Məhkəmə qərarları › İş №1(006)-55/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-55/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-55/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-558/2023 saylı hökmü ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhəri, Bayramlı qəsəbəsi, X12 küçəsi, ev 10, mənzil 8 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib, saxlamaqla daşımış, anbara və digər saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,928 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 17 oktyabr 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5ci Polis Bölməsinə gətirilmiş və orada həmin tarixdə saat 17:20-də üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli dəri çantanın içində olan ağ rəngli plastmas qabın içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,928 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 may 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” stansiyasının piyada keçidində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" məhsullarının pərakəndə satışını həyata keçirmək üçün nəzərdə tutulmuş piştaxtanın siyirməsini istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda əldə etdiyi açarla açıb qanunsuz olaraq saxlanc yerinə daxil olduqdan sonra siyirmədə saxlanılan bir ədədinin dəyəri 5 (beş) manat təşkil edən 62 (altmış iki) ədəd “Göz Muncuğu” adlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus ani lotereya biletlərini gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 310 (üç yüz on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1 -ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:00-da ünvan 2 binanın yaxınlığında piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Öz razılığı ilə Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmış və video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əlində olan qara rəngli dəri çantanın içərisindən ağ rəngli plastik materialdan olan qabı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən təqdim etdiyi əşyalardan başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan təqdim etdiyi qabın içərisində nə olduğu soruşulduqda, həmin qabın içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və həmin metamfetamini 14 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Bundan başqa o, Bakı şəhərində müxtəlif yerlərdə yerləşdirilmiş "xxxx" biletlərinin satıldığı piştaxtaların ətraflarını gəzərək orada olan zibil qutularına baxıb, vətəndaşlar tərəfindən “Poz qazan” ani uduş lotereya biletlərini zibil qutularından tapıb həmin biletlərdə uduşun olub-olmamasını dəqiqləşdirir. Bəzi hallarda vətəndaşlar satın alıb pozduqları biletlərdə uduşun olmalarını görmür və həmin bileti zibil qabına atırlar. O da həmin biletləri müəyyən edib, uduş olduğu halda başqa məntəqəyə aparıb uduşu alır. Bu məqsədlə 09 may 2024-cü il tarixdə saat 15 radələrində "xxxx" QSC-nin “Memar Əcəmi” stansiyasının yeraltı piyada keçidinə daxil olub "xxxx" biletlərinin satıldığı piştaxtanı görüb yaxınlaşmışdır. Həmin vaxt müəyyən etmişdir ki, həmin piştaxtanın ətrafında zibil qutusu və ya istifadə edilmiş lotereya bileti yoxdur. Bu vaxt düşünmüşdür ki, piştaxtanın siyirməsində lotereya bileti ola bilər və qərara gəlmişdir ki, həmin siyirməni açsın. Bu minvalla o, əvvəllər “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən mebel təmiri sexlərinin ərazisindən tapdığı və mebellərin siyirmələrinin kilidlənməsində istifadə olunan açarları çıxarmışdır. Bu vaxt oğurluq edəcəyi üçün ətrafdan keçən və metro stansiyasına daxil olub-çıxan sərnişinlərə diqqət yetirmişdir ki, kiminsə diqqəti onda olmasın. O, insanların diqqətinin onda olmadığına əmin olduqdan sonra mebellərin siyirmələrinin kilidlənməsində istifadə olunan açarları çıxarıb həmin piştaxtanın siyirməsinin kilid yerinə daxil etmiş və əli lə bir qədər qurdaladıqdan sonra siyirməni açmağa nail olmuşdur. Bu vaxt görmüşdür ki, siyirmənin içində çoxlu sayda dəstələnmiş şəkildə lotereya biletləri vardır və bir dəstənin üzərindən istifadə olunmuşdur və həmin istifadə olunmuş bilet dəstəsini götürdüyü təqdirdə şübhə yaratmayacağını düşünmüşdür. Bundan sonra o, açdığı siyirmədən üzərindən bir qədər istifadə olunmuş lotereya bileti dəstəsini götürüb oğurlamaqla açdığı siyirməni bağlayıb oradan uzaqlaşmışdır. O, oğurladığı lotereya biletlərinə baxdıqda aşkar etmişdir ki, oğurladığı biletlər "xxxx" ASC tərəfindən dövriyyəyə buraxılmış “Göz muncuğu” ani lotereya biletləridir və onların hər birinin dəyəri 5 (beş) manatdır və 62 (altmış iki) ədəd ani lotereya bileti oğurlamışdır. O, dərhal tənha bir yerə keçib həmin biletlərin üzərindəki qoruyucu səthləri pozmuş və müəyyən etmişdir ki, 210 (iki yüz on) manat uduş əldə etmişdir. Bu biletləri bir məntəqədə dəyişdiyi halda oğurluq etdiyi şübhəsi yaradacağını bildiyindən, Bakı şəhərinin ərazisində yerləşdirilmiş müxtəlif piştaxtalara yaxınlaşıb uduşlu biletləri nağd pula çevirmişdir. Həmin uduşlardan o, 210 (iki yüz on) manat pul əldə etmiş və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. O, oğurluq etdikdən bir neçə gün sonra, yəni 13 may 2024-cü il tarixdə Xətai rayonu ərazisində “Əhmədli” metrostansiyasınm keçidində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onu oğurluq cinayətində şübhəli olduğunu bildirməklə Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. O, Polis İdarəsində olarkən 09 may 2024cü il tarixdə “Memar Əcəmi” stansiyasının piyada keçidində yerləşən "xxxx" məhsullarının pərakəndə satışını həyata keçirmək üçün nəzərdə tutulmuş piştaxtanın siyirməsindən lotereya biletlərini oğurladığını etiraf etmişdir. O, lotereya biletlərini ələ keçirən zaman oğurluq cinayətini heç kim görməmiş və hiss etməmişdir. Oğurluq cinayətini tək törətmiş, heç bir şəxsin də bu barədə məlumatı olmamışdır. Ələ keçirdiyi lotereya biletlərindən ən yuxarı həddə 200-300 manat arası məbləğdə uduş pul vəsaiti əldə etmək niyyəti olmuşdur. Daha sonra əməlini səmimi etiraf etdiyini və peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi maddələr üzrə təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, videogörüntülər, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən "xxxx" QSC-də pərakəndə satış şöbəsinin müdiri vəzifəsində çalışır, "xxxx" QSC-nin satıcılarının iş qrafiki hər gün saat 10:00-da başlamaqla saat 20:00 radələrinədək davam edir. Satıcının vəzifəsi "xxxx" QSC-nə məxsus "xxxx" ASC tərəfindən dövriyyəyə buraxılmış ani lotereya biletlərinin satışını həyata keçirməkdən ibarətdir. Satıcılar hər gün saat 09:00-da “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən "xxxx" QSC-nin lotereya biletlərinin paylanması məntəqəsinə gedib hər bir lotereya növü üzrə dəstəsində 200 ədəd, 100 ədəd və 80 ədəd olan biletləri təhvil alıb təyin olunmuş piştaxtada satışını həyata keçirirlər. Hadisənin baş verdiyi piştaxta isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” stansiyasının piyada keçidində yerləşdirilmişdir. Ona sonradan məlum olmuşdur ki, 09 may 2024-cü il tarixdə saat 14:55 radələrində satıcı Şahid1 sanitar qovşağına getmək üçün piştaxtanın yanından ayrılmış və bütün lotereya biletlərini piştaxtanın siyirməsinə qoyub açarla kilidləyib getmişdir. Təxminən 10 dəqiqədən sonra geri qayıtdıqda və siyirməni açarla açıb ani lotereya biletlərini piştaxtanın üzərində yerləşdirilmiş şüşə vitrinə düzmək istəyərkən 62 (altmış iki) ədəd “Göz Muncuğu” adlı ani lotereya biletlərinin piştaxtanın siyirməsi açılmaqla oğurlandığını aşkar etmişdir. Daha sonra Şahid1 bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonradan polis əməkdaşlarının apardıqları tədbirlər nəticəsində sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs oğurladığı biletlərin hər bir ədədinin dəyəri 5 (beş) manat təşkil etməklə 62 (altmış iki) ədəd “Göz Muncuğu” adlı ani lotereya biletləri olmuşdur və beləliklə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 310 (üç yüz on) manat dəyərində maddi ziyan dəymişdir. Hadisə zamanı piştaxtanın açarla açılması zamanı siyirmənin kilidinə ziyan dəyməmişdir. Ani lotereya biletləri elə istehsal olunur ki, biletin üzərindəki qoruyucu səth pozulmasa uduş məlum olmadığına görə də oğurlanmış lotereya biletlərində uduşun məbləği barədə məlumatı yoxdur. Daha sonra "xxxx" QSC-yə dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 14 fevral 2024-cü il tarixdən "xxxx" QSC-də satıcı vəzifəsində işləyir. İş qrafiki hər gün saat 10:00- da başlamaqla saat 20:00 radələrinədək davam edir. Onun vəzifəsi "xxxx" QSC-nə məxsus "xxxx" ASC tərəfindən dövriyyəyə buraxılmış ani lotereya biletlərinin satışını həyata keçirməkdən ibarətdir. O, hər gün saat 09:00-da “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən “İntegral Express" QSC-nin lotereya biletlərinin paylanması məntəqəsinə gedib hər bir lotereya növü üzrə dəstəsində 200 ədəd, 100 ədəd və 80 ədəd olan biletləri təhvil alıb təyin olunmuş piştaxtada satışını həyata keçirir. Onun çalışdığı piştaxta "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” stansiyasının piyada keçidində yerləşir. 09 may 2024-cü il tarixdə saat 14:55 radələrində sanitar qovşağına getmək üçün piştaxtanın yanından ayrılmış, həmin vaxt bütün lotereya biletlərini, yəni bir ədədinin dəyəri 1 (bir) manat olan 100 (bir yüz) ədəd “Qızıl” adlı ani lotereya biletlərini, bir ədədinin dəyəri 5 (beş) manat olan 50 (əlli) ədəd “5X” adlı ani lotereya biletlərini, bir ədədinin dəyəri 5 (beş) manat olan 62 (altmış iki) ədəd “Göz Muncuğu” adlı ani lotereya biletlərini və bir ədədinin dəyəri 5 (beş) manat olan 10 (on) ədəd “Dan ulduzu” adlı ani lotereya biletlərini piştaxtanın siyirməsinə qoyub açarla kilidləyib getmişdir. Təxminən 10 dəqiqədən sonra geri qayıtmış və siyirməni açar ilə açıb ani lotereya biletlərini piştaxtanın üzərində yerləşdirilmiş şüşə vitrinə düzmək istəmişdir. Lakin lotereya biletlərinin əskik olduğunu görmüş və buna görə saymağa başlamışdır O, lotereya biletlərini saydıqdan sonra ona məlum olmuşdur ki, 62 (altmış iki) ədəd “Göz Muncuğu” adlı ani lotereya biletləri piştaxtanın siyirməsi açılmaqla oğurlanmışdır. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində onun çalışdığı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 310 (üç yüz on) manat dəyərində maddi ziyan dəymişdir. Ani lotereya biletləri elə istehsal olunur ki, biletin üzərindəki qoruyucu səth pozulmasa uduş məlum olmadığına görə də oğurlanmış lotereya biletlərində uduşun məbləği barədə məlumatı yoxdur. Hadisə zamanı ani lotereya biletlərinin oğurlanmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Binəqədi RPİ-nin 5ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət edilmiş, daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 5-ci PB-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3lə birlikdə xx.xx.2023-cü il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 91 saylı binanın yaxınlığına getmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlarla Binəqədi RPİ-nin 5-ci PB-yə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs imtina etməsə də, narahatçılıq hissi keçirib onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətləri nəzarət altında saxlanılmış, polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Əli Əliyevə həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli dəri çantanın içərisindən 01 ədəd ağ rəngli plastik materialdan olan qabı təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən həmin kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmiş, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəməyədək istintaq zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən şahid Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Cinayət axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Bakı Metropolitenində Polis İdarəsinin təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Samir Axundov tərəfindən verilmiş tapşırığa əsasən, naməlum şəxs və ya şəxslər tərəfindən 09 may 2024cü il tarixdə saat 15 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” stansiyasının piyada keçidində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" məhsullarının pərakəndə satışını həyata keçirmək üçün nəzərdə tutulmuş piştaxtanın siyirməsini açarla açıb qanunsuz olaraq saxlanc yerinə daxil olduqdan sonra siyirmədə saxlanılan bir ədədinin dəyəri 5 (beş) manat təşkil edən 62 (altmış iki) ədəd “Göz Muncuğu” adlı ani lotereya biletlərini gizli olaraq talayıb zərəçəkmiş şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 310 (üç yüz on) manat dəyərində maddi ziyan vurmaqla oğurluq edilmişdir. 13 may 2024-cü il tarixdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətmiş şəxs, yəni Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Əhmədli” stansiyasının keçidində müəyyən edilmiş və həmin oğurluq cinayətini törətməsini etiraf etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis idarəsinə dəvət edilmiş və o, raportla aidiyyəti üzrə rəhbərliyə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri "xxxx" QSC-nin “Memar Əcəmi” stansiyasının yeraltı piyada keçidində yerləşdirilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" biletlərinin satıldığı piştaxta olması müəyyən olunmuşdur (İ cild, i.v.10-13); - “Əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "xxxx" biletlərinin satıldığı piştaxtanın siyirməsini açıb-bağlayarkən təqsirləndirilən şəxs tərəfindən istifadə olunmuş dörd ədəd mebel siyirmələrinin açılması üçün nəzərdə tutulmuş kiçik ölçülü qara rəngli dəstəyə malik olan açarlar Təqsirləndirilən şəxs götürülmüşdür (İ cild, i.v.26); - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.37); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, video görüntüdə hadisənin baş verdiyi zaman, yəni 09 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" QSC-nin “Memar Əcəmi” stansiyasının yeraltı piyada keçidində yerləşdirilmiş "xxxx" məhsullarının pərakəndə satışını həyata keçirmək üçün nəzərdə tutulmuş piştaxtanın siyirməsini açarla açıb qanunsuz olaraq saxlanc yerinə daxil olduqdan sonra siyirmədə saxlanılan lotereya biletlərini ələ keçirməsi və oradan uzaqlaşması müşahidə olunmuş və Təqsirləndirilən şəxs həmin görüntüdə olan lotereya biletlərini oğurlayan şəxsin özü olduğunu qeyd etmişdir (İ cild, i.v.89); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir daha istintaq zamanı vermiş olduğu ifadəsini əyani olaraq təsdiq edərək cinayət törətdiyi yeri göstərmişdir (İ cild, i.v.90-91); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.98-100); - “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, DYNPİ-nin İstintaq və X2 Nəsimi Adil oğlu barəsində olan ********* nömrəli cinayət işi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İstintaq Qrupunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda aparılması üçün Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə göndərilmişdir (İ cild, i.v.123- 124); - “231270012 saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi barədə” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə bir icraatda istintaqı aparılmışdır (İcild, i.v.125-126); - “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.130); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 29, 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, 216-220); - Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin X4 Nəsimi Adil oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi DYNPİ-nin İstintaq və X2 Nəsimi Adil oğlunun Azərbaycan Respublikası CM-nin 29, 180.1ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaqın davam etdirilməsi üçün DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinə göndərilmişdir (İİ cild, i.v.19-20); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsindən DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinə daxil olmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilərək ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmiş və ********* nömrəli cinayət işinin maddəsi Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsindən həmin Məcəllənin 29, 180.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v.25-27); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29, 180.1 və 234.1-ci maddələri ilə təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 18 aprel 2024-cü il tarixədək uzadılmışdır (İİ cild, i.v.79-81); - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət işindən başqa cinayət işi ayrılması və icraata qəbul olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul ediımiş və Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir (İİ cild, i.v.87-96); - “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə” Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsində Azərbaycan Respublikası CM-nin 29, 180.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ləğv edilərək iş üzrə icraat təzələnmiş, cinayət işi əlavə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinə göndərilmişdir (İİ cild, i.v.100-102); - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 13 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (İİ ild, i.v.125-128); - “230040968 saylı cinayət işinin ********* saylı cinayət işi ilə birləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “230040968 saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda istintaqı aparılmışdır (İİ cild, i.v.130-131); - “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İİ cild, i.v.135); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.155); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əlində olan qara rəngli dəri çantanın içərisindən saxladığı bir ədəd ağ rəngli plastmas qabın içərisində bir büküm ağ rəngli, kristal formalı maddəni çıxardaraq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi maddə psixotrop maddə metamfetamindir. Həmin psixotrop maddəni özü üçün istifadə etməkdən ötrü tanımadığı şəxsdən almışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs ağ rəngli, kristal formalı maddənin aşkar edilərək götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülmüşdür (İİ cild, i.v.165-168); - İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5506 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №174» dairəvi möhür əksi, “..3) (imza) Hüseynov N” sözləri, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd plastmas qabın içərisindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,928 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (İİ cild, i.v.173-177); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild, i.v.190); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir (İİ cild, i.v.203-205); - “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,928 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,878 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (İİ cild, i.v.211); - “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əlində olan qara rəngli dəri çantanın içərisindən bir ədəd ağ rəngli plastik materialdan olan qabı təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir (İİ cild, i.v.213); - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 21 oktyabr 2023-cü il tarixli 6897 nömrəli və xx.xx.2023-cü il tarixli 8257 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioldlərin və psixostimulyatorlann birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.215-216, 235-236); - “Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin uzadılması barərə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, xx.xx.2024-cü il tarixdən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmuşdur (İİİ cild, i.v.71-73); - “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə ümumi təmiz çəkisi - 0,928 qram, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,878 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, dörd ədəd mebel siyirmələrinin açılması üçün nəzərdə tutulmuş kiçik ölçülü qara rəngli dəstəyə malik olan açarlar, həmçinin üç ədəd DVD disk maddi sübut hesab edilmiş, cinayət işinə əlavə edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək psixotrop maddə metamfetamin saxlanmasından ötrü X6 Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına, açarlar isə Bakı şəhər BPİ-nin maddi sübutların saxlanılması kamerasına məktubla təhvil verilmişdir (İİİ cild, i.v.95-108); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr üzrə yenidən ittiham elan olunmuşdur (İİİ cild, i.v.110-111); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 204.1-ci maddələri təqsirli blinərək, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Aalyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 08 ay 13 gün vaxrından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.101-103); - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)- 163/2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasl CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması təyin edilmişdir (İ cild, i.v.242-247); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-558/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(002)-163/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti cəza – 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdən 08 yanvar 2023-cü il tarixədək, həmçinin 16 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək, cəmin 04 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla üzərində 03 (üç) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İİ cild, i.v.2-9); - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-18760/2025 saylı məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-558/2023 saylı hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir; - DVD disklərdə olan görüntülərin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, həmin videolarda əks olunan çəkilişlərdə Təqsirləndirilən şəxs "xxxx" QSCnin “Memar Əcəmi” stansiyasının yeraltı piyada keçidində yerləşdirilmiş "xxxx" məhsullarının pərakəndə satışını həyata keçirmək üçün nəzərdə tutulmuş piştaxtanın siyirməsini açarla açıb qanunsuz olaraq saxlanc yerinə daxil olduqdan sonra siyirmədə saxlanılan lotereya biletlərini ələ keçirməsi və oradan uzaqlaşması müşahidə olunur; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq əlində olan qara rəngli dəri çantanın içərisindən bir ədəd ağ rəngli plastik materialdan olan qabı təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, videgörüntülərə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun cinayət əməllərini törətməsini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-558/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-558/2023 saylı saylı hökmü ilə məhkum olunana qədər, Azərbaycan Respublikasl CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə cinayət əməlini isə həmin hökm ilə məhkum olunandan sonra törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar, yəni cinayətlərin məcmusu üzrə, Azərbaycan Respublikasl CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə isə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilən qaydalar, yəni hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 17-ci bəndində göstərilir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza ona CM-nin 66.5-ci maddəsi üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 06 (altı) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay müddət, cəmi 05 (beş) ay 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 21 oktyabr 2023-cü il tarixli 6897 nömrəli və xx.xx.2023-cü il tarixli 8257 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,878 qram psixotrop maddə metamfetamin və iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər BPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan dörd ədəd mebel siyirmələrinin açılması üçün nəzərdə tutulmuş kiçik ölçülü qara rəngli dəstəyə malik olan açarlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza ona CMnin 66.5-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 06 (altı) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay müddət, cəmi 05 (beş) ay 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X6 Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,878 qram psixotrop maddə metamfetamin və Bakı şəhər BPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan dörd ədəd mebel siyirmələrinin açılması üçün nəzərdə tutulmuş kiçik ölçülü qara rəngli dəstəyə malik olan açarlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar