Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-59/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi X1, zərər çəkmiş şəxsin vəkili və nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1958-ci ildə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respulikası CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində meyvə-tərəvəz satışı ilə məşğul olduğu ictimai yer hesab edilən ünvan 3 ünvanda yerləşən “Kəndli Yarmarkası” ticarət mərkəzində olan zaman orada təmizlikçi işləyən Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarındakı sözlü mübahisə ilə əlaqədar orada digər şəxslərin olmasına əhəmiyyət verməyib Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq edib qəsdən əlləri ilə sifət nahiyəsindən zərbələr vuraraq ona burun nahiyəsinin və üst dodağın haşiyəsinin sıyrıqları kimi həm ümumilikdə həm də ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin olunmayan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Kəndli Yarmarkası” ticarət mərkəzində ticarətlə məşğul olaraq ailəsini dolandırır. Artıq yaşlaşmışdır, gözləri də yaxşı görmür, özü şəhid anasıdır. Həmin ticarətlə məşğul olduğu yeri ona bazarın rəhbəri veribdir. Zərərçəkmiş şəxs isə həm bazarda süpürgəçilik etmiş və həm də onun yanında o da ticarətlə məşğul olmuşdur. Həmin yeri ona bazarın rəhbəri verdiyi gündən Kamilə onu gözü görəsi gəlmir, demək olar ki, hər gün bazarda həmin yerlə bağlı söz söhbət çıxardırdı. Həmin gündə, yəni 12 oktyabr 2022 ci il tarixdə saat 11:00 radələrində yenə onunla Kamilə arasında mübahisə yarandı, onun ölüsünə və dirisinə söyməyə başladı. Sonra onun yolunu kəsdi. O, bu şəxsi vurmamış, özü özünə xəsarət yetirib, sonrada özünü cırıb tökübdür. O, bu şəxsə hər hansı bir xəsarət yetirməmişdir. O, Kamiləni üstünə gələndə sadəcə itələmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, uzun müddət Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Kəndli Bazarı” adlı ticarət mərkəzində süpürgəçi işləyir. Həmçinin orada icarəyə iki piştaxta götürüb meyvə sataraq ticarətlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs ilə bazarda işlədiyi müddətdə tanış olmuş, əvvəllər aralarında mübahisə olmamışdır. Həmin ticarət mərkəzi təxminən iki il əvvəl yay aylarında təmirə bağlanmış, təmirdən sonra Təqsirləndirilən şəxs onun iki ədəd piştaxtaxtasını zəbt etmişdir. O, Təqsirləndirilən şəxs həmin piştaxtanın ona məxsus olduğunu, buna görə bazar rəhbərliyinə pul verdiyimi bildirmişdir, Xatın həmin piştaxtaları boşaldacağını bildirsə də sonradan vədinə əməl etməmişdir. O, Təqsirləndirilən şəxs piştaxtanı boşaltmadığını gördükdə bazarın rəhbərinə bu barədə məlumat vermişdir. Direktor isə məsələni öz aralarında həll etməklərini bildirmişdir. O, hadisə baş verən günə qədər Təqsirləndirilən şəxs piştaxtanı boşaltmasını bildirsə də Xatın buna məhəl qoymamış, bununla bağlı aralarında dəfələrlə söz mübahisəsi olmuşdur. O, 11 oktyabr 2022-ci il tarixdə axşam saatlarında bazarı təmizləyən zaman, bazar rəhbəri ona yaxınlaşaraq iki piştaxtanın arasında olan yerin ona məxsus olduğunu, həmçinin özünə məxsus qutuları həmin yerə yığa biləcəyini bildirdi. O da bazar rəhbərinin sözlərinə əsasən qutuları mübahisə olunan yerə yığmışdır. 12 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında bazara getmiş, bir gün əvvəldən yığdığı qutuların həmin yerdə olmadığını görmüş və mühafizəçidən həmin qutuların kimin tərəfindən götürülməsi barədə soruşduqda, mühafizəçi ona qutuların Xatın Əliyev tərəfindən götürdüyünü bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs iradını bildirdikdə Xatın onu nalayiq ifadələrlə təhqir etdiyindən ağlaya-ağlaya bazarı tərk edib yaşadığı evə tərəf getdikdə bazar ərazisində xidmətdə olan polis nəfəri Şahid1 ona yaxınlaşaraq ağlamasının səbəbini soruşmuşdur. Mən baş verənlər barədə Şahid1 bildirdikdən sonra Elvin müəllim ona Təqsirləndirilən şəxs ilə proflaktiki söhbət edəcəyini bildirmişdir. 12 oktyabr 2022-ci il tarixdə saat 1 radələrində o bazarda olan zaman Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb mübahisə barədə soruşmuşdur. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs qəflətən ona yaxınlaşaraq onun üz nahiyyəsindən əli ilə zərbə vurub ardınca burun və sifət nahiyəsini dırnaqları ilə cırmışdır. Bu zaman o, özünü itirmiş və nə baş verdiyini anlamamış, sonradan xatırlamadığı şəxslər onları ayırmışdır. Hadisədən sonra bazarda mühafizəçi kimi çalışan Şahid3 onlara yaxınlaşaraq bazar rəhbərinin göstərişinə əsasən hər ikisinin piştaxtaları bağlamağını tələb etmişdir. Bundan sonra o, öz əşyalarını yığışdırıb gedən zaman Təqsirləndirilən şəxs ona yenidən hücum edib baş və kürək nahiyələrinə yumruq zərbələri vurmuşdur. Həmin vaxt polis nəfəri Şahid1 onları ayırmışdır. O, bazardan kənara çıxmış və DİN-nin 102 zəng xidmətinə müraciət edərək baş verən hadisə barədə məlumat vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DİNin ÇPA-nin 9-cu Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantı xüsusi rütbəsini daşıyır. Təxminən 13 ildir ki, xidməti ərazisi Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Kəndli Yarmarkası” adlanan ticarət mərkəzidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, hər ikisi ilə normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs bazarda süpürgəçi, Təqsirləndirilən şəxs isə satıcı işləyirdi. Təxminən iki əvvəl həmin bazar təmir olunmuş və təmirdən sonra bazarın icarədarı Təqsirləndirilən şəxs əvvəllər balıq satışı üçün istifadə olunan piştaxtanı icarəyə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə qonşu piştaxtada meyvə-tərəvəz satışı ilə məşğul olan Zərərçəkmiş şəxs Xatına Əliyevaya icarəyə verilən piştaxtanın özünə aid olmasını iddia etdiyindən aralarında mübahisələr yaranmağa başlamışdır. 12 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində xidməti ərazidə olarkən bazarda səs-küy gəldiyini eşidib həmin tərəfə yaxınlaşarkən Zərərçəkmiş şəxs ağayaraq ona tərəf gəlmişdir. O, nə baş verməsini barədə soruşduqda Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini, Təqsirləndirilən şəxs onu söyüb təhqir etdiyini, həmçinin piştaxtasını zəbt etdiyini bildirmişdir. O da profilaktiki söhbət aparmaq üçün Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs əsəbi olduğundan söz mübahisəsini davam etdirib Kamilənin üzərinə hücum etmişdir. Həmin vaxtı o və bazarda olan digər satıcılar Xatını Kamilədən uzaqlaşdırıb sakitləşdirməyə çalışsalar da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz nahiyyəsindən əli ilə zərbə vurmuş, ardınca burun və sifət nahiyəsini cırmağa başlamışdır. O, yanında olan satıcıların da köməkliyi ilə Xatını Kamilədən uzaqlaşdırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə müraciət edərək baş verən hadisə barədə məlumat vermiş və bundan sonra bazarı tərk etmişdir. Təqsirləndirilən şəxs isə bir qədər sonra Nəsimi RPl-nin 20-ci PŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Kəndli Yarmarkası” adlı ticarət mərkəzində ticarətlə məşğul olur. X3 və Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmin bazardan tanıyır, hər ikisi ilə normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs bazarda süpürgəçi, Təqsirləndirilən şəxs isə satıcı işləmişdir. Təxminən iki əvvəl həmin bazar təmir olunmuş və təmirdən sonra bazarın icarədarı Aslan adlı şəxs Təqsirləndirilən şəxs əvvəllər balıq satışı üçün istifadə olunmuş piştaxtanı icarəyə vermişdir. Bundan sonra Xatın xanım ilə qonşu piştaxtada meyvə-tərəvəz satışı ilə məşğul olan Kamilə xanım Xatına icarəyə verilən piştaxtanın özünə aid olmasını iddia etdiyindən aralarında mübahisələr yaranmağa başlamışdır. Bu şəxslərin icarayə götürdüyü piştaxtalar onun işlədiyi piştaxtanın yaxınlığındadır. 12 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində o, bazara daxil olub öz piştaxtasına yaxınlaşarkən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qəflətən birbirilərinin yaxasından tutub münaqişəyə başladılar. Həmin vaxtı o, bazarda çalışan DİN-in ÇPA-nin polis nəfəri Şahid1 və Xatının qızı Aynur Əliyeva ilə birlikdə yaxınlaşaraq həmin münaqişə edən qadınları bir-birindən ayırmışlar. Bundan sonra o, bir qədər kənara çəkilmiş, qadınlar isə söz mübahisəsini davam etdirmişlər. Kamilə bazarın çıxış qapısına doğru getmiş və bir qədər sonra geri qayıtmışdır. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm təhqir edərək üzərinə hücum etməyə çalışsa da, Xatının qızı və polis nəfəri onun qarşısını almışlar. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə müraciət edərək baş verən hadisə barədə məlumat vermişdir. Kamilə bazarı tərk etmişdir. Təqsirləndirilən şəxs isə bir qədər sonra Nəsimi RPİ-nin 20-ci PŞ-nə aparılmışdır. Hadisə zamanı ətrafda bazarda çalışan işçilər və tanımadığı müştərilər olmuşdur. Hadisə təxminən 3- 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Kəndli Yarmarkası” ticarət mərkəzində mühafizəçi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin bazardan tanıyır, bu şəxslərin hər ikisi ilə normal münasibəti olubdur. Təqsirləndirilən şəxs bazarda ticarətlə məşğul olmuş, Zərərçəkmiş şəxs isə bazarda süpürgəçi işləmişdir. İki il bundan əvvəl bazarı təmirə saxladılar. Həmin təmirdən sonra bazarın icarədarı Aslan adlı şəxs Təqsirləndirilən şəxs əvvəllər balıq satış üçün istifadə olunmuş piştaxtanı icarəyə verdi. Həmin vaxt da Zərərçəkmiş şəxs qonşu piştaxtada meyvə tərəvəz satışı ilə məşğul olurdu. Zərərçəkmiş şəxs Xatına icarəyə verilən piştaxtanın özünə aid olmasını iddia edirdi və bu səbəbdən hər iki xanımın arasında mübahisələr olurdu. O, 12 oktyabr 2022 ci il tarixdə saat 11:00 radələrində bazarda olarkən səs-küy gəldiyini eşidib həmin tərəfə yaxınlaşdı. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında münaqişə baş verdiyini, həmin şəxslərin bir-birilərinin yaxasından tutduqlarını görüb onlara tərəf yaxınlaşmışdır. Hadisəninin baş verdiyi yerə çatdıqda həmin bazarda çalışan DİN-in ÇPA-nin polis nəfəri Şahid1 bazarda satıcı işləyən Şahid2 və Xatının qızı Aynur Əliyeva ilə birlikdə münaqişə edən qadınları ayırdıqlarını görmüşdür. Bu səbəbdən də həmin şəxslərdən bir qədər kənarda dayanmışdır. Bundan qısa müddət sonra Təqsirləndirilən şəxs yenidən nalayiq ifadələr işlədərək Kamilənin üzərinə getməyə çalışsa da, Aynurla və Elvin buna imkan verməmişdir. O isə həmin şəxslərə iradını bildirib sakit qalmalarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə müraciət edərək baş verən hadisə barədə məlumat vermiş və bazarı tərk etdi. Təqsirləndirilən şəxs isə bir qədər sonra Nəsimi RPİ-nin 20-ci PŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində yerləşən “Kəndli Yarmarkası”ticarət mərkəzində mühafizəçi vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin bazarda tanımışdır. Kamilə və Xatınla onun münasibəti normal olubdur. Təqsirləndirilən şəxs satıcı işləmiş, Kamilə isə həm süpürgəçi, həm də özünün satış üçün yeri olmuşdur. Bazar iki il qabaq təmirə dayanmış, təmirdən sonra bazarın icarədarı Aslan adlı şəxs Təqsirləndirilən şəxs əvvəllər balıq satış üçün istifadə olunmuş piştaxtanı icarəyə vermiş, bu xanımlar həmin yerdə qonşu olmuşlar. Kamilə xanım, Xatına verilən yerin ona aid olmasını bildirdikdə onlar arasında mübahisələr olmuşdur. 12 oktyabr 2022 ci il tarixdə saat 11:00 radələrində bazarda olarkən səs-küy gəldiyini eşidib həmin tərəfə yaxınlaşmışdır. Orada Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs münaqişə etdiklərini, birbirilərinin yaxasından tutduqlarını görüb onlara tərəf getmişdir. Onların münaqişə etdikləri yerə çatdıqda həmin bazarda polis nəfəri olan Şahid1, digər satıcı Şahid2 və Xatının qızı X5 və Kamiləni ayırdıqlarını görmüşdür. Mən onlara iradını bildirmişdir. Bundan qısa müddət sonra Təqsirləndirilən şəxs yenidən nalayiq ifadələr işlədərək Kamilənin üzərinə getməyə çalışsa da Aynurla və Elvin buna imkan verməmişdir. Onları araladıqdan sonra Zərərçəkmiş şəxs DİN-nin 102 zəng xidmətinə müraciət edərək baş verən hadisə barədə məlumat vermiş və bazarı tərk edib çıxıb getmişdir. Təqsirləndirilən şəxs isə bir qədər sonra Nəsimi RPl-nin 20-ci PŞ-nə aparılmışdır. Cinayət işinin 24-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı X4 tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri üzəri qapalı olan böyük ərazili tikilidir. Tikili bazar kimi fəaliyyət göstərir. Cinayət işinin 27-ci vərəqində olan “Video görüntüyə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə edir və Zərərçəkmiş şəxs üzünü çevirərək getmək istədikdə, Təqsirləndirilən şəxs onun sağ çiynindən tutaraq özünə tərəf çəkir. Bu zaman, Kamilə Əliyeva onun əlinə kənara itələyir və bundan sonra, Təqsirləndirilən şəxs əli ilə onun üz nahiyəsinə zərbə vurur. Daha sonra Təqsirləndirilən şəxs onun yaxasından tutaraq bir daha üz nahiyəsinə zərbə vurmaq istəyir və ətrafda olan şəxslər tərəfləri ayırdıqda Zərərçəkmiş şəxs müvazinətim itirərək yerə yıxılır. Ətrafda olan şəxslər tərəfləri ayırdıqdan sonra mübahisə sözlə davam edir, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs bir daha Zərərçəkmiş şəxs yaxınlaşmaq istəyir, lakin ətrafda olan şəxslər Təqsirləndirilən şəxs kənara çəkir. Bundan sonra mübahisə sözlə davam edir və faktla bağlı əhəmiyyət kəsb edə biləcək hər hansı bir hadisə baş vermir. Video görüntü 2 dəqiqə 29 saniyədir. Cinayət işinin 33-34-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 1377 nömrəli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni şəthində aşkar edilmiş xəsarətlər - burun nahiyəsinin və üst dodağın haşiyəsinin sıyrıqları küt əşyanının (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl, onun tibbi yardım üçün X10 PHŞ-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Cinayət işinin 95-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 127-ci vərəqində olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri veteranları və X8 Birliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi statusundadır. Cinayət işinin 128-ci vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlilliyə görə ömürlük 316.00 manat məbləğində pensiya təyin edilmişdir. Cinayət işinin 130-cu vərəqində olan xx.xx.2000-ci il tarixdə verilmiş AA 15683 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün statusundadır. Cinayət işinin 131-ci vərəqində olan “Qətimkan tədbiri seçmə barədə” 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında baş vermiş hadisənin videogörüntüsünü əks etdirən 1 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etməsi, Zərərçəkmiş şəxs üzünü çevirib getmək istədikdə Təqsirləndirilən şəxs onun çiynindən tutaraq geri çevirməsi, Kamilənin onun əlini kənara itələməsi, ətrafda bir neçə şəxsin toplanması, bundan sonra Xatınının Kamilənin əlini tutub saxlaması, əvvəlcə sağ əli ilə sonra isə sol əli ilə Kamilənin burun və ağız nahiyəsindən vurması, ətrafda olan polis nəfəri və digərlərinin Xatının qollarından tutaraq Kamiləni ondan ayırması, Kamilənin oradan uzaqlaşması, Təqsirləndirilən şəxs polis nəfəri ilə söz mübahisəsi etməsi, bir qədər sonra Təqsirləndirilən şəxs hadisə yerinə qayıtması və Kamilənin iki dəfə Xatının üzərinə hücum etməsi, lakin onun Kamiləyə yaxınlaşmasının polis nəfəri və digər şəxs tərəfindən qarşısının alınması, Kamilənin mobil telefonla danışması, Xatının isə hadisə yerində olan şəxslərlə söhbət etməsi, bir qədər sonra Xatının əli ilə Kamiləni göstərib söz mübahisəsi etməsi, Kamilənin də ona cavab verməsi müəyyən olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 143-152). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şəhid ailəsinin üzvü olmasını, İİ qrup əlil olmasını və məcburi köçkün statusunda olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-59/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-59/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver