Məhkəmə qərarları › İş №1(006)-53/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-53/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-53/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 avqust 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən 14 saylı binanın, 1-ci mərtəbəsində yerləşən, 18 nömrəli mənzilinin pəncərəsinin açıq olmasından istifadə edərək həmin pəncərədən mənzilə qanunsuz daxil olub qonaq otağında olan stolun üzərindəki pul kisəsinin içərisindən sonuncuya məxsus 40 manat pulu və yataq otağında qoyulmuş dolabın üzərindəki pul kisəsinin içərisindən 2250 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 avqust 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən 115 saylı binanın eyvanından Zərərçəkmiş şəxs2 məxsus 203 nömrəli mənzilin pəncərəsini özündə olan istintaqla müəyyən edilməmiş vintaçanla açdıqdan sonra oradan mənzilə qanunsuz daxil olub yataq otağındakı dolabın üzərinə qoyulmuş qutudan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 800 manat dəyərində 10 qram çəkidə 585 əyarlı qızıldan hazırlanmış kulon və boyunbağını, 01 ədəd 200 manat dəyərində 3 qram çəkidə 585 əyarlı qızıldan hazırlanmış kulon, 2000 manat dəyərində 20 qram çəkidə, 585 əyarlı qızıldan hazırlanmış boyunbağı, sırğa və üzükdən ibarət dəsti, 600 manat dəyərində 8 qram çəkidə 585 və 925 əyarlı qızıldan hazırlanmış kulon, boyunbağı və sırğadan ibarət gümüşlə qızılın qarışıq komplekt dəsti, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 300 manat dəyərində 10 ədəd bijuteriya əşyalarını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 3 ədəd qol saatlarını, 01 ədəd 300 manat dəyərində «Armani» markalı qol saatı, 01 ədəd 200 manat dəyərində «Maserati» markalı qol saatını və həmin otaqdan 01 ədəd 70 manat dəyərində dreli, 01 ədəd 50 manat dəyərində qurğuları ilə birlikdə saç qurudan feni, 01 ədəd 30 manat dəyərində elektrik qidalandıcısına qoymaq üçün nəzərdə tutulmuş «Opus» markalı qurğunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 4700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə narkotik maddə almaq üçün pulu olmamışdır. Buna görə də, oğurluq elmək qərarına gəlmişdir. 22 avqust 2022-ci il tarixdən 23 avqust 2022-ci il tarixə keçən gecə saat 04 radələrində Nəsimi rayonu ərazisində gəzərkən ünvanını dəqiq bilmədiyi binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin açıq olduğunu, dəmir barmaqlığın olmadığını görmüşdür. Mənzil 1-ci mərtəbədə yerləşdiyindən həmin pəncərəyə çıxıb mənzilə daxil olmağın asan olacağını düşünmüş və bir qədər ətrafa baxdıqdan sonra heç kimin olmadığını görüb pəncərəyə çıxaraq mənzilin qonaq otağına daxil olmuşdur. Qonaq otağında yerləşən stolun üzərində pul qabı qabının içərisindəki təxminən 30-40 manat pulu götürmüşdür. Daha sonra isə yataq otağına tərəf irəliləmişdir. Yataq otağında ev sahiblərinin yatdığını görmüş və səssiz addımlarla yataq otağına daxil olub dolabın üzərində olan qadın pul qabının içərisindən pulları götürüb tez bir zamanda mənzili tərk etmişdir. O, həmin mənzildən cəmi 2290 manat pul oğurlamışdır. Həmin gün həmin puldan bir qədər xərcləmiş, qalan pulları isə poz-qazan lotoreya alıb uduzmuşdur. Axşam saatlarında yenə də oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat 21 radələrində Memar Əcəmi metrosu ətrafında piyada hərəkət etmişdir. Həmin vaxt ətrafda olan binaların həyətyanı sahəsini gəzmişdir. O, ünvanını bilmədiyi 18 mərtəbəli binanın blokunun yanından keçəndə sakitçilik olduğunu görmüşdür. Tez bir zamanda binanın açıq olan blokun qapısından içəri daxil olmuşdur. Daha sonra liftlə 18-ci mərtəbəyə qalxaraq binanın blokunda yerləşən eyvana çıxmışdır. Həmin zaman sağ tərəfə baxdıqda 18-ci mərtəbədə yerləşən mənzilin pəncərəsinin blokun eyvanına bitişik olduğunu görmüşdür. Həmin pəncərə plastik pəncərə olmuşdur. Pəncərəyə toxunduqda bağlı olduğunu görmüşdür. O, cibində gəzdirdiyi tornavida vasitəsilə pəncərənin kilidini açmış və mənzilə daxil olmuşdur. O, dərhal yataq otağına keçmiş, dolabın üzərində olan qutuya baxdıqda qızıl-zinət əyşalarının olduğunu görmüşdür. Həmin qızıl-zinyət əşyalarını götürüb cibinə qoymuşdur. Daha sonra digər dolabları axtarmağa başlamışdır. Lakin başqa qiymətli əşya tapmamışdır. Dolabın içərisinə baxdıqda saatlar olduğunu görmüş, həmin saatlarıda götürərək cibinə qoymuşdur. Həmçinin mənzildən 1 ədəd fen, İ ədəd drel və 1 ədəd zaryadka aparatını götürmüşdür. Bundan sonra mənzilin giriş qapısını açaraq bloka çıxmış, lift vasitəsilə aşağıya enib binanın ərazisini tərk etmişdir. Binanın ərazisini tərk etdikdən sonra qızıl zinət əşyalarını nəzərdən keçirmişdir. Qızılların nə olduğunu xatırlamır, lakin onları Moskva ünivermağının qarşısında tanımadığı şəxsə 1100 manata satmışdır. Həmçinin oğurladığı qızıl-zinət əşyalarının arasında qızıl olmayan bijuteriya əşyaları da vardır, onları və digər drel, fen və zaryadka qurğusunu sata bilmədiyi üçün zibilliyə atmışdır. Qol saatlarını isə 28 May metrosunun yaxınlığında tanımadığı şəxslərə ümumilikdə 400 manata satmışdır. Daha sonra özünü təqsirli bilməsini və azadlığa buraxıldığı halda vurulmuş zərəri ödəyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, ekspert rəyi, CD diskində olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə saat 21 radələrində işdən yaşadığı evə gəlmişdir. 23 avqust 2022-ci il tarixə keçən gecə saat 01:30 radələrində isə yerinə girib yatmış və yatarkən qonaq otağının pəncərəsini isti olduğu üçün açıq qoymuşdur. Evdə isə ondan başqa yalnız arvadı olmuşdur. Saat 08 radələrində yuxudan oyandıqdan sonra qonaq otağındakı masanın üzərinə qoyduğu pul qabından 40 manat, yataq otağındakı dolabın üzərindəki qadın pul qabından isə 2250 manat pulun olmadığını aşkar etmişdir. Həmin vaxt evi axtarsa da pulları tapa bilməmiş və başa düşmüşdür ki, gecə onlar yatan zaman naməlum şəxs və ya şəxslər evinə qonaq otağındakı açıq pəncərədən daxil olub pulları oğurlamışlar. Həmin vaxt o, dərhal DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra evinə polis əməkdaşlan gəlib hadisə yerinə baxış keçirmişlər. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərindən etibarən arvadı və azyaşlı oğlu Mərdəkan qəsəbəsində yerləşən bağda qaldıqlarına görə o, adətən işdən gec gəldikdə Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən mənzilinə gəlir və burada qalır. Sonuncu dəfə 23 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində həmin mənzilinə gəldikdə və mənzilə daxil olan zaman yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, evə kiminsə daxil olmasından şübhələnib dərhal bəzi əşyalara baxmış və müəyyən etmişdir ki, yataq otağında olan dolabın üstünə qoyduğu qutudakı 1 ədəd 800 manat dəyərində 585 əyyarlı 10 qram çəkidə klonla birlikdə boyunbağı, 200 manat dəyərində 585 əyyarlı 3 qram çəkidə qızıl kulon, 2000 manat dəyərində 585 əyyarlı ümumilikdə 20 qram çəkidə boyunbağı, sırğa və üzükdən ibarət qızıl komplekt dəsti, 600 manat dəyərində 585 qızıl və 925 gümüş əyyarlı ümumilikdə 8 qram çəkidə kulon, boyunbağı və sırğadan ibarət gümüşlə qızılın qarışıq komplekt dəsti, 300 manat dəyərində 10 ədəd bijuteriya əşyaları, 3 ədəd hər biri 50 manat olan qol saatları, 1 ədəd 300 manat dəyərində «Armani» markalı qol saatı, 1 ədəd 200 manat dəyərində «Maserati» markalı qol saatı, 1 ədəd 70 manat dəyərində drel, 1 ədəd 50 manat dəyərində qurğuları ilə birlikdə saç qurudan fen, 1 ədəd 30 manat dəyərində zaryadkaya qoymaq üçün «Opus» markalı qurğu oğurlanmışdır. Həmin naməlum şəxs və ya şəxslər evə pəncərədən daxil olmuşlar. Hadisə nəticəsində ona ümumilikdə 4700 manat ziyan dəymişdir. Cinayət işinin 1-ci cild 56-57-ci vərəqələrində olan 06 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 94-97-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 02 dekabr 2022-ci il tarixədək müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 20-22-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 22 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 24-25-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək dəişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 131-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2022-ci il tarixli, 9/8774 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 585 əyyarlı 10 qram çəkidə klonla birlikdə boyunbağının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 800 manat, 585 əyyarlı 3 qram çəkidə qızıl kulonun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 255 manat, 585 əyyarlı ümumilikdə 20 qram çəkidə boyunbağı, sırğa və üzükdən ibarət qızıl komplekt dəstinin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 1700 manat, 585 və 925 əyyarlı 8 qram çəkidə kulon, boyunbağı və sırğadan ibarət gümüşlə qızılın qarışıq komplekt dəstinin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 600 manat, 10 ədəd bijuteriya əşyalarının hər birinin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 30 manat olmaqla 300 manat, 3 ədəd qol saatlarının hər birinin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 50 manat olmaqla 150 manat, «Armani» markalı qol saatının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 300 manat, «Maserati» markalı qol saatının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 200 manat, 1 ədəd drelin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 40 manat, 1 ədəd qurğuları ilə birlikdə saç qurudan fenin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 50 manat, 1 ədəd zaryadkaya qoymaq üçün «Opus» markalı qurğunun 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti 30 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4475 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 118-120-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 31 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Binəqədi Rayon Məhkəməsinin 17 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 01 il 06 ay şərti sınaq müddəti təyin edilmiş, 2) Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2017-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3) Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 noyabr 2021-ci il tarixdə AR MM-nin 05 noyabr 2021-ci il tarixli “Aministiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 1-ci cild 122-127-ci vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdə AR MM-nin 05 noyabr 2021-ci il tarixli “Aministiya” Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 1-ci cild 141-149-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsini əks etdirən 2 ədəd CD disk iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 40 və 42-ci vərəqələrində olan CD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 1-ci diskdə olan çəkiliş üzrə «Whatsapp video 22.09.06 adlı faylda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02:12:17-də real saat təxminən 04 radələrində ünvan 3 ünvanının yəni, oğurluq hadisəsi baş vermiş binanın qarşısından keçməsi, 2-ci diskdə olan çəkiliş üzrə isə «Whatsapp video 22.09.06» adlı faylda Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının yəni, oğurluq hadisəsi baş vermiş mənzilin qapısına yaxınlaşması, daha sonra isə 18-ci mərtəbənin blokunda olan balkondan mənzilin otağının pəncərəsini açaraq içəriyə daxil olması müşahidə edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, CD disklərdə olan video görüntülər, ekspert rəyi və digər iş materialları ilə onun təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 67-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq 22 noyabr 2021-ci il tarixdə AR MM-nin 05 noyabr 2021-ci il tarixli “Aministiya” Qərarının 2.4 və 7-ci bəndlərinə əsasən o, cəzadan azad edilərək məhkumluğu götürülmüşdür. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, sonuncunun əvvəllərdə eyni tərkibli cinayət əməllərini törətdiyini, barəsində cəza verilməsinə baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığının 06 sentyabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar