Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-594/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, ibtidai istintaqda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-594/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,470 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin və cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2025-ci il tarixdə saat 19:50-də ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,470 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən (yalnız istifadə etməsini, hadisə baş verən günü isə üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını) təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi iş yeri yoxdur və hal-hazırda heç bir yerdə işləmir, subaydır, himayəsində azyaşlı övladı yoxdur. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir və cəzasını çəkib bitirdikdən sonra həbsdən azad edilmişdir. Hazırda başqa polis idarə və şöbələrində Azerbaycan Respublikası CM-nin hər hansı bir məddəsi ilə barəsində istintaq edilən cinayət işi yoxdur, eyni zamanda heç vaxt psixi xəstəlikdən əziyyət çəkməmişdir və bununla bağlı hər hansı bir xəstəxanada müalicədə olmamışdır. Uzun müddətdir ki, müxtəlif vaxtlarda ara verməklə mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir, lakin daimi istifadə etməmiş və keçən müddət ərzində mütəmadi olaraq 2-3 il ara verib yenidən istifadə etməyə başlamışdır. Narkotik vasitə və psixotrop maddələri müxtəlif yerlərdə tanımadığı şəxslərdən 10-20 manat ödəniş etməklə şəxsi istifadəsi üçün əldə edib təkbaşına istifadə etmişdir. 19 may 2025-ci il tarixdə evində olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb onu polis şöbəsinə aparmışlar. Polis Şöbəsində polis əməkdaşları ona narkotik vasitə heroin təqdim edərək, həmin narkotik vasitə heroini cibinə qoymasını və videoçəkilişdə cibində olan narkotik vasitə heroini çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. O, etiraz etdikdə isə polis əməkdaşları onu döymüşlər. Buna görə də, o, məcbur qalaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitə heroinin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Lakin, həmin narkotik vasitə heroinin ona məxsus olmamışdır. O, narkotik vasitədən və psixotrop maddədən istifadə etsə də, lakin tutulan vaxtlarda onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq emr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Nəsimi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili polis mayoru X14, digər üzvləri isə özü və Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru polis serjantı X11 olmuşdur. Bununla əlaqədar 19 may 2025-ci il tarixdə saat 19:50-də ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər və narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan tərəflərindən onun saxlandığını elan ettnişlər. Daha sonra Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru polis serjantı X3 videoçəkiliş aparması və özü ilə Nəsimi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili polis mayoru X7 iştirakı ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişdir. Bununla əlaqədar ona üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs isə təklifi ilə əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üstünü şəxsən yoxlamış və üzərindən əlavə hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs şalvarının cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda o, bükümün içərisində “heroin” adlandırılan narkotik vasitə olduğunu, onu tanımadığı şəxsdən 1 gün əvvəl öz istifadəsi üçün aldığım etiraf etmişdir. Həmin büküm tərəflərindən qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmış və birlikdə Nəsimi Rayon Polis İdarəsinə getmişlər. Orada müvafiq qaydada tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair Asif Şıxəliyev tərəfindən protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X5 tapşırılmış və o, Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə özü, baş əməliyyat müvəkkili Asif Şıxəliyev, kiçik inspektor Heydər Rzayev və Təqsirləndirilən şəxs özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X9 həmin bükümün içərisində qəhvəyi rəngli tozşəkilli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. Özü də daxil olmaqla iştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində şübhəli olduğundan Bakı şəhəri 14 saylı Vəkil bürosundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Bundan əlavə Şahid ifadəsində, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlanılmazdan 1 gün əvvəl Nəsimi rayonu ərazisində Papanın adlanan ərazidən, xx.xx.2025-ci il tarixdə tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyini, lakin həmin şəxsin şəxsiyyətini müəyyən etməyin mümkün olmadığını, Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın öz təsdiqini tapmadığını, bu sahədə hər hansı bir sübut və ya dəlil mövcud olmadığını və hazırda tərəflərindən əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini, Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən, eləcə də idarəyə gətirilərkən ona hər hansı psixi və fiziki təsir edilmədiyini bildirmişdir. Cinayət işinin 8-9-cu vərəqlərində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 19 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan başqa heç bir əşya, predmet aşkar edilməmişdir. Ardınca aşkar olunan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin heroin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Həmin şəxsin üstünü yoxlama ünvan 5 ünvanının qarşısında keçirilmişdir. Üstünü yoxlama zamanı «Samsung» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 16-17-cı vərəqlərində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 may 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə tozşəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə HP markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «Samsung» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Cinayət işinin 28-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 47-48-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1871 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün N° 186” dairəvi möhür əksləri olan. “1. “imza” Təqsirləndirilən şəxs; 2. “imza” Şıxəliyev A.Ə.; 3. “imza” Səfiyyarov M.T.; 4. “imza” Rzayev H.V.; Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə. Qablaşdırdı: “ imza” Ayxan Məmmədov”” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,470 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 59-60-cı vərəqlərində olan “Diskə baxış keçirilməsi barədə” 21 may 2025-ci il tarixli protokoldan görünür ki, birinci diskə baxış zamanı diskin içərisində “Whatsapp Video 2025-05-20 at 13.42.00” adlı 04 dəqiqə, 03 saniyədən ibarət 01 ədəd videogörüntü faylı mövcuddur. Videogürüntünün əvvəlindən Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid özünü, Nəsimi RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili polis mayoru X12 və çəkiliş aparan Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı X6 təqdim edərək 19 may 2025-ci il tarixdə saat 19:50-də Təqsirləndirilən şəxs əvvəldən daxil olmuş məlumat əsasında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlandığını bildirir. Baş əməliyyat müvəkkili Şahid saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Repsublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulan hüquq və azadlıqlara malik olduğunu bildirməklə, ondan saxlanılarkən ona qarşı hər hansı zorakılıq tətbiq olunub-olunmadığını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirir. Daha sonra baş əməliyyat müvəkkili şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Əməliyyatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb göstərməklə təqdim edir. Bundan sonra baş əməliyyat müvəkkili tərəfindən şəxsin üzəri yoxlanılır və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Baş əməliyyat müvəkkili şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və hansı məqsədlə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün “heroin” adlandırılan narkotik maddə olduğunu, şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən aldığını bildirir. Bundan sonra baş əməliyyat müvəkkili tərəfindən sözügedən büküm bir ədəd zərfə qoyularaq qablaşdırıldı və üzərində şübhəli şəxslə birlikdə müvafiq imzalar imzalar çəkilir. Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid tərəfindən araşdırmanın davam etdirilməsi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs polis idarəsnə aparılacağını bildirməsindən sonra çəkiliş yekunlaşır. İş üzrə təqdim edilmiş ikinci dlskə baxış zamanı orada bir ədəd videogörüntü olduğu müəyyən edildi. Həmin faylın "Whatsapp Video 2025-05-20 at 13.51.37” adında 05 dəqiqə 58 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ-nin TŞ-nln təhqiqatçısı, polis kapitanı Ayxan Məmmədov özünü təqdim etməklə Nəsimi RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2025cl İİ tarixdə ünvan 3 ünvanının qarşısında AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə həmin yerdə yoxlanış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzer maddə olan bir ədəd bükümün götürülüb qablaşdırıldığı bildirirlir. Həmin büküm olan zərfin açılaraq içərisinə özü tərəfindən baxış keçirildiyi elan edilir və həmin zərfi açmaqla qeyd olunan şəffaf bükümün içərisinə baxır və narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən edir. Təhqiqatçı ilkin videogörüntüdən həmin bükümün Təqsirləndirilən şəxs götürüldüyünün aydın olduğunu bildirir, həmçinin Təqsirləndirilən şəxs bunu təsdiq edir. Ardınca isə təhqiqatçı tərəfindən həmin büküm yenidən başqa boş zərfə qoyularaq, “186” nömrəli möhürlə möhürlənib qablaşdırılır. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir. Cinayət işinin istintaqı ilə əlaqədar olaraq təqdim edilmiş 02 ədəd CD-R formatlı disk maddi sübut əhəmiyyətinə malik olduğu üçün cinayət işinin materiallarına əlavə edildi. Cinayət işinin 70-71-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 dair 20 may 2025-ci il tarixli, 2961 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 78-79-cu vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 21 may 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Surət Hüseynzadənin 21 may 2025ci il tarixli vəsatətinin təmin edilməməsi və onun Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 87-88-ci vərəqlərində olan “Maddi sübut kimi tanıma haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,470 qram çəkidə narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması, qalıq çəkisi 0,420 qram olan narkotik vasitə heroinin saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 93-96-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3 və 126.3-cü maddələri təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddələri təqsirli bilinərək 12 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 12 il 03 ay cəzadan 11 ay cəza çıxılaraq qəti 11 il 04 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə əməli CM-nin 177.1-ci maddəsinə tövsif edilmiş və həmin əmələ görə təyin edilmiş cəzanın 2 il hissəsindən azad edilmiş, eyni zamanda cəza təyini prinsipləri nəzərə alınaraq Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 12 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının 11 ay hissəsindən azad edilmişdir. Cinayət işinin 102-106-cı vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 1(101)-363/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiç 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2011-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 116-118 vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməsi və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası CM-in 66.3 və 66.5ci maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli hökmünə əsasən təyin olunmuş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin olunmuş 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzası qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının 24 yanvar 2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 119-125-ci vərəqlərində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(002)-34/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və onun 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırki cəzanın Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 126-131-ci vərəqlərində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-62/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-34/2020 saylı, 31 yanvar 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının hal-hazırki hökmlə təyin olunmuş cəza ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılması, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 31 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 155-156-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi və MSY-dən azad edilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməklə onun Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-594/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və onun dərhal tutularaq həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Nəsimi RPİ-nin 21-ci PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən onun əynindəki şalvarın cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,470 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi (yalnız istifadə etməsini, hadisə baş verən günü isə üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını) barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2012-ci il tarixli, 1(101)-363/2012 saylı hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə işdə olan və yuxarıda təhlil edilən sübutlara əsasən, Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 8 (səkkiz) il müddətinin axımı ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 19 may 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsi mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə nəzərdə tutulmuş məhdudiyyətlərin təsir dairəsinə düşür. Sözügedən Qərarın 7.7-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər barəsində amnistiyanın tətbiqinə yol verilmir. Hazırki işin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(008)-62/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət (19-21 may; 17-18 iyul 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024 cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 27 (iyirmi yeddi) iş saatına görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün (şübhəli şəxs qismində xx.xx.2025-xx.xx.2025 və axtarışla tutulduğu xx.xx.2025-xx.xx.2025 tarixlər) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2024 cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,420 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 27 (iyirmi yeddi) iş saatına görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-594/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-594/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver