Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-560/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlaklarını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyul 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu R.Məmmədov küçosi 69 saylı binanın 67 saylı mənzilinin yerləşdiyi blokda quraşdırılmış, açıq vəziyyətdə olan şkafın içərisindən Zərərçəkmiş şəxs3 məxsus 30 manat dəyərində sac qazanını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 170 manat dəyərində uşaq skuterini və 180 manat dəyərində müxtəlif usaq oyuncaqlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 380 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 27 iyul 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu R.Məmmədov küçəsi 69 saylı binanın 58 saylı mənzilinin yerləşdiyi bloka qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 170 manat doyərində “Chicco Urban” markalı uşaq arabasını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 27 iyul 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu R.Məmmədov küçəsi 69 saylı binanın 60 saylı mənzilinin yerləşdiyi bloka qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 20 manat dəyərində 1x0,75 metr ölçülü sintetik xalçanı, 01 ədəd 120 manat dəyərində 2x3 metr ölçülü sintetik xalçanı və 01 ədəd 270 manat dəyərində 3x6 metr ölçülü sintetik xalçanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 410 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27.07.2021-ci il tarixdə günorta saatlarında, ünvan 2 ünvanında yerləşən yaşayış binasının bloklarından birinə daxil olaraq, lift ilə 10-cu mərtəbəyə qalxmış, oradan isə mərtəbələri pilləkənlər vasitəsilə bir bir gəzərək düşdükdə 8-ci mərtəbənin blokunda qapısında kilid olmalayan şkaf görmüş, həmin şkafın qapısını aralayaraq oradan içərisində uşaq oyuncaqları olan 01 ədəd sellofan torbanı və şkafın üzərində olan sac qazanını götürərək aşağı düşdükdə, təxminən 5-ci mərtəbədə blokda 03 ədəd xalça və həmin blokda digər tərəfdə isə uşaq arabasının da olduğunu görmüş, uşaq arabasını və 3 ədəd xalçaları da özü ilə götürərək oğurlamaq qərarına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən yaşayış binasının 1-ci blokunun 5 və 8-ci mərtəbələrindən 01 ədəd uşaq arabası, 03 ədəd müxtəlif ölçülərdə xalça, 01 ədəd sac qazanı. 01 ədəd sellofan torbada olan uşaq oyuncaqları oğurlayaraq, həmin əşyaları uşaq arabasına yükləyərək binadan çıxmış, binadan çıxdıqdan sonra oğurladığı 01 ədəd sellofan torbanın içərisinə baxaraq sınıq və oynamağa yararsız olan oyuncaqlar olduğunu müəyyən edərək içərisində oyuncaqlar olan 01 ədəd sellofan torbanı yolun kənarına tulladığını, 03 ədəd xalçaları, 01 ədəd uşaq arabasını və 01 ədəd sac qazanını “Papanin” kimi tanınan yaşayış sahəsində kirayə qaldığı evə apardığını bildirmişdir. Daha sonra, özünü təqsirli bilməsini, oğurladığı əşyaları sahiblərinə qaytarmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi, oğurluq hadisəsini əks etdirən bir ədəd CD diskdə olan video görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, R.Məmmədov küçəsi 69, mənzil 60-da ailəsi ilə birgə yaşayır, iyul ayının ortalarında xalçaları yuduzdurmaq məqsədi ilə yaşadığı mənzilin blokuna qoymuşdur. 27.07.2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı binada olan qonşusu Aqil whatsappda yazaraq ona məxsus uşaq arabasının binanın blokundan yoxa çıxdığını bildirmiş, həmin vaxt o, da Aqilə demişdir ki, onu yaşadığı mənzilin qapısı yaxınlığında blokda ona məxsus 03 ədəd xalçalarının orada olub olmadığını soruşduqda Aqil ona xalçaların orada olmadığını bildirmiş, bundan sonra o, özüdə 03 ədəd xalçalarının hara yoxa çıxmasını müəyyənləşdirmək üçün yaşadığı ünvana gəlmiş, həqiqətəndə blokda olan 03 ədəd xalçaların naməlum şəraitdə yoxa çıxdığını görmüş, sonradan isə xalçaların oğurladığını müəyyən etmiş və bu barədə DİN-nin 102 xidmətinə oğurluq olması barədə məlumat vermiş, oğurlanmış 03 ədəd xalçaların oğurlanmasına görə ona ümumilikdə 620 manat arası dəyərində maddi ziyan vurulduğunu bilərək bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.30.08.2021-ci il tarixli 9/5543 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olduqda, ekspertiza rəyində göstərilən qiymətlərlə və qeyd olunanlarla razı olduğunu bildirərək bu barədə heç bir vəsatəti, şikayəti və tələbi olmadığını, baş vermiş oğurluq hadisəsi nəticəsində 01 ədəd 1*0,75 metr ölçülü sintetik xalça, 01 ədəd 2*3 metr ölçülü sintetik xalça, 01 ədəd 3*6 metr ölçülü sintetik xalçaların oğurlanması nəticəsində ona ümumilikdə 410 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirməyi məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 28.07.2021-ci il tarixdə axşam saatlarında nəvəsinin oyuncaqlarını blokda olan şkafdan götürmək istədikdə, şkafdan müəyyən əşyaların və oyuncaqların yoxa çıxdığını müəyyən etmiş, diqqətlə şkafa nəzər yetirdikdə oradan 1 ədəd sac qazanının, 1 ədəd uşaq skuteri və bir neçə uşaq oyuncaqlarının oğurlandığını aşkar etmiş, bundan sonra səhər saatlarında binadan çıxarkən binanın komendantı ilə qonşuların binanın girişində yerləşən kameraya baxaraq oğurluq olmasını xatırladığını və həmin görüntüyə baxmaq üçün qonşuları ilə əlaqə saxlayaraq oğurluğun olunması barədə video görüntüsünü izləmiş, həmin video görüntüyə baxdıqda bir nəfər orta yaşlı, arıq bədən quruluşuna malik şəxsin yaşadığı binanın blokuna daxil olaraq bir neçə müddət sonra həmin şəxs yaşadığım binanın blokundan üzərində xalçalar, saç qazanı və sellofan çantalar olan uşaq arabası ilə çıxdığını görmüş, 2 ədəd sellofan torbalarda uşaq oyuncaqlarının və sac qazanının oğurlandığını aşkar etmiş və 01 ədəd 100 manat dəyərində sac qazanı, 01 ədəd 170 manat dəyərində uşaq skuteri, 02 ədəd 180 manat dəyərində sellofan torbada olan oyuncaqların oğurlanmasına görə ona ümumilikdə ona 450 manat arası dəyərində maddi ziyan vurulduğunu bilərək bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və 30.08.2021-ci il tarixli 9/5543 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olduqda, ekspertiza rəyində göstərilən qiymətlərlə və qeyd olunanlarla razı olduğunu bildirərək bu barədə heç bir vəsatəti, şikayəti və tələbi olmadığını, baş vermiş oğurluq hadisəsi nəticəsində 01 ədəd sac qazanına görə 30 manat, 01 ədəd uşaq skuıerinin, 02 ədəd sellofan torbada olan oyuncaqların oğurlanması nəticəsində ona ümumilikdə 380 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarını onun iştirakı olmadan keçirməyi məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, 27.07.2021-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı mənzilə gələrkən blokda ona məxsus uşaq arabasının naməlum şəraitdə yoxa çıxdığını görmüş, bu barədə whatsappda qonşusu Fəridə yazaraq uşaq arabasının binanın blokundan yoxa çıxdığını bildirmiş, Fərid isə yaşadığı mənzilin qapısı yaxınlığında blokda ona məxsus 03 ədəd xalçaların olduğunu, həmin xalçaların orada olub olmadığına baxmağını xahiş etmiş. Aqil Fəridin yaşadığı mənzilin qapısının yaxınlığına bloka baxaraq xalçaların orada olmadığını görmüş və bunu Fəridə bildirmişdir. Sonra Fərid özüdə binaya gələrək onunda xalçalarının naməlum şəraitdə yoxa çıxmasını müəyyən etmiş, 28.07.2021-ci tarixdə səhər saatlarında Fərid binanın komendantı ilə blokun çıxışında olan kamera görüntüsünə baxdıqda bir nəfər orta yaşlı, arıq bədən quruluşuna malik şəxsin yaşadığımız binanın blokuna daxil olaraq bir neçə müddət sonra həmin şəxs binanın blokundan üzərində xalçalar, saç qazanı və sellofan çantalar olan uşaq arabası ilə çıxaraq uzaqlaşdığını görüb, bu barədə ona məlumat verdiyini o, Bakıda olmadığından şəhərə qayıtdıqdan sonra əmlakımın geri qaytarılaraq, ona dəymiş 1700 manat dəyərində ziyanın ödənilməsi və cinayətkarın məsuliyyətə cəlb olunması üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmiş, əlavə ifadəsində 30.08.2021-ci il tarixli 9/5543 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olduqda, ekspertiza rəyində göstərilən qiymətlərlə və qeyd olunanlarla razı olduğunu bildirərək bu barədə heç bir vəsatəti, şikayəti və tələbi olmadığını, baş vermiş oğurluq hadisəsi nəticəsində 01 ədəd uşaq arabasının oğurlanması nəticəsində ona ümumilikdə 170 manat dəyəri idə maddi ziyan dəydiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin olmadığını və cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Həmçinin Zəngilan rayonunda aparılan quruculuq işlərində öz şirkəti ilə birlikdə iştirak etdiyindən məhkəmə iclaslarını onun iştirakı olmadan keçirməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu, R.Məmmədov küçəsi 69-da yerləşən binanın komendantı vəzifəsində işləyir,28.07.-ci il tarixdə həmin binada yaşayan sakin Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq yaşadığı mənzilin qapısından ona məxsus 03 ədəd xalçaların oğurlandığını bildirərək, binanın giriş qapısında olan kamera görüntüsünə baxmaq istədiyini bildirmiş, o, Nəsimi rayonu, R.Məmmədov küçəsi 69-da yerləşən binanın giriş qapısında olan kamera görüntüsünə baxaraq bir nəfər orta yaşlı, arıq bədən quruluşuna malik şəxsin binanın blokuna daxil olaraq bir neçə müddət sonra həmin şəxs binanın blokundan üzərində xalçalar, saç qazanı və sellofan çantalar olan uşaq arabası ilə çıxarkən arabanı aşırır, arabanın üzərində olan əşyalar yerə dağıldığını, sonra həmin şəxs xalçaları, saç qazanı və sellofan çantaları yenidən uşaq arabasının üzərinə tələsmədən yığaraq binanın qarşısından uzaqlaşdığını gördüklərini, sonradan isə Zərərçəkmiş şəxs2 oğurluq olması barədə polisə şikayət etmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan 04 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 117-ci vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2021ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 132-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli 9/5543 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “Chicco, urban Mcode 10878 Made in China 2017-07-03” yazıları olan qara rəngli uşaq arabası (kolyaska), 01 ədəd 1*0,75 metr ölçülü sintetik xalça, 01 ədəd 2*3 metr ölçülü sintetik xalça, 01 ədəd 3*6 metr ölçülü sintetik xalça, 01 ədəd sacın 2021ci ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 610.00 (altı yüz on) manat müəyyən edilir. Həmin məhsulların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir: ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 01 ədəd “Chicco, urban Mcode 10878 Made in China 2017-07-03” yazıları olan qara rəngli uşaq arabası (kolyaska) - 170 manat, 01 ədəd 1*0,75 metr ölçülü sintetik xalça - 20 manat, 01 ədəd 2*3 metr ölçülü sintetik xalça - 120 manat, 01 ədəd 3*6 metr ölçülü sintetik xalça - 270 manat, 01 ədəd sac - 30 manat. Cinayət işinin 133-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 126-128-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 02 sentyabr 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Balakən Rayon Məhkəməsinin 04.07.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 66.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmiş 2) Binəqədi Rayon Məhkəməsinin 12.03.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 08 ay azadlıqdan məhrum edilmiş, 11.09.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, 3) Şəki Ağır Cinayətlər Məhkəməsinin 05.10.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrum edilmiş, 12.04.2017ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə əməl CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.08.2018-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 20.10.2017-ci il tarixli Qanun tətbiq edilərək Təqsirləndirilən şəxs cəzası 03 il 09 aya endirilmiş və 12.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yuxarda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab olunur. Cinayət işinin 137-138-ci vərəqələrində olan 01 oktyabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi” haqqında qərarlardan görünür ki, 01 ədəd uşaq arabası, 03 ədəd xalçalar və 01 ədəd sac qazanı maddi sübut kimi tanınmış və 01 ədəd uşaq arabası Zərərçəkmiş şəxs1, 03 ədəd müxtəlif ölçülü xalçalar Zərərçəkmiş şəxs2 və 01 ədəd sac qazanı məhkəmə baxışınadək saxlanılması üçün Elçin Əhmədova qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 27.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 69 saylı binanın blokuna daxil olmuş, bir müddət keçdikdən sonra isə o, həmin blokdan üzərində 3 ədəd xalçalar, 01 ədəd 2 ədəd sellofan torba olan uşaq arabası ilə çıxarkən, binanın girişində uşaq arabasını aşırır, tələsmədən oğurladığı sac qaznını, xalçaları, oyuncaqları oğurladığı uşaq arabasının üzərinə yığaraq oranı tərk etdiyi görünür. Həmin diskə baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, o, video görüntüdəki şəxsin olduğunu təsdiqləyərək, 27.07.2021ci il tarixdə R.Məmmədov küçəsi, 69 saylı binanın blokundan 03 ədəd xalça, 01 ədəd uşaq arabası, 01 ədəd sac və uşaq oyuncaqlarını oğurladığını bir daha bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etiraf edici, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 18-ci bəndinə əsasən şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin, mülki iddiasının və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 04 avqust 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk iş üzrə maddi sübut cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübutlar 01 ədəd “Chicco” markalı uşaq arabası Zərərçəkmiş şəxs1, 01 ədəd 1*0,75 metr ölçülü sintetik xalça, 01 ədəd 2*3 metr ölçülü sintetik xalça, 01 ədəd 3*6 metr ölçülü sintetik xalça Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Chicco” markalı uşaq arabası Zərərçəkmiş şəxs1, 01 ədəd 1*0,75 metr ölçülü sintetik xalça, 01 ədəd 2*3 metr ölçülü sintetik xalça, 01 ədəd 3*6 metr ölçülü sintetik xalça Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qaytarıldığından sonuncuların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides”Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-560/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-560/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver