Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-586/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili X7, təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Müdafiəçi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Müdafiəçi satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Müdafiəçi satış məqsədi olmadan qanunsuz olaraq 02.09.2021-ci il tarixdə online mobile tətbiq vasitəsilə “Əşrəf” adlı şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından 40 manat müqabilində Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında qoyulmuş zibil qutularının yaxınlığına atılmış şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 0,825 qram olan psixotrop maddəni metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 04.09.2021-ci il tarixdə saat 11:00-da Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin 01 ədəd ağ rəngli kağız bükümündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Müdafiəçi ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02.09.2021-ci il tarixdə mobil tətbiq vasitəsilə əvvəlcədən İran İslam Respublikasının vətəndaşı Əşrəf adlı şəxs ilə danışıb Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında binaların arasına quraşdırılmış zibil qutularının yanına psixotrop maddəni qoymasını xahiş etmiş, daha sonra həmin yerdən şüşə adlanan psixotrop maddəni götürərək həmən yerə 40 manat məbləğində pulu qoyub şəxsi istifadəsi üçün psixotrop maddəni əldə edərək daşımışdır. O, 04.09.2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra psixotrop maddəni əldə edib saxladığına görə ondan şübhələndiklərini bildirib onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirdikdən o, sonunculardan nəyə görə saxlanıldığını soruşduqda onlar üzərində psixotrop maddə olması barədə məlumatlı olduqlarını bildirmiş, onu polis şöbəsinin xidməti otağa salmışlar. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, polis şöbəsində xidməti otaqların birində ona təyin olunmuş vəkilin iştirakı ilə, üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş və o, əynində olan açıq göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd ağ kağız kəsiyinə bükülmüş psixotrop maddə sayılan şüşəni masanın üzərinə qoymuşdur. Polis əməkdaşları üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı sorğu-sual etdiklərində o səmimi olaraq üzərindən aşkar edilmiş maddənin psixotrop maddə olduğunu etiraf etmişdir. Üzərindən aşkar edilmiş bir bükülü psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və bu barədə tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını və məhkumluğunun olunmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi təqsirli olması özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində göstərmişdir ki, 02 sentyabr 2021-ci il tarixdə «Kamran» adlı şəxsin psixotrop maddələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əvvəlcədən Nəsimi RPİ-nin 19-cu PŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə Nəsimi RPİ-nin 19cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış və “Kamran” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Kamran” adlı şəxsin gələ biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 02 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanın qarşısına Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə yollanmış həmin tarixdə, saat 10:10 radələrində həmin ünvanın qarşısına gəlib bir müddət burada gözlədikdən təxminən 40 dəqiqə sonra, yəni saat 10:50-da “Kamran” adlı şəxs həmin ünvana gəldiyi zaman ona yaxınlaşıb özlərini təqdim edərək onun qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİnin 19-cu PŞ-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan onlara məlum olan 05.09.1986-cı il tarixdə Bakı şəhərində anadan olan, subay, əvvəllər məhkum olunmuş, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla, ünvan 7-də yaşayan Müdafiəçi Nəsimi RPİ-nin 19-ci PŞ-nin inzibati binasının xidməti otaqların birində təhqiqatçı Rəşad İmanverdiyev tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 və eləcə, təyin edilmiş müdafiəçinin iştirakı ilə Müdafiəçi şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlandı. Bundan sonra şübhəli şəxs Müdafiəçi üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu üzərində heç bir qeyri-qanunu əşya olmadığını bildirmiş, bundan sonra Müdafiəçi üzərində axtarış aparılmağa başlanılmış və ilk öncə onun geyindiyi açıq göy rəngli şalvarının sağ və sol yan ciblərinə baxılmış həmin vaxt onun açıq göy rəngli şalvarının sağ cibindən 1 ədəd kağız kəsiyinə bükülmüş maddə aşkarlanmışdır. Daha sonra onun şalvarının ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Müdafiəçi üzərindən aşkar edilmiş maddənin nə olduğunu deməklə təqdim etməsi təklif olunduqda sonuncu üzərindən aşkar edilmiş 01 ədəd kağız kəsiyinə bükülmüş, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə şüşə olmasını, həmin psixotrop maddəni 2-3 gün əvvəl onlayn tətbiq vasitəsilə Əşrəf adlı İran vətəndaşından Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən zibil qutularının yanında daşın altında götürərək əvəzinə 40 manat pul qoyaraq şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Bundan sonra Müdafiəçi üzərindən aşkar edilərək götürülmüş 01 ədəd büküm təhqiqatçı Rəşad İmanverdiyev tərəfindən qablaşdırıldı, zərfə qoyuldu və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Müdafiəçi üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan açıq göy rəngli şalvarının sağ cibindən 1 ədəd kağız kəsiyinə bükülmüş maddə çıxarılmışdır. Cinayət işinin 26-cı vərəqəsində olan 04 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Müdafiəçi həmin tarixdə tutulmuşdur. Cinayət işinin 94-97-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Müdafiəçi barəsində 04 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 198-199-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Müdafiəçi barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 57-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2021-ci il tarixli 6/3883 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 187” möhür əksi, “1... Şahid1” və s. yazılar və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,832 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,832 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş və 0,782 qram qalıq qalmışdır. Cinayət işinin 57A-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik müəyyən edilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan 06 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanınmalı olan Müdafiəçi aşkar olunub götürülmüş 0,832 qram psixotrop maddə tədqiqata sərf edildikdən sonra qalıq 0,782 qram çəkidə metamfetamin maddi sübut kimi tanınmışdır. Cinayət işinin 153-162-ci vərəqələrində olan 10 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmış və təqsirləndirilən şəxs Müdafiəçi aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,782 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 149-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator X4 ekspert komissiyasının 25 oktyabr 2021-ci il tarixli 4114 nömrəli rəyindən görünür ki, müayinə zamanı Müdafiəçi psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 109-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Müdafiəçi: 1) Binəqədi Rayon Məhkəməsinin 20 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasına məhkum edilmiş; 2) Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 dekabr 2017-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirileəerk həmin Məcəllənin 221.1-ci maddəsi ilə törətdiyi cinayət əməli üzrə həmin Məcəllənin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı iş üzrə icraata xitam verilmiş, həmin Məcəllənin 66.3-cü maddəsi hökmdən xaric olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış və 12 aprel 2019-cu il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 137-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 29 oktyabr 2021-ci il tarixli, 1/1940 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 (inzibati bina) ünvanında qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Müdafiəçi ilk dəfə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin göndərişinə əsasən 11.10.2013-cü il tarixindən 14.10.2013-cü il tarixinədək Bakı şəhəri 2 nömrəli X1 stasionar müayinədə olmuşdur. Diaqnoz: “MSS-nin üzvi zədələnməsi nəticəsində kəskin dərəcədə ifadə olunmuş psixopatabənzər sindrom çoxsaylı özünükəsmələrlə (Mülayim dərəcədə iizvi emosionallabil pozuntusu) ”, Təkrarən, Müdafiəçi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin göndərişinə əsasən 07.09.2016-cı il tarixində Bakı şəhəri 2 nömrəli X3 stasionar nüayinəyə qəbul olmuşdur və 07.09.2016-cı il tarixdə ərizəsinə əsasən nüayinədən imtina etmişdir. Diaqnoz: Tam müayinə olunmayıb. Cinayət işinə əlavə edilmiş AZ-İ seriyalı, 956763 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Müdafiəçi və X6 arasında nikah 11 iyun 2014-cü il tarixdə bağlanmış, nikahdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. Cinayət işinə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Z.Müdafiəçi 26 iyul 2013-cü il tarixdə anadan olmuş, atası Müdafiəçi, anası isə S.İ.Cəfərovadır. Cinayət işində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPl-nin 19-cu PŞ-nin xidməti otaqların birində polis əməkdaşlarının və mütəxəssisin iştirakları ilə 04 sentyabr 2021-ci il tarixdə saat 12:30 radələrində Müdafiəçi üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman sonuncuya üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Müdafiəçi əlini əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibinə salaraq 1 ədəd ağız kəsiyinə bükülmüş ağ rəngli, kristall şəkilli, spesifik iyə malik olan maddəni masanın üzərinə qoymuş və həmin maddəni 2-3 gün əvvəl onlayn vasitəsi ilə Əşrəf adlı İran İslam Respublikasının vətəndaşından əvvəlcədən danışıb razılaşma yolu ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən zibil qutularının yanında olan daşın altından götürüb 40 manat puluda elə həmin yerə qoyub şəxsi istfadəsi üçün üzərində saxladığını bildirmişdir. Beləliklə, Müdafiəçi törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs Müdafiəçi cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Müdafiəçi özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını və məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Müdafiəçi əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Müdafiəçi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Müdafiəçi azadlığı faktiki olaraq 04 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X4nın 25 oktyabr 2021-ci il tarixli 4114 saylı rəyinə əsasən Müdafiəçi barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,782 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Müdafiəçi tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Pro Bono Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Müdafiəçi göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili İ.T.Rəhimova məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Pro Bono Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Müdafiəçi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2021-ci il tarixdən hesablansın. Müdafiəçi barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,782 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Müdafiəçi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Müdafiəçi göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun Bakı şəhəri, Azərbaycan Beynəlxalq Bankının Səbail filialındakı hesablaşma hesabına (hesab. AZ55İBAZ********************) (bank kodu – 805056, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********1944) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-586/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-586/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver