Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-54/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.4 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq elməklə, özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə, saat 00:23-də ictimai yer hesab edilən ünvan 2 ünvanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafelərinə toxunan hərəkətlər edib şəxsiyyətini digər şəxslərdən üstün tutaraq Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib idman fəndi ilə sonuncunu yerə yıxaraq ona başın ənsə nahiyəsinin sol yarısının dərialtı hematoması kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etdikdən dərhal sonra Kamran Həsənzadənin yerdə huşsuz vəziyyətdə qaldığını görüb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb əmlaka əlçatanlığını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs3 əynində olan gödəkçəsinin sol iç cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 01 ədəd 160 manat dəyərində “X11 7” markalı mobil telefonu, içərisində 10 ədəd istifadə olunmamış siqaret dənələri olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 manat 75 qəpik dəyərində “Winston Xstyle” markalı siqaret qutusunu və əynində olan şalvarının sağ yan cibindən 550 manat pulu açıq talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 716 manat 75 qəpik məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 iyun 2021-ci il tarixdə, saat 06 radələrində tanışları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında qonaq olarkən, mənzildə olan şəxslərin yatmasından istifadə edərək qonaq otağında olan dolabın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus pul kisəsinin içərisindən sonuncuya məxsus 380 manat pulu, həmin pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs2 məxsus 250 manat pulu və həmin dolabın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus pul kisəsinin içərisindən sonuncuya məxsus 80 manat pulu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 380 manat, Aqşin 1 Hüseynova isə ümumilikdə 330 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.4 və 221.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, ailəsindən ayrı yaşamaqla, Bakı şəhəri, Nizami küçəsində gül sataraq özünü dolandırmağa çalışmışdır. Valideynləri boşanmış, valideynlərinin əlaqə nömrəsini bilməmiş, peşəkar formada güləş idman növü ilə məşğul olaraq 2 qat Avropa Çempionu olmuşdur. 22.04.2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Malakan bağı ərazisində sosial şəbəkədən tanıdığı Günayla gəzişdiyi zaman eyni formada tanıdığı Könül və Aydan bacılarını da görmüş və birlikdə Nizami küçəsində gəzişməyə başlamışlar. Könül həm də onun sevgilisi olmuşdur. 23.04.2021-ci il tarixdə, saat 00:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 ünvanının qarşısına çatdıqda, əvvəllər tanımadığı bir nəfər şəxs ondan “skamyada” əyləşmiş içkili şəxsi ayağa qaldırmağa kömək etməsini xahiş etdiyindən, o da köməklik etmiş, həmin şəxs içkinin təsirindən qusmağa başlamış, sonradan həmin şəxsin adının Kamran olduğu, yanındakı şəxsin isə adının Rövşən olduğunu bilmişdir. Kamran qusduqdan sonra ayılmağa başlayıb yanında olan Könülün yaxasından tutmuş, Kamranın bu hərəkətindən əsəbləşmişdir. Rövşənlə Kamran içkili olmuş, Kamran isə içkidən daha çox təsirləndiyindən hərəkətlərini idarə edə bilməmiş, Kamranı davranışına görə kənara itələdikdə Rövşən ondan Kamranın yerinə üzr istəmişdir. Kamran isə onun üzərinə hücum edib yanında olan Könülə soz atmağa başlamış, Könülü Günay və Aydan vasitəsilə tanımış, Könüldən xoşu gəlmiş, Kamrana bu hərəkətinə görə iradını bildirdikdə aralarında mübahisə yaranmış, Kamran onun üzərinə bıçaq çıxarmaq istəmiş, Kamranın cibindəki bıçağın dəstəyini görmüşdür. Bundan sonra o, Kamrana təpik zərbəsi vurub güləş fəndi olan aşırmanı işlədərək yerə yıxmış, həmin vaxt Kamranın başı asfalta dəydiyindən, hərəkətsiz vəziyyətdə qalmış və huşu itmişdir. Rövşən onları aralamaq istəsə də, içkili olduğundan, gücü çatmamış, daha sonra qızlarla birlikdə həmin yerdən uzaqlaşmaq istəmiş, lakin yaranmış mübahisə zamanı Könülün çantası Kamranın yanında yerə düşməsi səbəbindən, qayıdıb çantanı götürmək istəmiş, Rövşən də Kamranın yanına gəlmiş, həmin vaxt o, Kamranın qış gödəkçəsinin sol, iç cibində mobil telefon olmasını görüb cibindən “XİAOMİ” markalı mobil telefon və siqaret qutusunu götürmüş, digər ciblərini də axtarsa da, heç nə tapmamış, həmin zaman Rövşən ona mane olmağa çalışsa da, bacarmamış, əli ilə Rövşəni itələyib Könüllə birlikdə oradan uzaqlaşmışdır. Bundan sonra, o, qızlarla birgə Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsinə çıxmış, həmin qızlara Kamranın cibindən mobil telefon və siqaret qutusu götürdüyünü demiş, qızlar isə qorxduqlarından ona heç nə söyləməmiş, Könül və Aydanı dövlət qeydiyyat nişanları yadında qalmayan, boz rəngli “Toyota Prius" markalı avtomaşınla evlərinə, Günayı isə taksi ilə Yeni Günəşli qəsəbəsinə yola salmış, özü isə həmişəki kimi müxtəlif daldalanacaq yerlərdən birində gecələmiş, hadisədən sonra qızları və mobil telefonunu götürdüyü şəxsi görməmiş, mübahisə zamanı güləş fəndi işlədib Kamranı yerə yıxdığı zaman mobil telefon sınmışdır. Hadisədən bir neçə gün sonra, yəni 26.04.2021-ci il tarixdə polis əməkdaşları onu Bakı şəhəri, Nizami küçəsində olarkən saxlamış, o, Kamranın cibindən götürdüyü həmin mobil telefonu könüllü şəkildə polis əməkdaşlarına təhvil vermiş, həmin fakt üzrə barəsində cinayət işi başlanmış, şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X5 ilə aralarında düşmənçilik, ədavət olmamış, hər üçü transseksual olduğundan, Zərərçəkmiş şəxs2 “Aytac”, “Zərərçəkmiş şəxs1 “Ülvi”, Elşən Quliyevi isə “Dəniz” ləqəbi ilə səsləndirmişlər. 24.06.2021-ci il tarixdə gecə vaxtı dostu Ceyhunla birgə Bakı şəhərində gəzdiyi vaxt təsadüfən Aqşini görüb söhbət edərkən gecələməyə yerlərinin olmadığını demiş, o, həmin ərəfədə dost-tanışının evində gecələmiş, ev olmadıqda küçədə yatmış, Zərərçəkmiş şəxs2 onlara kirayə qaldığı ünvan 4 ünvanına getməyi təklif etdikdə razılaşmış, saat 02:00 radələrində həmin evə çatmışlar. Evdə olduğu zaman Zərərçəkmiş şəxs1 danışığından, qonaq otağında qoyduğu pul qabısında pul olduğunu, həmin puldan kiminsə borcunu qaytaracağını eşitdikdə, həmin pul qabının içərisində olan pulları oğurlamaq qərarına gəlmişdir. Həmin ərəfədə sosial şəbəkədə olan dostları ilə danışmaq istədiyini deyib dostu Ceyhundan “İPHONE X” markalı mobil telefonu verməsini xahiş etdikdə Ceyhun etiraz etməyib mobil telefonu ona vermiş və daha sonra Ceyhun yatmışdır. Hamı yatdıqdan sonra saat 06:00 radələrində yerindən qalxıb qonaq otağına keçmiş və orada olan dolabçanın üzərindəki pul qabına baxdıqda, içərisində 2 ədəd 50 manat, 5 ədəd 20 manat və 1 ədəd 10 manatlıq pul əskinazlarından olmaqla, ümumilikdə 210 manat pul olduğunu görmüş, həmin pulları heç kimin görmədiyi şəraitdə pul qabından götürərək evi tərk edib avtobusla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmiş, götürdüyü həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, oğurluq etdiyinə görə axtarıldığını düşünüb tutulacağından qorxaraq Ceyhunun mobil telefonunu da qaytara bilməmiş, polis əməkdaşları onu saxladıqda telefonu təhvil vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus 550 manat pulu, şəxsiyyət vəsiqəsini, sənədləri götürməmiş, Kamranın cibindən yalnız mobil telefonu və siqaret qutusunu götürmüş, mobil telefonu da sonradan istintaq orqanına təhvil vermiş, əvvəlcədən Kamranın telefonunu və ya siqaretini cibindən götürmək niyyəti olmamışdır. Həmin vaxt qızlardan hansınınsa rəfiqəsi oradan keçdiyindən yaxınlaşmış, daha sonra isə həmin qız oradan uzaqlaşmışdır. Digər hadisədə isə yalnız “Ülvi”-yə məxsus olan 210 manat nağd pulu borcunu qaytarması üçün oğurlamış, həmin vaxt onu heç kim görməmiş, Şahid3 məxsus «İphone X» markalı mobil telefonu ələ keçirmək fikrində olmamış, oğurluq eldiyi üçün mobil telefon üzərində ola-ola mənzili tərk etmiş, növbəti gün qaytarmaq istəsə də, axtarıldığını düşünüb qorxub qaytarmayaraq özündə saxlamışdır. İfadəsinin sonunda ilk dəfə məsuliyyətə cəlb olunduğunu, törətdiyi əməllərdən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onlarla barışdığını və onlara dəymiş ziyanın ödənildiyini bildirərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında tək yaşayır, subaydır, fərdi əməklə məşğuldur. 22.04.2021-ci il tarixdə, saat 20:00 radələrində dincəlmək üçün “Tarqovi" adlanan əraziyə gedib “Nizami” kinoteatrının yanında olan kafelərin birində axşam yeməyi yemiş, həmin yerə gəlməzdən əvvəl dostu Şahid2 da çağırdığından, sonuncu ilə saat 21 radələrində qeyd etdiyi kafenin qarşısında görüşmüşlər. Bundan sonra onlar yaxınlıqda olan “Kaybedenler külübü" deyilən kafeyə gedərək alkoqollu içki qəbul etmişlər. Həmin vaxt cibində 650 manat məbləğində nağd pul olmuş, saat 23:45 radələrində təxminən 100 manat məbləğində olan hesabı nağd qaydada ödəyib Şahid2la birgə kafedən çıxmışlar. 23.04.2021-ci il tarixdə saat 00:20 radələrində yorulduqları üçün yaxınlıqda olan skamyaların birində əyləşmişlər. Həmin vaxt 4 qız, 1 oğlan yanlarından keçdikləri zaman aralarında mübahisə yaranmış, həmin oğlanın adının Təqsirləndirilən şəxs olmasını sonradan bilmiş, Təqsirləndirilən şəxs mübahisə zamanı onu qaldırıb yerə çırpdığından gözləri qaralmış və yerə uzanmış, həmin vaxtdan sonra baş verənləri xatırlamamış, yanında olan dostu Şahid2 və ətrafda olan digər şəxslər onu oyatmağa çalışmışlar. Ayıldıqda Təqsirləndirilən şəxs sağ cibindən 400 manat, sol cibindən 150 manat olmaqla, ümumilikdə 550 manat məbləğində pulu, qış gödəkçəsinin sol iç cibində olan, təxminən 2 il əvvəl aldığı, dəyəri 489 manat olan “X11 7” markalı telefonu, sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsini, sol iç yan cibindən ümumi dəyəri 1 manat 75 qəpik olan 10 ədəd “Winston” markalı siqareti qutusu ilə birgə götürdüyünü bilmiş, Təqsirləndirilən şəxs onu yıxarkən xəsarət almışdır. Telefonu oğurlayarkən içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə də olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımış, digər Zərərçəkmiş şəxs3 isə tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, transseksualdır, dostları onu “Aytac” kimi çağırır, eyni evdə yaşadığı X3 da transseksualdır, Zərərçəkmiş şəxs1 isə cinsi azlıqdır. Zərərçəkmiş şəxs1 dostları arasında “Ülvi”, Elsevər Quliyev isə “Dəniz” kimi tanınmışdır. 24.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1la birgə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan bağı" deyilən yerdə gəzişdiyi zaman tanışı, “Ləzgi” kimi çağırdığı Təqsirləndirilən şəxs ilə rastlaşmış, Təqsirləndirilən şəxs yanında sonuncunun dostu Şahid3 da olmuşdur. Təqsirləndirilən şəxs ona gecələmək üçün yer axtardıqlarını dedikdə, Yusifi bir neçə müddətdən bəri “Torqovi” deyilən ərazidən tanıdığından, yaşadığı ünvan 3 ünvanına dəvət etmiş, evə gəldikdə Elsevər Quliyev də evdə olmuş, bir qədər söhbətləşdikdən sonra o və Elsevər Quliyev yatmaq üçün digər otağa keçmiş, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Şahid3 birgə qonaq otağında gecələmişlər. Növbəti gün saat 08:00 radələrində oyandıqda Təqsirləndirilən şəxs yerində olmadığını görmüş, sonuncunun tez oyanıb getməyəcəyini düşünüb vəziyyətdən şübhələnmiş, daha sonra pul qabına baxanda pul kisəsindən 80 manat pulun yerində olmadığını görmüş, həmin pulu Təqsirləndirilən şəxs oğurlayıb evdən çıxıb getdiyini başa düşmüş, daha sonra Zərərçəkmiş şəxs1 oyadıb sonuncuya Təqsirləndirilən şəxs onun pul qabından 80 manat pulu oğurladığını demiş, Zərərçəkmiş şəxs1 da pul qabına baxdıqda 380 manat məbləğində pulunun və onun Zərərçəkmiş şəxs1 müvəqqəti saxlaması üçün verdiyi 250 manat pulun həmin pul qabında olmadığını görmüşdür. Elsevər Quliyev də yuxudan oyanıb pul qabına baxdıqda 40 manat pulunun oğurlandığını bildirmiş və onlar Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etmişlər. Həmin vaxt yaranmış səs-küyə oyanan Şahid3 mobil telefonunu axtardıqda telefonu tapmamış, Təqsirləndirilən şəxs Şahid3 da mobil telefonunu ələ keçirmiş, Şahid3 ***-***-**-** saylı mobil nömrəsi bağlı olmuşdur. Bundan sonra polis əməkdaşlara mənzilə gələrək baxış keçirmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tanımış, digər Zərərçəkmiş şəxs3 isə tanımamışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Dostları onu “Civi” kimi çağırır, eyni evdə yaşadığı Zərərçəkmiş şəxs2 və X3 transseksualdır, Zərərçəkmiş şəxs2 şəxslər arasında “Aytac”, Elsevər Quliyev isə “Dəniz” kimi çağırılır. 24.06.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2la birgə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan bağı" deyilən yerdə gəzişdiyi zaman tanışı, “Ləzgi” kimi çağırdığı Təqsirləndirilən şəxs ilə rastlaşmış, Təqsirləndirilən şəxs yanında sonuncunun dostu Şahid3 da olmuşdur. Təqsirləndirilən şəxs ona gecələmək üçün yer axtardıqlarını dedikdə, Yusifi bir neçə müddətdən bəri “Torqovi” deyilən ərazidən tanıdığından, yaşadığı ünvan 3 ünvanına dəvət etmiş, evə gəldikdə Elsevər Quliyev də evdə olmuş, bir qədər söhbətləşdikdən sonra Zərərçəkmiş şəxs2 və Elsevər Quliyev yatmaq üçün digər otağa keçmiş, o, Təqsirləndirilən şəxs və Şahid3 birgə qonaq otağında gecələmişlər. Növbəti gün saat 08:00 radələrində Zərərçəkmiş şəxs2 səsinə oyandıqda, Təqsirləndirilən şəxs sonuncunun pul qabından 80 manat pulu oğurladığını öyrənmiş, bundan sonra öz pul qabına baxdıqda, orada olan 380 manat pulun və Zərərçəkmiş şəxs2 ona müvəqqəti saxlamaq üçün verdiyi 250 manat pulun oğurlandığını görmüş, ardınca Elsevər Quliyev də pul qabını axtardıqda 40 manat pulunun oğurlandığını bilmişdir. Bundan sonra onlar Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng Mərkəzinə müraciət etmişlər. Həmin vaxt yaranmış səs-küyə oyanan Şahid3 mobil telefonunu axtardıqda telefonu tapmamış, Təqsirləndirilən şəxs Şahid3 da mobil telefonunu ələ keçirmiş, Şahid3 ***-***-**-** saylı mobil nömrəsi bağlı olmuşdur. Bundan sonra polis əməkdaşlara mənzilə gələrək baxış keçirmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ailəsi ilə birgə yaşayır, subaydır, tələbədir. 22.04.2021-ci il tarixdə, saat 20:00 radələrində sosial şəbəkədən tanış olduğu Zərərçəkmiş şəxs3 ilə dincəlmək üçün “Torqovi” adlanan əraziyə gedib “Nizami” kinoteatrının yaxınlığında yerləşən kafelərdən birinin qarşısında sonuncu ilə görüşmüş və yaxınlıqda olan "Kaybedenler Kulübü” deyilən kafeyə gedib birlikdə spirtli içki qəbul etmişlər. Saat 23:45 radələrində Zərərçəkmiş şəxs3 təxminən 100 manat məbləğdə hesabı ödəyib birlikdə çıxmış, Zərərçəkmiş şəxs3 də spirtli içki qəbul etmişdir. 23.04.2021-ci il tarixdə saat 00:20 radələrində yorulduqları üçün yaxınlıqda olan skamyaların birində əyləşdikləri zaman arxalarınca gələn 4 nəfər qız və 1 nəfər oğlan onlara yaxınlaşaraq, kömək lazım olubolmadığını soruşmuş, onlar isə hər hansı kəməyə ehtiyaclarının olmadığını demişlər. Bundan sonra Kamran qızların dincəlmək üçün harasa getmək istəyib-istəmədiyini soruşmağı ona dediyindən, o da sonradan adını bildiyi Təqsirləndirilən şəxs bu barədə soruşmuş, Təqsirləndirilən şəxs də bu fikri təsdiqləmiş, yalnız sevgilisi ilə işlərinin olmamasını söyləmişdir. Daha sonra orada olan Aydan adlı qız onun mobil telefonunu götürmüş və tanışına zəng edərək boş ev tapacağını ona demişdir. Həmin vaxt Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs3 mübahisə etdiyini görmüş, aralamaq istəsə də, gücü çatmamış, Aydanın həmin yerdən verdiyi mobil telefonla birgə qaçmasından ehtiyat edib yanına gedərək mobil telefonunu götürmüş, Zərərçəkmiş şəxs3 yanında qayıtmaq istədikdə, Təqsirləndirilən şəxs güləş fəndi ilə sonuncunu yıxması səbəbindən, dostu Kamranın yerdə uzanmasını, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 yanında durub gödəkçəsinin ciblərini axtardığını, Kamrana məxsus olan mobil telefonu, sənədləri və şəxsiyyət vəsiqəsini götürməsini görmüş, həmin şəxsi dayandırmaq istəyəndə bunu bacarmamış, Təqsirləndirilən şəxs oradan qaçmışdır. Başlanğıcda Təqsirləndirilən şəxs yanında 4 qız olsa da, sonradan orada 3 qız qalmış, 1 qızın hara getməsini bilməmiş, Təqsirləndirilən şəxslə birgə digər 3 qız da oradan uzaqlaşmışlar. Bundan sonra o, ətrafda olan şəxslərdən kömək istəmiş, Zərərçəkmiş şəxs3 içkili olduğu üçün nə danışdığını bilməmiş, Zərərçəkmiş şəxs3 ondan “Həzz” adlı otelə aparılmasını istəmiş, orada ayılanadək yatmaq istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs3 pulunun olmadığını dedikdə, Zərərçəkmiş şəxs3 ona bank kartını vermiş, içkili olduğu üçün kartdan çıxarış edə bilməmiş və kartı sahibinə qaytarmışdır. Zərərçəkmiş şəxs3 həmin oteldə tanışının olmasını dediyinə görə oraya getsələr də, heç kim sonuncunu tanımadığından, çölə çıxıb otelin qarşısındakı pilləkəndə oturduqları zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Bundan sonra onlar həmin hadisəni polis əməkdaşlarına danışmış, Zərərçəkmiş şəxs3 səhhəti pisləşdiyindən, X10 Stansiyasının briqadası ilə aparılmış, o isə Polis Bölməsinə gedərək izahat verərək baş verənlər barədə məlumat vermişdir. Həmçinin o, ifadə verərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 cibindən hər hansı məbləğdə pul götürməsini görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 23.04.2021-ci il tarixdə, saat 01:00 radələrində istifadəsində olan mobil nömrəyə tanımadığı bir şəxs zəng edib qardaşı Zərərçəkmiş şəxs3 səhhətinin vəziyyətinin yaxşı olmadığını, içkili olduğunu demiş, o, saat 02:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən otellərdən birinin qarşısına getdikdə qardaşı Kamranın sərxoş vəziyyətdə oturduğunu, yanında dostu Rovşən Kərimovun və polis əməkdaşlarının olduğunu görmüşdür. Şahid2 ona qardaşı Kamranın pulunun və mobil telefonunun oğurlandığını, eləcə də döyüldüyünü demiş, içkinin təsirindən danışa bilmədiyini bildirmişdir. Daha sonra Şahid2 orada olan polis əməkdaşları ilə birgə hadisə yerini göstərmək üçün getmiş, o isə qardaşı Kamranı 1 saylı X8 aparmış, qardaşı içkidən zəhərləndiyi üçün xəstəxananın Toksikologiya Şöbəsinə qəbul edilmiş, o bu barədə valideynlərinə məlumat verdikdən sonra Daxili İşlər Nazirliyinin “102” Xidmət-Zəng Mərkəzinə zəng etmişdir. Şahid1 ifadəsində qardaşı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən döyülüb əmlakının ələ keçirildiyini Şahid2 öyrənmişdir. Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, “Malakan” adlanan parkda tanış olduğu Təqsirləndirilən şəxs ilə qısa müddətdə dostluq münasibəti qurmuşdur. 24.06.2021-ci il tarixdə, saat 04:00 radələrində vaxtını keçirmək üçün həmin parka gəldiyi vaxt Təqsirləndirilən şəxs də orada olmuş, sonuncu ilə bir az söhbətləşmişlər. Həmin vaxt orada Zərərçəkmiş şəxs2 adlı transseksualı görmüş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 gecələyəcək yerlərinin olmadığını, bir gecə üçün evində qalmasına şərait yaratmasını xahiş etdikdə, Zərərçəkmiş şəxs2 razılaşmış və onlar birlikdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 8 ünvanına getmişlər. Həmin evdə həmçinin Zərərçəkmiş şəxs1 və Elsevər Quliyev də olmuş, Zərərçəkmiş şəxs2 və Elsevər digər otaqda, o, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs isə qonaq otağında gecələmişlər. Saat 05-06 radələrində Təqsirləndirilən şəxs ondan ‘İphone X” markalı mobil telefonunu sosial şəbəkəyə girmək məqsədilə müvəqqəti istifadə etmək üçün istəmiş, o da mobil telefonunu Təqsirləndirilən şəxs verib yatmış, saat 08:00 radələrində evdə olan səs-küyə oyanmış, evdə olan şəxslər ona pullarını, yəni Zərərçəkmiş şəxs2 330 manat, Zərərçəkmiş şəxs1 380 manat, Elsevər Quliyevin isə 40 manat pulunu Təqsirləndirilən şəxs oğurladığını demişdir. Təqsirləndirilən şəxs axtarsalar da, tapa bilməmiş, sonuncu geri qayıtmamış, daha sonra həmin şəxslər Təqsirləndirilən şəxs oğurluq etməsi faktı üzrə Daxili İşlər Nazirliyinin “102” Xidmət-Zəng Mərkəzinə məlumat vermişlər (cild 2, i/v 64-65). Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid5 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, 23.04.2021-ci il tarixdə saat 21-dən 23-dək bacısı Aydan, tanışları Şahid6 və Təqsirləndirilən şəxs ilə birgə Bakı şəhərində “Torqovi” deyilən ərazidə bir qədər gəzdikdən sonra ev istiqamətində getməyi qərarlaşdırmışlar. Həmin vaxt yaxınlıqda olan Nizami küçəsindəki şüşəli keçidin yanında 2 nəfər tanımadığı oğlanın oturacaqda əyləşdiklərini, həmin şəxslərdən birinin sərxoş olub oturacaqda uzandığını görmüşdür. Bu vaxt sonradan adını bildiyi Rövşən adlı şəxs onlara yaxınlaşıb Təqsirləndirilən şəxs oturacaqda uzanmış sonradan adının Kamran olduğunu bildiyi həmin şəxsi ayağa qaldırmağa kömək etməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs razılaşıb oturacaqda uzanan şəxsi ayağa qaldırmağa kömək etmiş, həmin Rövşən adlı şəxs isə onların yanında dayanıb söhbət etməyə başlamış, daha sonra sərxoş halda olan Kamran yerə uzanmış və özünü pis hiss etdiyi üçün yerə qusmuş, Kamran durub onun yaxasından tutmaq istədikdə Təqsirləndirilən şəxs mane olaraq mübahisə etməyə başlamış, Kamran Yusifin sağ üz nahiyəsinə yumruq atmış, Rövşən həmin vaxtı araya girib ayırmağa çalışmış, onlar isə kənara çəkilmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Kamranı yerə yıxmış, daha sonra oradan gedən zaman bel çantasının yaddan çıxıb həmin yerdə qaldığını bilib Təqsirləndirilən şəxslə birgə geri qayıdaraq çantanı götürmüş, Yusif isə yerdə uzanan Kamranın cibindən nəsə götürmüş, başqa ciblərini də axtarmış, Rövşənin mane olmağa çalışsa da, bacarmamış, daha sonra Yusif ayağa qalxıb oradan uzaqlaşmışdır. Həmin vaxt kənarda dayanmış Günay və Aydan da onların yanına gəlmiş, hamısı qorxmuş, Təqsirləndirilən şəxs isə onlara Kamranın cibindən “X11 7" markalı mobil telefonu və bir ədəd siqaret qutusunu götürdüyünü deyib həmin telefonu və siqareti cibindən çıxardaraq göstərmiş, daha sonra oradan uzaqlaşaraq evə getmiş, mobil telefon və siqaret isə Yusifdə qalmışdır. O, Rövşənlə Kamranı əvəllər tanımamış, aralarında heç bir münasibət olmamış, Təqsirləndirilən şəxs Kamranın cibindən mobil telefon və siqaret götürdüyünü dəqiqliklə görməmiş,Yusifin həmin vaxt Kamranın ciblərini bir-bir axtardığını, Kamranın hansı cibindən nə götürməsini havanın qaranlıq olması səbəbindən görmədiyini bildirmişdir. Mübahisə başlayan kimi özü və digər qızlar kənara çəkilmiş, hadisə yerində bacısı Aydan və rəfiqəsi Günaydan başqa heç kim olmamış, hadisə vaxtı 3 nəfər qız orada olmuş, ətrafdan isə tanımadığı şəxslər keçmiş, bir nəfər tanımadığı qız da onlara qısa müddətlik yaxınlaşsa da, mübahisə yaranmazdan əvvəl oradan uzaqlaşmışdır (cild 1, i/v 135-137). Məhkəmə iclasında iştirak etməmiş, lakin ibtidai istintaq zamanı ifadə vermiş Şahid4 və Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid5 verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişlər (cild 1, i/v 127-129, 145-147). İş materiallarında olan “Şübhəli olan şəxsin tutulması haqqında” 26.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 170). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 28.04.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Həbs qətimkan tədbirinin seçilməsi” haqqında müstəntiqin vəsatətinin müdafiəsindən imtina olunmuş, o, həmin tarixdə Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (cild 1, i/v 207-209) İş materiallarında olan “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 210-211). İş materiallarında olan “Şübhəli olan şəxsin tutulması haqqında” 25.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:25-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 50-51). İş materiallarında olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 27.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində istintaq edilən ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir (cild 2, i/v 3-4). İş materiallarında olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” 27.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 2, i/v 15-16). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 27.06.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “Həbs qətimkan tədbirinin seçilməsi” haqqında müstəntiqin vəsatətinin müdafiəsindən imtina olunmuş, o, həmin tarixdə Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (cild 2, i/v 41-44). İş materiallarında olan “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 45-46). İş materiallarında olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” 12.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 180.2.4 və 221.1-ci maddələrinə tövsif edilmişdir (cild 2, i/v 141-142). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23.04.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 9 ünvanın qarşısıdır (cild 1, i/v 79-82). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24.06.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 10 ünvanıdır (cild 1, i/v 22-28). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 11.05.2021-ci il tarixli, 303 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarət - başın ənsə nahiyəsinin sol yarısının dərialtı hematoması küt əşyanın təsirindən müayinədən 5-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 23.04.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs3 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə və həmçinin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, i/v 234-235). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli, 9/3246 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən “Word telecom” və “Kontakt home” şirkətlərinə məxsus ticarət şəbəkələrində (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, Nəsimi rayonu, R.Behbudov küçəsi) və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş “X11 markalı, “M1911F7G” modelli mobil telefonun hazırki işlənmiş vəziyyətdə, 23 aprel 2021-ci il tarixdə, istismar müddətini, təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını, mənəvi və fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 160,00 manat müəyyən edilir (cild 1, i/v 242-243). İş materiallarına əlavə olunmuş 07.06.2021-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünün yazıldığı 1 ədəd DVD diskin içərisində 2 ədəd videogörüntünü özündə əks etdirən fayl vardır. Həmin fayla daxil olduqda orada olan 1-ci videogörüntünün 23.04.2021-ci il tarixdə saat 00:22-də başlandığını müəyyən edilir. Görüntünün 00:23:23 dəqiqəsində yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs3 aralarında olan mübahisənin başlanması, Şahid2 həmin şəxsləri aralaşdırmaq istədiyi, bu zaman ətrafda olan 4 nəfər qızın da Zərərçəkmiş şəxs3 sakitləşdirmək istədikləri, lakin Zərərçəkmiş şəxs3 ilə Yusif Rəcəblinin bir birini itələdikləri, bu zaman Şahid2 qısa müddətdə onlardan kənarlaşması, daha sonra yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 güləş fəndi ilə yerə yıxması, Zərərçəkmiş şəxs3 bundan sonra yerdə hərəkətsiz qalması görünür. Baxış zamanı, hadisənin 1 dəqiqə davam etdiyi, 00:24:23 dəqiqədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yanında olan bir nəfər qızla yenidən yerdə uzanmış olan Zərərçəkmiş şəxs3 yanına gəlməsi, onun ciblərini axtarması, bu zaman Şahid2 ona mane olmaq istəməsi, lakin bunu bacarmadığı, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 cibindən onun hansısa əşyasını götürməsi və hadisə yerindən uzaqlaşması müəyyən edilir. 1-ci videogörüntü 00:35-dəkdir. Qalan müddət ərzində Zərərçəkmiş şəxs3 köməyinə gələn ətrafdakı şəxslərin görüntüləri müəyyən edilir. 2-ci videogörünıü 00:37-dəkdir. Burada da, Zərərçəkmiş şəxs3 Şahid2 və ətrafda olan başqa bir şəxsin köməkliyi ilə yeriməsi qeyd olunmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu etiraf etmiş və görüntünün əks olunduğu vaxtda sonradan şəxsiyyəti ona məlum olan vətəndaş Zərərçəkmiş şəxs3 cibindən ona məxsus mobil telefonu və 1 ədəd siqaret qutusunu götürərək ona qarşı soyğunçuluq etdiyini bildirmişdir. Həmin DVD disk iş üçün xüsusi əhəmiyyət kəsb etdiyinə görə 14.09.2021-ci il tarixli qərarla sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, i/v 239). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 07.06.2021-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş 18.06.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olan “X11 7” markalı mobil telefon həmin tarixdə ona qaytarılmışdır (cild 1, i/v 248). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 12 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, işdə olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolları, hadisə yerinə baxış protokolları, üzləşdirmə protokolları, ekspert rəyləri və digər istintaq hərəkətləri, eləcə də 1 ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (cild 2, i/v 171-194). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i/v 231). İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.01.2022-ci il tarixdə saat 23:00-da ünvan 11 ünvanının qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-dən daxil olmuş 09.01.2022-ci il tarixli, 082-032-1122 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08.01.2022-ci il tarixdə saat 23:00-da ünvan 11 ünvanının qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilmiş və 10.01.2022-ci il tarixdə Nəsimi məhkəməsinə təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.4 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Habelə, həmin Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təsrikar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaş üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlər, yəni xuliqanlıq cinayəti gedeişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayətin yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, törətdiyi əməllərdən peşman olmasını, dəymiş ziyanı könüllü olaraq tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 180.2.4 və 221.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 aprel 2021-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyun 2021-ci il tarixdən 27 iyun 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 12 sentyabr 2021-ci il tarixdən 14 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, 08 yanvar 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün olmaqla, ümumilikdə 08 (səkkiz) gün müddət bir günə bir gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan ləğv edilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 150 manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “X11 7” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-559/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 28 oktyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaqla ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə icraatı zamanı tutulduğu 08 (səkkiz) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il, 02 (iki) ay, 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 150 (bir yüz əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “X11 7” markalı mobil telefonun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-54/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-54/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver