Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-57/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ucar rayonu, Təzə Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edib sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün icazənin alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən Binəqədi bələdiyyəsinin yaxınlığında 20000 manat və ünvan 3 ünvanın qarşısında 3000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 23000 manat məbləğində xeyli miqdarda madd ziyan vurmaqla dələduzluq emişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən bir il olar ki, qonşuluğunda yaşayan İlqar adlı şəxsin vasitəsi ilə tanımış, onunla tanış olan zaman təxminən bir ay olmuşdur ki, o, Binəqədi rayonu Mənzil Kommunal Təsərüffat Birliyının nəqliyyat şöbəsindən işdən çıxmışdır. Zərərçəkmiş şəxslə söhbət əsnasında sonuncu ondan Binəqədi rayonu ərazisində özünə məxsus torpaq sahəsində ev tikməyin mümkün olub-olmadığını soruşmuş, o da istədiyi tikinti işini aparması üçün 23000 manat pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 2023-cu ilin sentyabr ayında "Vorovski dairəsi" deyilən ərazidə 20000 manat pul almışdır. Bir neçə gün sonra isə işlədiyi yerdə, yəni 3-cü mikrorayonda yerləşən ofisdə Zərərçəkmiş şəxs ona yenidən 3000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə 23000 manat pul almışdır. Pulu aldıqdan sonra Binəqədi rayonunda tikinti işləri dayandırılmış və tikintiyə icazə verilməmiş, o da həmin pulun hamısını öz şəxsi ehtiyaclarına sərf etmişdir. O, Zərərçəkmiş şəxs özünü Binəqədi rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov küçəsində yerləşən 03 sot torpaq sahəsində ev tikdirməsi üçün icazə alacağına dair yalandan vəd verib yuxarıda göstərdiyi tarixlərdə və ünvanlarda ümumilikdə 23000 manat məbləğində pul almışdır. O, həmin cinayəti tək törətmiş və Mirxandan aldığı puldan heç kimə verməmişdir. O, heç kimlə görüşməmiş və işin həlli üçün kiməsə müraciət etməmiş, sadəcə olaraq həmin ərəfələrdə ona pul lazım olduğundan, Mirxana yalandan ev tikdirməyə icazə alacağını, tanışları olduğunu bildirmişdir. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdən “Print Land” mətbəə nəşriyyat idarəsində icraçı direktor vəzifəsində çalışır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Binəqədi rayonu ərazisində ev tikmək fikrinə gəlmiş və tanışları vasitəsi ilə İlqar adlı şəxslə tanış olmuşdur. İlqarı ona makler kimi təqdim etmişlər. İlqarla birlikdə Binəqədi rayonu ərazisində bir neçə yerlərə baxmışlar və Abay Kunanbayev küçəsində 5 sot torpaq tapmışlar. O, həmin torpaq sahəsini bəyənmiş və almışdır. Daha sonra İlqar ona təklif etmişdir ki, həmin ərazidə ev tikmək üçün İcra Hakimiyyətindən icazə almaq lazımdır. Lakin onun bu sahədə tanışları olmadığından İlqar ona bildirmişdir kı, Əhməd adlı tanışı vardır və sonuncu ona köməklik edə bilər. 2023-cü ilin sentyabr ayının axırlarında Əhməd ilə Binəqədi bələdiyyəsinin yanında görüşmüşlər və sonuncu ondan tikintiyə icazə almaq üçün 23000 manat pul lazım olduğunu bildirmişdir. Eyni zamanda Əhməd bildirmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin işçisidir. O, Əhmədə razılığını bildirmiş və orada İlqarın iştirakı ilə Əhmədə 20000 manat pulu vermiş və 3000 manatı da yaxın günlərdə verəcəyini bildirmişdir. Əhməd həmin pulları sayıb ondan götürmüş və bildirmişdir ki, bır neçə günə onun uçün icazə alacaq. 2023-cü ilin sentyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov kuçəsı 18 ünvanında yerləşən iş yerində Əhmədə yenidən 3000 manat pul vermişdir. Bır müddət keçdikdən sonra o, Əhmədlə bir neçə dəfə əlaqə saxlamış və icazənin alınıb-alınmamasını soruşmuşdur. Lakin Əhməd müxtəlif bəhanələr gətirərək onu yubatmışdır. O, Əhmədin hərəkətlərindən şübhələndiyindən və ona yalan danışdığından sonuncudan pullarını geri tələb etmiş, lakin Əhməd yenidən müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamış və onun üçün heç bir icazə almamışdır. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq nəticəsində ona ümumilikdə 23000 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, Əhməd İcra Hakimiyyətində əvvəllər işləmiş və işdən çıxarılmış, İcra Hakimiyyətində işləməyi ilə bağlı ona yalan danışmışdır. Təqsirləndirilən şəxs Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən torpaq sahəsində ev tikməyə icazə almaq üçün yuxarıda göstərdiyi tarixlərdə və ünvanlarda ümumilikdə 23000 manat məbləğində pul vermişdir. O, 2023-cü ilin sentyabr ayının 1-dən 10-dək olan müddət ərzində Binəqədi bələdiyyəsinin qarşısında 20000 manat pulu verərkən yanında İlqar və tanışı Xalis olmuşdur. 2023-cü ilin sentyabr ayının 20-dən 30dək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi 18 ünvanında yerləşən iş yerində Əhmədə yenidən 3000 manat pulu tək vermişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayının axırlarında Mirxan adlı şəxslə tanış olmuş və Mirxan ona bildirmişdir ki, torpaq sahəsi almaq istəyir. O, Mirxana Binəqədi rayonu, A.Kunanbayev küçəsində 3 sot torpaq tapmış və həmin torpaq sahəsinə baxış keçirən zaman Mirxan həmin torpağı bəyənmiş və həmin torpaq sahəsini almışdır. Bundan sonra Mirxan ona bildirmişdir ki, həmin torpaq sahəsində tikinti aparmaq istəyir və ondan xahiş etmişdir ki, onun üçün icazə alsın. O, Mirxana bildirmişdir ki, onun tanışı vardır və həmin tanışı həmin tikinti üçün icazə ala bilər. O, bu vaxtı tanışı olan və onun bildiyinə görə İcra Hakimiyyətində işləyən Əhməd adlı şəxslə danışmış və sonuncu ona bildirmişdir ki, həmin məsələni həll edə bilər. Növbəti gün o, Əhməd və Mirxan Binəqədi bələdiyyəsinin qarşısında görüşmüşlər və Əhməd bildirmişdir ki, həmin məsələni 20.000 manat müqabilində həll edə bilər. Mirxan buna razılıq vermiş və Əhməd ilə Mirxan birlikdə avtomaşına əyləşmişlər. Avtomaşından düşən zaman Mirxan ona bildirmişdir ki, 20.000 manat pulu Əhmədə vermiş və Əhməd də bildirmişdir ki, 20.000 manat pulu Mirxandan almışdır. Daha sonra Mirxan ona bildirmişdir ki, həmin torpaq sahəsində müəyyən problemlər yaranmış və həmin ünvanda tikinti işləri aparmaq istəmir. O, Əhmədin mobil telefonuna zəng edərək bildirmişdir ki, Mirxandan götürdüyü 20.000 manat pulu geri qaytarsın, Əhməd də ona razılıq vermişdir. Lakin sonradan öyrənmişdir kı, Əhməd Mirxandan əlavə 3000 manat pul da almış və aldığı ümumi 23000 manat pulu qaytarmamışdır. O, Əhməd ilə Mirxanı tanış edən zaman Əhmədin Binəqədi rayon İcra Hakimiyyətinin işçisi olduğunu bilmiş, çünki Əhmədi həmişə İcra Hakimiyyətinin tədbirlərində görmüşdür. Əhməd ona pul verməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması barədə” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.31, 34); - Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir (i.v.37); - “Cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.39); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.55); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-249/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 05 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.71-76); - xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs atası X4 Zərərçəkmiş şəxs ödənilməsi üçün 10.000 (on min) manat məbləğində pulu istintaqa təqdim etmiş, həmin 10.000 manat pul müstəntiq Emin Musayev tərəfindən Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v.80-81); - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən Zərərçəkmiş şəxs ödənilməsi üçün verilmiş 1.500 (min beş yüz) manat pulu Binəqədi Rayon Məhkəməsində 3-cü zalda qəbul etmişdir (i.v.82); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1.500 (bir min beş yüz) manat pulu müstəntiq Emin Musayevdən təhvil almışdır (i.v.85); - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad olunmuşdur (i.v.83-84); - “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi istintaqın davam etdirilməsindən ötrü Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v.86-87); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Xəyyam Bağırzadə tərəfindən icraata qəbul edilmişdir (i.v.91-92); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri şərtlərini pozduğuna görə axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.98, 101-102); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işı üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.104-105); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.109-110); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri şərtlərini pozduğuna görə axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.128, 130); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.133-134); - “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Dılsuz oğluna 20000 manat və 3000 manat pulları harada və hansı qaydada verdiyini hadisə yerlərində əyani göstərmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 20000 manat pul Binəqədi rayonu, Azadlıq prospekti 184 saylı ünvanda yerləşən Binəqədi bələdiyyəsinin yaxınlığında, 3000 manat pul isə ünvan 3 ünvanın qarşısında verilmişdir. Hadisə yerinin fotokşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v.77-79); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Umudov X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə və qazancından 15 % dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.3, 66.5 və 68.1.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.144-145); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9582 saylı, İD 909804202, terminal ADM115280 saylı mədaxil qəbzinə əsasən X1 vasitəsilə dövlət büdcəsinə dəyən ziyanın 25% məbləğində 5800 manat və 5,80 manat komissiya məbləği olmaqla, cəmi 5806 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidin ifadələrini və iş materiallarını tədqiq edərək, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, ümumi 44 saata görə cəmi 284 (iki yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 44 saata görə 284 (iki yüz səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-57/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-57/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver