Məhkəmə qərarları › İş №1(006)-551/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-551/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-551/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X2 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 25 oktyabr 2024-cü il tarixdə ittiham aktı tərtib edilərək Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Şəfahət İmranova təqdim edilmişdir. İttiham aktı Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Şəfahət İmranov tərəfindən 25 oktyabr 2024-cü il tarixdə imzalanaraq cinayət işi baxılması üçün Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs onunla təqsirləndirilir ki, o, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid2 2023-cü ilin mart ayının ortalarında istifadəsində olan mobil danışıq nömrəsindən, əvvəlcədən aralarında yaxın tanışlıq münasibətləri olduğu Təqsirləndirilən şəxs Zeynalabdin oğluna zəng edərək, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Zərərçəkmiş şəxs xəstəliyə görə ordu sıralarından tərxis olunmaqla pensiyaya çıxmaq istədiyini, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs hərbi qulluqçunu hər hansı əsasla, o cümlədən xəstəliyə görə pensiyaya çıxmasını təşkil etməyə real imkanlara malik olmadığı halda, maddi çətinlikləri olduğuna görə yaranmış vəziyyətdən istifadə edib özgənin əmlakını ələ keçirib qanunsuz qazanc əldə etməklə öz maddi çətinliklərini həll etmək qərarına gəlmiş və bu məqsədlə, aralarındakı həmin telefon danışığı zamanı gizir Şahid2 vəzifəli tanışlarının köməkliyi ilə kiçik çavuş Zərərçəkmiş şəxs kömək edə biləcəyini deyərək, bu məqsədlə onunla görüşməli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında gizir Şahid2 iştirakı ilə kiçik çavuş Zərərçəkmiş şəxsla Bakı şəhərinin Nəsimi rayonu ərazisində, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı kafedə görüşmüş və orada sonuncuya yaxın tanışı olan, adını bildirmədiyi vəzifəli şəxsin köməkliyi ilə özünün vasitəsi ilə həmin vəzifəli şəxsə ümumilikdə 15000 (on beş min) manat məbləğində pul verilməsi müqabilində İİİ qrup əlil kimi xəstəliklə pensiyaya çıxmasını təşkil edə biləcəyini bildirdikdə, onun dediklərinə inanmış kiçik çavuş Zərərçəkmiş şəxs ilk öncə 9000 (doqquz min) manat məbləğində pul verə biləcəyini, 6000 (altı min) manat məbləğində pulu isə xəstəliklə pensiyaya çıxdıqdan sonra verəcəyini dedikdə təklifini qəbul etmişdir. Bundan sonra, kiçik çavuş Zərərçəkmiş şəxs 05 aprel 2023-cü il tarixdə yaşadığı Göygöl rayonunun Balçılı kəndində qardaşı Şahid3 9000 (doqquz min) manat məbləğində pul verərək, həmin pulu xəstəliklə pensiyaya çıxmasını təşkil edəcəyinə dair vəd vermiş Təqsirləndirilən şəxs çatdırması üçün tanışı Şahid5 təqdim etməsini tapşırmış, qardaşı Şahid3 elə həmin gün saat 21 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı kafedə işləyən Şahid5la görüşüb pulu ona təqdim etmiş, Şahid5 da, həmin gün saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 36a ünvanında, avtomobil yolunun kənarında Təqsirləndirilən şəxsla təklikdə görüşərək həmin 9000 (doqquz min) manat pulu olduğu kimi orada sonuncuya vermişdir. Kiçik çavuş Zərərçəkmiş şəxs 9000 (doqquz min) manat məbləğində pul aldıqdan sonra Təqsirləndirilən şəxs ona yaxın müddət ərzində xəstəliklə bağlı pensiyaya çıxacağına dair vəd vermiş və sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyib, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını (pulu) ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı cinayət işinin aidiyyatı üzrə düzgün olaraq Nəsimi rayon məhkəməsinə göndərildiyini, iş üzrə icraatın dayandırlması və xitam verilməsi, qətimkan tədbirinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar müyyən edilməmişdir, ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmişdir. Məhkəmə baxışı zamanı əlavə sübutlara zərurət yaranarsa onların təqdim edilməsi təmin ediləcəkdir, odur ki, təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Toğrul Məmmədov cinayət işinin aidiyyatının mübahisəli məsələ olduğunu, lakin işin məhkəmə baxışına təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Belə ki, ibtidai istintaq orqanının irəli sürdüyü ittihama görə Zərərçəkmiş şəxs 05 aprel 2023-cü il tarixdə yaşadığı Göygöl rayonunun Balçılı kəndində qardaşı Şahid3 9000 (doqquz min) manat məbləğində pul verərək, həmin pulu xəstəliklə pensiyaya çıxmasını təşkil edəcəyinə dair vəd vermiş Təqsirləndirilən şəxs çatdırması üçün tanışı Şahid5 təqdim etməsini tapşırmış, qardaşı Şahid3 elə həmin gün saat 21 radələrində Bakı şəhərinin Nəsimi rayonu ərazisində, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı kafedə işləyən Şahid5la görüşüb pulu ona təqdim etmiş, Şahid5 da, həmin gün saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 36a ünvanında, avtomobil yolunun kənarında Təqsirləndirilən şəxsla təklikdə görüşərək həmin 9000 (doqquz min) manat pulu olduğu kimi orada sonuncuya vermişdir. Göründüyü kimi ittihamda göstərilən 9000 manat pul təqsirləndirilən şəxsə verilməsi üçün onun tanışı Şahid5 tərəfindən Bakı şəhəri Nəsimi rayonu ərazisində, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı kafedə götürlüməsinə baxmayaraq, qeyd olunan pul vəsaiti Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 36a ünvanında, avtomobil yolunun kənarında çatdırılmışdır. Buradan da görünür ki, təqsirləndirilən şəxsə pul vəsaitinin son olaraq çadırılma yeri Bakı şəhəri Xətai rayonu Babək prospekti 36a ünvanıdır. Məhz bu da təqsirləndirilən şəxsə ittiham olunan cinayət əməlinin Bakı şəhəri Xətai rayonunun inzibati ərazisində törədildiyinə dəlalət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Qeyd olunan Məcəllənin 299.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı, həmçinin məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 76, 77-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materialları ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar