Məhkəmə qərarları › İş №1(006)-588/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-588/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-588/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X3, tərcüməçi X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: V.V.Qurova xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək C.R.Quliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı C.R.Quliyev V.V.Qurovanı böhtan və təhqirdə ittiham edirək, sonuncunun haqqında bilərəkdən yalan məlumatlar yaymış, C.R.Quliyevin “jam_quliyev" (491 min nəfərlik auditoriya ilə) adlı instaqram səhifəsində yerləşdirdiyi məlumat V.V.Qurovanın şərəf və ləyaqətimi alçaldır, o cümlədən onu təhqir edir, qadın reputasiyasına xələl gətirir. Belə ki, C.R.Quliyevin “jam_quliyev" adlı instaqramdaki yazılarda yer alan böhtan və təhqir hesab edilən məlumatlar aşaqıdakılardır: 1) 29.08.2021-ci ildə “Bakufakt_az" (141 min nəfərlik auditoriya ilə) instaqramda sərgərcan üzərində "şantajçı" sözləri olan şəklini yerləşdirdim. 2) 4.09.2021-ci ildə internetdə mənim çimərlik paltarında olan, heç vaxt sosial şəbəkələrdə dərc olunmayan fotoşəkillərimlə bir video yayımladı. Bu şəkillər şəxsi arxiv üçün çəkilib və yalnız mənim telefonumda və X4 olub. Mənim üçün hörmətli bir ailənin qızı kimi şəbəkələrdə belə fotoların yayımlanması yolverilməzdir. 3) 4.09.2021-ci ildə mənim və digər iki kişinin şəklini dərc edəeərk: "Mütəşəkkil cinayətkar qrup" adlandırıb. 4) 24.09.2021-ci ildə internetdə mənə qarşı məhkəməyə şikayət edəcəyi ilə bağlı hədə-qorxu gəlmiş. O, məni inandırdı ki, X8 Quliyevin həbsinə heç bir aidiyyəti yoxdur və məni parçalamaqda ittiham edir. Cəmil Quliyev 10.08.2021-ci il tarixində müstəqil olaraq saytda (http://mediaxeberleri.azVindex.php?newsid=61854) məqalə dərc etdirərək yazır ki, "bu il iyunun 16-da X5 əmri ilə, məni 10 gün müddətinə həbs etdilər". 5) 24.09.2021-ci ildə Ukrayna Prezidentinə müraciət dərc olundu. Bu müraciətdə Cəmil Quliyev məni "Pul tələb edən" və " məni müxalifət kanalları ilə əməkdaşlıqda ittiham edir" Azərbaycan ölkəsindən çıxarılmağımı xahiş edir. 6) 30.09.2021-ci ildə məni "Xarici agent" adlandırdığı bir video yayımlayıb. 7) 15.10.2021-ci ildə tarixində porno saytda mənim adımla səhifə yaradıb və şəkillərimi (mayo və paltarda) yerləşdirərək instaqram səhifəsində yayımlayıb. Ukrayna telefon nömrəmi də göstərib, baxmayaraq ki, mən yarım ilə yaxındır həmin nömrədən istifadə etmirəm. 8) 25.10.2021-ci ildə “şantaj" və “fahişəliklə" məşğul olduğumu söyləyən bir video yayımlayıb. Qeyd olunanlara əsasən, C.R.Quliyev mənim barəmdə internet informasiya resursunda böhtanlar yağdırır, yəni mənim şərəf və ləyaqətimi ləkələyən, Azərbaycan Respublikasının ərazisində nüfuzuma xələl gətirən qəsdən yalan məlumatlar yayır, açıq şəkildə nümayiş etdirir. Həmçinin, mənim şərəf və ləyaqətimi təhqir edir, alçaldır, ictimai nitqdə nalayiq formada ifadə edir, internet informasiya resursunda onun əsərlərini ictimaiyyət qarşısında nümayiş etdirir. Göstərilənləri nəzərə alaraq, C.R.Quliyevin Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs V.V.Qurova şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs C.R.Quliyev ifadəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə razı olmadığını və şikayətin Azərbaycan Respublikasının CPM-nin tələblərinə uyğun olaraq tərtib edilmədiyini bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş C.R.Quliyevin müdafiəçisi R.Ə.Vəliyev bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan başqa, şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, şikayətin giriş hissəsində xüsusi ittham qaydasında şikayət vermiş şəxsin və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin anket məlumatları natamam qeyd edilmiş, şikayətçinin doğulduğu il, məşğuliyyət növü və vəzifəsi göstərilməmişdir. Bundan başqa, şikayətçi ərizəsində yalnız ümumi şəkildə qeyd etmişdir ki, C.R.Quliyev bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını göstərməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə, həmçinin iş materiallarını natamam şəkildə hazırlamaqla məhkəməyə müraciət etmişdir. Şikayətin forma və məzmununun Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmaması həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbi baxımından şikayətin icraata götürülməsinən imtina üçün əsasdır. Göstərilənlərə əsasən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, əvvəla, şikayət ərizəsində şikayətçinin doğulduğu il, məşğuliyyət növü və vəzifəsi göstərilməmiş, bundan başqa, şikayətçi ərizəsində yalnız ümumi şəkildə qeyd etmişdir ki, C.R.Quliyev bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Bundan başqa, şikayətçi ərizəsində ümumi şəkildə qeyd etmişdir ki, C.R.Quliyevin bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını göstərməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını fərqləndirməmişdir. Bundan əlavə şikayət ərizəsində C.R.Quliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, təhqir və böhtan xarakterli əməllərin konkret olaraq hansı söz və ifadələrdən ibarət olması göstərilməmişdir. Yəni barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir. Həmçinin Azərbaycan Respublikasının CM-in 147-ci maddəsinin hansı bəndi ilə şikayət edilməsi göstərilməmiş və bir-birindən fərqləndirilməmişdir, baxmayaraq ki, 147-ci maddə iki bənddən ibarətdir. Həmçinin Azərbaycan Respublikasının CPM-nin 302.1.1-ci maddəsinin tələbi pozularaq şikayətin həmin məhkəməyə aid olmasını təsdiq edən sübütlar ərizəyə əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 88.4.1-ci maddəsinin tələbinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmiş, həmçinin şikayət üzrə materialları natamam şəkildə məhkəməyə təqdim etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının CPM ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.1-ci maddəsinə əsasən isə şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının CPM-nin 293.3 və 302.1.1 maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar