Məhkəmə qərarları › İş №1(006)-57/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-57/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-57/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs Bəkir qızının, Zərər çəkmiş şəxsin nümayəndəsi - “Mərkəz” Vəkil Bürosunun vəkili X1, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Səttar Bəhlulzadə küçəsi, ev 24 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə saat 13:35-də ünvan 3 ünvanının qarşısındakı arakəsmədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı yumruq zərbələri ilə sonuncunun sifət nahiyəsindən qəsdən zərbələr vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, ağız boşluğunun sağ yarısının selikli qişasının əzilmiş yarası, sağ gözaltı və sağ gicgah-almacıq nahiyələrinin qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin oktyabr ayında tanış olub və birlikdə qeyri-rəsmi olaraq yaşamağa başlamışlar. Qeyri-rəsmi nikahlarından 1 azyaşlı qızı vardır. Şahnazla birlikdə yaşamağa başladıqları ilk mərhələdə hər şey qaydasında olsa da son vaxtlar ailə daxilində mübahisələri olmuşdur. Buna görə də Şahnaz arada bir anasının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 59, dalan 1 ev 5 ünvana gedərək orada qalmış və ara sakitləşdikdən sonra yenidən geri birgə yaşadıqları ünvan 4 ünvana qayıtmışdır. Son 3 ayda Şahnazdan şübhələnməyə başlamışdır. Çünki Şahnazın tanımadığı rəfiqəsi ilə tez-tez əlaqə saxlamasını və evdə olmadığı müddətdə ondan xəbərsiz görüşməsini hiss etmişdir. Bununla bağlı sakit formada onu dəfələrlə başa salmağa çalışdır ki, həmin rəfiqəsilə münasibətlərini kəssin. Ancaq Şahnaz bununla bağlı evdə onunla mübahisə edirdi. Onun anasına bu vəziyyətlə bağlı öz iradlarını bildirsə də heç bir nəticəsi olmamışdır. Şahnazın ağıllanması üçün düşünmüşdür ki, anasının yanında qalsa bəlkə səhvini anlayar. xx.xx.2023-cü il tarixdə Şahnazı anasının yanına göndərmişdir. Anasının yanına gedəndən sonra Şahnazın onu aldatmağa dəfələrlə cəhd etməsini eşitmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:30-da Şahnaz ilə görüşmək üçün onun yaşadığı ünvanın yaxınlığına getmişdir. Həmin vaxt Şahnazın evinin yanında avtomobildə bir oğlan ilə səmimi söhbət etdiyini və avtomobildən düşdüyünü görmüşdür. Həmin avtomobil dərhal oradan uzaqlaşmış və o, əmin olmuşdur ki, həmin şəxs taksi sürücüsü və ya Şahnazın qohumu deyildir. Bu vaxt saat 13:35-də Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi 67 sayl ünvanda Şahnazın anasının evinin yaxınlığında dar arakəsmədə olarkən Şahnazı görüb dərhal ona doğru yaxınlaşmışdır. Həmin vaxt orada ancaq ikisi olmuşdur. Şahnazdan həmin adamın kim olduğunu soruşduqda o, ilk öncə həyəcanlanmış, daha sonra isə "yaxşı eliyirəm, kimlə istiyirəm danışaram, lap o tərəfə də keçərəm" ifadələrini işlədmişdir. O da əsəbiləşmiş və Şahnaza ailəni dağıtmamağı, 1 yaşlı qız övladları olduğunu deyəndə Şahnaz ona qarşı nalayiq ifadələr işlətmiş və o da əsəblərini cilovlaya bilməyərək qəsdən onun sifət nahiyəsinə yumruq zərbəsi ilə vurmuş və başqa heç nə etməmək üçün dərhal oradan uzaqlaşmışdır ki, sakitləşsin və daha ağır hadisə baş verməsin. xx.xx.2023-cü il tarixdə işdə olan zaman öyrənmişdir ki, Şahnaz onun barəsində 21-ci Polis bölməsinə şikayət ərizəsi yazmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Bəkir qızı ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2 il olar ki, tanış olmuş və qeyri-rəsmi olaraq yaşamağa başlamışlar. Qeyri-rəsmi nikahlarından 1 yaşlı qızları vardır. İlk əvvəl hər şey qaydasında olsa da son vaxtlar ailə daxilində mübahisələri olmuşdur. Buna görə də ailə daxilində dava-dalaş olmasın deyə anasının yaşadığı ünvan 5 ünvana gəlib və ara sakitləşdikdən sonra birgə yaşadığıqları ünvan 4 ünvana qayıtmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Saleh taksi sürücüsü kimi işlədiyini bilsə də evə daha gec gəlməsi səbəbindən başqa qadınla onu aldatmasından şübhələnmiş və evə pul gətirməmişdir. Uşağa belə baxmadığından aralarında şifahi mübahisə yaranmışdır. Bu vaxt Saleh az yaşlı uşağı ilə birgə onu qapının çölünə çıxarmış, əşyalarını da çölə atıb, evdən qovmuşdur. Məcbur qaldığı üçün anasının yanına getmişdir. Saleh xx.xx.2023-cü il tarixədək bir neçə dəfə anası ilə birgə yaşadığı ünvan 5 ünvana gələrək, uşağı görmüş, bəzən şifahi mübahisə yaradaraq getmişdir. Ailə bağına görə Salehdən heç vaxt şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:35 radələrində ünvan 6 ünvanın yaxınlığında arakəsmədə olarkən Saleh ona yaxınlaşmış. Həmin vaxt orada ancaq ikisi olmuşdur. Saleh onunla qısqanclıq zəmnində mübahisə edərək, suallar verib və o da cavabını verəndə Saleh anidən əsəbiləşərək ard-arda 2 dəfə sifətinə yumruq zərbəsi endirmişdir. Həmin vaxt anidən onun burnundan qan gəlmiş və özünü pis hiss etmişdir. Saleh isə onu tək qoyub çıxıb getmişdir. Aralarındakı dava-dalaş 2-3 dəqiqə davam etmişdir. Ətrafda heç kəs olmamışdır. O, yenə də DİN-in 102 xidmətinə həmin an Salehdən şikayət etməmişdir. Evə gəlib çalışmışdır ki, özünə gəlsin, lakin ağrılarının artdığını, burnu ilə rahat nəfəs ala bilmədiyini və sağ gözünün ətrafının şişib qançırlaşdığını görüb X12 getmişdir. Orada həkimlər onu müayinə etdikləri zaman burnunda sınıq olduğunu demişlər və səbəbini soruşduqda o, baş verənləri onlara izah etmişdir. Həkimlər də bu barədə polisə məlumat verəcəklərini demişlər. Polis bölməsindən ona zəng gəldikdə Salehdən şikayət etmək qərarına gəlib və xx.xx.2023-cü il tarixdə Saleh barəsində şikayət ərizəsi ilə 21-ci Polis bölməsinə müraciət etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bəkir qızı hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. Cinayət işinin 10-11-ci vərəqlərində olan “Hadisə yerinin müayinə olunması haqqında” 29 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 7hid və ya videogörüntü mövcud deyildir. Hadisə 2-3 dəqiqə davam etmişdir. xx.xx.2023-cü il tarixdə və saat 13:35 radələrində baş vermişdir. Cinayət işinin 26-28-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Cinayət işinin 26-28-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 30-32-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 1269 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, ağız boşluğunun sağ yarısının selikli qişasının əzilmiş yarası, sağ gözaltı və sağ gicgah-almacıq nahiyələrinin qançırları bərk küt əşyanln (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasma səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 2. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 109-cu vərəqində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 05 sentyabr 2023-cü il tarixli, 18-1-10/2-204/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:35-də mərkəzin X5 Yardım şöbəinə müraciət etmişdir. Ambulator şəraitdə xəstə həkim-otorinolarinqoloq Təhməzov Səyyaf tərəfindən müyinə olundu. Xəstə rentgen müyinə edildi. Diaqnoz: “Burun travması. Burun sümüyünün yerdəyişməsiz sınığı”. Cinayət işinin 119-120-ci vərəqlərində olan “İttiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmsəi üçün barəsində axtarış elkan olunması və tutularaq Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilməsi qərara alınmışdır. Cinayət işinin 127-ci vərəqində olan “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:50 radələrində Bakı şəhəri, Yasamal rayonu. Nizami metrostansiyasının qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Cinayət işinin 148-149-cu vərəqlərində olan “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 153-158-ci vərəqlərində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-32/2021 nömrəli hökmdən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinməsi və 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2020-ci il tarixdən tutulduğu 02 (iki) gün müddətin hazırki cəzanın müddətindən bir günə bir gün hesabı ilə hesablanaraq çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin 26 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materialına əlavə edilmiş Zərərçəkmiş şəxs Bəkir qızının xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, X4 qarşı heç bir şikayət, mülki iddia və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən cinayətin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı) böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə, həmçinin xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən bir dəfə azad olunduğundan, hazırki iş üzrə o, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə təkrar olaraq cinayət məsuliyyətindən azad oluna bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün (xx.xx.2023-cü il tarixdə) müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilməli və üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilsin və üzərində qəti olaraq 1400 (bir min dörd yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar