Məhkəmə qərarları › İş №1(006)-553/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-553/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-553/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09.08.2021-ci il tarixdə saat 05:00-da Bakı şəhəri Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə Koveroçkin küçəsinin kəsişməsində olarkən özünü şübhəli apardığından Nəsimi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin 0,112 qram, 0,095 qram, 0,102 qram. 0,080 qram olmaqla ümumilikdə 4 bükümdə şəffaf rəngli selofanın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09.08.2021-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə Koveroçkin küçəsinin kəsişməsində olduğu zaman, polis geyimində olan iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun kimliyi lə bağlı maraqlandıqlarından sonra, onun narkotik vasitənin təsiri alımda olmağından şübhələndiklərini bildirmişlər, onu Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində ona videoçəkilişlə üzərinə şəxsi axtarış aparacaqlarını bildirərək, hüquqlarının müdafiə olunması üçün öz istəyi iiə dövlət hesabına vəkillə təmin olunmuşdur. Bundan sonra xidməti otaqların birində onun, polis əməkdaşlarının iştirakları ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan, mavi rəngli cins şalvarının sol yan cibində "Samsung" markalı mobil telefonunu, arxa sağ cibimdən narkoloji dispanserdə qeydiyyatda olmağı ilə bağlı sənədini və sağ yan cibindən, içərisində 04 ədəd siqaretin gümüşü kağızma bükülmüş, şəffaf rəngli selofanı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi 01 ədəd şəffaf selofanın içərisində olan, siqaretin gümüşü kağızma bükülmüş 04 ədəd bükümlər açılaraq baxıldıqda həmin bükümlərin içərisindəkinin nə olduğunu deməyi təklif olunmuş və o, həmin bükümün içərisində olan ağ kristal şəkilli, maddənin “patı” adalanan psixotrop maddə olduğunu bildirmişdir. Ondan həmin psixotrop maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, o, təxminən 1 həftə əvvəl yəni təxminən 02.08.2021-ci il tarixdə "Semaşkc” adlanan xəstəxananın həyətindən tapdığını, həmin zaman 01 ədəd şəffaf selofanın içərisində təxminən 7-8 ədəd büküm olduğunu və həmin bükümlərdə olan “patı” adlanan psixotrop maddənin bir hissəsini istifadə etdiyini, qalan 04 bükümü isə istifadə etmək üçün saxlayaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçıların və onun iştirakı ilə çəkiliş zamanı təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş 04 ədəd bükümlə içərisində ağ rəngli kristal şəkilli maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, 09.08.2021-ci il tarixdə polis bölməsinə gətirildiyi və polis bölməsində olduğum zaman ona qarşı heç bir zorakılıq olmamışdır. O, əvvəllər cinayət törətsə də, hazırda bundan başqa heç bir cinayət əməli törətmədiyini bildirmişdir. O, uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddədən istifadə etdiyindən “Semaşko" adlanan xəstəxananın həyətindən tapdığı psixotrop maddəni öz şəxsi istifadəsi üçün cibinə qoymuşdur. Kiməsə satmaq niyyəti olmamışdır. O, həmin psixotrop maddə metamfetamini 02.08.2021-ci il tarixdə "Semaşko" adlanan xəstəxananın həyətindən tapmış, həmin zaman 01 ədəd şəffaf selofanın içərisində təxminən 7-8 ədəd büküm olmuşdur və həmin bükümlərdə olan patı adlanan psixotrop maddənin bir hissəsini istifadə etmiş, qalan 04 bükümü isə şəxsi istifadə etmək üçün saxlayaraq üzərində gəzdirmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-də polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 09.08.2021-ci il tarixdə saat 05:00-da AP 6264 çağırışlı avtopatrulun 12 saylı marşurutda onunla birlikdə xidmət aparan Nəsimi RPİ-nin PPXB-nm polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə Koveroçkin küçəsinin kəsişməsində bir nəfər tanımadıqları şəxsin davranışları diqqətlərini cəlb etmişdir. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşaraq kimliyini maraqlandıqları zaman onun qeyri-səlis danışıq və davranışları bundan başqa narkotik vasitələrin təsiri altında olması şübhəsi yarandığı üçün həmin şəxsi Nəsimi RPİ-nin 21-ci PB-nə dəvət etmişlər. Bundan sonra həmin şəxslə birlikdə Nəsimi RPİ- nin 21-ci PB-nə gəlmişlər. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxs X5r. Nəsimi RPİ-nin 21-ci PB-ııin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Eldar oğlunun üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd büküm olan şəffaf rəngli sellofan çıxararaq masanın üzərinə qoymuş, bundan əlavə R.Scyidov sol cibindən “Samsung” markalı mobil telefonu və əynində olan şalvarın arxa cibindən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi’" publik hüquqi şəxsi X4 İştirakçısına verilən sertifikat 102/21 çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs sağ yan cibindən çıxardaraq təqdim etdiyi içərisində siqaretin gümüşü kağızına bükülmüş 04 ədəd büküm olan şəffaf rəngli sellofanın içərisindən həmin bükümlər çıxarılaraq açılıb içərilərinə baxıldıqda, ağ rəngli kristal şəkilli maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması sual edildikdə Təqsirləndirilən şəxs həmin maddələrin “Patı” adlanan psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddəni əldə edildiyi sual edildikdə, bir müddətdir ki, həmin maddədən istifadə etdiyini, həmçinin həmin maddəni təxminən b:r həftə əvvəl 1 saylı X10 həyətindən 7-8 ədəd büküm tapdığını və həmin bükümlərdən bir neçəsini istifadə etdiyini, qalan hissəsini isə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində “Patı” adlanan 04 ədəd bükülüdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, 189 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilən zaman ona qarşı heç bir müqavimət göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-də polis nəfəri Şahid2 ondan əvvəl şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən “Patı” adlanan 04 ədəd büküm olan şəffaf rəngli sellofan çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işinin 22-ci vərəqəsində olan 09 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 103-107-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 avqust 2021-ci il tarixdən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 173-174-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 52-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli, 6/3375 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,112 qr, 0,095 qr, 0,102 qr, 0,080 qr, ümumi təmiz çəkisi 0,389 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 0,389 qram olmuş, tədqiqata 0,12 qram sərf edilmiş, 0,269 qram qalıq qalmışdır. Cinayət işinin 127-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi əlavə məhkəmə-kimyəvi ekspertizasının 23.08.2021-ci il tarixli, 6/3456 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4(dörd) ədəd bükümlərdəki metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. İlkin təhqiqat zamanı vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdəki metamfetaminin ayrı ayrılıqda və ümumi təmiz çəkisi 09.08.2021-ci il tarixli, 6/3375 saylı ekspert rəyində göstərilmişdir. Qeyd: Ekspertiza tədqiqatı zamanı metamfetaminin təmiz çəkisi 0,269 qram olmuş, tədqiqata 0,04 qram sərf edilmiş, 0,229 qram qalıq qalmışdır. Cinayət işinin 58-ci və 128-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların ümumi dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 139-145-ci vərəqələrində olan 06 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 04 (dörd) ədəd bükümdə təmiz çəkisi 0,389 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və şəxsi axtarışın gedişatını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 sentyabr 2021-ci il tarixli, 3485 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 113-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 avqust 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci və 66,3-cü maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.04.2018-ci ildə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 177.2.4-cü maddə xaric olunub, cəza müddəti dəyişməyib, 25.05.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 5 ilə endirilmiş və 09 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 120-126-cı vərəqələrində olan hökmdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci və 66,3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPl-nin 21-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt o, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd büküm olan şəffaf rəngli sellofan çıxararaq masanın üzərinə qoyur, bundan əlavə o, sol cibindən “Samsung” markalı mobil telefonu və əynində olan şalvarın arxa cibindən “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi X4 İştirakçısına verilən sertifikat 102/21 çıxararaq masanın üzərinə qoyur. Sonra isə Təqsirləndirilən şəxs sağ yaıı cibindən çıxardaraq təqdim etdiyi içərisində siqaretin gümüşü kağızına bükülmüş, 04 ədəd büküm olan şəffaf rəngli sellofanın içərisindən həmin bükümlər çıxarılaraq açılıb içərilərinə baxıldıqda, ağ rəngli kristal şəkilli maddə olduğu məlum olur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması sual edilir və o, cavab olaraq həmin maddələrin narkotik maddə olan “Patı” adlanan psixotrop maddə olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir qanunsuz əşya vs ya predmet aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci və 66,3-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.05.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəza müddəti 5 ilə endirilmiş və 09.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, iki il keçmədən, yəni 09 avqust 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 avqust 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 18 sentyabr 2021-ci il tarixli, 3485 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalmış 0,229 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 228 (iki yüz iyirmi səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili H.Ə.Talıbova istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X7 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar