Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-56/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçilər – Bakı şəhəri “PRO BONO” vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işsiz, orta təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 8, mənzil 13 ünvanında qeydiyyatda olan, barəsində “həbs" qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1994-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işsiz, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 42A ünvanında qeydiyyatda olan, barəsində “həbs" qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 17 iyul 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə ictimai yer hesab edilən ünvan 1 ünvanın qarşısı ilə piyada hərəkətdə olan zaman həmin ünvanın qarşısında arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə skamyada əyləşmiş Zərərçəkmiş şəxs1 yaxınlaşıb hansı səbəbdən gecə saatlarında binanın qarşısında oturduqlarını soruşmaqla sonuncu ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə ikin olaraq Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyələrindən qəsdən yumruq zərbələri vuraraq ona burunun qığırdaq hissəsinin sümük hissəsinə keçid nahiyəsində posttravmatik xarakterli aralanma ilə müşayiət olunan sağ gözaltı-almacıq-burun nahiyəsinin dərialtı hematoması, alın, sol bazu oynağı, nahiyələrinin və sol bazunun qançırları, sağ dirsək oynağı nahiyəsinin və sol əlin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, o isə Zərərçəkmiş şəxs2 zor təbiq edib qəsdən şillə ilə sonuncunun üz nahiyəsindən və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol gicgah-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması, hər iki diz oynağı nahiyələrinin və sol baldırın qançırları, sağ kürək və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 17 iyul 2024-cü il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə ictimai yer hesab edilən ünvan 1 ünvanın qarşısı ilə piyada hərəkətdə olan zaman həmin ünvanın qarşısında arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə skamyada əyləşmiş Zərərçəkmiş şəxs1 yaxınlaşıb hansı səbəbdən gecə saatlarında binanın qarşısında oturduqlarını soruşmaqla sonuncu ilə mübahisə edib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir edib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik elməklə ilkin olaraq o, Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyələrindən qəsdən yumruq zərbələri vuraraq ona burunun qığırdaq hissəsinin sümük hissəsinə keçid nahiyəsində posttravmatik xarakterli aralanma ilə müşayiət olunan sağ gözaltı-almacıq-buruıı nahiyəsinin dərialtı hematoması, alın, sol bazu oynağı, nahiyələrinin və sol bazunun qançırları, sağ dirsək oynağı nahiyəsinin və sol əlin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 zor təbiq edib qəsdən şillə ilə sonuncunun üz nahiyəsindən və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sol gicgah-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması, hər iki diz oynağı nahiyələrinin və sol baldırın qançırları, sağ kürək və sağ diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 iyul 2024-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən “Bermud Pub” restoranında dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə yeyib içdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 01 radələrində restorandan çıxaraq yaxınlıqda yerləşən səki ilə hərəkət edən zaman adlarını sonradan öyrəndiyi iki nəfər şəxs Günay və Röyalın bir-biriləri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşarkən Röyalın Günayı vurduğunu görmüşlər və Röyala etdiyi hərəkətin düzgün olmadığını izah etməyə çalışsalar da Röyal onlara Günayın öz arvadı olduğunu bildirib onların mübahisəsinə qarışmamaqlarını bildirmişdir. O, isə Röyala demişdir ki, döyürsən apar evində döy, küçədə qadını döyməzlər. Həmin vaxt Günay ona demişdir ki, Röyal onu evdə döydüyünə görə bayıra qaçıb çıxmışdır. O və Rafiq onların ərarvad olmalarına inanmayaraq, ər-arvad olsalar da küçədə səs küy salmamalı olduqlarını izah etdikdə Röyal onun və Rafiqin üzərinə gələrək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Röyal, ona və Rafiqə əl-qol hərəkətləri və qeyri etik ifadə işlətdiyi üçün aralarında dava-dalaş yaranmış, həmin vaxt Günay qışqıraraq kömək istədikdə o, Günayın sifətindən bir dəfə şillə vurmuş, Günay arxaya gedərək müvazinətini itirib yerə yıxılmışdır. Röyal Günaya yaxınlaşmaq istədikdə Rafiq onun boğazından əli ilə tutub yaxınlaşmağa qoymamışdır. Günay yenidən qışqır bağır saldığına görə o, yenidən Günaya yaxınlaşıb onu təpiklə vurmuş, Günay səkidən kənara yıxılaraq yerdə də qışqıraraq kömək istədi, o, Günaya yaxınlaşaraq səsini kəsməsini bildirərək, yerdə bir neçə dəfə də Günayın bədəninə zərbələr vurmuşdur. Rafiq isə Röyalın ona və Günaya yaxınlaşmasına imkan verməyərək və Rafiqin bədəninə yumruqla zərbələr vurmuşdur. Həmin vaxt səs küy yarandığından səs küyə qonşular da çıxdığından, o və Rafiq qonşuların səs küyə çıxaraq çoxaldığını görüb oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib Günayı və Röyalı döyməkləri barədə məlumat verdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, və Təqsirləndirilən şəxs1 ilə birlikdə olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə ünvan 4 ünvanında mübahisə edərək dalaşdıqlarını, dava dalaşın 10 dəqiqə çəkdiyini və həmin vaxt ucadan nəlayiq ifadələr işlətdiklərini, dava dalaş zamanı o, və Rafiqin spirtli içkinin təsiri altında olduqlarını, dava dalaş zamanı orada o, Rafiq, Röyal, Günay və balkonda qonşuların, hadisədən sonra isə tanıdıqları Ehtiramı da gördüklərini, Ehtiramın dava dalaşda iştirak etmədiyini, hadisə zamanı heç bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, ailə vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 iyul 2024-cü il tarixdə saat 23 radələrində ünvan 5 ünvanında yerləşən “Bermud Pub” restoranında dostu Təqsirləndirilən şəxs2 Eyvub oğlu ilə birlikdə yeyib içdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 01 radələrində restorandan çıxaraq yaxınlıqda yerləşən səki ilə hərəkət edən zaman adlarını sonradan öyrəndiyi iki nəfər şəxs Günay və Röyalın birbiriləri ilə mübahisə etdiyini görüb onlara yaxınlaşarkən Röyalın Günayı vurduğunu görmüşlər və Röyala etdiyi hərəkətin düzgün olmadığını izah etməyə çalışsalar da Röyal onlara Günayın öz arvadı olduğunu bildirib onların mübahisəsinə qarışmamaqlarını bildirmişdir. O, və Orxan Röyala demişdir ki, döyürsən apar evində döy, küçədə qadını döyməzlər. Həmin vaxt Günay demişdir ki, Röyal onu evdə döydüyünə görə bayıra qaçıb çıxmışdır. O, və Orxan Günay isə Röyalın ər-arvad olmalarına inanmayaraq, ər arvad olasalar da küçədə səs küy salmamalı olduqlarını izah etdikdə Röyal onun və Orxanın üzərinə gələrək mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Röyal ona və Orxana əlqol hərəkətləri edərək qeyri etik ifadələr işlətdiyi üçün aralarında dava-dalaş yaranmış, həmin vaxt Günay qışqıraraq kömək istədikdə Orxan Günayın sifətindən bir dəfə şillə vurmuş, Günay arxaya gedərək müvazinətini itirib yerə yıxılmışdır. Röyal Günaya yaxınlaşmaq istədikdə o, Röyalın boğazından əli ilə tutub yaxınlaşmağa qoymamışdır. Günay yenidən qışqır bağır saldığına görə Orxan yenidən Günaya yaxınlaşıb onu təpiklə vurmuş, Günay səkidən kənara yıxılaraq yerdə də qışqıraraq kömək istədi. Orxan Günaya yaxınlaşaraq səsini kəsməsini bildirərək yerdə bir neçə dəfə də Günayın bədəninə zərbələr vurmuşdur. Həmin vaxt o, da Röyalın bədəninə bir neçə dəfə yumruqla zərbələr vurmuşdur ki, Günay qışqırmağını dayandırsın. Günay sakitləşməyərək yaratdığı səs küyə qonşular çıxdığından, o və Orxan qonşuların səs küyə çıxaraq çoxaldığını görüb oradan uzaqlaşmışlar, sonradan Zərərçəkmiş şəxs2 DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib Günayı və Röyalı döyməkləri barədə məlumat verdiyini bilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvan 6 ünvanında döydüklərini, dava dalaşın 10 dəqiqə çəkdiyini və həmin vaxt ucadan nəlayiq ifadələr işlətmişlər, dava dalaş zamanı zamanı o, və Orxanın spirtli içkinin təsiri altında olduqlarını, dava dalaş zamanı orada o, Orxan, Röyal, Günay və balkonda qonşuların olduğunu, hadisədən sonra tanıdıqları Ehtiramı da gördüklərini, Ehtiramın dava dalaşda iştirak etmədiyini, həmçinin hadisə zamanı o, heç bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslər saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxslərin izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-tibbi ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 17 iyul 2024-cü il tarixdə saat 02 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadıqları ünvanın qarşısındakı parkda oturub söhbət edərkən sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi 2 nəfər şəxs onlara yaxınlaşaraq özlərini Nəsimi RPİ-nin əməkdaşları kimi təqdim edib gecə vaxtı parkda nə üçün oturduqlarını soruşmuşlar, o, həmin şəxslərin polis olduğunu düşünüb, oturduqları parkla üzbəüz binada yaşadıqlarını və Günay onun həyat yoldaşı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan nikah şəhadətnaməsini tələb etdikdə o, Günaya evdən nikah şəhadətnaməsini gətirməsini demiş, Günay evə getmək istədikdə Təqsirləndirilən şəxs1 Günayın qolundan tutaraq saxlamış, Günay isə ona qolunu buraxmasını dedikdə Rafiq Günayı itələmiş, bu vaxt o, Günayı müdafiə etmək istəyərkən Rafiq onu təpiklə vurmuşdur. O, buna etiraz edərək Günayı niyə vurduğunu demiş və Rafiq ilə aralarında mübahisə yaranmış, Orxanda mübahisəyə qoşularaq Rafiqi müdafiə etmiş, Günay həmin vaxt Rafiq və Orxanı sakitləşdirərək ondan aralaşdırmaq istəmişdir. Rafiq və Orxan buna imkan vermədikdə Günay qışqıraraq kömək istəmişdir. Günay qışqıraraq kömək istədikdə Orxan Günaya səsini kəsməsini bildirərək Günayın sifətinə şillə ilə vurmuş, Günay sərtələyərək səkinin kənarında oturmuşdur. O, bunu gördükdə Günayı müdafiə etmək üçün çırpınaraq yaxınlaşmaq istədikdə, Rafiq onun sifətindən yumruqla vurmuş, Günay yenidən kömək istəyərək qışqırdıqda, Orxan yenidən yaxınlaşaraq Günayın qarnından təpiklə vurmuşdur. Günay aldığı zərbədən otluğa yıxılmış, Orxan yerdə uzanıqlı vəziyyətdə olan Günaya yaxınlaşıb Günayın bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurmağa davam etmişdir. O, çırpınaraq Günayın yanına getmək istəyəndə, Rafiq onun boğazından tutub bədəninin müxtəlif nahiyyələrinə zərbələr vuraraq onun Günaya yaxınlaşmağının qarşısını almış, dava dalaşın səs küyünə çıxan qonşular Orxan və Rafiqin onu və Günayı döydüyünü görüb qışqırıq salaraq DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat verdiklərini, tanımadığı bir nəfər qadının yüksək səslə qışqıraraq dava dalaşı kamera vasitəsi ilə video lentə alındığını dedikdə Orxan və Rafiq qorxub oradan qaçaraq uzaqlaşmışlar. Əlavə olaraq bildirmişdir ki, davadalaşın ünvan 6 ünvanında baş verdiyini, Orxan ilə Rafiqin onu və həyat yoldaşı Günayı döyməsi ilə nəticələnən dava dalaşın 20 dəqiqə çəkdiyini, dava dalaş zamanı Orxan və Rafiq onun və Günayın ünvanına uca səslə nəlayiq ifadələr işlətdiyini, Rafiq onu boğmağa çalışaraq sifətinə və bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri vuraraq xəsarət yetirdiyini, Orxan isə Günayın sifətinə şillə, daha sonra isə təpiklə qarnına, davamı olaraq isə yerdə bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq xəsarət yetirmiş, dava dalaş zamanı qonşuların səs küyə çıxaraq dava dalaşa tamaşa edərək, Orxan və Rafiqə əməllərini dayandırmaqlarını bildirdiklərini, X2 hadisədən sonra orada gördüyünü, sonuncunun hadisəyə qarışmayıb ona və Günaya xəsarət yetirməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək onlar barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 17 iyul 2024-cü il tarixdə saat 02 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları ünvanın qarşısındakı parkda oturub söhbət edərkən, sonradan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 bildiyi şəxslər onlara yaxınlaşaraq, özlərini Nəsimi RPİ-nin əməkdaşları kimi təqdim edib gecə vaxtı parkda nə üçün oturduqlarını soruşmuşlar, Röyal isə həmin şəxslərin polis olduğunu düşünüb, oturduqları parkla üzbəüz binada yaşadıqlarını və o, Röyalın həyat yoldaşı olduğuna bildirmişdir. Təqsirləndirilən şəxs1 Röya dan nikah şəhadətnaməsini tələb etdikdə Röyal ona evdən nikah şəhadətnaməsini gətirməsini demiş, o, evə getmək istədikdə Təqsirləndirilən şəxs1 onun qolundan tutaraq saxlamış, o isə Rafiqə qolunu buraxmasını dedikdə Rafiq onu itələmiş, bu vaxt Röyal onu müdafiə etmək istəyərkən Rafiq onu təpiklə vurmuşdur. Röyal buna etiraz edərək Rafiqə niyə onu vurduğunu deyərək aralarında mübahisə yaranmış, Orxanda mübahisədə Rafiqi müdafiə edərək o, da mübahsiəyə qoşularaq Röyal ilə mübahisə etdikdə, o, Rafiq və Orxanı sakitləşdirərək Röyalı onlardan uzaqlaşdırmaq istəmişdir. Rafiq və Orxan buna imkan vermədikdə o, qışqıraraq kömək istəmişdir. O, qışqıraraq kömək istədikdə Orxan ona səsini kəsməsini bildirərək onun sifətinə şillə ilə vurmuş, Röyal bunu gördükdə onu müdafiə etmək üçün çırpınaraq yaxınlaşmaq istədikdə, Rafiq Rövalın bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurmuş, o, səkinin kənarında əlacsız qalaraq qışqıraraq kömək istəmişdir. Orxan ona yaxınlaşaraq, yenidən səsini kəsməsini bildirərək təpiklə onu vurduqda, o, aldığı zərbədən səkidən kənara otluğa yıxılmış, Orxan isə onun yerdə uzanıqlı vəziyyətdə olmasına baxmayaraq yaxınlaşaraq bədəninin müxtəlif nahiyyələrinə təpiklə vurmuşdur. Səs küyə qonşuların çıxaraq Orxan və Rafiqin həyətdo Röyal və onu niyə döydüyünü deyib qışqıraraq, dava dalaşı kamera vasitəsi ilə çəkdiklərini dedikdə Orxan və Rafiq qaçaraq oradan uzaqmışlar. Əlavə olaraq bildirmişdir ki, dava-dalaşın ünvan 8 ünvanında baş verdiyini, Orxan ilə Rafiqin onu və həyat yoldaşı Röyalı döyməsi ilə nəticələnən, dava dalaşın 20 dəqiqə çəkdiyini, dava dalaş zamanı Orxan və Rafiq onun və Röyalın ünvanına uca səslə nəlayiq ifadələr işlətdiyini, Orxan onun sifətinə şillə, daha sonra isə təpiklə qarnına, davamı olaraq isə yerdə bədəninin müxtəlif nahiyələrinə təpik zərbələri vuraraq xəsarət yetirmiş, Rafiq isə Röyalı boğmağa çalışaraq yumruq zərbələri ilə sonuncunu vuraraq xəsarət yetirdiyini, dava dalaş zamanı qonşuların səs küyə çıxaraq dava dalaşa tamaşa edərək, Orxan və Rafiqə əməllərini dayandırmaqlarını bildirdiklərini, Şahid3 hadisədən sonra orada gördüyünü, sonuncunun hadisəyə qarışmayıb, ona və Röyala xəsarət yetirməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək onlar barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İttiham aktının siyahısında şahidlər qismində göstərilmiş Şahid3, Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər X4, Şahid1 və Şahid2 ifadələri digər şəxslərin ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində CMin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:00-da CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 46); şübhəli şəxsin tutulması haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 23:15-də CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 69); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Ağabala Cəfərovun “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 81); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Ağabala Cəfərovun “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 949 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər sol gicgah-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması, hər iki diz oynağı nahiyələrinin və sol baldırın qançırları, sağ kürək və sağ diz oynağı nahiyələrinin sıyrıqları küt əşya (əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024 cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. (i.v. 104-106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 950 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 Vaqif oğlunun bədən səthində burunun qığırdaq hissəsinin sümük hissəsinə keçid nahiyəsində posttravmatik xarakterli aralanma ilə müşayiət olunan gözaltı-almacıq-burun nahiyəsinin dərialtı hematoması, alın, sol bazu oynağı nalıiyyəsiııin və sol bazunun qançırları, sağ dirsək oynağı nahiyəsinin və sol əlin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə yüngül zərər vurmaya aiddirlər (i.v. 108-110); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 111); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 140); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-368/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 18 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 167-170); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-367/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 18 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 171-174); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır (i.v. 197-198); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır (i.v. 199-200); sübutların qiymətləndirilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barələrində seçilmiş “həbs” qətimkan tədbirləri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində CM-in 128, 221.2.2, 221.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında xuliqanlıq cinayət əməlini törətmələrini əks etdirən içərisində videogörüntülər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, məhkəmə-tibbi ekspertizasının 17 iyul 2024-cü il tarixli 949 və 950 saylı rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (i.v. 214-220). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizələrinə, həmçinin məhkəmə iclasındakı ifadələrinə əsasən onlar təqsirləndirilən şəxslərlə barışmışdır, onlara dəyən ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin əməlini etiraf edib, səmimi peşman olmalarını, ilk dəfə cinayət törətmələrini, zərər çəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərlə barışmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldıqları 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərlərində qəti cəza müəyyən edilməli, öz davranışları ilə islah olunmalarını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və onlar dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslərin xuliqanlıq cinayət əməlini törətmələrini əks etdirən videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 8, mənzil 13 saylı ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında xuliqanlıq cinayət əməlini törətmələrini əks etdirən içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədəəvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” vəkil bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsaitlər ödənilməli, onlara məhkəmədə iştirak etdikləri 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “PRO BONO” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay, 28 gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 ay, 26 gün müddət ona təyin edilmiş 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il, 06 ay, 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 18 iyul 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay, 28 gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 11 ay, 26 gün müddət ona təyin edilmiş 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il, 06 ay, 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti təqsirləndirilən şəxslərin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında xuliqanlıq cinayət əməlini törətmələrini əks etdirən içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “PRO BONO” vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRO BONO” vəkil bürosunun hesabına köçürülsün. “PRO BONO” vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRO BONO” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-56/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-56/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver