Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-59/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Sabirabad rayonu, Ulacalı ərazi dairəsi, Ulacalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,206 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 08 iyul 2024-cü il tarixdə saat 18:00-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,206 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə edir. O, narkotik vasitəni tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 08 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlı ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə “heroin” almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində ünvan 5 ünvanının qarşısında o, tanışı Şahid1 ilə birlikdə dayandığı zaman onlara üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib onlardan da, özlərini təqdim etmələrini tələb etmişlər. Onlar da özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib bununla bağlı üzərlərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını qeyd edərək onları Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmağını xahiş etmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə əşyanı çıxarıb təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynindəki qara rəngli şalvarının cibindən 01 ədəd 05 manatı və 10 ədəd 01 manatlıq əskinaz olmaqla, ümumilikdə 15 manat pulu, 02 ədəd alışqan və 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində axtarış keçirilmiş və digər hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi əşyalara baxış keçirildikdən sonra ona verilən suallara cavab olaraq bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 08 iyul 2024cü il tarixdə günorta saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. 15 manat pul və iki ədəd alışqan ona qaytarılmışdır. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitənin polis əməkdaşları tərəfindən verildiyini, həmin əməli boynuna almadığı təqdirdə külli miqdarda narkotik vasitəni saxlamaqda ittiham edəcəkləri ilə hədələdiklərini, bu səbəbdən də onların dedikləri ilə razılaşaraq həmin cinayət əməlini boynuna götürdüyünü bildirmişdir. Daha sonra saxlanılan zaman üzərində narkotik vasitə olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, Nəsimi rayonu ərazisində “Cabir” və “Aydın” adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş etibarlı və qərəzsiz məlumatın yoxlanılması məqsədi ilə 08 iyul 2024cü il tarixdə Nəsimi RPİ-nin Cinayət axtarış şöbəsində əməliyyat qrupu yaradılmış, o və qrupun digər iştirakçıları Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı X6 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 iyul 2024-cü il tarixdə saat 18:00 raddələrində ünvan 6 ünvanının qarşısında Təqsirləndirilən şəxs və Şahid1 saxlayaraq Nəsimi RPİ-nin inzibati binasına gətirmişlər. Şahid1 və Təqsirləndirilən şəxs polis idarəsinə gətirdikdən sonra cinayətlər haqqında ərizələr və məlumatlar uçotu kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Təqsirləndirilən şəxs və Şahid1 üstünə şəxsi axtarış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş və həmin raportun icrası Nəsimi RPİnin TŞ-nin təhqiqatçısı, polis mayoru Saleh Salahzadəyə həvalə edilmişdir. Bundan sonra onlar Şahid1 və Təqsirləndirilən şəxs təhqiqatçı Saleh Salahzadənin xidməti otağına aparmışlar. Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkillər dəvət edilmiş, vətəndaşların üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkillərin, Təqsirləndirilən şəxs və Şahid1 öz istəyi ilə şəxsi axtarışda vəkillər də iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli şalvarın cibindən 01 ədəd 5 manatlıq, 10 ədəd 01 manatlıq, ümumilikdə 15 manat pul əskinası, 02 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduqda o, həmin bükümün “kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin narkotik maddəyə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümü harada və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı X6 və Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru olmuş, hazırda Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantl Şahid3 Şahid2 ifadəsində göstərilənlərə uyğun izahat verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edirmiş. 08 iyul 2024-cü il tarixində günorta saatlarında narkotik vasitə almağa gedən zaman Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə polis əməkdaşları onu saxlamış və polis idarəsinə dəvət etmişlər. Ondan təxminən iki dəqiqə sonra isə hazırkı iş üzrə Təqsirləndirilən şəxs saxlanılmışdır. Həmin gün əməliyyatçılar tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 4 nəfər saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərilərinə şəxsi axtarış keçirilmişdir. Saxlanılan zaman nə onun, nə də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onların cibinə narkotik vasitə qoyaraq çəkiliş zamanı təqdim etmələrini tələb edilmiş, əks halda külli miqdarda narkotik vasitələrin saxlanılmasında ittiham edəcəkləri ilə hədələmişlər. Onlar da polis əməkdaşlarının dedikləri ilə razılaşmış və onların verdikləri içərisində narkotik vasitə olan bükümləri götürərək şəxsi axtarış zamanı təqdim etmiş və həmin bükümlərin özlərinə məxsus olduğunu bildirmişlər. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu polis əməkdaşları tərəfindən saxlanılan gün görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild l, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild l, i.v.27-28); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild l, i.v.147); - “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (cild l, i.v.173-174); - “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild l, i.v.177); - “Şəxsi axtarış və götürmə aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarının cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur. (cild l, i.v.79-82); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3537 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan – 01 ədəd bükümdə təmiz çəkisi 1,206 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir (cild l, i.v.123-127); - “Narkotik vasitənin maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,206 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra heroinin 1,106 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına verilmişdir (cild l, i.v.183); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4678 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild l, i.v.191-192); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika “Məhkəmə-Tibbi Ekspertiza və X4” X12 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 899 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild l, i.v.210-211); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,206 qram çəkidə narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq çəkisi 1,106 qram olan narkotik vasitə heroinin saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 (bir) ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild l, i.v.226-248); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Mirzəyev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 227-ci maddənin 1-ci hissəsi üzrə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir (cild l, i.v.215-216); - Sabirabad rayon İcra və Probasiya şöbəsinin 03 sentyabr 2024-cü il tarixli 2332/2024 saylı məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 1000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəriməni tam ödədiyi üçün Sabirabad rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır (cild l, i.v.233); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-507/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır (cild ll, i.v.31-32); - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 51/2-7804 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:45 radələrində Nəsimi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir (cild ll, i.v.38); - Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir (cild ll, i.v.47); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-59/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir (cild ll, i.v.40); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd 5 manatlıq, 10 ədəd 01 manatlıq, ümumilikdə 15 manat pul əskinasını, 02 ədəd alışqanı, sol yan cibindən isə 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda o, həmin bükümün “kakos” adlanan narkotik vasitə olduğunu, həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirir. Daha sonra həmin narkotik maddəyə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülür. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə, həmçinin ilkin məhkəmə baxış iclasında verdiyi ifadələrində əməlini etiraf edərək, səmimi ifadələr vermiş, müdafiəçisinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etmiş, sonrakı məhkəmə iclasında, yəni barəsində həbs qətimkan tədbiri seçildikdən sonra verdiyi ifadəsində isə ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Məhkəmə, həmçinin Şahid1 məhkəmə istintaqında saxlanılan zaman onun və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə edirmiş. O, narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə edirmiş. Sonuncu dəfə 08 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlı ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə “heroin” almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində ünvan 5 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxslə birlikdə dayandığı zaman onlara üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib onlardan da özlərini təqdim etmələrini tələb etmişlər. O və Cabir Mirəyev də özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdşları onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib bununla bağlı üzərlərində şəxsi axtarış keçirilməsi üçün zərurətin yarandığını qeyd edərək onları Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirmişlər. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmağını xahiş etmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən 01 ədəd 05 manatlıq və 10 ədəd 01 manatlıq əskinas olmaqla ümumilikdə 15 manat pulu, 02 ədəd alışqan və 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş və digər hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında "Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. 15 manat pul və iki ədəd alışqan onun özünə qaytarılmışdır. Daha sonra isə onun üzərinə axtarış keçirilməyə başlanılmış və ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynindəki boz rəngli şalvarının cibindən 10 ədəd bir manatlıq, 01 ədəd alışqan və 01 ədəd büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən üzərində axtarış keçirilsə də, digər qanunsuz bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara baxış keçirildiyi zaman bir ədəd bükümdə nə olması təhqiqatçı tərəfindən soruşulduqda o, həmin bükümdə narkotik vasitə heroin olduğunu, heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçının əlavə sualına cavab olaraq o və Cabir bir-birlərini tanıdıqlarını, təqdim etdikləri narkotik vasitəni ayrı-ayrılıqda əldə etdiklərini, sonradan görüşdüklərini bildirmişlər. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmış, 10 manat pul və bir ədəd alışqan ona qaytarılmışdır. Bundan əlavə Şahid1 ona verilən suallara cavab olaraq üzərində daşıdığı narkotik vasitədən yalnız Təqsirləndirilən şəxs məlumatının olmasını, üzərində aşkar olunmuş narkotik maddədən istifadə edə bilmədiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, o və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş narkotik vasitəni ayrı-ayrı şəxslərdən aldığını və saxlanılan zaman və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş Şahid1 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək tutulduğu cəmi 2 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4678 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,106 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Məhəmmmədəli oğluna 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (yüz altmış səkkiz) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 44 saata görə cəmi 344 (üç yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək tutulduğu cəmi 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,106 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 44 saata görə 344 (üç yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-59/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-59/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver