Məhkəmə qərarları › İş №1(006)-545/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-545/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-545/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1954-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya, 15000 manat pul müqabilində qohumu Şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2024-cü ilin yanvar ayının əvvəllərində ünvan 2 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin X3 İdarəsinin qarşısında Zərərçəkmiş şəxs 5000 manat, 2024-cü ilin mart ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı vaxtlarda ünvan 3 ünvanında yerləşən “Başkent” restoranında Zərərçəkmiş şəxs 3000 manat, 2000 manat və sonuncu dəfə isə 5000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Arifə Hüseynovuya ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, hal-hazırda məhkumluğu ödənilməmişdir. Özü təqaüdçüdür. Zərərçəkmiş şəxs ortaq dostları vasitəsi ilə 2024-cü ilin mart ayının əvvələrində tanımışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini demişdir. O, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Başkent” restoranında görüşə biləcəklərini demiş və bir neçə saat sonra onlar həmin ünvanda görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxs yaxın qohumu Akim adlı şəxsi Fövqəladə Hallar Nazirliyində işə düzəltməsini ondan xahiş etmişdir. O, Zərərçəkmiş şəxs bacardığı qədər köməklik edəcəyini, qohumu Akimin müəyyən sənədlərini ona “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərməsini xahiş etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs ondan nə qədər pula bu işin həll olunacağını soruşmuş, o da 15000 manat pula başa gələcəyini demişdir. Zərərçəkmiş şəxs pul məsələsində onunla razılığa gəlmişdir. Təxminən üç gün sonra Zərərçəkmiş şəxs Şahid məxsus tərcümeyi-halı ona “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə şəkil formatında göndərmiş, bir gün sonra isə o, Şahid məxsus tərcümeyi-halı kağız formasında çap etmişdir. Sonra dostu olan “Rüfət” adlı şəxsə zəng edərək görüşmək istədiyini demişdir. Rüfət onunla razılaşmış, onlar bir neçə saat sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun” parkında görüşmüşlər. Söhbət zamanı Rüfətə bir nəfər tanışının qohumunu Fövqəladə Hallar Nazirliyində işə düzəltmək ilə bağlı söz verdiyini, lakin tanışı olmadığını, bu işdə ona köməklik etməsini demişdir. Çünki, X5 Nazirliyində tanışları çox olmuş və ona köməklik edə biləcəyindən əmin olmuşdur. Rüfət ona bacardığı qədər köməklik edəcəyini bildirmişdir. Söhbətləri əsnasında o, Şahid məxsus tərcümeyi-halı “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Rüfətin mobil nömrəsinə göndərmişdir. Biraz da söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar. 2024- cü ilin mart ayının ortalarında Rüfət ona zəng edərək tərcümeyi-halını göndərdiyi Şahid qəbula yazdırdığını və ayın sonunda qəbula girməli olduğunu demişdir. O, bundan sonra zəng edərək Şahid qəbulu ilə bağlı məlumat vermiş və ona dediyi vaxta gəlməsini bildirmişdir. 2024-cü ilin mart ayının sonunda o, Arifə ilə mobil telefon əlaqəsi saxlayaraq Akimin sabah üçün Bakı şəhərinə gəlməli olduğunu demişdir. Həmin günün səhəri o, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin inzibati binasının qarşısında görüşmüşdür. Arifə Hüscynovanın yanında iki adam olmuşdur. Onlardan cavan olanını Zərərçəkmiş şəxs ona təqdim edərək Şahid olduğunu bildirmişdir. O, Akim ilə tanış olub qəbula salacağını bildirmişdir. Sonra Akim özü digər kişini təqdim edərək qayınatası olduğunu bildirmişdir. Sonra o, Akim ilə birlikdə inzibati binanın qapısının qarşısına gedib Akimi qapıdan içəri ötürmüşdür. Təxminən 2 saatdan sonra Akim qəbuldan çıxmış, o, Akimdən necə keçdiyini soruşduqda, yaxşı keçdiyini deyib dəvət edəcəklərini ona bildirmişdir. Həmin vaxt Rüfət onun mobil nömrəsinə zəng etmiş və vəziyyəti soruşmuşdur. O, hər şeyin qaydasında olduğunu deyib Rüfəti olduğu yerə çağırmışdır. Sonra Akim ilə o, Arifəgilin yanına getmiş, orada Arifə və Akimə üzünü tutaraq komissiyadan keçmək üçün 5000 manat pul verməli olduqlarını bildirmişdir. Arifəgil də onunla razılaşmışlar. Həmin vaxt Rüfət onların olduğu yerə gəlmiş, daha sonra O, Arifə və Akim Rüfətin avtomobilinə əyləşmişlər. Akim və Arifə arxa oturacaqda oturmuş, o isə ön oturacaqda oturmuşdur. X10 pul alıb saymış və 5000 manat olduğunu bildirərək ona vermişdir. O, Akimdən 5000 manat pulu alıb 15-20 gün ərzində məlumat verəcəyini bildirmişdir. Bundan sonra Akim və Arifə sağollaşıb maşından düşüb getmişlər. O, həmin 5000 manat pulu özümdə saxlamışdır. Təxminən 15 gün sonra, yəni aprel ayının əvvəllərində o, Arifə ilə əlaqə saxlayaraq Akimin ərizə yazması üçün Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. Həmin günün səhəri Akim və Arifə ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmüşlər. O, sənədləri təqdim etmək üçün inzibati binaya gedəcəklərini Akimə demiş, sonra o, Akim ilə birlikdə inzibati binaya girmişdir. Orada Akimin sənədlərini alıb baxmış və götürmüşlər, bir neçə gün içərisində məlumat veriləcəyini bildirmişlər və onları yola salmışlar. Onlar oradan çıxıb Arilərim yanına getmişlər. O, əmrin verilməsi üçün Arifə və Akimdən pulu istəmiş, Arifə və Akim isə üzərinlərində pul olmadığını bildirmişdirlər. Sonra Akim ona baxaraq pulları Arifə xanımın verəcəyini demişdir. Arifə Akimi yola salmış və bank hesabına pulun gəldiyini, çıxarıb ona verəcəyini bildirmişdir. Sonra o, Arifə ilə birlikdə “Access Bank”ın Bakı şəhəri Nəsimi rayonunda yerləşən filialına getmişlər. İkisi də banka girsə də Arifə pul çıxara bilməmiş, sonra filialın içərisində üzərində 1500 manat pul olduğunu, həmin pulu götürməsini təklif edərək bir neçə gün içərisində isə qalan məbləği verəcəyini demişdir. O Arifə ilə razılaşmış, filialın içərisində 1500 manatı götürdükdən dərhal sonra Akimə zəng edərək pulun tam verilmədiyini, Arifə tərəfindən 1500 manat pul verildiyini demişdir. İki gün sonra Arifə onunla əlaqə saxlamış və pul vermək üçün görüşmək istədiyini demişdir. O, “Başkent” restoranında görüşə biləcəklərini demiş, bir neçə saat sonra Arifə ilə Nəsimi rayonu ərazisində yerləşən “Başkent” restoranında görüşmüş, Arilə Akimi işə düzəltmək üçün verilməli olan pulun qalıq qalan 8500 manat məbləğindən 4000 manatını vermişdir. Sonra o, Arifə ilə sağollaşıb onu yola salmış və dərhal Akimə zəng edərək Arifənin məbləği tam vermədiyini, 4000 manat verdiyini demişdir. İki gün sonra, yəni aprel ayının təxminən 10-u Arifə yenidən ona zəng edərək pul vermək üçün görüşmək istədiyini demiş, o isə “Başkent” restoranında görüşə biləcəklərini demişdir. Bir neçə saat sonra o. Arifə ilə Nəsimi rayonu ərazisində yerləşən “Başkent” restoranında görüşmüş, Arifə Akimi işə düzəltmək üçün verilməli olan 4500 manat pulun qalığı üçün 2400 ABŞ dolları vermişdir. O, qalıq qaldığını bildirdikdə Arifə pulu get-gəl və yemək xərcləri üçün xərclədiyini, qalan məbləğin bu olduğunu demiş, o da razılığını bildirərək pulu götürmüşdür. Arifəni yola saldıqdan sonra yenidən Akimə zəng edərək nə qədər pul verilməsi barədə məlumat vermiş, mesaj gələnə kimi gözləməyini bildirərək mesaj gəldikdən sonra çağrılacağını demişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə söhbət edən zaman işə qəbul ilə bağlı 15000 manat pul tələb olunduğunu özündən demişdir. Pul 2024cü ilin yanvar ayında yox mart ayının sonlarında verilmişdir, pulu isə özü alıb saxlamış, heç kimə verməmişdir. Sürücü Rüfət olmuş, sonuncunun həmin puldan xəbəri olmamış və sonuncuya həmin puldan hər hansı məbləğdə pul verilməmişdir. Zərərçəkmiş şəxs məbləğləri və vaxtı səhv salır. Ümumilikdə 10000 manata yaxın pul alsa da, Arifənin dediyi kimi yox, ifadəsində göstərdiyi hallarda almışdır. O, hər dəfə Zərərçəkmiş şəxs pul alanda kağızda məbləğini və məqsədini qeyd edirmiş, həmin qeydiyyat aparılmış kağızlar Arifədə qalırmış. Şahid işə düzəltmək üçün aldığı pulları borcları olduğu üçün borclarına görə ödəmişdir, yaxın günlərdə qaytaracağına söz verir. O, nə Fövqəladə Hallar Nazirliyinin hər hansı əməkdaşına, nə də başqa bir şəxsə pul verməmişdir. Pullar onun özündə qalmış, pulları da borclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın yarıdan çoxunu ödədiyini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. X1 onunla həm uzaq qohumdur, həm də bir kəndlidir. Onun Akim və ailə üzvləri ilə münasibəti yaxşıdır. Akim özü əvvəllər müəyyən dövlət orqanlarında işləsə də, ixtisara düşdüyü üçün 2023-cü ilin əvvəllərində işsiz qalmışdır. Akimin yoldaşı xəstə olduğu üçün o, tez-tez Akimgilin evinə gedib baş çəkirmiş. Akim özü ona hər dəfə görüşəndə işə düzəlmək istədiyini, köməklik etməsini demişdir. 2023-cü ilin dekabr ayında tanıdığı Leyla adlı qadınla telefon danışığı zamanı Akim adlı yaxınının işsiz olduğunu demiş, köməklik edə biləcəyi barədə soruşmuşdur. Leyla ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Hacıəlinin Azərbaycan Dövlət Texniki Universitetinin professoru olduğu üçün müəyyən köməlik göstərə biləcəyini demişdir. O, Leylaya həmin şəxslə danışıb nəticəsi barədə ona məlumat verməsini demişdir. Həmin günü axşam satlarında Leyla ona zəng edərək Təqsirləndirilən şəxsla danışdığını, sabah gün ərzində onunla görüşə biləcəyini demiş və Hacıəlinin mobil nömrəsini ona vermişdir. Bir gün sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş, zəngə cavab verdikdə zəng edən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. O, həmin şəxslə biraz hal-əhval tutub harada görüşə biləcəklərini soruşmuşdur. Hacıəli ona Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən "Başkent" restoranında görüşə biləcəklərini demişdir. Təxminən saat 12 radələrində Hacıəlinin dediyi ünvanda sonuncu ilə görüşmüşdür. Görüş zamanı yanlarında heç kim olmamışdır. O. Hacıəliyə Akim adlı qohumu olduğunu, əvvəllər müəyyən dövlət orqanlarında işlədiyini, hal-hazırda işsiz olduğunu, X9 və İdman İnstitutunu bitirdiyini demişdir. Bundan sonra ailə vəziyyətini və maddi sıxıntılarının da olduğunu əlavə edib yaşadığı Xaçmaz rayonunda hansı işə düzəldə biləcəyini soruşmuşdur. Hacıəli bütün məlumatların özünə aydın olduğunu, X7 Nazirliyində işə düzəldə biləcəyini, lakin biraz vaxt lazım olduğunu deyərək tez bir zamanda cavab verəcəyini demişdir. O da Hacıəli ilə razılaşmış və sağollaşıb oradan ayrılmışlar. İki gün sonra Hacıəli onun mobil nömrəsinə yenidən zəng edərək X7 Nazirliyində işlə təmin edəcəyini, bunun üçün isə 15000 manat pul lazım olduğunu deyib, Akimin sənədləri ilə birlikdə Bakı şəhərinə gəlməsini bildirmişdir. O, Akimə zəng edərək təhsili haqqında sənədləri ilə birlikdə Bakı şəhərinə gəlməsini demişdir. Üç gün sonra yəni, 2024-cü ilin yanvar ayının əvvəllərində Akim sənədləri ilə birlikdə Bakı şəhərinə gəlmiş, o, Akim və Hacıəli yenidən "Başkent" restoranında görüşmüşlər. Hacıəli onlara X7 Nazirliyində işlə təmin elmək üçün 15000 lazım olduğunu demişdir. O, özü də Hacıəlinin işlə təmin etmək üçün 15000 manat pul istədiyini təkrar vurğulamış və Hacıəli ilə razılaşmışlar. O, pulu verdikdən neçə gün sonra Akimin işlə təmin olunacağı barədə Hacıəlidən soruşmuşdur. Hacıəli cavabında ona 10 gün ərzində Akimin əmrinin veriləcəyini demişdir. Oradan çıxıb birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin inzibati binasının qarşısına getmişlər. O, çöldə gözləmiş, Hacıəli Akimi götürüb binaya daxil olmuşdur. Təxminən iki saatdan sonra Hacıəligil binadan çıxmışlar. O, Akimdən içəridə nə olduğunu soruşmuş, Akim içəridə onu kiminsə qəbul etdiyini və bir neçə sual verdiyini demişdir. Hacıəli isə ona Akimin imtahandan keçdiyini bildirmiş, pulu gətirib- gətirmədiklərini soruşmuşdur. O, pulun özündə olduğunu demiş, sonra ağ rəngli offroad modelli bir avtomobil gəlmiş və onlar üçü də həmin avtomobilə oturmuşlar. Avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Sürücü özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etsə də, hal-hazırda sürücünün adını xatırlamır. Bundan sonra Hacıəli pulu sürücüyə vermələrini bildirmiş, o da elə avtomobilin içərisində pulu əl çantasından çıxarıb Akimə vermiş və saymasını istəmişdir. Akim pulu sayaraq beş min manat olduğunu deyib sürücüyə vermişdir. O, Hacıəlidən Akimi işə düzəltmək üçün 5000 manat pul alması barədə yazı yazmasını tələb etmiş, Hacıəli maşının içərisində kağıza pul alması barədə öz xətti ilə yazı yazıb onlara vermişdir. Sonra onlar maşından düşən zaman qalan pulu vermələri ilə bağlı özünün xəbər edəcəyini demişdir. Hacıəliyə verilmiş 5000 manat pul ona məxsus olmuşdur. Lakin, Akim rayona qayıtdıqdan 5 gün sonra onunla Bakı şəhərində görüşüb vermiş olduğu 5000 manat pulu özünə geri qaytarmışdır. 10 gün keçdikdən sonra o, Hacıəli ilə danışsa da, sonuncu işə qəbul üçün namizədlərin tam yığılmadığını demişdir. 2024-cü ilin mart ayının əvvələrində Hacıəli ona zəng edərək Akimlə birlikdə gəlməsini xahiş etmiş, o da həmin günü Akimə zəng edib sabah gəlməsini bildirmişdir. Həmin günün sabahı Akim və o Hacıəli ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmüşlər, Hacıəli ona gözləməsini deyib Akimlə birlikdə Nazirliyini inzibati binasına daxil olmuş və təxminən bir saatdan sonra çıxmışlar. Akimdən içəridə nə baş verdiyini soruşmuş, Akim içəridə işə qəbul edilməsi üçün ərizə yazdırıldığını, aprel ayının birindən isə əmrinin olacağının deyildiyini bildirmişdir. Sonra Hacıəli əmrin verilməsi üçün qalan 10000 manat pulun verilməli olduğunu demişdir. O isə Akimə hal-hazırda pulunun olmadığını demişdir. Hacıəli isə pulun təcili çatdırılmalı olduğunu demişdir. O, Akimi yola salıb Hacıəli ilə birlikdə yaşadığı evə getmişdir. Hacıəli onu həyətdə gözləmiş, o da evdə olan 5000 ABŞ dolları pulu evdən götürüb çıxmışdır. Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində ABŞ dolları pulunun bir hissəsini 3000 manata dəyişdirmiş, sonra Hacıəli ilə birlikdə yaxınlıqda olan "Başkent" restoranına keçmişlər və xırdaladığı 3000 manatı Hacıəliyə vermişdir. Qalan pulu isə gələn həftə ərzində verəcəyini bildirmişdir. Üç gün sonra Hacıəli ilə "Başkent" restoranında görüşüb 2000 manat, səhəri günü isə eyni ünvanda 5000 manat pul vermişdir. Lakin, bir müddət keçsə də Hacıəli verdiyi vədə əməl etməyərək onları aldatmağa başlamışdır. Onun Təqsirləndirilən şəxs verdiyi 10000 manat pulu Akim iyirmi gün sonra onun özünə qaytarmışdır. Lakin, Akimi Hacıəli ilə o tanış etdiyi üçün tez-tez onu narahat etmiş və pulun Hacıəliyə verildiyi halda nə üçün işin düzəlmədiyini soruşmuşdur. O isə Hacıəli ilə bu barədə danışdıqda sonuncu yalandan Akimə mesajların getdiyini, hər dəfə müxtəlif vaxtlarda çağırılıb əmrin veriləcəyini demişdir. O, Akimin yerinə hər dəfə Hacıəliyə pul verdikdə sonuncuya kağızda qeyd yazdırmışdır, həmin qeydlər ondadır və təqdim edə bilər. Əlavə olaraq bildirmişdir ki, Akim 5000 manat pulu avtomobildə sürücüyə verən zaman sürücü xidməti geyim formasında olmamış, o, sürücünün Hacıəliyə pul verməsini görməmiş və sonuncunun həmin puldan götürməsi barəcə heç bir məlumatı olmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona verdiyi pulların tam şəkildə geri qaytarılmasını tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla həm uzaq qohum, həm də bir kəndlidir. Arifə və ailə üzvləri ilə münasibəti yaxşıdır. O, əvvəllər müəyyən dövlət orqanlarında işləsə də, ixtisara düşdüyü üçün 2023-cü ilin əvvəllərindən işsiz qalmışdır. Həyat yoldaşı xəstə olduğu üçün qohumları yaşadığı evə tez-tez gələrək ailə üzvlərinə baş çəkmişlər. İşsiz olduğu üçün maddi sıxıntıları yaranmışdır. Buna görə də qohumlarından ona iş tapmaları üçün xahiş etmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs ona zəng edərək təhsili haqqında sənədləri ilə birlikdə Bakı şəhərinə gəlməsini demişdir. O, nə üçün onu Bakı şəhərinə çağırdığını soruşmuşdur. Arifə ona öz tanışının vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs adlı şəxsin onun işə düzəlmək məsələsində köməklik edə biləcəyini bildirmişdir. O, Arifə ilə razılaşmış və tezliklə Bakı şəhərinə gəlib məlumat verəcəyini demişdir. Üç gün sonra yəni, 2024-cü ilin yanvar ayının əvvəllərində o, sənədləri ilə birlikdə Bakı şəhərinə gəlmişdir. O, Arifə vs tanımadığı bir kişi ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Başkent” restoranında görüşmüşlər. Orada olan zaman Arifə onlarla eyni masada əyləşmiş, kişini onunla tanış edərək telefon danışığı zamanı dediyi Təqsirləndirilən şəxs bu şəxs olduğunu bildirmişdir. O, Hacıəli ilə tanış olmuşdur. Biraz ordan-burdan söhbət etmişlər, o, ailəsində olan mövcud maddi sıxıntılarını Hacıəliyə ətraflı danışmış və ondan ona hansı formada köməklik edəcəyini soruşmuşdur. Hacıəli ona Arifənin yanında Fövqəladə Hallar Nazirliyində işlə təmin etmək üçün müəyyən xərclər olacağını demişdir. O, ailə vəziyyəti ilə əlaqədar onun yalnız yaşadığı rayonda işləmək istədiyini Hacıəliyə bildirmişdir. Yaxşı fürsət olduğunu düşünüb Hacıəli ilə razılaşmışdır. Arifə onun nə vaxt işə çıxa biləcəyini İlacıolidən soruşmuşdur, Hacıəli isə demişdir ki, Xətai rayonunda yerləşən Yanğından Mühafizə İdarəsində işə qəbul olunmaq üçün qeydiyyatdan keçikdən sonra imtahan verib, həkim komissiyasından keçdikdən sonra isə işə qəbul olunacaqsan. Oradan çıxdıqdan sonra o, Xaçmaz rayonuna qayıtmışdır. Bir neçə gün sonra Arifə ona zəng edərək Hacıəlinin işə düzəltməsi üçün Bakı şəhərinə gəlməsini bildirmişdir. O, Bakıya gəldikdən sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən ‘'Başkent” restoranında Arifə və Hacıəli ilə görüşmüşdür. Oradan taksi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin inzibati binasının qarşısına gəlmişlər. Orada Hacıəli onun işə düzəlməsi üçün qeydiyyatdan keçinək istədiyini bildirmiş, Hacıəliyə isə demişlər ki, lazım olan sənədləri toplayın rəsmi müraciət edin. Bundan sonra onlar geri qayıtmışlar, o, Xaçmaz şəhərinə getmişdir. 10 gün sonra Arifə ona zəng edərək Hacıəlinin onu işə düzəltməsi üçün Bakı şəhərinə gəlməsini bildirmişdir. O, Bakıya gəldikdən sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Başkent” restoranında Arifə və Hacıəli ilə görüşmüşdür. Oradan taksi ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin inzibati binasının qarşısına gəlmişlər. Arifə onları çöldə gözləmişdir. Hacıəli onu götürüb binaya daxil olmuşdur. İnzibati binanın içərisində olan zaman onun adı çağırılmışdır. Orada işə düzəlmək üçün 10-15 nəfər adam olmuşlar. O, Hacıəlidən ayrılmış və çağırılan yerə getmişdir. Orada ondan hansı işdə işləmək istədiyini soruşaraq onun müraciətini qeydə almışlar, onun işə düzəlmək üçün müraciətinin qeydə alındığını bildirmişlər. Sonra yenidən Hacıəlinin yanına geri qayıtmışdır. Hacıəli işə düzəlmək üçün ilkin sual-cavab mərhələsi olduğunu demiş və onun uğurlu nəticə göstərdiyini vurğulamışdır. Sonra onlar binadan çıxıb Arifənin yanına gəlmişlər. Arifə ona içəridə nə olduğunu soruşmuşdur, ü, içəridə müraciəti ilə bağlı sorğu sual olunduğunu və hansı vəzifədə çalışmaq istədiyini soruşduqlarını ona demişdir. Hacıəli isə Arifəyə Akimin imtahandan keçdiyini, pulu gətirib gətirmədiklərini soruşmuşdur. Arifə pulun onda olduğunu demişdir. Sonra Hacıəli kənara çəkilib kiməsə zəng etmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra ağ rəngli "X11” markalı bir avtomobil gəlmişdir. Hacıəli həmin şəxsin Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin əməkdaşı olduğunu ona demiş, sonra onlar maşına əyləşmişlər. Maşında Hacıəli pulu istəmiş, Arifə pulu ona vermiş, o, isə sayaraq 5.000 manat olduğunu deyib, pulu Hacıəliyə vermiş, Hacıəli isə pulu cibinə qoymşdur. X2 işə düzəltmək üçün 5000 manat pul alması barədə yazı yazmasını tələb etmişdir. Hacıəli maşının içərisində kağıza pul alması barədə öz xətti ilə yazı yazıb onlara vermişdir. Sonra onlar maşından düşmüşlər. Hacıəliyə verilmiş 5.000 manat pul Arifəyə məxsus olmuşdur. Lakin, o, rayona qayıtdıqdan 5 gün sonra Bakıya qayıdaraq Arifə ilə görüşüb onun yerinə vermiş olduğu 5.000 manat pulu özünə geri qaytarmışdır. O, ara-ara Arifəyə zəng edərək məsələnin nə yerə qaldığını soruşmuş, Arifə isə Hacıəli ilə tez-tez danışdığını, Hacıəlinin işə qəbul üçün namizədlərin tam yığılmadığından onu çağırmadığını demişdir. 2024-cü ilin mart ayının əvvələrində Arifə ona zəng edib sabah Bakı şəhərinə gəlməsini bildirmişdir. Həmin günün sabahı o, və Arifə Hacıəli ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının qarşısında görüşmüşlər. Hacıəli Arifəyə gözləməsini deyib onunla birlikdə Nazirliyin inzibati binasına daxil olmuşlar. İnzibati binada Hacıoli bir nəfərlə görüşmüş, sonra onu həmin şəxsə təqdim etmişdir. Sonra həmin şəxsin yanında o, işə qəbul edilməsi üçün ərizə yazmışdır. Həmin vaxt Hacıəlidə onun yanında olmuşdur. Ondan ərizə alan şəxs haqqında heç bir məlumatı olmamışdır. Təxminən bir saatdan sonra binadan çıxmışlar. Arifə ondan içəridə nə baş verdiyini soruşmuş, o, içəridə işə qəbul edilməsi üçün ərizə yazdırıldığını demişdir. Sonra Hacıəli əmrin verilməsi üçün qalan müəyyən şəxslərə pul vermək lazım olduğunu Arifəyə demişdir. Arilə isə hal-hazırda pul olmadığını demiş, Hacıəli isə pulun təcili çatdırmaq lazım oldunu bildirmişdir. Sonra onlar Hacıəlidən ayrılıb oradan getmişlər. Öz aralarında söhbət zamanı o, Arifədən onun əvəzinə Hacıəliyə pul verməsini xahiş etmiş, tez bir zamanda pulunu geri qaytaracağı barədə söz vermişdir. Arifə xanım ona etiraz etməmişdir. Sonra Arifə onu yola salmış və o, rayona gəlmişdir. Rayona çatdıqdan bir neçə saat sonra Arifə ilə danışmış, Arifə ona demişdir ki, 3000 manat pulu Hacıəliyə “Başkent” restoranında vermiş, qalan pulu isə gələn həftə ərzində verəcəyini bildirmişdir. Üç gün sonra Arifə ona zəng edərək Hacıəli ilə “Başkent” restoranında görüşüb 2000 manat verdiyini demişdir. Həmin günü səhəri günorta saatlarında Arifə ona zəng edərək, Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin sms gəlib gəlmədiyini soruşmuş, o. isə sənədləri ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinə yaxınlaşması barədə sms gəldiyini demişdir. Bundan bir neçə saat sonra Arifə ona zəng edərək eyni ünvanda qalan 5000 manat pulu Hacıəliyə verdiyini bildirmişdir. Lakin, bir müddət keçsə də Hacıəli verdiyi vədə əməl etməyərək onları aldatmağa başlamışdır. Arifənin onun əvəzinə Təqsirləndirilən şəxs verdiyi 10000 manat pulu o, iyirmi gün sonra Bakı şəhərinə gəlib Arifəyə qaytarmışdır. Lakin, onu Hacıəli ilə tanış etdiyi üçün tez-tez Arifəyə zəng edərək pulun Hacıəliyə verildiyi halda nə üçün işin düzəlmədiyini soruşmuşdur. Arifə isə Hacıəli ilə bu barədə danışdığını, işə qəbulla bağlı ona mesajların getdiyini, hər dəfə müxtəlif vaxtlarda çağırılıb əmrin veriləcəyini demişdir. Sonradan isə işə düzəlmək üçün verdiyi 15.000 manat pulu Arifə ona qaytardı. Əlavə olaraq bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin inzibati binasının qarşısında əyləşdiyi ağ rəngli “X11” markalı avtomobilin sürücü xidməti geyim formasında olmamış, həmin şəxsi tanımamış, həmin şəxs onunla və Arifə ilə danışmamış, özünü Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin əməkdaşı kimi təqdim etməmiş, o, həmin şəxsə 5.000 manat pul verməmişdir. O, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin inzibati binasının qarşısında əyləşdiyi ağ rəngli “X11” markalı avtomobilin dövlət nömrə nişanına baxmamış, sürücünün nəinki anket məlumatlarını, adını belə bilməmişdir. O, Bakı Şəhər Baş Polis İdarəsində verdiyi izahat zamanı yoldaşı xəstə olduğundan fikri dağınıq olmuş və ona görə də həmin izahatı ilə indiki izahatı arasında ziddiyyətlər yaranmışdır, lakin əslində hadisə hal-hazırda ifadəsində qeyd etdiyi kimi baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildinin 29-cu vərəqində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildinin 52-ci vərəqində olan tutma haqqında 28 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinmişdir; cinayət işinin İ cildinin 65-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildinin 86-90-cı vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-283/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 28 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; cinayət işinin İ cildinin 93-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi hökmündən xaric edilib cəzası 09 il 06 aya endirilmiş, daha sonra Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar cəzası 09 il 03 aya endirilmiş və 18 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir; cinayət işinin İ cildinin 160-cı vərəqində olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq yolu ilə mənimsənilmiş 15000 manat puldan Təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı ödənilmiş 500 manat pul Zərərçəkmiş şəxs tərəfindən sayılaraq götürülmüş, Təqsirləndirilən şəxs 6500 manat borcu qalmışdır; cinayət işinin İ cildinin 204-218-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, “Rüfət” və “Leyla” adlı şəxslərin və Təqsirləndirilən şəxs əməllərində AR CM-in 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, onların barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində AR CM-in 178.2.2, 178.2.3 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları və cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında 3 növ cəza yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmədə müəyyən edildi ki, vurulmuş maddi ziyan qismən ödənilmiş, zərərin ödənilməsi üçün, barışıq əldə edilməsi üçün hər hansı bir cəhd edilməsi məhkəmədə müəyyən edilməmiş, Zərərçəkmiş şəxs isə hazırda şikayətçidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi hökmündən xaric edilib cəzası 09 il 06 aya endirilmiş, daha sonra Binəqədi Rayon Məhkəməsinin 13 fevral 2018ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar cəzası 09 il 03 aya endirilmiş və 18 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdırılan halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 28 may 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 28 may 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar