Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-6/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 20 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS, ev 106-da qeydiyyatda olan, Abşeron rayonu, Güzdək qəsəbəsi, Abşeron küçəsi, ev 03-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 30 yanvar 2019-cu il tarixdə, saat 11:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin ünvan 1 ünvanda olan yan qapısının qarşısında övladı X5 həmin məhkəmənin 30 yanvar 2019-cu il tarixli hökmü ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsindən əsəbləşərək bu iş üzrə barışıq ərizəsi verməyən zərər çəkmiş şəxs olan qohumu Zərərçəkmiş şəxs1 və onun yanında olan qardaşları Zərərçəkmiş şəxs2 və Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı intiqam hissi ilə əlində saxladığı qara rəngli qadın əl çantası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən bir dəfə vuraraq sonuncuya sol üst göz qapağının qançırı, həmin gözün bayır küncünün səthi əzilmiş-cırılmış yarası və gözün ağlı qişasına qansızması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, daha sonra həmin çanta ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsindən vurmaq istəyərkən sonuncu özünü müdafiə edərkən sağ əlini baş nahiyəsinə tutan zaman sağ onun əlinin İV barmağının yerdəyişmiş-qəlpəli və V barmağın yerdəyişməyən sınıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti onunla məhkəmə istintaqı hərəkətlərinin aparılmasına imkan vermədiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.03.2020ci il tarixli qərarı ilə iş üzrə icraat Təqsirləndirilən şəxs sağalanadək dayandırılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsasında iş üzrə icraat məhkəmənin 24.02.2022-ci il tarixli qərarı ilə təzələnmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2018ci ilin yanvar ayında ona qarşı yaşadığı evdə quldurluq hadisəsi baş vermişdir. Bir müddət sonra həmin hadisəni törətmiş şəxslərin qohumu Mayıs və Təqsirləndirilən şəxs oğlu Xəlilin və onun əri Mayısgilin qohumu Seymurun olması müəyyən edilmişdir. Baş vermiş hadisədən sonra artıq Mayis və onun ailəsi övladları Xəlilin tərəfini saxladıqlarına görə münasibətləri gərginləşmişdir. Məhkəmə baxışınadək bir-neçə dəfə Mayis və onun arvadı Təqsirləndirilən şəxs ondan barışıq ərizəsi istəmiş, lakin o, bu ərizəni vermirdi. Buna görə də mübahisələri olurdu. 30 yanvar 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilə və Seymura etdikləri əmələ görə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildi. Həmin prosesdə o da iştirak edirdi. Prosesə qardaşları Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə gəlmişdir. Qarşı tərəfdən isə Xəlilin anası, atası və qardaşı Ağarəhim iştirak edirdilər. Məhkəmə hökmü elan edəndən sonra Təqsirləndirilən şəxs aqressiv formada ondan hansı məqsədlə barışıq ərizəsini vermədiyini soruşmuş, onu Xəlilin tutulmasında günahkar görmüş, bu səbəblə aralarında söz mübahisəsi baş vermişdir. Bu zaman Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, o da qardaşı Məliklə birgə bu ifadələri onun özünə qaytarmışlar. Mübahisənin davam etməməsi məqsədilə onlar həmin yerdən uzaqlaşıb məhkəmə binasını tərk etdikdən sonra Məlik baş vermiş mübahisə barədə “102 xidməti”nə məlumat vermişdir. Məhkəmənin ünvan 2 ünvanda olan qapısı tərəfə çıxan zaman Təqsirləndirilən şəxs, onun əri və oğlu onların üzərinə qaçaraq hər üçünə nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs yenidən onu oğlu Xəlilin tutulmasında günahkar gördüyünü söyləyib əlində olan qara rəngli qadın əl çantası ilə Məlikin və onun başından vurmuşdur. Başında ağrı hiss etdiyinə görə sağ əlini başı tərəfə qaldıraraq zərbədən müdafiə olunmağa çalışmış, bu zaman növbəti zərbə sağ əlinə dəymişdir. Çanta ağır olduğu üçün əlində küt ağrı hiss etmişdir. Bundan sonra ətrafda olan tanımadıqları şəxslər onları ayırıb hadisə yerindən uzaqlaşdırmış, onlar da avtomobilə əyləşib oradan aralaşmışlar. Təsqirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunda izahat verərərək təsqirləndirilən şəxsdən şikayətçi olduğunu söyləmişdir. Məhkəmə istintaqında şahid X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadıdır. 2018-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1 qarşı yaşadığı evdə quldurluq hadisəsi baş vermişdir. Bir müddət sonra həmin hadisəni törədən şaxslərin oğlu Xəlil və qohumu Seymurun olması müəyyən edilmişdir. Baş vermiş hadisədən sonra Mələklə münasibətləri gərginləşmişdir. Ondan barışıq ərizəsi istədiyiklərinə və bu ərizənin verilməməsinə görə aralarında bir neçə dəfə söz mübahisəsi olmuşdur. 30 yanvar 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu Xəlil və Seymura 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildi. Məlahət yenidən Zərərçəkmiş şəxs1 oğlu Xəlilin tutulmasında günahkar olduğunu söyləmiş və hansı məqsədlə proses zamanı barışıq ərizəsini vermədiyini soruşmuşdur. Mələk də oğlu Xəlilin cinayətkar olduğuna görə barışıq ərizəsi verməli olmadığını demişdir. Məlahət bu sözdən hiddətlənərək əlində olan qara rəngli əl çantası ilə Məlik Məhərrəmovun başından bir dəfə, sonra da Zərərçəkmiş şəxs1 vurmuşdur. Bundan sonra ətrafda olan tanımadıqları şəxslər yaxınlaşaraq onları aralamışlar. Yoldaşı isə insult xəstəliyi keçirdiyi üçün özündən getmiş və onu oyatdıqdan sonra evə gəlmişlər. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 həyat yoldaşı X4 2014-cü ildə rəhmətə getmişdir. Həmin ərəfələr bacısının qaynı oğlu Mayıs ila qarşlılıqlı get-gəlişləri olmuş və münasibətləri normal idi. 2018-ci ilin yanvar ayında bacısı Zərərçəkmiş şəxs1 qarşı yaşadığı evdə quldurluq hadisəsi baş vermişdir. Bir müddət sonra həmin hadisəni törədən şaxslərin bacısının qohumları, yəni Mayısın oğlu Xəlilin və Xəlilgilin qohumu Seymurun olması müəyyən edilmişdir. Baş vermiş hadisədən sonra artıq Şahid3 və onun ailəsi övladları Xəlilin tərəfini saxladıqlarına görə münasibətlər gərginləşmişdir. Mayisgil quldurluq hadisəsi ilə əlaqədar bacısından barışıq ərizəsi istəyirdilər, lakin bacısı onlarla barışmırdı. 30 yanvar 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilə və Seymura 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildi. Bundan sonra Xəlilin anası Məlahət onları təhqir etmiş, oğlunun tutulmasında onları günahkar görərək nə səbəbə görə barışıq ərizəsini verilmədiyini soruşmuşdur. Bacısı Mələk də Xəlilin cinayətkar olduğuna görə barışıq ərizəsi vermədiyini deyəndə, Məlahət əlində olan qara rəngli qadın əl çantası ilə qardaşı Məlik və bacısının başından vurmuş, bacısının barmaqları qırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar dindirmək mümkün olmamış, ona görə də tərəflərin razılığı onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərir ki, qohumu X4 2014-cü ildə rəhmətə gedib, lakin həmin ərafələr onun həyat yoldaşı Mələk və ailəsi ilə qarşılıqlı get-gəlişi olub, münasibətləri normal idi. 2018-ci ilin yanvar ayında Mələkə qarşı yaşadığı evdə quldurluq hadisəsi baş vermişdir. Bir müddət sonra müəyyən olundu ki, həmin hadisəni törətmiş şəxslərin oğlu Xəlil və qohumu Seymurdur. Hadisədən sonra artıq Zərərçəkmiş şəxs1, onun qardaşları Zərərçəkmiş şəxs2 və Şahid1 ilə münasibətləri gərginləşdi, çünki onlar Zərərçəkmiş şəxs1 oğlu Xəlilin cəzasının az olması məqsədilə barışıq ərizəsi istəyirdilər, lakin Mələk ərizəni vermirdi. Buna görə də məhkəmə baxışınadək onun və həyat yoldaşı Şahid3 bir-neçə dəfə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə söz mübahisələri olmuşdur. 30 yanvar 2019cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Xəlilə və Seymura etdikləri əmələ görə 8 il müddətinə azadliqdan məhrum etmə cəzası təyin edildi. Həmin prosesdə zərər çəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 iştirak edirdi. Mələklə birgə prosesə qardaşları Zərərçəkmiş şəxs2, Şahid1 da gəlmişlər. Onlar tərəfindən isə prosesdə o, həyat yoldaşı Şahid3 və oğlu Ağarəhim iştirak edirdilər. İş üzrə bütün istintaq dövründə və məhkəmə zamanı Zərərçəkmiş şəxs1 oğlu Xəlilə barışıq ərizəsi vermədiyi üçün bu onun cəzasının yüngülləşdirici hal kimi sayılmadı. Buna görə də ailəlikcə onun bu hərəkətindən əsəbi idilər və onun indan artıq intiqam almaq hisi yaranmışdır. Hakim hökmü elan etdikdən sonra o, həyat yoldaşı Şahid3 ilə birlikdə övladı Xəlilə 8 il cəza təyin olunmasından çox üzgün idilər və ağlayırdılar. Proses keçirilən zalı tərk etdikdən sonra Zərərçəkmiş şəxs1 aqressiv formada hansı məqsədlə barışıq ərizəsi verməməsini soruşmuş və aralarında sözlə mübahisəsi baş vermiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da həmin sözləri onun ünvanına söyləyərək oradan uzaqlaşmış, Məlik “102 xidməti”nə zəng edib məlumat vermişdir. Daha sonra məhkəmədən çıxarkən Ağır Cinayətlər Məhkəməsinin ünvan 3 ünvanına olan qapısında olan zaman Mələk, qardaşı Məlik və Müslümün məhkəmənin binasından çıxdıqlarını görmüş, oğlunun hökmünə görə çox qəzəbli olduğu üçün Mələyə yaxınlaşıb təkrar olaraq hansı səbəbə barışmadığını öyrənmək istəyərkən, ona “oğlun cinayətkardır, buna görə də ona barışıq ərizəsi düşmür” demişlər. Bu sözlərdən çox qəzəbləndiyi üçün əlində olan qara rəngli qadın əl çantası ilə Zərərçəkmiş şəxs2 başından bir dəfə vurmuş, dərhal sonra həmin çanta ilə Zərərçəkmiş şəxs1 da başından vurmuşdur. Bu vaxtı Mələk sağ əlini başına qaldırdığına görə çanta ilə onun əlindən vurmuşdur (cild İ, i.v.243-247). İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETTB-nin: 11.02.2019-cu il tarixli, 101 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – sağ əlin İV barmağının yerdəyişmişqəlpəli və V barmağın yerdəyişməyən sınıqları ilə müşayiət qançırşişkinlikləri küt əşyanın təsirindən 30.01.2019-cu il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər bərk küt əşya ilə zərbə nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.38-39); 05.04.2019-cu il tarixli, 11 saylı rəyinə görə Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər – sol üst göz qapağının qançırı, həmin gözün bayır küncünün səthi əzilmiş-cırılmış yarası və gözün ağlı qişasına qansızması bərk küt əşyanın təsirindən 30.01.2019-cu il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.176-177); 27.01.2020-ci il tarixli, 10/KEŞ saylı rəyində qeyd olunur ki, Respublika Klinik Xəstəxanasında Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 28.02.2019-cu il tarixdən 01.03.2019cu il tarixə qədər “Ensefalopatiya, qıcolma tutması, kəskin beyin qan dövranı pozğunluğu” diaqnozu ilə xəstəxananın İİ sinir reanimasiya şöbəsində stasionar müalicədə olmuşdur. Abşeron Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs “Ensefalopatiya. Qicolma tutmaları” diaqnozu ilə X9 dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun ciddi yataq rejimində olduğu, kənar şəxsin köməyi olmadan hərəkət edə bilmədiyi və fizioloji aktların kənar şəxslər tərəfindən idarə olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırkı sağlamlıq vəziyyəti onunla məhkəmə istintaqı hərəkətlərinin aparılmasına imkan vermir (İİ cild); - 23.05.2019-cu il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.248-249); Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və müdafiə tərəfi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, hazırki işdən görünür ki, cinayət hadisəsi 30 yanvar 2019-cu il tarixdə baş vermiş və onun törədildiyi vaxtdan 2 ildən artıq müddət keçmişdir. İş üzrə icraat dayandırılsa da, bu təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələrinin sanksiyasılarından da aydın olur ki, həmin əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bu Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd olunan Məcəllənin 53.7-ci maddəsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 53, 300 və 305-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-6/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-6/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver