi üçün maşını onun adına qeydiyyata salmaq istədiyini demişdir Bu səbəbdən o, şəxsiyyət vəsiqəsini Raminə vermişdir. Bundan sonra onda olan məlumata görə həmin maşını Raminə Emin adlı şəxs gətirmişdir. X16 gətirdiyi «X24» markalı ağ rəngli **-OV-*** qeydiyyat nişanlı avtomaşını görmüş, iki dəfə də etibarnamə vermişdir. Raminin dediyinə görə Emin adlı şəxs dəfələrlə Zərərçəkmiş şəxs1 aldatmış və ona söz vermiş olduğu digər avtomaşınları gətirib çıxartmamışdır. Bundan başqa göstərilən məsələlərlə bağlı heç bir məlumatı olmamışdır. Şahid2 bundan başqa ifadəsində Raminin 3700 manatı “X24” markalı avtomaşının gətirilməsi üçün verdiyini və ümumi məbləğin bildiyinə görə 13700 manat olduğunu, Eminin dediyinə görə maşını ABŞ-dan gətizdirdiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 Fərhad qızı məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid7 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən oldu ki, o ifadəsində bildirmişdir ki, R.R.Sadıqov 2018-cı ilin yanvar ayında Bakı şəhərində işlədiyi mağazaya yaxınlaşaraq ona əri Eminin əmisi oğlu Zərərçəkmiş şəxs6 on bir min manat borcu bildirmişdir. O da həmin borcdan hər ay 500 manat ödəməyə razılıq vermimdir. Həmin səbəbdən 2018-ci il may ayının 15-i tarixində 200 manat, 2018-ci il iyun ayının 15-də 500 manat pulu R.Sadıqova ödəmişdir. Rəşad ona aldığı pulları əmisi oğlu Zərərçəkmiş şəxs6 verdiyi bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, R.Sadıqovun ona aldığı pul vəsaitlərini əmisi oğlu Zərərçəkmiş şəxs6 ödəməmişdir. Həmçinin bildirmişdir ki, o, R.Sadıqova 2018-ci ilin may ayının 15-də 200 manat və həmin ilin iyun ayının 15-də 500 manat pul vermişdir. Daha sonra maddi imkanı olmadığından hər hansı ödəniş etməmişdir. Həmin pul vəsaitlərini verməsinə dair hər hansı sənədi və şahidi yoxdur. Cinayət işinin 2-ci cild 112-114-cü vərəqələrində olan xx.xx.2017-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi rayon prokurorluğunun müstəntiqi A.S.Hacıyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 219-223-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi rayon prokurorluğunun müstəntiqi M.S.Məmmədzadənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 162-163-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 5-ci cildinə əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncunun olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 5-ci cildinə əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cild 35-37-ci vərəqələrindən olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 22069 nömrəli ekspert rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, avtomobil.az jurnalı, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasının toplanmış məlumatlara əsasən 2014-cü il buraxılışlı mühərrik 2400 sm3 olan “X24” markalı avtomobilin normal vəziyyətdə 2016-cı ilin ilk yarısı üçün orta bazar qiyməti nəzəri qaydada təxminən 34.000,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 3-cü cild 210-218-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-50/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 altı ay azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 il 01 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanımış 05 il 01 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən edilmiş, sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cinayət işinin 4-cü cild 211-213-cü vərəqələrində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayətləri, tələbləri yoxdur və gələcəkdə də olmayacaq, ərizələrini məhkəmə çıxışı kimi qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cinayət işinin 5-ci cildinə əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayətləri, tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır, ərizələrini məhkəmə çıxışı kimi qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cinayət işinin 5-cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 38.000 manat məbləğində maddi zərərdən 5.000 manatını qəbul etmişdir. Cinayət işinin 5-cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərdən 18.000 manatını qəbul etmiş və sonuncunun ona 15.000 manat borcu qalmışdır. Cinayət işinin 5-cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 14.000 manat ödənilərək vurulmuş zərər tam bağlanılmışdır. Cinayət işinin 4-cü cild 71-ci vərəqəsində olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X2 arasında xx.xx.2004cü il tarixdə nikah bağlanılmış və arvada Hacıyeva soyadı verilmişdir. X12 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs və anası isə Şahid7dır. Cinayət işinin 4-cü cild 194-cü vərəqəsində olan 21/23 saylı epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs sağ böyrəyin törəməsi diaqnozu qoyulmuş və sonuncu xx.xx.2023-cü il tarixdə sağ tərəfli nefrektomiya, yəni böyrəyin xaric edilməsi əməliyyatı edilmişdir. Cinayət işinin 5-ci cildinə əlavə edilmiş Bakı Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xəstə Təqsirləndirilən şəxs xx.xx.2023-cü tarixində Uroloq müayinəsində olmuş, anamnizə əsasən xx.xx.2023-cü tarixində sağ tərəfli nefrektomiya əməliyyatı olmuşdur. Aparılan müayinələr nəticəsində pielonefrit diaqnozu qoyuldu. Xəstə ev şəraitində 2 həftə müddətində konservativ müalicə almalıdır. 2 həftə sonra təkrar müayinəyə gəlməlidir. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ərizələri əsasında toplanmış materialda Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 4-cü cild 102-137-ci vərəqələrində olan 05-06 dekabr 2022-ci il tarixli ittiham aktından görünür ki: 1-ci epizod üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona olan etibarından suiistifadə edərək ona xarici ölkələrdən ucuz qiymətə “Toyota Camry” markalı avtomaşın gətirəcəyini yalandan vəd etməklə aldadaraq N.Raminin 24 fevral 2016-cı tarixdə Qəbələ şəhərində yerləşən «Kapitalbank» filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə onun adına göndərdiyi həmin tarixə milli valyuta ilə məzənnəsi 10,089 manat olan 6470 ABŞ dolları məbləğində pulunu "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 889-cu məhəllə, ev 82-də yerləşən “Rabitə” bank filialından götürməklə verdiyi vədə əməl etmədən ələ keçirib, qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir, 2-ci epizod üzrə Təqsirləndirilən şəxs 2016-cı ilin fevral-mart aylarında qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 37.000 manat qarşılığında xarici ölkədən sərfəli qiymətə «X19» markalı avtomobil gətizdirəcəyi barədə yalandan vəd verməklə aldadaraq və onun etibarından sui-istifadə edərək ondan qeyd olunan məbləğin həmin tarixə milli valyuta ilə məzənnəsi 32.833 manat olan 22.000 ABŞ dolları hissəsini Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında yerləşən “Ocaq” kafesində özünün göndərdiyi Şahid3 vasitəsilə Zərərçəkmiş şəxs3 aldıraraq yaşadığı ünvan 3 ünvanının qarşısında ələ keçirib verdiyi vədə əməl etməyərək qulluq mövqeyindən istifadə etməklə, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir(zərərçəkən şəxs Zərərçəkmiş şəxs3 01 iyun 2017-ci il tarixli izahatı i/v 1-ci cild 93-95), 3-cü epizod üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu sonuncunun bacanağı Zərərçəkmiş şəxs2 15.200 manata, yeni sərfəli qiymətə xarici ölkələrdən “X24” markalı avtomobil gətizdirəcəyi barədə yalan vəd verməklə aldadaraq, Zərərçəkmiş şəxs2 31 may 2016-cı il tarixdə «Kapitalbank»ın Naxçıvan şəhərində yerləşən filialından «Xəzri» təcili pul köçürmə sistemi vasitəsilə onun adına göndərdiyi 15.200 manat məbləğində pulu "xxxx" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 889-cu məhəllə, ev 82-də yerəşən “Rabitə” filialından götürməklə, ələ keçirib, verdiyi vədə əməl etmədən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir, 4-cü epizod üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bazar qiyməti təxminən 12.000-13.000 manat olan «Mersedes ML» markalı avtomobili 10.000 manata sata biləcəyini bildirib həmin avtomobilə dair aralarında razılaşdıqları son qiymət olan həmin tarixə milli valyuta ilə məzənnəsi 9.572 manat olan 6000 ABŞ dolları məbləğində pulu 2016-cı ilin mart və avqust ayının əvvəllərində N.Raminin göstərişi ilə onların ortaq dostu olan Zərərçəkmiş şəxs3 İbrahim oğlundan Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi metrosu yaxınlığında yerləşən “Ocaq” kafesində özünün göndərdiyi taksi fəaliyyəti ilə məşğil olan Şahid3 vasitəsilə aldıraraq, yaşadığı ünvan 3 ünvanının qarşısında Şahid3 almış, bundan sonra avtomobilin ikinci açarını N.Raminə verərək ondan şəxsiyyət vəsiqəsini götürmüş, növbəti gün avtomobili onun adına qeydiyyata salaraq evakuator vasitəsilə yaşadığı Qəbələ şəhərinə göndərəcəyini yalandan vəd edərək, etibardan suiistifadə etmə vs aldatma yolu ilə özgə əmlakını ələ keçirib, verdiyi vədə əməl etmədən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir(zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 30 may 2017-ci il tarixli izahatı i/v 1-ci cild 83-87). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə onun qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda özgə əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 5-9-cü epizodlar üzrə törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın 1-4-cü epizodları üzrə cinayət əməlləri 2016-cı ilin fevral ayının 24-dən başlayaraq həmin ilin avqust ayının əvəllərində başa çatdığından və hökmun çıxarıldığı vaxtda cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə törədilmiş dələduzluq əməllərinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə xitam verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə dələduzluq etmə cinayəti üzrə verilmiş ittiham yalnız 1-4-cü epizodları əhatə etdiyindən həmin epizodlar üzrə törədilmiş cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü maddəsi üzrə də cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq yəni etibardən sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən, xeyli miqdarda ziyan vurmaqla əldə edilməklə törədildikdə - dörd min manatdan yeddi minmanatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beşilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsə ittiham olunan həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə az ağır cinayətə aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur - cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində biri azyaşlı olmaqla 2 uşağının olmasını, ailəsinin qazanc gətirən yeganə şəxsi olmasını, zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəməsini, zərərçəkmiş şəxslərin şikayət, tələblərinin olmamasını və 07 yanvar 2023-cü il tarixdə əməliyyat yolu ilə bir böyrəyinin xaric olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaıdırılan halların olmamasını, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sonuncunun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-50/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 altı ay azadlıqdan məhrum etmə və həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 il 01 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanımış 05 il 01 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-50/2022 saylı hökmü müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ya mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 44, 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 münasibətdə törədilmiş dələduzluq əməllərinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə və həmin epizodlar üzrə törədilmiş cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə də cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 1(101)-50/2022 hökmü müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı ojmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-52/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-52/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver