Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-587/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Ağcabədi rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Kəbirli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 02:45-də ünvan 2 ünvanın qarşısında saxladığı özünə məxsus “Renault Megane" minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə tanışı Zərərçəkmiş şəxs borc verdiyi 50 manat pulu tələb edərkən sonuncu ona qarşı nalayiq ifadə işlətdiyi üçün aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən əli ilə zərbə vuraraq sonuncuya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Zərərçəkmiş şəxs ilə təmir sexində birlikdə işləmiş və iş yoldaşı kimi münasibəti olmuşdur. Zərərçəkmiş şəxs ona 50 (əlli) manat borcu olmuş və bir müddətdir ki, sonuncu onun zənglərinə cavab verməmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrinə özünə məxsus “Renault Megan” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində hərəkətdə olan zaman işıqforun qırmızı işığında Zərərçəkmiş şəxs moped idarə edərkən görmüşdür. Azadı səsləyərək onunla salamlaşmış və avtomobilinə dəvət etmişdir. O, “Renault Megan” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilini Nəsimi rayonu, Bülbül prospekti 18 saylı ünvanın qarşısında yolun kənarında saxladıqdan sonra Zərərçəkmiş şəxs da gəlib avtomobilə əyləşmişdir. Onunla görüşdükdən sonra bir qədər söhbət etmiş və Azaddan nə üçün zənglərinə cavab vermədiyini və borcunu geri qaytarmadığını soruşan zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı, yəni xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində ünvan 2 ünvanın qarşısında “Renault Megan” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Zərərçəkmiş şəxs ona təhqiramiz ifadə işlədərək borcunu bir müddət sonra qaytaracağını demişdir. Zərərçəkmiş şəxs təhqiramiz ifadə işlətdikdən sonra o, əsəbi olduğundan sol əli ilə Zərərçəkmiş şəxs sağ baş nahiyəsindən sillə ilə bir dəfə zərbə vurmuşdur. Azad ona heç nə demədən avtomobildən enmiş və o, hərəkətinə davam edərək oranı tərk etmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, halhazırda işsizdir və müvəqqəti olaraq öz mopedi ilə kuriyer kimi fəaliyyət göstərir. Bir neçə ay bundan əvvəl Təqsirləndirilən şəxs ilə təmir sexində birlikdə işləmiş və onunla iş yoldaşı kimi münasibəti olmuşdur. O, Musa ilə birlikdə işləyən zaman ondan 50 (əlli) manat borc pul götürmüş və maddi sıxıntıları olduğundan geri qaytara bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində öz mopedi ilə hərəkədə olan zaman işıqforun qırmızı işığında Təqsirləndirilən şəxs görmüşdür. Musa həmin vaxt “Renault Megan” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilində tək olmuşdur. Təqsirləndirilən şəxs onu gördükdə tanımış və avtomobili yolun kənarında saxlayaraq yanına çağırmışdır. O, motodəbilqəsini çıxarıb mopedin üzərinə qoymuş və avtomobilə tərəf getmişdir. Sonuncu avtomobilə əyləşdikdən sonra Musa ilə görüşüb bir qədər söhbət etmiş və söhbət əsnasında Musa ondan nə üçün zənglərinə cavab vermədiyini və borcunu geri qaytarmadığını soruşan zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Musa pulu nə vaxt qaytaracağını soruşarkən o, təhqiramiz ifadə ilə cavab vermişdir. Həmin zaman, yəni xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində ünvan 2 ünvanın qarşısında “Renault Megan” minik markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Təqsirləndirilən şəxs sol əli ilə onun sağ baş nahiyəsindən sillə ilə bir dəfə zərbə vuraraq onu döymüşdür. O, heç nə demədən avtomobildən enmiş, Təqsirləndirilən şəxs isə hərəkətinə davam edərək oranı tərk etmişdir. Həmçinin baş verənlərin bir dəqiqə davam etdiyini və ətrafda heç kimin olmadığını qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli 1527 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sağ gicgah-təpə nahiyəsinin iri ölçülü dərialtı hematoması bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən törənə bilərdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilindiyi ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-587/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-587/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver