Məhkəmə qərarları › İş №1(006)-566/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-566/2025

07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-566/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Gülhüseyin qızının Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2004-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Yevlax şəhərində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə yaşamaq və işləmək məqsədilə, 20 avqust 2020-ci il tarixdə X9, X13, X7, X3, X12 və X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax X1 Qazax rayonunun ərazisində yerləşən, istintaqa məlum olmayan hissəsindən piyada hərəkət etməklə, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən 07 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində X3, X7, X9, X12, X13 və X6 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax X1 Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 4-cü sahəsindən piyada hərəkət etməklə, qəsdən qanunsuz olaraq Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, mühəndis çəpərinin altından keçib 400 metr hərəkət etdikdən sonra dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan” çağırış komandası verilərək saxlanılmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respublikasına gələ bilməməsi səbəbindən 21 dekabr 2024-cü il tarixdə X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Qazax X1 Qazax rayonu, 2-ci Şıxlı kəndinin ərazisində yerləşən, 1-ci sərhəd zastavasının 4-cü sahəsindən piyada hərəkət etməklə, qəsdən qanunsuz olaraq Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib, “Dayan” çağırış komandası verilərək saxlanılmışdır. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları yetkinlik yaşına çatmayan Şahid1 və yetkinlik yaşına çatmayan Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 17 fevral 2025-ci il tarixdə saat 04:00-da ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi «Yaşıl şərab evi» mağazasının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Şahid1 kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədilə mağazanın yaxınlığında müşahidə mövqeyi tutaraq ətrafı nəzarət etmiş, o isə Şahid2la birlikdə mağazanın şüşədən olan giriş qapısını təpiklə vurub sındıraraq oraya qanunsuz daxil olub kassa aparatından 3981 manat nağd pulu gizli olaraq talayaraq, birlikdə hadisə yerindən uzaqlaşıb cinayət yolu ilə ələ keçirdikləri pul vəsaitini aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Yevlax şəhərində nənəsi Kirazla birlikdə yaşayır, anası Pəri isə Bakı şəhərində Yasamal rayonunda xalası Zülfiyyə ilə birlikdə yaşayır. Arabir Bakı şəhərinə gəlib-gedir, heç yerdə işləmir. 2015-ci ildə valideynləri ilə birlikdə Gürcüstan Respublikasına getmiş, sonradan valideynləri Azərbaycan Respublikasına qayıtsalar da, o, Gürcüstan Respublikasında qalmışdır. Təxminən 20 avqust 2020-ci il tarixdə qohumları ilə birlikdə hal-hazırda yerini xatırlamadığı yerdən Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. 1 ildən çox müddətdə Gürcüstanda yaşayıb müxtəlif işlərdə əsasən məşğul olmuşdur. Gürcüstanda pandemiya ilə əlaqədar məhdudiyyətlər qoyulduğu üçün Azərbaycan Respublikasına geri qayıtmaq qərarına gəlmişlər. 07 sentyabr 2021-ci il tarixdə qohumları X9, X13, X3, X7 və X12 ilə birlikdə pandemiya əlaqədar sərhədlər bağlı olduğu üçün qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikasına keçmişlər. Lakin sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. Bundan başqa, 02 dekabr 2021-ci il tarixdə Qazax rayonu ərazisinə gedərək sərhədi qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. Sərhədi qanunsuz keçdikdən sonra Tbilisi şəhərinə getmiş və həmin şəhərdə yaşayıb, müxtəlif işlərdə işləmişdir. 2024-cü ilin dekabr ayında tanışı Teyfur Mirzəyevi görmüşdür. Teyfurla söhbət edərkən ailəsini 3 il olar ki, görmədiyini, ailəsi üçün darıxdığından Azərbaycan Respublikasına geri qayıtmaq istədiyini demişdir. Teyfur da ona ailəsini görmək üçün Azərbaycan Respublikasına geri qayıtmaq fikrində olduğunu demişdir. Sənədləri olmadığından, həmçinin sərhədlər bağlı olduğundan yenidən qanunsuz olaraq 21 dekabr 2024-cü il tarixdə axşam saatlarında Gürcüstanla Azərbaycan Respublikası sərhədinə yaxınlaşmışlar. Həmin gün təxminən saat 22 radələrində Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz keçdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışlar və sərhəd zastavasına aparılmışlar. Göstərilən əməllərə görə barəsində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsində cinayət işləri başlanmaqla o, hər dəfə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və sonradan barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib azadlığa buraxılmışdır. Bundan başqa, 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasına qanunsuz keçib, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat idarəsində barəsində müvafiq tədbirlər görülərək azadlığa buraxıldıqdan sonra Bakı şəhərinə gəldikdə uzaq qohumları Şahid1 və Şahid2 ilə birlikdə Bakı şəhərində energetik içkilərin qablarını yığıb satmaqla pul qazanırlar. Sonuncu dəfə 14 və ya 15 fevral 2025-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. 16 fevral 2025-ci il tarixdə səhər saatlarından başlayaraq Namiq və İnamla birlikdə Bakı şəhər ərazisində energetik içkilərin qablarını yığmışlar və sonradan onları satıb axşam saatlarında birlikdə parkda oturmaqla adama təxminən 8 ədəd spirtli energetik içki olan «Go» içməyə başlamışlar. 17 fevral 2025-ci il tarixə keçən gecə saat 04 radələrində İnam və Namiqlə birlikdə Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi ilə hərəkət edən zaman o və Namiq marketə daxil olmuşlar, İnam isə çöldə qalmışdır. Marketdə o, özünə 01 ədəd dırnaqtutan almış və onlar oradan çıxıb yollarına davam etmişlər. Nəsimi rayonu Həsən Əliyev küçəsində olarkən «şərab evi» adlı mağazanın qarşısından keçən zaman mağazanın qapısının şüşədən olduğunu görmüşlər və içəri boylandıqda orada kassa aparatının olduğunu görmüşlər. Onlar qərara gəlmişlər ki, həmin mağazaya daxil olub oğurluq etsinlər. Bundan sonra İnam kənarda pusquda durmuş, o və Namiq isə mağazanın qapısını açmaq üçün qapıya güc tətbiq etməyə başlamışlar. Həmin vaxt Namiqin əynində ağ rəngli gödəkçə, onun əynində isə «Volt» kuryerlərinin geyindiyi, qaramavi rəngli gödəkçə vardır. O və Namiq bir qədər qapıya güc tətbiq etsələr də qapı açılmamış və o, qapıya təpik zərbələri vurub qapının şüşəsini sındırmış və hər ikisi mağazaya daxil olmuşlar. Mağazaya daxil olan kimi o və Namiq kassa aparatına yaxınlaşmışlar, o, açıq vəziyyətdə olan kassa aparatını açıb içərisində olan pulları götürmüş, həmin vaxt Namiq mağazadan çıxmış, dalınca isə o, mağazadan çıxmış və onlar oradan İnam və Namiqlə birlikdə qaçıb uzaqlaşmışlar. Onlar birlikdə 20 Yanvar metrostansiyasının yanına gəlmişlər və orada saydıqda pulların 2100 manat olduğunu görmüşlər. Pulu aralarında böldükdə ona təxminən 600-700 manat pul düşmüş və bundan sonra səhərin açılmağını gözləmişlər. Səhər açıldıqdan sonra 20 Yanvar metrostansiyası ərzisindən özlərinə pal-paltar almışlar və üçü birlikdə Yevlax şəhərinə getmişlər. Pulların hamısını Yevlax şəhərində xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən ona zor tətbiq edilməmişdir. Dövlət sərhədini qanunsuz keçməkdə ona kömək edən olmamışdır. O, həmin mağazaya əvvəllər daxil olmamış, müştəri kimi də orada olmamışdır. Mağazadan yalnız pul oğurlamışlar. Ona təqdim olunmuş videogörüntülərə baxıb bildirmişdir ki, həmin mağaza onun, İnamın və Namiqin oğurluq etdikləri «Şərab evi» mağazasıdır. Qara mavi rəngli gödəkçədə olan şəxs o, ağ rəngli gödəkçədə olan şəxs isə Namiqdir. Onlar mağazanın qapısının şüşəsini sındırmağa çalışırlar. Şüşə onun təpiklə vurduğu zərbədən sonra sınmışdır. Onlar mağazada olan kassa aparatını şüşədən görmüşlər. Mağazaya daxil olduqdan sonra kassa aparatından pulları o, götürüb cibinə qoymuş və onları saymamışdır. Mağazadan çıxdıqdan və oradan qaçdıqdan sonra isə o, cibindən pulları çıxarmış və saydıqda 2100 manat pul olduğunu görmüşdür. Onlar həmin mağazadan təsadüfən oğurluq etmişlər, hadisə vaxtı sərxoş olmuşlar. Yevlax şəhərində qohumlarının evində qalmış, polis əməkdaşları onu, Namiqi və İnamı Yevlax şəhərində saxlamışlar. Onlar üçü mağazanın qarşısından keçən zaman oğurluq etməyə qərara gəlmişdirlər. Kimin mağazaya girməsini kimin mağazının yaxınlığında qalıb sığortalamasını aralarında özləri qərarlaşdırmışlar. Pullar onda olmuş, o, kassadan pulları saymadan götürüb cibinə qoymuş və pulları yalnız 20 Yanvar metrostansiyası yaxınlığında saymışdır. Namiq və İnamın yaşlarını bilmişdir. O, Namiq və İnama oğurluq etməklə yaxşı qazanc əldə edəcəklərini və ya başqa cür onları cinayət etməyə təhrik etməmiş, onlar üçü mağazanın qarşısından keçən zaman mağazadan oğurluq etmək qərarına gəlmişlər, o, onların hər hansı birinə oğurluq etmək üçün hər hansı bir vəd verməmiş və ya hədələməmişdir. Onlar ikisidə könüllü oğurluq etməyi qərarlaşdırmışlar. O, 2015-ci ildə valideynləri ilə birlikdə Gürcüstan Respublikasına getmiş, sonradan valideynləri Azərbaycan Respublikasına qayıtsalar da, o, Gürcüstan Respublikasında qalmış və 2024-cü ilin noyabr və ya dekabr ayında Azərbaycan Respublikasına meşə ilə keçmək istəyən zaman sərhəd qoşunlarının əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhərinə gətirilmiş və burada Dövlət Sərhəd Xidmətində barəsində araşdırma aparılmaqla o, azadlığa buraxılmış, həmin idarədə olan araşdırmanın nəticəsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2025-ci ilin yanvar ayının 10-da ünvan 2 ünvanda yerləşən tanışına məxsus mağazanı götürüb, oranı təmir edərək «şərab evi» kimi işlədir. Həmin mağazada müxtəlif növ spirtli və energetik içkilər satılır. Mağazada 3 nəfər işçisi vardır, onlar hər biri ilə müqavilə bağlamış, həmçinin VÖEN-i də vardır. Mağaza saat 08:30-dan gecə saat 02:00-a kimi işləyir. 16 fevral 2025-ci il tarixdə səhər saatlarından gecə saatlarına kimi mağazada olmuş, həmin gün kənarda işləri olduğu üçün mağazadan günorta saatlarında çıxmış və 17 fevral 2025-ci il tarixdə saat 02:00-da Rəşad adlı işçisi mağazanı bağlayıb evə getmişdir. Mağazada olan gündəlik alverin pulu isə mağazada olan kassa aparatında olur, mağazadakı aparatın açar yeri xarab olduğu üçün açarsız açılıb bağlanır. 17 fevral 2025-ci il tarixdə saat 04 radələrində evdə olarkən mağaza olan ərazidə mühafizə işini təşkil edən adını xatırlamadığı şəxs ona zəng vuraraq mağazasının qapısının sındırıldığını bildirmişdir. O, dərhal evdən çıxaraq mağazaya gəlmiş və görmüşdür ki, mağazanın qapısı sındırılmışdır, içəri daxil olduqda mağazadakı kassa aparatına baxmış və orada olan pulların yerində olmadığını görmüşdür. Kompyuter sistemi ilə yoxladıqda müəyyən etmişdir ki, mağazanın kassa aparatından 3981 manat pul oğurlanmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və mağazada olan müşahidə kameralarına baxdıqda 3 nəfər şəxsin mağazanın qapısını sındırmaqla mağazaya daxil olub, kassa aparatındakı pulları oğurlamaları müəyyən olunmuşdur. Mağazanın qapısının sındırılması nəticəsində ona 400 manat ziyan dəymişdir. Mağazadan yalnız kassa aparatındakı 3981 manat puldan başqa heçnə oğurlanmamışdır. Mağazada kassa aparatı vardır və gün ərzində satılan malların hər biri kompyuter sisteminə vurulur və oradan müəyyən etmək olur ki, gün ərzində hansı məbləğdə alver olmuş və kassa aparatında nə qədər pul olmuşdur. Zərər çəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 21 dekabr 2024-cü il tarixdə saat 18:20-dən 23:20-dək naryad üzvü əsgər Şahid4la birlikdə sərhəd zastavasının 1-ci sahəsinə sərhəd gözətçisi sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Xidmətdə olan zaman təxminən saat 22 radələrində zastava operatoru onlara 4-cü sahə istiqamətində iki nəfər şəxsin Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə mühəndis çəpərlərindən keçməsi barədə məlumat vermişdir. Onlar dərhal həmin istiqamətə hərəkət etdikdə iki nəfər şəxsin Azərbaycan Respublikası istiqamətinə keçdiyini görmüşlər və onlara dayan komandası vermişlər. Həmin şəxslər komandanı eşitdikdən sonra həmin yerdə dayanmışlar. Saxlanılan səxslər özlərini Azərbaycan Respublikası vətəndaşları X8 və Təqsirləndirilən şəxs kimi təqdim edərək Gürcüstandan qanunsuz olaraq sərhədi keçib Azərbaycan Respublikasına gəldiklərini etiraf etmişlər. Daha sonra həmin şəxsləri sərhəd zastavasına aparmışlar. Hadisə yerinə və ətraf əraziyə baxış keçirdikdə hər hansi şübhəli hal və əlamət aşkar etməmişlər. Sərhəd pozucuları saxlanarkən hər hansısa bir formada müqavimət göstərməmişdir. Hadisə yerində Teyfur Mirzəyev və Təqsirləndirilən şəxs başqa şəxş olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 29 iyul 2020-ci il tarixdən Dövlət Sərhəd Xidmətində xidmət edir. xx.xx.2020-ci il tarixdə “Qazax” X1 1-ci Sərhəd komendantlığının 1-ci sərhəd zatavasının 1-ci qrupun baş atıcısı vəzifəsinə təyin olunmuşdur. O, əsgər Səbuhi Hacıbabayev ilə birlikdə "Sərhəd gözətçisi xidmətinə təyin olunmuşlar. Xidmətdə olarkən saat 22 radələrində bir neçə nəfər naməlum şəxsin 4-cü sahə istiqamətinə hərəkət etdiyini görmüşlər. O, dərhal radio rabitə vasitəsi ilə sərhəd zastavasının rəisi baş leytenant Şahid6la əlaqə saxlamış və həmin şəxslərə doğru hərəkət etmişlər. Həmin şəxsləri görən zaman "Dayan” komandası vermişlər. Həmin şəxsləri saxlamışlar və həmin yerə sərhəd zastavasının rəisi baş leytenant Şahid6 gəlmiş, həmin şəxsləri sərhəd zastavasına aparmışlar. Sərhəd pozucuları saxlanılarkən onlara qarşı müqavimət göstərməmişlər. Aparılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 və X4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan:  - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21 aprel 2025-ci il tarixli, 1220 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və başqa şəxslərə zərər yetirilməsi təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hərəkətlərdə iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz psixi durumuna görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində fantaziyaya, özündən uydurmağa pataloji meyilillik müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır.  - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Yevlax rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur.  - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,22 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kənan Əhədzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.  - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 24 fevral 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kənan Əhədzadə tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən, həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir.  - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kənan Əhədzadə tərəfindən tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.  - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2025-ci il tarixədək uzadılmışdır.  - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 318.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır.  -Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 28 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Kənan Əhədzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir.  - İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş, tərəflər arasında barışıq əldə edilmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 318.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 318.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə maddi sübut yoxdur. İş materiallarında olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 385 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 318.2-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 22 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 35 (otuz beş) saat üçün nəzərdə tutulan 385 (üç yüz səksən beş) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar