Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-522/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.2011-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 16:45-də Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Araz Supermarket” mağazasının qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata elektron məlumat daşıyıcısı hesab edilən 4127-2211-2177-1580 nömrəli bank kartını daxil edərək pul nağdlaşdırmaq istəyən Zərərçəkmiş şəxs kömək etmək bəhanəsi ilə yaxınlaşaraq bank kartının hesabında 498 manat olduğunu görüb özgənin əmlakını gizli olaraq talama məqsədilə Safiya Ağayevanın hiss etmədiyi şəraitdə bankomat vasitəsilə 400 manat pulun nağdlaşdırılması ilə bağlı müvafiq əməliyyatı icra edib sonuncuya guya bankomatda pul olmadığını bildirərək bank kartını qaytardıqdan sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşmasından istifadə edərək elektron məlumat daşıyıcısı hesab edilən 4127- 2211-2177-1580 nömrəli bank kartının hesabından nağdlaşdırdığı 400 manat pul vəsaitini gizli olaraq talayıb zərərçəkmis şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, küçələrdə salfet satmaqla məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ərazisində yerləşən “Araz” marketin qarşısında salfet satarkən marketin qarşısında quraşdırılmış Azərbaycan Beynəlxalq Banka məxsus bankomatın qarşısında dayanmış yaşlı qadın ondan pulu çəkməkdə köməklik etməyini xahiş etmişdir. Həmin qadın gözünə günəş düşdüyü üçün bankomatın ekranını görə bilmədiyini demişdir. O, bankomata yaxınlaşıb ekrana baxdıqda kartın balansında 498 manat pul olduğunu görmüşdür. Yaşlı qadın pulun 400 manatını çıxartmaq istədiyini demişdir. O, pulu nağdlaşdırmaq üçün müvafiq əməliyyatlar etmiş, daha sonra qadına bankomatda pul olmadığını demişdir. Həmin qadın kartı götürüb oradan uzaqlaşmışdır. Bir neçə saniyə sonra bankomatdan 50 manatlıq 08 ədəd əskizaz çıxmış, o, həmi pulları götürərək oradan uzaqlaşmışdır. Həmin vaxt ətrafda bir neçə nəfər şəxs olsa da, həmin şəxslər onun pulu götürüb getməyinə fikir verməmişdir. Daha sonra o, həmin 400 manatı şəxsi ehtiyacları üçün xərcləmiş və pulu qurtardıqdan sonra izini itirmək üçün bacısıgilin yaşadığı Yevlax şəhərinə getmişdir. Daha sonra dəymiş zərəri ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə aylıq təqaüdünü nağdlaşdırmaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti 3007-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında quraşdırılmış Beynəlxalq Banka məxsus bankomata yaxınlaşmışdır. Uzun illərdir ki, təqaüd alır və həmin təqaüdü hər ay özü nağdlaşdırır. Həmin gün də özü nağdlaşdırmaq istəmişdir. Özünə məxsus 4127 2211 2177 1580 seriya nömrəli plastik bank kartını bankomata daxil etmiş, bankomatın ekranına günəş işığı düşdüyü üçün ekranda yazılanları görə bilmədiyi üçün yanında dayanmış bir nəfər tanımadığı cavan oğlan ona köməklik etməyi təklif etmişdir. Yanlarında həmin oğlandan başqa da iki nəfər şəxs olmuşdur. O, həmin oğlana etiraz etmədikdə oğlan bankomata yaxınlaşıb ekrana baxmış və kartının balansında 498 manat olduğunu demişdir. O, həmin şəxsdən pulu nağdlaşdırmağı xahiş etsə də, cavan oğlan ona bankomatda pul olmadığını deyərək kartını ona qaytarmışdır. O, həmin şəxsə inanıb marketə daxil olmuşdur. Marketdən çıxdıqdan sonra kartının balansını təkrar yoxladıqda ona məlum olmuşdur ki, balansında cəmi 98 manat pul qalıb. O, növbəti gün Beynəlxalq Banka yaxınlaşan zaman ona təqaüd kartından 400 manat pulun xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında quraşdırılmış Beynəlxalq Banka məxsus bankomatdan nağdlaşdırıldığı deyilmişdir. Həmin vaxt o, başa düşmüşdür ki, həmin cavan oğlan onun 400 manatını oğurlayıb. Buna görə də polisə müraciət etmək qərarına gəlmişdir. Daha sonra ibtidai istintaq zamanı ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən və onunla barışdığından ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.49-50); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.69); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.82-83); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozmasına görə barəsində axtarış elan olunmuş və cinayət iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.100-101,103); - “Axtarışda olan şəxsin yaxalanması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində saxlanılaraq Nəsimi RPl-nin MSY-nə təhvil verilmişdir (i.v.107); - “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilmişdir (i.v.109); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.112-113); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Araz" marketin qarşısıdır. Marketin qarşısında 03 ədəd bankomat aparatı quraşdırımışdır. Onlardan biri "Kapitalbank”a, digəri “Yelobanka”, üçüncüsü isə "xxxx"a məxsusdur. Zərərçəkmiş şəxs "xxxx"a məxsus bankomatı göstərərək 11 mart 2025-ci il tarixdə saat 16:45-də oradan təqaüdünü nağdalaşdırmaq istəyərkən ona kömək təklif edən oğlan tərəfindən 400 manat pulunun oğurlandığını bildirmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.9-11); - “Fotoşəkil üzrə tanınmanın aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan fotoşəkillər arasında haqqında ifadə verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə ünvanında yerləşən”Araz” marketin qarşısında quraşdırılmış Beynəlxalq Banka məxsus ATM-dən pul çıxartmaq istəyərkən ona yaxınlaşıb kömək təklif edən cavan oğlanın fotoşəklinin hansı olması sual edilmiş və müsbət halda tanıması üçün fotoşəkli təqdim edilən şəxsin hansı əlamətlərə əsasən tanıması haqqında məlumat verməsi təklif olunmuşdur. Zərərçəkmiş şəxs fotocədvəldə əks olunan fotoşəkilləri nəzərdən keçirdikdən sonra Beynəlxalq bank kartından 400 manatın necə oğurlanması barədə əvvəlki ifadəsini təsdiq etdiyini, nömrələnmiş fotoşəkillərdən 3-cüsünü saçının formasından və üz quruluşundan tanıdığını, həmin şəxsin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə ünvanında yerləşən “Araz” marketin qarşısında quraşdırılmış Beynəlxalq Banka məxsus ATM-dən pul çıxartmaq istəyərkən ona yaxınlaşıb kömək təklif edən şəxs olduğunu bildirmişdir (i.v.57-59); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq etmişdir (i.v.68); - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs da onun dediklərini təsdiq edərək törətdiyi əməli etiraf etmişdir (i.v.80- 81); - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən və onunla barışdığından heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır (i.v.97); - Beynəlxalq bank kartından çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 04:47-də Zərərçəkmiş şəxs məxsus bank kartından Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar ərazisində “Araz marketin qarşısında ATM-dən 400 manat pul nağdlaşdırımışdır (i.v.7); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.116). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi isə eyni əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir (11-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etraf edərək peşman olmasını, ilk dəfə cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və axtarış nəticəsində xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 20:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 03 (üç) gün müddət 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 20:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-522/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-522/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver