Məhkəmə qərarları › İş №1(006)-598/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-598/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-598/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X37, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X29 nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X12, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X50 iştirakları ilə, X53 və X51 tərəfindən X25, X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X53 və X51 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X25, X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri və üç il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişlər. Xüsusi ittiham qaydasında verilən şikayət onunla əsaslandırılmışdır ki, X42, X30 və X14 onların barəsində həqəqitə uyğun olmayan, şər-böhtan xarakterli məlumatlar və eyni zamanda şər-böhtan xarakterli şikayət məzmunlu ərizələr ünvanlamaqla onları sələmçilikdə, dələduzluqda, vergi cinayəti törətməkdə ittiham etmiş və şər-böhtan xarakterli məlumatları yaymışdlar. Belə ki, X51 və X14 2019-cu ildə alqı-satqı əsnasında tanış olmuşlar. X2 İntizar Hümbət qızı və X26 ilə biznes tərəfdaşı olmuşlar. X51 2019-cu ildə X6 əmlak almış və bu əsnada aralarında mübahisə baş vermişdir. Mübahisə məhkəmə qaydasında bütün instansiyalar keçmiş, hətta Konstitusiya Məhkəməsində belə baxılmışdır. Bütün məhkəmə qərarları qeyri-şərhsiz Əsmər Sultanovanm xeyrinə çıxarılmışdır. X53 investisiya məqsədi ilə Serbiya Xalq Respublikasından Rusiya Federasiyasına alma idxalı ilə məşğul olmaq üçün X17ma və X15 pul vəsaiti vermişdir. Tərəflər arasında mübahisə investisiya alanların uydurma bəhanələrlə vəsaiti qaytarmaqdan imtina etməsindən sonra başlanılmışdır. Mübahisə investisiya alanların müqavilə üzrə öhdəliklərini pozduqları üçün icra qeydi ilə vəsaitin X37 xeyrinə tutulması üçün icra şöbəsinə yönəldilmişdir və orada Xanməmmədova İntizar və Xanəmmədov Hafiz qarşı icra tədbirləri başlamışdır. Bütün qanuni yollarla məğlub olan Xanmmədovlar məsələnin həllinin böhtan yolu ilə həll olunmasını düşünərək qohumları olan X31 və X18 cəlb etmişdir. Bayramovlar işə qoşulan kimi hüquq-mühafizə orqanlarında işləyən qohumlarının olmasını bildirərək Əsmər Sultanovaya və Tural Nəzərliyə hədə-qorxu gəlmiş və onları qanuni onlara məxsus əmlak və vəsaitdən əl çəkmədikləri halda onları tutduracaqlarına vəd vermişlər. Əsmər Sultanova və X19ra dediklərinə məhəl qoymadıqdan bir müddət sonra Nərimanov RPİ-də cinayət işi başlamış və Əsmər Sultanova və Tural Nəzərliyə qarşı qanunsuz təqib və araşdırma aparılmasına başlanmışdır. 3 ildən artıq gedən araşdırma heç bir nəticə verməmiş və cinayət işinə xitam verilmişdir, lakin 3 il ərzində yekun məhkəmə qərarı olmadan, heç bir sübut olmadan araşdırma zamanı Bayramovlar və Xanmmədovlar müxtəlif dövlət qurumlarına guya Əsmər Sultanova və Tural Nəzərlinin cinayətkar olduqları barədə böhtan xarakterli məlumatlar yaymış və bununla da onlara təsir göstərərək onların öz qanuni tələblərindən əl çəkməyə vadar etməyə çalışmışlar. X42 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankına ünvanlanmış şər-böhtan xarakterli şikayət ərizəsində aşağıdakılar qeyd edilmişdir. Ərizənin 3-cü absasmda qeyd edilir ki, “Bu sələmçi bankirlər” xx.xx.2019cu ildə Hafiz Xanməmmədovaya 92 min ABŞ dolları vermiş, lakin Nərimanov rayon 9 saylı notariat ofisində 133.200 ABŞ dolları kimi rəsmiləşdirmişdir. 4-cü abzasında “ Azərbaycan Beynəlxalq Bankının adından sui-istifadə etdiyimizi; Müraciətin sonuncu shifəsinin 2-ci abzasında “cinayət qanunu normalarını pozduğumuzu” Yenə Azərbaycan Respublikası Beynəlxalq Bankına ünvanlanmış, xx.xx.2024-cü il tarixli şər-böhtan xarakterli müraciətinin 3-cü abzasında guya Nərimanov rayon Polis İdarəsində CM-nin 178.2-ci maddəsi ilə istintaqı aparılmış cinayət işinin materiallarına istinad edərək, onları sahibkar kimi qələmə verərək “vergiləri ödəməkdən yayınmaqda, icbari tibbi sığorta və işsizlikdən siğorta haqqlarını ödəməkdən yayınmaqda ittiham etmişdir. Həmin müraciətin 4-cü abzasında isə cavabdeh qeyd etmişdir ki, “Əsmər Sultanova və Tural Nəzərli hələdə bankda məsul vəzifədə çalışmaları onların sələm qurbanlarına çatımlılığını asanlaşdırmışdır” Bu sözlə onları yenidən sələmçilikdə ittiham etmişdir. Cavabdeh X42 Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı xx.xx.2024-cü il tarixli şər-böhtan xarakterli şikayətində onları dələduzluqda ittiham edərək, barəsində Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlandığını qeyd etmiş və nəticədə yalan məlumatı verməklə onlarım işgüzar nüfuzumuza xələl gətirmişdir. Sədayə Bayramova tərəfindən xx.xx.2024cü il tarixdə Azərbaycan Beynəlxalq Bankına ünvanlanmış şər-böhtan xarakterli müraciətdə guya onlarım barəsində Nərimanov rayon Polis İdarəsində CM- nin 178.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparıldığını qeyd etmiş və onları “cinayət yolu ilə əldə edilmiş pulu leqallaşdırmaq və qanunsuz sahibkarlıqda ittiham edərək həqiqətə uyğun olmayan məlumat vermişdir. Bundan başqa cavabdeh X14 tərəfindən Azərbaycan Mərkəzi Bankının Baş Direktoru, Azərbaycan Respublikası Beynəlxalq Bankının Baş Direktoru, Azərbaycan Beynəlxalq Bankının Baş ofisinə ünvanlanmış, şər-böhtan xarakterli məktubundan guya sələm faizi ilə X11 100 min ABŞ dolları pul verdiyini, ona qarşı dələduzluq edərək, xx.xx.2019-cu ildən 600-700 min manatlıq əmlakını ələ keçirdiyini bildirərək yalan məlumatı yaymış və onların işgüzar nüfuzuna qərəzli olaraq xələl gətirməyə çalışmışdır. X30 onlarım barəsində Nərimanov rayon Polis İdarəsinə əsassız şikayət edərək guya onun qohumu X14 və X11 qarşı dələduzluq etdiyimizi bildirmiş və əsas olaraq qeyd etmişdir ki, guya onlar qabaqcadan əlbir olmaqla X9 onun ailə üzvlərinə və eyni zamanda hazırda şikayət edən şəxs X20 qarşı dələduzluq etmişlər. X38 onlara dəfələrlə hədə-qorxu gəlmiş və X43 həbs etdirməklə təhdid etmişdir. Yuxarıda sadalanan hallardan heç biri sübuta yetməmiş təqsirləndirilən şəxslər barəsində şərböhtan xarakterli məlumatları yaymaqla onlara mənəvi zərər vurmağa çalışmışlar. xx.xx.2019-cu il tarixdə X21 və onun həyat yoldaşı X14 adlı şəxslər birlikdə iş qurmaq məqsədi ilə X32 133200 ABŞ dolları məbləğində sərmayə üçün pul almışlar. Həmin şəxslərlə razılaşma belə olmuşdur ki, Serbiya Respublikasından Azərbaycana və Rusiya Fedarasiyasma alma meyvəsini idxal edəcəklər, görüləcək işə sərmayə X53 tərəfindən qoyulacaq, biznesi X21 və həyat yoldaşı X14 idarə edəcək yığılacaq gəlirdən ilkin olaraq mənə məxsus maya dəyəri götürüləcək və yerdə qalan qazanc məbləğinə şərik olacaqlar. Bu şərtlərlə razılaşdıqdan soma X53 tərəfindən pul məbləği onlara rəsmi şəkildə notariusda sənədləşdirilməklə verilmişdir. X21 öz növbəsində X43 aldatmış, guya alma gətirmək bəhanəsi ilə həftələrlə sonuncuya meyvənin sərhəd buraxılış məntəqəsində qaldığını bildirmiş, X53 tərəfindən təkid və isrardan sonra meyvələrin xarab olduğu pulun isə batdığı qeyd edilmişdir. X53 isə öz növbəsində 46 saylı notariat kontoruna müraciət edərək pulun tutulması üçün icra qeydinin verilməsinə dair ərizə vermişdir. Məhz bundan sonra X14 və onun digər qohumları olan, X42, X30 adlı şəxslər əvvəlcə məhkəmədə daha sonra isə hazırda Nərimanov RPİ-də fakt üzrə araşdırması davam edən cinayət işində X44 qarşı şər-böhtan atmaqdan çəkinmədən həqiqətə uyğun olmayan məlumatlar vermişlər. Belə ki, X21 mənimlə sərmayə məbləğinin alınması barədə razılaşdıqdan sonra bildirdi ki, X37 qoyacağı pul azdır ona biznesi üçün əlavə pula ehtiyac var və qohumu (həyat yoldaşı) X8 mülkiyətində olan ünvan 2 ünvanında yerləşən mənzili təcili satır. Əlavə pulu varsa mənzili X37 almağısını təklif etmiş və ya tanışlardan kimsə mənzil istəyərsə onlara təklif etməyini xahiş etmişdir. X53 öz növbəsində iş yoldaşı hazırda onunla birgə xüsusi ittihamla çıxış edən X39 bu məlumatı verdikdən sonra sonuncu X44 bildirmişdir ki, evə baxmaq və əgər bəyənərsə almaq istəyir. Beləliklə tərəflər görüşmüş və razılaşdıqdan soma Bakı, 9 saylı Notariat kontorunda alqı-satqı müqaviləsi imzalayaraq, X14 öz mənzilini X1. Bundan sonra X30 adlı tanımadığı şəxs əvvəlcə X16 göndərməklə hədəqorxu gəlmiş, özünün hüquq mühafizə orqanlarında yüksək rütbəli qohumlarının olduğunu bildirmiş və qeyd etmişdir ki, X3 Hafiz Pirverdi oğlu və həyat yoldaşı X10 vermiş olduğu puldan imtina etməsə X7 qədər problemlər yaradacaq, hətda X43 tutduracaqdır. X53 tərəfindən buna əhəmiyyət verilmədikdən sonra X4 Tural Hikmət oğlundan və X6 mənzili almış X51 barəsində Nərimanov rayon Polis İdarəsinə şikayət edərək qohumu X22 və X17ma qarşı dələduzluq etdiklərini bildirmişlər. Əsas olaraq göstərmişdir ki, guya X8 mülkiyətində olmuş ünvan 3 ünvanında yerləşən mənzil Süleymanın atasının vəsaiti hesabına əldə edilmişdir. X27 qabaqcadan əlbir olmaqla X9 onun ailə üzvlərinə və eyni zamanda hazırda şikayət edən şəxs X20 qarşı dələduzluq etmişdir. Ümumiyyətlə barəsində şikayət ərizəsi ilə müraciət etmiş X30 adlı şəxsi heç yerdə görməmiş onunla heç vaxt heç bir ünsiyətdə olmamışdır. Həmin şəxs X44 qarşı qərəzli şikayət etməklə sonuncu barəsində cinayət işi açdırmağa və onun nüfuzuna xələl gətirməyə çalışmışdır. Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən faktla bağlı müvafiq araşdırma aparılmış və nəticədə Cinayət Məcəlləsinin 39.1-ci maddəsinə əsasən cinayət işinin başlamnası rədd edilmiş, Nərimanov rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə ona X45 X30 barəsində CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Xanməmmədova və onun ailə üzvləri qarşı satdıqları mənzildən çıxmadıqda X51 ona və digər şəxsə qarşı Nərimanov rayon Məhkəməsində mənzildən çıxarılma tələbinə dair iddia qaldırmış, cavabdeh X14 isə X54ma qarşı qarşılıqı iddia verərək X44 aidiyyatı olmadığı halda cavabdeh tərəfdən üçüncü şəxs qismində işə qatmışdır. Qarşılıqlı iddia ilə müraciət edən X14 bildirmişdir ki, həyat yoldaşı X11 borc pul lazım olmuş, X53 ona borc pul vermiş, onlar guya həmin mənzili borcun qarşılığında girov olaraq saxlamışlar. Halbuki, X37 onlara vermiş olduğu məbləğ 133200 ABŞ dolları mənzilin dəyəri isə 153000 manat oluşdur. Çoxsaylı məhkəmə çəkişmələrindən sonra (hətda Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin qərarı) məlum olmuşdur ki, X8 iddiası həqiqəti əks etdirmir və ilkin olaraq Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmiş, daha soma ardıcıllıqla Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi hüquqi qiymət verərək qətnaməni dəyişdirmədən saxlamışlar. Hətda şikayət Konsititusiya məhkəməsi tərəfindən qəbul edilmiş lakin əsas olmadığından icraata qəbulundan imtina edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, X25, X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri və üç il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X53 şikayət ərizəsində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X29 nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayət ərizəsində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi X59yrı-ayrılıqda xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 müdafiəçisi X33 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 müdafiəçisi Müdafiəçi2 ayrı-ayrılıqda çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişlər. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1) şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2) törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3) cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4) şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5) cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X53 və X51 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Belə ki, CPM-in 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs özü haqqında, yəni soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi barədə məlumatları şikayətində göstərməli olduğu halda, şikayət vermiş şəxs X34 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə soyadı, adı, atasının adı, doğulduğu il, qeydiyyatda olduğu və yaşayış yerini qeyd etməklə kifayətlənmiş, məşğuliyyət növü və vəzifəsi barədə məlumatları tam şəkildə göstərməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən şikayət vermiş şəxs törədilmiş cinayət barədə məlumatları, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsini, onun harada, nə vaxt və necə törədilməsini, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunu, o cümlədən maddi ziyanın məbləğini göstərməli olduğu halda, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X53 və X51 buna tam olaraq əməl etməmişlər, maddədə qeyd olunan məlumatları tam şəkildə göstərməmişlər. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü maddəsinə əsasən şikayət vermiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi ((şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi) barədə məlumatları şikayətində göstərməli olduğu halda, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X53 və X51 şikayətdə qeyrimüəyyənliyə yol verərək qeyd edilən maddənin tələblərini pozmuşlar. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayət vermiş şəxs şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməli olduğu halda, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X53 və X5 Sədayə Mehdi qızı, X30 və X14 tərəfindən CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsini qeyd etsələr də, şikayətdə cinayətin törədilmə hallarını təsdiq edən müvafiq sübutları, hansı sənədlərlə, hansı şahidlərin ifadələri ilə habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməmişlər. Bundan başqa, CPM-in 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi yer göstərməli olduğu halda, şikayət vermiş şəxslər X53 və X51 vermiş olduğu xüsusi ittiham qaydasında şikayətdə həmin məlumatı qeyd etməmişlər. Azərbaycan Respublikası CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X25, X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri və üç il müddətinə azadlıqdan məhrum edilmələrinə dair X53 və X51 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-i ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayətin əsasını təşkil edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Həmçinin, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X35 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X23 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X20 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X55 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X53 və X51 tərəfindən X25, X13 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri və üç il müddətinə azadlıqdan məhrum edilmələri barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X35 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X23 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X20 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X55 məhkəmədə iştirak etdiyi 14 (on dörd) iş saatına görə 154 (yüz əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar