Məhkəmə qərarları › İş №1(006)-595/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-595/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-595/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 09 may 2025ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Rahat market” mağazasına müştəri qismində daxil olub, kassa aparatına yaxınlaşaraq kassir Zərərçəkmiş şəxs guya vitrindən ona siqaret verməsini xahiş etdikdən sonra sonuncunun siqaret götürmək üçün vitrin istiqamətində çevrilməsindən və kassa aparatının açıq vəziyyətdə olmasından istifadə edərək Zərərçəkmiş şəxs nəzarətində olan kassa aparatından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 140 manat nağd pulu açıq talayıb, sonuncunun gözü qarşısında əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq, zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 140 manat məbləğində maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 09 may 2025-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən «Rahat market» adlı mağazaya müştəri qismində daxil olmuş və bir neçə saniyə orada gəzdikdən sonra kassaya yaxınlaşmışdır. Həmin vaxt kassada qırmızı saçlı bir qız olmuş və kassa aparatı açıq olmuşdur. O, qızın başını qatmaq üçün qızın arxasında olan vitrinə əlini uzadıb siqaret verməsini demiş və bu zaman həmin qız vitrinə tərəf çönərkən o, əlini kassa aparatına atıb orada olan pullardan götürmüşdür. Bu zaman həmin qız onun kassa aparatından pulları götürdüyünü görmüşdür. O, pulları götürüb qaçaraq mağazadan çıxmış, qız isə qışqırıb arxasınca qaçsa da, o, cəld mağazadan çıxıb oradan qaçaraq uzaqlaşmışdır. Sonradan pulları saydıqda 140 manat olduğunu görmüşdür. Həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin qıza heç bir xəsarət yetirməmiş, yalnız kassa aparatındakı pulu götürüb qaçmışdır. Ona heç kim kömək etməmiş, tək olmuşdur. Daha sonra törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-nin «Rahat Əcəmi» adlı marketində satış təmsilçisi işləyir. Qeyd olunan market ünvan 3 ünvanda yerləşir. Marketdə kassirlər növbə ilə işləyirlər. 09 may 2025-ci il tarixdə saat 17:00-da işə gəlmiş və saat 02:00-a kimi işdə olmalı olmuşdur. 09 may 2025-ci il tarixdə saat 23 radələrində marketdə müdir otağında olarkən işçilər yanına gəlib demişlər ki, marketdən oğurluq olmuşdur. O, otaqdan çıxıb kassir işləyən Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncu ona danışmışdır ki, kassa aparatının arxasında olarkən bir nəfər əynində ağ rəngli qısaqol köynək və onun üstündən qara rəngli qısaqol gödəkcə geyinmiş üzü saqqallı cavan oğlan kassaya yaxınlaşaraq siqaret istəmiş, kassanın arxasında olan siqaretlərin düzüldüyü rəfə çöndükdə həmin şəxs qəfil kassa aparatına əlini atıb oradan pul götürməklə marketdən qaçıb getmişdir. O, dərhal baş vermiş hadisə ilə bağlı DİN «102» xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra kassada hesablama aparmaqla 140 manat pulun talandığını aşkar etmişlər. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Hadisə nəticəsində MMC-yə 140 manat maddi ziyan dəymişdir. Marketdən başqa heç nə aparılmamışdır. Hadisənin videogörüntülərini isə polis əməkdaşları gəlib diskə köçürməklə götürmüşlər. Hadisədən bir və ya iki gün sonra isə hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra "xxxx" MMC-yə dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 aprel 2025-ci il tarixdən "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən “Rahat market” adlı mağazada kassir işləyir. Mağaza gecə saat 02 radələrinə kimi işləyir. O, hər gün saat 16:00-dan saat 21:00-dək işdə olur, bəzi hallarda təhsil almağı ilə bağlı isə işə gec gələndə 5 saatlıq iş rejimi ilə işləyir, yəni işə saat neçədə gəlsə 5 saat işləyib evə gedir. 09 may 2025-ci il tarixdə saat 21:00-da işə gəlmiş və saat 02:00-a kimi işdə olmalı olmuşdur. 09 may 2025-ci il tarixdə saat 23 radələrində işdə olarkən kassa aparatının arxasında olmuş və kassaya bir nəfər əynində ağ rəngli qısaqol köynək və onun üstündən qara rəngli qısaqol gödəkcə geyinmiş üzü saqqallı cavan oğlan yaxınlaşaraq siqaret istəmiş və o, nə siqareti istədiyini soruşduqda həmin şəxs onun arxasında olan vitrinə əli ilə işarə etdikdə o, üzünü vitrinə tərəf çevirmiş və təkrar üzünü həmin cavan oğlana tərəf çevirdikdə görmüşdür ki, oğlan əlini açıq vəziyyətdə olan kassaya ataraq oradan pulları götürüb qaçmışdır. O, qışqırıb həmin oğlanın dalınca qaçsa da oğlan qaçaraq mağazadan çıxmış və hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt mağazada işləyən digər şəxslər və mağazanın müdir müavini Tərlan da gəlmişdir. O, onlara vəziyyəti izah etdikdən sonra Tərlan DİN 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlmişlər. Naməlum şəxs mağazanın kassasından 140 manat pulu götürüb qaçmışdır. Həmin şəxs ona zor tətbiq etməmiş və ya ona hədə-qorxu gəlməmişdir. Həmin şəxs yalnız 140 manat pulu götürüb qaçmışdır. Daha sonra təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-cİ il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X4 həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.28); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.39-40); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-290/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir (i.v.55- 59); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.60-61); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.95-96); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.99); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən «Rahat Market» mağazasıdır (i.v.5-8); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, diskdə 01 ədəd videofayl vardır. Videofayla baxıldıqda müəyyən edilmişdir ki, videofayl 07 saniyə müddətindədir, videofayl açıldıqda bir nəfər əynində ağ rəngli qısaqol köynək, qara rəngli qolsuz gödəkcə olan kişi cinsli şəxs mağazada kassanın qarşısında durub kassanın arxasında duran qadına arxasında olan siqaret vitrinini göstərib nə isə deyir və qadın arxasını kassaya çevirdikdə kişi cinsli şəxs açıq vəziyyətdə olan kassa aparatına əlini uzadaraq oradan pulları götürüb qaçır, bu zaman kassada olan qadın həmin şəxsin arxası ilə qaçır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əynində qara rəngli qolsuz gödəkçə, ağ rəngli qısaqol köynək olan kişi cinsli şəxsin özünün olduğunu, videogörüntüdən də göründüyü kimi mağazaya daxil olub satıcının başını qatmaqla kassada olan 140 manat pulu talayıb qaçdığını bildirmişdir (i.v 37-38); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisəni harada və hansı qaydada törətdiyini hadisə yerində əyani göstərmişdir (i.v 89-91); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, içərisində hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır (i.v.103-108); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır (i.v.102); - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda bir nəfər əynində ağ rəngli qısaqol köynək, qara rəngli qolsuz gödəkcə olan kişi cinsli şəxs mağazada kassanın qarşısında durub kassanın arxasında duran qadına arxasında olan siqaret vitrinini göstərib nə isə deyir və qadın arxasını kassaya çevirdikdə kişi cinsli şəxs açıq vəziyyətdə olan kassa aparatına əlini uzadaraq oradan pulları götürüb qaçır, bu zaman kassada olan qadın həmin şəxsin arxası ilə qaçır. Təqsirləndirilən şəxs videogörüntüdə əynində qara rəngli qolsuz gödəkçə, ağ rəngli qısaqol köynək olan kişi cinsli şəxsin özünün olduğunu, mağazaya daxil olub satıcının başını qatmaqla kassada olan 140 manat pulu talayıb qaçdığını bildirmişdir (i.v.70); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X4 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X2 cəza təyin edərkən cavan olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət törətməsini, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən X1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə X2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, cavan olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixi saat 11:00-dan xx.xx.2025-ci il tarixi saat 17:50-dək tutulduğu 02 gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs X1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X2 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gun müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X4 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X2 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar