Məhkəmə qərarları › İş №1(006)-539/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-539/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-539/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Ukrayna Respublikası, Xarkov şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda (inzibati bina) qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 22.07.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlı ərazidə istintaqa məlum olmayan “Siqan” ləqəbli şəxsdən 50 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,460 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 23.07.2021-ci il tarixdə, saat 17:15-də ünvan 2 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş, orada üzərinə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,138, 0,094, 0,074, 0,096 və 0,058 qram olmaqla həmin psixotrop maddə aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir ildir narkotik vasitə qəbul edir. 22.07.2021-ci il tarixdə Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə “Siqan” ləqəbli şəxsdən öz istifadəsi üçün 10 manata bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. İyul ayının 23-də, saat 17:15-də ünvan 4 ünvanda olarkən özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşıb üzərində qanunsuz narkotik maddə daşıması barədə əməliyyat məlumatı daxil olduğunu bildirərək onu polis idarəsinə aparmışlar. İdarədə onun üzərinə videoçəkilişlə axtarış aparılarkən polislər beş ədəd bükümü verib öz üzərinə götürməsini təkid etmişlər. O da qorxudan guya həmin bükümlərin hamısının onun üzərindən çıxdığını etiraf etmişdir. Lakin o, polislər tərəfindən saxlanılarkən üzərində olan bir ədəd bükümdə psixtorop maddəni artıq istifadə etmiş, onda başqa büküm olmamışdır. O, qanunsuz bir ədəd bükümdə psixotrop maddə alıb üzərində daşıdığını etiraf etsə də, ona verilmiş ittihamda guya üzərindən aşkar edilmiş bükümlərin sayının çox göstərilməsi ilə razılaşmır. Əməlindən peşmandır. Ona cəza təyin edilərkən himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 23 iyul 2021-ci il tarixdə idarəyə “Roman” adlı şəxsin qanunsuz narkotik vasitə əldə edib üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumatı yoxlamaq məqsədilə ondan və iş yoldaşı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Roman” adlı şəxs saat 17:15-də ünvan 2 ünvanda müəyyən edilmiş, ona yaxınlaşaraq özlərini təqdim etdib məsələni bildirmişlər. Daha sonra üzərinə baxış keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs polis idarəsinə dəvət etmişlər. İdarədə bu şəxsin Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirildikdən sonra onun üzərinə video çəkilişlə axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mobil telefon, sol yan cibindən kiçik şəffaf sellofan torba aşkar edilmişdir. Həmin torbanın içərisindən siqaretin qızılı kağızında beş ədəd büküm var idi. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümlərdə olan maddəni 22.07.2021-ci il tarixdə “Kubinka” adlanan ərazidə “Siqan“ adlı şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan:  “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” 23.07.2021-ci il tarixli protokola və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilir. Təqsirləndirilən şəxs köynəyinin sinə cibindən 01 paket “Prima” markalı siqaret qutusunu, göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd “iPhone 6s” markalı mobil telefonu, sol yan cibindən isə kiçik şəffaf sellofan torbanı təqdim edir. Həmin şəffaf sellofana baxış keçirilən zaman içərisində siqaretin kağızına bükülmüş 05 büküm aşkar edilir. Bükümə baxış keçirilən zaman narkotik maddəyə bənzər kütlə olduğu məlum olur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 22.07.2021-ci il tarixdə “Kubinka” adlanan ərazidə “Siqan” ləqəbli şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirir (İ cild, i.v.47-50);  Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadəsindən aydın olur ki, o, uzun müddətdir psixotrop maddə istifadə edir. 23.07.2021-ci il tarixdə, saat 17:15-də ünvan 2 ünvanda olarkən özlərini polis əməkdaşı olaraq təqdim edən iki nəfər mülki şəxs ona yaxınlaşıb üzərində qanunsuz narkotik maddə daşıması barədə əməliyyat məlumatı olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. İdarədə onun üzərimə videoçəkilişlə axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin şəffaff sellofanı götürülmüşdür. Həmin sellofana baxış keçirilərkən içərisindən siqaretin qızılı kağızında 5 ədəd bükümdə narkotik maddəyə bənzər kütlə olduğunu müəyyən etmişlər. Bükümün içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu-sual zamanı o həmin maddəni 22.07.2021-ci il tarixdə “Kubinka” adlanan ərazidə “Siqan” ləqəbli şəxsdən öz istifadəsi üçün 50 manata aldığını bildirmişdir (İ cild, i.v.54-55, 62-63, 81-82);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24 iyul 2021-ci il tarixli, 6/3062 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən... sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,138 qram, 0,094 qram, 0,074 qram, 0,096 qram, 0,058 qram, ümumi təmiz çəkisi 0,460 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazərlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,310 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.57-59);  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator X1 haqqında 06.09.2021-ci il tarixli, 3289 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.126-127);  “Sübutların qiymətləndirilməsi haqqında” 21.09.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,310 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.128-133);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.07.2021-ci il tarixli, 4(006)- 297/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.91-93);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.07.2021-ci il tarixli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunsa da, onun hazırda ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.98-100);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 25.01.2010-cu il və 20.06.2014-cü il təvəllüdlü iki övladı var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdardaəldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründən fərqli olaraq məhkəmədə ona ittiham olunmuş əməldə özünü tam təqsirli bilməyib üzərindən aşkar olunmuş metamfetaminin çəkisinin az olduğunu söyləsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun dedikləri inkar olunur. Məhkəmə bu halı Şahid1 özünümüdafiə xarakterli və cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdlər kimi qiymətləndirir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 23 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,310 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 65 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 0,310 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili X3 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar