Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-533/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6, Müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-498/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə işləyən şəxslər tərəfindən yaradılmış “whatsapp” mobil tətbiqindəki söhbət qrupunda tanış olduğu Zərərçəkmiş şəxs1 sonuncuya məxsus traktoru icarəyə götürüb, guya Qarabağ bölgəsində istifadə etmək məqsədilə traktorun həmin bölgəyə daxil olmasından ötrü xüsusi icazə portalına saldıracağına dair yalan vəd verib, etibarından sui- istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 13 yanvar 2024-cü il tarixdə saat 15:03-də yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən fərdi yaşayış evində mobil bank tətbiq vasitəsilə onun istifadəsində olan 4169-7388-2981-9238 nömrəli bank kartına göndərdiyi 745 manat və həmin gün saat 16:48-də həmin ünvanda eyni üsulla onun qeyd olunan bank kartına göndərdiyi 700 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 1445 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə işləyən şəxslər tərəfindən yaradılmış “whatsapp" mobil tətbiqindəki söhbət qrupunda tanış olduğu Zərərçəkmiş şəxs2 sonuncuya məxsus nəqliyyat vasitələrini icarəyə götürüb, guya Qarabağ bölgəsində istifadə etmək məqsədilə nəqliyyat vasitələrinin həmin bölgəyə daxil olub sərbəst hərəkət etmələrindən ötrü yaradılmış xüsusi icazə portalına saldıracağına dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 18 fevral 2024-cü il tarixdə saat 21:27-də yaşadığı Qobustan şəhərində yerləşən fərdi yaşayış evindən mobil bank tətbiqi vasitəsilə onun cinayətdən məlumatsız olan tanışı Şahid1 adına olan 5239-15**-****-5250 nömrəli bank kartına göndərdiyi 750 manat, 19 fevral 2024-cü il tarixdə saat 17:52-də həmin ünvanda eyni üsulla Şahid1 qeyd olunan bank kartına göndərdiyi 750 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 sonuncuya məxsus “Kamatsu220” markalı ekskavatora məxsus ehtiyat hissəsini satacağına dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 23 fevral 2024-cü il tarixdə saat 18:57-də ünvan 3 ünvanında mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4169-7388-8579-5959 nömrəli bank kartına göndərdiyi 850 manat və həmin gün saat 22:05- də həmin ünvanda eyni üsulla onun qeyd olunan bank kartına göndərdiyi 1000 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 1850 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə işləyən şəxslər tərəfindən yaradılmış “whatsapp” mobil tətbiqindəki söhbət qrupunda tanış olduğu Zərərçəkmiş şəxs8 guya özünə məxsus “buldozer” texnikalarını icarə verdiyini bildirib razılaşdıqdan sonra və həmin texnikaları Qarabağ bölgəsinə evakuator vasitəsilə gətirəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs8 26 mart 2024-cü il tarixdə saat 15:18-də mobil tətbiq vasitəsilə onun istifadəsində olan 4169-7388-8579-5959 nömrəli bank kartına göndərdiyi 1000 manat və 27 mart 2024-cü il tarixdə saat 15:26-da ünvan 4 ünvanda yerləşən «Bravo» mağazasında quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə onun həmin bank kartına göndərdiyi 2496 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 ümumilikdə 3496 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə işləyən şəxslər tərəfindən yaradılmış “whatsapp” mobil tətbiqindəki söhbət qrupunda tanış olduğu Zərərçəkmiş şəxs4 sonuncuya məxsus nəqliyyat vasitəsini icarəyə götürüb, Qarabağ bölgəsində istifadə etmək məqsədilə həmin bölgəyə daxil olmasından ötrü yaradılmış xüsusi icazə portalına saldıracağına dair yalan vəd verib, etibarından suiistifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 18 aprel 2024-cü il tarixdə saat 16:07-də Füzuli rayonu ərazisində yerləşən «Mandarin market» adlı mağazada quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4169-7388-8579-5959 nömrəli bank kartına göndərdiyi 740 manat və həmin gün saat 16:11-də həmin ünvanda eyni üsulla onun qeyd olunan bank kartına göndərdiyi 250 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 990 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə işləyən şəxslər tərəfindən yaradılmış “whatsapp” mobil tətbiqindəki söhbət qrupunda tanış olduğu Zərərçəkmiş şəxs5 sonuncuya məxsus “Hyundai R210VV-9’’ markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı ekskavatora aid ehtiyat hissəsini satacağına dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 30 aprel 2024-cü il tarixdə saat 18:43-də Bakı şəhəri, Nərimanov rayonu, 1104-cü məhəllə ünvanında yerləşən «Araz market» mağazasında quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə onun cinayətdən məlumatsız olan tanışı Günay Həsənovanın adına olan 5239-1517-4697-9353 nömrəli bank kartına göndərdiyi 1050 manat və həmin gün saat 20:20-də Ağcabədi rayonu, Boyat kəndində yerləşən «Boyat market» mağazasında quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə Günay Həsənovanın həmin bank kartına göndərdiyi 365 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 1415 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 02 ədəd "Yamaha” markalı kiçik həcmli qayıq mühərrikini alacağına dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla Zərərçəkmiş şəxs7 29 may 2024-cü il tarixdə ünvan 6 ünvanın yaxınlığında 10000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Qarabağ bölgəsində işğaldan azad olunmuş ərazilərdə işləyən şəxslər tərəfindən yaradılmış "whatsapp" mobil tətbiqindəki söhbət qrupunda tanış olduğu Zərərçəkmiş şəxs6 sonuncuya məxsus ekskavatora aid ehtiyat hissələrini satacağına dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 21 avqust 2024-cü il tarixdə saat 19:03də yaşadığı ünvan 7 ünvanında mobil bank tətbiqi vasitəsilə onun istifadəsində olan 4169- 7388-8579-5959 nömrəli bank kartına göndərdiyi 600 manat və 22 avqust 2024-cü il tarixdə saat 00:33-də həmin ünvanda eyni üsulla onun qeyd olunan bank kartına göndərdiyi 160 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 760 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yük avtomobili sürücülüyü ilə məşğul olmuş, sürücülük fəaliyyəti ilə məşğul olduğu dövrdə maddi imkanı yaxşı olmadığından borcları yaranmışdır. Qazancı az olduğu uçün borclarını ödəyə bilməmişdir. O, Qarabağda yük avtomobillərinin ehtiyat sürücüsü kimi işləmişdir. Həmin avtomobillər Qarabağda işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işlərində istifadə edilmişdir. Sürücülər növbə dəyişəndə o, müvəqqəti yük avtomobilini idarə etmişdir. Həmin ərazidə çalışan şəxslər və avtomobilini icarə verən təxminən 600 nəfər şəxsin iştirak etdiyi "Whatsapp" qrupu vardır. Həmin qrupda o da vardır. ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələri onun istifadəsində olmuşdur. O, həmin «whatsappp» qrupunda bir nəfər Zərərçəkmiş şəxs1 adlı şəxsin traktor elanı yerləşdirdiyini və traktoru icarəyə verdiyini görmüşdür. O, bir-iki dəfə həmin şəxsə iş gördüyü üçün Telman ona «whatsapp»da həm zəng edərək, həm də yazaraq texnikasını icarəyə verdiyini və ona icarəçi tapmağını demişdir. O, həmin şəxsi inandırmışdır ki, texnikasına icarəçi tapacaq və “Azercell" şirkətinə 12000 manata icarəyə verəcəyinə inandırmışdır. Telman isə ilk öncə ona məxsus "xxxx" kartı olan 4169-7388-2981-9298 saylı kart hesabına 745 manat pul göndərmişdir. Daha sonra o, Telmana zəng edərək traktorun daşınması üçün əlavə 700 manat pul lazım olduğunu demiş və Telman onun kart hesabına yenidən 700 manat pul göndərmişdir. O, Telmanı aldadaraq 1445 manat pulunu ələ keçirdikdən sonra Telman ilə əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrəni işlətməmişdir. Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə o, yuxarıda qeyd etdiyi "whatsapp" qrupunda bir nəfər şəxsin "Kamaz" markalı su maşınını paylaşdığını görmüşdür. O, avtomobilin icarə qiymətini və şərtlərini öyrənmək üçün qrupda yazmışdır. Daha sonra adının Səxavət olduğunu bildiyi şəxslə şəxsidə yazışmağa başlamışlar. O, Səxavətə özünü "Azercell" şirkətində sahə rəisi kimi təqdim etmiş və işlədiyi şirkətə su maşını lazım olduğunu bildirmişdir. O, həmin şəxsə ümumi portal lazım olduğunu demişdir. Lakin həmin şəxs ümumi portalı olmadığını demişdir. O da həmin şəxsə DİN-nin icazə sistemində portal açdıra bildiyini vəd etmişdir. O, Səxavətə hər bir yük avtomobilini 750 manat qarşılığında portal icazə sisteminə daxil edəcəyini bildirmişdir. Səxavət adlı şəxs yanacaq daşıyan yük avtomobili və su daşıyan yük avtomobilinə portal açmaq üçün verdiyi kart hesabına xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə hər dəfəsində 750 manat olmaqla ona 1500 manat pul göndərmişdir. O da həmin şəxsə icazə sisteminə avtomobillərin daxil edilməsi ilə bağlı yalan vəd vermişdir. 1500 manat pulu içki və yeməyə xərcləmişdir. Bir müddət sonra həmin şəxs onu təhqir etdiyi üçün nömrələrini blok etmişdir. Daha sonra da mobil telefonu suya düşmüşdür. Həmin şəxslə əlaqə saxlamamışdır. Səxavət İbrahimova dəymiş zərəri ödəməmişdir. Bundan başqa, yük avtomobili ehtiyat hissəsi və ya texnikalar satan şəxs kimi yalan vəd verib pul vəsaiti əldə etmək məqsədi ilə 23 fevral 2024-cü il tarixdə sözügedən “whatsapp” qrupunda bir nəfərin “Kamatsu 220” markalı ekskavatorun radiatorunu axtardığını görmüşdür. Mobil telefonunun enerjisi az olduğundan qrupa öz mobil nömrəsi ilə həmin ehtiyat hissəsinin özündə olduğunu, bunun üçün ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanmasını istəmişdir. ***-***-**-** saylı mobil nömrə həmin zaman onunla birlikdə Qarabağ ərazisində sürücülük edən Əli adlı şəxs tərəfindən istifadə olunmuşdur. Əli öz nömrəsindən istifadə etməyinə icazə vermiş və o, ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə hal-hazırda xatırlamadığı mobil nömrə ilə əlaqə saxlayıb danışaraq özünü Faiq adı ilə təqdim edib Balakən rayonu, Qabaqçöl kəndində yaşadığını, texnikalarla bağlı mağazasının olduğunu yalan deyib barəsində etibar qazanmışdır. Birinci onunla avtomobilin sürücüsü, daha sonra isə sahibi olan Zərərçəkmiş şəxs3 danışmış, Zərərçəkmiş şəxs3 Bakı şəhərində olduğunu və ekskavator radiatorunun təcili lazım olduğunu demişdir. O, Balakən rayonundan Bakı şəhərinə saat 23 radələrində avtobus yola düşdüyünü, ehtiyat hissəsini avtobusun yük hissəsinə qoyub göndərə biləcəyini, ən geci növbəti gün, saat 10-da avtobusdan götürə biləcəyini, bunun üçün ona 1850 manat pul verməli olacağını demişdir. Həmin şəxs onunla razılaşmışdır. Pul vəsaitini əldə etməyindən ötrü "xxxx" ASC-yə məxsus olmaqla adına olan 4169-7388-8579-5959 nömrəli kart hesabını “vwhatsappp”da Elmana göndərmişdir. Həmin tarixdə, yəni 23 fevral 2024-cü il tarixdə 850 manat və 1000 manat olmaqla ümumilikdə 1850 manat pul vəsaiti Zərərçəkmiş şəxs3 tərəfindən adına olan sözügedən bank kart hesabına köçürülmüşdür. O, 1850 manat pul vəsaitinin hesabına köçürüldüyünü bildikdən sonra Zərərçəkmiş şəxs3 növbəti gün saat 10 radələrində ehtiyat hissəsinin Bakı şəhərində olacağını deyib əlaqəni sonlandırmışdır. Bundan sonra nə ehtiyat hissəsi tapıb Bakı şəhərinə göndərmiş, nə də bu barədə maraqlanmışdır. Pul vəsaitinin tamamını öz şəxsi tələbatına xərcləmişdir. Həmin şəxslə bir-iki dəfə əlaqə saxlayıb tez bir zamanda ehtiyat hissəsini çatdıracağını deyib, daha sonra ümumiyyətlə əlaqəni kəsmişdir. ***-***-**-** saylı mobil nömrə mütəmadi olaraq tanışı Əli tərəfindən istifadə olunmuş, bəzi müddətlərdə, yəni yanında olduğu vaxtlarda xahişi ilə onun tərəfindən istifadə olunmuşdur. O, ümumiyyətlə həmin mobil nömrədən istifadə etdiyi zaman kimə və nə üçün zəng etdiyi barədə Əliyə heç nə deməmiş, həmin şəxs də ondan soruşmamışdır. Sonrakı məhkəmə iclasında isə Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul almadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 şəxsən görməmişdir. Ancaq onunla telefonla danışmış və ərizəsndə göstərdiyi kimi sonuncuya icarəyə buldozer texnikasını verəcəyi adı ilə Orxandan iki dəfəyə 3.496 manat pul almışdır. Belə ki, təxminən 2024-cü ilin mart ayının 24-də Zərərçəkmiş şəxs8 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Whatsapp" ani mesajlaşma tətbiqinə zəng edib icarəyə buldozer axtardığını bildirmişdir. O da özünü Zərərçəkmiş şəxs8 Çingiz adı ilə təqdim edib demişdir ki, hər ay 12.000 manat pul ödəmək qarşılığında 01 ədəd buldozeri icarəyə verə bilər. Ancaq buldozerin Quba rayonunda olduğunu və oradan Qubadlı rayonuna daşıyıcı ilə aparılmasının mümkün olduğunu bildirmişdir. Orxan demişdir ki, buldozeri Quba rayonundan Qubadlı rayonuna özü aparacaq. O da razılaşmışdır. Bir gün gözlədikdən sonra Orxana zəng edib buldozeri daşımaq üçün daşıyıcı tapıb-tapmadığını xəbər almışdır. Orxan da demişdir ki, buldozeri daşımaq üçün 2800-3000 manat pul istəyirlər. O da Orxana yalandan demişdir ki, özü daha ucuz qiymətə buldozeri Qubadlı rayonuna aparacağını, ancaq əvvəlcədən yanacaq pulunu və dövlət rüsumlarını ödəməli olduğunu bildirib plastik kart hesabına 1.500 manat pul köçürməsini demiş və 1.500 manat pulu Orxandan almaq üçün "xxxx" ASC tərəfindən öz adına verilmiş 4169-7388-8579-5959 nömrəli bank kartının şəklini çəkib “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən Orxanın mobil nömrəsinə göndərmişdir. Orxan da xx.xx.2024-cü il tarixdə göstərdiyi kart hesabına 1.000 manat pul köçürmüşdür. O da Orxara zəng edib 1.000 manat pulun çatdığını deyib bildirmişdir ki, əgər 2-ci buldozer də istəyirsə, onu da hər ay 12.000 manat pul ödəmək şərti ilə icarəyə verə bilər. Orxan yenə də onun təklifini qəbul edib razılaşmışdır. O, Orxana demişdir ki, 2-ci buldozer Daşkəsən rayonundadır. Buldozeri oradan Qubadlı rayonuna çatdırmaq üçün 2.000 manat, 500 manat isə 1-ci buldozerin daşınmasından borclu qalmışdır. Ona görə də Orxana demişdr ki, 2-ci buldozeri daşımaq üçün 2.000 manat pulu, 1-ci buldozerin daşınmasından borclu qaldığı 500 manat pulu da göndərdiyi kart hesabına yükləsin. xx.xx.2024-cü il tarixində Orxan 4169-7388-8579-5959 nömrəli kart hesabına 2.496 manat pul köçürmüşdür. Bundan sonra o, 2-3 gün müddətinə Orxanla danışmış və mobil telefonu çaya düşdüyünə görə Orxanın sonrakı zənglərinə cavab verə bilməmiş və bir daha Orxanla danışmamışdır. Orxandan aldığı 3.496 manat pulu isə öz maddi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 adlı şəxsi sosial şəbəkə vasitəsi ilə tanımışdır. Belə ki, istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrini işlətmişdir. Adı Ağaəli olsa da onu hamı Əli kimi tanıyır. Səxavət ona zəng edərək Füzuli rayonunda işlə təmin olunmasında köməklik etməyini xahiş etmişdir. Belə ki, Səxavət Kamaz markalı su maşını ilə Füzuli rayonunda işləmək istəmişdir. O da Səxavətə işə düzəltməkdə köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt Səxavət ona işğaldan azad olunmuş ərazilərə daxil olmaq üçün xüsusi icazəsinin olmadığını bildirmişdir. O da Səxavətə bu işdə köməklik edə biləcəyini bildirib ***-***-**-** saylı nömrəsini başqa adamın nömrəsi olduğunu bildirərək göndərmişdir. Bundan sonra bu adla həmin şəxsin hesab kartından xx.xx.2024-cü il tarixdə onun 4169 7388 8579 5959 nömrəli kart hesabına 740 manat pul göndərməsini təmin etmişdir. O, həmin pulu xatırlamadığı bankomatların birindən çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenə Səxavətlə əlaqə saxlayaraq yenidən icazənin alınması üçün 250 manat da pul lazım olduğunu bildirmişdir. Bir qədər sonra Səxavət yenidən onun hesab kartına 250 manat pul göndərmişdir. Həmin pulu da çıxarıb ehtiyaclarına xərcləmişdir. Aldığı puldan Zərərçəkmiş şəxs4 hər hansı bir məbləğ ödəməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 əvvəllər tanımamış, Cavidlə 30 aprel 2024-cü il tarixdə telefon vasitəsi ilə tanış olmuşdur. 27 aprel 2024-cü il tarixdə eşitmişdir ki, Tovuz rayonunda yaşayan qohumu yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən həmin gün Tovuz rayonuna getmişdir. 30 aprel 2024-cü il tarixdə Tovuz rayonundan çıxmış və Qaradağ rayonuna getmək üçün yola düşmüşdür. Tanımadığı taksi sürücüsü ilə Qaradağ istiqamətinə getmişlər. «Stansiya Mingəçevir» adlanan əraziyə yaxınlaşanda o, Mingəçevir şəhərində yaşayan tanışı Aydına zəng edib buralara yaxın ərazidə olduğunu demişdir. Aydın demişdir ki, «stansiya Mingəçevir»də düşüb bir yerdə otursunlar. O, həmin yerdə düşmüşdür. O, başqa maşınla Mingəçevir şəhərinə getmişdir. Mingəçevir şəhərində Kür çayının kənarında parkda Aydınla görüşmüşdür. Onlar birlikdə həmin yerdə yerləşən kafelərin birində əyləşib çay içib söhbət etməyə başlamışlar. Təxminən 1 saat söhbət etmişlər, sonra sağollaşıb ayrılmışlar, taksi saxladıb «stansiya Mingəçevir» istiqamətinə gəlməyə başlamışdır. Həmin zaman qrupa mesaj gəlmiş, o, mesajı oxumuşdur ki, bir nəfər ekskavatorun nasosu xarab olduğunu yazmışdır. O, qrupda yazmışdır ki, o, ustadır, ekskavatoru təmir edə bilər. Həmin şəxslə qrupda yazışmışlar. O, həmin şəxsi tam əmin etmişdir ki, ekskavatoru təmir edə bilər. Bir az keçmiş bir nəfər ona zəng etmiş və ekskavatorun sürücüsü olduğunu, Cəbrayıl rayonunda tikinti işlərində işlədiyini, ekskavatorun yuyuruş nasosunun və «paduşqası»nın sıradan çıxdığını bildirmişdir. O demişdir ki, lazım olan ehtiyat hissələri olsa, gəlib təmir edib düzəldə bilər. Bir az keçmiş başqa bir nömrədən zəng gəlmiş, özünü Cavid kimi təqdim edən şəxs ekskavatorun sahibi olduğunu bildirmişdir. Cavid əvvəl ondan soruşmuşdur ki, ekskavatorun nasazlığı nədən olar, o, cavab vermişdir ki, yuyuruş nasosu, paduşqa və relsindən olur, kimsə lazım olan ehtiyat hissələrini alsa gedib təmir edər. Cavid soruşmuşdur ki, ehtiyat hissələrini haradan almaq lazımdır, o, Gorandan almaq olar cavabını vermişdir. Onlar danışan zaman o, Mingəçevirdə olduğunu, Goran istiqamətinə getdiyini demişdir. Bu səbəbdən Cavid ona demişdir ki, hazırda Bakı şəhərindədir, ehtiyat hissələrini almağa gələ bilmir. Cavid ondan xahiş etmişdir ki, «pulu sənə göndərsəm, sən Gorandan lazımı ehtiyat hissələrini alıb, gedib təmir edə bilərsənmi», o, «hə» cavabını vermişdir. O, əvvəllər bir neçə dəfə yuyuruş nasosu, paduşqa aldığından qiymətlərini təxmini bilmişdir. Cavid qiymətləri soruşanda o, yuyuruş nasosunun 700 manat, paduşqanın 365 manat olduğunu bildirmişdir. Onlar onun ehtiyat hissələrini alıb Cəbrayıl rayonuna gedib ekskavatoru təmir edəcəyini isə 150 manata razılaşmışlar. Cavid ondan kart nömrəsi istəmişdir ki, pulu ona göndərsin. 2024-cü ilin mart ayında internet vasitəsi ilə Sumqayıtda yaşayan Masallı rayon sakini Günay Hüseynova adlı xanımla tanış olmuşdur. Onlar bir neçə dəfə Bakı şəhərində görüşmüşlər. Münasibətləri yaxın olandan sonra söhbət zamanı ona kart lazım olduğunu demişdir. Belə ki, Günaya banka borcu olduğundan öz kartını istifadə edə bilmədiyini, qardaşı pul göndərəcəyi üçün yeni kart lazım olduğunu demişdir. Bu səbəbdən Günay ona öz adına olan "xxxx"a aid bir kart vermişdir. Cavid ondan kart nömrəsi istəyəndə o, əvvəl öz kartını göndərmiş, sonra bank borca tutacağını düşünüb silib Günayın adına olan kart nömrəsini göndərmişdir. 30 aprel 2024-cü il tarixdə X16 adına olan **********979353 saylı hesab nömrəsinə 1050 manat pul göndərmişdir. O, Cavidə zəng edib demişdir ki, yuyuruş nasosu ilə paduşqa bir-birinə bağlıdır, birini dəyişib, digərini dəyişməyəndə problem yaranır. Cavid ona demişdir ki, hazırda üstündə pulu yoxdur, qardaşına deyər pulu ona göndərər. Həmin gün yəni 30 aprel 2024-cü il tarixdə onda olan hesab nömrəsinə daha 365 manat pul köçmüşdür. Cavid ona zəng etmiş, o, pulun çatdığını bildirmiş və demişdir ki, «narahat olma bu gün Gorandan lazımı ehtiyat hissələrini alıb, səhəri gün Cəbrayıl rayonuna gedib ekskavatoru təmir edəcəm». O, pulu aldıqdan sonra təxminən saat 21 radələrində Goran qəsəbəsində yolun kənarında kafelərin birində oturmuş, yemək yeyib 500 qram spirtli içki qəbul etmişdir. O, kafedən durub 27 manat pul ödəmiş və yola çıxmışdır. O, yolun kənarında dayanan ağ rəngli dövlət qeydiyyat nişanını və adını bilmədiyi Vaz-2107 markalı avtomobilə yaxınlaşmışdır. Sürücü ilə danışıb razılaşmışdır ki, onu 16 manat pula Gəncə şəhərinə aparacaq. O, həmin avtomobilə əyləşmiş və Gəncə şəhərinə şeş-beş adlanan yerdə yerləşən klubların birinə getmişdir. O, klubda viski sifariş vermiş və hazırda xatırlamadığı xanımlarla spirtli içki qəbul etmişdir. O, klubda olan vaxt Cavid ona zəng edib harada olduğunu soruşmuş, o, demişdir ki, narahat olmasın ehtiyat hissələrini almış, hazırda Füzüli rayonu ərazisinə çatmış, üzü Cəbrayıl rayonu istiqamətinə gedir. Təxminən 3-4 saat klubda olmuş, sonra 575 manat hesabı ödəmiş və oradan çıxıb Gəncə şəhər avtovağzalına gəlmişdir. Orada hazırda dövlət qeydiyyat nişanı və sürücüsünü xatırlamadığı “Mercedes” markalı avtomobilə yaxınlaşmışdır. Sürücü ilə danışıb razılaşmış və 20 manat pul müqabilində onu Qaradağ rayonuna aparacağını bildirmişdir. O, gözləmiş, sürücü daha tanımadığı iki nəfər sərnişin götürmüş və birlikdə yola çıxmışlar. O, Qaradağ rayonu ərazisində düşüb yaşadığı evə getmişdir. Növbəti gün Cavid ona zəng etmiş, o, telefonlara cavab verməmişdir. Onun üzərində qalan məbləği də Bakı səhərində öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 aldığı puldan ona hər hansı bir ödəniş etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 adlı şəxsdən gəmi mühərriki almaq üçün hər hansı bir məbləğdə pul almamışdır. Ancaq 2024-cü ilin iyul ayının yadında qalmayan tarixində Mingəçevir şəhərində olduğu zaman Zərərçəkmiş şəxs7 ona hədiyyə olaraq 200 manat pul vermişdir ki, qaldığı otelin və yeməyinin ödənişlərini etsin. Ancaq hissə-hissə olmaqla Mingəçevir və Bakı şəhərlərində Zərərçəkmiş şəxs7 ona borc olaraq ümumilikdə 750-800 manatdan çox pul vermişdir. O, həmin pulu Zərərçəkmiş şəxs7 qaytarmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs7 ondan xahiş etmişdir ki, gəmi mühərriki almaq üçün öz adına kredit götürsün, o, əvvəl razı olmuş, lakin sonra ona demişlər ki, belə bir şey etmək məsləhət deyil. Buna görə də o, Elçinə kredit götürməkdən imtina etmişdir. Bundan sonra Elçin ona qohumunun müstəntiq olduğunu və onun başına oyun açacağını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamış, Raminlə 21 avqust 2024-cü il tarixdə telefon vastəsi ilə tanış olmuşdur. Belə ki, 21 avqust 2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “whatsapp” hesabına yazaraq avtomobilinə yağ karteri lazım olduğunu demişdir. O, Ramini aldadaraq özünün avtomobilin ehtiyat hissələri satışı ilə məşğul olduğunu demişdir. O, həmir şəxsə Qazax rayonundan gəldiyini demiş və bildirmişdir ki, yağ karterinin qiyməti 730 manatdır. Ramin onunla razılaşmış və ondan həmin pulu hansı hesaba göndərəcəyini soruşmuşdur. O, Raminə özünə məxsus 4169-7388-8579-5959 saylı "xxxx" kartının şəklini göndərmişdir və həmin şəxsə bildirmişdir ki, pulu həmin karta göndərsin və Raminə bildirmişdir ki, pulu göndərəndən sonra o, yağ karterini avtobus vasitəsi ilə Bakı şəhərinə dediyi yerə göndərəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs6 21 avqust 2024-cü il tarixdə saat 19:03 dəqiqədə ona məxsus 4169-7388-8579-5959 kart hesabına 600 manat pul göndərmişdir. 22 avqust 2024-cü il tarixdə saat 00:33 dəqiqədə həmin kart hesabına 160 manat pul göndərmişdir. Bundan sonra o, telefonunu söndürmüş və həmin şəxsə cavab verməmişdir. Çünki, onun ehtiyat hissələri mağazası yoxdur, yağ karteri satmır. Niyyəti həmin şəxsin pulunu ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs6 760 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Daha sonra törətdiyi əməli etiraf etməsini, peşman olmasını, xəstəliyini və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, rəsmi oaraq "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal idarəsinin Qobustan Sukanal sahəsində satış müdiri vəzifəsində işləyir. Ona məxsus yük avtomobilləri vardır. Həmin avtomobillər Qarabağda işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma işlərində istifadə edilir. Həmin ərazidə çalışan şəxslər və avtomobilini icarə verən təxminən 600 nəfər şəxsin iştirak etdiyi «vwhatsappp» qrupu vardır, həmin qrupda boşda olan avtomobillər, həmçinin iş üçün lazım olan avtomobillər yazılır. Müvafiq şəxslər bir-birinə köməklik göstərirlər. xx.xx.2024-cü il tarixdə ona ***-***- **-** nömrəsindən bir nəfər şəxs özünü işğaldan azad olunan ərazilərdə Azercell şirkətinə aid tikintidə sahə rəisi kimi təqdim edərək 2 ədəd yük avtomobilinin lazım olduğunu demişdir. Lakin avtomobillərin hər ikisinin DİN-nin müvafiq icazə sisteminə daxil edilməli olduğunu və bütün Qarabağ ərazisində hərəkət etməli olduğunu bildirmişdir. Ona məxsus avtomobillərin isə DİN-nin sistemində icazəsi olsa da bütün Qarabağda hərəkət edə bilməsi üçün icazəsi olmamışdır. O da bunu həmin şəxsə demişdir. Həmn şəxs də məcburi olduğunu bildirmişdir. Bir neçə şirkətə müraciət etmişdir. Heç bir şirkət Qarabağda bütün rayonlara hərəkət edə bilməsi üçün avtomobillərə icazə verilməsinin mümkün olmadığını bildirmişlər. Əlaqə saxladığı şəxsə icazənin mümkün olmadığını demişdir. Həmin şəxs də ona hər avtomobili 750 manat qarşılığında DİN-nin icazə sisteminə avtomobilin Qarabağda hərəkətinə icazə verilməsi üçün sistemə daxil etdirə biləcəyini demiş və həmin şəxs ona verdiyi 523915****5250 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə saat 21:27-də 750 manat, xx.xx.2024-cü il tarixdə saat 17:52-də 750 manat olmaqla ümumilikdə 1500 manat göndərmişdir. Həmin şəxs bir neçə saat sonra avtomobillərin icazə sisteminə daxil edildiyini bildirmişdir. Lakin o, həmin yerlərdə avtomobili müvafiq yoxlamadan keçərkən avtomobilin DİN-nin icazə sisteminə daxil olmadığını öyrənmişdir. Həmin şəxslə əlaqə saxlamaq istəyərkən mobil nömrəsinə zəng çatmamışdır. O, anlamışdır ki, həmin şəxs onu aldatmışdır. Bu barədə polis şöbəsinə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, yuxarıda qeyd etdiyi kart nömrəsinə 1500 manat pulu ona məxsus avtomobilləri DİN-nin icazə sisteminə daxil edilməsi üçün hər dəfəsində 750 manat olmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə mobil telefonunda olan "birbank” tətbiqi vasitəsilə göndərmiş, pulu göndərərkən Qobustan şəhərində yaşadığı evində olmuşdur. O, həmin şəxsi zahirən görməmiş, sadəcə olaraq mobil telefonda danışmışdır. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, "Kamaz" markalı, **-BC-*** dövlət nömrə nişanlı su avtomobili ona məxsusdur. xx.xx.2024-cü il tarixdə Füzuli rayonu 4 saylı Zobucuq qəsəbəsində olan zaman Şahid2 ona su maşını barəsində iş təklif etmiş və özünü Əli adlı şəxs kimi təqdim edən şəxsin ***- ***-**-** mobil nömrəsini ona verərək həmin şəxslə bu nömrə vasitəsi ilə əlaqə yarada biləcəyini, iş sahibinin özünü Əli adlı şəxs kimi təqdim edən şəxsin olduğunu bildirmişdir. O da Əli adlı şəxsin mobil telefonuna zəng edərək Əliyə nömrəsini Xəyaldan aldığını, su maşınının sahibi olduğunu demiş, Əli də su maşınına ehtiyacı olduğunu, tez həmin avtomobili xx.xx.2024-cü il tarixində, saat 23 radələrində sürücü vasitəsi ilə Əlinin rəhbərlik etdiyi Zəngilan rayonunda yerləşən, internet xətlərinin çəkilişi ilə məşğul olan şirkətin kampına göndərməyini istəmiş, aylıq 7000 manat avtomobilin müqabilində ona pul ödəyəcəyini söyləmiş, o da Əliyə xüsusi icazəsinin olmadığını demiş, Əli də 6 aylıq xüsusi icazənin açılmasının vacibliyini bildirmiş və onun xüsusi icazə aça bilmədiyini söyləmiş, ondan xüsusi icazəni özünün aça bilib-bilməyəcəyini soruşmuş, o da Əliyə xüsusi icazəni aça bilməyəcəyin demiş, bu zaman Əli Xəyala da xüsusi icazəni tanışının açdığını bildirərək ***-***-**-** mobil nömrəsini ona verib həmin şəxsə yazmağını bildirmişdir. O da "Whatsapp" sosial şəbəkəsində həmin naməlum şəxslə əlaqə saxlamış, həmin naməlum şəxs ona məxsus avtomobilin sənədlərini ondan tələb etmiş, o, avtomobilini idarə etmək üçün sürücü axtaran zaman Əli mobil telefon vasitəsi ilə ona zəng edərək niyə sənədləri onun tanışına göndərmədiyini demiş, o da sürücü tapa bilmədiyini Əliyə bildirmiş, Əli bu zaman ona qaynı olan X1 kimi işə götürməyini təklif etmişdir. O da İsmayıl Nəsibova 1200 manat aylıq əmək haqqı verməyi barədə Əli ilə razılığa gəlmiş, bundan sonra xüsusi icazəni açan naməlum şəxs xüsusi icazənin qarşılığında "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına 740 manat yükləməyini bildirmiş, o da xx.xx.2024-cü il tarixdə Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən “Mandarin" marketdəki "Mpay" ödəmə terminalından həmin naməlum şəxsin "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına 740 manat pul yükləmiş, çekin şəkilini "Whatsapp" sosial şəbəkəsində Əli adlı şəxs ilə, xüsusi icazəni açan naməlum şəxsə atmış, daha sonra Əli adlı şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək 250 manat da həmin naməlum şəxsin kart hesabına sürücü kimi işə başlayacaq olan X4 xüsusi icazəsinin açılması üçün yükləməyini, 2 saat sonra həmin 250 manat pulu geri qaytaracağını demiş, o da yenidən Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən "Mandarin" marketdəki "Mpay" ödəmə terminalından "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına İsmayıl Nəsibovun xüsusi icazəsinin açılması üçün 250 manat pul yükləmişdir. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrinədək Əli adlı şəxsdən xəbər gözləsələr də, Əli onlara xəbər vermədiyi üçün Əlinin mobil telefonuna dəfələrlə zəng etmişlər, Əli cavab vermədiyi üçün Şahid2 DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində tanımadığı şəxsin "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən "Mandarin" marketdəki "Mpay" ödəmə terminalından 740 manat pulu işğaldan azad edilmiş ərazilərə giriş-çıxış üçün xüsusi icazəsinin açılması üçün, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində tanımadığı şəxsin "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsində yerləşən "Mandarin" marketdəki "Mpay" ödəmə terminalından 250 manat pulu isə İsmayıl Nəsibovun işğaldan azad edilmiş ərazilərə girişçıxış üçün xüsusi icazəsinin açılması üçün göndərmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun özünə məxsus «HYUNDAİ R210W-9» markalı, ** BA *** dövlət qeydiyyat nişanlı ekskavatoru vardır. O, həmin ekskovatorla işğaldan azad olunmuş ərazilərdə quruculuqbərpa işlərində çalışır. Sonuncu işlədiyi ərazi Cəbrayıl rayonu ərazisindədir. 29 aprel 2024cü il tarixdə azyaşlı uşağı xəstə olduğundan ekskovatoru sürücüyə tapşırıb Bakı şəhərinə getmişdir. Onların işlədiyi yerdə işçilər arasında qrup yaradılmış və kimin nə işi olarsa həmin qrupda yazır, digərləri oxuyur. 30 aprel 2024-cü İİ tarixdə səhər saatlarında sürücü Vüsal ona zəng edib ekskavatorun güc nasosunun sıradan çıxdığını bildirmişdir. Daha sonra Vüsal demişdir ki, qrupa yazacaq, qrupda olan ustalardan kimsə cavab versə ona məlumat verəcək. Bir az keçmiş Vüsal ona zəng edib demişdir ki, qrupa yazmış, qrupda Rafiq adlı usta yazmışdır ki, düzəldə bilər. Vüsal Rafiq kimi özünü təqdim edən, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin mobil telefon nömrəsini ona “Whatsapp” vasitəsi ilə göndərmişdir. O, Ağaəlinin istifadəsində olan ***-***-**-** saylı telefona zəng etmiş və ekskavatorun sahibi olduğunu demişdir. Ağaəli ona demişdir ki, Vüsalla danışmış, ekskavatorun nasaz olan hissələrini almaq lazımdır, istəyirsə kimsə gəlsin, Goran qəsəbəsindən alsın versin ona, ya pul göndərsin, özü gedib ehtiyat hssələrini alsın və gedib Cəbrayıl rayonuna ekskavatoru təmir etsin. O düşünmüşdür ki, Gorana gəlib qayıtması vaxt aparacaq, bu səbəbdən razılaşıb pul göndərmək qərarına gəlmişdir. Ağaəli ona Mingəçevir şəhərindən olduğunu bildirmiş və özünü texnikaları təmir edən usta kimi təqdim etmişdir. Ağaəli qrupda olduğundan o, tam inanmışdır ki, ustadır. Belə kı, bütün ustalar və işçilər həmin qrupda vardır. Ağaəli əvvəl ona demişdir ki, 1050 manat pul göndərsin və ona Həsənova Günayın adına olan 5239-1517-4697-9353 saylı hesab nömrəsini “Whatsapp”la göndərmişdir. O, 30 aprel 2024-cü il tarixdə Bakı şəhərində Ayna Sultanova adlanan yerdən “Milliön” aparatından həmin hesaba 1050 manat pul göndərmişdir. Təxminən 1 saat sonra Ağaəli ona zəng edib daha bir neçə adda ehtiyat hissələrinin lazım olduğunu və 365 manat göndərməyini bildirmişdir. Onun üzərində həmin məbləğ olmadığından qardaşı X9 zəng etmiş və təcili 365 manat pul lazım olduğunu demişdir. O, Cahidə Ağaəlinin ona göndərdiyi Günayın adına olan hesab nömrəsini göndərmişdir. Təxminən 10-15 dəqiqə sonra Cahid ona zəng edib Ağcabədi rayonu, Boyad kəndində yerləşən marketlərin birindən həmin hesaba 365 manat pul göndərdiyini demişdir. O, Ağaəliyə zəng etmiş, Ağaəli pulu aldığını, tezliklə ehtiyat hissələrini alıb Cəbrayıl rayonuna çıxacağını bildirmişdir. Həmin gün gecə saatlarında Ağaəliyə zəng edib harada olmasını soruşmuş, Ağaəli ona Füzuli rayonuna çatdığını, oradan Cəbrayıl rayonuna gedəcəyini bildirmişdir. 01 may 2024-cü il tarixdə o, Ağaəliyə zəng etmiş, telefona zəng çatsa da, Ağaəli telefonuna cavab verməmişdir. O, Vüsala zəng etmiş, Vüsal heç bir usta gəlmədiyini bildirmişdir. Bundan sonra o, dəfələrlə Ağaəlinin istifadəsində olan mobil telefona zəng etsə də telefona cavab verən olmamışdır. O, aldandığını bilmiş və rayon polis şöbəsinə müraciət etmişdir Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi, özünü ona Çingiz adlı şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının yadında qalmayan tarixində uzaq qohumu X10 vasitəsi ilə tanımışdır. Belə ki, taksi sürücüsü işləyən Kamil Həbibov işlədiyi Mingəçevir şəhəri Kür çayına yaxınlaşaraq ailəvi dostu Çingiz adlı şəxsi gəzdirmək lazım olduğunu demiş və onlar bir yerdə gəmi ilə gəzərkən özünü Çingiz adı ilə təqdim edən, əslində isə Təqsirləndirilən şəxs olan şəxs ona tanışında təzə 2 ədəd 150-lik “Yamaha” markalı Gəmi mühərriki olduğunu və almaq istəyib- istəmədiyini soruşmuşdur. O da almaq istədiyini bildirmişdir. Gəmidə gəzərkən Ağaəli ona mühərriklərin fotoşəklini göstərmiş, daha sonra mühərrikin fotoşəklini “WhatsApp" ani mesajlaşma tətbiqi üzərindən mobil telefonuna göndərmişdir. O, Ağaəlidən mühərrikin qiymətini soruşduqda sənədləri olduğunu və 2 ədəd mühərrikin 16.000 manata veriləcəyini demişdir. Daha sonra Ağaəli ona demişdir ki, əvvəlcə 10.000 manat pul ödəsin, 6.000 manat pulu 2 aydan sonra ödəyər. O da Ağaəlinin təklifi ilə razılaşmışdır. X6 barəsində soruşduqda sonuncu ona bildirmişdir ki, Ağaəli ailəvi dostudur, narahat olmasın. 2 gün sonra Kamillə Ağaəli yenə də onun yanına gəlmişlər və o, Kamilin yanında Ağaəliyə 200 manat beh vermişdir ki, mühərriki saxlatdırsın. Ağaəli də ona narahat olmamağını, pulu tapdıqdan sonra mühərriki birlikdə Bakı şəhərindən götürəcəklərini demişdir. O, sonra arvadı X3 adına 10.000 manat kredit götürmüş və Ağaəli ilə Mingəçevir şəhərində görüşmüşdür. Ağaəli ondan pulu istədikdə o, demişdir ki, Bakı şəhərinə gedib mühərrikləri görüb avtomobilə yüklədikdən sonra pulu verəcək. Həmin vaxt Kamil ona tanış “Ford” markalı avtomobil sürücüsü olduğunu, 200 manata aparıb gətirəcəyini demiş və o razılaşmışdır. xx.xx.2024-cü il tarixdə günorta yemək yedikdən sonra o, Ağaəli və Gündüz adlı şəxslə birlikdə sonuncunun idarə etdiyi “Ford" markalı, dövlət qeydiyyat nişanına baxmadığı avtomobil ilə Bakı şəhərinə yola düşmüşlər. Həmin günü saat 19:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaxınlığında dayanmışlar. Ağaəli avtomobildən enib onu yanına çağırıb demişdir ki, 10.000 manat pulu versin, mühərrikləri götürüb 15 dəqiqəyə gələcək. O, Ağaəliyə demişdir ki, onunla getsin. Lakin Ağaəli narazılıq bildirərək Kamilin xətrinə ona köməklik etdiyini, narahat olmamağını demişdir. O da Ağaəliyə inandığı üçün 10.000 manat pulu vermişdir. Bundan sonra Ağaəli getmiş, Gündüzlə o, avtomobildə əyləşib Ağaəlinin qayıtmasını gözləmişlər. Təxminən 30 dəqiqə keçəndən sonra o, Ağaəliyə dəfələrlə zəng etmiş, lakin Ağaəli zənglərə cavab verməmişdir. Bundan sonra Kamilə zəng etmişdir. Kamil də ona gözləməyini, narahat adam olmadığını bildirmişdir. Təxminən saat 12:00-dək gözləmişlər, ancaq Ağaəli yanlarına gəlməmişdir. Bundan sonra Gündüzlə Mingəçevir şəhərinə getmişlər. Səhəri günü Kamilə demişdir ki, Ağaəli onu aldadıb 10.000 manat pulunu götürüb getmişdir. Kamil də ona Ağaəlini tanımadığını demişdir. O da bu səbəbdən ərizə ilə şikayət etmişdir. Mingəçevir şəhər polis şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, özünü Çingiz adı ilə təqdim etmiş şəxs əslində Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs 10.000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaxınlığında vermiş, həmin vaxt yanlarında kənar adam olmamışdır. O, 10.000 manat pulu Təqsirləndirilən şəxs verdiyi zaman birlikdə Bakı şəhərinə gəldikləri Gündüz adlı avtomobil sürücüsü avtomobildə sükan arxasında əyləşmişdir. O isə pulu Təqsirləndirilən şəxs həmin avtomobilin arxa tərəfində vermişdir. Onun 10.000 manat pulu Təqsirləndirilən şəxs verdiyini Gündüz adlı sürücünün görüb-görmədiyini bilmir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, fərdi sahibkardır və özünə məxsus yükləyici ekskavatoru vardır. O, həmin ekskavatoru icarəyə verib gəlir əldə edir, içərisində müxtəlif şəxslərin, şoferlərin, icarəçilərin olduğu “Whatsapp” qrupu vardır və o da həmin qrupda olmuşdur. Onun həmin texnikasının yağ karteri və lapası sıradan çıxdığı üçün o, həmin qrupda yazmışdır ki, ona həmin ehtiyat hissələri lazımdır. Həmin qrup üzvlərindən olan və özünü ona Ağaəli kimi təqdim edən şəxs ilə “Whatsapp”da həmsöhbət olmuş, Ağaəli ona özünün ehtiyat hissələri mağazasının olduğunu bildirərək özünə məxsus mağazada onun axtardığı ehtiyat hissələrinin olduğunu bildirmişdir. Ağaəli ona bildirmişdir ki, Qazax rayonunda yaşayır. Ağaəli ona yazmışdır ki, göndərdiyi kart hesabına axtardığı ehtiyat hissələrinin dəyəri olan 760 manat pulu göndərsin, pul göndərdikdən sonra həmin ehtiyat hissələrini Qazax rayonundan avtobus vasitəsilə yola salacağını vəd vermişdir. O, Ağaəliyə inandığı üçün ona göndərdiyi "Kapital Bank” ASC-yə məxsus olmaqla Təqsirləndirilən şəxs adına olan 4169-7388-8579-5959 nömrəli kart hesabına özünə məxsus bir bank mobil tətbiqi vasitəsilə 21 avqust 2024-cü il tarixdə saat 19:03 dəqiqədə 600 manat pulu, 22 avqust 2024-cü il tarixdə saat 00:33 dəqiqədə isə 160 manat pulu yaşadığı ünvan 8 ünvanından göndərmişdir. O, pul göndərdikdən sonra bir neçə dəfə Ağaəli ilə əlaqə saxlamaq istəmişdir ki, aldığı ehtiyat hissələrini ona kimin vasitəsilə və hansı avtobusla göndərəcəyini dəqiqləşdirsin. Lakin Ağaəli onun zənglərini açmamışdır. O, iş yoldaşlarına bu barədə deyən zaman onlar ona bildirmişlər ki, Ağaəli dələduzdur. Ağaəlinin bir neçə nəfər şəxsi də onun kimi aldatdığını bildirmişlər. O da aldadıldığını yəqin etdiyi üçün bir neçə gün gözləmiş və 26 avqust 2024-cü il tarixdə polisə müraciət etmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi, özünü ona Çingiz adı ilə təqdim etmiş şəxsi şəxsən görməmişdir. Çingiz adlı şəxslə ancaq mobil telefonla danışaraq əlaqə saxlamışdır. Belə ki, o, xx.xx.2023-cü ildən “X13" MMC-də maliyyə meneceri vəzifəsində işləyir. İşlədiyi MMC yol tikintisi üzrə fəaliyyət göstərir. Bu səbəbdən MMC-yə icarəyə yol təmiri işləri görmək üçün “Buldozer" texnikası lazım olmuş və rəhbərlik bu işi ona həvalə etmişdir. xx.xx.2024-cü tarixdə icarəyə “Buldozer" axtarmağa başlamış və “Whatsapp" tətbiqində qrupların birində bu işlə məşğul olan, özünü ona Çingiz adı ilə təqdim edən şəxslə Faiq adlı şəxsin vasitəsi ilə əlaqə yaratmışdır. Belə ki, əvvəllər bir neçə dəfə Faiqin vasitəsi ilə icarəyə texnikalar götürmüşdür. Sonuncu dəfə Faiqlə əlaqə saxlayıb icarəyə “Buldozer” götürmək istədiyini bildirmişdir. Təxminən 2 gündən sonra Faiq ona zəng edib özünü ona Çingiz adı ilə təqdim edən şəxsin əlaqə nömrəsini verib demişdir ki, bu şəxs icarəyə texnika verən şəxslərin “Whatsapp” qrupunda qeyd etmişdir ki, onda icarəyə “Buldozer” vardır. O da Çingiz adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxlamış və bildirmişdir ki, icarəyə buldozer axtarır. Çingiz adlı şəxs də ona icarəyə verəcəyi buldozerin və qeydiyyat şəhadətnaməsinin şəkillərini göndərmişdir. O, buldozerin şəklinə baxdıqdan sonra icarəyə götürmək istədiyini bildirmişdir. Çingiz adlı şəxs də bir ayı 12.000 manat olmaqla buldozeri icarəyə verdiyini demiş, o da təklifi ilə razılaşmışdır. Bundan sonra Çingiz adlı şəxs ona bildirmişdir ki, buldozer hazırda Quba rayonundadır, oradan Qubadlı rayonuna aparmaq üçün daşıyıcılar lazımdır. O, daşıyıcını özü tapacağını demiş və daşıyıcı axtarmağa başlamış, bir neçə yerdən maraqlanmış, buldozerin daşınması üçün ondan 2800-3000 manat pul istəmişlər. Çingiz adlı şəxs ondan xəbər almışdır ki, buldozeri daşımaq üçün ondan nə qədər pul istəmişlər. O da 2800-3000 manat pul istədiklərini demişdir. Çingiz adlı şəxs də ona demişdir ki, buldozeri daşımaq üçün özünün texnikası vardır və 1500 manat pul qarşılığında buldozeri Qubadlı rayonuna aparıb təhvil verə bilər. O da razılaşmışdır. Çingiz adlı şəxs də ondan yanacaq və daşınma rüsümlarının əvvəlcədən ödənilməsi üçün 1500 manat pul istəmişdir. O da pulu harada verə biləcəyini soruşmuş, Çingiz adlı şəxs də ona "xxxx" bankı tərəfindən verilmiş 4169 7388 8579 5959 nömrəli plastik kart nömrəsini göndərib demişdir ki, pulu həmin nömrəyə köçürsün. O da xx.xx.2024-cü il tarixdə qeyd olunan kart hesabına tanışının kart hesabından 1000 (bir min) manat pul göndərmişdir. O, 1000 manat pulu göndərdikdən təxminən bir saat sonra ona zəng edib buldozeri gecə göndərəcəyini deyib digər bir buldozer şəklini də göndərmişdir ki, bu buldozer də onundur, istəsə ikisini də bir yerdə icarəyə verə bilər. O da icarənin qiymətinin münasib olduğunu görüb hər iki buldozeri ən azı 6 ay müddətinə icarəyə götürmək istədiyini bildirmişdir. Bundan sonra Çingiz adlı şəxs ona demişdir ki, 2-ci buldozer Daşkəsən rayonundadır, oradan Qubadlı rayonuna aparmaq üçün 2000 manat, 500 manat isə birinci buldozerin daşınmasından borclu qaldığı pulu, yəni 2500 manat pulu ona göndərdiyi kart hesabına köçürsün. xx.xx.2024-cü il tarixdə saat 15:26-da iş yerinin yaxınlığında yerləşən, yəni ünvan 9 ünvanında “Bravo” marketdə quraşdırılmış “mpay” terminalından Çingiz adlı şəxsin göndərdiyi «M*****A***** Z*'***» oğlunun adına “Kapital Bank" bankı tərəfindən verilmiş 4169 7388 8579 5959 nömrəli plastik kart hesabına 2500 (ki min beş yüz) manat pul köçürmüşdür. Çingiz adlı şəxsin deməsinə görə həmin günü axşam 1-ci buldozer Qubadlı rayonunda işçilərə təhvil verilməli idi. Ona görə də xx.xx.2024-cü il tarixdə səhər saatlarında Çingiz adlı şəxsə zəng edib buldozeri təhvil verib-vermədiyini soruşmuşdur. Çingiz də ona demişdir ki, guya buldozeri daşıyan avtomobil Horadiz qəsəbəsində sınmış, hazırda 2-ci buldozeri şəxsən özü aparır, Horadiz qəsəbəsində sınan avtomaşını təmir etdirib axşama qədər təhvil verəcək. Həmin günü axşam Çingiz adlı şəxsə zəng etmiş, bildirmişdir ki, təmir bitmiş, artıq Qubadlı istiqamətinə hərəkət edir. Lakin həmin günü gecə Çingiz adlı şəxs buldozerləri təhvil verməmişdir. xx.xx.2024-cü il tarixdə səhər vaxtı Çingizə zəng etmiş, ona bildirmişdir ki, səhvən Laçın rayonu istiqamətinə gedib 2 saat ərzində Qubadlı rayonunda olacaqlar. Lakin həmin vaxtdan sonra Çingiz adlı şəxs onun zənglərinə cavab verməmişdir. Bundan sonra Çingiz adlı şəxsin onu aldadaraq 3000 manat pulunu ələ keçirdiyini başa düşüb Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzinə zəng edib aldanmağı barədə məlumat vermişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, yük maşınlarının və ağır texnikaların icarəsi, ehtiyat hissələrinin satışı ilə məşğul olur. Özünə məxsus olan “Kamatsu 220” markalı ekskavatora radiator lazım olduğu üçün ehtiyat hissələri satan mağazalardan maraqlanmış, lakin həmin ehtiyat hissəni tapa bilməmişdir. Bu barədə tanışı Elçinə də məlumat vermişdir. Elçin yük maşını sürücüsü işlədiyi üçün ağır yük texnikalarının icarəsi və satışı ilə bağlı "Whatsapp" qrupunun olduğunu və həmin qrupa yazıb maraqlanacağını demişdir. Həmin qrupda ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqini istifadə edən şəxsin ***-***-**-** saylı mobil telefon nömrəsini göndərdiyini bildirmişdir. İlk əvvəl Elçin həmin şəxslə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs Elçinə ehtiyat hissənin olduğunu bildirmiş və 1850 manat dəyərinin olduğunu demişdir. Elçin bu barədə ona məlumat vermişdir. Həmin şəxslə o da danışmışdır. Həmin şəxs Balakən rayonunun Qabaqçöl kəndindən olduğunu, texnikalarla bağlı mağazasının olduğunu bildirmişdir. Danışığı əsasında onda özünə qarşı inam yaratmışdır. Ehtiyat hissəsi ona təcili lazım olduğu üçün həmin şəxsə bu barədə demişdir. Adını bilmədiyi həmin şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Balakən rayonundan avtobusun Bakı şəhərinə gələcəyini, həmin avtobusla da ehtiyat hissəni göndərə biləcəyini demişdir. O da bu barədə maraqlanmışdır. Həqiqətən də Balakən rayonundan həmin saatda Bakı şəhərinə avtobus gəldiyini dəqiqləşdirmişdir. Buna görə də sonradan özünü ona Faiq kimi təqdim edən həmin şəxsə etibar etmişdir. Faiq pulun köçürülməsi üçün "xxxx"a aid olan 4169 7388 8579 5959 saylı kart hesabını ona göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 18:57-də özünə məxsus olan 4169 7388 3405 1587 saylı kartdan həmin karta 850 manat, həmin gün saat 22:05-də isə 1000 manat pul göndərmişdir. Həmin şəxs ona növbəti gün saat 10:00 radələrinədək ehtiyat hissənin Bakı şəhərinə göndəriləcəyini demişdir. Buna görə də o, həmin vaxt həmin şəxsə zəng etmişdir. Lakin həmin şəxs telefona cavab verməmişdir. Sonra da Balakən rayonundan həmin gün Bakı şəhərinə gəlmiş avtobusun sürücüsü ilə maraqlanmışdır. Həmin şəxs də avtobusa heç bir ehtiyat hissənin qoyulmadığını bildirmişdir. Buna görə də artıq aldadıldığını başa düşmüş və buna görə də polisə müraciət etmişdir. Baş vermiş dələduzluq nəticəsində ona 1850 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X2 tanımamış, onunla arasında heç bir əlaqə, ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 2024-cü ilin yarvar ayında “İnstagram” sosial şəbəkəsində ona tanımadığı şəxsdən mesaj gəlmiş, onlar İnstagramda həmin şəxslə bir qədər həmsöhbət olmuşlar, daha sonra isə həmin şəxs ondan telefon nömrəsini istəmişdir. O, həmin şəxslə danışıq zamanı həmin şəxs ona adının Çingiz olduğunu demişdir. O, Çingizdən nə işlə məşğul olduğunu soruşduqda sonuncu ona tır sürücüsü olduğunu bildirmişdir. Təxminən bir həftə sonra həmin şəxs onunla görüşmək üçün Gəncə şəhərinə gəlmiş və onlar görüşmüşlər. Danışıq zamanı həmin şəxs adının Çingiz yox, Ağaəli olduğunu demişdir. Söhbət zamanı evli olduğunu və yoldaşının rəhmətə getdiyini demişdir. Elə həmin gün Çingiz pul gələcəyini və kartının olmadığını, həmin pulu onun kartı vasitəsilə çıxarmaq üçün ondan istəmişdir. O, Çingizə inanaraq öz kartını sonuncuya vermişdir. Bir neçə gün sonra Ağaəlidən telefon vasitəsilə zəng edərək kartını istədikdə hər dəfəsində müxtəlif bəhanələr edərək kartı ona verməkdən imtina etmişdir. Fevral ayının 21-də ona Qobustan Rayon Polis İdarəsindən zəng olunaraq adına olan həmin kart vasitəsilə dələduzluq olunduğunu bildirmişlər. O, həmin gün bu məsələni bilmişdir. Polis əməkdaşı ona zəng vurduqdan sonra səhərisi gün, yəni 22 fevral tarixində o, həmin kartı bağlatdırmışdır. Həmçinin onun adına olan ***-***-**-** mobil nömrədən onun məlumatı yoxdur, ehtimal edir ki, Ağaəli onun şəxsiyyət vəsiqəsinin surəti ilə onun xəbəri olmadan onun adına almışdır. O, Zərərçəkmiş şəxs2 tanımır. Təqsirləndirilən şəxs tanıyır. Onunla “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin şəxslə aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Ağaəli ondan mobil nömrə istəmiş və o, öz adına mobil nömrə alıb vermişdir. Lakin həmin mobil nömrəni ilk gündən Ağaəli işlətmişdir. Həmin vaxt Ağaəli ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və mobil nömrəyə ehtiyacının olduğunu bildirdiyindən o, sonuncuya köməklik etmişdir. Ağaəlinin Zərərçəkmiş şəxs2 aldadaraq pul vəsaitini ələ keçirməsindən məlumatı olmamış, sonuncu bu barədə ona heç bir məlumat verməmişdir. Ağaəli ilə görüşərkən bütün xərcləri o, ödəmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun idarə etdiyi “Ford Tranzit” markalı, **-RH-*** dövlət nömrə nişanlı avtomobil X11 məxsusdur. xx.xx.2025-ci il tarixinədək həmin avtomobil etibarnamə əsasında idarə etmək üçün ona verilmiş, BC kateqoriyalı xx.xx.2033-cü il tarixinədək sürücülük vəsiqəsi mövcuddur. O, idarə etdiyi avtomobil vasitəsi ilə müxtəlif vaxtlarda xüsusi icazə ilə işğaldan azad edilmiş ərazilərdə işləmiş və işlədiyi müddətdə işğaldan azad edilmiş ərazilərdə işləyən texnika sahiblərinin “Whatsapp" sosial şəbəkəsində olan qrupuna daxil olmuşdur. Qrupda texnika ilə bağlı məlumatlar, iş elanları və sair paylaşımlar edilir. xx.xx.2024-cü il tarixdə qrupda avtomobilinin icarəyə verilməsi ilə bağlı paylaşım etmiş, paylaşım etdikdən sonra özünü Əli adı ilə təqdim edən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək onun avtomobili ilə Zəngilan rayonunda yerləşən internet xətlərinin çəkilməsi ilə məşğul olan şirkətin kampından Xocavənd rayonu, Hadrut qəsəbəsi, Cəbrayıl rayonu, Qubadlı rayonu ərazisinə işçilərin daşınmasında istifadə olunacağını, qarşılığında isə sürücü kimi 3200 manat pul alacağını bildirmiş, amma ki, xüsusi icazəni ona aça bilməyəcəyini demişdir. Bundan sonra əvvəlcə işlədiyi şirkətin işçilərinə xüsusi icazənin açılmasında ona köməklik etməsi üçün müraciət edən zaman həmin şirkətin rəhbərlikləri ona həmin şirkətdə işləyən işçilər üçün xüsusi icazənin açıldığını bildirərək ona köməklik göstərə bilməyəcəklərini bildirmişlər. Əli adlı şəxs təkrar ona “Whatsapp" sosial şəbəkəsində yazaraq xüsusi icazəni açdırıb-açdırmadığını soruşmuş, o da xüsusi icazəni açdıra bilmədiyini söyləmiş, Əli adlı şəxs bundan sonra onu tanımadığı bir şəxsə yönləndirə biləcəyini, həmin şəxsin 6 aylıq xüsusi icazəni aça biləcəyini, qarşılığında isə 400 manat ödəniş edəcəyini deyib həmin şəxsin ***-***-**-** mobil nömrəsini ona vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 16:35 dəqiqədə o, həmin şəxslə “Whatsapp” sosial şəbəkəsində yazışmağa başlamış, yazışma zamanı həmin şəxs ondan ona və avtomobilə məxsus sənədlərin şəklini tələb etmiş, o da şəxsiyyətini təsdiq edən sənədin, sürücülük vəsiqəsinin və etibarnamənin şəkillərini “Whatsapp” sosial şəbəkəsində həmin şəxsə atmışdır. Həmin şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-dək xüsusi icazəsinin açılacağını bildirmiş və ondan 400 manat ödəniş istəmişdir. O da 4169 7388 7514 6262 nömrəli “Kapital Bank"a məxsus kartının “Bir bank" mobil tətbiqindən həmin şəxsin "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına 400 manat pul yükləmişdir. xx.xx.2024-cü il tarixdə Əli adlı şəxs ona “Whatsapp” sosial şəbəkəsində yazaraq ondan əlavə olaraq kampa su vermək üçün su maşını istədiyini demiş, o da əvvəlcədən tanıdığı, su maşını idarə edən Zərərçəkmiş şəxs4 bu iş barəsində məlumat vermiş, Səxavətə özünü Əli adlı şəxs kimi təqdim edən şəxsin nömrəsini vermiş, Səxavətə iş barəsində onunla danışa biəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə Əli adlı şəxs “Whatsapp " sosial şəbəkəsində Quba rayonundan gələn 4 nəfər işçini xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisindən götürərək Zəngilan rayonu ərazisindəki kampa aparacağını demiş, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrinədək Əli adlı şəxsdən xəbər gözləsə də xəbər çıxmadığı üçün Əli adlı şəxsə mobil telefon vasitəsi ilə zəng etməyə başlamış, Əli adlı şəxs zənglərinə, “Whatsapp” sosial şəbəkəsində yazdıqlarına cavab vermədiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində tanımadığı şəxsin "xxxx"a məxsus 4169 7388 8579 5959 nömrəli kart hesabına 4169 7388 7514 6262 nömrəli “Kapital Bank"a məxsus kartının “Bir bank” mobil tətbiqindən 400 manat pul köçürtmüşdür ki, həmin şəxs ona işğaldan azad edilmiş ərazilərə giriş-çıxış üçün xüsusi icazə açsın. Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində olan zaman mobil telefonunda olan “Bir bank” mobil tətbiqi vasitəsi ilə 400 manat pulu həmin şəxsin kart hesabına yükləmişdir. "Whatsapp” sosial şəbəkəsində olan “İş axtaran operatorlar” adlı qrupda avtomobili ilə bağlı elan paylaşan zaman qrupda olan özünü Əli kimi təqdim edən şəxs ***-***-**-** mobil nömrəsi ilə zəng edərək internet xəttlərinin çəkilməsi ilə məşğul olan şirkətin rəhbəri olduğunu, avtomobili ilə onun işçiləri işğaldan azad edilmiş ərazilərdə internet xəttlərinin çəkildiyi yerlərə aparıb-gətirəcəyini, qarşılığında isə 3200 manat əmək haqqı alacağını bildirmişdir. Əli ilə heç vaxt canlı ünsiyyətdə olmamış, yalnız ***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial şəbəkəsində yazışmaq ilə və adi zənglərlə əlaqə yaratmışdır. Həmin qrupun rəhbəri ***-***-**-** nömrə ilə qrupu yaratmış Eldəniz adlı şəxsdir. Həmin şəxslə canlı ünsiyyəti olmamış, qrupa daxil olduqdan sonra bəzi məlumatlar ilə bağlı danışmışlar, özünü Əli kimi təqdim edən şəxsin əməllərini Eldənizə deyən zaman Eldəniz həmin şəxsi qrupdan çıxartmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Nəsimi Rayon Polis İdarəsində ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Cinayət işinin icraata qəbul edilməsi, cinayət işinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.89-90); - “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi RP İstintaq bölməsinin müstəntiqi polis kapitanı İsa Quluyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir (l cild, i.v.92); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (İ cild, i.v.129-130); - “240230086 nömrəli cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.148-150); - “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağcabədi RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Rəşad Bayramov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (l cild, i.v.152); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1 maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.185); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (l cild, i.v.201-202); - “Qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (l cild, i.v.217-218); - “Cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri Ağcabədi RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Rəşad Bayramov tərəfindən bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (l cild, i.v.221-222); - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (l cild, i.v.224); - “Şübhəli şəxs barəsində axtarış elan olunması, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilməklə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (l cild, i.v.235); - “Cinayət işinin icraatının təzələnməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir (l cild, i.v.256); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur (l cild, i.v.272); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir (l cild, i.v.279); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (l cild, i.v.281); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X8 azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ-nin X8 azad edilmişdir (l cild, i.v.293); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən istintaq aidiyyəti üzrə Ağcabədi RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir (l cild, i.v.296); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Ağcabədi RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı İsa Quluyevə həvalə olunduğundan iş həmin tarixdə sonuncu tərəfindən icraata qəbul edilmişdir (ll cild, i.v.8); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (ll cild, i.v.10-11); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” və “Cinayət işinin dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.13-14, 16); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat müstəntiq İsa Quluyev tərəfindən təzələnmişdir (ll cild, i.v.18-19); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında”xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.30-31); - Ağcabədi Rayon Məhkəməsinin 4(017)-81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (ll cild, i.v.50-51); - “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 30 noyabr 2024-cü il tarixə kimi uzadılmışdır (ll cild, i.v.60-61); - “240736040 nömrəli materialın ********* saylı cinayət işinə birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (ll cild, i.v.62-63); - “Cinayət işinin başlanması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılması üçün Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (ll cild, i.v.65); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı İlkin Nurizadəyə həvalə olunduğundan iş sonuncu tərəfindən icraata qəbul edilmişdir (ll cild, i.v.91); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat müstəntiq İlkin Nurizadə tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.105); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (ll cild, i.v.136); - “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir (ll cild, i.v.148-149); - “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 azad edilmişdir (ll cild, i.v.160-161); - “Araşdırma materialının cinayət işinə əlavə edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 1500 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Qobustan RPŞ-də toplanmış HK- 1/70 saylı material ********* nömrəli cinayət işinə əlavə edilmişdir (ll cild, i.v.174-175); - “Törədilməsi müəyyən edilən cinayət əməlinin tövsifi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (ll cild, i.v.218-219); - “Cinayət təqibi üzrə icraatın dayandırılması və axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (ll cild, i.v.233-234); - “Cinayət işinin icraatının təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş və həmin tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (ll cild, i.v.238-239); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (ll cild, i.v.243-244); - “Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “polisin rəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və saxlanıldığı Sumqayıt ŞPİ-nin X8 azad edilmişdir (ll cild, i.v.256-257); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Ağcabədi RPŞ-yə göndərilmişdir (ll cild, i.v.265-267); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müstəntiq İsa Quluyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (lll cild, i.v.9-10); - Ağcabədi Rayon Məhkəməsinin 4(017)-114/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 18 fevral 2025-ci il tarixə kimi uzadılmışdır (lll cild, i.v.39-41); - “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Ağcabədi RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı İsa Quluyev tərəfindən ərazi aidiyyəti üzrə Nəsimi RPİ-yə göndərilmişdir (lll cild, i.v.42-45); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ədil Bayramov tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (lll cild, i.v.50-51); - “Cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (lll cild, i.v.53-55); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rafiq Ağəliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (lll cild, i.v.57); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (lll cild, i.v.106); - “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rafiq Ağəliyev tərəfindən ********* nömrəli və ********* nömrəli cinayət işləri bir craatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilmişdir (lll cild, i.v.110-111); - “Cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqın aparılması üçün Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (lll cild, i.v.113); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaqın aparılması Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Rafiq Ağəliyev tərəfindən icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (lll cild, i.v.135); - “Cinayət işi üzrə icraatın dayandırılması barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası CPM-nin 53.1.1 -ci maddəsinə əsasən dayandırılmışdır (lll cild, i.v.154); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (lll cild, i.v.164); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (lll cild, i.v.175-176); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (lll cild, i.v.187-188); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə saxlanıldığı Xətai RPİ-nin X8 azad edilmişdir (lll cild, i.v.212-213); - “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi müstəntiq istintaq aidiyyəti üzrə Nəsimi RPİ-yə göndərilmişdir (lll cild, i.v.245-249); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılması barədə müstəntiqin vəsatətinin müdafiəsindən Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Hənifəyev tərəfindən imtina edilmiş və Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir (lll cild, i.v.270-273); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (lll cild, i.v.274-276); - “Qətimkan tədbiri şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (lV cild, i.v.20-24, 27-31); - “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir (lV cild, i.v.34); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmiş və ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmişdir (lV cild, i.v.35-39); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (lV cild, i.v.63-65); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Nəsimi RPİ-nin X8 azad edilmişdir (lV cild, i.v.88-93); - “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (lV cild, i.v.94-98); - “Qətimkan tədbiri şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır (lV cild, i.v.112-116, 119-123); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmişdir (lV cild, i.v.125- 129); - “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (lV cild, i.v.132-136); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-533/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saxlanılaraq Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-533/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün cinayət işi üzrə icraat təzələnmişdir; - Gəncə Şəhər Məhkəməsinin 4(125)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 noyabr 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 20 sentyabr 2025-ci il tarixdən hesablanmışdır; - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 30 aprel 2024-cü il tarixdə saat 18:43-də Bakı şəhəri Nərimanov rayonu 1104-cü məhəllə ünvanında yerləşən «Araz market» adlı mağazada quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə «H***** G***** N**** QİZİ» adına olan 5239-15**-****-9353 nömrəli bank kartına 1050 manat, 30 aprel 2024-cü il tarixdə saat 20:20-də Ağcabədi rayonu Boyat kəndində yerləşən «Boyat market» adlı mağazada quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə «H***** G***** N**** QİZİ» adına olan 5239-15**-****-9353 nömrəli bank kartına 365 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 qeyd olunan qəbzlərdə olan pulları adını sonradan bildiyi Ağaəli adlı şəxsin ona göndərdiyi kart hesabına ekskavatorun təmir olunması ilə bağlı göndərildiyini bildirmişdir (lV cild, i.v.9); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi çıxarışa baxış keçirilən zaman müəyyən edilmişdir ki, çıxarışda 02 ədəd ödəmə qəbzi əks olunmuşdur, ödəmə qəbzlərinə baxıldıqda müəyyən edilir ki, 23 fevral 2024-cü il tarixdə saat 18:57-də 4169-73**-****-1587 nömrəli bank kartından «AĞ*** M*****» adına olan 4169-73**-****-5959 nömrəli bank kartına 850 manat, 23 fevral 2024-cü il tarixdə saat 22:05-də 4169-73**-****-1587 nömrəli bank kartından «AĞ*** M*****» adına olan 4169-73**- ****-5959 nömrəli bank kartına 1000 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 qeyd olunan qəbzlərdə olan pulları Ağaəli adlı şəxsin ona göndərdiyi kart hesabına ekskavatora radiator almaq üçün göndərildiyini bildirmişdir (lV cild, i.v.11); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 26 mart 2024-cü il tarixdə saat 15:18-də 4169-73**-****-9667 nömrəli bank kartından «AĞ**** M****» adına olan 4169-73**-****-5959 nömrəli bank kartına 1.000 manat, 27 mart 2024cü il tarixdə saat 15:26-da ünvan 4 ünvanda yerləşən «Bravo» adlı mağazada quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə «M**** A**** Z****» adına olan 4169- 73**-****-5959 nömrəli bank kartına 2.496 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs8 qeyd olunan qəbzlərdə olan pulları adı sonradan ona məlum olan Ağaəli adlı şəxsin bank kartına icarəyə yük texnikası götürmək üçün göndərdiyini bildirmişdir (lV cild, i.v.13); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 21 avqust 2024-cü il tarixdə saat 19:03-də Zərərçəkmiş şəxs6 məxsus 4169-73**-****-3117 nömrəli bank kartından «AG***** M*****» adına olan 4169-73**-****-5959 nömrəli bank kartına 600 manat, 22 avqust 2024-cü il tarixdə saat 00:33-də Zərərçəkmiş şəxs6 məxsus 4169-73**-****-3117 nömrəli bank kartından «AG***** M****** adına olan 4169-73**-****- 5959 nömrəli bank kartına 160 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 qeyd olunan qəbzlərdə olan pulları adı sonradan ona məlum olan Ağaəli adlı şəxsin bank kartına ehtiyat hissələri almaq üçün göndərdiyini bildirmişdir (lV cild, i.v.15); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 18 fevral 2024-cü il tarixdə saat 21:27-də 4169-74**-****-0179 nömrəli bank kartından «SE**** M****** adına olan 5239-15**-****-5250 nömrəli bank kartına 750 manat, 19 fevral 2024-cü il tarixdə saat 17:52-də 4169-74**-****-0179 nömrəli bank kartından «SE**** M****** adına olan 5239-15**-****-5250 nömrəli bank kartına 750 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 qeyd olunan qəbzlərdə olan pulları Ağaəli adlı şəxsin ona göndərdiyi kart hesabına işğaldan azad olunan ərazilərdə hərəkət etmək üçün portala adının daxil edilməsindən ötrü göndərdiyini bildirmişdir (lV cild, i.v.17); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi qəbzlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 18 aprel 2024-cü il tarixdə saat 16:07-də Füzuli rayonu ərazisində yerləşən «Mandarin market» adlı mağazada quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə «M***** A***** Z***** OĞLU» adına olan 4169-73**-****-5959 nömrəli bank kartına 740 manat, 18 aprel 2024-cü il tarixdə saat 16:11-də Füzuli rayonu ərazisində yerləşən «Mandarin market» adlı mağazada quraşdırılmış «mpay» ödəmə terminalı vasitəsilə «M***** A***** Z***** OĞLU» adına olan 4169-73**-****- 5959 nömrəli bank kartına 250 manat pul göndərilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs4 qeyd olunan qəbzlərdə olan pulları adı sonradan ona məlum olan Ağaəli adlı şəxsin bank kartına işğaldan azad olunan ərazilərdə hərəkət etmək üçün portala adının daxil edilməsindən ötrü göndərdiyini bildirmişdir (lV cild, i.v.18); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 01 aprel 2024-cü il tarixli 2024/111/8467 nömrəli məktubuna əlavə edilmiş çıxarışlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 adına olan 4169-73**-****-7581 nömrəli bank kartından mobil tətbiqi vasitəsilə 13 yanvar 2024-cü il tarixdə saat 15:03-də Təqsirləndirilən şəxs adına olan 4169-7388-2981-9238 nömrəli bank kartına 745 manat, 13 yanvar 2024-cü il tarixdə saat 16:48-də Təqsirləndirilən şəxs adına olan 4169-7388-2981-9238 nömrəli bank kartına 700 manat pul göndərilmişdir (lV cild, i.v.19); - xx.xx.2025-ci il tarixli “Üzləşdirmə-dindirmə” protokolundan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir (lV cild, i.v.61-62); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi üzərində ödəmə qəbzləri əks olunmuş 01 ədəd çıxarış, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, "xxxx" ASC-nin 01 aprel 2024-cü il tarixli 2024/111/8467 nömrəli məktubuna əlavə edilmiş çıxarışlar və fotoşəkillər maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (lV cild, i.v.138-162); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum etmə cəzası 01 il 06 aya endirilmiş, xx.xx.2016-cı ildə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixli qanuna əsasən vurduğu ziyan CM-nin 178.1-ci maddəsinin tərkibini yaratmadığı üçün azad olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından dərhal azad edilərək üzərindən məhkumluğu götürülmüşdür (İİ cild, i.v.3-6); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında böyük əhəmiyyət kəsb edən fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur (məsələn, oğurluq yolu ilə davam edən talama). Eyni növdən olan cinayətlərin təkrarlığı zamanı isə daha sərt cəzanın təyin edilməsini nəzərdə tutan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi tətbiq olunur. Beləliklə, davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə, yəni Zərərçəkmiş şəxs7 10.000 manat pul almaması, sadəcə 800 manat borc alması və Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pul almaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Həmçinin, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və ilkin baxış iclasında ifadə verərkən Zərərçəkmiş şəxs3 1850 manat məbləğində pul aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini qismən etiraf etməsini, peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il saat 10:30-dan xx.xx.2024-cü il saat 12:55-dək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 05 ay, cəmi 05 ay 12 gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökmün çıxarıldığı xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun hazırda Gəncə Şəhər Məhkəməsinin 4(125)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi üzərində ödəmə qəbzləri əks olunmuş 01 ədəd çıxarış, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, "xxxx" ASC-nin 01 aprel 2024-cü il tarixli 2024/111/8467 nömrəli məktubuna əlavə edilmiş çıxarışlar və fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il saat 10:30-dan xx.xx.2024-cü il saat 12:55-dək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu 05 ay, cəmi 05 ay 12 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hazırda Gəncə Şəhər Məhkəməsinin 4(125)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs3 təqdim etdiyi üzərində ödəmə qəbzləri əks olunmuş 01 ədəd çıxarış, Zərərçəkmiş şəxs8 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs6 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 02 ədəd ödəmə qəbzləri, "xxxx" ASC-nin 01 aprel 2024-cü il tarixli 2024/111/8467 nömrəli məktubuna əlavə edilmiş çıxarışlar və fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-533/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-533/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver