Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-585/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Gülhüseyin qızının Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2002-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, əvvəllər məhkum edilməmiş, Şamaxı şəhəri, N.Nərimanov prospekti, ev 98-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 153-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyun 2025-ci il tarixdə saat 04:30 radələrində tanışı Zərərçəkmiş şəxs ilə birlikdə müvəqqəti yaşadıqları ünvan 1 ünvanında yerləşən “Avand” Hotelin 104 nömrəli otağında olarkən sonuncunun yatmasından istifadə edərək otaqdakı stolun üzərindən Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 15 manat dəyərində ***-***-**-** və 15 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 540 manat dəyərində “Redmi Note 13pro” markalı mobil telefonu və 900 manat dəyərində “Sokolov” markalı qol saatını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 1470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2024-cü ilin dekabr ayının sonunda o, Bakı şəhərində olan zaman sosial şəbəkəsində Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, tanışlıq zamanı Hikmət ona Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı olduğunu, Bakı şəhəri Qaradağ rayonunda valideynləri ilə birlikdə yaşadığını, yalandan guya avtomobillərin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs öz həyatı barədə ona məlumat verməklə yanaşı özünün cinsi azlıq nümayəndəsi olduğu haqqında da məlumat vermişdir. Bundan sonra Hikmət ona qarşı heç bir etiraz etməmiş və bundan sonra onlar mütamadi olaraq mobil telefonla danışmaqla yanaşı görüntülüdə danışmışlar. Bu səbəbə görə də onların arasında yaxşı münasibətləri yaranmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs onun nə vaxtı Azərbaycan Respublikasına gələcəyini soruşmuş, o, isə Hikmətə 2025-ci ilin may ayının sonunda gələcəyini bildirmişdir. Təxminən 2025-ci ilin iyul ayının əvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəldiyini və onun nə vaxtı olduğu halda görüşməyini bildirmişdir. Belə ki, 21 iyun 2025-ci il tarixdə saat təxminən 21 radələrində o, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Sahil” metrostansiyasının yaxınlığında olan zaman, onun istifadə etdiyi tanışı X3 adına onun razılığı əsasında aldığı ***-***-**-** GSM mobil telefonun “WhatsApp” vasitəsilə Zərərçəkmiş şəxs istifadə etdiyi dəqiq xatırlmadığı mobil telefonuna zəng edərək onunla görüşməyini, onun pulu olmadığını küçədə qaldığını və birlikdə Bakı şəhərində yerləşən otellərin birində qalmağını təklif etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona Bakı şəhəri Səbail rayon ərazisində yerləşən “Ağ şəhər” adlanan ərazidə olduğunu onunla razılaşaraq və həmin günü 22 radələrində onun təklifi əsasında ünvan 2 ünvanda yerləşən “Avand” otelində görüş təyin etmişlər. Elə həmin günü yəni 21 iyul 2025-ci il tarixdə saat təxminən 22:15 radələrində ünvan 3 ünvanda yerləşən “Avand” otelinin qarşısında görüşərək və Zərərçəkmiş şəxs razılığı əsasında həmin otelə daxil olaraq, otelin girişində olan receptionda Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi əsasında qeydiyyat aparılaraq və dəqiq xatırlamadığı otağa keçmişlər. Bundan sonra həmin oteldə Zərərçəkmiş şəxs tərəfindən mağazadan aldığı 4 ədəd Kuller adlanan pivə və 1 ədəd qabda olan fısdığı onunla birlikdə qəbul etmiş və sonra isə onun razlığı əsasında intim münasibətdə olduqdan sonra o, otaqda olan hamama keçərək yuyundundan sonra otağa keçərkən Zərərçəkmiş şəxs yatdığını görmüşdür. Bundan sonra fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs məxsus “Redmi Note 13pro” markalı mobil telofonu və “Sokolov” adlanan qol saatının isə oteldə olan stolun üzərində olduğunu və həmin əşyaları oğurlamaq qərarına gələrək həmin əşyaları oğurlayıb həmin günü saat təxminən 01 radələrində tərk etmişdir. Bundan sonra həmin mobil telefonun üzərində olan 2 ədəd GSM mobil telefon nömrələrini çıxarıb tanımadığı küçədə yol kənarına tullamışdır. Bundan sonra o, küçədə gecələyərək səhərisi günü yəni 22 iyul 2025-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının dəqiq xatırlamadığı mobil telefonların alıqı-satqı mağazasında öz şəxsiyyət vəsiqəsi əsasında təqdim edərək 100 manat pula satmışdır. Bundan sonra elə həmin günü 100 manat pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. “Sokolov” adlanan qol saatını isə həmin günü axşam saatlarında tanımadığı ünvanda piyada hərəkət edən zaman yerə düşürərək itirdiyini bildirmişdir. 02 avqust 2025-ci il tarixdə o, yaşadığı Bakı şəhəri Qaradağ rayon ərazisində olan zaman ona mülki geyimində olan 2 nəfər şəxslər yaxınlaşaraq özlərini təqdim etməklə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları olduqlarını bildirərək onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci PB-nə getməyini təklif etmişlər. Bundan sonra o, heç bir etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmiş və o, polis bölməsində törətmiş olduğu cinayət hadisəsini tam etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 21 iyun 2025-ci il tarixdə saat təxminən 21 radələrində o, Bakı şəhəri, Səbail rayonu, “Ağ şəhər” adlanan ərazidə olan zaman, Hikmət ona zəng edərək onun onunla görüşməsini bildirmiş, o, isə onunla razılaşaraq həmin günü 22 radələrində Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən “Avand” otelində görüş təyin etmişlər. Elə həmin günü yəni 21 iyun 2025-ci il tarixdə saat təxminən 22:15 radələrində ünvan 4 ünvanda yerləşən “Avand” otelinin qarşısında görüşdük və onun razlığı əsasında həmin hotelə daxil olmuş, otelin girişində receptionda onun şəxsiyyət vəsiqəsi əsasında qeydiyyat aparılaraq və dəqiq xatırlamıdığı otağa keçmişlər. Bundan sonra həmin oteldə onun tərəfindən mağazadan aldığı 4 ədəd Kuller adlanar pivə və 1 ədəd qabda olan fısdığı Hikmətlə birlikdə qəbul etmiş və sonra isə Hikmət tərəfindən onun razlığı əsasında intim münasibətdə olduqdan sonra o, yatmışdır. Bundan sonra özünə məxsus “Redmi Note 13pro” markalı mobil telofonunu və “Sokolov” adlanan qol saatını isə oteldə olan stolun üzərinə qoymuşdur. Səhərisi günü yəni 22 iyun 2025-ci il tarixdə saat 04:30 radələrində o, oyanmış və artıq oteldə Hikmətin olmadığını və ona məxsus dəyəri 540 manat olan “Redmi Note 13pro” markalı mobil telofonun və həmin mobil telefonun üzərində istifadə etdiyi ona məxsus dəyəri 15 manat olan ***-***-**-** və dəyəri 15 manat olan ***-***-**-** GSM mobil telefon nömrələrinin və onun məxsus dəyəri 900 manat olan “Sokolov” adlanan qol saatının oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, həmin oteldə işləyən işçilərin birindən xahiş edərək öz mobil telefonuna zəng etmiş, lakin artıq mobil telefonu söndürülmüşdür. Bundan sonra 22 iyul 2025-ci il tarixdə saat təxminən 10:40 radələrində baş vermiş oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliynin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermiş və elə həmin günü isə Nəsimi RPİ-nin 21-ci PB-nə gedərək orada Hikmətin barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci ildə Ağsu rayonunda doğulmuş Təqsirləndirilən şəxs Nəsimi RPİ tərəfindən xx.xx.2024-cü il tarixdə AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,02 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Valeh Nəbiyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Valeh Nəbiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş, tərəflər arasında barışıq əldə edilmiş, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halın olmasını, eyni zamanda onun şəxsiyyətini xarakterizə edən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 11 saat üçün nəzərdə tutulan 121 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 153-ü hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili X1 11 saat üçün nəzərdə tutulan 121 (bir yüz iyirmi bir) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-585/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-585/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver