Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-570/2025 21.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 5,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib fözündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin və kibercinayətkarlıqla mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 20 fevral 2025-ci il tarixdə, saat 12:44-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 5,59 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 fevral 2025ci il tarixdə, saat təxminən 12:40 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığında dostu və qonşusu olan Vüsal ilə birlikdə olarkən 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə videoçəkilişlə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və pslxotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək ona və Vüsala üzərilərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra ilk öncə Vüsal şalvarının cibindən bir ədəd sellofan bükümündə olan (patı) psixatrop maddə metamfetamin olduğunu bildirərək təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. Sonra həmin narkotik kütlələri qablaşdırılmışdır, o, Vüsal və polis tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra isə onun üzərində narkotik vasitə və ya psixatrop maddə olub-olmadığı soruşularaq üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. O şalvarının cibində olan bir ədəd kağız parçasının içərisinə doldurulmuş narkotik vasitə olan marixuananı və bir ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. Daha sonra isə Vüsalın yaşadığı mənzildə narkotik vasitə saxlayıb-saxlamamağı soruşulmuşdur, o isə mənzildə narkotik saxladığını bildirmişdi. Bundan sonra birlikdə mənzilə daxil olmaqla bağlı Vüsal ərizə yazıb polis əməkdaşları ilə birlikdə mənzilə daxil olub baxış keçirilmişdir. Qonşusu Vüsal mənzilində balıncın altında gizlətdiyi iki ədəd sellofan bükümlərində olan patı adlandırdığı maddələri, və dərmanları təqdim etmişdir. Həmin maddələr və dərmanlar zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdü. Ona verilən suallara cavab olaraq üzərin dən aşkar olumuş marixuanam imişli rayonundan alaraq öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Daha sonra onu və qonşusu Vüsalı polis əməkdaşları Nəsimi Rayon Polis İdarəsinə aparmışdılar. Polis idarəsində zərflər yenidən videoçəkilişlə açılaraq baxılmış və yenidən digər zərfə qablaşdırılaraq ekspertizaya göndəriləcəyi bildirilmişdir. Baxış bitdikdən sonra qablaşdırılan yeni zərflərin üzərini imzalarla təstiq etmişdilər. Ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin Cinayətaxtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsindən görünür ki, 20 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, gəzdirməsi barədə əvvəlcədən Nəsimi Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən idarə rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, Nəsimi Rayon Polis İdarəsinin CAş-nin kiçik inspektoru, polis serjantı X8, Nəsimi Rayon Polis İdarəsinin CAŞnin əməliyyat müvəkkili, polis mayoru X2, Nəsimi RPİ-nin KMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı X4 və ondan ibarət əməliyyat qrupu yaradımışı və Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdi. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gələ biləcəyi ünvan müəyyən edilmişdi. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 20 fevral 2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin CAş-nin kiçik inspektoru, polis serjantı X8, Nəsimi Rayon Polis İdarəsinin CAş-nin əməliyyat müvəkkili, polis mayoru X5 və Nəsimi RPİ-nin KMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı X4 ilə birlikdə yollanmış və birlikdə 20 fevral 2025- ci il tarixdə, saat 12:00 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 40 dəqiqə sonra, yəni saat 12.44-də Təqsirləndirilən şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini ona təqdim etmişdilər. Daha sonra isə ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirdilər. Həmin vaxt onun yanında bır nəfər şəxsiyyət! istintaqa sonradan məlum olan Təqsirləndirilən şəxs da olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12:44 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılan qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq hər iki şəxsin yerində üstü yoxlanılan zamanı Şahid1 üzərindən bir ədəd şəffaf sellofanın içərisində psixatrop maddəyə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdi. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd bükümdə içərisində narkotik vasitə marixuana adlandırdığı maddəni və bir ədəd istifadəsində olan mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə marixuana qablaşdırıldıqdan sonra üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdü. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon da sübut əhəmiyyəti kəsb etdiyindən ondan götürülmüşdü. Bundan sonra Şahid1 ərizəsinə əsasən yaşadığı mənzilə bütün iştirakçılarla birlikdə baxış keçirilmişdi. Yaşadığı mənzilə baxış keçirilərkən isə mənzildən yataq dəstində balıncın altından 2 ədəd şəffaf sellofanda olan psixotrop maddə metamfetaminə bənzər kütlələr və 4 ədəd tramadol, 3 ədəd preqabalin dərman həbləri aşkar edilərək qablaşdırılmışdı. Qeyd olunanlar videoçəkiliş apanlaraq protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 digər iştirakçılarla birlikdə Nəsimi RPi-yə gətirən zaman həmin ünvanda iki nəfər şəxs özünün şübhəli apardıqlarından həmin şəxslər də Nəsimi RPİ-yə gətirilmiş və RPİ-də olan zaman həmin şəxslərin X6 və X9 olduğu müəyyən edilmişdir. Hər iki şəxs Şahid1 güclü təsiredici maddələr almaq məqsədi ilə həmin əraziyə gəldiklərini bildirmişdilər. Nəsimi RPİ-nin inzibati binasında olan zaman təqdim olunan 03 ədəd büküm qablaşdırılmaqla möhürlənmiş zərflərə, əşyalara və bir ədəd DVD-yə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd şəffaf sellofanın içərisində psixatrop maddəyə bənzər maddə, yaşadığı mənzilə baxış keçirilərkən isə mənzildən 2 ədəd şəffaf sellofanda olan psixotrop maddə metamfetaminə bənzər kütlələr və 4 ədəd tramadol, 3 ədəd preqabalin dərman həbləri aşkar olunduğu müəyyən edilmişdi. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində isə bir ədəd kağız bükümdə olan qurudulmuş ot şəkilli narkotik vasitə marixuanaya bənzər maddə kütlələri və bir ədəd Samsung markalı mobil telefon olması müəyyən olunmuşdur. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüşdü. Daha sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən dövlət hesabına vəkil təyin olunmuşdur. Cinayət işinin 11-12-ci vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinə Şahid1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu hər iki şəxs 20 fevral 2025-ci il tarixdə, saat 12:44 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanıldılar. xx.xx.2025-ci il tarixdə saat 12:44 radələrində Şahid1 ünvan 4 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılan qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq hər iki şəxsin yerində üstü yoxlanılan zaman Şahid1 üzərindən bir ədəd şəffaf sellofanın içərisində psixotrop maddəyə bənzər maddə aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd bükümdə İçərisində narkotik vasitə marixuana adlandırdığı maddəni və bir ədəd istifadəsində olan mobil telefonu təqdim etdi. Cinayət işinin 14-15-ci vərəqlərində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 03 ədəd qablaşdırılmaqla möhürlənmiş zərflərə, əşyalara və bir ədəd DVD-yə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində bir ədəd kağız bükümdə olan qurudulmuş ot şəkilli narkotik vasitə marexuanaya bənzər maddə kütlələri və bir ədəd Samsung markalı mobil telefon olması müəyyən olunmuşdur. Sonra aşkar olunan kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən mobil telefon isə əhəmiyyət kəsb etdiyindən götürülmüş, daha sonra bir ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlələrin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması baradə bildirməsi faktı təsdiq olunur. Cinayət işinin 38-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə saat 12:44-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 94-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 7/344 nömrəli rəyindən görünür ki, təqdqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yazıları və imzalar olan kağız paketdəki kağız paketin içərisində 01 ədəd kağız bükülüdə təmiz çəkisi 5,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 142-143-cü vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilməsi və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 144-cü vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 179-180-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi tərəfindən verilmiş Ambulator X1 dair xx.xx.2025ci il tarixli, 1037 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Bakı NM-də (F12x2) dioqnozu ile dispanser qeydiyyatdadır. Cinayət işinin 190-191-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 261-272-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-98/2021 saylı hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin 25 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 269-272-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 7(057)-337/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-98/2021 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası xx.xx.2024-cü il tarixdə başa çatan Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 1 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 289864 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuanının şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi ümumilikdə 5,59 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 7.4-cü bəndində nəzərdə tutulmuş məhdudiyyət, yəni maddi ziyanın tam olaraq ödənilməsi hazırki iş üzrə təmin olunmuşdur. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladı var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını və onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsiri altına düşməsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2021ci il tarixdən Bakı NM-də (F12x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 39, 43, 132, 175, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2021-ci il tarixdən Bakı NM-də (F12x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hssəsinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 5.54 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-570/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-570/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver