Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-537/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Qubadlı rayonu, Boşarat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanında yerləşən parkda, Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəminində baş nahiyəsindən dirsəyi ilə qəsdən vuraraq ona sağ üst və alt göz qapaqlarının, gözaltı, almacıq nahiyələrinin şişkinlik halında hematoması və həmin gözün ağlı qişasına qansızma, alın nahiyəsinin qançırı ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda işsiz olduğu üçün iş axtarmaqdan ötrü şəhərin mərkəzində gəzir, obyektlərə fəhlə lazım olub-olmamasını sorğu edir. Elə vaxt olur ki, iş tapa bilmir və pul qazana bilmədiyi üçün evə qayıtmır, şəhərdə parklarda gecələyir. Artıq gecə parklarda skamyalarda gecələyən bir çox şəxslə münasibəti yaranmışdır. Barəsində şikayət etmiş Zərərçəkmiş şəxs bir aya yaxındır tanıyır. Parklarda olan zaman gecələr öz aralarında atışıb yemək, siqaret alıb söhbətləşirlər. 14.09.2021-ci il tarixdə saat təxminən 02 radələrində Nəsimi heykəlinin arxasında yerləşən parkda olan zaman Zərərçəkmiş şəxs həmin parka gəlmişdir. O, Camal ilə bir qədər söhbətləşmiş və sonuncudan siqaret almaq üçün borc pul istəmişdir. Camal pulunun olmadığını ona bildirmiş və onu təhqir etmişdir. Zərərçəkmiş şəxs onu söyüb alçaltdığı üçün əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs baş nahiyəsindən dirsəyi ilə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs gözünü tutub yerə yıxıldığı üçün qorxub hadisə yerindən uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, küçələrdə yaşayır. Qonşular onu tanıdığından, küçədə görən zaman 1-2 manat pul verirlər, bundan əlavə, yollarda dayanan avtomobillərə nəzarət edib bu yolla dolanır. Hava qaraldıqdan sonra gecələmək üçün parklarda olan skamyalarda yatır. 14.09.2021-ci il tarixdə, saat təxminən 02 radələrdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində, Nəsimi heykəlinin arxasında olan parka gəlmiş, parkda gəzişib özünə skamya seçən zaman tanışı, küçələrdə yaşayan Təqsirləndirilən şəxs görmüşdür. Onunla bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ondan siqaret almağını istəmişdir. Təqsirləndirilən şəxs ondan 28 yaş kiçik olmasına baxmayaraq, onu siqaret almaq üçün göndərməsi xoşuna gəlməmiş və bu səbəbdən sonuncuya iradını bildirmişdir. Həmin zaman özü və Amil ayrı-ayrılıqda spirtli içki qəbul etdikləri üçün sərxoş olmuşlar. Təqsirləndirilən şəxs tutduğu iraddan sonra, Həbibov ondan 5 manat pul istəmişdir. O, Amilə cəmi 2 manat pulunun olduğunu bildirmiş və həmin 2 manatı ona verməyəcəyini söyləyəndə, Amil onunla yenidən mübahisə etmiş, üzərinə gəlib onun baş nahiyəsindən əli ilə vurmuşdur. Zərbənin gücündən o, yerə yıxılmış və gözündən qan gəlmişdir. Təqsirləndirilən şəxs bunu görüb hadisə yerindən uzaqlaşmışdır. Hazırda ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 21.09.2021-ci il tarixli, 838 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ üst və alt göz qapaqlarının, gözaltı, almacıq nahiyələrinin şişkinlik halında hematoması və həmin gözün ağlı qişasına qansızma, alın nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 14.09.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 29.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-537/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-537/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver