Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-559/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 02 iyun 2025-ci il tarixdə saat 16 radələrində usta işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 8 ünvanınde yerləşən «Royal Park» yaşayış kompleksində paltardəyişmə otağında olarkən digər şə<slərin olmadığı şəraitdə iş yoldaşı Zərərçəkmiş şəxs otaqda qoyduğu şalvarı ıın cibindəki pul qabından sonuncuya məxsus "Unibank” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Leobank’’a aid elektron məlumat daşıyıcısı hesab edilən 5411-2493-1257-3835 nömrəli bank kartını gizli götürüb, qeyd olunan bank kartından vahid niyyətlə əıatə olunan qəsdlə həmin gün saat 18:37-də ünvan 4 ünvanında quraşdırılmış «X7» ASC-yə məxsus bankorr atdan komissiya haqqı ilə birlikdə 510 manat, saat 18:42-də komissiya haqqı ilə birlikdə 510 manat, saat 18:50-də komissiya haqqı ilə birlikdə 1020 manat pulları nağdlaşdırmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2040 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər heç vaxt məhkum olunmamış, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Təxminən 2-3 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yol 8 ünvanında yerləşən «Royal Park» yaşayış kompleksində fəhlə işləyir, mənzillərin təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs da elə həmin yerdə işləməyə başladığı vaxtlar tanımış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs işlədikləri yerdə çox adama pul lazım olduqda verdiyindən sonuncunun «Leobank» bank kartında pul olduğunu bilmişdir. 02 iyun 2025-ci il tarixdə, saat 16 radələrində işdə olarkən hamının paltarlarını dəyişdiyi otaqda olan zaman heç kimin olmadığından istifadə edib Zərərçəkmiş şəxs şalvarının cibindəki pul kisəsindən «Leobank» bank kartını götürmüş və cibinə qoymuşdur ki, həmin bank kartından sonradan pul çıxarsın. Daha sonra hərkəs çay içmiş və o, axşam saat 17:45 radələrində işdən çıxıb Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığına gəlmişdir. Orada bankomata yaxınlaşıb Zərərçəkmiş şəxs məxsus bank kartını bankomata daxil etmiş və Zərərçəkmiş şəxs təvəllüdünü bankomatda qeyd etmişdir ki, bəlkə bank kartının kodu Zərərçəkmiş şəxs təvəllüdü olar. Zərərçəkmiş şəxs təvəllüdünü, yəni 1967 rəqəmlərini yığmış və görmüşdür ki, bank kartının kodu elə Zərərçəkmiş şəxs təvəllüdüdür. Daha sonra o, bankomatdan 500 manat, 500 manat, 1000 manat olmaqla ümumilikdə 2000 manat pul çıxartmışdır. Daha sonra o, həmin puldan 20 manatını xərcləmişdir. Sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb bank kartının oğurlandığını və bank kartından 2000 manat pul çıxarıldığını dedikdə, o, əvvəlcə bundan məlumatının olmadığını bildirmiş, lakin bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs zəng vurub qeyd olunan əməli özünün törətdiyini etiraf etmiş və İbrahimlə görüşməyi razılaşmışlar. Daha sonra polis əməkdaşları onu saxlayaraq 19-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə getdikdən sonra o, izahat vermiş, sonra Zərərçəkmiş şəxs bank kartını və həmin bank kartından çıxartdığı puldan qalan 1980 manatı da çıxarıb təqdim etmişdir. O, Zərərçəkmiş şəxsla birlikdə işləyirlər və sonuncu işlədikləri şəxslərə həmişə bank kartı ilə pul verdiyini gördüyü üçün İbrahimin bank kartında pul olduğunu bilmişdir. İbrahimin təvəllüdünün 1967 olduğunu bilmişdir. Çox adam şifrə olaraq təvəllüdünü təyin etdiyi üçün o, düşünmüşdür ki, yəqin ki, İbrahimdə bank kartına şifrə olaraq təvəllüdünü qoymuş, buna görə də bankomatda İbrahimin təvəllüdünü yazdıqda bank kartına daxil olmuşdur. Hadisə ilə bağlı hər hansı bir şəxsə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödədiyini, sonuncu ilə barışıq əldə etdiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də santexnik işləyir. Şirkət tərəfindən hər hansı bir yaşayış komplekslərində iş olanda o, gedib həmin işi şirkət adından görür. Təxminən bir il olar ki, «Royal Park» yaşayış kompleksində tikilən binalarda santexnik işləri görür. Hər gün həmin yaşayış kompleksinə getməsə də, təxminən 1 və ya 2 gündən bir oraya gedib işləri görür. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, tanımış, onunla münasibətləri həmişə yaxşı olmuşdur, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Rafiq son 2 3 il olar ki, «Royal Park» yaşayış kompleksində tikilən binalarda mənzillərin təmir olunmasında fəhlə kimi işləyərək pul qazanmışdır. «Royal Park» yaşayış kompleksində fəhlə və ustaların geyinmə otağı vardır ki, həmin otaqda hamı paltarlarını dəymişmişdir. 02 iyun 2025-ci il tarixdə səhər saatlarında «Royal Park» yaşayış kompleksinə gedərək, görməyə başlamış, həmin vaxt əynini dəyişib iş paltarlarını geyinmişdir. Həmin gün axşam saat 17:45 radələrində iş paltarlarını çıxarıb çöl paltarlarını geyinmiş və Təqsirləndirilən şəxsla birlikdə işdən çıxıb yaşadıqları evə getmişlər. Həmin vaxt avtobusla getmişlər. O, inşaatçılar ərazisində düşmüş, Təqsirləndirilən şəxs isə yaşadığı Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası istiqamətində getmişdir. O, evinə gedərkən yolda saat 18:40 radələrində ona məxsus mobil telefonda quraşdırdığı «Leobank» mobil tətbiqinə smslər gəlməyə başlamış və o, baxdıqda görmüşdür ki, bank kartından pullar çıxarılmışdır. O, tez bank kartını bloklamışdır. Dana sonra baxdıqda bank kartından ümumilikdə faizi ilə birlikdə Nəsimi rayonu ərazisindən 2040 manat pul çıxarılmışdır. O, Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs yaşadığını bildiyi üçün ilk əvvəl sonuncuya zəng vurmuş və baş verənlər barədə məlumat verdikdə Rafiq bundan məlumatlı olmadığını demişdir. Daha sonra o, Təqsirləndirilən şəxs polisə müraciət edəcəyini demiş və Təqsirləndirilən şəxs da bir daha bank kartından pulların çıxarılması ilə bağlı məlumatının olmadığını demişdir. Bundan sonra o, DİN «102» xidmətinə məlumat vermiş, daha sonra isə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət olunmuşdur. O, 19-cu Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs ona zəng vurub bildirmişdir ki, guya ona məxsus pulu tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs da polis şöbəsinə dəvət olunmuş və orada məlum olmuşdur ki, bank kartını Təqsirləndirilən şəxs oğurlamış, pulları çıxartmış, pulun üstündən də 20 manat xərcləmişdir. Düşünür ki, o, ilk dəfə Təqsirləndirilən şəxs zəng vurub polisə məlumat verəcəyini dedikdə, sonuncu əvvəlcə etiraf etməsə də, sonradan tutulacağından qorxduğu üçün polis şöbəsində olarkən ona zəng vurub yalandan guya pulu tapdığını bildirmişdir. Onun bank kartının şifrəsi 1967dir. Bank kartının dəyəri olmamış, həmin bank kartını pulsuz almışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda o, təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini, cəza təyin edildiyi təqdirdə ən yüngül cəza seçilməsini xahiş etdi. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “baxış keçirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005 ünvanıdır (i.v. 5-8); “təqdim edilmiş maddi sübutun götürülməsi barədə” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 02 iyun 2025-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 02 iyun 2025-ci il tarixdə özünə məxsus olan “Leobank” kartından 2040 manat pulunun naməlum şəxs tərəfindən Nəsimi rayonu Cavadxan küçəsində yerləşən bankomatdan çıxarıldığını aşkar etmişdir. Zərərçəkmiş şəxs 2040 manat pulunun oğurlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 19-ci PŞ-də inzibati otaqda yuxarda qeyd olunan 2040 manat puldan 10 ədəd 100 manatlıq pul əskinası, 18 ədəd 50 manatlı pul əskinasını və 4 ədəd 20 manatlı pul əskinasını (ümumilikdə 1980 manat) könüllü olaraq təqdim etmiş və həmin pul əskinasları Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru Nicat Abdullayev tərəfindən götürülərək qablaşdırılmışdır (i.v. 17-18); “şübhəli şəxsin tutulması haqqında” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə, saat 14:00-da Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 34); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 41); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 48-49); “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsinə dair” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq, onun saxlanıldığı Nəsimi RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilməsi qərara alınmışdır (i.v. 56-57); Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 61); “götürmə aparılması və baxış keçirilməsi haqqında” 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi çıxarışlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 5411-2498-1257-3835 nömrəli bank kartından 02 iyun 2025-ci il tarixdə saat 18:37-də komissiya haqqı ilə birlikdə 510 manat, 02 iyun 2025-ci il taixdə saat 18:42-də komissiya haqqı ilə birlikdə 510 manat, 02 iyun 2025-ci il tarixdə saat 18:50-də komissiya haqqı ilə birlikdə 1020 manat pul nağdlaşdırılmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqdim etdiyi çıxarışlarda olan pullar məhz Təqsirləndirilən şəxs tərəfindən onun bank kartından çıxarılmış pullar olduğunu bildirmişdir (i.v. 64); Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş ona məxsus olan bank kartı və ona dəymiş 2040 manat maddi ziyan ona tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur (i.v. 68); “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi bank çıxarışlarının, Təqsirləndirilən şəxs təqdim etdiyi 1980 manat pul, 01 ədəd bank kartının cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınması, 1980 manat pul ilə bank kartının zərər çəkmiş şəxsə qaytarılması, çıxarışların isə iş materiallarında saxlanılması nəzərə alınması qərara alınmışdır (i.v. 75-87); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı şikayəti, tələbi yoxdur. Barəsində cəzanın verilməməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, AR CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:05-də Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə saat 16:00-da Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Zaur Tağıyevin qərarı ilə azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncuya vurulmuş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, şübhəli şəxsin tutulması haqqında” 03 iyun 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə, saat 14:00-da Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 04 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir və o, saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:05-də Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuş, xx.xx.2025-ci il tarixdə saat 16:00-da Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Zaur Tağıyevin qərarı ilə azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 24 saatdan artıq tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, yuxarıda qeyd olunan hallar mütləq nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır (CPM-198.1). İş üzrə maddi sübut olan – Zərərçəkmiş şəxs təqdim etdiyi bank çıxarışları iş materiallarında saxlanılmalıdır İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs təqdim etdiyi 1980 manat pulun və 01 ədəd bank kartının zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 4 (dörd) gün müddət çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan –Zərərçəkmiş şəxs təqdim etdiyi bank çıxarışları iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs təqdim etdiyi 1980 manat pulun və 01 ədəd bank kartının zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-559/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-559/2025
10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver