Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-58/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X11, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, “MBM” Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X12, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1985-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx.xx.1985-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, Saatlı rayonu, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 3 “A” ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxx 2020-ci il tarixdə saat 17:26 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif Prospekti 9A saylı ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən o və Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmişlər, qrupun digər üzvü Təqsirləndirilən şəxs3 üstündə gətirdiyi və əlində olan küt alətlə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sağ tərəfində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sağ yan qapısı tərəfinə yaxınlaşaraq küt alətlə sözügedən avtomobilin arxa sağ yan qapısının şüşəsini sındırmış və avtomobilin arxa oturacağında olan içərisində 60 manat nağd pul, həmin dövrün məzənnəsi ilə 34 manat təşkil edən 20 ABŞ dollar nağd pul, “Ekspress” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, “Kapital” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 60 manat dəyərində qara rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 174 (yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxx 2020-ci il tarixdə, saat 17:50 radələrində ünvan 5 saylı ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 hadisə yerindən 2-3 metr aralıda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 üstündə gətirdiyi bir ədəd avtomobil şamı ilə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sol tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Audi Q7” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sol yan qapısı tərəfinə yaxınlaşaraq əlində olan avtomobil şamı ilə sözügedən avtomobilin arxa sol yan qapısının şüşəsini sındırmış, o isə avtomobilin arxa oturacağından qiyməti 15 manat dəyərində olan çantanın, içərisində 650 manat dəyərində olan “Apple” markalı “A 1466” (Macbook Air 13-inch) modelli noutbuk və 10 manat dəyərində olan üzərində “Amazon basics” yazıları olan, ağ rəngli, noutbuka məxsus kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 675 (altı yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxx 2020-ci il tarixdə saat 17:26 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif Prospekti 9A saylı ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən o və Təqsirləndirilən şəxs1 hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmişlər, qrupun digər üzvü Təqsirləndirilən şəxs3 üstündə gətirdiyi və əlində olan küt alətlə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sağ tərəfində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sağ yan qapısı tərəfinə yaxınlaşaraq küt alətlə ilə sözügedən avtomobilin arxa sağ yan qapısının şüşəsini sındırmış və avtomobilin arxa oturacağında olan içərisində 60 manat nağd pul həmin dövrün məzənnəsi ilə 34 manat təşkil edən 20 ABŞ dollar nağd pul, “Ekspress” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, “Kapital” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində qara rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 174 (yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxx 2020-ci il tarixdə, saat 17:50 radələrində ünvan 5 saylı ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 hadisə yerindən 2-3 metr aralıda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, o isə üstündə gətirdiyi bir ədəd avtomobil şamı ilə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sol tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “AUDİ Q 7” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sol yan qapısı tərəfinə yaxınlaşaraq əlində olan avtomobil şamı ilə sözügedən avtomobilin arxa sol yan qapısının şüşəsini sındırmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa oturacağından qiyməti 15 manat dəyərində olan çantanın, içərisində 650 manat dəyərində olan “Apple” markalı “A 1466” (Macbook Air 13-inch) modelli noutbuk və 10 manat dəyərində olan üzərində “Amazon basics” yazıları olan, ağ rəngli, noutbuka məxsus kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 675 (altı yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxx 2020-ci il tarixdə, saat 17:26 radələrində Bakı şəhəri, Nəsimi rayonu,Vaqif Prospekti 9A saylı ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlibgəlmədiyinə nəzarət etmişlər, o isə üstündə gətirdiyi və əlində olan küt alətlə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sağ tərəfində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sağ yan qapısı tərəfinə yaxınlaşaraq küt alətlə ilə sözügedən avtomobilin arxa sağ yan qapısının şüşəsini sındırmış və avtomobilin arxa oturacağında olan içərisində 60 manat nağd pul, həmin dövrün məzənnəsi ilə 34 manat təşkil edən 20 ABŞ dollar nağd pul, “Ekspress” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, “Kapital” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olan 60 manat dəyərində qara rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 174 (yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx xxx 2020-ci il tarixdə saat 17:50 radələrində ünvan 5 saylı ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən o, hadisə yerindən 2-3 metr aralıda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 üstündə gətirdiyi bir ədəd avtomobil şamı ilə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sol tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “AUDİ Q7” markalı **-XV- *** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sol yan qapısı tərəfinə yaxınlaşaraq əlində olan avtomobil şamı ilə sözügedən avtomobilin arxa sol yan qapısının şüşəsini sındırmış, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin arxa oturacağından qiyməti 15 manat dəyərində olan çantanın, içərisində 650 manat dəyərində olan “Apple” markalı “A 1466” (Macbook Air 13-inch) modelli noutbuk və 10 manat dəyərində olan üzərində “Amazon basics” yazıları olan, ağ rəngli, noutbuka məxsus kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 675 (altı yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, azadlıqda olduğu müddətdə müxtəlif yerlərdə fərdi iş fəaliyyəti ilə məşğul olmuşdur. Digər Təqsirləndirilən şəxs2la obyektlərin birində tanış olmuş və onunla dostluq münasibətləri yaranmışdır. Digər Təqsirləndirilən şəxs3la sonradan tanış olmuş və onunla da, dostluq münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la “Neftçilər” metrosunun yaxınlığında görüşmüş və heç yerdə işləmədiyi üçün onun pulu olmamışdır və Təqsirləndirilən şəxs2 xəstə oduğu üçün ona müalicə xərclərinə görə vəsait lazım olduğunu bildirmişdir. Hər biri onlarda pul vəsaitinin olmamasını bildirmişdir. Bundan sonra onların hər üçü metro vasitəsilə “28 may” stansiyasına gəlib oradan çıxmışlar və yol ilə piyada hərəkət edərkən ətrafda dayanan maşınların içərisi onların diqqətini çəkmişdir. Təqsirləndirilən şəxs2 özü ilə avtomobil şamı götürmüş və şüşəni sındırmaq qərarına gəlmişdir. Beləliklə, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsi 23 ünvanında yolun kənarında **-XV-*** dövlət nömrə nişanlı “Audi Q7” markalı qara rəngli avtomobilin dayandığını və sahibsiz olduğunu görmüşlər. Maşının içərisinə baxıb və arxa sol yan oturacağın üzərində bir çanta olduğunu bilmişlər. Bu vaxt onun yanında Təqsirləndirilən şəxs2 olmuş, Təqsirləndirilən şəxs3 isə təxminən 2 metr onlardan aralı dayanıb ətrafı müşahidə etmişdir ki, onlar oğurluq edən zaman kimsə gəlsə onlara xəbər versin. Onlar ətrafa baxmışlar və heç kimin gəlmədiyini və heç kimin də ətrafda onları görmədiyini əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 əlindəki avtomobil şamını zərbə ilə şüşəyə vurmuş və şüşə sınıb yerə tökülmüş, bu zaman Təqsirləndirilən şəxs2 arxaya geri çəkilmiş və o, tez əlini sınıq şüşədən içəriyə salıb çantanı götürmüşdür və Təqsirləndirilən şəxs3 ətrafı izləyərək heç kimin gəlmədiyini görüb əli ilə onlara işarə etmiş və onlar iti sürətlə qaçıb təxminən Azərbaycan Dillər Universitetinin yanında olan yol tərəfdə olan tanımadıqları, dövlət qeydiyyat nişanını bilmədikləri bir taksiyə minib Nərimanov rayonu ərazisinə getmişdirlər. Taksidə olan zaman çantanı açıb içərisinə baxmışlar və “Apple” markalı noutbuk olduğunu görmüşlər. Bahalı bir kompüter sistemi oğurladıqlarına görə onu satıb yaxşı pul qazanıb aralarında bərabər bölüşdürəcəkləri barədə düşünmüşlər. Sonradan “Nərimanov” metrosunun yanına gəlib orada düşdükdən sonra iz itirmək məqsədi ilə yenidən tanımadıqları bir taksiyə minib “Neftçilər” metrosunun yanına getmişlər. Orada maşından hər üçü enmiş və Seymur onlara çayxanaya getməyi və həmin kompüteri satıb gəlməyi bildirmişdir. Onlar Təqsirləndirilən şəxs3 inanaraq çayxanaya getmişlər və aradan təxminən 30 dəqiqə keçdikdən sonra sonuncu onların yanına gəlib, həmin mağazada işləyən satıcının kompüteri aldığını və hal-hazırda pulunun olmadığını və növbəti gün gəlib pulu götürməsini demişdir. Onlar Təqsirləndirilən şəxs3la razılaşmışlar və səhəri gün yəni xx.xx.2020-ci il tarixdə “Neftçilər” metrosunun yaxınlığına gəlib görüşmüşlər. Təqsirləndirilən şəxs3 onlara həmin satıcının, yəni kompüteri alan şəxsin adının Səməd olduğunu və ona bu kompüterin oğurluq olduğunu dediyini və Səməd adlı şəxs bilə-bilə bahalı kompüteri ucuz qiymətinə ondan 450 manata aldığını bildirmişdir. Bundan sonra həmin pulu üç nəfərin arasında bərabər bölüb 150 manat pulu götürüb oradan uzaqlaşmışlar. xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində 21-ci Polis Bölməsi əməkdaşları onu saxlamışlar və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobildən içərisində “Ekspress” banka məxsus kart, “Kapital” banka məxsus kart, 60 manat nağd pul, 20 ABŞ dollar nağd pul və avtomobilin qeydiyyat şəahadətnaməsi, şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantası oğurlamamışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, cinayət etdiyi vaxt xx.xx.2020-ci il tarixdə işsiz olmuş və ona pul lazım olduğu üçün asan pul qazanmağın yolunu axtarmışdır. O metronun “Neftçilər” metrostansiyasına gedib müxtəlif obyektlərdə vaxtını keçirən zaman Təqsirləndirilən şəxs1la tanış olmuş və onunla dostluq münasibətləri yaranmışdır. Sonradan digər Təqsirləndirilən şəxs3la tanış olmuş və onunla da dostluq münasibətləri yaranmışdır. xx.xx.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə “Neftçilər” metrosunun yaxınlığında görüşən zaman Təqsirləndirilən şəxs1 onlara heç yerdə işləmədiyi üçün pulunun olmadığını bildirmiş və bu zaman Təqsirləndirilən şəxs2 xəstə olmasını, bunun üçün müalicə xərclərinə görə pul vəsaitinin lazım olmasını bildirmişdir. Hər kəs öz növbəsində karantin rejimi ilə bağlı işləmədikləri üçün onlarda pul olmadığını bildirmişdir. Sonradan onlar metro vasitəsilə “28 May” metrostansiyasına gəlmişlər və yol ilə piyada gədərkən ətrafda dayanan maşınların içərisi onların diqqətini çəkmişdir. Bu vaxt o, özü ilə avtomobil şamı götürmüşdür. Beləliklə onlar Nəsimi rayonu, S.Rüstəmov küçəsinə gəlib çıxmışlar və yolun kənarında **-XV-*** dövlət qeydiyyat nişanlı “Audi Q7” markalı qara rəngli cip markalı avtomobilin dayandığını və sahibsiz olduğunu görmüşlər. Maşının içərisinə baxmışlar və arxa sol yan oturacağın üzərində bir çanta olduğunu bilmişlər. Onun yanında Təqsirləndirilən şəxs1 olmuş, Təqsirləndirilən şəxs3 isə təxminən 2 metr onlardan aralı dayanıb gəlib-gedəni müşahidə edərək oğurluq edən zaman kimsə gəlsə onlara xəbər verəcəyini demişdir. Birlikdə ətrafa baxmışlar və heç kimin gəlmədiyini və heç kimin də ətrafda onların görmədiyini əmin olduqdan sonra o, cibindən avtomobil şamını çıxarıb zərbə ilə şüşəyə vurmuş və şüşə sınıb yerə tökülmüşdür. Bu zaman o, arxaya geri çəkilmiş və Təqsirləndirilən şəxs1 tez əlini sınıq şüşədən içəriyə salıb çantanı götürmüş və Təqsirləndirilən şəxs3 da ətrafı izləmiş və heç kimin gəlmədiyini görüb əli ilə onlara işarə etmiş və onlar sürətlə qaçıb təxminən Azərbaycan Dillər Universiteti yerləşən ərazidə tanımadıqları dövlət qeydiyyat nişanlı bir taksiyə minib Nərimanov rayonu ərazisinə getmişlər. Taksidə olan zaman çantanı açıb içərisinə baxmışlar və “Apple” markalı noutbuk olduğunu görmüşlər. Sonradan “Nərimanov” metrosunun yanına gəlib orada düşmüşlər və iz itirmək məqsədi ilə yenidən tanımadıqları bir taksiyə minib “Neftçilər” metrosunun yanına gəlmişlər. Orada avtomobildən hər üçü enmiş və Təqsirləndirilən şəxs3 onlara birlikdə çayxanaya getmələrini və kompüteri mağazaya satdıqdan sonra onu orada gözləmələrini bildirmişdir. Onlar razılaşdıqları kimi çayxanaya getmişlər və aradan təxminən 30 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs3 onların yanını gələrək həmin mağazada işləyən satıcının həmin kompüteri aldığını və hal-hazırda pulu olmadığından sabah gəlib pulu götürməsi barədə razılığa gəldiklərini demişdir. Səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə “Neftçilər” metrosunun yanına gələrək görüşmüşlər. Təqsirləndirilən şəxs3 onlara həmin satıcının, yəni kompüteri alan şəxsin adının Səməd olduğunu və ona həmin kompüterin oğurluq olduğunu dediyi üçün bahalı kompüteri ucuz qiymətə aldığını demişdir. Sonra Təqsirləndirilən şəxs3 həmin kompüteri 450 manata satdığını bildirmişdir. Bundan sonra həmin pulu üç nəfərin arasında bərabər bölüb 150 manat pulu götürüb oradan uzaqlaşmışlar. xx.xx.2020-ci il tarixdə, saat 19:15 radələrində 21-ci Polis Bölməsinin əməkdaşları onu saxlamışlar. Saxladıqdan sonra ona edilən sorğu-sual zamanı onlara törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobildən içərisində “Ekspress” banka məxsus kart, “Kapital” banka məxsus kart, 60 manat nağd pul, 20 ABŞ dollar nağd pul, avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantasını oğurlamamışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, cinayət hadisəsini törətməmişdən təxminən 4 ay yaxın müddətdə tez-tez getdiyi çayxanaların birində Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la tanış olmuş və onlarla birlikdə dostluq münasibətləri saxlamışdır. xx.xx.2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la “Neftçilər” metrosunun yaxınlığında görüşmüşlər və Təqsirləndirilən şəxs1 onlara heç yerdə işləmədiyi üçün pulunun olmadığını, Təqsirləndirilən şəxs2 isə xəstə olmasını, bunun üçün müalicə xərclərinə görə pul vəsaitinin lazım olmasını bildirmişdir. Hər biri karantin rejimi ilə bağlı işləmədikləri üçün pulu olmadığını demişdir. Onlar birlikdə metro vasitəsilə “28 May” stansiyasına gəlib oradan çıxmışlar və yol ilə piyada gedərkən ətrafda dayanan avtomobillərin içərisi onların diqqətini cəlb etmiş, Təqsirləndirilən şəxs2 isə özü ilə avtomobil şamı götürmüşdür. Beləliklə, Nəsimi rayonu S.Rüstəmov küçəsinə gəlib çıxmışlar və yolun kənarında **-XV- *** dövlət qeydiyyat nömrəli “Audi Q7” markalı qara rəngli avtomobilin dayandığını və sahibsiz olduğunu görmüşlər. Maşının içərisinə baxmışlar və arxa sol yan oturacağın üzərində bir çanta olduğu diqqətlərini cəlb etmişdir. Təqsirləndirilən şəxs2 yanında Təqsirləndirilən şəxs1 olmuş, o isə təxminən 2 metr onlardan aralı dayanıb gəlib-gedəni müşahidə etməyə çalışmış və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq edən zaman kimsə gəlsə onlara xəbər edəcəyini bildirmişdir. Onlar ətrafa baxmış və heç kimin gəlmədiyini və heç kimin də ətrafda onları görmədiyinə əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 cibindən avtomobil şamını çıxarıb zərbə ilə şüşəyə vurmuş və şüşə sınıb yerə tökülmüş, bu zaman Təqsirləndirilən şəxs2 arxaya geri çəkilmiş və Təqsirləndirilən şəxs1 tez əlini sınıq şüşədən içəriyə salıb çantanı götürmüş və o da ətrafı gözətləyərək və heç kimin gəlmədiyini görüb əli ilə onlara işarə etmiş və onların hər üçü sürətlə qaçıb təxminən Azərbaycan Dillər Universiteti yerləşən ərazinin yaxınlığında tanımadıqları, dövlət qeydiyyat nişanı bilmədikləri bir taksiyə minib Nərimanov rayonu ərazisinə getmişlər. Taksidə olan zaman çantanı açıb içərisinə baxmışlar və “Apple” markalı noutbuk olduğunu görmüşlər. Sonradan “Nərimanov” metrosunun yanına gəlib orada düşmüşlər və iz itirmək məqsədi ilə yenidən tanımadıqları bir taksiyə minib “Neftçilər” metrosunun yanına gəlmişlər. Orada avtomobildən hər üçü enmiş və o, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 onların hər ikisinin birlikdə çayxanaya getməsini və həmin kompüteri tanışı olan Şahid1 işlədiyi mağazaya satıb gələcəyini demişdir. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 çayxanaya getmişlər və o da Şahid1 işlədiyi mağazaya getmişdir. Əlindəki kompüteri Şahid1 göstərmiş və ona bu kompüterin oğurluq olduğunu və özü oğurladığını bildirib bu kompüteri təxminən 1500- 2000 manata satmaq istədiyini demişdir. Şahid1 ona həmin noutbuku yalnız 1200-1500 manat arasında sata biləcəyini bildirmişdir. Şahid1 1200 manat nağd pulun özünə verməsini bildirmişdir və özü nə qədər artıq satsa yerdə qalan pulu götürməsini demişdir. Ancaq Şahid1 hal-hazırda pulu olmadığı və noutbukun mağazada qalmalı olduğunu və ertəsi gün hardan pul taparsa ona verəcəyini bildirmişdir. O da Şahid1 ilə razılaşmış və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 yanına geri qayıdıb Şahid1 hal-hazırda pulu olmadığını və ertəsi gün gəlib pulu aparmasını demiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla razılaşmışlar. Onlar ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə “Neftçilər” adlanan ərazidə görüşmüşlər və Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 onu gözləmişlər, o isə Şahid1 yanına getmişdir. Şahid1 ona 1200 manat pul tapa bilmədiyini və bu noutbukun onun yanında qalmasını və satdıqdan sonra pulu ikisi arasında bərabər şəkildə böləcəyini demişdir. O da, sonuncuya cavab olaraq oğurluq etdiyi Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 aralıda gözlədiyini bildirmişdir. Şahid1 450 manat pul verməsini, onun gedib Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 hərəsinə 150 manat pul verəcəyini və ona düşən payıda gətirib yenidən Şahid1 geri qaytaracağını bildirmişdir. Şahid1 ona 450 manat pul vermiş və o, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 yanına gəlib həmin pulları aralarında bərabər şəkildə 150 manatdan bölüşdürmüşdür. Noutbuk və ona aid kabel eləcə də əl çantası Şahid1 yanında qalmışdır. Şahid1 həmin noutbuku baha qiymətə satmasını və aralarında bərabər bölməsini istəmişdir. Sonra ona düşən 150 manat pula ehtiyacı olduğu üçün Şahid1 geri qaytarmamış və onun yanına gedib, pula ehtiyacı olduğu üçün götürdüyünü bildirmişdir. Şahid1 ona noutbuku baha qiymətə satıb ona düşən paydan 150 manat kəsəcəyini bildirmiş, o da bununla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə, saat 20:30 radələrində 21-ci Polis Bölməsinin əməkdaşları onu saxlamışlar. Saxladıqdan sonra ona edilən sorğu-sual zamanı o, törətmiş olduğu cinayəti səmimi etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə Şahid1 işlədiyi mağazaya gedib göstərmiş və Şahid1 noutbuku polis əməkdaşlarına təqdim etmişdir. Ona edilən əlavə sorğu suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobildən içərisində “Ekspress” banka məxsus kart, Kapital banka məxsus kart, 60 manat nağd pul, 20 ABŞ dollar nağd pul, avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantasını oğurlamamışdır. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri və digər zərərçəkmiş şəxsi tanımır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nəsimi rayonu, Vaqif prospektində yerləşən “Medical Plaza” xəstəxanasının qarşısına gəlib avtomobili orada saxlamış və Nəsimi rayonu, Azadlıq prospekti 80 saylı ünvanda yaşayan qaynanasının yaşadığı mənzilə getmişdir. Həmin tarixdə, təxminən saat 18:00 radələrində həmin ünvandan çıxıb avtomobilinə yaxınlaşdığı zaman avtomobilin sağ arxa yan şüşəsinin sındırıldığını görüb avtomobilinin içərisinə baxdığı zaman içərisində “Ekspress” banka məxsus kart, “Kapital” banka məxsus kart, 60 manat pul, 20 ABŞ dollar, avtomobilinin qeydiyyat şəhadətnaməsi, özünə məxsus şəxsiyyət vəsiqəsi olan qara rəngli əl çantasının yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/2405 saylı Rəyində göstərilən “Express” Banka məxsus kartın 1 ədədin qiyməti 10 manat, “Kapital” banka məxsus kartın 1 ədədin qiyməti 10 manat olan hissəsi ilə tam razıdır. Özünə məxsus əl çantasını isə 60 manata almışdır. Halhazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərdən şikayətçi deyildir və bu səbəbdən də mülki iddiaçı qismində iştirakına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmişdir. Hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur. Məhkəmə prosesinin onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “maddi sübutun götürülməsi barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxx 2020-ci il tarixdə Nizami rayon, R.Rüstəmov küçəsi 175C ünvanında yerləşən “Brand 313” adlı telefon və texniki servis dükanından 1 ədəd “Apple MacBook Air” markalı, FVFYMWSBJ1WK markalı gümüşü rəngli noutbuk və üzrəində “amazonbasics” sözü yazısı olan ağ rəngli cərəyan kabeli aşkar edilərək iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Məhəmməd Hüseynov tərəfindən Şahid1 Nemət oğlundan götürülmüşdür (cild 1, i/v 31). İş materiallarında olan Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elçin Mehdiyev tərəfindən tərtib edilmiş “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 “Apple” markalı noutbuk aparatını formasından, rəngindən, hərfləri əks etdirilən düymələrindən, noutbukun arxa və ön tərəflərinin üzərində olan bəzəklərindən, eləcə də sürtülmə izlərinin olmasından tanımışdır. Həmçinin də noutbuka aid olan şunurun formasından, rəngindən və üzərində “Amazonbasics” yazılarından tanımışdır (cild 1, i/v 96). İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD diskin içərisində 7 video fayl və bir fotoşəkil vardır. Həmin video görüntüdə üç nəfər kişi cinsinə mənsub şəxsin, yolun kənarında dayanmış vəziyyətdə olan içərisində sürücü və sərnşin olmayan “AUDİ Q7” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafına fırlanmaları, onlardan hər iki şəxsin avtomobilin yanında dayanması, digər bir şəxs isə təxminən 4-5 metr uzaqlaşıb ətrafa baxması və avtomobilin yanında olan şəxslərdən biri əlindəki küt alətlə avtomobilin arxa sol yan şüşəsini sındırması və onun yanında olan digər şəxsin qolunu sınıq şüşədən avtomobilin salonuna uzatması və orada olan əl çantasını götürdükdən sonra hər üç nəfər şəxsin oradan qaçıb uzaqlaşması müəyyən edilir. İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilən zaman müəyyən olunmuşdur ki, CD diskin içərisində 2 ədəd video fayl vardır. Birinci “FİLE 200526-17243 / 8-074090. MP4” fayla baxdıqda, avtomobilin içərisində olan video müşahidə edici kamerada olan görüntülərə baxdıqda xx.xx.2020-ci il tarixdə saat 17:25:28 radələrində gözündə qara rəngli gün eynəyi olan əlində hər hansı bir küt əşyanı oynadaraq avtomobilə doğru hərəkət edib yaxınlaşan bir nəfər kişi cinsinə mənsub şəxsin və həmin şəxsin arxasınca isə digər bir kişi cinsinə mənsub ikinci şəxsin hərəkət etməsi və gözündə eynək olan kişinin maşının yanından çıxıb getməsi, digər ikinci şəxs isə avtomobilin yanında dayanıb sağa sola, qabağa doğru baxıb ətrafı gözətləməsi və arxaya çönüb baxması elə bu zaman isə çiyninə əl çantası salınmış kök-dolu bədən quruluşlu kişi cinsinə mənsub üçüncü şəxsin yolun kənarında “Medical Plaza” klinikasının qarşsından gəlib keçməsi müəyyən olunur. Avtomobilin yanında dayanan ikinci şəxs, yolun kənarı ilə çiynində əl çantası olan kök-dolu bədən quruluşlu üçüncü şəxsin keçdiyini görüb maşının yanından gedir. İkinci “FİLE 200526-17243 / 8-074090. MP4” fayla baxdıqda, xx.xx.2020-ci il tarixdə saat 17:26:46 radələrində gözündə gün eynəyi olan şəxs “Medical Plaza” klinikasının qarşısından piyada ilə geri qayıdaraq avtomobilə doğru yaxınlaşıb əlində olan küt aləti oynatması müşahidə edilir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-303/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-497/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 67-68, 203-205, 260-262). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-302/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-498/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 47-48, 200-202, 257-259). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-301/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-496/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri müddəti xx xxxxxxxx 2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 87-88, 206-208, 263-265). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 1-21/2005 saylı, xx xxxx 2005-ci il tarixli hökmündən və Bakı şəhəri Nizami rayon məhkəməsinin 7(007)-791/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmiş və Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli Qərarı ilə 01 il 01 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxxx 2018-ci il tarixdə cəza müddəti qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 2, i/v 29-30, 31-39, 40-42). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (cild 2, i/v 83). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-57/2010 saylı, xx xxxx 2010-cu il tarixli hökmündən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-66/2012 saylı, xx xxxx 2012-ci il tarixi hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-57/2010 saylı, xx xxxx 2010-cu il tarixli hökmü ilə 07 il 02 ay 24 gün müddətinə 3 il şərti sınaq müddəti təyin edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sınaq müddəti ərzində yenidən cinayət törətdiyinə görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-66/2012 saylı, xx xxxx 2012-ci il tarixi hökmü ilə 07 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-57/2010 saylı, xx xxxx 2010-cu il tarixli hökmündə CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.1, 178.2.2, 178.2.3-cü maddəsinə, CM-nin 178.2.2-ci maddəsi CM-nin 178.1-ci maddəsinə tövsüf edilmiş, üzərində qəti olaraq CM-nin 178.1, 178.2.1, 178.2.2, 178.2.3-cü maddələri ilə 06 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və xx xxxxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, i/v 44-45, 46-75, 76-82). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/2405 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş müxtəlif markalı malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 660,00 manat, təqdim edilməmiş 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 35,00 manat, 1 ədəd qara rəngli əl çantası haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü və s.) olmadığı üçün və avtomobilin qeydiyyat şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi satış üçün nəzərdə tutulmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir (İİ cild, i/v 104-106). İş materiallarında olan xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus “Apple” markalı noutbuku və “perxadnik”i Nəsimi rayon Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi Elçin Mehdiyevdən təhvil almışdır (cild 2, i/v 110). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, 02 ədəd CD disk iş üçün xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır (cild 2, i/v 114-128). Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunan ərizədən görünür ki, iş üzrə təqsirləndirilən şəxslərlə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Notarial qaydada təsdiq olunaraq məhkəməyə təqdim edilmiş **********628 və **********553 saylı ərizələrdən görünür ki, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyan ödənildiyi üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən ona qarşı şikayət, iddia və tələb yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələri özləri tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxsin ifadəsi, digər zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı teleqramı, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri qismən etiraf etməklə peşman olmalarını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs3 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən və məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərər ödənilmişdir. Bu səbəbdən də mülki iddiaçı qismində iştirakına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdehlərə qarşı mülki iddiadan imtinasını qəbul edir və hesab edir ki, mülki iddiaya xitam verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğluna və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Apple” markalı, “A1466” modelli noutbukun və “Amazon basics” markalı noutbuka məxsus kabelin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6, X5 və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və X13, X1 və Allahmanov Şöhrət Nəbi oğlunun vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxx 2020-ci il tarixli “müdafiəçi dəvət olunması haqqında” qərarlardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatlardan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Allahmanov Şöhrət Nəbi oğlu, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs3 Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-291/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri X12, X14 və X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X13, X1 və Allahmanov Şöhrət Nəbi oğlunun vəkil işlədikləri Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 300 (üç yüz) manat və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X6 və X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 144 (yüz qırx dörd) manat, 8 (səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına isə 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Apple” markalı, “A1466” modelli noutbukun və “Amazon basics” markalı noutbuka məxsus kabelin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilərək həmin mülki iddia üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X13, X1 və Allahmanov Şöhrət Nəbi oğlunun vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər bir vəkilə ayrı-ayrılıqda 300 (üç yüz) manat olmaqla ümumilikdə 900 (doqquz yüz) manat və X6 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat, X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat, X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-58/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-58/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver