Məhkəmə qərarları › İş №1(006)-563/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-563/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-563/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Lənkəran rayonu, Bala-Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 18 iyul 2021ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs işlətdiyi, saxlanc yeri hesab olunan köşkün plastik materialdan olan giriş qapısını kilidini qırıb açmaqla içəriyə qanunsuz daxil olub orada satışa qoyulmuş bir qutusunun qiyməti 3,40 manat təşkil edən, ümumilikdə 418,20 manat dəyərində 123 qutu “Winston” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 565,20 manat dəyərində 157 qutu “Kent” markalı, bir qutusunun qiyməti 3,90 manat təşkil edən, ümumilikdə 908,70 manat dəyərində 233 qutu “Sobranie” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 144 manat dəyərində 40 qutu “Davidoff Slim” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 25,20 manat dəyərində 7 qutu “Davidoff Studio” markalı, bir qutusunun qiyməti 2,80 manat təşkil edən, ümumilikdə 47,60 manat dəyərində 17 qutu “Davidoff” markalı, bir qutusunun qiyməti 2,50 manat təşkil edən, ümumilikdə 317,50 manat dəyərində 127 qutu “Winchester” markalı, bir qutusunun qiyməti 2,30 manat təşkil edən, ümumilikdə 103,50 manat dəyərində 45 qutu “West” markalı, bir qutusunun qiyməti 2,20 manat təşkil edən, ümumilikdə 129,80 manat dəyərində 59 qutu “Want Line X” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 32 manat dəyərində 16 qutu “Prima” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 20 manat dəyərində 10 qutu “More Blue” markalı, bir qutusunun qiyməti 2,50 manat təşkil edən, ümumilikdə 142,50 manat dəyərində 57 qutu “Pall Mall” markalı, bir qutusunun qiyməti 1,80 manat təşkil edən, ümumilikdə 27 manat dəyərində 15 qutu “Qarabağ” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 62 manat dəyərində 31 qutu “Magna” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 52 manat dəyərində 26 qutu “Viceroy” markalı, bir qutusunun qiyməti 1,80 manat təşkil edən, ümumilikdə 99 manat dəyərində 55 qutu “Argo” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 68 manat dəyərində 34 qutu “X7” markalı, bir qutusunun qiyməti 2,50 manat təşkil edən, ümumilikdə 282,50 manat dəyərində 113 qutu “Rothmans” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 86 manat dəyərində 43 qutu “Keno” markalı, bir qutusunun qiyməti 2,20 manat təşkil edən, ümumilikdə 33 manat dəyərində 15 qutu “X9” markalı, bir qutusunun qiyməti 2,80 manat təşkil edən, ümumilikdə 28 manat dəyərində 10 qutu “X8” markalı, bir qutusunun qiyməti 5 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 qutu “Marlboro” markalı, bir qutusunun qiyməti 6,50 manat təşkil edən, ümumilikdə 65 manat dəyərində 10 qutu “Marlboro Slim” markalı, bir qutusunun qiyməti 5 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 qutu “X4” markalı, bir qutusunun qiyməti 3 manat təşkil edən, ümumilikdə 210 manat dəyərində 70 qutu “LD” markalı, bir qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 223,20 manat dəyərində 62 qutu “Neo” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 36 manat dəyərində 10 qutu “Vogue” markalı, bir qutusunun qiyməti 2,20 manat təşkil edən, ümumilikdə 39,60 manat dəyərində 18 qutu “Classic” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 20 manat dəyərində 10 qutu “Vegas” markalı, bir qutusunun qiyməti 1,90 manat təşkil edən, ümumilikdə 13,30 manat dəyərində 7 qutu “Bakı” markalı siqaretləri və köşkdəki kassadan 412 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4.710,80 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun narkotikə görə məhkumluğu olmuş, lakin 2020-ci ilin noyabr ayında cəza müddəti bitdiyindən azadlığa buraxılmışdır. Bundan sonra o, fəhlə olaraq işləmiş, bunun üçün də tez-tez yaşadığı Lənkəran rayonundan Bakıya gəlib-getmişdir. Lakin son vaxtlarda maddi imkanı zəif olduğu üçün dolana bilməmiş, bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 18.07.2021-ci il tarixdə, gecə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində gəzərkən binanın birinci mərtəbəsində qapısı plastik materialdan olan köşkü görüb oğurluq etmək niyyətinə düşmüşdür. O, qapının kilidini dartıb qıraraq köşkə daxil olmuş, orada müxtəlif markalı siqaretlər görüb onları sellofan torbaya yığmış və köşkün kassasından 107 manat pul götürərək oradan çıxıb uzaqlaşmışdır. Səhəri günü o, Lənkəran bazarına gedib oğurladığı siqaretlərdən bir neçə qutusunu tanımadığı şəxslərə 267 manata satmış, lakin bir müddət sonra polis əməkdaşları onu polis idarəsinə aparıb aksiz markası olmayan siqaretlərin satdığını söyləmişlər. O da bu zaman oğurluq əməlini etiraf etmişdir. O, ittiham aktında göstərilən sayda siqaret qutusunu oğurlamamış, onların sayı satdıqlarını çıxmaq şərtilə polislər tərəfindən saxlanılan zaman əlindəki iki ədəd torbada olan sayda idi və həmin siqaretlərin əksəriyyətinin üzərində də aksiz markası olmamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Nəsimi rayonu, Azadlıq prospekti, 33 saylı ünvanda yerləşən köşkün sahibidir. Oğurluqdan bir neçə gün əvvəl satılması üçün köşkə təxminən 13.000 manatlıq siqaretlər almışdır. 18.07.2021-ci il tarixdə, saat 10 radələrində köşkə gəlib içəri daxil olmaq istədikdə onun qapısının kilinin sındırıldığını, içərisində və vitrində olan siqaret bloklarının oğurlandığını aşkar etmişdir. O, dərhal polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində köşkdən bir qutusunun qiyməti 3,40 manat təşkil edən, ümumilikdə 418,20 manat dəyərində 123 qutu “Winston” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 565,20 manat dəyərində 157 qutu “Kent” markalı, bir qutusunun qiyməti 3,90 manat təşkil edən, ümumilikdə 908,70 manat dəyərində 233 qutu “Sobranie” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 144 manat dəyərində 40 qutu “Davidoff Slim” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 25,20 manat dəyərində 7 qutu “Davidoff Studio” markalı, bir qutusunun qiyməti 2,80 manat təşkil edən, ümumilikdə 47,60 manat dəyərində 17 qutu “Davidoff” markalı, bir qutusunun qiyməti 2,50 manat təşkil edən, ümumilikdə 317,50 manat dəyərində 127 qutu “Winchester” markalı, bir qutusunun qiyməti 2,30 manat təşkil edən, ümumilikdə 103,50 manat dəyərində 45 qutu “West” markalı, bir qutusunun qiyməti 2,20 manat təşkil edən, ümumilikdə 129,80 manat dəyərində 59 qutu “Want Line X” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 32 manat dəyərində 16 qutu “Prima” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 20 manat dəyərində 10 qutu “More Blue” markalı, bir qutusunun qiyməti 2,50 manat təşkil edən, ümumilikdə 142,50 manat dəyərində 57 qutu “Pall Mall” markalı, bir qutusunun qiyməti 1,80 manat təşkil edən, ümumilikdə 27 manat dəyərində 15 qutu “Qarabağ” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 62 manat dəyərində 31 qutu “Magna” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 52 manat dəyərində 26 qutu “Viceroy” markalı, bir qutusunun qiyməti 1,80 manat təşkil edən, ümumilikdə 99 manat dəyərində 55 qutu “Argo” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 68 manat dəyərində 34 qutu “X7” markalı, bir qutusunun qiyməti 2,50 manat təşkil edən, ümumilikdə 282,50 manat dəyərində 113 qutu “Rothmans” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 86 manat dəyərində 43 qutu “Keno” markalı, bir qutusunun qiyməti 2,20 manat təşkil edən, ümumilikdə 33 manat dəyərində 15 qutu “X9” markalı, bir qutusunun qiyməti 2,80 manat təşkil edən, ümumilikdə 28 manat dəyərində 10 qutu “X8” markalı, bir qutusunun qiyməti 5 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 qutu “Marlboro” markalı, bir qutusunun qiyməti 6,50 manat təşkil edən, ümumilikdə 65 manat dəyərində 10 qutu “Marlboro Slim” markalı, bir qutusunun qiyməti 5 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 qutu “X4” markalı, bir qutusunun qiyməti 3 manat təşkil edən, ümumilikdə 210 manat dəyərində 70 qutu “LD” markalı, bir qutusunun qiyməti 3 manat 60 qəpik təşkil edən, ümumilikdə 223,20 manat dəyərində 62 qutu “Neo” markalı, bir qutusunun qiyməti 3,60 manat təşkil edən, ümumilikdə 36 manat dəyərində 10 qutu “Vogue” markalı, bir qutusunun qiyməti 2,20 manat təşkil edən, ümumilikdə 39,60 manat dəyərində 18 qutu “Classic” markalı, bir qutusunun qiyməti 2 manat təşkil edən, ümumilikdə 20 manat dəyərində 10 qutu “Vegas” markalı, bir qutusunun qiyməti 1,90 manat təşkil edən, ümumilikdə 13,30 manat dəyərində 7 qutu “Bakı” markalı siqaretləri və köşkdəki kassadan 412 manat nağd pul oğurlanmışdır. Ona vurulmuş zərərdən 623,40 manatlıq siqaretlər qaytarılmış, qalan zərər isə ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan:  “Götürmə aparılması haqqında” 05.08.2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 9 qutu “Sobranie”, 9 qutu “Winston”, 9 qutu “Qarabağ”, 11 qutu “Kent”, 24 qutu “Rothmans”, 6 qutu “Winchester”, 21 qutu “Argo”, 9 qutu “Prima”, 10 qutu “Pall Mall”, 18 qutu “West”, 36 qutu “Davidoff”, 8 qutu “Keno”, 3 qutu “More”, 28 qutu “Magna”, 17 qutu “Kingston”, 13 qutu “Viceroy”, 7 qutu “Senate”, 4 qutu “Want”, 2 qutu “Senator”, 3 qutu “Marlboro”, 2 qutu “Parliament” markalı siqaretlər götürülmüşdür (İ cild, i.v.48-50);  “Maddi sübutun tanınması haqqında” 05.08.2021-ci il tarixli qərarla qeyd olunan tütün məhsualları iş üzrə maddi sübut kimi tanınmış və 11.10.2021-ci il tarixli qəbzlə onlar Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.52, 137);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10.09.2021-ci il tarixli, 9/5895 saylı rəyinə görə bir ədədinin qiyməti 3,90 manat təşkil edən 9 qutu “Sobranie” markalı siqaretlərin ümumi dəyəri 35,10 manat, bir ədədinin qiyməti 3,40 manat təşkil edən 9 qutu “Winston” markalı siqaretlərin ümumi dəyəri 30,60 manat, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 9 qutu “Qarabağ” markalı siqaretlərin ümumi dəyəri 16,20 manat, bir ədədinin qiyməti 3,60 manat təşkil edən 11 qutu “Kent” markalı siqaretlərin ümumi dəyəri 39,60 manat, bir ədədinin qiyməti 2,50 manat təşkil edən 24 qutu “Rothmans” markalı siqaretlərin ümumi dəyəri 60,00 manat, bir ədədinin qiyməti 2,50 manat təşkil edən 6 qutu “Winchester” markalı siqaretlərin ümumi dəyəri 15,00 manat, bir ədədinin qiyməti 1,80 manat təşkil edən 21 qutu “Argo” markalı siqaretlərin ümumi dəyəri 37,80 manat, bir ədədinin qiyməti 2,00 manat təşkil edən 9 qutu “Prima” markalı siqaretlərin ümumi dəyəri 18,00 manat, bir ədədinin qiyməti 2,50 manat təşkil edən 10 qutu “Pall Mall” markalı siqaretlərin ümumi dəyəri 25,00 manat, bir ədədinin qiyməti 2,30 manat təşkil edən 18 qutu “West” markalı siqaretlərin ümumi dəyəri 41,40 manat, bir ədədinin qiyməti 2,80 manat təşkil edən 24 qutu “Davidoff” markalı siqaretlərin ümumi dəyəri 67,20 manat, bir ədədinin qiyməti 3,60 manat təşkil edən 5 qutu “Davidoff Slim” markalı siqaretlərin ümumi dəyəri 18 manat, bir ədədinin qiyməti 3,60 manat təşkil edən 7 qutu “Davidoff Studio” markalı siqaretlərin ümumi dəyəri 25,20 manat, bir ədədinin qiyməti 2,00 manat təşkil edən 8 qutu “Keno” markalı siqaretlərin ümumi dəyəri 16,00 manat, bir ədədinin qiyməti 2,00 manat təşkil edən 3 qutu “More Blue” markalı siqaretlərin ümumi dəyəri 6,00 manat, bir ədədinin qiyməti 2,00 manat təşkil edən 28 qutu “Magna” markalı siqaretlərin ümumi dəyəri 56,00 manat, bir ədədinin qiyməti 2,00 manat təşkil edən 17 qutu “X7” markalı siqaretlərin ümumi dəyəri 34,00 manat, bir ədədinin qiyməti 2,00 manat təşkil edən 13 qutu “Viceroy” markalı siqaretlərin ümumi dəyəri 26,00 manat, bir ədədinin qiyməti 2,20 manat təşkil edən 7 qutu “X9” markalı siqaretlərin ümumi dəyəri 15,40 manat, bir ədədinin qiyməti 2,20 manat təşkil edən 4 qutu “Want Line X” markalı siqaretlərin ümumi dəyəri 8,80 manat, bir ədədinin qiyməti 2,80 manat təşkil edən 2 qutu “X8” markalı siqaretlərin ümumi dəyəri 5,60 manat, bir ədədinin qiyməti 5,00 manat təşkil edən 2 qutu “Marlboro” markalı siqaretlərin ümumi dəyəri 10,00 manat, bir ədədinin qiyməti 6,50 manat təşkil edən 1 qutu “Marlboro Slim” markalı siqaretlərin ümumi dəyəri 6,50 manat, bir ədədinin qiyməti 5,00 manat təşkil edən 2 qutu “X4” markalı siqaretlərin ümumi dəyəri 10,00 manat olmaqla, 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə bu məhsulların ümumi dəyəri təxminən 623,40 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.103-105);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 4(006)- 321/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.85-89);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.08.2021-ci il tarixli arayış və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə oğurluğa görə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.11.2020-ci il tarixdə cəza müddəti bitmişdir (İ cild, i.v.90-92, 94-101);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 01.09.2012, 06.01.2014 və 13.09.2018-ci il təvəllüdlü övladları var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da islah olunmayaraq cinayətkar fəaliyyətin davam etdirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan – 05 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 9 qutu “Sobranie”, 9 qutu “Winston”, 9 qutu “Qarabağ”, 11 qutu “Kent”, 24 qutu “Rothmans”, 6 qutu “Winchester”, 21 qutu “Argo”, 9 qutu “Prima”, 10 qutu “Pall Mall”, 18 qutu “West”, 36 qutu “Davidoff”, 8 qutu “Keno”, 3 qutu “More”, 28 qutu “Magna”, 17 qutu “Kingston”, 13 qutu “Viceroy”, 7 qutu “Senate”, 4 qutu “Want”, 2 qutu “Senator”, 3 qutu “Marlboro”, 2 qutu “Parliament” markalı siqaretlər sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 6 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 9 qutu “Sobranie”, 9 qutu “Winston”, 9 qutu “Qarabağ”, 11 qutu “Kent”, 24 qutu “Rothmans”, 6 qutu “Winchester”, 21 qutu “Argo”, 9 qutu “Prima”, 10 qutu “Pall Mall”, 18 qutu “West”, 36 qutu “Davidoff”, 8 qutu “Keno”, 3 qutu “More”, 28 qutu “Magna”, 17 qutu “Kingston”, 13 qutu “Viceroy”, 7 qutu “Senate”, 4 qutu “Want”, 2 qutu “Senator”, 3 qutu “Marlboro”, 2 qutu “Parliament” markalı siqaretlər sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X3 6 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar