Məhkəmə qərarları › İş №1(006)-54/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-54/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-54/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, 7-ci dalan, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in) 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs icazəsi ilə sonuncunun işlətdiyi ünvan 3 ünvanında yerləşən “Azart Tuning” avtoservisin ustalar üçün nəzərdə tutulan otağında gecələyərkən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023cü il tarixdə saat 07 radələrində avtoservisdə digər şəxslərin olmamasından istifadə edərək azad girib-çıxdığı avtoservisin ofis otağının açıq qapısından oraya daxil olub Zərərçəkmiş şəxs məxsus 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə aid 5000 manat dəyərində 01 cüt faranı, 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə aid 2200 manat dəyərində 01 cüt arxa stopu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7200 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs icazəsi ilə sonuncunun işlətdiyi ünvan 3 ünvanında yerləşən “Azart Tuning” avtoservisin ustalar üçün nəzərdə tutulan otağında gecələyərkən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 07 radələrində avtoservisdə digər şəxslərin olmamasından istifadə edərək azad girib-çıxdığı avtoservisin ofis otağının açıq qapısından oraya daxil olub Zərərçəkmiş şəxs məxsus 2022-ci il istehsalı olan “Mercedes-Benz G63” markalı avtomobilə aid qabaq oturacağının arxa hissəsinə quraşdırılan ümumilikdə 1700 manat dəyərində 02 ədəd monitoru, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə aid 1000 manat dəyərində 01 ədəd katalizatoru və zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə 2007-ci il buraxılışlı “Ferrari F430” markalı avtomobilə aid ümumilikdə 21000 manat dəyərində 02 ədəd katalizatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 23700 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il bundan əvvəl o, ünvan 3 ünvanında yerləşən “Azart Tunung” avtoservisin yaxınlığında yerləşən avtoyuma məntəqəsində yuyucu kimi işə başlamış, bir ay sonra isə “Azart Tunung” servisə işə düzəlmişdir. Belə ki, o, əvvəlcə “Azart Tunung” servisin ərazisində təmizlik işinə baxırmış, hər gün 15 manat maaş alırmış. O, həmin servisdə 4 ay müddət ərzində ərazinin təmizlik işinə baxmış və həmin müddət ərzində “Azart Tunung” avtoservisin sahibinin icazəsi ilə servisin ustaların istirahət otağında və bəzi haİlarda avtoservisin ofisində gecələyirmiş. Çünki, onun yaşamağa evi yoxdur. Ustaların istirahət otağı və ofis otağı servisin ərazisində yerləşir. Həmin ofis otağında müxtəlif avtomobil ehtiyyat hissələri olurmuş. O, həmin servisdə 4 ay işlədikdən sonra servisin meneceri olan Şükrana demişdir ki, o, avtomobillərin kimyəvi təmizləməsini, cilalannasını bacarır, bu sahədə onu servisə işə götürməsini ondan xahiş etmişdir. Şükran onun sözünə etiraz etməmiş, beləliklə o, gündüzlər “Azart Tunung” servisin ərazisinin təmizlik işinə baxmışdır, gecələr isə avtomobillərin kimyəvi təmizləməsi və cilalanması işi ilə məşğul olmağa başlamışdır. Onun hansı avtomobildə işləyəcəyini ona Şükran göstəriş verirmiş. Şükran ilə o, belə razılaşmışlar ki, servisin ərazisinin təmizlik işinə görə ona hər gün 15 manat maaş verəcək, hər avtomobilin cilalanmasına görə ona 50 manat, hər avtomobilin kimyəvi təmizləməsinə görə 50 manat pul verəcəkdir. Şükran servisin ərazsisinin təmizlik işinə baxmağına görə ona 15 manat hər gün maaş vermiş, lakin hər avtomobilin cilalanmasına görə ona 50 manat deyil 30 manat, hər avtomobilin kimyəvi təmizləməsinə görə 50 manat deyil 20 manat pul verməyə başlamışdır. Bu minvalla o, “Azart Tunung” avtoservisdə 2023-cü ilin aprel ayına qədər işləmiş. Şükranın ona verəcəyi zəhmət haqqına görə 2000 manata yaxın borcu yaranmışdır. O, hər dəfə Şükrandan pulunu istəyəndə ona deyirmiş ki, hələ pul yoxdur, pul olanda verəcək. Hətta bir neçə dəfə servisin sahibi Arif müəllimə də zəng edib ona pul lazım olduğunu, ona veriləcək zəhmət haqqını istəmiş, lakin Arif müəllim də Şükranın dediklərini deyib arada 20 manat ona pul verirmiş. Oda Şükran və Arifin əlindən acıqlı olduğundan 2023-cü ilin fevral ayının sonunda, səhv etmirsə 23 fevralda həmişə olduğu kimi ustaların istirahət otağında gecələmiş, qərara almışdır ki, Şükran və Arif onun maaşını vermədikləri üçün avtoservisin ofisində olan avtomobillərin ehtiyyat hissələrindən bir neçəsini oğurlayıb aparıb salıb pul əldə etsin. Buna görə də o, xx.xx.2023-cü il tarixdə səhər təxminən saat 07 radələrində avtoservisin ofis otağında olan 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq faralarını və bir cüt arxa stoplarını bir ədəd böyük sellofan torbanın içərisinə qoyub avtoservisin darvazasını içəridən açıb küçəyə çıxıb oradan uzaqlaşmışdır. Daha sonra avtoservisin yaxınlığında yolun kənarında dayanmış taksi fəaliyyəti ilə məşğul olan tanıdığı Kamil adlı şəxsin avtomobilinə əyləşib avtomobili Babək prospektinə sürdürmüşdür. Babək prospektində yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazalara yaxınlaşıb “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq faralarını və bir cüt arxa stoplarını satmağı təklif elmiş, lakin həmin ehtiyyat hissələrini alan olmamışdır. Daha sonra taksi sürücüsü Kamil ona demişdir ki, onun ehtiyyat hissələrini satan tanışı vardır, onunla telefon əlaqəsi saxlayıb həmin fara və stopları almaq istəməsini soruşa bilər. O, da Kamilə demişdir ki, həmin şəxslə telefon əlaqəsi saxlayıb həmin fara və stopları almaq istəməsini soruşsun. Kamil onun yanında tanışına telefonla zəng edib “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq fara və bir etil arxa stopun satılmasını ona təklif etmiş, həmin şəxs həmin fara və stopları 450 manata almaq istədiyini Kamilə bildirmiş, o da həmin təklif ilə razılaşmışdır. Kamil avtomobili “Hökümət Evi” adlanan binanın arxasına sürmüş, həmin ünvana gələn tanımadığı şəxsə “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq faralarını və bir cüt arxa stoplarını verib 450 manat pul alıb ona vermişdir. Daha sonra taksi avtomobilinin sürücüsü Kamilə onu Novxanı qəsəbəsinə aparmasını demişdir. Kamil avtomobili Novxanı qəsəbəsinə sürüb onu orada düşünmüş, avtomobildən düşəndə Kamilə 100 manat pul vermişdir. O, həmin gün axşam tərəfi “Azart Tunung” avtoservisə getmişdir, orada işlərini görüb həmişə olduğu kimi gecələmişdir. O, “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq fara və bir cüt arxa stopları oğurladıqdan iki gün sonra qərara almışdır ki, yenə də, oğurluq etsin. Buna görə də o, 25 fevralda həmişə olduğu kimi ustaların istirahət otağında gecələmiş, səhər, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 07 radələrində avtoservisin ofis otağına daxil olub 2007-ci il buraxılışlı “Ferrari F 430” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru böyük bir selofan paketin içərisinə qoymuşdur. Daha sonra isə Mercedes G 63 markalı avtomobilin qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitoru qara rəngli digər selofan torbaya qoyub avtoservisin darvazasını içəridən açıb küçəyə çıxıb piyada gəzə-gəzə 28 May metrostansiyasının yaxınlığına kimi gedib orada olan zibilliyin yanında “Ferrari F 430” markalı avtomobilə məxsus 01 ədəd katalizatoru, “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd katalizatoru gizlədib üzərində mişar daşı qoyub, içərisində Mercedes G 63 markalı avtomobilin qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitor olan qara rəngli selofan torbanı götürüb oradan uzaqlaşmışdır. O, taksi sürücüsü Kamilin taksi fəaliyyəti ilə məşğul olduğu yerə yaxınlaşıb Kamilə bildirmişdir ki, “Mercedes G 63” markalı avtomobilin qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitor varıdır, həmin monitorları satır. Kamil həmin monitorlara baxıb ona demişdir ki, 80 manata həmin monitorları ala bilər. O da Kamilin təklifi ilə razılaşmış, monitorları Kamilə verib ondan 80 manat pul alıb oradan uzaqlaşıb getmişdir. Daha sonra o, 2007-ci il buraxılışlı “Ferrari F 430” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru gizlətdiyi yerə getmiş və görmüşdür ki, “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd katalizator orada yoxdur. O, “Ferrari F 430” markalı avtomobilə məxsus 01 ədəd katalizatoru oradan götürüb yol ilə keçən markasını və qeydiyyat nişanına fikir vermədiyi taksi avtomobilinə əyləşib avtomobili Babək prospektində yerləşən avtoservisin qarşısına sürdürmüş, həmin yer qaraj kimi yer olmuşdur. O, orada 2007-ci il buraxılışlı “Ferrari F 430” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru satmağı həmin yerin sahibinə təklif etmiş, həmin şəxs “Ferrari F 430” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru 80 manata ondan almış, o, katalizatoru satıb oradan uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, onun yaşamağa yeri olmadığı üçün o, “Azart Tunung” avtoservisin içərisində olan ustaların istirahət otağında və avtoservisin ofisində gecələyirmiş, orada qalmağına avtoservisin sahibi Arif icazə vermişdir. O, “Azart Tunung” avtoservisdə bir ilə yaxın işləmiş, həmin avtoservisin meneceri Şükran ona 2000 manata yaxın zəhmət haqqı verməli imiş, lakin hər dəfə onu aldadırmış. O, da buna görə qərara almışdır ki, ona veriləcək 2000 manat zəhmət haqqının əvəzinə ehtiyyat hissələrini oğurlayıb aparıb satıb pul etsin. Ehtiyyat hissələrini aparıb satdıqdan sonra bu barədə Şükrana məlumat verəcəkmiş, lakin sonradan bu fikrindən daşınıb bu barədə Şükrana bir söz deməmişdir. Şahid1 düz danışmır. O, 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq fara və bir cüt arxa stopu 2007-ci il buraxılışlı “Ferrari F 430” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru, “Mercedes G 63” markalı avtomobilin qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitoru avtoservisin otağından oğurlamışdır. Avtoservisin ofisində ümumiyyətlə “Ferrari F 430” markalı avtomobilə məxsus ikinci katalizator olmamışdır. Avtoservisin ofisindən götürdüyü “Ferrari F 430” markalı avtomobilə məxsus katalizator işlənmiş vəziyyətdə olmuşdur. O, servisin ofis otağından götürdüyü ehtiyyat hissələrini satıb ümumilikdə 740 manat pul əldə elmişdir. O, “Azart Tunung” avtoservisin ofisindən 2023-cü ilin fevral ayında yuxarıda adlarını qeyd etdiyi avtomobil ehtiyyat hissələrini götürüb gedərkən orada götürdüyü avtomobil ehliyyal hissələrindən başqa təxminən 8000 manat dəyərində başqa avtomobil ehliyyal hissələri də olmuşdur, lakin o. həmin ehliyyal hissələrini götürməmiş, onun niyyəti Şükranın ona verməli olduğu, lakin vermədiyi 2000 manat zəhmət haqının əvəzinə ehtiyyat hissəsi götürüb getmək olmuşdur. O, avtoservisdən yuxarıda adlarını qeyd etdiyi ehtiyyat hissələrini götürərkən və avtoservisin ərazisini tərk edərkən onu heç kim görməmişdir. O, “Azart Tunung” avtoservisin ofisindən yuxarıda adlarını qeyd etdiyi ehtiyyat hissələrini oğurlayarkən ona heç kim köməklik etməyib, o, oğurluğu tək etmişdir. O, “Azart Tunung” avtoservisin ofisindən oğurladığı 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq fara və bir cüt arxa stopu satdığı şəxsə ehtiyyat hissələrinin oğurluq olmasını deməmişdir, özünə məxsus olmasını demişdir. O, “Azart Tunung” avtoservisin ofisindən oğurladığı 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus bir cüt qabaq faranın və bir cüt arxa stopun, “Mercedes G 63” markalı avtomobilin qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitorun oğurluq olması barədə taksi sürücüsü Şahid3 bildirməmiş, özünə məxsus olmasını demişdir. O, “Azart Tunung” avtoservisin ofisindən oğurladığı 2007-ci il buraxılışlı “Ferrari F 430” markalı avtomobilə məxsus işlənmiş vəziyyətdə olan 01 ədəd katalizatoru satdığı şəxsə ehtiyyat hissələrinin oğurluq olmasını deməmişdir, özünə məxsus olmasını demişdir. Bildirir ki, onun adının Vahid olmasını Şükran və Arif bilirmiş. Lakin hamı onu Ramil deyə çağırırmış. Onu da qeyd etmişdir ki, o, gecələr servisin içərisində ofisdə gecələyirmiş, ona görə də otağın qapısı açıq olurmuş. O, şəxsiyət vəsiqəsi almamışdır, onun doğum haqqında şəhadətnaməsi olmuşdur, onu da bir neçə il bundan əvvəl itirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, “Azart Tunung” avtoservisin yerləşdiyi məkanı icarəyə götürmüşdür. Həmin avtoservisi VÖEN əsasında 2018-ci ildən fiziki şəxs olaraq işlədir. “Azart Tunung” avtoservis ünvan 4 ünvanında yerləşir. Şahid1 “Azart Tunung” avtoservisdə menecer işləyir, servisin bütün işlərinə nəzarət edir. Belə ki, sahibi olduğu avtoservisdə müxtəlif markalı avtomobillər tuning olunur. Servisdə 10 nəfərə yaxın usta işləyir. Onun avtoservisdə “Qara” ləqəbli Ramil adlı şəxs ərazi təmizləyici kimi işləmişdir. Ramil avtoservisdə 2022-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayına kimi olan müddət ərzində işləmişdir. Lakin Ramil avtoservisdə daimi olaraq işləmirmiş, bir ay işləyəndə bir ay işə gəlmirmiş. Hər gün Ramil 20 manat maaş alırmış. Bundan başqa Ramil avtomobil cilalayanda və kimyəvi ləmizləmə aparatında əlavə pullar alırmış, demək olar ki, bir günə Ramil 50 manat pul qazanırmış. Ramilin yaşamağa yeri olmadığı üçün avtoservisin ərazisində olan ustaların istirahət otağında gecələyirmiş. O, avtoservisin ofis otağında bahalı ehtiyyat hissələrini saxlayırmış. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində Şükran sahibi olduğu “Azart Tuning” avtoservisinə gəlib ofisə daxil olanda ofisin içərisindəki 2020-ci il buraxılışılı “Range Rover” markalı avtomobilə məxsus 01 cüt faranın və 01 cüt arxa stopun, 2007-ci ilin buraxılışı olan “Ferrary F 430” markalı avtomobilə məxsus 02 ədəd katalizatorun, 2020-ci il buraxılışla “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd kalalizalorun oğurlanmasını aşkar etmiş və baş vermiş oğurluq barədə ona məlumat vermişdir. Daha sonra Şükran baş vermiş hadisə barədə ərazi üzrə polis bölməsinə şikayət etmişdir. O, avtoservisin görüntü kamerasına baxanda görmüşdür ki, həmin ehtiyyat hissələrini “Qara” ləqəbli Ramil adlı şəxs oğurlamışdır. Şikayət etdikdən bir neçə gün sonra məlum olmuşdur ki, ofisdə olan Mercedes G 63 markalı avtomobilin 2022-ci il istehsalı olan 10500 manat dəyərində qabaq oturacağın arxa hissəsinə quraşdırlan 02 ədəd monitor yoxdur. Başa düşmüşlər ki, həmin monitoru da Ramil adlı şəxs oğurlamışdır. Zərərçəkmiş şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, sahibi olduğu avtoservisin meneceri Şükran xx.xx.2023-cü il tarixdə səhər işə gəldiyi zaman "Azart Tuning” avtoservisin ofis otağından 2020-ci il buraxılışılı “Range Rover” markalı avtomobilə məxsus fara (5600 AZN dəyərində) və arxa stop 1000 AZN dəyərində). ’‘Ferrary F 430“ markalı avtomobilə məxsus 02 ədəd kalalizator (hər biri 10 500 manat olmaqla ümumilikdə 21.000 AZN dəyərində). 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə nıəxsus 01 ədəd kalalizatorun (1700 AZN dəyərində) oğurlandığını aşkar etmişdir. Bir neçə gün sonra isə məlum olmuşdur ki, həmin ehtiyyat hissələrindən başqa Mercedes G 63 markalı avtomobilin 2022-ci il istehsalı olan 10 500 manat dəyərində qabaq oturacağın arxa hissəsinə quraşdırlan 02 ədəd monitor oğurlanmışdır. Ümumilikdə avtoservisin ofis otağından 39800 manat dəyərində ehtiyyat hissələri oğurlanmışdır. Həmin ehtiyyat hissələri ona məxsus olmuşdur. Onu da qeyd edir ki, avtoservisin videokameralarına baxanda onlara məlum olmuşdur ki, “Qara” ləqəbli Ramil adlı şəxs oğurluq hadisəsini xx.xx.2023-cü il tarixdə səhər saatlarında törətmişdir. “Azart Tuning” avtoservisin ofisindən oğurlanmış ehtiyyat hissələrindən başqa həmin vaxt ofisdə başqa ehtiyyat hissələri olmuşdur. “Azart Tunung” avtoservisin ofis otağının qapısı gecələr kilidli olmurdu. “Qara” ləqəbli Ramil adlı şəxsin yaşamağa yeri olmadığı üçün o, “Azart Tunung” avtoservisin ustaların istirahət etməsi üçün ayrılmış otaqda gecələyirmiş, avtoservisin ofis otağına daxil olmaq üçün icazəsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7111 nömrəli rəyində göstərilən qiymət ilə razıdır. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının eksperti ixtisaslı mütəxəssisdir. Belə olan halda ona dəymiş maddi ziyanın məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyər ilə hesablanmasına razıdır. “Ferrary F 430” markalı avtomobilə məxsus 02 ədəd katalizatorun dəyərini isə ifadəsində göstərdiyi 21 000 manat kimi götürülməsini xahiş edir. Belə olan halda baş vermiş oğurluq hadisəsinə görə ona dəymiş maddi ziyan 30900 manat təşkil edir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən etibarən ünvan 4 ünvanında yerləşən “Azart Tuning” avtoservisdə menecer işləyir. Həmin avtoservisin sahibi Zərərçəkmiş şəxsdur. Belə ki, işlədiyi sözügedən avtoservis müxtəlif markalı avtomobillərin tuningi ilə məşğul olur. O, hər gün səhər saat 10:00 radələrində işə gəlir, axşam saat 20:00 radələrində işdən evə qayıdır. Avtoservisdə 10 nəfərə yaxın usta işləyir. Həmin avtoservisdə “Qara” ləqəbli Ramil adlı şəxs ərazi təmizləyici kimi işləyirmiş. Hər gün Ramil 20 manat maaş alırmış. Bundan başqa Ramil avtomobil cilalayanda və kimyəvi təmizləmə aparanda əlavə pullar alırmış, demək olar ki, bir günə Ramil 50 manat pul qazanırmış. Ramilin yaşamağa yeri olmadığı üçün servisin ərazisində olan ustaların istirahət otağında gecələyirmiş. Avtoservisin ofis otağında isə bahalı ehliyyat hissələrini saxlayırmış. Ramil 2022-ci ilin payız aylarında “Azart Tuning” avtoservisdə bir ay işləmiş, sonra işə gəlməmişdir. Bir müddət sonra yenidən avtoservisə gəlib işləməyə başlamışdır. İşin mahiyyəti üzrə bildirir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində o, işlədiyi sözü gedən ünvanda yerləşən “Azart Tuning” avtoservisinə gəlib ofisə daxil olmuş və ofisin içərisindəki 2020-ci il buraxılışılı “Range Rover” markalı avtomobilə məxsus 01 cüt təzə faranın və 01 cüt arxa stopun, 2007-ci ilin buraxılışı olan “Ferrary F 430” markalı avtomobilə məxsus 02 ədəd kalalizatorun, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd katalizatorun oğurlanmasını aşkar etmişdir və baş vermiş hadisə barədə ərazi üzrə polis bölməsinə şikayət etmək qərarına gəlib Nəsimi RPİ-nin 20-ci PŞ-nə şikayət ərizəsi yazmışdır. Daha sonra o, avtoservisin görüntü kamerasına baxanda görmüşdür ki, həmin ehtiyyat hissələrini avtoservisdə “Qara” ləqəbli Ramil adlı şəxs oğurlamışdır. Polisə şikayət etdikdən bir neçə gün sonra avtoservisin ofis otağında olan ehtiyyat hissələrinə nəzər yetirəndə görmüşdür ki, avtoservisin ofis otağında olan “Mercedes G 63” markalı avtomobilin 2022-ci il istehsalı olan 10 500 manat dəyərində qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitor da oğurlanmışdır. Başa düşmüşdür ki, həmin monitorları da Kamil oğurlamışdır. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə səhər işə gəldiyi zaman menecer işlədiyi “Azart Tuning” avtoservisin ofisinə gələrkən serfisin ofisindən 2020-ci il buraxılışılı “Range Rover” markalı avtomobilə məxsus fara (5600 AZN dəyərində) və arxa stop (1000 AZN dəyərində), “Ferrary F 430” markalı avtomobilə məxsus 02 ədəd katalizator (hər biri 10 500 manat olmaqla ümumilikdə 21.000 AZN dəyərində), 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus 1 ədəd katalizator (1700 AZN dəyərində) oğurlanmışdır. Onu da qeyd etmişdir ki, avtoservisin videokameralarına baxanda onlara məlum olmuşdur ki, “Qara” ləqəbli Ramil oğurluq hadisəsini xx.xx.2023-cü il tarixdə səhər saatlarında törətmişdir. Polisə şikayət etdikdən bir neçə gün sonra avtoservisin ofis otağında olan ehtiyyat hissələrinə nəzər yetirəndə görmüşdür ki, avtoservisin ofis otağında olan Mercedes G 63 markalı avtomobilin 2022-ci il istehsalı olan 10 500 manat dəyərində qabaq oturacağın arxa hissəsinə quraşdırılan 02 ədəd monitor da oğurlanmışdır. Ümumilikdə 39800 manat dəyərində ehtiyyat hissələri oğurlanmışdır. Həmin ehtiyyat hissələri servisin sahibi Arif müəllimə məxsus olmuşdur. “Qara” ləqəbli Ramil adlı şəxsin yaşamağa yeri olmadığı üçün o, “Azart Tuning” avtoservisin ustaların istirahət etməsi üçün ayrılmış otaqda gecələyirmiş, avtoservisin ofisinə də daxil olmağa icazəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Bakı şəhəri, Babək prospektində yerləşən «Dədəmi» servisində qluşitel təmiri sexini işlədir. Həmin sexdə X1 usta işləyir. Biz həmin sexdə müxtəlif avtomobillərin hissələrini, katalizatorlarını təmir edir. Elə vaxt olur ki, sexə gətirib işlənmiş katalizator satırlar, həmin katalizatorları təmir edib satırıq, təmir olunmayanlarını da başqa katalizator alan şəxslər gəlib onlardan alırlar. 2023-cü ilin fevral ayında, (dəqiq tarixini xatırlamır) saat 11:00 radələrində evdən çıxıb sexə gəlmiş, Məhbud usta ona zəng vurub bildirdi ki, sexə bir nəfər gəlib katalizator satır. O da sexə gəlmişdir. Həmin şəxs, indiki təqsirləndirilən şəxs olan Vahidlə görüşmüş, Vahid özünü avtomobil ustası kimi təqdim edərək katalizator satdığını bildirmişdir. O, katalizatora baxanda "Ferrary F 430" markalı avtomobilə məxsus katalizatorun olduğunu, həmin katalizatorların borusunun tutulduğunun şahidi olmuşdur və həmin katalizatora görə 80 manat verə biləcəyini bildirmişdir. Vahid də razılaşmışdır. O, 80 manat verib həmin katalizatoru almış, həmin vaxtdan bir ay müddəti keçəndən sonra sexə gələn türk vətəndaşı həmin katalizatorla birlikdə bir neçə katalizatoru alıb çıxıb getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 8-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, naməlum şəxs xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində ünvan 3 ünvanında yerləşən “Azart Tuning” avtoservisdən 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus 01 cüt faranı və 01 cüt arxa stopu, “Mercedes-Benz G63” markalı avtomobilə məxsus qabaq oturacağının arxa hissəsinə quraşdırılan 02 ədəd monitoru, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd katalizatoru və 2007-ci il buraxılışlı “Ferrari F430” markalı avtomobilə məxsus 02 ədəd katalizatoru oğurlamışdır; Cinayət işinin İ cildinin 89-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; cinayət işinin İ cildinin 96-98-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/7111/2023 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 9900,0 manat müəyyən edilir. O, cümlədən: ekspertiza tədqiqatına təqdim edilmiş 1) 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt fara – 5000,00 manat; 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt arxa stop – 2200,00 manat; 2022-ci il istehsalı olan “Mercedes-Benz G63” markalı avtomobilin qabaq oturacağının arxa hissəsinə quraşdırılan 02 ədəd monitor – 1700,00 manat; 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd katalizator – 1000,00 manat; ekspertiza tədqiqatına təqdim edilməyən: 1) “Ferrari F430” markalı avtomobilə məxsus 02 ədəd katalizatorun qiymətə dair məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı; cinayət işinin İ cildinin 102-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzə əsasən Zərərçəkmiş şəxs Cümşüd oğlu ona məxsus “Mercedes Benz” markalı avtomobilin 2 ədəd monitorunu Nəsimi RPİ-nin İŞ-də təhvil almışdır; cinayət işinin İ cildinin 114-115-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 129-131-ci vərəqində olan “Qətimkan tədbiri seçilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. cinayət işinin İ cildinin 136-148-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, baş vermiş oğurluq hadisəsinə görə Zərərçəkmiş şəxs Cümşüd oğluna dəymiş maddi ziyanın məbləği 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt faranın, 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt arxa stopun, 2022-ci il istehsalı olan “Mercedes-Benz G63” markalı avtomobilin qabaq oturacağının arxa hissəsinə quraşdırılan 02 ədəd monitorun, 2020-ci il buraxılışlı “BMW 530” markalı avtomobilə məxsus 01 ədəd katalizatorun dəyəri xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 9/7111/2023 nömrəli rəyində göstərilən məbləğə əsasən, “Ferrari F430” markalı avtomobilə məxsus 02 ədəd katalizatorun dəyəri isə Zərərçəkmiş şəxs Cümşüd oğlunun ifadəsində göstərdiyi 21000 manat kimi götürülüb Təqsirləndirilən şəxs veriləcək ittihamda ümumi dəymiş maddi ziyanın məbləği 30900 manatın qeyd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.1, 177.2.3, 180.2.5 və 322-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Mercedes-Benz G63” markalı avtomobilin qabaq oturacağının arxa hissəsinə quraşdırılan 02 ədəd monitorun, “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt faranın, 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt arxa stopun maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, Zərərçəkmiş şəxs Cümşüd oğluna dəymiş ziyanın bir hissəsinin qaytarılması xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.4-cü maddələri ilə ittiham elan edilməsi xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “Azart Tuning” avtoservisin ofis otağından oğurluq etməsi faktı videogörüntüyə alınmış və DVD diskə köçürülmüşdür. Odur ki, 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyəti təsdiq edən müvəqqəti sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri Abşeron rayonu, Novxanı qəsəbəsidir. xx.xx.1987-ci il tarixli, №183 saylı doğum haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1987-ci il tarixdə, Bakı şəhəri, Zabratda doğulmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CMnın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-455/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun tapılaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 25 aprel 2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə Nəsimi RPİ-nin CAŞnin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay, 11 (on bir) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay, 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 07 (yeddi) ay, 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan – “Mercedes-Benz G63” markalı avtomobilin qabaq oturacağının arxa hissəsinə quraşdırılan 02 ədəd monitorun, “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt faranın, 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt arxa stopun maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, oğurluq hadisəsini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay, 11 (on bir) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) ay, 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 07 (yeddi) ay, 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini (ünvan 1) tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Mercedes-Benz G63” markalı avtomobilin qabaq oturacağının arxa hissəsinə quraşdırılan 02 ədəd monitorun, “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt faranın, 2020-ci il buraxılışlı “Range Rover” markalı avtomobilə məxsus işlənməmiş bir cüt arxa stopun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar