Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-53/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X8, X5 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsin X3 qanuni nümayədəsi: Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.2000-ci ildə Xızı rayonu, Sitalçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Şərifan kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Zəngilan rayonu, Zəngilan şəhərində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ev 12, mənzil 25-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzədə küçəsi, 03 saylı ünvanda yerləşən “Play station” oyun klubunun qarşısına gələrək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 oranın yaxınlığında dayanaraq onları heç kimin görməməsi üçün müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə klubun giriş qapısını dəmir alətlə aralayıb içəriyə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində bir ədəd “Play station 3” markalı oyun konsolunu, 150 manat dəyərində üç ədəd oyun disklərini və hər biri 10 manat dəyərində iki ədəd “Sony” markalı “Play station 3” oyun konsoluna aid pultları gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində 525 saylı avtobusda olarkən qarşılaşdığı qonşusu Təqsirləndirilən şəxs2 ondan hara getdiyini soruşanda, o, Bakıya getdiyini bildirmiş və ona da onunla birlikdə getməyi təklif etmişdir. Onlar saat 13 radələrində metronun “Memar Əcəmi” stansiyası yaxınlığında avtobusdan düşüb “Nənəmin təndiri” deyilən yerdən hərəsinə bir dönər alaraq parkda oturmuşlar. Bu zaman o, parkla üzbəüz yolun kənarındakı binanın altında yerləşən “Play station” oyun klubunu görmüşdür. Elvinə içəri girib oyun oynamağı təklif etsə də, oraya yaxınlaşanda obyektin işləmədiyini bilmişlər. O, Elvinə klubun yaxınlığındakı parkın kənarında dayanmasını deyib özünün içəriyə girəcəyini söyləmişdir. Elvin də bununla razılaşıb orada gözləmişdir. Bundan sonra o, binanın altından tapdığı dəmir parçası ilə klubun giriş qapısını aralayaraq içəri girmiş, orada ətrafa nəzər saldıqda klubun bir neçə ədəd televizor aparatının və bir ədəd “Play station” oyun konsolunun olmasını müəyyən etmişdir. Televizorlar çox böyük olduğuna görə kompyuteri götürmək qərarına gəlmişdir. Klubun dəhlizindəki televizorlarından birinin yanında olan “Play station” oyun konsolunu, orada masanın yanındakı şkafın siyirməsindən həmin kompyuterə aid iki ədəd pult və üç ədəd oyun diskini götürmüşdür. Oğurladığı əşyaları orada olan sellofan torbaya yığıb çölə çıxmışdır. Elvinlə birlikdə Masazıra qayıdarkən torbadakı diskləri köhnə olduğundan atmış, digər əşyaları isə yaşayıdığı evin zirzəmisində gizlətmişdir. Daha sonra yaxınlıqda olan “Play station” oyun klubuna gələrək oranı işlədən Rafiq adlı şəxsə yaxınlaşmış və guya ona hədiyyə verilmiş oyun konsolunu və pultlarını satmaq istədiyini söyləmişdir. Rafiq də bu əşyaların işlək vəziyyətdə olmasını yoxladıqdan sonra onlara görə 100 manat pul verə biləcəyini demiş, o da bununla razılaşıb pulu almışdır. Qeyd edir ki, Elvinin onun törətdiyi cinayətdə iştirakı olmamış, o bu şəxsi cinayəti törətməyə vadar etməmiş, hədə-qorxu ilə cinayətkar fəaliyyətə cəlb etməmişdir. Elvinə sadəcə olaraq klubdan kənarda dayanıb onu gözləməsini demiş, o da klubun qarşısında gözləmiş və aralarında bir yerdə oğurluq etmələri barədə razılaşma olmamışdır. Oğurladığı əşyaları satdıqdan bir gün sonra Elvin pula ehtiyacı olduğunun dediyi üçün o, ona 31 manat pul vermişdir. Məhkəmə istintaqında qanuni nümayədəsi X2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qonşusu Təqsirləndirilən şəxs1 ilə xx xxx 2020-ci il tarixdə, saat 13 radələrində Masazır qəsəbəsində 525 saylı avtobusda təsadüfən rastlaşmış və ondan hara getdiyini soruşmuşdur. Rzaqulu da metronun “Memar Əcəmi” stansiyası yaxınlığında olan parkda gəzməyə getdiyini bildirmiş və ona birlikdə getməyi təklif etmişdir. O da buna etiraz etməmişdir. Parkda bir qədər gəzib idman etdiyi zaman o bir az üşümüş, buna görə yaxınlıqda olan binanın blokuna daxil olmuşlar. Həmin vaxt Rzaqulu ona parkda oturub onu gözləməyi, özünün isə 5-10 dəqiqəyə qayıdacağını demişdir. Rzaqulu təxminən 10-15 dəqiqədən sonra əlində torba ilə üst başı tozlu olaraq qayıtmışdır. O, Rzaquludan əlindəkinin nə olduğunu soruşanda, sonuncu ona biraz sonra deyəcəyini söyləyərək sellofan torbanı saxlamaq üçün ona verib öz üst-başını təmizləmişdir. O, torbanın içərisinə baxdıqda “Play station” oyun konsolu, pultları və oyun disklərini görmüşdür. Rzaqulu oyun disklərini köhnə olduqları üçün atmış, bundan sonra onlar avtobusa minərək Masazır qəsəbəsinə qayıtmışlar. Növbəti günü pula ehtiyacı olduğundan Rzaquludan 31 manat pul almışdır. Bir neçə gün sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək onların oğurluq etməsini bildirib onu polis şöbəsinə dəvət etmişlər. orada ona məlum olmuşdur ki, Rzaqulu təkbaşına onun xəbəri olmadan “Play station” oyun konsolu, pultları və oyun disklərini oğurlamış və daha sonra satmışdır. O, bu oğurluqda iştirak etməmiş, Rzaqulu da onu cinayət törətməyə sövq etməmiş, ona vədlər verməmişdir. Sadəcə olaraq o, Rzaqulunu parkda gözləmiş, oğurluq barədə xəbəri olmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Nəsimi rayonu, Seyidzadə küçəsi, 03 saylı ünvanda yerləşən “Play station” oyun klubunu icarə əsasında işlədir. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində klubun dəmir giriş qapısının aralanmış vəziyyətdə və yerdə dəmir parçası olduğunu görmüş, içəriyə daxil olduqda kompyuter otağından bir ədəd “Play station” markalı oyun konsolunun və ona aid iki ədəd pultların, hər biri 50 manat dəyərində olan üç ədəd oyun disklərinin oğurlandığını aşkar etmiş və baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Hazırda ona dəymiş zərər ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 3 saylı ünvanda yerləşən “Playstation” oyun klubunda xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı onun və iş yoldaşı Şahid5 icraatında axtarış iş olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı bu əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Onlar Masazır qəsəbəsində yerləşən Zəngilan Rayon Polis Şöbəsinə getmiş, Təqsirləndirilən şəxs1 ora dəvət olunan zaman törətdiyi əməlini etiraf etmişdir. Bundan sonra onlar onunla birlikdə 19-cu polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs1 əməli təkbaşına törətdiyini bildirsə də, hadisə yerindən götürülmüş xx.xx.2020-ci il tarixli görüntülərdən görünür ki, Rzaqulu oyun klubunun blokuna daxil olduqdan sonra yanında olan Elvin də bloka daxil olur, sonra küçəyə çıxır. Daha sonra Rzaqulu “Play station” klubunun qarşısında əli şalvarının cibində blokda dayanır, Elvin də küçədən keçərək ona yaxınlaşıb kameradan aralanır. Sonra Elvin oyun klubunun qarşısında əli gödəkcəsinin cibində sağa baxdıqdan sonra irəli hərəkət edir, arxada isə Rzaqulu əlində göy rəngli sellofan torba ilə gəlir və onlar yanaşı olaraq yol gedirlər. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid5 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - “Şahidin dindirmə” və Üzləşdirmə” protokollarına əsasən Təqsirləndirilən şəxs2 bildirir ki, “......Həmin vaxtı Rzaqulu mənə dedi ki, “iş görmək” istəyirəm və mənə təklif etdi ki, parkın yanında olan binanın ətrafına dairə vuraq. Onun oğurluq etmək istədiyini ilk olaraq anlamadım, biz həmin vaxtı hətta həmin binanın blokuna daxil olduq. Bu vaxt Rzaqulu mənə təklif etdi ki, binanın zirzəmisi olan oyun klubuna daxil olaraq oradan komyuter oğurlayaq. Mən qorxaraq ona bunu edə bilməyəcəyimi dedim və o, məni sakitləşdirərək qorxmamağımı, hər şeyi özü edəcəyini və məni kənardan dayanıb müşahidə aparmağımı istədi. Mən də onunla razılaşıb həmin kluba tərəf getdik. Klub zirzəmi tipli olduğundan mən aşağıya düşən pilləkənlərdən 2-3 metr aralıda dayandım, Rzaqulu isə bilavasitə aşağı düşdü.......Təxminən 5 dəqiqə sonra Rzaqulu klubdan bayıra çıxdı və əlində sellofan torba var idi. Mən ondan klubdan nə götürdüyünü soruşanda o, mənə “qabaqda deyərəm” dedi........Həmin günü təxminən saat 18 radələrində Masazıra çatdıq və bu vaxt həmin əşyaları Rzaqulu ilə satmaq qərarına gəldik, buna görə də yaşadığımız binaların yaxınlığında fəaliyyət göstərən “Play station” kluba getdik. Oranı işlədən Rafiq adlı şəxsə yaxınlaşdıq və oyun kompyuteri ilə pultları satdıqlarımızı bildirdik. Rafiq həmin əşyaları 100 manata aldı.....100 manat puldan Rzaqulu mənə 31 manat verdi....”(İ cild, i.v.57-62); - “Görüntüyə baxış keçirilməsi haqqında” 23 iyun, 10 və xx xxxx 2020-ci il tarixli protokollara və fotoşəkillərə əsasən həmin diskdə 07 görüntü və 08 fotoşəkil var. 3-cü görüntü 00:04 saniyədən ibarətdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 03 saylı ünvanda yerləşən “Plays tation” oyun klubunun qarşısıdır. Görüntüdə görünür ki, şəxs-1 bloka daxil olur, həmin şəxsin arxası ilə şəxs-2 bloka daxil olub küçəyə çıxır. Görüntüdə “deyir kamera var” sözləri eşidilir. 4-cü görüntü 00:02 saniyədən ibarətdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 03 saylı ünvanda yerləşən “Play station” oyun klubunun qarşısıdır. Görüntüdə “bir dənə təzdən elə” sözləri eşidilir. Şəxs-1 əli şalvarın cibində blokda dayanmış, şəxs-2 küçədən keçərək şəxs-1 yaxınlaşıb kameradan aralanır. 5-ci görüntü 00:19 saniyədən ibarətdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 03 saylı ünvanda yerləşən “Play station” oyun klubunun qarşısıdır. Kamera küçə və maşın yolunu çəkir. Görüntüdən görünür ki, şəxs-2 əli gödəkçəsinin cibində sağa baxdıqdan sonra irəli hərəkət edir, arxada isə şəxs-1 əlində göy rəngli sellofan torba ilə gəlir və onlar yanaşı olaraq irəli hərəkət edirlər, görüntüdə “göy klok sənindir hə”, həmçinin “hə göy kulok mənimdir” cavab sözləri eşidilir. 6-cı görüntü 00:01 saniyədən ibarətdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 03 saylı ünvanda yerləşən “Play station” oyun klubunun qarşısında olan küçədir. Görüntüdə “Bude mənim kulokumsözü eşidilir, şəxs-1 və şəxs-2 kameradan uzaqlaşırlar. 8-15-ci görüntülər şəkillərdir. Görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin görüntüdə olan əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol jilet, qırmızı rəngli polver, qara rəngli papaq geyinmiş şəxs Təqsirləndirilən şəxs1, əynində (başında) qara rəngli idman papağı, qara rəngli gödəkçə, boz şalvar, qara rəngli üzərində ağ xalları olan polver geyinmiş şəxs isə özüdür. Bu faktı baxış zamanı Təqsirləndirilən şəxs1 da təsdiq etmişdir (İ cild, i.v.167-176, 233-234, 252-253); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1599 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmuş, 01 ədəd “Play Station 3“ oyun konsolunun hazırki orta bazar qiyməti 250 manat, 02 ədəd “Play Station” oyun konsoluna aid pultların isə hər birinin qiyməti 10 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.202-203); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1079 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət törədilən anda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıqdan və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. O, Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (İ cild, i.v.205-207); - “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli qərarlarla bir ədəd “Play station 3” markalı oyun konsolu və iki ədəd “Play station 3” oyun konsoluna aid pultlar, 01 ədəd DVD disk cinayət iş üzrə maddi sübut kimi tanınmış, konsol və pultlar sahibi Zərərçəkmiş şəxs qaytarılmış, disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild, i.v.177, 211); - “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.81-82); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-286/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.85-87); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışları, məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 29, 180.2.2, və 29, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq üzərində 04 il 04 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, bu cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq 02 il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2019-cu il tarixdə sınaq müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs2 isə əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.114-119, 196-199). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmamış şəxsləri cinayət fəaliyyətinə cəlb etməyə görə yalnız yetkinlik yaşına çatmış və cinayəti qəsdən törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmış şəxs cinayətin törədilməsinə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmadığını bilmədiyi halda, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 170-ci və 171-ci maddələri ilə məsuliyyət nəzərdə tutan cinayətlər yetkinlik yaşına çatmayanların cinayət fəaliyyətinə və digər hüquqa zidd hərəkətlərə cəlb edildiyi andan başa çatmış hesab olunur. Bu zaman yetkinlik yaşına çatmayanların təhrik edildikləri hüquqa zidd hərəkətləri törədib-törətməməsinin əhəmiyyəti yoxdur (8-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 cinayətkər fəaliyyətə cəlb etmədiyi, eyni zamanda Təqsirləndirilən şəxs2 isə oğurluq cinayətində iştirak etmədiyi haqqında verdiyi ifadələri özünümüdafiə xarakteri kimi qiymətləndirir və iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2008-ci il tarixli Qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, həmçinin onun və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın tamamilə aradan qaldırılmasını və zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin həmin Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir (11-ci bənd). Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs, Təqsirləndirilən şəxs2 barəsində isə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Play station 3” oyun konsolu və iki ədəd “Play station 3” oyun konsoluna məxsus pultlar sahibi X4 istifadəsində, bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, ev 12, mənzil 25-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəzasının icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilsin Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd “Play station 3” oyun konsolu və iki ədəd “Play station 3” oyun konsoluna məxsus pultlar sahibi X4 istifadəsində, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-53/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-53/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver