Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-547/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə, saat 12-13 radələrində Sabunçu Dəmir yolu stansiyasının ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə təmiz çəkisi 480,0 qram təşkil edən narkotik vasitə olan marixuananı əldə edib özündə saxlamaqla daşımış və həmin gün saat 12:50-də Dəmir yolu stansiyasının ərazisində X6 Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, saat 13:20-də X6 Polis İdarəsinin inzibati binasına gəlirilmiş və idarənin növbətçi hissəsində həmin günü saat 13:40-də üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofan bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulan günü qonşusu Bəxtiyarın həyətində olarkən, oraya polis əməkdaşları gəlmiş və onlarla getmələrini bildirmişlər. O, isə niyə getməli olduğunu soruşanda ona yığımdı, plana düşmüsən bildiriblər. O, polis əməkdaşlarına etiraz etsədə, sonuncular ona ağıllı olmasını bildirmişlər. O, da etiraz etmədən Polis İdarəsinə getmiş və həmin zaman onun üzərində heç nə olmamışdır. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir zor və ya ləyaqətini alçaldan hərəkətlər edilməmiş, cinayət işində olan protokolları heç bir kənar təsir olmadan özü imzalamış, istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında barəsində həbs qətimkan tədbiri seçilərkən, həmçinin üzərinə şəxsi axtarış keçirilərkən CD diskdə olan video görüntülər də törətdiyi əməli könüllü olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxsevin təqsirli olması, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan videogörüntülər, iş materiallarında olan qərarlar, protokollar və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin X7 Polis İdarəsinin CAŞ-ın XMİÜ-rə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, DYNPİ-nin CAŞ-nə, Sabunçu rayonu, Balaxanı qəsəbə sakini «Novruz» adlı şəxsin Sabunçu dəmir yolu stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitənin istifadəsində, üzərində saxlama və gəzdirməsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Ona görə də, «Novruz» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Sabunçu dəmir yolu stansiyasının xidməti ərazisində «Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» 29 iyul 2021-ci il tarixli qərara əsasən o qrup rəhbəri, DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, Şahid2 isə qrup üzvü təyin edilmişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün elə həmin gün tədbirlərə başlamış, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumata əlamətləri uyğun gələn şəxs 29 iyul 2021-ci il tarixdə saat 12:50-də Sabunçu dəmir, yolu stansiyasının ərazisində saxlanılaraq saat 13:20-də DYNPİ-nin növbətçi hissəsinə gəlirilmişdir. DYNPİ-də həmin şəxsin xx.xx.1992-ci ildə anadan olmuş, ünvan 2 ünvanda qcydiyyaıda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və DYNPİ-nin növbətçi hissəsində saat 13:40-da sonuncunun üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulduqda o, əlində olan qara rəngli sellofana bükülmüş bağlamanı masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içərisindən spesifik iyə malik yaşımtıl kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qara rəngli sellofandan aşkar edilmiş kütlə marixuanadır, həmin kütləni saxlanılmamışdan 1 (bir) gün əvvəl 28.07.2021 -ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi 2-ci mədən ərazisində olarkən yerdən tapmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən başqa əşya aşkar edilməmiş, aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdınlaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əlində olan qara rəngli sellofana bükülmüş 01 ədəd bağlamanı çıxarıb masanın üzərinə qoyaraq həmin maddənin marixuana olduğunu bildırmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan 29 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-79-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyul 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 7/722 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və Təqsirləndirilən şəxsun üzərindən aşkar olunan tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen paketdə təmiz, çəkisi-480,0 qram olan bitki mənşəli küllə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Ekspertiza tədqiqatı zamanı marixuana təmiz çəkisi 480,0 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 479,9 qram qalıq qalmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik müəyyən edilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 04 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 479,9 qram çəkidə narkotik vasitə marixuana saxlanılması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan 20 avqust 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 10 sentyabr 2021-ci il tarixli, 3371 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgəqəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 avqust 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 2) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli Qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 14 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və 08 may 2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 94-98-ci vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 99-102-ci vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli Qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 14 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 29 iyul 2021-ci il tarixdə saat 13-40-dan başlayaraq qeydə alınmışdır. Görüntülərə baxdıqda müəyyən edilir ki, 29 iyul 2021-ci il tarixdə saat 13:40-da DYNPİ-nin növbətçi hissəsinin qarşısında vətəndaş Təqsirləndirilən şəxs üzərinə DYNPİnin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X9 tərəfindən DYNPİ-nin CAŞ-nin XMİÜ-rə baş əməliyyat müvəkkili Şahid1 və CAŞ-nin əməliyyat müvəkkili O.O. Məmmədli, NBPİ-nin KTB-nun krimnalist eksperti X4 iştirakları ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olub olmaması soruşulur və həmin əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Sonuncu əlində olan qara rəngli sellofan torbanı masanın üzərinə qoyur və həmin torbanı açır. Sellofan torba açıldıqda içərisindən yaşımtıl ota bənzər kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin kütlə ‘'marixuanadır", və həmin kütləni o, 28.07.2021-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 2-ci mədəndə olarkən yerdə tapmış və götürmüşdür. Həmin büküm ona maraqlı gəldiyindən yerdən götürüb açdıqda içərisində “marixuana” olduğunu görüb özü ilə aparmışdır ki, sonra istifadə etsin. 29.07.2021-ci il tarixində saat 12:50-də tapdığı bağlamanı götürüb tanışının yanına getmək istəyərkən Sabunçu dəmir yolu stansiyası yaxınlığında gedən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və X3 İdarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış davam etdirilir və əhəmiyyət kəsb edən başqa əşya aşkar edilmir. Sonuncudan aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla imzalanır. Daha sonra protokol tərtib edilməsi məqsədi ilə çəkilişin dayandırıldığı bildirilir. Protokol tərtib edildikdən sonra ücadan oxunaraq iştirakçılar tərəfindən imzalanır və çəkiliş saat 13:50:38 saniyədə dayandırılır. Cinayət işinin 130-cu vərəqəsində olan X10 Nümayəndəliyinin 07 oktyabr 2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nümayəndəliyə şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş 13 iyul 2011-ci il tarixli 1263 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2011-ci il tarixdə saat 11-00 radələrində hərbi xidmətdə olarkən xidmətin ərazisində əsgər yoldaşının əlində olan qələmə oxşar dəmir parçasını götürüb daşa vurması nəticəsində partlamış və nəticədə travma almışdır (İ-İİ-İİİ barmaqların total qopması). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə edib üzərində saxlaması, daşıması cinayətini məhkəmə iclasında etiraf etməsə də, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işində olan qərarlarla, protokollarla və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsi tutma (25-ci i/v), şəxsi axtarış və götürmə (29-cu i/v), şübhəli şəxsin (30-31-ci, 53-55-ci i/v), təqsirləndirilən şəxsin dindirmə protokollarından (66-67-ci i/v), təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (57-58-ci i/v), Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş (75-79-cu i/v), həmçinin məhkəməyədək istintaq dövrundə sənədləri imzalamış və ona istinad edilən əməli tam etiraf etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən o saxlanılarkən və ya sonradan ona qarşı hər-hansı bir zor və ya ləyaqətini alçaldan hərəkətlər edilməmiş, cinayət işində olan protokolları heç bir kənar təsir olmadan özü imzalamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş CD diskdə olan video görüntülərdəndə aşkar edilir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tam etiraf etmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 10 sentyabr 2021-ci il tarixli, 3371 saylı rəyindən də görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabioidlərin birgəqəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi təqsirinin olmamasına dair ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2020-ci il tarixli Qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 14 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 08 may 2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmasına baxmayaraq iki il keçmədən, yəni 29 iyul 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin analoji cinayətlər törətdiyinə görə əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 29 iyul 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 10 sentyabr 2021-ci il tarixli, 3371 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, X6 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 479,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. X6 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 479,9 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-547/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-547/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver