Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-543/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Culfa rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 özünü işgüzar şəxs kimi tanıdıb Gürcüstan Respublikasından iribuynuzlu və digər heyvanların gətirilərək alqı-satqısını həyata keçirib qazanc əldə edə biləcəklərinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 08 dekabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Avrasiya” Klinikasının qarşısında Zərərçəkmiş şəxs2 tanışı Şahid vasitəsilə ona çatdırılması üçün göndərdiyi 2500 manat pulu və 22 dekabr 2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “45” restoranında Zərərçəkmiş şəxs2 8000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 10500 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi tanıdıb birlikdə taxta-şalban materialları, iribuynuzlu və digər heyvanların alqı-satqısını həyata keçirərək qazanc əldə edə biləcəklərinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddətin ərzində, istintaqla dəqiq müəyyən edilməyən vaxtlarda ünvan 3 ünvanında yerləşən “Avrasiya” Klinikasının qarşısında hissə-hissə olmaqla ümumilikdə 15900 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittiham həm özünün qismən etirafedici ifadələri, həm də zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə təsdiq olunduğundan sübuta yetirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 2023-cü il ərzində 5000 manat pulu iş qurmaq adı ilə almamışdır. Vüsal və Gülarə ilə birlikdə 2023-cü ilin dekabr ayında özü üçün iş görmək adı ilə Gülarədən 2023-cü ilin dekabr ayının əvvəllərində 5000 manat pulu borc almış və pulu alan zaman həmin pulun üstündə 2500 manat pul qaytaracağı barədə razılaşmışlar. Bundan təqribən 15-20 gün sonra, yəni 2023-cü ilin dekabr ayının sonlarında yenidən Vüsal və Gülarə ilə eyni kafedə görüşərək yenə eyni məqsədlə Gülarəgilə bildirmişdir ki, özü üçün iş görmək məqsədilə ona əlavə 2500 manat pul borc versin və 1 aya həmin pulun üzərinə pul qoyaraq ona geri qaytaracaqdır. Beləliklə həmin yerdə Gülarəgil onunla razılaşmış və kafedə ona əlavə 2500 manat pul vermişlər. Bundan sonra işləri düz getmədiyi üçün imkanı olmamış və Gülarənin pullarını geri qaytara bilməmişdir. Gülarədən isə ümumilikdə iddia edildiyi kimi 10500 manat deyil, 8000 manat pul vəsaiti almışdır. Bundan sonra onlar pullarını geri qaytarmağını tələb etdikdə imkanı olmadığından pulu istəmək üçün evlərinə gələn zaman özü evdə olmamış və ailə üzvləri onlara təklif etmişdir ki, həmin pulu aylıq hissə hissə olmaqla 1000-1500 manat məbləğində onlara ödəsinlər, lakin həmin şəxslər buna razı olmayaraq pullarının tam şəkildə ödənilməsini tələb etmiş, o isə maddi imkanı olmadığından pulları tam şəkildə geri qaytara bilməmişdir. Bundan başqa, 2022-2024-cü illər ərzində ünvan 3 ünvanında yerləşən “Avrasiya” hospitalında təhlükəsizlik xidmətinin rəhbəri kimi işləmişdir. Həmin müddət ərzində hospitalın yaxınlığında parkinq qulluqçusu kimi işləyən Ulduzə adlı xanımı tanımışdır. 2023-cü ilin oktyabr ayında taxta alıb-sataraq pul qazanmaq istəmiş, həmin işi qurmaq üçün 3000 manatı olmuş və çatışmayan 5000 manatı Ulduzə adlı şəxsə ona verməsini və əldə etdiyi gəlirdən ona pay verəcəyini demişdir. Ulduzə ona ünvan 3 ünvanında yerləşən “Avrasiya” hospitalın yanında həmin günün səhərisi 5000 manat pul vəsaitini nağd şəkildə vermişdir. Bundan təxminən 1 ay sonra həmin 5000 manat məbləğin üzərində 1500 manat qazanc olaraq yəni 6500 manat pul ona qaytarmışdır. O, Ulduzə xanımdan 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar ayı ərzində hissə-hissə olmaqla 13000 manat pul vəsaiti almış, həmin pul vəsaitini özü üçün iş qurmaq və qazanc əldə etmək adı ilə həmin şəxsdən almış və pulları alarkən Ulduzə xanıma bildirmişdir ki, əldə etdiyi qazancdan ona da pay verəcəkdir. Lakin işlər planlaşdırdığı kimi getmədiyindən həmin şəxsdən aldığı pulları geri qaytara bilməmiş və qurmaq istədiyi işləri batırdığı üçün Ulduzə xanımdan aldığı pulların hamısını işdə itirdiyindən və qazanc əldə edə bilmədiyindən pulları geri qaytarmaq imkanı olmamışdır. Həmin 13000 manat pul vəsaitindən cəmi 900 manatını 2-3 ay bundan əvvəl öz evlərində anası X3 xanıma vermişdir. 2023-cü ilin oktyabr ayında iş görmək, yəni taxta alıb satmaq məqsədilə Ulduzədən 5000 manatı ilk dəfə alıb təqribən 1 ay sonra üzərinə 1000 manat əlavə pul qoyub geri qaytarmışdır. Bundan 1-2 ay sonra yəni, 2023-cü ilin dekabr ayında yenidən ona yaxınlaşaraq iribuynuzlu heyvan və donuz ferması qurmaq adıyla ondan ilk olaraq 1600 manat istəyib həmin məbləği ondan aldıqdan sonra eyni məqsədlə 3-4 gün sonra yenidən ona yaxınlaşaraq iş qurmaq üçün əlavə 4000 manat pul istəyib almışdır. Bundan 3-4 gün sonra yenidən Ulduzəyə yaxınlaşaraq işlərin qaydasında getmədiyini, donuzların hamısının öldüyünü, işdən ziyan ilə çıxmamaq üçün yenidən heyvan almaq lazım olduğunu bildirməklə ondan əlavə 2100 manat lazım olduğunu bildirərək həmin məbləği almışdır. Daha sonra isə 2024-cü ilin yanvar ayı ərzində eyni adla heyvanların öldüyünü bildirərək, ziyana getməmək və yenidən ferma qurmaq üçün Ulduzədən 2000, 2000, 600, 400 manat məbləğində olmaqla pul vəsaitlərini almışdır. Sonuncu dəfə isə 2024-cü ilin yanvar ayında Ulduzə xanımdan 300 manat pul vəsaitini eyni adla aldıqdan sonra, yenidən işlərin qaydasında getmədiyini, batdığını və ziyana getməmək üçün iş qurmaq adıyla ondan yenidən müxtəlif məbləğlərdə pul vəsaitləri istəyən zaman artıq Ulduzə ona inanmayaraq verdiyi pullarını nə üzərindəki qazancla, nə də yalnız pul vəsaitlərinin özünü ona qaytarmadığını deyərək əlavə olaraq iş qurulması üçün ona pul verməkdəm imtina etmişdir. Biraz müddət keçdikdən sonra isə Ulduzə xanımın artıq ondan şübhələnərək ona verdiyi ümumilikdə 15900 manatı geri qaytarmağını tələb etmişdir. Lakin özü Ulduzədən 15900 manat deyil, ümumilikdə 13000 manat pul almışdır. Özü isə pul artıq onda olmadığından həmin pulu Ulduzə xanıma geri qaytara bilməyərək ona vaxt verməsini və aylıq olaraq hissə hissə həmin məbləği ona qaytarmağını bildirmişdir. Ulduzə xanım isə onunla razılaşmayaraq iş qurmaq üçün ondan nə zaman hansı məbləğdə pul istəsə həmin məbləği də ona tam şəkildə verdiyini, ona hissə hissə pul vermədiyini və pullarını da tam şəkildə geri qaytarmağını tələb etmişdir. Özü isə həmin şəxsdən hər dəfə iş qurmaq üçün pul alan zaman üstündə qazancıyla birlikdə tam şəkildə geri qaytaracağına söz verdiyi üçün, Ulduzə xanımdan, keçən müddət ərzində müxtəlif vaxtlarda bir neçə dəfə xahiş edərək ona 1 ay, 10-15 gün vaxt verməsini və həmin məbləği ona tam şəkildə qaytaracağını bildirsə də, söz verdiyi vaxtlar gəlib çatdıqda da ona pulunu tam şəkildə qaytara bilməmiş və yalnız 2-3 ay bundan əvvəl Ulduzə xanımdan iş qurmaq üçün aldığı və ona ziyan vuraraq qaytarmalı olduğu ümumilikdə 13000 manat maddi ziyandan yalnız 900 manatını ailə üzvlərinin köməkliyi ilə ona geri qaytara bilmişdir. Artıq söz verdiyi müddətlərdə də pulunu geri qaytarmadığını görən Ulduzə xanım pulunu geri almaq məqsədilə onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayı ərzində Ulduzə xanımdan müxtəlif vaxtlarda iş qurmaq üçün ümumilikdə 13000 manat pul vəsaiti almışdır. Həmin pullarla ayrı-ayrı vaxtlarda 2-3 dəfə Beyləqan rayonundan və kənar rayonlardan donuz və iribuynuzlu heyvanlar almışdır. Bu işdə məqsədi həmin heyvanları tırla Bakı şəhərinə gətirmək və burada pulu ilə ferma tutaraq onları saxlayıb sataraq qazanc əldə etmək olmuşdur. Həmin pulları da bu məqsədlə heyvanları 2-3 dəfə ayrı-ayrı vaxtlarda almaq üçün xərcləmiş, iribuynuzlu heyvanları hər dəfə Beyləqan rayonundan alaraq tırla Bakı şəhərinə gətirməyə çalışmış və hər dəfəsində heyvanlar Bakı şəhərinə çatmamış yolda tırın içərisində tələf olmuşdur. Sonra aldığı donuzlara da baxa bilməyərək yenidən satmış və yenə Beyləqan rayonundan iribuynuzlu heyvanları alıb tırla Bakı şəhərinə gətirən zaman hamısı yolda tələf olmuş və beləlikdə bütün pulu batmaqla ziyana getmişdir. Donuzları Bakı şəhərindən Vosmoy bazarında işləyən qəssabın Binəqədidə yerləşən fermasından kiloqramını 6 manatdan almış və 1 gün sonra həmin fermadan gətirmədən kiloqramını 8 manatdan başqa şəxsə satmışdır. Donuzlara nə qədər pul xərclədiyi yadında olmasa da, onların alqı satqısından ona 1300 manat xeyir qalmışdır, həmin pullarıda yenidən rayondan iribuynuzlu heyvanlar alıb Bakıya gətirmək üçün xərcləmiş və yolda tırda hamısı tələf olduğundan ziyana getmişdir. Bütün pulları bu məqsədlə xərcləyib bitirmişdir. 2-3 dəfə Beyləqandan müxtəlif sayda bir neçə min manat dəyərində iribuynuzlu heyvanları alaraq Bakı şəhərinə gətirmişdir ki, Bakıda ferma kiralayıb heyvanları orada saxlasın, bu məqsədlə yer axtarmış, lakin heç birində Beyləqan rayonundan iribuynuzlu heyvanları alıb tıra yükləyərək Bakı şəhərinə gətirən zaman Bakıda hər hansı ferma tapmamışdır və yolda həmin heyvanların hamısı tələf olduğundan əlavə yer danışmamışdır. İribuynuzlu heyvanları Bakı şəhərinə gətirmək istəyərək yüklədiyi tırların markasını, modelini, qeydiyyat nömrəsini tam xatırlamır və onlarla təsadüfən danışıb razılaşdığından sürücülərinin də kim olması barədə məlumatı yoxdur. Həmin tır sürücülərinin heç birindən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb etməmişdir. Tır sürücüləri gətirdikləri heyvanların ölmələrinin səbəbini ona deməmişdir. Özünün də bundan başı çıxmamış, güman ki, heyvanlar havasızlıqdan ölmüşlər və heyvanlar öldüklərinə görə sürücülərdən nəsə ziyan ödəmələrini tələb etməmişdir. Ona görə də bu qədər ziyana düşmüşdür. Özüdə tırlarda heyvanları gətirən zaman sürücülərin yanında olmuş və onlarla birlikdə gəlmişdir. Yolda gələn zaman 1 dəfə yoxladıqda heyvanların sağ olduğunu gördükdən sonra hər dəfəsində Bakıya çatana yaxın yoxladıqda isə heyvanların tələf olduğunu görmüşlər. Həmin heyvanları Beyləqan rayonundan alsa da heyvanları kimlərdən aldığını bilməmiş, onlar tanımadığı şəxslər olmuşdur. Bir iki dəfə işi “batdığını” görüb ziyandan çıxmaq üçün yenə cəhd etdikdə tam “batmışdır” və buna görə də Ulduzə xanımın pulunu qaytara bilməmişdir. Ulduzə xanım həmin pul vəsaitilərinin hamısını ona ünvan 3 ünvanında yerləşən “Avrasiya” hospitalın yanında nağd şəkildə vermişdir və həmin vaxt tək olmuşlar, yanlarında hər hansı bir şəxs və ya şəxslər olmamışdır. Ulduzə xanımdan iş qurmaq adıyla vahid niyyətlə ayrı-ayrı vaxtlarda ümumilikdə 13000 manat pul vəsaiti alaraq, 2-3 ay əvvəl həmin puldan ailə üzvləri vasitəsilə evlərində 900 manatını ödəmişlər. Qalan 12100 manatı isə geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 başqa iş qurmaq adı ilə kimdənsə pul almamışdır, Vüsal adlı şəxs sadəcə onlardan pulu alan zaman bir neçə dəfə şahid kimi yanlarında olmuşdur. Zərərçəkmiş şəxs2 ümumilikdə 2023-cü ilin dekabr ayı ərzində 8000 manat, Zərərçəkmiş şəxs1 isə 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 13000 manat pul vəsaiti almışdır. Lakin göstərdiyi xüsusatları təsdiq edə biləcək hər hansı bir şahidi və ya sənədi yoxdur. Ulduzədən aldığı pullardan Vüsala hər hansı məbləğdə pul verməsə də, Gülarə xanımdan aldığı pullardan işi alınmadığına görə arada hissə-hissə olmaqla ümumilikdə 1500 manat pulu Vüsala Gülarə xanıma qaytarması üçün vermişdir. Sonda barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 5 ildir ki, ünvan 3 ünvanın yaxınlığında yerləşən dayanacaqda parkinq qulluqçusu kimi işləyir. İşlədiyi küçənin yaxınlığında “Avrasiya” hospitalı yerləşir. 2023-cü ilin oktaybr ayında “Avrasiya” hospitalın mühafizə xidmətinin rəhbəri olan Tural adlı şəxs ona yaxınlaşaraq uzun müddətdir ki, orada işləyərək əziyyət çəkdiyini demiş, əgər istəyirsə, onu rəsmiləşdirilməmiş qaydada hospitalın mühafizəçisi kimi işə düzəldə bilər. Özünün maddi imkanı yaxşı olmadığı üçün Tural adlı şəxsin təklifi ilə razılaşmış, bundan sonra Tural onu həmin Hospitalda diş həkimi işləyən Pərviz həkimin yanına aparmış, həkim ona həyətdə iki yer olduğunu, orada mühafizəçi kimi dayanıb avtomobillərin girişinə icazə verməyəcəyini və nəzarət edəcəyini demişdir. Bununla razılaşmış və Tural aylıq 300 manat qarşılığında onu orada işə düzəltmişdir və 1 ay orda işləmişdir. Hospitalda işləyən zaman Tural ona yaxınlaşaraq, “gəl belə əziyyət çəkməkdənsə, pul qoyaq birgə iş quraq, üzərində qazancı ilə birlikdə sənin pulunu qaytarım” demişdir. Tural əlavə olaraq ona “əgər qurduğumuz iş alınmasa belə mən sənin pulunu geri qayataracağam” deyə bildirmişdir. Özü də Turala inanaraq ilkin olaraq 2023-cü ilin oktaybr ayında “Avrasiya” hospitalın qarşısında 5000 manat pulu iş qurmaq üçün nağd şəkildə ona vermişdir. Tural ona həmin pulla taxta alıb satacağını və əldə etdiyi qazancından ona pay verəcəyini demişdir. Təxminən 1 ay sonra Tural ona yaxınlaşaraq həmin işdən guya az gəlir əldə etdiyini deyərək ona əldə etdiyi qazancdan 1000 manat pul vəsaiti vermişdir. Bundan sonra ona iş qurmaq üçün verdiyi əsas 5000 manat pulunu da tələb etmişdir. Tural isə işlərin yaxşı getmədiyini pulun əsas hissəsinin onda qalmasını və işləri irəlilədib artıqlamasıyla verəcəyini demiş, özü isə əl çəkməyərək Turalla razılaşmamış və ondan iş qurmaq adıyla aldığı 5000 manatın üzərində ona əlavə qazanc olaraq 1500 manat verəcəyini bildirdiyini, lakin gecikdirdiyini və ona sonra 1000 manat verdiyini, buna görə ona etibar etmədiyini və verdiyi 5000 manatını geri qaytarmasını tələb etmiş və çətinliklə də olsa ondan bir neçə gün sonra 5000 manatını da geri almışdır. Bundan sonra yəni 2023-cü ilin noyabr-dekabr aylarında da Tural ona dəfələrlə yaxınlaşaraq yenə iş görmək üçün ondan ayrı-ayrı məbləğlərdə pul vəsaitləri istəmişdir. Özü isə ona razılıq verməmiş, lakin Tural onu hər dəfəsində şirnikləşdirərək ilk verdiyi pulu misal çəkib demişdir ki, “ilk dəfə səndən 5000 manat aldım və sənə 6000 qaytardım, yenə pul ver və sənə qazanc əldə edib qurduğumuz işdən artıq pul verəcəyəm”. 2023-cü ilin dekabr ayında Tural yenə ona yaxınlaşıb israrla iş qurmaq adı ilə ondan pul istədikdə əvvəl verdiyi pulun üzərində əlavə 1000 manat pul verib onu inandırdığına görə, həmin şəxsə inanıb ona iş qurmağa görə yenidən istədiyi 1600 manat pulu “Avrasiya” hospitalın qarşısında nağd şəkildə vermişdir. Tural 3-4 gün sonra ona yaxınlaşaraq taxta işlərinə əlavə pul lazım olduğunu, ortağının ona pul vermədiyini və bu iş üçün əlavə 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt özündə bu məbləğdə pul olmadığı üçün tanışından geri qaytaracağına söz verərək 4000 manat alıb qeyd etdiyi yerdə Turala vermişdir. Tural isə pulu alaraq narahat olmamağını, ortaq işlərindəki qazanclarından artıqlaması ilə onun pulunu verəcəyini bildirmiş, əlavə olaraq ona balaca evdə qaldığını, onun bunun qabağına qaçaraq az məbləğdə pul qazandığını, onu bu həyatdan qurtaracağını, bacısı kimi ona köməklik göstərəcəyini bildirərək özünə daha da inandırmışdır. Təqsirləndirilən şəxs 3-4 gün sonra yenə də ona yaxınlaşaraq taxta işlərinin batdığını, donuz işinə girdiyini və işlərin yaxşı getmədiyini, aldığı donuzların ölməsini əsas gətirərək işdən ziyan ilə çıxmamaq üçün əlavə 5000 manata ehtiyac olduğunu demiş, o da yenə ətrafındakı insanlardan 5000 manat pul tapıb həmin məbləği qeyd etdiyi ünvanda Turala vermişdir. Həmin 4000 manat və 5000 manat pul vəsaitlərini Turala verən zaman yanında Vüsal adlı tanışı da olmuşdur ki, səhv etmirsə eyni iş qurmaq adı ilə Tural onuda ayrılıqda aldadaraq onun da 10000 manatdan artıq pul vəsaitini ələ keçirmişdir. Bundan sonra 1 ay ərzində Tural yenidən onu aldadaraq donuzların da öldüyünü, dana alverinə keçdiyini, həmin işdə yaxşı pul olduğunu, lakin bu qədər ziyandan sonra batmamaq üçün əlavə pula ehtiyac olduğunu deyərək ona yalvarıb xahiş etmişdir ki, nə olur olsun iş batmaması üçün yenə ona pul tapsın və ortaq işlərindən, yəni dana alverindən əldə etdiyi puldan ona artıqlaması ilə pul verəcəkdir. O da artıq qazanc əldə etmək ümidi ilə yenə Turala inanaraq 2024-cü il yanvar ayında ona hissə hissə olmaqla 2000 manat, 2000, 600, 400 manat və sonuncu dəfə isə 300 manat pul vəsaitini nağd şəkildə borc tapıb ünvan 3 ünvanında yerləşən “Avrasiya” hospitalının qarşısında sonuncuya vermişdir. Bundan sonra Turalı işdən çıxardıqları üçün sonuncu yoxa çıxmış və dəfələrlə ondan verdiyi pulları geri istəməyinə baxmayaraq Tural həmin məbləğdən cəmi 800 manat pul vəsaiti geri qaytarmışdır. Həmin gündən bu günədək olan müddət ərzində Tural ona verdiyi pulları geri qaytarmamış və ondan pullarını geri tələb etdikdə müxtəlif bəhanələr gətirib verəcəyini bildirsə də, həmin şəxs onun pullarını geri qaytarmamışdır. Tural, ümumlikdə 15.900 manat pulu ünvan 5 ünvanında yerləşən “Avrasiya” hospitalın yanında nağd şəkildə ondan almışdır. Sonuncu dəfə isə 2024-cü ilin yanvar ayında Tural ondan 1500 manat pulu faizə istəmiş, ona faizə pul verməyini bildirmişdir. Özü isə ona faizə pul vermədiyini deyərək bundan imtina etmiş və Tural israrla ondan faizə pul verən adam tapmağını və pul götürüb ona verməyini istəmişdir, özü isə həm faizə pul vermədiyindən, həm də ümumiyətlə pulu olmadığından və Turalın iş qurmaq adı ilə ondan aldığı pulların çox hissəsini özü başqa şəxslərdən borc alıb Turala verdiyindən, həm də əvvəlki pullarını mənimsədiyi üçün ona etibar etmədiyindən bundan imtina etmişdir. Tural həmin məbləğin qarşılığında heç bir iş görməmiş və ona 15.900 manat pul vəsaitindən 800 manat geri qaytarmışdır. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2023-cü ildən evlərində usta işləmiş tanışı Şahid vasitəsilə “Avrasiya” Klinikasında mühafizə rəisi işləmiş Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır. Həmin vaxtlarda Tural onları aldadaraq Gürcüstan Respublikasından dana alveri ilə məşğul olduğunu və pul versələr onlarıda işə şərik edəcəyini, yeni iş quracağını və işdə yaxşı qazanc olduğunu bildirib inandırmışdır. Bu söhbətlər birinci dəfə Vüsalla həmin şəxs arasında olmuş, Tural onu inandırdıqdan sonra Vüsal ona Tural adlı həmin şəxsin belə bir iş təklifi etdiyini və iş qurmaq üçün 5000 manat lazım olduğunu bildirmişdir. Özüdə Vüsalla birlikdə gedərək Turalla bu iş barədə maraqlandıqda Tural onu da eyni qaydada inandırdıqdan sonra özüdə Turala inanmış və Vüsalla birlikdə “45” adlı restoranda görüşüb özünə məxsus olan 5000 manat pul vəsaitini birgə iş qurmaq üçün Turala vermişdir. Bundan 10-15 gün sonra Vüsal 5000 manat pulunu Turaldan alıb geri gətirərək ona bildirmişdir ki, Tural ona deyib ki, iş alınmayıb, işi qura bilməyib və ziyana getdiyi üçün pulu üzərində qazanc olmadan geri qaytarır. Həmin vaxt Vüsaldan həmin pulu geri almış və bundan 15-20 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Vüsal yenə ona bildirmişdir ki, Tural yenə eyni adla iş qurub qazanc əldə etmək üçün ondan 2500 manat pul istəyir, ama özünün işə qoymağa pulu yoxdur, özü və Vüsal aralarında müzakirə etdikdən sonra belə qərara gəlmişlər ki, əgər əvvəl verdikləri 5000 manatı tam şəkildə geri qaytarıbsa deməli dələduzluq etmək niyyəti yoxdur, ona görə də, həmin məbləği ona ortaq iş qurmaq üçün vermək olar. Beləliklə yenidən Vüsalla birlikdə Turala onlarla ortaq iş qurub qazanc götürmək üçün Turalın istədiyi 2500 manat pul vəsaitini sonuncuya vermişdir. Lakin qazancdan bir xəbər çıxmamış və Tural pullarını qaytarmayaraq yenidən onlara bildirmişdir ki, işi yaxşı getməyib, heyvanlar yaxşı çıxmayıb, ona görə də batmayıb ziyana getməmək üçün əlavə 8000 manat da pul lazımdır, həmin pulu da versələr, hər iki məbləğin qazancı şişəcək və onlara sonda birdəfəlik qazancla birlikdə çoxlu pul verəcəkdir. Tural yenə onları inandırmış və 2023-cü ilin dekabr ayının 22-də Vüsalla birlikdə “45” restoranında görüşüb 8000 manat əlavə pulu da ona vermişlər. Lakin Tural onlardan pulları ancaq ortaq iş qurmaq adı ilə almış və aralarında nə borc, nə də başqa söhbət olmamış, hər dəfədə pulları aldıqda ortaq işlərindən qısa zamanda yaxşı qazanc əldə edəcəklərini və aralarında böləcəklərini bildirmişdir Bir neçə gün sonra isə Tural onlara batdığını, işlərin qaydasında getmədiyini deyərək ondan əlavə pulları yenə iş qurmaq adı ilə almışdır. Sonda Turala ümumilikdə 10500 manat pulu verdikdən sonra nə pulun özündən, nə də əldə edəcəkləri qazancdan bir xəbər çıxmadığını görərək bu barədə Turalla maraqlandıqda sonuncu onlara, işin alınmadığını, pulların hamısının batdığını bildirib qısa zamanda ona verdikləri pulları tam şəkildə qaytaracağını demişdir. Sonradan söhbətə qardaşı Toğrul da daxil olmuş və dəfələrlə onlara tarix verib həmin tarixdə pulunu tam şəkildə qaytaracaqlarına söz versələr də, onun pulundan hansısa məbləğ geri qaytarılmamışdır. Həmin pul vəsaitlərini Vüsalla birlikdə Turala versələr də, pulların hamısı özünə məxsus olmuşdur. Turalın ona qarşı etdiyi dələduzluq əməli nəticəsində ona ümumilikdə 10500 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2023-cü ildən yaşadığı ünvanın yanında yerləşən “Avrasiya” Klinikasında mühafizə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır və həmin vaxtdan məhəllədə tez-tez həmin şəxslə üz-üzə gəldikləri üçün yavaş-yavaş aralarında münasibətləri yaranmışdır. Turalla aralarında normal tanışlıq münasibəti yarandıqdan təqribən 20-25 gün sonra Tural onunla söhbət edən zaman ona təklif etmişdir ki, özləri Gürcüstan Respublikasından iribuynuzlu heyvanları ucuz qiymətə gətirərək Bakı şəhərində baha qiymətə satırlar, yəni həmin heyvanların alqı-satqısı ilə məşğul olurlar və bu işdə yaxşı qazanc vardır. Bundan sonra Tural ona təklif etmişdir ki, qazanc əldə etmək istəyirsə pul qoysun, birlikdə bu işə girsinlər, işi böyütsünlər və yaxşı qazanc əldə edərək, əldə etdikləri gəliri ararında bölsünlər. Özü isə maddi vəziyyəti elədə yaxşı olmadığından, təmir işlərində usta kimi fəaliyyət göstərərək qazanc əldə etdiyindən, bu təklif ona maraqlı gəlmiş və Tural adlı şəxsə inanaraq həqiqətən iş qurmaqları qarşılığında yaxşı qazanc əldə edə biləcəklərini düşünərək ona inanmış və Tural ona demişdir ki, əgər 10000 manat pul versə üzərində 5000 manat qazanc əldə edəcəkdir. Özü də Turala inanaraq Gülarə adlı tanışından 5000 manat pul vəsaiti götürərək iş qurmaq üçün Gülarə ilə birlikdə “45” adlı restoranda görüşüb danışmışlar və pulu həmin yerdə ona vermişlər. Bundan 15-20 gün keçdikdən sonra Tural 5000 manat pulu onun istəməyi ilə geri qaytararaq ziyana düşdüyünü, heyvanların yaxşı çıxmadığını və buna görə də qazanc əldə edə bilmədiklərini ona bildirmişdir. Ondan iş qurmaq üçün verdiyi 5000 manat pulu geri alaraq Gülarə adlı xanıma geri qaytarmışdır. 2023-cü ilin dekabr ayının ortalarında, yəni 5000 manat pulu ondan geri aldıqdan təqribən 10-15 gün sonra yenə Tural ona yaxınlaşaraq Gürcüstandan dana gətirib satmaq sahəsində iş qurub qazanc əldə etmək adı ilə ondan 2500 manat pul istəmiş və heyvanları gətirtmək üçün 2500 manat lazım olduğunu deyib yenə yaxşı qazanc əldə edəcəklərini bildirərək onu inandırmışdır. Özü də yenidən tanışı olan Gülarə xanıma yaxınlaşaraq bildirmişdir ki, həmin Tural adlı adam yenidən iş qurmaq üçün 2500 manat pul istəyir, Gürcüstandan dana gətirəcək və yaxşı qazanc əldə edəcəklər. Turala inandıqları üçün Gülarə xanım yenidən ona, Turala iş qurmaqları üçün 2500 manat pul vermişdir. Həmin pulu 2023-cü ilin dekabr ayının 8-də Turalla iş yerinin qarşısında görüşərək əlbəəl nağd şəkildə vermiş və həmin vaxt yanlarında başqa şəxslər olmamışdır. Gülarə xanıma bu barədə əvvəlcədən məlumat vermiş və Gülarə xanım ona pulu verən zaman bilmişdir ki, həmin 2500 manatı iş qurmaq üçün Turala verəcəkdir. Tural pulu alıb 1 aya qazancla birlikdə pulu geri qaytaracağını bildirmişdir. Bunun üzərindən 10-15 gün keçdikdən sonra Tural yenidən iş yerinin yanında, yəni onun yaşadığı məhəllədə onu görərək əlavə 8000 manat da pul verməsini və yenidən Gürüstandan dana alıb Respublika ərazisinə gətirməsini, iki işin qazancını sonda birlikdə onlara verəcəyini bildirmişdir. Lakin qeyd etdiyi kimi həmin pulları onlardan borc və ya başqa şəkildə deyil, ortaq iş qurmaq adı ilə almış və özüdə pulları Gülarə xanıma işi ətraflı izah etməklə ondan alıb Turala vermişdir. Sonuncu dəfə də qeyd etdiyi kimi yenə Turala inanıb onun dediyi məbləğlə bağlı yenidən Gülarə xanıma bildirmişdir ki, Tural iş qurmaq və işi böyütmək məqsədi ilə əlavə 8000 manat pul istəyir. Gülarə xanım da onun kimi, Tural əvvəlcədən onlardan 5000 manat alıb qaytardığına görə inanmış və Gülarə xanımla birlikdə 2023-cü ilin dekabr ayının 22-də eyni “45” adlı restoranda Turalla görüşmüşlər. Orada Gülarə və özü yenidən Turalla iş barədə danışmışlar və Tural yenə onları arxayın etmişdir ki, onlardan aldığı pulla ortaq iş quracaqdır. Belə olan halda həmin kafedə Gülarə xanımla birlikdə Gülarə xanıma məxsus olan əlavə 8000 manat pulu da Turala vermişlər. Tural isə ən geci bir ay ərzində yuxarı qazancla pullarını geri verəcəyini bildirmişdir. Bundan sonra Turaldan dəfələrlə işin nə yerdə olmasını soruşduqda, işi qura bilmədiyini, pulların batdığını deyərək hər dəfə başqa bəhanələr gətirib bir neçə günə evlərini satacaqlarını, evlərinin plana düşdüyünü, pulu tapıb onlardan aldığı ümumilikdə 10500 manat pul vəsaitini tam şəkildə geri qaytaracağını deyərək yalan bəhanələrlə onları aldatmış və həmin hadisənin üzərindən uzun müddət keçməyinə baxmayaraq çətinliklə hissə-hissə arada 100-200 manat olmaqla ümumilikdə 1500 manat pulu Tural ona vermiş və özü də pula ehtiyac olduğundan həmin pulları xərclədikdən sonra Gülarə xanıma bu barədə məlumat vermiş və Gülarə xanım da etiraz etməmiş, həmin pul onun tərəfindən Gülarə xanıma olan borcudur və özü qaytaracaqdır. Qalan 9000 manat puldan isə Tural tərəfindən heç bir ödəniş edilməmişdir. Həmin pul vəsaitlərinin hamısı Gülarə xanıma məxsus olmuş və Turalın qardaşı da dəfələrlə onlara yalan vədlər verib pulun tam şəkildə qaytarılacağını bildirsə də, pulun qeyd etdiyi məbləği, yəni qalan 9000 manatı geri qaytarılmamışdır. İş materiallarında olan 27 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Surət Hüseynzadə tərəfindən fakt əsasında ********* saylı cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən iş qurularaq qazanc əldə edilməsi adı ilə aldadılmış Zərərçəkmiş şəxs1 tərəfindən pul vəsaitləri Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən “Avrasiya” Hospitalının qarşısında verilmişdir (i/v 13-17). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da şübhəli şəxs kimi tutulmuşdur (i/v 43). İş materiallarında olan baxış keçirilməsi və götürmə barədə protokoldan görünür ki, səs yazıları və yazışmalarda qadın cinsindən olan bir nəfər şəxslə kişi cinsindən olan bir şəxsin səsli danışıqlarının qeydə alındığı, həmin səs yazılarında kişi cinsindən olan şəxsin xanıma ayın 5-i ilə 10-u arasında olan müddət ərzində ondan iş qurmaq üçün götürdüyü 15000 manatı geri qaytaracağını, bundan arxayın olmasını, necə və hansı yolla olursa olsun onun 15000 manatını geri qaytaracağını, bundan sonra iş qurmaq üçün Gülarədən də götürdüyü pulları tam şəkildə geri qaytaracağını, pulu tapması üçün ona biraz müddət verilməsini və pullarını tam şəkildə onlara geri qaytaracağından arxayın olmaları məzmununda aralarında söhbət edildiyi, həmçinin eyni məzmunda yazışmaların olduğu müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirir ki, həmin danışıqlardakı xanım özüdür və onunla danışan kişi cinsindən olan şəxs isə Təqsirləndirilən şəxsdir. Tural dəfələrlə ona yalan vədlər verərərk bir neçə günə ondan iş qurmaq adıyla aldığı 15000 manat pulu tam şəkildə qaytaracağını və sonra isə Gülarə adlı digər xanımdan iş qurmaq adıyla aldığı pulları tam qaytaracağını bildirərək ona bir az vaxt verilməsini istəyir, lakin hər dəfəsində dediyi vaxt gəlib çatdıqda yenə onları aldadaraq 10-15 gün ərzində pulları tam şəkildə qaytaracağını bildirərək yenə onlara heç bir ödəniş etmədən müxtəlif bəhanələrlə vaxtı uzatdığını bildirdikdən sonra baxış başa çatır (i/v 66). İş materiallarında olan Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında olan 27 may 2025-ci il tarixli üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmişdir (i/v 68- 72). İş materiallarında olan Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında olan 28 may 2025-ci il tarixli üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmişdir (i/v 84- 87). İş materiallarında olan 28 may 2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə əməl AR CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiışdir (i/v 101-102). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 4(006)-347/2025 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 27 may 2025-ci il tarixdə, saat 15:30-dan hesablanması qərara alınmışdır (i/v 142-146). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 02 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 151). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında yazışmaları və danışıqları özündə əks etdirən səs yazılarının köçürüldüyü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materallarında saxlanılması qərara alınmışdır (i/v 168- 184). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərəçəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında yazışmaları və danışıqları özündə əks etdirən səs yazılarının köçürüldüyü 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-543/2025 saylı, 25 iyul 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 04 (dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 fəaliyyət göstərdiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 44 (qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında yazışmaları və danışıqları özündə əks etdirən səs yazılarının köçürüldüyü 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 04 (dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 fəaliyyət göstərdiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 44 (qırx) manat məbləğində pul köçürülsün Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-543/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-543/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver