Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-577/2021 24.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, medafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, İİİ qrup əlilliyi olan, ünvan 5 inzibati binada qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə saat 15:30-da Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən 1 saylı X11 həyətində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan qara rəngli pul qabının içərisindən 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,146 qram, 0,201 qram, 0,186 qram, 0,076 qram, 0,103 qram, 0,071 qram olmaqla ümumi təmiz çəkisi 0,783 qram təşkil edən həmin narkotik vasitə heroin aşkar ediİərək götürüİmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 iyun 2021 -ci il tarixdə təxminən saat 11 radələrində Nəsimi rayonu, Mirqasmov küçəsində yerləşən «Semaşka» xəstəxanasının həyətində «QlÇS» xəstəliyi ilə mübarizə əleyhinə mərkəzin yaxınlığında olarkən adının Rauf olduğunu bildiyi şəxs ona yaxınlaşmış. Rauf adlı şəxslə söhbət zamanı sonuncu narkotik vasitələrin satışı ilə məşğul olduğunu, ona narkotik vasitə sata biləcəyini demiş, o, da 30 manat dəyərində narkotik vasitə heroin və psixotrop maddə metafelamin alınaq istədiyini demişdir. Bundan sonra Rauf adlı şəxs 06 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroini və 02 ədəd siqaretin qara rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini ona vermiş, o Raufa narkotik vasitələrə görə 30 manat verdikdən sonra qara rəngli dəridən olan pul qabına, daha sonra isə həmin pul qabını əynindəki qara rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Təxminən saat 15:30 radələrində o, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 saylı ünvanda yerləşən «Semaşka» xəstəxanasının həyətində «QİÇS» əleyhinə mübarizə mərkəzinin yaxınlığında olan zaman iki nələr polis əməkdaşı ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Polis əməkdaşları onu Nəsimi RPİ-yə dəvət etmişlər, o da getməyə etiraz etməmişdir. Həmin vaxt narkotik vasitə heroin və psixotrop maddə metafetamin əynindəki qara rəngli şalvarın sol yan cibindəki pul qabının içərisində olmuş, o, polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-yə gəlmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələrim izah edilmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Daha sonra isə mütəxəssis dəvət edilmiş, video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmiş ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xakarterli əşya varsa təqdim etsin. O, da polis əməkdaşlarına bildirmişdir ki, əynindəki şalvarın sol yan cibindəki pul qabının içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 06 ədəd bükümdə narkotik vasitə heroini və siqaretin qara rəngli kağızına bükülmüş 02 ədəd bükümdə psixotrop maddə metamfetamini onlara təqdim etmişdir. Üzərindən aşkar edilmiş kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmış, bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə “Etibar" adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o, RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 07 iyun 2021-ci il tarixdə saat 15 radələrində o və yaradılmış əməliyyat qrupunun digər üzvü Şahid2 ilə birlikdə ünvan 3 ünvanının qarşısına gəlmişlər. Həmin ünvanda bir müddət gözlədikdən, təxminən saat 15:30 radələrində daxil olmuş əməliyyat məlumatına uyğun əlamətlərə malik olan bir nəfər şəxs qeyd edilən ünvana gəlmişdir. Bundan sonra onlar həmin, şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və həmin şəxsin narkotik vasitənin daşımasında məşğul olması ilə bağlı məlumata malik olduqlarını bildirmişlər. Həmin vaxt Etibar adlı şəxsə üzərində qeyri qanuni əşyanın olub-olmamasını, olduğu təqdirdə isə könüllü surətdə təqdim etməsini bildirdikdə Etibar adlı şəxs üzərində qeyri qanuni əşya olduğunu demişdir. Bundan sonra isə həmin şəxsi Nəsimi RPİ-yə dəvət etmişlər və Etibar da buna etiraz etməyərək onlarla birlikdə idarəyə gəlmişdir. Polis idarəsində müəyyən olmuşdur ki, həmin şəxs ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Sponuncuya hüquq və vəzifələri izah olımmuş, daha sonra isə dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis idarəsinin xidməti otaqlarının birində mütəxəssis qismində dəvət olunmuş RPİ-nin KTQnun inspektor krimnalisti X3 iştirakı ilə video müşahidə altında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən sonuncuya hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki qara rəngli cins şalvarının sol yan cibindəki qara rəngli pul qabında narkotik vasitə heroin və psixotrop maddə melamfetaminin olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindəki qara rəngli pul qabını çıxartmış, daha sonra həmin pul qabının içərisindən siqaretin kağızına bükülmüş halda 6 ədəd və siqaretin kağızına bükülmüş halda 2 ədəd bükümləri çıxardarıq masanın üzərinə qoymuşdur. Həmin maddə barədə sorğu sual edərkən Təqsirləndirilən şəxs 6 ədəd biikümün narkotik vasitə heroin və 2 ədəd bükümün isə psixotrop nıalddə metamfetamin olduğunu demişdir. Həmin narkotik vasitə heroini və pisxotrop maddə metamtetamini ünvan 6 ünvanda yerləşən 1 saylı X11 həyətində «QİCS»-lə Mübarizə Mərkəzinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Rauf» adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin bükümlər təhqiqatçı tərəfindən həqiqətən də narkotik vasitə və ya psixotrop maddə olmasının müəyyən edilməsi üçün zərfə qoyularaq zərfin agzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindəki pul qabının içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 06 ədəd bükümdə narkotik vasitə heroini və siqaretin qara rəngli kağızına bükülmüş 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan 07 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 99-102-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2021-ci il tarixdən 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 144-148-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 08 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 171-173-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 67-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 6/2305 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» yazısı olan zərfdəki 6 (altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,146 qram, 0,201 qram, 0,186 qram, 0,076 qram, 0,103 qram, 0,071 qram ümumi təmiz çəkisi 0,783 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,077 qram, 0,067 qram ümumi təmiz çəkisi 0,144 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,783 qram olmuş, tədqiqata 0,18 qram sərf edilmiş, 0,603 qram, metamfetaminin təmiz çəkisi 0,144 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,084 qram qalıq qalmışdır. Cinayət işinin 68-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 106-cı vərəqəsində olan 16 iyun 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram çəkidə narkotik vasitə olan heroin və 0,084 qram metamfetamin Nəsimi RPİ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin 154-161-ci vərələrində olan 30 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X5 ekspert komissiyasının 14 oktyabr 2021-ci il tarixli, 3958 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tədbiq edilməsi mümkün deyil. Yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 122-124-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 avqust 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1)Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 93.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 may 2009-cu il taixdə AR MM-nin 17 mart 2009-cu il tarixli Aministiya Qərarının 2.5-ci maddəsinə əsasən cəzadan azad edilmiş, 3) ACDİÜ AR Məhkəməsinin 26 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 03 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 125-131-ci vərəqələrində olan hökmün sürətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 26 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 07 iyun 2021-ci il tarixdə saat 17-20-dən başlayaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin inzibati binasında xidməti iş otağında təhqiqatçısı Babək Mirzəyev özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili R.T.Qurbanovun, həmin Bölmənin əməliyyat müvəkkili Şahid1, mütəxəssis qismində dəvət edilmiş X4 iştirakı ilə Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Daha sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindəki pul qabının içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş 06 ədəd bükümdə narkotik vasitə heroini və siqaretin qara rəngli kağızına bükülmüş 02 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Sonra isə Təqsirləndirilən şəxsin üzərində axtarış aparılmağa başlanılmış və onun üzərindən hər hansısa başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş bükümün içərisi açılaraq, onun içərisində olan maddənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroin və pisxotrop maddə metamtetamini olduğunu və həmin maddələri ünvan 6 ünvanda yerləşən 1 saylı X11 həyətində «QİCS»-lə Mübarizə Mərkəzinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan «Rauf» adlı şəxsdən aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 26 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 03 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, altı il keçmədən, yəni 07 iyun 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 07 iyun 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X5nın 14 oktyabr 2021-ci il tarixli, 3958 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,084 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,603 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,084 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun Bakı şəhəri, Azərbaycan Beynəlxalq Bankının Səbail filialındakı hesablaşma hesabına (hesab. AZ55İBAZ********************) (bank kodu – 805056, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********1944) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-577/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-577/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver