Məhkəmə qərarları › İş №1(006)-56/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-56/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-56/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Naxçıvan MR-sı, Babək şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə saat 01:00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə Abdulvahab Salamzadə küçələrinin kəsişməsində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununur. 65-ci maddəsinin 3-cü hissəsinin (4.1.1 "Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərini pozaraq, yəni sola doğru dönmə əməliyyatını qadağan edən yol nişanının qoyulmasına əhəmiyyət vermədən və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib 30 km/saat sürətlə hərəkətim davam etdirməklə yolayrıcına daxil olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə hərəkətdə olan və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili icazə verilən maksimum 60 km/saat sürətdən artıq sürətlə idarə edərək hadisənin carşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib hərəkətini davam etdirən sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi "Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 odlunun sağdan 2,3,4 qabırğaların yerdəyişmiş sınığı, sağ ağciyərin əzilməsi, sağ tərəfi zirvə pnevmatoraks, sağ mil sümüyünün postravmatik əzilməsi, sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ əlin bükücli vətərinin zədələnməsi ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 o&lunun daxili qanaxma ilə müşayət olunan nazik bağırsağın müsariqəsinin çoxsaylı partlamaları, siqmavari bağırsağın cırılması kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almalarına, Zərərçəkmiş şəxs1 isə baş beyin toxuması, qişaları altına, mədəciklərinə qansızına, sağ budun qapalı, yerdəyişmiş sınığı, sağ qaşın əzilmiş yarası, sağ gicgah-alın, burun, sol said, sağ baldır, sol dirsək oynağı nahiyələrinin, sağ əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sol yarsının, hər iki budun və hər iki baldırın qançırları kimi həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması ilə əlaqədar baş beyinin əzilməsi, beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar nəticəsində hadisə yerində ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 25 aprel 2023- cü il tarixdə saat taxminən 23:00-24:00 radələrində ona olunmuş sifarişə əsasən idarə etdiyi "Kamaz 5511" markalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobili ilə yeni tikilməkdə olan "xxxx" MMCyə aid binanın həyətində idarə etdiyi avtomobilə torpaq yüklənmiş, o isə həmin torpaq kütləsini Yasamal rayonu ərazisində olan "xxxx" MMC-ya məxsus digər binanın həyətinə aparmaq üçün xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində idarə etdiyi avtomobillə Yasamal rayonu istiqamətində C.Səlimov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətinə hərəkət edərkən, "Papanin" hospital deyilən tibb mərkəzinin qarşısından keçib qarşıdakı svetafordan Abdulvahab Salamzadə küçəsinə dönmək qərarına gəlmiş ki, həmin küçə ilə «Qələbə» dairəsi istiqamətinə hərəkət etsin. O, svetaforun yaşıl işığında sol tərəfə dönmə əməliyyatını həyata keçirmək üçün sol xəbərdar edici işıq siqnalını yandırmış və svetaforun yaşıl işığında dönmə əməliyyatını hayata keçirmək üçün hərəkət etməyə başlamışdır. Dönmə əməliyyatını həyata keçirmək istəyərkən 3-cü mikrorayon dairəsi istiqamətindən C.Səlimov küçəsi ilə avtomobilin hərəkət etdiyini görmüş, qaranlıq olduğu üçün avtomobilin markasını bilməmiş, sadəcə avtomobilin işıqlarını görmüşdür. Həmin avtomobil ilə aramısındakı məsafənin təxminən 100 metr və yə daha artıq olduğundan, mən düşünmüşdür ki, həmin avtomobil o yaxınlaşana qədər dönmə əməliyyatını həyata keçirib, A.Salamzada küçəsinə keçə bilər. Buna görə də idarə etdiyi "Kamaz 5511" markalı “** BH ***” dövlət nömrə nişanlı yük avtomobilinin sürətini aşağı salaraq dönmə əməliyyatını hayata keçirib, A. Salamzadə küçəsinə doğru hərəkət etmişdir. Bu vaxt C.Səlimov küçəsi ilə hərəkət edən avtomobilin yüksək sürətlə ona yaxınlaşdığını görmüş, dərhal idarə etdiyi "Kamaz 5511" markalı ** BH *** dövlət nömrə nişanlı yük avtomobilin sürətini maksimum artırmağa cəhd edərək A.Salamzada küçəsinə olan hərəkətini tamamlamaq istəmişdir. Lakin C.Səlimov küçəsi ilə hərəkətdə olan avtomobilin sürəti çox olduğu üçün toquşma qaçılmaz olduğundan, onun idarə etdiyi avtomobilin arxa tərəfinə çırpılmış, idarə etdiyi "Kamaz 5511" markalı yük avtomobilin ön hissəsi A.Salamzada küçəsinə daxil olmuşdur. O, dərhal avtomobildən düşmüş, onun avtomobilinə çırpılan avtomobilə yaxınlaşmış, həmin avtomobilin qara rəngli “Lada Priora” markalı **-CV-*** sövlət nömrə nişanlı avtomobil olduğunu, sürücü və sərnişinlərin xəsarət aldıqlarını görmüşdür. Dərhal ətrafdan keçən insanları səsləyərək köməyə çağırmışdır. Bundan sonra TTYS-in 103 qaynar xəttinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermiş, təcili tibbi yardım avtomobili göndərmələrini bildirmiş, qısa müddət sonra TTYS avtomobili gəlmiş və hadisə yerinə toplaşan insanların köməyi ilə xəsarət alan şəxsləri avtomobildən çıxarmışlar və onları təcili yardım avtomobili ilə X13 aparmışlar. Həmin gecə səhərə yaxın o, avtomobildə olan sərnişinlərdən birinin vəfat etdiyini öyrənmişdir. O, hadisədən qabaq özünü yaxşı hiss etmiş, hadisə baş verən günü nəqliyyatdakı vəziyyət və digər gərgin hallarla bağlı sarsıntı keçirməmiş, ümumiyyətlə spirtli içki qəbul etmir, hadisə zamanı da spirtli içki içməmişdir, dönmə əməliyyatını hayata keçirməzdən əvvəl C.Səlimov küçəsi ilə hərəkətdə olarkən sürəti təxminən 60-70 km/saat olmuş, dönmə əməliyyatını hayata keçirə bilmək üçün idarə etdiyi "Kamaz 5511" markalı avtomobilin sürətini azaldaraq təxminən 30 km/saat sürətə salmış, lakin təhlükənin yarandığını hiss edən kimi avtomobilin sürətini maksimum artırıb A.Salamzada küçəsinə keçməyə cəhd etmişdir. Gecə olduğu üçün yol süni işıqlarla işıqlandırılmış, toqquşduğu avtomobililə arasında olan məsafə 100 metrdən artıq olduğundan, həmin avtomobilin işıqlarını görə bilmiş, hadisə zamanı hərəkətin intensivliyi normal olmuş, yolda tıxac olmamış, təhlükə yaranan zaman onun dönmə əməliyyatını həyata keçirdiyi vaxt olmuşdur. Həmin vaxt artıq avtomobilin son dərəcə yaxınlaşdığını və qəza şəraiti yaratdığını görmüşdür. Təhlükə yaranan vaxt onlar arasında məsafə təxminən 20-30 metr olmuşdur. “Lada Priora” markalı avtomobilin sürəti çox olduğu üçün məlum hadisənin qarşısını ala bilməmiş, toqquşmadan yayınmaq üçün avtomobilin sürətini maksimum artırıb A.Salamzada küçəsinə keçməyə cəhd etmişdir. Həmin vaxt yolun hərəkət zolaqları boş və normal vəziyyətdə olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olsalar da, məhkəmə iclasında iştirak etməmişlər. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də ona qarşı şikayət və tələbinin olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 teleqramla müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinin 64-65-ci vərəqlərində olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 istintaqa verdiyi ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur, Zərərçəkmiş şəxs1 xx.xx.2002-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, ali təhsilli idi, subay olsada nişanlı idi, heç bir xroniki xəstəliyi olmadığı, Lada 217050 markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Pərvinə məxsus olduğunu, Pərvin Bakı şəhərində yaşayaraq “Lada 217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 26 aprel 2023-cü il tarixdə gecə saat 4 radələrində o, yaşadığı Bərdə rayonunda evdə olarkən adını xatırlamadığı Pərvinin dostu ona zəng vuraraq, Pərvinin avtomobilinin Kamaz markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşma nəticəsində avtomobildə olan sərnişinlərin xəsarət aldığı və Pərvinin vəfat etdiyini demiş, o, dərhal Bakı şəhərinə gəlmiş, oğlu Zərərçəkmiş şəxs1 isə artıq Ekspertizada olduğunu, hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, Pərvinin avtomobilini dostu Zərərçəkmiş şəxs2 idarə etmiş, Pərvin isə ön sərnişin oturacağında əyləşmiş, arxa oturacaqda isə Emin və Fərid adlı şəxslər əyləşmişlər, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov ilə, A.Salamzadə küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz markalı **- BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşduğunu, sürücülərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 258-259-cu vərəqlərində olan Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsindən görünür ki, o, Bərdə rayonu, Divanlı kəndində ailəsi ilə birgə yaşayır. O, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Belə ki, xx.xx.2023-cü ildə saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dayısı qızının toyuna getmişdir, toyda olarkən dostu Pərvin ona zəng etmiş, kafedə olduğunu, dostları Fərid və Emillə birlikdə pivə içdiyini, buna görə özünə məxsus “Lada Priora” markalı “**-CV-***" dövlət qeydiyyat nişanlı avtomobili idarə edə bilməyəcəyi üçün onların əyləşdiyi kafeyə gedərək Pərvinə məxsus “Lada Priora” markalı “77-CV- 267" dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi xahiş etmiş, o isə cavabında evə getdiyində bu barədə danışacağını demişdir. O, evə getdikdən sonra yorğun olduğu üçün gələ bilməyəcəyini demiş, lakin Pərvin bir daha xahiş etdikdən sonra, o da etiraz etməyərək Pərvin, Fərid və Emili kafedən götürmək üçün taksiyə minərək onların olduğu ünvana getmişdir. Kafeyə çatdıqdan sonra o, Pərvinə məxsus avtomobilin açarını götürərək avtomobildə sükan arxasında, Pərvin ön sərnişin oturacağında, Fərid və Emil isə arxa sərnişin oturacaqlarında əyləşmişlər. O, avtomobili işə salaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsi istiqamətində hərəkətə başlamış, 3-cü mkr dairəsi istiqamətini keçib, Hərbi Hospital istiqamətində hərəkətə keçdikdən sonra nə baş verdiyini xatırlamadan, ayıldığında xəstəxanada olduğunu, sağ ayağından və sağ qolundan və qabırğalarından xəsarət aldığını görmüşdür, ona xəstəxanada məlum olmuşdur ki, idarə etdiyi “Lada Priora” markalı “**-CV-***" dövlət qeydiyyat nişanlı avtomobilin “Kamaz 5511” markalı “**-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılmış, Pərvin hadisə yerində vəfat etmiş, Fərid və Emin isə bədən xəsarətləri aldıqlarını öyrəndiyini bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində yaşadığı ünvan 1 ünvanda olarkən, dostu Zərərçəkmiş şəxs1la zəngləşərək, onların məhəlləsində görüşmək qərarına gəlmişlər. Təxminən 10-15 dəqiqə sonra Pərvin idarə ediyi "Lada Priora" markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmiş və oradan birlikdə Nəsimi rayonu, Şamaxinka adlanan yerdə yerləşən adım bilmədiyi bir kafeyə pivə içməyə getmişlər. Həmin kafedə pivə içib istirahət edərkən, dostu Emin Sadiqov zəng edərək harada olduğunu soruşmuş, Zərərçəkmiş şəxs3 kafedə olduğunu və Eminində ora gəlməsini söyləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Emin də həmin kafeyə gəlmiş, lakin spirtli içki içməmişdir. Pərvin və o, spirtli içki qəbul etdiklərinə görə Pərvin avtomobili idarə etmək üçün ümümi dostları olan Zərərçəkmiş şəxs2 zəng etmiş və özünə məxsus «Lada Priora" markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onlan evə aparmasını söyləmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Hümmət onların oturduğu kafeyə gələrək, təxminən 40 dəqiqə onlarla oturaraq spirtli içki qəbul etməmiş, saat 01 radələrində Pərvin, Hümmət, Emin və Fərid birlikdə həmin kafedən çıxmışlar, Hümmət "Lada Priora" markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağında, Pərvin ön sərnişin oturacağında, Fərid və Emin isə arxa sərnişin oturacaqlarında əyləşmişlər, Hümmət avtomobili işə salaraq Bakı şəhəri, Nəsimi rayonu, 3mkr dairəsi istiqamətinə hərəkətə başlamış, 3-mkr dairəsini keçib Hərbi hospital istiqamətində hərəkətdə olarkən qarşıda yerləşən körpüyə çatarkən qəfildən Kamaz markalı avtomobilin hərəkətdə olduqları yolda döndüyünü və həmin avtomobilə çırpılacaqlarını görmüş, o uca səslə "kamaza girdik" demiş və olduqları avtomobil kamaza çırpılmışdır, nəticədə o, Pərvin, Emin və Hümmət xəsarat aldığını görmüşdür. Bir neçə dəqiqədən sonra təcili yardım avtomobili gəlmiş, onlan xəstəxanaya aparmışlar. O, qarın nəhiyyəsindən bağırsağından xəsarat almış, xəstəxanada olarkən sərnişini olduğu “Lada Priora” markalı avtomobil ilə “Kamaz 5511” markah “**-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində. Pərvin hadisə yerində vəfat etmiş, Eminin isə bədən xəsarətləri aldığını öyrənmişdir. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid Təqsirləndirilən şəxs ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 4-9-cu vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26 aprel 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi ilə Ə.Salamzadə küçəsinin kəsişməsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 17 metr, hərəkət zolaqlarının sayı 5 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa beton səki yolayırıcısı və 1.3 üfiqi nişanlanma xətti, bir istiqamə 3, digər istiqamət 2 hərəkət zolağın 1.5 üfiqi nişanlanma xətləri ilə bölünmüşdür. “Kamaz” markalı nəqliyyat vasitəsi ilə “Lada” markalı avtomaşının toqquşma yeri yolun sağ kənarından 2 metr məsəfədədir. Cinayət işinin 32-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “VAZ-217050” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil – qara rəngli, qabaq sağ qapısı əzilmiş, şüşəsi sınmış. Qabaq sağ təkəri boşalmış. Kapotunun sağ qabaq hissəsi batmışdır. Avtomobilin qabaq oturacaqları sınmış vəziyyətdədir. Avtomobilin alın şüşəsinın sınmış hissələri avtomobilin qabaq oturacağına səpilmiş vəziyyətdədir, sükanı qırılmış, hava şarı açılmışdır. Cinayət işinin 37-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil qara rəngdədir, avtomobil işlək vəziyyətdədir, avtomobil başqa hər hansısa bir hissəsi zədələnməmişdir. Avtomobilin üzərində olan əzilmə izləri avtomobilin hərəkətdə olan “Lada-217050” maşını ilə toqquşması halına uyğun gəlir. Cinayət işinin 89-cu vərəqində olan “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə gecə vaxtı saat 01:36:02-də “Lada 217050” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ilə həmin küçənin Abdulvahab Salamzadə küçəsi ilə kəsişdiyi istiqamətində, yəni küçələrin kəsişdiyi yerdə yerləşən körpü istiqamətində digər avtomobillərə nisbətdə yuxarı sürətdə hərəkətdə olarkən küçələrin kəsişdiyi hissədə dönmə hərəkətini yetirib “Qələbə” dairəsi istiqamətində hərəkətə başlayan “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinin qabaq təkərinə çırpılmışdır. Cinayət işinin 105-107-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 67 nömrəli rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızına; -sağ budun qapalı, yerdəyişmiş sınığı; -sağ qaşın əzilmiş yarası; -sağ gicgahalın, burun, sol said, sağ baldır, sol dirsək oynağı nahiyələrinin, sağ əlin arxa səthinin sıyrıqları; -döş qəfəsinin sol yarsının, hər iki budun və hər iki baldırın qançırlar. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər bərk küt əşyanin (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb başm küt travması nəticəsində baş neyinin əzilməsi, beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. İkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (müayinə xx.xx.2023-cü il tarixdə saat 10:00-da başlamışdır) təxminən 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 109-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 114-116-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 526 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş müəyyən xəsarətlər - daxili qanaxma ilə müşayiət olunan nazik bağırsağın müsariqəsinin çoxsaylı partlamaları, siqmavari bağırsağın cırılması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin olmaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 117-119-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 525 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sağdan 2,3,4 qabırğaların yerdəyişmiş sınığı, sağ ağciyərin əzilməsi, sağ tərəfi zirvə pnevmatoraks, sağ mil sümüyünün postravmatik əzilməsi, sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ əlin bükücü vətərinin zədələnməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 141-143-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2023-cü il tarixli, 8/1719 nömrəli rəyindən görünür ki, “Kamaz 5511” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 3-cü hissəsinin (4.1.1 “Düzünə hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 213-cü vərəqində olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11400860 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü 1 azyaşlı övladı vardır. Cinayət işinin 214-cü vərəqində olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü 1 azyaşlı övladı vardır. Cinayət işinin 215-ci vərəqində olan Təqsirləndirilən şəxs məxsus İ-15447 nömrəli, İ- 37843 nömrəli, İ-3193 nömrəli və 1541 nömrəli Azərbaycan Respublikası medallarının vəsiqələrinin surətindən görünür ki, o, müvafiq olaraq “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Şuşanın azad olunmasına görə” və “Şücaətə görə medalları ilə təltif edilmişdir. Cinayət işinin 237-245-ci vərəqlərində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə maddi sübut kimi tanınması, “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin X2, “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə X1 nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramdan görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını, Vətən müharibəsinin iştirakçısı olmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Kamaz 5511” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – “Lada 217050” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin X6 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar