Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-536/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Universal” Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 26 sentyabr 2024-cü il tarixdə saat 17:40-da ünvan 3 ünvanında yerləşən “Kseroks” çap mərkəzinə gəlib orada çap etdirdiyi sənədlərin qiymətinin baha olmasını cüzi səbəb kimi bəhanə gətirərək digər şəxslərin olmasına əhəmiyyət vermədən orada direktor müavini işləyən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib mərkəzin normal iş fəaliyyətini pozaraq heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq edib əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurmaqla ona sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması, sağ bazunun, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs 2-3 ildir tanısa da, onunla hər hansı bir yaxın münasibəti olmamışdır. Sadəcə olaraq müştəri kimi Zərərçəkmiş şəxs olduğu ünvan 4 ünvanındakı obyektə gedib müəyyən sənədlərin surətlərini çıxartmışdır. 26 sentyabr 2024-cü il tarixdə təxminən saat 17:45 radələrində Zərərçəkmiş şəxs işlətdiyi obyektə sənədlərin surətlərini çıxartmaq üçün daxil olmuşdur. O obyektə daxil olduqdan sonra sənədləri Günelin yanında olan adını bilmədiyi qadın işçisinə təqdim edərək sənədlərin surətlərini çıxartmasını istəmişdir. Bundan sonra həmin işçi sənədləri ondan götürüb çıxartmış və 4 manat 20 qəpik pul ödəməli olduğunu ona bildirmişdir. Bu zaman o, Günelə sənədlərin surətini baha qiymətə etdiyini bildirərək daimi müştərisi olduğunu ona xatırlatmışdır. Lakin Günel ona daimi müştərisi olmadığını və onu tanımadığını bildirərək 4 manat 20 qəpik pul ödəməli olduğunu bildirmişdir. O daimi müştəri olduğunu bildirmiş və nömərələr qeyd edərək teztez obyektə gəldiyini bildirmişdir. Lakin Zərərçəkmiş şəxs qeyd olunan nömrələrdən “pdf” formasında sənədlərin göndərilmədiyini bildirmişdir. O, Günelə etiraz etmiş və bu səbəbdən də aralarında sözlə mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Günel onun ünvanına nalayiq sözlər işlətdiyi üçün o onun əyləşdiyi işçi masasına yaxınlaşıb danışıqlarına fikir verməsini və ünvanına nalayiq sözlər işlətməməsini tələb etmişdir. Lakin Günel onun dediklərinə məhəl qoymayaraq onunla kobud şəkildə danışmağa davam etmiş və ətrafda olan insanların yanında onu yalançı çıxarmağa çalışmışdır. O bundan sonra obyekti tərk etmiş və yarım saat sonra əsəbi olduğundan və onun ünvanına deyilmiş nalayiq ifadələrə görə yenidən obyektə gəlmişdir. O, obyektə daxil olduqdan sonra Zərərçəkmiş şəxs yaxınlaşaraq onun ünvanına nəyə görə nalayiq ifadələr işlətməsini soruşmuşdur. Bu zaman, Zərərçəkmiş şəxs onun üzərinə gələrək itələmiş və aralarında olan sözlü mübahisə dava-dalaşa çevrilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ilə birbirlərinə qarşılıqlı olaraq zərbələr endirmişlər. Bu vaxt orada olan bir neçə nəfər işçilər araya girib onu sakitləşdirməyə başlamışlar. Hətta Zərərçəkmiş şəxs aqressiv şəkildə əlində xətkeşlə onun üzərinə gələrək üz nahiyəsinə zərbələr endirmək istəmişdir. Bu zaman o həmin zərbələrdən yayınsa da, həmin xətkeş zərbəsi onun hər iki qol nahiyyəsinə dəymişdir. Bundan sonra Günelin həyat yoldaşı kimi özünü təqdim edən Teymur adlı şəxs obyektin digər otağından çıxıb onun yanına gələrək kobud şəkildə onunla danışıb obyekti tərk etməyini tələb etmişdir. Bu zaman o, anası Şahid1 ilə həmin obyekti tərk edib çıxıb getmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində iki uşağının olduğunu bildirərək, barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. 26 sentyabr 2024-cü il tarixdə təxminən saat 17:40 radələrində Təqsirləndirilən şəxs müştəri qismində içəri daxil olub sənədləri çap etməsi üçün işçisi Nəzrinə təqdim etmişdir. Nəzrin həmin sənədləri ondan alıb çap etdikdən sonra 4 manat 20 qəpik ödəməli olduğunu ona bildirdikdə Təqsirləndirilən şəxs etiraz etməyə başlamışdır. Belə ki, Günay onların obyektinin daimi müştərisi olduğunu deyərək nə üçün baha qiymətə çap etmələrinin səbəbini soruşmuş, cavabında isə o qiymətlərin dəyişdiyini ona bildirmişdir. Bundan sonra Günay onunla mübahisə edərək bir il əvvəl ucuz qiymətə çap etdiklərini bildirdikdə o, qiymətlərin həmin vaxtdan qalxdığını bildirmişdir. Lakin Günay onunla mübahisə etməyə davam etmiş və bu vaxt o Günaya bir müştəri kimi özünü normal aparmasını və səsini ucaltmamasını ondan xahiş etmişdir. Elə bu zaman Günay adlı müştəri üzərinə gələrək oturduğu yerdə onu təhqir etməyə başlamış və gözləmədiyi bir vaxtda əl və ayaqla ona zərbələr endirmişdir. Günay ona qarşı çox aqressiv olmuş, belə ki, obyektdə olan işçiləri Nəzrin və Səidə onu ayırmağa çalışsalar da, Günay sakitləşməyərək onun üzərinə hücum çəkməyə davam etmişdir. Bundan sonra müəssisə rəhbəri Şahid3 olduqları yerə gələrək onları sakitləşdirib Təqsirləndirilən şəxs obyekti tərk edib çıxıb getməsini bildirmişdir. Bu zaman Günay anası ilə birlikdə obyekti tərk edib çıxıb getmiş və sonradan baş vermiş hadisə ilə bağlı polisə məlumat vermək qərarına gəlmişdir. Halhazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır, zərərçəkmiş şəxsi isə hadisə ilə əlaqədar tanıyır. 26 sentyabr 2024-cü il tarixdə təxminən saat 17:45 radələrində qızı Təqsirləndirilən şəxs sənədlərin surətlərini çıxarmaq üçün çap obyektinə daxil olmuş və bir müddət sonra içəridən qışqırıq səsləri gəldiyinə görə o da obyektə daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs əlində xətkeşlə qızına xəsarətlər yetirmək istədiyini görmüş və dərhal onların arasına girərək sakitləşdirməyə çalışmışdır. Lakin Zərərçəkmiş şəxs həmin vaxt onun kürəyindən xətkeşlə və əlləri ilə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmiş və qışqıraraq səs-küy salmışdır. Daha sonra Teymur adlı şəxs gələrək Zərərçəkmiş şəxs həyat yoldaşı olduğunu və onların obyekti tərk etməsini tələb etmişdir. Həmin vaxt Teymur adlı şəxs onlara qarşı kobud rəftar etsə də, hər hansı nalayiq ifadə işlətməmişdir. Lakin buna baxmayaraq, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra, o və qızı Təqsirləndirilən şəxs obyekti tərk etmişlər. Həmin vaxt ona və qızına xəsarətlər Zərərçəkmiş şəxs tərəfindən yetirilsə də, sonradan qızı Təqsirləndirilən şəxs təqsirli hesab etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımış, Zərərçəkmiş şəxs “Kseroks” çap mərkəzində onun müdiri olmuşdur. O hadisə vaxtı ünvan 4 ünvanında yerləşən “Kseroks” çap mərkəzində çap operatoru vəzifəsində işləmişdir. 26 sentyabr 2024-cü il tarixdə təxminən saat 17:45 radələrində müştəri Təqsirləndirilən şəxs çap mərkəzinə daxil olub sənədlərinin surətini çap etmək istədiyini deyərək sənədləri ona təqdim etmişdir. O, Günayın təqdim etdiyi sənədləri ondan alaraq çap etmiş və 4 manat 20 qəpik ödəməli olduğunu ona bildirmişdir. Bu zaman Günay ona daimi müştəri olduğunu və bunu nəzərə almağını ona demişdir. Bu zaman o qiymətlərdə dəyişiklik olduğunu və 4 manat 20 qəpik pul ödəməli olduğunu ona bildirmişdir. Bundan sonra Günay etirazını bildirərək mübahisə yaratmağa başlamışdır. Bu zaman müdiri olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mübahisə yaratmamağını və qiymətlərdə cüzi artım olduğunu ona söyləmişdir. Lakin Günay yenə buna etiraz edərək daimi müştərisi olduğunu deyib Zərərçəkmiş şəxs əyləşdiyi masaya yaxınlaşmış və orada qiymətlə bağlı mübahisə etməyə başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsini aşağı salmasını və normal qaydada danışmasını tələb etsə də, Günay əsəbi və aqressiv halda Güneli təhqir etmişdir. Bu zaman Günel Günaya danışıqlarına fikir verməsini və ödənişi edib obyekti tərk edib çıxıb getməsini ondan tələb etmişdir. Elə bu zaman Günay təpiklə Günelin sol ayaq nahiyyəsinə möhkəm zərbə vurmuşdur. Bu vaxt o və orada olan digər işçi Səidə onların olduqları yerə yaxınlaşıb Günayı sakitləşdirməyə çalışmışlar. Amma Günay çox əsəbi və aqressiv olduğundan onlara məhəl qoymayıb bu cür hərəkətlərini davam etdirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs əlində olan xətkeşlə Təqsirləndirilən şəxs qollarına zərbə vurmağa çalışsa da, həmin zərbələr Təqsirləndirilən şəxs dəyməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs anası da dava edən şəxsləri aralamağa çalışmışdır. Bundan sonra Günelin müdiri Şahid3 obyektin digər otağından çıxıb onların olduğu yerə gəlmiş və Günaya saktləşməsini deyərək obyekti tərk edib çıxıb getməsini tələb etmişdir. Bu zaman Günay anası ilə birlikdə obyekti tərk edib çıxıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, Zərərçəkmiş şəxs isə “Kseroks” çap mərkəzində onun işçisidir. O 21 ildir «X13» şirkətinin direktoru vəzifəsində çalışır. 26 sentyabr 2024-cü il tarixdə saat 17:45 radələrində ünvan 4 ünvanında yerləşən “Kseroks" çap mərkəzində öz otağında olan zaman səs-küy eşidib aşağı çap mərkəzinə gəlmiş və orada müavini Zərərçəkmiş şəxs müştəriləri olan Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olduğunu görüb nə baş verdiyini soruşduqda, ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adlı müştəri onun işçisi Zərərçəkmiş şəxs döymüş və ona bədən xəsarətləri yetirmişdir. Belə ki, o ora gəldikdə Təqsirləndirilən şəxs və onun anasına səs-küy yaratmamaqlarını bildirib sakitləşmələrini və obyekti tərk edib çıxıb getmələrini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və anası onu da təhqir edərək obyekti tərk edib çıxıb getmişlər. Hadisə baş verən zaman o otağında olduğundan Zərərçəkmiş şəxs ilə müştəri Təqsirləndirilən şəxs arasında olan dava-dalaşı görməmişdir. Hadisə ünvan 5 ünvanındakı çap mərkəzinin içərisində baş vermiş və həmin vaxt orada işçiləri Səidə, Nəzrin və Günayın anası olmuşdur. Mübahisənin səbəbi sənədləri çap etdikdən sonra ödəniləcək məbləğlə bağlı olmuşdur. Şahid X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahid X2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Nicat Abdullayevin tərtib etdiyi 26 sentyabr 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Kseroks” çap mərkəzidir (i/v 10-17). İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, 26 sentyabr 2024-cü il tarixdə, saat 17:56-da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əyləşdiyi işçi masasına yaxınlaşaraq onunla sözlü mübahisə edir və daha sonra həmin şəxslər arasında dava olur. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vurur və Zərərçəkmiş şəxs da əli ilə Təqsirləndirilən şəxs vurur (i/v 59). Məhkəmə iclasında hadisənin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və baxış zamanı 28 sentyabr 2024-cü il tarixli protokolda qeyd olunanlar öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” publik Hüquqi Şəxsin canlı şəxsin ekspertizasının 28 sentyabr 2024-cü il tarixli, 1343 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması, sağ bazunun, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bildərdilər və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i/v 62-63). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i/v 104). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 xx.xx.2012-ci ildə, X6 xx.xx.2014-cü ildə doğulmuşlar, anaları Təqsirləndirilən şəxsdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il taixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun, özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin, ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(006)- 536/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 23 oktyabr 2024-cü il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi “Universal” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-536/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-536/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver