Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-57/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs, onun vəkili və nümayəndəsi “Arbitrum” Vəkil Bürosunun vəkili X3, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1995-ci il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hədə-qorxu gələrək haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib, "xxxx" elektron xəbər saytı yaradaraq, internet üzərindən video paylaşım etməklə, müxtəlif məzmunlu məqalələr yazmaqla jurnalist qismində fəaliyyət göstərərkən tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etmək məqsədi ilə 8 sentyabr 2021-ci il tarixdə özünə məxsus ***-***- **-** mobil telefon nömrəsindən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, özünü "xxxx" elektron xəbər saytının baş redaktoru "Mahir Xəttab" kimi təqdim edərək ona dair seksual xarakterli video görüntülərin əlində olduğunu bildirib, həmin video görüntüləri və bu video görüntülərlə bağlı onu nüfuzdan salan məqalələri özünə məxsus və digər xəbər saytlarında yayacağını bildirərək, həmin məlumatları yaymaqla hədələyib pul vəsaiti tələb etmək üçün onunla görüşməyi təklif etmiş, Zərərçəkmiş şəxs buna razılıq verməsinə baxmayaraq, görüşməyə gəlmədikdə sonuncunu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında rəhbəri olduğu qeyd olunan ‘‘azadinfo.az" xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, cinayətkar niyyətinin realizəsi üçün real hərəkətləri yerinə yetirib, həmin məlumatların yayılmaması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, həmin gün saat 16 radələrində Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında sonuncunun istifadəsində olan **-AS-*** dövlət qeydiyyat nömrəli «Toyota Camry» markalı avtomobildə görüşərək Zərərçəkmiş şəxs nüfuzdan salan video görüntülərin və məqalələrin qeyd edilən səhifədən silinməsi və yeni məqalələri yayımlamaq üçün hazırlanmamasından ötrü Zərərçəkmiş şəxs özünə 2.000 manat məbləğində pul vəsaitini verməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 8 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxsla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon dairəsi yaxınlığında **-AS-*** dövlət qeydiyyat nömrəli «Toyota Camry» markalı avtomobildə görüşərək ondan 1.000 manat, eyni niyyətlə, 9 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində qeyd olunan ünvanda Zərərçəkmiş şəxs istifadəsində olan qeyd olunan avtomobildə sonuncu ilə görüşərək ondan 1.000 manat olmaqla, cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə hədə-qorxu ilə tələb etməklə almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ay olar ki, "xxxx" MMC-ni təsis etmiş və yaşadığı evdə azadinfo.az elektron xəbər saytı yaradaraq həmin sayta rəhbərlik edir. O, Mahir Xəttab təxəllüsündən istifadə edir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 8 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində tanışı Şahid4 ona «mesenger» proqramı vasitəsi ilə videogörüntü göndərmişdir. Pərvin ona «bilirsən kimdi?» sualını yazmışdır. O isə Pərvinə bilmədiyini yazmışdır. Pərvin isə ona video görüntüdə olan şəxsin Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Bundan sonra o, facebook səhifəsində Pərvinin göndərdiyi videonu paylaşmış və ətraflı xəbər saytında yazacağını bildirmişdir. Bundan sonra onun facebook səhifəsində olan dostu soyadını xatırlamadığı Kənan ona video görüntüdə olan şəxsi tanıdığını deyərək, ona Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsini göndərmişdir. Bundan sonra o, həmin nömrəyə özünün ***-***-**-** nömrəsindən zəng etmişdir. O, Zərərçəkmiş şəxs özünü təqdim edərək azadinfo.az elektron xəbər saytının redaktoru olduğunu deyib, ondan video görüntüləri ilə bağlı açıqlama verməsini istəmişdir. Ramiz isə ona həmin video görüntüləri yaymamağı deyərək, onunla görüşməyi təklif etmişdir. Ramiz onu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Heydər Əliyev parkına dəvət etmişdir. O həmin parka gəlsə də, lakin Ramiz onunla görüşə gəlməmişdir. O, Ramizə zəng etsə də, lakin sonuncu ona cavab verməmişdir. Bundan sonra o, həmin video görüntüləri rəhbəri olduğu “azadinfo.az" elektron xəbər saytında xəbər kimi 8 sentyabr 2021-ci il tarixdə günorta saatlarında “azadinfo.az" elektron xəbər saytına yerləşdirmişdir. Bundan bir qədər sonra Ramiz yenidən onunla əlaqə saxlayaraq iclasa getdiyini, sonra onunla görüşəcəyini bildirmişdir. O, Ramizə hansı səbəbdən ona hörmətsizlik etdiyini soruşmuş və ondan pul istəmək üçün gəlmədiyini, ondan açıqlama almaq üçün gəldiyini demişdir. Ramiz isə onun telefonuna zəng etsə də, onunla əlaqə saxlaya bilmədiyini və buna görə də, görüşə gələ bilmədiyini demişdir. O, Ramizə artıq evə getdiyini və onunla yaşadığı evin yaxınlığında görüşə biləcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra Ramiz onunla əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında olduğunu demişdir. O, Ramizin avtomobilinə oturaraq onunla görüşmüşdür. Ramiz onun video görüntüsünü yaydığını demiş, o, isə ona bu xəbəri təkcə onun saytında deyil, başqa saytların da paylaşdığını bildirmişdir. Ramiz ona artıq ona zərbə dəydiyini bildirmişdir. O, Ramizə kömək edəcəyinə çalışacağını demişdir. O, Ramizə ilk növbədə xəbərin saytlardan silinəcəyini və onun təkzib məlumatlarının yayılacağını demişdir. O, Ramizə bu işin görülməsi üçün maddiyata ehtiyac olduğunu bildirmişdir. Ramiz ondan nə qədər pul lazım olduğunu soruşmuşdur. O isə Ramizə bu barədə maraqlanaraq ona məlumat verəcəyini və digər sayt rəhbərləri ilə maraqlanacağını demişdir. O, Ramizə başqa kimsə ondan bu barədə soruşduğu halda hamıya onun şantaj etdiklərini, video görüntülərin saxta olduğunu deməsini məsləhət görmüşdür. Onlar həmin gün yenidən görüşəcəklərinə dair razılığa gəlmişlər. Bundan bir neçə saat keçəndən sonra o, Zərərçəkmiş şəxsla yenidən həmin ünvanda görüşmüşdür. O, yenə də, onun avtomobilinə əyləşmişdir. O, Ramizə həm onun təkzib açıqlamasının yayılması, həm bu cür görüntülərin yayılmasının tənqid olunması və saytlardan məlumatların silinməsi üçün 2000 manat pul istəmişdir. O, Ramizə hətta 300 manat və 300 manat olmaqla artıq 600 manat pulu öz cibindən artıq sərf etdiyini demişdir. Əslində isə o, heç kimə pul verməmiş, sadəcə olaraq Ramizin ona pul verməsinə inandırmaq üçün bu sözü demişdir. Ramiz bununla razılaşmışdır. Ramiz ona elə həmin gün 1.000 manat pulu vermiş qalan 1.000 manat pulu isə səhəri gün verəcəyini bildirmişdir. Bundan sonra o, səhəri gün həmin 1000 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. 9 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində yenidən Ramizlə görüşmüş, bu dəfə də, onun maşınına oturmuş və Ramiz ona 1.000 manat pulu vermiş, o, Ramizin maşınından düşəndən sonra ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşaraq idarəyə getməyi ona təklif etmişlər. Onun Zərərçəkmiş şəxs şantaj etmək məqsədi olmamışdır. O, sadəcə olaraq Ramizə köməklik etmək istəmişdir. Daha sonra etdiyi əməlin yalnız köməklik məqsədi daşıdığını, ilk dəfə məhkum və cavan olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün məhkəmə iclasında verdiyi ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, CD və DVD disklərdə olan audio səs yazıları, video görüntülərlə, protokollarla və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 15 iyul 2013-cü ildən Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edir. Bu təşkilatın ofisi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti H.Əliyev adına istirahət parkında yerləşir. 08 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində təşkilatın ofisində xidməti otağında olarkən təşkilata məxsus «HP» markalı noutbukdan istifadə edərkən, mailto:ramizqovushov@mail.ruElektron ünvan elektron ünvanlı facebook səhifəsinə əvvəllər tanımadığı «Sema Akınlı» adı ilə qeydiyyata alınmış şəxsdən ona ismarıc daxil olmuşdur. Həmin şəxs ona «Salam, Necəsən? səninlə tanış olmaq olar» tipli ismarıclar yazmışdır. O, həmin şəxsə cavab ismarıcları yazaraq tanış olmağına şad olduğunu qeyd etmişdir. Bundan sonra o, noutbuku söndürmüşdür. Onun istifadə etdiyi «Samsung» markalı mobil telefonda olan facebook səhifəsinə «mesenger» proqramı vasitəsi ilə həmin «Sema Akınlı» adı ilə qeyd olunmuş şəxsin yenidən ismarıc yazdığını müəyyən etmişdir. Həmin şəxs ona yataqda olduğunu deyərək onu görmək istədiyini soruşmuşdur. O, həmin şəxsə cavab verməmiş, bundan sonra həmin şəxs «mesenger» proqramı vasitəsi ilə ona görüntülü zəng etmişdir. O, həmin zəngə cavab vermişdir. Bu dəfə o, bir qadının yataq otağında onunla görüntülü danışdığını görmüşdür. Həmin qadın yarıçalpaq vəziyyətdə idi. Həmin qadının üz cizgiləri aydın görsənməsə də, lakin təxminən onun yaşının 25-30 arası olduğunu hesab edir. Həmin qadın onunla danışa-danışa özünün cinsiyyət oqanına toxunurdu. Onunla bu görüntülü danışığı 5 dəqiqə vaxt sürməmişdir. O, həmin qadının ona zəng etməməsi üçün onun səhifəsini bloklaşdırmışdır. Bundan təxminən 5 dəqiqə sonra isə +**********36 nömrəsindən onun ***-***-**-** nömrəsinə «Whatsapp» proqramı vasitəsi ilə səsli ismarıc göndərilmişdir. O, həmin səsli ismarıca baxdıqda orada kobud qadın səsinin ona «Bizimlə əlaqəni kəssən bizdə olan videoları Sizin ailə üzvlərinizə və dostlarınıza göndərəcəyik» sözlərini qeyd etmişdir. O, həmin nömrəni də bloklaşdırmışdır. O, həm «mesenger», həm də, «Watsup» proqramı vasitəsi ilə bu şəxslərlə arasında olan yazışmaları və zəngləri telefonundan silmişdir. Bundan sonra nahar vaxtı onun facebookda dostları kimi qeyd olunmuş qohum və tanışları ona zəng edərək videogörüntülərini onlara «mesenger» proqramı vasitəsi ilə «Ayliz Gündovan» profilli şəxsin göndərdiyini demişlər. Həmin vaxt onun tanışları ona bu videonu göndərmişlər. Bundan sonra onun mobil telefonuna ***-***-**-** nömrəsindən zəng gəlmişdir. Ona zəng edən şəxs özünü Mahir Xəttab kimi təqdim etmişdir. Həmin şəxs onun iştirakı ilə video görüntü olduğunu deyərək ondan açıqlama istədiyini bildirmişdir. O həmin şəxsdən nə video görüntü olduğunu soruşmuşdur. Mahir isə ona bir qadınla görüntülü danışığına dair video görüntü olduğunu və bu görüntünü rəhbəri olduğu "xxxx" saytında paylaşmaq istədiyini demişdir. O isə Mahirə bu görüntünü paylaşmamasını demişdir. Mahir isə onunla görüşərək bu barədə danışmağı təklif etmişdir. O, əvvəlcə Mahirlə görüşmək istəməmiş və buna görə də, onunla görüşə getməmişdir. Sonra o, artıq bu videonun "xxxx" saytında yayıldığını görmüşdür. Bundan sonra o, Mahirlə görüşməyi qərara almışdır. O, Mahirlə həmin gün saat 16-17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsi yaxınlığında görüşmüşdür. O, görüşə xidməti avtomobili ilə getmişdir. Mahir Xəttab onun avtomobilinə əyləşmişdir. O, Mahirlə arasında olan danışığı telefonunun yaddaşına yazmışdır. O, Mahirə hansı səbəbdən videonu yaydığını soruşmuş, sonuncu isə onunla görüşə gəlmədiyi üçün videonu yaydığını demişdir. Söhbət zamanı Mahir ona istədiyi halda bu videogörüntü ilə bağlı xəbərlərin yayılmasının qarşısını ala biləcəyini, hətta YAPa da təsir imkanlarının olduğunu demişdir. O, Mahirdən görüntüləri ona kimin göndərdiyini soruşmuş, Mahir isə ona korkret cavab verməmişdir. Mahir ona bu xəbəri silmək üçün pul verməli olacağını bildirmişdir. O, Mahirdən məbləği soruşmuş, sonuncu isə ona başqa sayt rəhbərləri ilə də danışaraq məlumat verəcəyini demişdir. O, Mahirlə həmin gün saat 21 radələrində elə həmin yerdə görüşmüşlər. Yenə də, Mahir onun xidməti avtomobilinə əyləşmişdir. Mahir onunla söhbət zamanı iki saytdan bu xəbəri sildirmək üçün artıq öz cibindən 300 manat və 300 manat olmaqla, cəmi 600 manat pul xərclədiyini deyərək, bu xəbəri ümumiyyətlə bütün saytlardan sildirmək üçün isə ondan 2.000 manat pul istədiyini demişdir. O, bunun müqabilində onun video görüntülərini saytlardan sildirəcəyi, həmin görüntüləri yaymayacağını, onun xeyrinə məqalələr dərc edəcəyini bildirmişdir. O, Mahirə 1000 manat pulu verərək səhəri gün onunla görüşərək qalan pulu da verəcəyini demişdir. Bundan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmiş, Mahirin səs yazılarını da ərizəsinə əlavə etmişdir. Onun müraciəti sonradan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin idarənin əməkdaşları ona protokol əsasında 10 ədəd yüz manatlıq əskinazlar vermişlər. Bundan sonra əməliyyat tədbiri keçirilmiş və 09 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində o, Mahirlə həmin ünvanda görüşmüş və ona 1.000 manat pulu vermişdir. Bundan sonra əməliyyat işçiləri Mahiri saxlamışlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəmə iclasında Təqsirləndirilən şəxs aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən YAP Binəqədi rayon təşkilatının sədri Zərərçəkmiş şəxs sürücüsü vəzifəsində işləmişdir. O, təşkilatın «Tofota Camry» markalı **-AS-*** dövlət qeydiyyat nömrəli avtomobilini idarə etmişdir. O, Təqsirləndirilən şəxs şəxsən tanımır, onun bu şəxslə heç bir münasibəti olmamışdır. O, bu şəxsi cəmi 3 dəfə 8 sentyabr və 9 sentyabr 2021-ci il tarixlərdə Zərərçəkmiş şəxsla görüşəndə görmüşdür. Belə ki, sonuncu 8 sentyabr 2021-ci il tarixdə 2 dəfə və 9 sentyabr 2021-ci il tarixdə 1 dəfə Təqsirləndirilən şəxs ilə görüşə aparmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon dairəsi yaxınlığında görüşmüşdür. O hər dəfə oraya gedəndə avtomobildən düşmüş və Təqsirləndirilən şəxs avtomobilə əyləşərək Zərərçəkmiş şəxsla söhbət etmişdir. Birinci dəfə o, Zərərçəkmiş şəxs görüşə 8 sentyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində aparmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşəndən sonra ona sonuncunun jurnalist olduğunu, onun barəsində video görüntüləri yaymaqla hədələdiyini və bu videoları yaymamaq üçün ondan 2.000 manat pul istədiyini bildirmişdir. Bundan sonra elə həmin gün saat təxminən 21-22 radələrində o, yenə də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşə aparmışdır. Bu dəfə də, onlar eyni ünvanda görüşmüşlər. O, avtomildən düşsə də, lakin avtomobildən uzaqlaşmamış və yaxınlıqda dayanmışdır. Ramiz Mahirlə danışdıqdan sonra Mahir avtomobildən düşmüşdür. Ramiz onu "xxxx" ASC-yə aparmağı demişdir. O həmin bankın Əcəmi filialının qarşısına getmişdir. Orada Ramiz bankomatdan 1.000 manat pulu məxaric etmi və daha sonra o, Ramizi yenə də, Mahirlə görüşə aparmışdır. O, yenə də, maşından düşmüş və Mahir maşına əyləşmişdir. O, maşından kənarda olsa da, Ramizin Mahirə pul verməsinin şahidi olmuşdur. Bundan sonra o, səhəri gün də, yəni 9 sentyabr 2021-ci il il tarixdə saat 16-17 radələrində Ramizi Mahirlə görüşə aparmış, yenə də, onlar eyni ünvanda görüşmüşlər. O, avtomobildən düşmüş və kənarda dayanmışdır. Mahir isə avtomobilə əyləşmişdir. O, yenə də, Ramizin Mahirə pul verməsinin şahidi olmuşdur. Bundan sonra Mahir avtomobildən düşmüş və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ona yaxınlaşaraq Bas idarəyə getməsini təklif etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Mədəniyyət və İncəsənət Universtetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, 2014-cü ildə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatında əmək fəaliyyətinə başlamışdır. 2017-ci ilin oktyabr ayından Binəqədi rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlərlə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş, 2020-ci ilin 3 noyabr tarixindən isə Tibbi Ərazi Bölmələrinin X1 əlaqələr və müraciətlərlə iş Departamentində məsləhətçi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Binəqədi rayon İcra hakimiyyətində əmək fəaliyyətinə başlayandan tanımış, sonuncu həm də, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri idi. Təqsirləndirilən şəxs bir neçə aydır ki, "xxxx" xəbər saytının redaktoru kimi tanımışdır. Onun hazırda işlədiyi Departament eyni zamanda ictimaiyyətlə əlaqələrlə məşğul olduğu üçün o, bir qrup jurnalistlərlə əlaqədə olmuşdur. Onun Mahirlə heç bir yaxın münasibəti olmamışdır. O, Mahirlə yalnız «Facebook» sosial şəbəkəsi vasitəsi ilə ünsiyyət saxlamış və bir dəfə də, onunla jurnalistlərlə bağlı tədbirdə görüşmüşdür. Bundan başqa onun Mahirlə heç bir əlaqəsi olmamışdır. 8 sentyabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində «Facebook» sosial şəbəkəsində Təqsirləndirilən şəxs «Yapdan bir nəfər də, altını vurdu» statusu yazmışdır. O, Mahirə «messenger» vasitəsi ilə kimi nəzərdə tutduğunu soruşmuş, Mahir isə ona Zərərçəkmiş şəxs olduğunu yazmışdır. O, Mahirdən həmin videonu ona göndərməsini xahiş etmişdir. Mahir isə ondan Zərərçəkmiş şəxs əlaqə telefon nömrəsini istəmişdir. O, Mahirə Zərərçəkmiş şəxs Binəqədi rayon icra hakimiyyətində işlədiyi vaxtdan tanıdığını bildirmiş və onun nömrəsini öyrənəcəyini demişdir. Bundan sonra Mahir ona Zərərçəkmiş şəxs əks olunduğu video görüntünü göndərmişdir və ondan bu videonu paylaşmamağı xahiş etmişdir. O, isə Mahirə Zərərçəkmiş şəxs ***-***-**-** mobil telefon nömrəsini göndərmişdir. O, Mahirin Zərərçəkmiş şəxs açıqlama alması üçün sonuncunun nömrəsini göndərmişdir. O, Mahirin Zərərçəkmiş şəxs pul tələb edəcəyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2005-ci ildə X10 X2 ixtisası üzrə bitirmiş, 2019-cu ildən "xxxx" MMC-də telekamunikasiya üzrə mühəndis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021 -ci ilin avqust ayında tanımışdır. Belə ki, sonuncu özünün «Facebook» səhifəsində "xxxx" elektron saytını işlətmək, dizayn vermək üçün mütəxəssis axtardığını qeyd etmişdir. O, bu elana əsasən onunla əlaqə saxlayaraq özünün CV məlumatlarını göndərərək bu sahədə ona köməklik edə biləcəyini qeyd etmişdir. Bundan sonra onunla münasibəti yaranmışdır. O, əsas işindən əlavə boş vaxtlarında bu yol ilə əlavə gəlir əldə etməyi planlaşdırmışdır. Lakin onunla Mahir arasında müqavilə bağlanılmamış, çünki Mahir ona saytı qaydaya salıb, reklam işlərinə başlayandan sonra ona əmək haqqı verəcəyini bildirmişdir. O, avqust və sentyabr ayları ərzində Mahirlə saytın qurulması işində əməkdaşlıq etsə də, lakin sonuncu ona bir manat da, olsun əmək haqqı verməmişdir. 8 sentyabr 2021-ci il tarixdə saat təxminən 14-15 radələrində Mahir ona «Whatsapp» mobil proqramı vasitəsi ilə video görüntü göndərərək həmin görüntüdə intim yerləri gizli formaya salmağı xahiş etmişdir. O, bunu edəndən sonra Mahir ondan həmin videonu «Teleqram» proqramına və "xxxx" saytına yerləşdirməyi xahiş etmişdir. O həmin videonu «Teleqram» proqramına yerləşdirsə də, lakin "xxxx" saytına yerləşdirə bilməmişdir. Sonradan Mahir özü həmin videonu sayta yerləşdirmişdir. Həmin gün saat 18 radələrində o, Mahirə «Whatsapp» mobil proqramı vasitəsi ilə «O xəbəri teleqram kanalında vermişdim, silim ordan da?» sualını yazmışdır. Belə ki, həmin vaxta artıq Mahir saytdan bu videonu silmişdi. Lakin Mahir ona «Salam, yox gözlüyün hələ, adamdan bir xəbər yoxdu, görüşdük amma bir nəticə yoxdur. Guya ki, mənə yenidən yığacaq, yığmasa sayta veriləcək və silinmiyəcək o xəbər» səsli ismarıcını göndərmişdir. Bundan bir neçə saat sonra Mahir onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxsla bağlı açıqlama verəcəyini bildirmiş və ondan teleqram kanalından görüntülərini silməyi xahiş etmişdir. O, həmin videonu teleqram kanalından silmişdir. Səhəri gün o, Mahirlə yazışsa da, sonuncu ona Zərərçəkmiş şəxsla bağlı heç bir söz deməmişdir. O, Mahirin Zərərçəkmiş şəxs pul istəməsini və almasını bilməmişdir. Mahir bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, jurnalistlik fəaliyyəti ilə məşğul olur. 2019-cu ilin yanvar ayında «AzTimes.az» informasiya saytını təsis etmişdir. Həmin saytın onunla birlikdə 2 nəfər əməkdaşı vardır. "xxxx" saytının rəhbəri Təqsirləndirilən şəxs təxminən 4-5 aydır ki, tanıyır. Onunla işgüzar münasibətləri olmuşdur. 8 sentyabr 2021-ci il tarixdə saat 11-12 radələrində «Facebook» sosial şəbəkəsi vasitəsi ilə özünün adına olan səhifəyə «Ayliz Gündovan» adlı əvvəllər tanımadığı sosial şəbəkə istifadəçisindən türk dilində salamlaşma məzmunlu ismarıc daxil olmuşdur. Həmin ismarıcın arxasınca isə həmin şəbəkə istifadəçisi ona bir nəfər kişinin bir nəfər qadınla görüntülü intim danışmasına dair videogörüntülərin əks olunduğu video göndərilmişdir. Ona video göndərildikdən sonra «Mənimlə əlaqə saxlamasa bu video yayılacaq» sözləri qeyd olunmuş ismarıc daxil olmuşdur. O, videodakı şəxsləri tanımadığı üçün narahat olaraq həmin proifili bloka atmışdır. Bundan sonra o, həmin video görüntülərin sosial şəbəkədə yayıldığının və görüntülərdə olan şəxsin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O həmin videonu Təqsirləndirilən şəxs «Facebook» səhifəsinə göndərərək, belə bir videodan məlumatının olub-olmamasını soruşmuşdur. Təxminən 15 dəqiqədən sonra Mahir ona «Whatsapp» proqramı vasitəsi ilə müraciət edərək bu video görüntüləri hələ ki, yaymamasını xahiş edərək, Zərərçəkmiş şəxs bu video ilə bağlı açıqlama alacağını bildirmişdir. Bir neçə saat sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müdafiə edən yazılar dərc etməsinin şahidi olmuşdur. Cinayət işinin İ cild 47-48-ci vərəqəsində olan 09 sentyabr 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 94-98-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 29-31-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 20-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı MBİ-nin Əməliyyat idarəsində tərtib olunmuş 9 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, ilə Zərərçəkmiş şəxs üzərində xüsusi yazı vasitəsi ilə «Nəzarət 2021» sözü və rəqəmləri yazılmış 10 ədəd 100 manatlıq əskinaslar olmaqla 1.000 (bir min) manat pul (A97161204, A07638661, A09368515, C051432492, A65218943, C87455300, A01001276, A37266802, C60251637 və C62851325 seriyalı) və «Stayer» markalı xüsusi texniki avadanlıq təqdim olunmuşdur. Cinayət işinin İ cild 24-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı MBİ-nin Preventiv tədbirlər və təhqiqat idarəsində tərtib olunmuş 9 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı 10 ədəd 100 manatlıq əskinaslar, o cümlədən, A97161204, A07638661, A09368515, C051432492, A65218943, C87455300, A01001276, A37266802, C60251637 və C62851325 seriya nömrəli pul əskinasları aşkar olunaraq götürülmüşdür. Cinayət işinin İ cild 158-166-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 4/1294 saylı audio və videoyazıların məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnləridə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin İ cild 159-cu vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 300 (üç yüz) manat müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 1 CD diskdə olan 3 ədəd fayla (1 ədəd video görüntülərin qeyd olunduğu və 2 ədəd audio fayl) baxış keçirilmiş və müəyyən olunmuşdur ki: 1 - “WhatsApp Audio 2021-09-10 at 09.47.44.mpeg” faylda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 08.09.2021-ci il tarixdə ilk görüş zamanı qeydiyyata alınmış aşağıdakı məzmunda danışığın əks olunduğu müəyyən olunmuşdur: Zərərçəkmiş şəxs - Get, qabağa get, sağa dönərsən (telefonla danışır: Alo, müəllımə, mən gəldim. Siz bilirsiz, harda? Bu Azərcell var a, körpüdən keçəndə Azərcell. Onun barabarında. Naprotiv) (Qapı çırpılmasına xarakterik olan səslər eşidilir) Təqsirləndirilən şəxs - Məllimə, bəlkə elə soruşum, o video kim yayır elə? Zərərçəkmiş şəxs - Vallah deməli bu gündüz, günorta radələrində bir nəfər Təqsirləndirilən şəxs - Bu gün? Zərərçəkmiş şəxs - Həə, bu gün. Günorta mənə zəng elədi bir xanım. Zəng eləmədi e, daha doğrusu. Salam, salam, mən də salam. Bəs istiyirəm siznən tanış olam. Dedim, buyurun. Dedi mənim adım filankəsdi. Adı nəydi? Hə, Səma. Dedim hə, eşidirəm, buyurun. Tanış olmaq istiyirəm. Sonra da deməli bir az keçdi dedi ki, mən Ədirnədəyəm Təqsirləndirilən şəxs - Standart... Zərərçəkmiş şəxs - Sora da dedi ki, bəs, mən dedim mən Bakıdayam ... . Sonra bir az keçmiş bir də zəng elədi ki, görüntülü danışa bilərik? Dedim ki, düzü mən bilmirəm görüntülü danışmağı, skaypnan bilirəm, Messencerdə bilmirəm. Nəsə danışdı, deməli ... mən heç cavab vermədim. Sonra ... görüntüylə ... hə ki, bəs ... dedi... mən yataqdayam. Məni yataqda görmək istiyirsiz? ... Sonra ... göstərdi. Sonra dərhal bir az keçmiş şeydi, dedi ki, şeylə, məni axtarma sən. Səni... dünyanın hər yerinə yayacam. Mən də blok elədim. Onnan sora bir başqa biri telefonla zəng elədi, Türkiyə nömrəsiylə ki, biz, sən bizi əgər axtarmasan, biz səni... Təqsirləndirilən şəxs-Yayacıyıq. Şantaj Zərərçəkmiş şəxs - Hə, mən də... Təqsirləndirilən şəxs - Mediyaya yayıldı Zərərçəkmiş şəxs - Yox, mediaya yayılmayıb. Mediyaya yayılmıyıbdı. 1-2 nəfər tanışdan şey gəldi Təqsirləndirilən şəxs - Bizdən dedilər ki, filankəs yayıbdı, bizim saytdan? Zərərçəkmiş şəxs - Yox, yox, saytdan yox. Sadəcə mənim facebuk dostlarımdan 1-2 nəfər məlumat verdi ki, bizə şey gəlib, video gəlib. Mən də ... dedim ki,... şantajdı.... sizdən gəldi bu zəng Təqsirləndirilən şəxs - Hə, birinci bizdən gəldi Zərərçəkmiş şəxs - Birinci sizdən gəldi Təqsirləndirilən şəxs - Həə. Videonu heç nə göndərdilər bizə ki, bəs yayılmağa. Mən açığı, sizi heç tanımırdım yəni ümumiyyətlə Zərərçəkmiş şəxs - ... indi mən baxdım. Siz bizim 1-2, neçə, bir neçə xəbərimizi paylaşmısız, yaxşı paylaşmısız Təqsirləndirilən şəxs - Hə, yəni Binəqədiylə bağlı bizə əməkdaşlar gəlmişdi ki, ay ... . məsəlçün, məbləğ məni qane etmədiyi üçün yox dedim, dedim istə. O məbləğə mən xəbər vermirəm. Bir ay havayı, pulsuz dedim verərəm. Əgər yaxşı işlər görürsüzsə, dövlətim üçün görürsüzsə, bunu verərəm. Amma müəyyən bir müddət sora ödəniş lazımdı. Amma o ödənişə mən qane olmuram. Əlaqəmiz kəsildi. Yəni sizlə bağlı heç bir qərəzimiz yoxdu. Mənə çox zənglər gəldi (Mobil telefon zəngi eşidilir) Təqsirləndirilən şəxs - Danışın, danışın. Hə, yəni çox zənglər gəldi. Hamı istiyir, hamı deyir mənə göndər. Dedim yox, göndərə bilmərəm, biz onu ... Göndərə bilmərəm, çünki sizdən qabaq da, sən danışmamışdan qabaq da mənim telefonum partdıyır ki, videonu göndərin, videonu göndərin, videonu göndərin, biz də baxaq Zərərçəkmiş şəxs - Yox, o sizə, o informasiya sizə gəlib? Təqsirləndirilən şəxs - Bəli, bəli Zərərçəkmiş şəxs - Birinci sizə çəlib Təqsirləndirilən şəxs - Bəli, bəli Zərərçəkmiş şəxs - Bə sizdən başqa saytlara getmiyib? Təqsirləndirilən şəxs - Yoxdu, baxdım heç yerdə görməmişəm Zərərçəkmiş şəxs - Sən Allah ... Təqsirləndirilən şəxs - Yox, həqiqətən. Yəni biz xəbəri verəndə götürsələr belə biz video xəbəri həmən qaldırdıq. Olara biz videonu atmalıyıq ki, olar videonu yükləsinlər Zərərçəkmiş şəxs - Hə, deməli istənilən situasiyada siz idarə eliyirsiz də orda Təqsirləndirilən şəxs - Biz uje çıxdıq. Amma bundan sonra artıq kimsə bicbalalıq, siz də bağışlayın, bicbalalıq edib götürübsə. Olar dedilər 1-2 sayt, amma çalışaram onnan bağlı da sizə bir köməklik göstərilsin. Mətbuatdan da çox güman ki... Zərərçəkmiş şəxs - Yox, ... mətbuatdan yox, bizim ... Təqsirləndirilən şəxs - Uje ordan da ... Zərərçəkmiş şəxs - Bilmirəm də yəqin ... Təqsirləndirilən şəxs - Sizə belə bir köməklik göstərmək olar ki, biz sizin adınızdan bir təkzib yayırıq. Və o videonun şantaj olduğunu, deməli, fotoşop, olduğunu yayırıq ki, həmin müəllimi dəfələrlə şantaj eliyiblər bununla bağlı. Müəllim də yaşlı adamdı əhəmiyyət verməyib. İndi də mediaya sızdırılıb. Bu barədə sizə köməklik göstərə bilərik. Həmin xəbər hazırda qaldırılıb saytdan, silinməyib, amma qaldırılıb. Yəni oxumaq olur, amma girmək olmur xəbərə, deaktiv bölməsində saxlanılır. Elə o baxımdan sizə köməklik göstərə bilərik. Həm də bilirsiz nəyə, indi siz də yaşım az da olsa, biz də kişiyik də. İnanın səmimiyyətimə, mən aktiv jurnalistəm, ... hər yerdə tanıyıllar. Bizim özümüzə belə o zənglərdən gəlir, şantaj eləmək üçün, at videonu, çək ki, şantaj üçün. Çünki kişinin zəif damarı odu da. Bizi başqa nədən şey eliyə bilərlər ki? Zərərçəkmiş şəxs - Bəs onda media, sizdə nə qədər o qaldı saytda? ... Siz əvvəlcə elə bil şey qoymuşduz, sora şəkil ... Yəni v lyubom sluçaye, mən vallah səyfədən başım çıxmır Təqsirləndirilən şəxs - Hə. Yox, mən sizi bilirsiz nətərdi? Mən sizə açığ deyirəm, biz verdik. Sonra siz mən, mən siznən gəldim görüşəm. Video verilməmişdi. Düz gəldim parkın yanınacan sizlə görüşüm. Tam səmimi deyirəm, mənim niyyətim sizlə görüşüb bir köməklik göstərməkdi. Yenə də deyirəm, YAP-çı deyiləm. Amma istəsək də, istəməsək də Yeni Azərbaycan Partiyası hakim partiyadı. Yəni xələl gələndə obşi bir şeyə xələl gəlir də. Başa düşürsüz? Ona görə mən birbaşa gəldim sizlə ki, bəlkə. Siz də məni elə elədiyinizə görə Zərərçəkmiş şəxs - Elə eləməmişəm ... Təqsirləndirilən şəxs - Geri ... işçilərimə dərhal tapşırdım ki, həmin video dərhal sayta qoyulsun Zərərçəkmiş şəxs-... iclas... Təqsirləndirilən şəxs - Mən də işçilərimə birbaşa tapşırdım ki, dərhal həmin görüntülər hazırlanıb sayta verilsin. Siz əlaqə saxla nə qədər vaxt çəkdi bilmədim. O müddətdən qalıb. Amma indi yenə də soruş ... ki, bəs linkə giririk açılmır axı xəbər. Yoxdu axı xəbər, indi silmişik axı, qaldırmışıq görüntüləri. Yəni belə Zərərçəkmiş şəxs - Yaxşı, deməli, görürsüz Mərkəzi Aparatdan dalbadal zəng eliyirlər mənə Təqsirləndirilən şəxs - Siz açın, bir danışın ... Zərərçəkmiş şəxs - Deməli siz ... yox, təbii ki, axtarıb deyillər də nə var, nə yox da Təqsirləndirilən şəxs - Siz də, siz neyləyəcəksizsə, tez eliyin. Olara da deyin ki, fotomontajdı. Bunnan bağlı xəbərlə şantaj olundum. ... Deyin ki, həmin görüntülər fotoşopdu. Məni şantaj eliyirlər Türkiyədən. Bunnan bağlı da tədbir (Zərərçəkmiş şəxs telefonla danışır: Alo. Bəli. Yaxşı, yaxşı, mən zəng eliyib danışacam) Təqsirləndirilən şəxs - Deyin fotomontajdı, mən şantaj olundum (Zərərçəkmiş şəxs telefonla danışır: Alo. Oldu qadası, oldu, oldu) Zərərçəkmiş şəxs - Deməli mən deyirəm ki, sizə təkzib verirəm. Siz necə, təzə xəbər paylaşırsız? Təqsirləndirilən şəxs - Sizin görüntülər paylaşılmayacaq. Sadəcə, Ramiz müəllim mediaya açıqlamasında, həmin görüntülərin şantaj olduğunu və fotomontajla təxminən bir neçə aydır ki, bunnan bağlı şantaj olunur. Ramiz məllim də o görüntülərin gerçək olmadığı üçün bu şantajlara getmir. Və getmədiyinə görə də məsələ mediaya sızdırılıb Zərərçəkmiş şəxs - Yaxşı, indi bir şey soruşum da. Hər halda bir sirimnən- sifətimnən hiss eliyirsiz ki, yanı bir insan kimi Təqsirləndirilən şəxs - Sizi mənə Səbuhi təriflədi ... Ramiz əmi belədi. Dedim gedib görsəm, o siz dediyiniz o şeyləri alsam yəni bütün köməkliklər göstəriləcək Zərərçəkmiş şəxs - Oldu. Deməli indi bir şey soruşum. Bax, o olar ki, .. siz onun qabağını ala bilərsizmi? Elə ola bilər ki, siz ... ancaq ... o mümkün deyil Təqsirləndirilən şəxs - Vallah orda maddiyat rol oynayacaq, sizə açıq deyim Zərərçəkmiş şəxs - Pul təbii ki Təqsirləndirilən şəxs - Mən çıxmalıyam onlara, onlarla görüşməliyəm. Bu məsələnin həll olunmağını istiyirsizsə, mən sizə kömək eliyərəm. Amma burda maddi olacaq Zərərçəkmiş şəxs - Aydındı Təqsirləndirilən şəxs - Çünki, baxın. Çox təəssüf ki, Azərbaycan mediyası bunnan işliyir. Pul aldım, xəbər sildim, neynədim. Yəni silinməyəcək xəbər deyil. Çox güman ki, onu versə böyük saytlar verməyəcək. İndi siz aparatla danışsaz, oları inandırsaz, onu məsəlçün, böyük saytlar verməyəcək. Amma balaca, kiçik saytlar var ki, onlar verəcəklər. Onlarnan da mən bacardığımdan kontakta keçəcəm, sizə yanı tam səmimi deyirəm, vicdanla deyirəm ki, kömək eləməyə çalışaram. Bilirsiz niyə? Yenə də deyirəm, siz əgər bir vətəndaşın üstünə qışqırsaydız, onu qovsaydız və yaxud da vətəndaşa qarşı bunu təklif eləsəydiz inanın, heç mən burda oturmazdım. Amma ... bu yoldan istifadə edərək insanları şantaj eliyirlər. Təbii ki, indi sizin adınızı ora kim verib, o durduğu yerdə sizə yığmıyıb. Çox güman ki, sizə zərbə vurmaq üçün sizi veriblər, sizlə danışılıb. Yəni məqsədli olan bir şeydi, uşaq deyilik ki, bilirik məsələləri. Baxın da, istiyirsizsə, dərhal burdan düşən kimi hərəkətə keçim Zərərçəkmiş şəxs - Dərhal burdan düşən kimi hərəkətə keçin, mən də hökmən Mərkəzi Aparatnan danışmalıyam. Yəni bu şantajdı, bu şeydi Təqsirləndirilən şəxs - Mən necə deyirəm, siz elə deyin. Çünki elə də mən yazı verəcəm. Şantajdı, fotoman, yəni fotoşopdu əvvəli. Çünki belə deyək, əvvəli özüməm. Hamı açır videonu. Əvvəli özüməm. Daha sonra siz ki, orda cinsi orqan göstərirsiz e, o şantajdı, onun mənə heç bir aidiyyatı yoxdur. Yəni yığıb məni xanım, gördüm elə bir görüntü. Mən də bunu başa düşmədim birinci nədi. Yaşdı olmağınızın avantajından istifadə eliyin. Yəni ki, başa düşmədim nədi bu. Qalan şeylər də necə qurulub, necə düzəldilib, mənim anlayışım yoxdu. Oturmuşdum, yəni mənə belə bir görüntü zəng gəldi. Gördüm ki, xanım soyunub yarıçılpaq vəziyyətdə, belə şeylər. Nə olduğunu tam başa düşmədim. Elə baxırdım görüm nədi, gözüm də yaxşı seçmir. Mən həmin dediyim bu məsələni sizin adınızdan zatən saytda verəcəm ki, Ramiz müəllim belə deyir Zərərçəkmiş şəxs - Zəng eliyim Təqsirləndirilən şəxs - Siz danışın, görün nə deyillər (Zərərçəkmiş şəxs telefonla danışır: Alo. Bəli. Salam. Sizi yığırdım elə mən bu birsi telefonnan, zanit oldu, hə. Üzrlü hesab eliyin, sən Allah, bir az. Mən iş tərəfdəyəm. Oldu, yaxşı. Yarım saata çataram. Oldu, oldu, oldu) Çağırıllar Təqsirləndirilən şəxs - Tez hərəkətə keçmək lazımdı Zərərçəkmiş şəxs - Hərəkətə keçirik də, vsyo. Keçirik Təqsirləndirilən şəxs - Dediyim kimi də. Sizə nə deyirlər desinlər, siz dediyim kimi Zərərçəkmiş şəxs - Baş üstə Təqsirləndirilən şəxs - Yaşlıydım, görmürdüm heç nədi Zərərçəkmiş şəxs - Yox, yəni mən görüntülü əvvəla, mən başa düşmədim doğrudan da, sonrasını Təqsirləndirilən şəxs - Hə, həm də deyin ki, mən baxırdım ki, bu qadın kimdi də, nə deməkdi. Başa düşmədim, bir qadın mənə zəng vurdu, soyunub, lüt filan. Bu templə gedin, mən də sizin açıqlamanızı o ... verəcəm. Onnan sora da başqa saytlar da versin Zərərçəkmiş şəxs - Görüntünü ancaq vermirsiz Təqsirləndirilən şəxs - Yox, görüntü verilməyəcək də. Sizin açıqlamanız veriləcək bizə, amma xəbərlərin silinməsi Zərərçəkmiş şəxs - Nə sözünüz olsa görüşürük Təqsirləndirilən şəxs-Yanı ümumi... Zərərçəkmiş şəxs - Yox, bilmirəm ... Təqsirləndirilən şəxs - Siz nə qədər vermək istiyirsiz? Zərərçəkmiş şəxs - Vallah mən deyə bilmərəm onu. Siz deyin, mən qaçım tez idarəyə. Yəni... Təqsirləndirilən şəxs - Yox, əstəfurulla ... . Sizi başa düşürəm, hamımız kişiyik də. Mənim də başıma sabah gələ bilər hadisə. Siz indi belə düşmüsüz deyə, mən də sizi vurum ki, yox. Bəzi jurnalistlər var reket xətrinə pul, pul boş şeylərdi yəni. Mən yenə də deyirəm, siz gördüm səmimi insansız. Çalışacam sizə kömək olsun. Məbləği mən bir dənə danışım görüm saytlar versə, neçəyə sizə gələr, nə qədərə yumurlar ağızlarını videonun getməməsi üçün. Mən sizə deyəcəm. Oldu? Amma siz mənə ... Zərərçəkmiş şəxs - Necə? Təqsirləndirilən şəxs - Səs yazımız da ... Watsapda yazacam sizə Zərərçəkmiş şəxs - Oldu Təqsirləndirilən şəxs - Çünki mənim də telefonum dinlənilir. Siz işinizi həll edin, amma ... nə desələr, mənə deyin Zərərçəkmiş şəxs - Yaxşı 2 - “WhatsApp Audio 2021-09-10 at 09.47.44.mpeg” faylda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 08.09.2021-ci il tarixdə ikinci görüş zamanı 1.000 manat pul verilməsi ilə bağlı qeydiyyata alınmış aşağıdakı məzmunda danışığın əks olunduğu müəyyən olunmuşdur: Zərərçəkmiş şəxs - Qafqaz info şey yayıb e Təqsirləndirilən şəxs - O YAP-ın açıqlamasıdı Zərərçəkmiş şəxs - Hə YAP-ın açıqlamasıdı Təqsirləndirilən şəxs - YAP-ın açıqlamasıdı gördüm. Hə müəllim, deməli biz hərəkətə keçəciyik dərhal. Necə hərəkətə keçəciyik? Mən sizə deyim, siz, sizə kim sorğu göndərsə, neynəsə Zərərçəkmiş şəxs - Aha Təqsirləndirilən şəxs - Hə, müraicət eləsə, yenə də açığlamalar... mən onu ya bizim uşağlara ... işçilərimə tapşıracam hazırlasınlar da. Deməli siz deyəcəksiniz ki, bu video aylar öncə çəkilib. Mənə, mənə dediz e, xanım zəng ... Zərərçəkmiş şəxs – Hmmmm Təqsirləndirilən şəxs - Şantaj olundum. Şantajlarına getmədiyim üçün də video montaj olunub yayıldı video. Siz orda aparatda nə dediz getdiyiniz yerdə? Dediyim kimi dediz, yoxsa Zərərçəkmiş şəxs - Mən dedim mantaj olunub da, mantaj Təqsirləndirilən şəxs - Biz söz dedilər sizə? Zərərçəkmiş şəxs - Yo, heç nə, dedi... Təqsirləndirilən şəxs - Hə, indi mən YAP-a da təsir eliyəcəm, açıqlamalar verə sizinlə bağlı mövqeyə görə. Onlarla da danışacam. Yeni Azərbaycan Partiyasının rəhbərliyiylə ki, bu məsələdə yəni sizi təmizə çıxardacayıq. Həmin video üzrə təkzib açıqlaması gedəcək ki, sizin açıqlamanız mən dediyim kimi, indi mən Zərərçəkmiş şəxs - Hansı? Təqsirləndirilən şəxs - Yazıb sizə atacam onu ki, video aylar əvvəl çəkilib. Mən şantaj olunmuşam. İıı deməli telefonu açdım, xanım, orda bir xanım gözüm də görmür. Bilmədim nədi Baxdım görüm nə məsələdi. Məni şantaj eliyib pul şey eliyirlər. Sonra mən orda YAP məsələsinə toxunacam ki, bu Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gətirilmək üçün atılan bir addımdı. Xarici qüvvələr, falan. İndi onlar mətn şəklində gedəcək də. Özünüz bilirsiniz məsələni siyasiləşdirəcəm bir az ki, bu YAP-a qarşı olan bir xain bir əməldi. Qaralamaq partiyanı... Zərərçəkmiş şəxs - Nə yazacaqsız əvvəlcədən mənə yazıb göndərərsən da baxaram mən Təqsirləndirilən şəxs -Hə ... Zərərçəkmiş şəxs-Vatsapa, vatsapa göndərərsiz, bax Təqsirləndirilən şəxs - Yaxşı. İndi arxayın ol yüzdəyüz arxayın olun, yəni sizin bu maraqlardan kənara çıxılmayacaq. Əksinə, sizi bir daha yuxarı qaldırmaq olacaq məsələ. Bir də iki saytdan silinib artıq yazı. Digər saytlar da məndən xəbər gözdüyür ki, silək, silməyək. Mən demişəm ki, xəbər eliyəcəm sizə. Yəni müəllim, belə Zərərçəkmiş şəxs-Aha, indi nədi, qarşılığında mən neynəməliyəm? Təqsirləndirilən şəxs - Siz neynəməlisiz qarşılığında? Yəni baxın da, mən iki yazının silinməsi üçün hərəsinə 300-300 manat pul verdim, özümnən 600 manat. Çünki oxunaqlı saytlar idi. Ümumilikdə 2000 manat versəz bu məsələ həll olunacaq. Mən bütün ... sildirəcəm, sizin açıqlamanız veriləcəy. Daha sonra sizinlə bağlı müsbət şeylər dərc olunacağ ki, qara yaxılır. Mən feysbuk statusumda paylaşacam. Bir neçə nəfərə pul verəcəm, sizin haqqında yazsınlar feysbukunda ki, bu qaralamadı, falan-filan, ... gətirirlər zad. Yəni sizin adınızı ordan təmizliyəciyik də bu məsələni Zərərçəkmiş şəxs - Yəni heç bir sayt bu barədə heç bir yazı verməyəcək də Təqsirləndirilən şəxs - O görüntü verilməyəcək də, yəni Zərərçəkmiş şəxs - Yox Təqsirləndirilən şəxs - YAP-ın açıqlaması rəsmi açıqlamadı, bunu verməlidilər Zərərçəkmiş şəxs - YAP-ın açıqlaması təbii ki, rəsmi açıqlamadı. O Qafqazinfoda verilibdi, onu da bütün saytlar paylaşacaq da Təqsirləndirilən şəxs - Qafqaz, o yox, o bizdə də getdi, YAP-ın açıqlaması bizdə də getdi. YAP-ın açıqlaması. Bu rəsmi açıqlamadı yəni bu verilməlidi. Burda həm də qəbahət bir şey yoxdu, burda görüntü filan yoxdu. Amma YAP-a da belə təsir eliyərik ki, sizlə bağlı qərarda o şeylər nəzərə alınsın və əmin olun ki, bizdə gedən yazılara görə nəzərə alınacaq. Yəni əmin olun ki, biz sizə tam dəstək verəciyik. Və bu məsələni hətta sizin lehinizə belə çevirəciyik. Sizin lehinizə. Əleyhinizə deyil, lehinizə. Yanı bunu media, media təcrübəmə əsasən deyirəm. Və sizə də zəng vuracaq bütün jurnalistlərə bizim verdiyimiz açıqlama formatında, bizə verdiyiniz açıqlama formatında mən sizə yazıb atacam. O formada cavab verəcəksiz hamıya. Hətta yenə deyirəm, mən sizdən bir neçə nəfərə indi ödəniş olunacaq təbii ki, onlar da sizin haqqınızda ki, belə qarayaxma filan-filan statuslar paylaşağlar ki, sizə dəstək statusları. Okey versəz bu gün, burdan sizdən ayrılandan dərhal başlıyırıq Zərərçəkmiş şəxs - Okey. Yəni problem yoxdu, mən sabah sizlə görüşürəm. ... yüz faiz həm də. Onsuz da bilirsiz nətərdi? Mənə olan olub. YAP-ın açıqlaması elə-belə məsələ deyil də ... indi hələ, hələ Təqsirləndirilən şəxs - Mən də elə ona görə sizə dedim ki, dərhal bu gün görüşək Zərərçəkmiş şəxs - Hə də, ona görə də, deməli m, ağlımı itirmişəm ey. Yəni heç olmasa o digər saytlar zadlar yəni bu materialı paylaşmasın, şey olmasın. Onsuz da şeydə, vatsapda çox paylaşıblar, vatsapda Təqsirləndirilən şəxs - Vatsapda. Bilirsiz necədi? Bu paylaşımla çox, sizin haqqınızda fikri dəyişmək lazımdı. Yəni o fikri dəyişib onun fotomontaj və şantaj olduğunu yazmaq lazımdı. Amma inanın səmimiyyətimə, mən onlara əgər pulu verməsəm, mən inanın səmimiyyətimə, elə bir-bir onlarla görüşəcəm. Karta atılmayacaq, çünki bu korrupsiya, filan bir az apasnı məsələdi də. Bir-bir gərək mən gedim onlarla görüşəm, o saytın rəhbərləriylə. Bir-bir paket şəklində olara həmən şeyləri çatdırım. Və həmin bizdə gedən materialın digər saytlarda yayılması üçün hələ yenə də olara ödəniş eliyim. Təsəvvür eliyin də baxın, sizə mən 2000 deyirəm, düzdümü? 300 manatdan hesablayın Zərərçəkmiş şəxs - Yox, mən prinsip etibarilə kartına vəsait ata bilərəm Təqsirləndirilən şəxs - Yox, yox mənim kartım Zərərçəkmiş şəxs - Ancaq, arcaq söhbət ondan gedir ki, mən sadəcə çıxarda bilməyəcəm 2000 manat Təqsirləndirilən şəxs - Karta yox, karta göndərsəz o mənimçün çox ciddi problem ola bilər. Mən sizi müdafiə eliyəndə onu sabah araşdırıb mənim əleyhimə istifadə eliyərlər. Yəni qaş düzəldilmiş, düzəltmiş mənə heç nə eləməyəcəklər, amma sadəcə burda artıq bilinəcək ki, maraq var da. başa düşdüz? O məsələ var. Yəni mən istəyirəm ki, qaş düzəldən yerdə vurub gözü də çıxartmayaq da. Bu məsələdə ... imzası varsa, bu məsələ yaxşılığa həll olunsun Zərərçəkmiş şəxs - Yox, aydındı, başa düşürəm sizi, sizin fəaliyyətinizi Təqsirləndirilən şəxs - Mən əslində bilirsiz mən niyə arxeyinliklə sizə danışıram? Çünki mən qatı tənqidçi adamam. YAP-ı da dəfələrlə tənqid eləmişəm. Bu məsələdə sizi müdafiə eləməyim, sizi müdafiə eləməyim, artığ fikirləşəcəklər ki, bu həmişə tənqid eliyirdi də. Yəni bir şey haqq görür ki, burda bu məsələni müdafiə eliyir. Başa düşdüz? Yanı burda artıq deməyəcəklər ki, Mahir, çünki bilirlər ki, mən heç kəsdən pul almıram. Bunu bilirlər. Socar kimi yerin mən təkliflərini geri çevirmişəm. ... tənqid elədiyim adam pul təklif eliyiblər, geri çevirmişəm. Yenə də deyirəm sizdə məsələ hər hansı bir vətəndaşa qarşı bu hərəkət olunsaydı inanın ki, heç mən sizlə danışığa getməzdim. Amma mən görürəm bu telefonla idi və burda konkret olaraq şantaj şeyi var, əvvəlcədən planlaşdırılmış bir şeydi. Yəni bu məsələni sizə açıq deyirəm də, tam olaraq yoluna qoymaq olar. Hətta sizin lehinizə belə çevirmək olar Zərərçəkmiş şəxs - Bürsüyün, bürsüyün de şey Təqsirləndirilən şəxs - Hə, ayın 10-u. Ona qədər ona görə deyirəm, vaxt azdı. Bir ictimai fikir bilirsiz də hər şeyə təsir eliyir Zərərçəkmiş şəxs - Hmm, təbii... Təqsirləndirilən şəxs - ictimai fikir təsir eliyir. Nə vaxt olub bu hadisə? Görüntü məsələsi, çəkiliş Zərərçəkmiş şəxs - Yəni çəkiliş, çəkiliş ... Təqsirləndirilən şəxs - Yox, onu bilirəm. Siz o görüntü, danışıq nə vaxt olub o? Həmin məlum görüntü nə vaxt çəkilib? Zərərçəkmiş şəxs - Yox, onun mənlə danışığı çəkilibdi bu gün günorta da Təqsirləndirilən şəxs - Günorta çəkilib və dərhal da göndərilib Zərərçəkmiş şəxs-Hmm Təqsirləndirilən şəxs - Nə deyirsiz, bu gün həll eliyə bilirsiz, mən keçim birbaşa hərəkətə Zərərçəkmiş şəxs - Şey, deməli mən, bir dəqiqə dayan da. Mən belə eliyə bilərəm də, mən onun müəyyən qismini indi kartdan çıxartmaq, 1000 manatdan artığ çıxartmaq olmur da kartdan ... . Gedim 1000-i çıxardım gətirim, 1000-i də sabah Təqsirləndirilən şəxs - Sabah saat neçədə? Mən bilirsiz niyə deyirəm? Zərərçəkmiş şəxs - Saat 10-da Təqsirləndirilən şəxs - Mən konkret olaraq olarla danışmalıyam, onlarla ki Zərərçəkmiş şəxs - 10-da Təqsirləndirilən şəxs - 10-da pulunuz çatacaq sizin Zərərçəkmiş şəxs - Həə, hə, yüz faiz Təqsirləndirilən şəxs - ... Və mən başlayıram işə Zərərçəkmiş şəxs-Həə Təqsirləndirilən şəxs - Yazı da sizə indi atılacaq Zərərçəkmiş şəxs - Yüz faiz Təqsirləndirilən şəxs - Açıqlamanız atılacaq. İstəsəz əlavə eliyərsiz Zərərçəkmiş şəxs - Açıqlamanı verirsiz də siz Təqsirləndirilən şəxs - Yox, yeni bir açıqlama veriləcək. Sizin açıqlmanız bizdə gedəcək bu məsələ ilə bağlı, amma bizim istədiyimiz formada Zərərçəkmiş şəxs - Hə də, yazılı, yazılı formada Təqsirləndirilən şəxs - Biz yazacayıq sizin açıqlamanı. Atacam sizə, baxacaqsız. Yəni sizi narazı salacaq heç bir durum olmayacaq. Amma siz baxarsız yenə də. Bir oxuyarsız. Onunla sonra saytımızda gedəcək bizim. Paytaşılacaq o. Və ondan sora digər saytlara da göndəriləcək o yazı ki, getsin sizin açıqlamanız. Və yazıların silinməsi. Aydındı da, belə danışdıq Zərərçəkmiş şəxs - Hmm Təqsirləndirilən şəxs-Tamam, okey. Mən sizi harda gözlüyürəm? Zərərçəkmiş şəxs - Harda deyirsiz. indi o biri Təqsirləndirilən şəxs-Aha, okey Zərərçəkmiş şəxs - Hə, biri burda gözdüyür. Təxmini olar hardasa Təqsirləndirilən şəxs - Evdə ailəniz bilir? Zərərçəkmiş şəxs - Yox. Mən işə gedib gəlməliyəm e. Qafqazinfo Təqsirləndirilən şəxs - Görüblər orda ailə? Zərərçəkmiş şəxs - Əlbəttə ki, həə Təqsirləndirilən şəxs - Siz elə olara da mənim dediyim formada olara ... evə də deyin, məsələ budu Zərərçəkmiş şəxs - Yaxşı, şey, oldu. Mən işə dəyib gəlməliyəm Təqsirləndirilən şəxs - İşə, hə, mən gözdüyürəm sizi elə burda Zərərçəkmiş şəxs - Hə, yəni işə dəyib gəlim,... elə əlimi atdım kartım işdədi Təqsirləndirilən şəxs - Hə, okey. Gözdüyürəm sizi burda. Gəlin, dərhal da biz hərəkətə keçəciyik. Yəni, yüzdə doxsan faiz bu məsələni sizin lehinizə dəyişəciyik. Arxayın olun Zərərçəkmiş şəxs-Yaxşı Təqsirləndirilən şəxs - Oldu, müəllim. (Ümumi replikalar eşidilir) 3 - bundan başqa baxış protokoluna əsasən video görüntülərin qeyd olunduğu “2021-09-09 J6-10-23_cut2.mp4” faylına baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 09.09.2021-ci il tarixdə 1000 manat pul verməsini özündə əks etdirən görüntülərin olduğu müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs - Salam əleykim. Nə var, nə yox, necəsən? Zərərçəkmiş şəxs - Salam. Nə var, nə yox? Təqsirləndirilən şəxs-... Zərərçəkmiş şəxs - Nə bilim. Belə həyəcanlıyam. Bu gün Təqsirləndirilən şəxs - Nə dedilər...? Zərərçəkmiş şəxs - Vallah çox gözlədim. Əvvəlcə ... görüşməliydik da birinci ilə. Sonra da dedilər ki, nahardan sora gələcək. Xeyli gözlədim orda. Nə bilim, sabahları şeydi da indi görək nə deyəcəklər. Çox xahiş eliyirəm, minnətdarıq, belə minnət eliyirəm ki, heç olmasa partiyadan çıxartmasınlar da. Yəni məqsəd odu. Məqsəd odu ki, partiyadan çıxartmasınlar, görək indi nə deyir ...Deyir ki, idarə heyətinnən də asılıdı. İdarə heyəti də 40 nəfərdi Təqsirləndirilən şəxs - 40 nəfər Zərərçəkmiş şəxs - 40 nəfərdi. Gərək indi bunlarla müəyyən danışıqlar zaddar belə. Xeyli orda belə şey həyəcanlıyam görək nə olcaq, nətər olacaq Təqsirləndirilən şəxs - İdarə heyətində Aydın Mirzəzadə də var Zərərçəkmiş şəxs - Yox, yoxdu indi Təqsirləndirilən şəxs - Yoxdu? Çıxıb o? Zərərçəkmiş şəxs - Yox, indi yoxdu. Aydın Mirzəzadə əvvəlcə var idi, indi yoxdu. İndi təzə idarə heyəti seçildi 40 nəfərdən ibarət Təqsirləndirilən şəxs - Onların fikri önəmlidi? Zərərçəkmiş şəxs - Müzakirə zamanı Təqsirləndirilən şəxs - Yox, sizdə özünüz bilirsiz də partiyanı, yuxarıdan nə göstəriş gəlirsə odu. Olar formal olaraq Zərərçəkmiş şəxs - Təbii elədi, təbii elədi əlbəttə ki, təbii elədi. İndi görək nə bilim mən Hər halda bilirsiz nətərdi? Mövqe ola bilər. Məsələn, bugün siz o deputatın fikrini veribsiz a. Oxudum onu, çox sağolun da, yəni yaxşı fikirdi Təqsirləndirilən şəxs - Hələ davam eləyəcək Zərərçəkmiş şəxs - Hə, yaxşı fikirdi. Belə yaxşı sözdü Təqsirləndirilən şəxs - Orda mən bunlara qabaqcadan deyirəm ki, bu, bu şeyləri danışın, bunlar lazımdı Zərərçəkmiş şəxs - Təbii ki, əlbəttə ki, istiqamət verirsiz. İstiqamət verməsəz olmaz axı Təqsirləndirilən şəxs - Hələ danışacaq, bir neçəsi danışacaq. İctimai fikrə təsir eləmək lazımdı Zərərçəkmiş şəxs - Belə. İndi başqa siz nətər eliyirsiz, neynirsiz, bilmirəm indi. Təqsirləndirilən şəxs - Dünən sizin açıqlamanızı bir çox saytlarda verdik Zərərçəkmiş şəxs - Gördüm onu, gördüm. Təqsirləndirilən şəxs - Bizə lazım idi. Zərərçəkmiş şəxs - O lazımdı, həə Təqsirləndirilən şəxs – Lazım idi. Bütün ölkənin ən şey. Düzdü, pul aldılar. Amma əsas odu verdilər, bizə o yəni. Bizə o görünən tərəfi lazımdı, kulisi lazım deyil, daxili lazım deyil Zərərçəkmiş şəxs - Onsuz olmur da, həə. Elədi, həəə Təqsirləndirilən şəxs - Yenə də əlimizdən gələn, yenə də deyirəm mən özüm istəyirəm sizə kömək olam. Bilirsiz niyə? Yenə də deyirəm e, bu elə bir şeydi ki, vətəndaşa qarşı bir deyil də. Bu insanın şəxsi həyatıdı Zərərçəkmiş şəxs - Şəxsiyyətə qarşı olan Təqsirləndirilən şəxs - Guya ki, hansımız süddən çıxmış ağ qaşığıq ki. O danışanlar var ha, vallah hamımızı eşələsən o qədər zibilimiz çıxacaq ki. Real danışaq da Zərərçəkmiş şəxs - Yox, elədi, düzdü Təqsirləndirilən şəxs - O danışanlar başqası üstündə özünü əxlaqlı, namuslu. falanfilan. Fürsət bu fürsət deyib vurublar da. Təbii ki, sizi istəmiyənlər də var Zərərçəkmiş şəxs - Düzdü hə, düzdü, elədi. İstəməyənlər var, təbii ki, indi sonra bu işlə bağlı məşğul olanlar var. Təbii ki, o məqsədli şəkildə Təqsirləndirilən şəxs - Yoxsa sizi o hardan bilir siz YAP-ın sədrisiz Zərərçəkmiş şəxs - Hardan bilir mən YAP-ın sədriyəm, belə-belə şeylər var Təqsirləndirilən şəxs - Məqsədli şəkildə Zərərçəkmiş şəxs - Belə şey. Yəni danışdığımız kimi mən Təqsirləndirilən şəxs - Onnan qalan şeylər də nə vaxt nə lazım olsa, tam təmənnasız şəkildə sizə dəstək olmağa. Biz kişiyik, söz ağzımızdan çıxır Zərərçəkmiş şəxs-1,2,3,4,5,6,7,8,9,10. Buyur, qardaş Təqsirləndirilən şəxs - Yəni bu artıq bizim maddi tərəf bitdi. Bundan sonra da biz hər zaman sizə dəstəyik tam təmənnasız şəkildə. Mən indi digər hardasa bir 3-4 deputat danışdıracam bununla bağlı ki, YAP-ın öz deputatlarını da təsir eləsinlər ictimai fikrə. Elman danışıb, bundan sora bir başqası danışacaq. Belə verəciyik ki, silsilə olaraq yanı ki, məqsədi ortaya qoyuruq ki, burda nədi. Bu hamının başına gələ bilən bir şeydi. Təxribatdı insanları qaralamaqdı Zərərçəkmiş şəxs - Hə də, yəni. Bu o vəzifədən söhbət getmir. Bunun o nüfuz məsələsi var, ictimai rəy var. Bütün bunlar hamısı təsir edən məqamlardı Təqsirləndirilən şəxs - Zəng gəlirdi mediadan Sizə? Açıqlama üçün zəng vururdular mediadan sizə? Zərərçəkmiş şəxs - Yox, mən heç bir telefonu qaldırmadım. Çünki siz dediz ki, qaldırma, mən də qaldırmadım Təqsirləndirilən şəxs - Ola bilər orda hər hansı bir söz işlədərsiz, indi siz də insansız da. Onu o dəqiqə inanın, ordan çıxardacaqlar o sözü, vsyo vuracaqlar başlığa Zərərçəkmiş şəxs - Tamamilə çox doğrudu, çox belə Təqsirləndirilən şəxs - Mən ona görə dedim ki, siz indi həyəcanlısız, gərginsiz, filan Zərərçəkmiş şəxs - Hər dəqiqə hər söhbət ola bilər. Ona görə də mənə müxtəlif zənglər gəldi, düzü mən heç birini qaldırmadım. Heç birinə də söz demədim. İndi sizin xətlə hansı saytlara deyildi, deyildi Təqsirləndirilən şəxs - Hamısına, 15-ə yaxın saytda getdi Zərərçəkmiş şəxs - Ancaq Yutubda bir xeyli şey var Təqsirləndirilən şəxs - Onlara aldırmayın. Baxın, mən istədim ki, köklənəm ona, onları sildirməyə. Olar silinsəydi, bir-bir hamıya yığılsaydı şübhə çəkəcəydi bu adam nəyisə gizlətməyə çalışır. Amma o yazınızın, açıqlamanızın getməsi yəni artıq orda da yazılıb. Mənim gizlədəcəyim bir şey yoxdu da yəni mən təmizəm. Başa düşdüz? Yanı o şantajlardan qorxmuram. Qorxsaydım elə o pulu verərdim. Bir də ki, o videonun əsli bizdədi. Amma onların verdiyi bilirsiz nədi? Görünmür orda heç nə. Bir əl gedir aşağı i vsy o da kəsilir, yoxdu heç nə. Yəni artıq bundan heç nə eliyə bilmirlər. Amma sizin açıqlamanızı ona görə çox saytlara şey elədim ki, sizin açıqlamanız getsin. Fikirdi də, insanlara bu şeydi də, mediyanın sirridi də. İnsanlara, cəmiyyətə nəyi beyninə yeridirsən, nəyi gözünə soxursan, o da həkk olur beyinə Zərərçəkmiş şəxs - Elədi, elədi, tamamilə doğrudu Təqsirləndirilən şəxs - Yanı bu istiqamətdən getdik ki, sizə xeyri olsun Zərərçəkmiş şəxs - Yox, indi siz professionalsız da Təqsirləndirilən şəxs - Yəni o qədər belə şeylər olur ki, ona görə dedim ki, heç yerə kənar, artıq söz demiyin. Orda da, burda da hər yerdə bir söz olsun Zərərçəkmiş şəxs - Mən də elə ona görə demədim Təqsirləndirilən şəxs - Bir söz deyin sadəcə. Olar da görsün. Yalan danışanda insan bir çox hər yerdə bir söz deyir, ona görə mən sizə planlaşdırdım ki, bir söz deyin. Konkret budu məsələ Zərərçəkmiş şəxs - Düzdü, düz, mən də sizin dediyinizi elədim Təqsirləndirilən şəxs - Əla. Yəni uje ictimai fikrə təsir eləmişik. Hətta mən müxalifətdə dostlarımız var ki, onlara belə bu videonun yayılmasını pislətdirdim. Yəni müxalifətin əliylə də pislətdirdim ki, yəni olmaz. Yəni bu kimi sabah hamının başına gələ bilər, burada iqtidar-müxalifət söhbəti yoxdur. Bu hamının başına gələ bilər. Hətta mən sizi müdafiə elədiyim üçün mənə bir az təzyiqlər oldu ki, niyə müdafiə eliyirsən. Mən atdım o vaxt Cəmil Həsənlinin qızının videosu yayıldı, dedim baxın, o vaxtı da Cəmil Həsənlinin qızını müdafiə eləmişdim. Olmaz yəni beldən aşağı insanları vurmaq. Hər kəsin öz intim həyatı var. Yaşlının da, cavanın da. hamının var da, qadının da, kişinin də. Yanı bu istiqamətdə artıq ictimai fikrə təsir eləmişik. Bir qalıb YAP-ın qərarı. Mən indi YAP-ın o üzvlərindən görək kimlə kontakta keçə bilirik. Elman Nəsirov ordadı dəqiq Zərərçəkmiş şəxs - Yox, Elman Nəsirov səhv eləmirəmsə, çıxıb Təqsirləndirilən şəxs - O da çıxıb? Zərərçəkmiş şəxs - Hə, yox. Elman Nəsirov mən səhv eləmirəmsə, o təftiş komissiyasındadı hardasa. Yox, orda deyil, idarə heyətində deyil dəqiq. Orda xeyli təzə adamlar var Təqsirləndirilən şəxs - Vüqar İsgəndərov də olmalıdı. Sonra şey olmalıdı Cavid Osmanov olmalıdı Zərərçəkmiş şəxs - Cavid Osmanov var Təqsirləndirilən şəxs – Cavidlə də danışa bilərəm Zərərçəkmiş şəxs - Cavid Osmanov var. Cavidlə mənim də münasibətim yaxşıdı. Cavid Osmanov var Təqsirləndirilən şəxs - Sora şey o Sabirabadın deputatı. Kamal Cəfərov da olmalıdı məncə Zərərçəkmiş şəxs - Mən bilən o da var. Belə, qardaş. İndi bir şey soruşum mən. Bax, o təşkilatçılara necə çıxmaq olar? Lap belə Təqsirləndirilən şəxs - O mümkün deyil, Türkiyədə oturublar olar. Sırf belə pul məqsədilə pulu almaq, şantaj. Set şəklində fəaliyyət göstərirlər. Mənim özümə gəlmişdi bir dəfə elə. Yəni set şəklində. Çıxırlar belə, özü də bir dəfə eləmirlər e. Bir neçə dəfə, təkrartəkrar. Axırı bezdirirlər sizi ki, açasız. Elə siz hələ onu göstərməsəydiz ha o cür, amma onu da belə özdəri o cür düzəldib verəcəkdilər. Yanı olara bir dənə lazımdı ki, sən görüntünü açasan, o da orda lüt oynasın vəssəlam. Vsyo, onu kəsdilər verdilər. Day heç nə eləməsdiz də belə o uje yayılacaqdı. İnsana da söz lazımdı da bir dənə. Qutardı. Heç nə araşdırmadan, dərinliyinə varmadan, bu adam kimdi Zərərçəkmiş şəxs - Yox, əlbəttə ki Təqsirləndirilən şəxs - Elə ancaq danışsınlar. Yəni ancaq danışsınlar, tənqid eləsinlər, birdə başqalarına özlərini əxlaqlı göstərsinlər Zərərçəkmiş şəxs - Düzdü, qardaş Təqsirləndirilən şəxs - Yəni siz həqiqətən ilişmisiz burda, bu məsələdə. Mən deyərdim heç sizin günahınız da yoxdu. Öz aramızdı da, hansı kişinin qabağında qadın soyunsa hamı şey olar da. Yanı bu real bir şeydi də. Yenə də müəllim, mən həmişə sizə dəstəyəm bunnan sora da. Bunun maddi tərəfin qoyduq bir kənara, mənəvi olaraq da biz azad ...olaraq kollektivimiz sizə dəstəyik. Tam təmənnasız, heç bir təmənna da yoxdu Zərərçəkmiş şəxs - Oldu qadası, oldu Təqsirləndirilən şəxs - Çünki sizi mənə təriflədilər ki, belə Səbuhi Zərərçəkmiş şəxs - Hə, Səbuhi Mübarizoğlu Təqsirləndirilən şəxs - Hə, o təriflədi ki, Ramiz əmi belə insandı. O qədər insanlara yardım filan. Həmişə qulluğunuzda hazırıq bunnan sora da. Çox sağolun, müəllim Zərərçəkmiş şəxs - Sağ ol Təqsirləndirilən şəxs - Məndə bu qonum-qonşu hamı bilir jurnalistəm. Hamı nəzarətdə saxlayır Zərərçəkmiş şəxs - Hə, siz burda olursuz da Təqsirləndirilən şəxs - Bəli, bəli. Oldu, müəllim Zərərçəkmiş şəxs-Yaxşı, oldu Təqsirləndirilən şəxs - Mən həmişə sizin qulluğunuzda hazıram Zərərçəkmiş şəxs – Sağolun Təqsirləndirilən şəxs - Yenə də köməklik olunacaqdı sizə Zərərçəkmiş şəxs - Yaxşı oldu, sağol. Cinayət işinin İ cild 103-110-cü vərəqələrində olan 11 sentyabr 2021-ci il tarixli baxış protokolundan görsənir ki, "xxxx" elektron xəbər saytına baxış keçirilən zaman saytda 08 sentyabr 2021-ci il tarixdə və 09 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs intim görüntülərinin yayılması ilə bağlı açıqlamaları dərc edilmişdir. Cinayət işinin İ cild 196-197-ci vərəqələrində olan "xxxx" MMC-dən götürülmüş Zərərçəkmiş şəxs məxsus 050-212- 84-05 mobil telefon nömrəsinə baxış keçirilməsinə dair 7 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 8 sentyabr 2021-ci il tarixdə saat 15:28-də Zərərçəkmiş şəxs məxsus ********** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ********** nömrəsinə zəng daxil olaraq 28 saniyə danışıq olmuşdur. Cinayət işinin İİ cildinə əlavə edilmiş vergi ödəyiciləri və şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN 2********) təsisçisi Təqsirləndirilən şəxsdur (FİN xxxxxxx). Cinayət işinin İİ cildinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Nəsimi RPİ-nin 23.11.2021-ci il tarixli məhkumluq barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 207-231-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan audio danışıqları və video görüntüləri özündə əks etdirən CD və DVD disklər, həmçinin Azərbaycan Respublikasının Baş prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 10 (on) ədəd 100 (yüz) manat dəyərində əskinaslar və Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin İ cild 232-ci vərəqəsində olan 08 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış 10 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs verilmiş və sonradan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar olunmuş 1000 manat əskinaz saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun müvafiq depozit hesabında qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işində olan CD və DVD disklərdə ki, audio səs yazıları və video görüntülərlə, iş materiallarında olan protokollarla və digər materiallar ilə onun hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını tələb etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir, həmçinin məhkəmə iclasında verdiyi təqsirinin olmamasına dair ifadəsi cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilsədə, tutma haqqında protokoldan görünür ki, sonuncunun azadlığı faktiki olaraq 09 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılmışdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığının 09 sentyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır (İ cild 47-48-ci vərəqələri). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 04 ədəd CD və DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Baş prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 10 (on) ədəd 100 (yüz) manat dəyərində əskinas cəmi 1000 (bir min) manat Azərbaycan Respublikasının Baş prokurorluğunun Maliyyə Xidmətinə qaytarılmalı və hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 300 (üç yüz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD və DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Baş prokurorluğunun müvafiq depozit hesabında saxlanılan 10 (on) ədəd 100 (yüz) manat dəyərində cəmi 1000 (bir min) manat əskinas Azərbaycan Respublikasının Baş prokurorluğunun Maliyyə Xidmətinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-57/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-57/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver