Məhkəmə qərarları › İş №1(006)-6/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-6/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-6/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 qızının Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərər çəkmiş şəxsin “De Fendo” Vəkil bürosunun vəkili (mülki iddiaçının) Nümayəndə nümayəndəsi: Müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 (mülki cavabdeh): Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1993-cü il tarixdə Tərtər rayonu, Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Hüsənli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonu, Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, C.Qaryağdıoğlu küçəsi, ev 22-də qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə adlanan ərazidə ünvansız fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1969-cu il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 24də qeydiyyatda olan, Daşkəsən rayonu, Qabaqtəpə kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bərdə Rayon Polis X15 polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmət etməklə yol verdiyi nöqsanlara görə 18 aprel 2020-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmuş Şahid5 həmin vəzifəyə bərpa olunmasını təmin edəcəklərini sonuncunun atası Zərərçəkmiş şəxs yalan vəd verib aldatmış, 22 dekabr 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şossesində yerləşən “Araz” supermarketin qarşısında Zərərçəkmiş şəxs 10.000 manat, sonuncunun tanışı Şahid3 vasitəsi ilə isə iki dəfəyə, yəni 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Xocasən şossesində yerləşən “Meyvəli” ticarət mərkəzində 10.000 manat, 2021-ci ilin mart ayının əvvəllərində həmin ünvanda 10.000 manat alıb, vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 30.000 manat pulu ələ keçirib verdikləri vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Tərtər Rayon Məhkəməsində Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında baxılan işdə bəraət alınmasını təmin edəcəklərini yalandan vəd verib onu aldatmış, bu məqsədlə 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs2 adına olan "xxxx" KB ASC-yə məxsus “Albalı” karta göndərilmiş 2.000 manat, 28 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarketin qarşısında onun oğlu Şahid5 3.500 manat alıb vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 5.500 manat pulu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs1 ilə tanışlığı təxminən 07 il əvvəl “Şamaxinka” deyilən yerin yaxınlığında yerləşən şəhidlər muzeyinə gedən zaman olmuşdur. Təqsirləndirilən şəxs1 birinci Qarabağ müharibəsində iştirak etmişdir. Sonra Təqsirləndirilən şəxs1 görə Şahid4 tanımış, onun Rusiya Federasiyasında yaşadığını, orada diasporla iş idarəsində işlədiyini, hərbçi olduğunu demişdir. O, 2020-ci ilin təxminən oktyabr ayında Təqsirləndirilən şəxs2 tanımışdır. Mehralının ləqəbi “Mehralı”dır, sonuncunu Ceyhun adlı tanışı vasitəsilə tanımışdır. Ceyhun Mehralının atasının da birinci Qarabağ müharibəsində şəhid olduğunu, Şahid1 adlı Prezidentin Administrasiyasında işləyən kirvəsinin olduğunu demişdir. Şahid1 da Təqsirləndirilən şəxs2 görə tanımış və onu Mehralı Fuadla görüşdürmüşdür. Belə ki, ilk dəfə 2020-ci ilin noyabr ayının sonu, dekabr ayın əvvələrində Təqsirləndirilən şəxs1 ona zəng edib Şahid5 adlı şəxs olduğunu, əvvəl Bərdə rayon polis şöbəsinin Yol polis bölməsində inspektor işlədiyini, pandemiya qaydalarını pozub 05 manat rüşvət aldığını, buna görə də daxili işlər orqanlarından xaric edildiyini, yenidən işinə bərpa etmək lazım olduğunu demişdir. O da bu barədə Mehralıya demiş, sonuncu da bildirmişdir ki, Prezident Admistrasiyasında işləyən Şahid1 adlı qohumu kirvəsi vasitəsilə bu işdə köməklik edəcək. O, Mehralı ilə birlikdə Şahid1la görüşmüş, Vasifin orqandan xaric edilməsi barədə məlumat vermişlər. Fuad da köməklik edəcəyini demiş, ancaq onların arasında pul söhbəti olmamışdır. Bundan sonra oradan ayrılmış və Mehralı ona demişdir ki, Fuad bunun 10.000 manat “şirinlik” istəyir. O da bu barədə Mehmana demişdir. Mehman da ona demişdir ki, onda Vasifə 20.000 manat deyək ki, onlara də bir şey qalsın, 10.000 manatı əvvəl, 10.000 manatı isə iş düzələndən sonra verər. O da bu təklifə razı olmuş, “özünüz necə istəyirsinizsə elə də edin” demişdir. Mehman zəng edib Vasifə işinə bərpa olmaq üçün 20.000 manat pul lazım olduğunu, 10.000 manatı ilk əvvəl, 10.000 manatı isə işi düzələndən sonra verəcəyini demişdir. Vasif də bu təkliflə razı olmuşdur. Sonra Vasif Bakı şəhərinə gəlmiş və o, Mehman və Nazir Vasiflə “Şamaxinka” deyilən yerdə görüşmüş, görüşə Nazirin idarə etdiyi “BMW X5” markalı avtomobillə gəlmişdir. Onlar bir az gedəndən sonra Nazir maşını saxlamışdır. Onlar avtomobildən düşüb Vasifin işi barəsində söhbət etmişlər. Mehman və ya Nazir Vasifdən 10.000 manat pul istəmişdir. Vasif də demişdir ki, üzərində pul yoxdur, sabah atası gətirəcək. Onlar bir az söhbət edib ayrılmışlar. 22 dekabr 2020-ci ildə Vasif atası Elman və anası Abşeron rayonu Saray qəsəbəsində “Araz” marketin qarşısında onunla görüşmüşlər. Görüş zamanı Elman ona 10.000 manat pul vermişdir. 2021-ci ilin yanvar ayın 5-10 tarixlərində Vasifin işini düzələcəyini, həmin tarixdə əmrin veriləcəyini demişdir. O, 10.000 manat pulu götürdükdən sonra Mehralıya zəng edib məlumat vermişdir. Onlar ertəsi günü “20 Yanvar” dairəsinin yaxınlığında görüşmüşlər. Mehralı Fuada zəng etdiyini deyib onunla danışmışdır. Danışıq zamanı Mehralı Fuada pul alması barədə bir söz deməsə də, bildirmişdir ki, Fuad deyir ki, “5.000 manatı götür özündə saxla, sonra ona çatdırsın”. O da 5.000 manat puldan 1.000 manat Mehralıya vermişdir. Onun bir neçə il öncə Rusiya Federasiyasında olan cinayət işi ilə əlaqədar olaraq Nazirə bildirmişdir ki, həmin işinə köməklik etsin. Ona görə də 3.000 manat pulu Nazirin "xxxx" ASC-yə məxsus kartına 23 dekabr 2021-ci ildə göndərmişdir. Vasifin işini Mehman gətirdiyi üçün ona daha sonra alacağı 10.000 manat puldan 2.000 manat pul verəcəkdir. 2021-ci ilin yanvar ayın 10-dək Vasifin işi düzəlməmişdir. Təxminən yanvar ayın 10-nu ərəfəsində o, Vasif və Mehman “20 Yanvar” dairəsinin yaxınlığında olan zaman Vasifə zəng gəlmiş və zəng edən şəxs səhərisi X11 Nazirliyinə gəlməyini istəmişdir. O və X19 Nazirliyinin inzibati binasının qarşısına gedib orada xeyli gözləmiş, Vasif ona zəng gələn nömrəyə zəng etsə də, nömrəyə zəng çatmamışdır. O, Mehralıya zəng edib demişdir ki, nazirliyin qarşısında gözləyirlər, Vasifə zəng edən nömrəyə zəng çatmır, heç kim Vasifi qəbul etmir. Mehralı demişdir ki, Fuadla danışıb xəbər edir. Mehralı zəng edib demişdir ki, Vasifin işini düzəldən adam Gəncə şəhərində ezamiyyətdədir, iki günə gələcək. Lakin iki gün ərzində də Vasifin işi düzəlməmişdir. Yanvar ayın sonunda Mehralı demişdir ki, Fuad Vasifin işinin düzəlməsi üçün əlavə 10.000 manatı da vermək lazım olduğunu deyir. Vasif də atası Elmanla danışmış, onun özü də Elmanla danışmışdır ki, “20.000 manata razılaşmışlar, 10.000 manat vermisiniz, 10.000 manat qalıb”. Elman da demişdir ki, “Meyvəli” bazarına gedin, Sədi adlı tanışından 10.000 manat götürün”. O da Vasiflə birlikdə “Meyvəli” bazarına getmiş, orada Sədi ilə görüşmüş və Sədi Vasifə 10.000 manat pul vermişdir. Sonra birlikdə “20 Yanvar” dairəsinə getmiş, orada “Sürücülər” kafesi deyilən yerdə 10.000 manat pulu Vasif Mehralıya vermişdir. Mehralı həmin 10.000 manat puldan 5.000 manat pulu Şahid1 verəcəyini demişdir. Qalan 5.000 manatın isə 1.500 manat onun, 1.500 manat Mehralıın payına düşmüşdür. 2.000 manatı isə Təqsirləndirilən şəxs1 vermiş, Mehman özü Nazirlə böləcəyini demişdir. Bundan bir müddət sonra işlər alınmamış və X12 görüşdürəcəyini demişdir. Beləliklə 2021-ci ilin mart ayının əvvəllərində o, Vasif və Mehralı “Spartak” stadionun yaxınlığında Şahid1la görüşmüşlər. Görüş zamanı o, Fuada demişdir ki, “kömək edin, Vasifin işi düzəlsin”. Fuad da cavab olaraq Vasifin işinin düzəlməsinə kömək edəcəyini bildirmişdir. Ancaq bu zaman aralarında pul söhbəti olmamışdır. Birlikdə söhbət etdikdən sonra Fuad və Mehralıdan ayrılmışlar. Fuad və Mehralı bir az söhbət etmiş, sonra Vasifin idarə etdiyi maşına gəlib əyləşmişdir. O, Vasif və Mehralı “20 Yanvar” dairəsinə getmişlər. Orada olan zaman Mehralı demişdir ki, Fuad əlavə də 10.000 manat pul istəyir, çünki bəzi problemlər var. Zərərçəkmiş şəxs ona zəng etmiş və o, ona əlavə pul lazım olduğunu bildirəndə Elman demişdir ki, “Meyvəli” bazarına gedib tanışı Sədidən 10.000 manat götürə bilərlər. O da Sədinin işlədiyi yerə gedərək 10.000 manatı götürmüş və “20 Yanvar” dairəsində görüşüb sürücülər kafesi deyilən yerdə 10.000 manat pulu Vasifin yanında Mehralıya vermişdir. Vasifdən ayrıldıqdan sonra Mehralı zəng etmiş və Şahid1la danışdığını, həmin 10.000 manat pulun 500 manatını özünə, 500 manatını ona, qalan 9.000 manatını isə Fuada verməli olduğunu bildirmişdir. X14 adından bir neçə dəfə söz versə də, iş düzəlməmişdir. O, 2022-ci ilin əvvəllərində X1 yaxınlığında görüşmüş, görüş zamanı Fuada Vasifin işinə bərpa etmək üçün Mehralı tərəfindən 19.000 manat pul verildiyini, nə üçün Vasifin işin düzəlmədiyini demişdir. Fuad da demişdir ki, 19.000 manat puldan xəbəri yoxdur, ona pul verilməmişdir. O, Fuadla olan görüşdən sonra Mehralıya zəng etmiş və Fuadın ona pul verilməsini təsdiq etmədiyini demişdir. Mehralı da demişdir ki, Fuad heç kimlə pul barədə söhbət etmir, ancaq həqiqətən pulu Fuada vermişdir. O da demişdir ki, “gəl birlikdə görüşək, Fuadla danışaq, ya pulu qaytarsın, ya da Vasifin işini düzəltsin”. Lakin Mehralı bundan qaçmışdır. Sonra Vasif baş verən hadisə barədə Daxili İşlər Nazirliyinə şikayət etmişdir. O da şikayət edildiyini bildikdən sonra Mehralıya, Mehmana və Nazirə zəng edib aldıqları pulu qaytarmaları demişdir. Mehralı demişdir ki, Fuad vaxtı uzadır. Mehman demişdir ki, torpağı var, satıb qaytaracaq. Nazir də demişdir ki, pulu olan kimi qaytaracaq. Həmin şəxslərdən yalnız Nazir qardaşı Niyaməddinin adına poçtla 3.000 manat pulu göndərmişdir. O da bu pulu istintaq vaxtı ödəmişdir. Onun isə payına Vasifdən alınan 30.000 manat puldan 3.000 manat pul düşmüşdür. Həmin pulun 250 manatını Vasifə təxminən 2021-ci ilin yaz aylarında qaytarmışdır. Yerdə qalan 2.750 manat pulu isə həbsdə olduğu müddətdə ailə üzvləri Zərərçəkmiş şəxs qaytarmışdır. Bundan başqa, 2021-ci ilin fevral ayında Şahid5 söhbət əsnasında bildirmişdir ki, atasının Tərtər Rayon Məhkəməsində “şər atma” ilə bağlı işi gedir, həmin işdə köməklik göstərilməsini Mehralıya bildirib. Belə ki, Vasifin atası Zərərçəkmiş şəxs Vasif işdən qovulduqdan sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları barəsində internet saytlarında şər xarakterli məqalələr dərc etdirmişdir. Buna görə də Bərdə Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi və X21 Şöbəsinin rəisi xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişlər. Vasif bildirmişdir ki, atası bu işdə bəraət almalıdır ki, o rahat işə bərpa edilə bilsin. Mehralı bu işin 5.500 manata başa gələcəyini bildirmişdir. Bu işə görə 2021-ci ilin mart ayının əvvəlində Mehralının kartına 2.000 manat pul vurulmuş, həmin puldan Mehralı ona 500 manat pul vermişdir. Qalan pulu, yəni 3.500 manat pulu isə 28 mart 2021-ci il tarixdə Vasif xalasının yoldaşı Səlim ilə birlikdə metronun “20 Yanvar” stansiyasının yanında olan “Bravo” marketin qarşısında Mehralıya vermişdir. Həmin puldan da ona 500 manat pul çatmışdır. Ümumilikdə bu işdə onun 1.000 manat qazancı olmuşdur. Ona elan olunmuş ittihamla bağlı özünü ona görə təqsirli bilmir ki, onun kimisə aldatmaq niyyəti olmamış, o, işin həll olması üçün vasitəçilik edib pul qazanmaq istəmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 2020-ci ilin oktyabr ayından tanıyır. Onlar metronun “20 Yanvar” stansiyasının çıxışında yerləşən “Sürücülər” kafesində tanış olmuşlar. Araza demişdir ki, Prezidentin Mühafizə xidmətində işləyən Fuad adlı tanışı var, onun əli ilə iş düzəldə bilər. Şahid1 isə o, Sumqayıt şəhərində yerləşən M.Hüseynzadə adına olan stadionda məşq zalında dostu Həmid vasitəsi ilə tanımışdır. Həmid ona demişdir ki, Fuadın əli hər yerə çatır, ona müraciət elə sənə də köməklik göstərsin. Bundan başqa, o, bir neçə dəfə Fuadla görüşüb onu dövlət orqanlarında işə düzəltməsini xahiş etmişdir. 2020-ci ilin dekabr ayında Araz ona müraciət edərək bildirmişdir ki, bir nəfər polis var, 05 manat rüşvətə görə şərlənib işdən çıxarılıb. Onu işə bərpa etmək lazımdır. O da Araza demişdir ki, tanışı Fuad ilə danışıb razılıq versə həll edərlər. Lakin Araz onu Fuadla görüşdürməsini istəmişdir. O da Maliyyə Nazirliyinin qarşısında onları görüşdürmüşdür. Vasifin işi ilə bağlı Fuad demişdir ki, yaxınlarda tədbirləri olacaq, danışıb xəbər edəcəkdir. Təxminən bir həftə sonra Araza demişdir ki, Fuad işə razılıq verib və Vasifin işə bərpa olunması 10.000 manata başa gələcəkdir. Həmin pulun 5.000 manatı işin əvvəlində, 5.000 manatı isə işin sonunda veriləcəkdir. Araz demişdir ki, Vasifin işini gətirən adamlar var, onlara da pul vermək lazımdır. Ona görə də işin həlli üçün 20.000 manat alacağını bildirmişdir. 2020-ci ilin dekabr ayının 22 və ya 23-ü Arazla “20 Yanvar” ərazisində yerləşən “Bravo” marketdə görüşmüşlər. Araz 10.000 manat pul gətirmiş, 5.000 manat pulu Fuad üçün, 1.000 manatı isə özü üçün ayırmışlar. Lakin o, Fuada pul vermək niyyətində olmamış, ona görə də ümumi qazancı 6.000 manat olmuşdur. Qalan pulun necə bölüşdürüldüyünü bilməmişdir. O, Araza demişdir ki, Vasifin işi 01 aya kimi həll olacaq. 01 ayın tamamına yaxın Araza demişdir ki, Vasifgildən vaxt al, iş uzanır. Vasifin töhmətləri çoxdur, həm də demişdir ki, Vasifin işini düzəldən adam Bakıda yoxdur, ezamiyyətdədir. Vasif işin gecikdiyini görüb Araz vasitəsi ilə onunla görüşmək istəmişdir. Onlar 2021-ci ilin fevral ayında görüşmüş və Vasif demişdir ki, bu iş gecikir, nə qədər pul lazımdırsa verir, işi tez həll etsin. O, Vasifə demişdir ki, gözlə, Fuadla danışıb xəbər edəcək. Sonra kənara çəkilib guya ki, Fuadla telefonla danışır kimi özünü göstərib Vasifə sonra yaxınlaşmış və qalan 10.000 manatı da gətirməyi demiş və 20 günə işin hazır olacağını söyləmişdir. Vasif Arazla gedib 10.000 manat pulu gətirmişlər. Həmin pulu da eyni qaydada bölmüş, 5.000 manat Fuad adı ilə özünə və 1.500 manat da payına düşən pulu götürmüşdür. Qalan pulu, yəni 3.500 manatı isə Araz götürmüş və demişdir ki, işi gətirən adama da pul verəcək. Beləliklə 20.000 manat puldan ona 12.500 manat pul çatmışdır. Vasifin işi gecikdiyinə görə Fuad ilə görüşmək istəmişdir. 2021-ci ilin mart ayının əvvələrində o, Araz, Vasif və Fuad birlikdə “Spartak” stadionun qarşısında görüşmüşlər. Fuad Vasifə demişdir ki, bir balaca səbr eləsin, işi düzələcək. Amma orada pul söhbət olmamışdır. Onlar oradan ayrıldıqdan sonra Vasif ona demişdir ki, “müəllimə yığ və denən ki, əlavə pul verir, işi tez həll etsin”. O, Fuada zəng edib demişdir ki, Vasifin işi ən tezi nə vaxta alınar, Fuad da demişdir ki, “özün bilmirsən, niyə yığmısan”. Fuad telefonu söndürdükdən sonra o, telefonla danışırmış kimi özünü göstərib Vasifə demişdir ki, əlavə 10.000 manat da pul verilməlidir. Vasif razılıq vermiş və Araz Vasifin atası ilə pul barədə danışmış, əlavə 10.000 manat da verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, “Meyvəli” bazarında Sədi adlı şəxsdən gedib 10.000 manatı götürsün. Daha sonra Arazla Vasif 10.000 gətirib ona vermişlər. O, Araza həmin puldan 500 manat vermişdir. Qalan pulu, yəni 9.500 manat pulu isə Fuadın adı ilə özünə götürmüşdür. Ümumilikdə Vasifin işinə görə 30.000 manat pul alınmışdır. Həmin puldan ona 22.000 manat çatmışdır. Bundan başqa, Vasif ona demişdir ki, atasının Tərtər Rayon Məhkəməsində işi gedir. Belə ki, Vasif işdən çıxarıldıqdan sonra atası internetdə polislər barəsində nəsə paylaşmış və buna görə atasını məhkəməyə vermişlər. Vasif işin onların xeyrinə həll olunmasına köməklik edilməsini xahiş etmişdir. O da demişdir ki, Fuadla danışıb deyəcək. İlkin olaraq 2020-ci ilin mart ayının əvvələrində Vasif bu işə görə onun “Albalı” kartına 2.000 manat pul göndərmiş, pulun qalanını da görüşəndə vercəyini demişdir. O, 2021-ci ilin mart ayının 28də pulu almaq üçün Vasif ilə görüşməli idı və həmin vaxtı Arazla birlikdə olmuşdur. Vasif ona atasının göndərdiyi 3.500 manat pulu vermişdir. Ümumilikdə 5.500 manat pul alsa da, Elmanın işi barədə heç kimə heç nə deməmiş və puldan 1.000 manatı Araza vermiş, qalan pulu isə özünə götürmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Şahid5 2020-ci ilin 01 dekabr tarixində Laçın rayonunun azad olunduğu gün tanımışdır. Belə ki, Laçın rayonunun azad edilməsi ilə bağlı Bərdə rayonunda keçirilən tədbirdə tanışı Nazir Hətəmovla birlikdə iştirak etmiş, tədbirdən sonra Nazir onu və tanımadığı bir neçə nəfəri öz evinə qonaq çağırmış, bu zaman Bərdə rayonunda tədbirdə tanış olduğu Elmir ilə Vasif də gəlmişdir. Vasif ona demişdir ki, o, əvvəl Bərdə Rayon Polis Şöbəsində yol-patrul xidməti inspektoru işləmiş, lakin rüşvətə görə işdən çıxarılmış və onun yaxşı əlaqələrinin olduğunu eşidib ondan işə bərpa edilməsinə köməklik göstərməsini xahiş etmişdir. O isə həm jurnalist, həm də müğənni kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs3 adlı tanışının olduğunu bildirib ona zəng vurmuş və Vasifin işi barədə məlumat vermişdir. Araz da ona demişdir ki, Bakıya gəlib söhbət edərlər. Araza ona görə müraciət etmişdir ki, sonuncu Araz həmişə Prezident Administrasiyasında işləyən şəxslərlə tanışının olduğunu demişdir. Eyni zamanda bu tədbirdən sonra Nazirlə Bakıda görüşəndə sonuncu ona demişdir ki, Vasifin işi ilə bağlı bir adam var, onunla görüşüb söhbət edəcək, lakin bu şəxsə qonaqlıq vermək üçün pul lazımdır. O da Vasifə zəng edib Nazirini dediklərini söyləmiş və pulu Nazirin kartına atmağı tapşırmışdır. Nazir öz kartını Vasifə göndərmiş, Vasif də həmin karta 1.000 manat pul vurmuşdur. Həmin pul ilə onlar hərbçilərə qurbanlıq qoyunlar kəsdirmiş, yəni pul xeyriyyə işlərinə getmişdir. Bundan təxminən 10 gün sonra Nazirə demişdir ki, Araz ilə Vasif Bakı şəhərində bir yerdədilər. Nazirlə görüşüb onun “BMW X6” markalı avtomobili ilə “20 Yanvar” dairəsinə gəlmişlər. O, qabaq oturacaqda, Araz və Vasif isə arxa oturacaqda əyləşmişlər. Araz demişdir ki, Vasifin işi həll olunur, lakin 20.000 manat pul vermək lazımdır. Həmin pulun 10.000 manatını indi, qalan 10.000 manatını isə işə çıxma barədə əmr olduqdan sonra veriləcəkdir. Həmin söhbəti o və Nazir də eşitmişdir. Araz bildirmişdir ki, X2 adlı adam var, o, işi həll edəcək. O, Araza demişdir ki, bu adamların pulu var, qoy iş həll olsun sonda pulu götür. Vasif demişdir ki, evdə danışıb xəbər edəcək. Sonra Nazir onu hərbi hospitala gətirmişdir. Vasif ilə Araz ona xəbər vermədən öz aralarında danışmağa başlamış və Vasif ona pul vermişdir. Daha sonra xəbər tutmuşdur ki, Araz Mehralı adlı şəxsi işə qoşub, Mehralının vasitəsi ilə Vasifi işə düzəltmək istəyib. Araz demişdir ki, Mehralı Fuad adlı şəxslə kirvədi, onun vasitəsilə Vasifin işi həll olacaqdır. Onun xəbəri olmadan Araz Mehralı ilə birlikdə Vasifdən hissə-hissə pul almış, lakin işi həll etməmişlər. Belə ki, onların görüşündən 5-6 ay sonra Vasifin atası Elman ona zəng vurub bildirmişdir ki, Araz onlardan 20.000 manat pul alıb və işi həll etməyib. O, Arazla əlaqə saxlayıb Vasifin işi ilə maraqlanmış, lakin Araz hər dəfə bu həftə işin həll oluncağını söyləmişdir. Hətta, bir gn Araz ona demişdir ki, Vasifin işi həll olub, ona görə də ona “şirinlik” kimi 2.000 manat pul verir. O da buna inanıb pulu götürmüşdür. Lakin sonradan xəbər tutmuşdur ki, iş öz həllini tapmamışdır. Ona görə də Prezident Administrasiyasında işləyən dostu Elxan adlı şəxsə yığmış və ondan soruşmuşdur ki, orada Şahid1 adlı şəxs varmı. Lakin, Elxan belə bir şəxsin orada işləmədiyi demişdir. O, bu barədə dərhal Vasifə, onun atası Elmana və Araza məlumat vermişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Şahid5 2014-2020-ci illərdə Bərdə Rayon Polis X15 Polisi bölməsində inspektor vəzifəsində işləmişdir. Pandemiya qaydalarını pozduğuna görə 18 aprel 2020-ci ildə daxili işlər orqanlarında xidmətdən azad olunmuşdur. Vasifin işə bərpa olunması üçün məhkəməyə müraciət etmiş, lakin oğlu Vasif bildirmişdir ki, məhkəmə prosesi uzun çəkəcək. Vasif ona 10 günə işini həll edə biləcək şəxslər tapdığını demişdir. Vasif həmin şəxslərin “Rembo” ləqəbli Mehman və Nazir adlı şəxslərin olduğunu demiş, X3 diasporada işlədiyini qeyd etmişdir. O, Vasifə məhkəməyə müraciət etdiklərini, məhkəmədə iş həll olunduqdan sonra işləmədiyi aylara görə də kompensasiya ala biləcəklərini demişdir. Lakin Vasif yenə məhkəmənin uzun çəkəcəyini, 02 il gözləmək istəmədiyini demişdir. O da Vasiflə razılaşmışdır. 2020-ci ilin dekabr ayında Nazir ilə Mehman oğlu Vasifə zəng edərək bildirmişlər ki, onun işini düzəltmək üçün müəyyən şəxslərlə görüşə gedirlər, ona görə qonaqlıq üçün 1.000 manat pul lazımdır. O da bu zaman özü Mehmanla danışmış, sonuncu da demişdir ki, “Vasifin işi düzəlir, şirinliyi hazırla”. O, Nazirin adına olan bank kartına 1.000 manat pul göndərmişdir. Bundan 5-6 gün sonra Mehman Vasifə demişdir ki, Araz adlı şəxs zəng edəcək, o onun zənginə cavab versin. Araz oğlu Vasifə zəng etmiş, ondan işdən necə xaric olunmağı barədə soruşmuşdur. Aradan iki gün keçdikdən sonra Araz oğlu Vasifə zəng edib təcili Bakı şəhərinə gəlməli olduğunu demişdir. Bundan sonra Vasif Bakıya gedib Nazir, Mehman və Araz adlı şəxslə görüşmüşdür. Vasifin işini Araz düzəldməli idi. Vasif onlarla görüşəndən sonra ona zəng vurub bildirmişdir ki, işə bərpa olunması üçün 20.000 manat pul lazımdır. Həmin pulun 10.000 manatını işin əvvəlində, qalan 10.000 manatını isə işə çıxanda verəcəkdir. O, Vasifə demişdir ki, özü Arazla görüşüb bu barədə dəqiq danışacaq. O, Vasif və həyat yoldaşı X6 ilə birlikdə 2020-ci ilin dekabr ayın 23-də Sumqayıt yolunda, Saray postunun yaxınlığındakı “Araz” marketin qarşısında Arazla görüşmüşlər. Araz ona Vasifin işini 20.000 manata düzəldəcəyinə söz verib bildirmişdir ki, Vasifin işə bərpa olunması üçün Prezident Administrasiyasında işləyən Fuad adlı vəzifəli şəxsə müraciət edəcəkdir. Hətta, söhbət əsnasında Araz bildirmişdir ki, “100.000-150.000 pul ver, sənə Bərdə rayonunda 50-100 100 hektar torpaq alım verim”. Araz iş adamı olduğuna onu inandırmışdır. O da 10.000 manat pulu elə orada Araza vermişdir. Araz 07 yanvar 2021-ci ildə Vasifin işə başlayacağını, həmin günü də qalan 10.000 manat pulu verməli olduqlarını demişdir. Onlar yanvar ayının 05-dək gözləmiş və həmin günü Vasif Bakı şəhərinə gəlmişdir. Araz Vasifə demişdir ki, onu Daxili İşlər Nazirliyində rəhbərliyin qəbuluna salacaqlar və 10.000 manatı da vermək lazımdır. Vasif Bakı şəhərinə gələndən sonra Arazla görüşərkən Arazın yanında Təqsirləndirilən şəxs2 da olmuşdur. Araz Vasifə demişdir ki, Mehralı Vasifin işini düzəldən Prezident Administrasiyasında işləyən Fuadın kirvəsidir. Vasif ona zəng edib bildirmişdir ki, Fuad sabah Nazirin yanına gedəcək, yerdə qalan 10.000 manat da verilməlidir. Daha sonra o, özü Arazla danışmış və Araz demişdir ki, “pul təcili çatmalıdır, müəllimə verilməlidir, bu gün pul verilməsə iş alınmayacaqdır”. O, dərhal tanışı Sədiyə zəng vurmuş və oğlu Vasifin Araz adlı şəxslə gələcəyini, onlara 10.000 manat pul verməyini, Bakı şəhərinə gələndə pulunu qaytaracağını demişdir. 2021-ci ilin fevral ayının əvvəllərində X16 işlədiyi “Meyvəli” bazarına getmiş və orada Sədi Araza 10.000 manat pul vermişdir. Bir neçə gün sonra sonra Araz və Mehralı yenə Vasifi görüşə çağırmış və əlavə də 10.000 manat pul vermək lazım olduğunu demişlər. Səbəb kimi isə işin düzəlmədiyini, pula yaxın duran olmadığını göstərmişlər. Vasif bu barədə ona bildirdikdən sonra o, yenidən Sədidən 10.000 manat pul götürməyi tapşırmışdır. Araz Sədi ilə zəngləşib danışmış və “Meyvəli” bazarına tək gedərək 10.000 manat pulu götürmüşdür. Lakin Vasifin işi yenə də həll olunmamışdır. Bu ərəfələrdə onun adından internet saytlarında Bərdə polisləri barədə məqalə dərc edilmişdir. Həmin məqalədə o, guya Bərdə polisini oğlunu işdən çıxardıqları üçün rüşvətxorluqda ittiham edir. Ona görə də Bərdə rayon polis şöbəsinin Post-patrul xidmətinin komandiri və yol polis bölməsinin rəisi ona qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında Tərtər Rayon Məhkəməsinə şikayət vermişlər. Bu işdən də Araz və Mehralı xəbər tutmuşdur. Vasif Mehralı ilə telefonla danışdıqdan sonra o da onunla danışmış və Mehralı demişdir ki, əgər məhkəmədə ona cəza verilərsə Vasifin işi düzəlməyəcək. O da bundan ehtiyat edib məhkəmədə olan işlə bağlı ona köməklik etməsini xahiş etmişdir. Daha sonra Mehralı zəng etmiş və məhkəmə işinin həlli üçün 5.500 manat pul lazım olduğunu demişdir. O, Mehralının dediyi “Albalı” kartına 2.000 manat pul yollamışdır. Bu söhbət 2021-ci ilin mart ayında olmuşdur. Qalan 3.500 manat pulu isə mart ayının 28-də bacanağı Şahid2 ilə birlikdə Vasif Bakıya gələndə “20 Yanvar” dairəsin yaxınlığındakı “Bravo” marketinin qarşısında Araz və Mehralıya vermişdir. Lakin məhkəmə ona islah işləri cəzasını təyin etmişdir. O bu qərardan şikayət vermiş, daha sonra amnistiyaya düşmüşdür. Lakin o, bununla razılaşmamış, çünki o, cinayət törətməmişdir. O, Araz və Mehralıdan Vasifin işinin niyə uzandığını soruşanda, onlar hər dəfə bəhanə gətirmişlər. Vasifi dəfələrlə Daxili İşlər Nazirliyinin qabağına gətirmişlər ki, guya onu nazir qəbul edəcək. Hətta Mehralı ona Vasifin işə düzəlməsi barədə polis vəsiqəsi göndərmiş və bildirmişdir ki, bu sənəd məxfidir, sənəddən ancaq nazirin və Fuad müəllimin xəbəri var. O, sənədi yeznəsinə göndərmiş və o sənədə baxıb demişdir ki, bu fotomontajdır, sənəd saxtadır. Bundan sonra o, bilmişdir ki, aldadılmışdır. O, Araz və Mehralıdan pulunu tələb etməyə başlamış, hətta onlarla görüşmüşdür. Hadisə nəticəsində ona ümumilikdə 35.500 manat maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslərdən şikayətçi deyil. Məhkəmə istintaqında Şahid5 ifadəsində bildirdi ki, o, 2014-2020-ci illərdə Bərdə Rayon Polis X15 Polisi bölməsində inspektor vəzifəsində işləmiş, pandemiya qaydalarını pozduğuna görə 18 aprel 2020-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən azad olunmuşdur. 2020-ci ilin noyabr ayın sonlarında Bərdə rayonu Mehdili kəndində yerləşən kafedə olan zaman kənd sakini X9 ona yaxınlaşıb orqandan xaric olduğunu eşitdiyini, ancaq onu yenidən öz işinə qaytaracağını, bunu edə biləcək tanışlarının olduğunu, həmin şəxslərin bir sözünə onu əvvəlki işinə qaytaracaqlarını bildirmişdir. 01 dekabr 2020-ci il tarixdə Elmir ona zəng edib ona köməklik edəcək adamların burda olduğunu, Laçının azad olunmasını qeyd etdiklərini deyib onu “Sultan” şadlıq sarayın qarşısına çağırmışdır. O da ora getmiş və orada Elmir ilk dəfə gördüyü Şahid4 ilə tanış olmuş, Nazir Rusiya Federasiyasında diasporada işlədiyini, onun işini düzəldəcəyini deyib onu “Rembo” ləqəbli Mehman adlı şəxslə tanış etmişdir. Onlar bir az söhbət etmişlər, Nazir işinin nə yerdə olduğunu, harasa müraciət edib-etmədiyini soruşmuşdur. O da demişdir ki, daxili işlər orqanlarında xidmətə bərpa olunmaq üçün məhkəməyə müraciət etmək istəyir və buna görə də sənədlərini Gəncə şəhərində vəkilə vermişdir. Nazir həmin sənədlərin surətini istədiyindən o, gedib sənədləri götürmüş və Nazirin Tərtər rayonu, Qaradağlı kəndində olan evində qonaqlıq zamanı ona vermişdir. Nazir bir daha onu işinə bərpa etdirəcəyini, lakin bəzi məsələlər barədə əlavə danışacaqlarını bildirmişdir. Daha sonra Mehman ona zəng edib onun işi ilə bağlı Prezident Administrasiyasında işləyən bir şəxslə görüşüb qonaqlıq verəcəyi üçün Nazirin kartına 1.000 manat pulun göndərilməsini istəmişdir. O da 1.000 manat pulu Nazirin kartına göndərmişdir. 05-06 gün sonra Mehman ona zəng edib “müəllimin” ona zəng edəcəyini, telefona cavab verməsini demişdir. Bir neçə dəqiqədən sonra ona zəng gəlmiş və danışan adının Araz müəllim olduğunu demişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs3dur. Araz ondan işdən necə xaric olunmağı barədə soruşmuş, o da bu barədə danışmışdır. Aradan iki gün keçdikdən sonra ona Araz zəng edib təcili Bakı şəhərinə gəlməli olduğunu demişdir. O, həmin günü Bakı şəhərinə gəlmiş və onu “Şamaxinka” deyilə yerdə qarşılamışlar. Nazir “BMW X6” markalı avtomobil ilə gəlmiş, qabaq oturacaqda Mehman, arxa oturacaqda isə ilk dəfə orada gördüyü Təqsirləndirilən şəxs3 və o, əyləşmişlər. Araz ona Baş X21 İdarəsinin Bərdə rayon ərazisinə yaxın xidmət edən 13-cü tağıma işə götürmək üçün öncədən 10.000 manat pul lazım olduğunu demişdir. O da onun üzərində pulun olmadığını, ancaq sabah verə biləcəyini demişdir. Araz da razılaşmış və ertəsi günü, dekabr ayınının 23-də Sumqayıt yolunda, Saray postunun yaxınlığındakı “Araz” marketin qarşısında görüşmək barədə razılaşmışlar. Həmin günü də o, atası Zərərçəkmiş şəxs və anası X6 ilə birlikdə Arazla görüşmüşlər. Araz atasına onun işini 20.000 manata düzəldəcəyinə söz vermiş, atası da 10.000 manat pulu onun yanında Araza vermişdir. Araz demişdir ki, 07 yanvar 2021-ci il tarixdə o işə başlayacaq, həmin günü də qalan 10.000 manatı alacaq. Onlar yanvar ayının 05-dək gözləmişlər. Sonra Bakıya gəlib Arazla görüşəndə sonuncu demişdir ki, onu Daxili İşlər Nazirliyində rəhbərliyin qəbuluna salacaqlar və 10.000 manatı da vermək lazımdır. O, Bakı şəhərinə gələndən sonra Araza zəng etmiş və “20 Yanvar” dairəsində abidənin qarşısında görüşmüşlər. Araz onu yanında adı sonradan ona məlum olan X4 ilə tanış edib Mehralının onun işini düzəldən Prezident Administrasiyasında işləyən Şahid1 kirvəsi olduğunu demişdir. Araz ona ayın 07-də səhər tezdən əlaqə saxlamağını, birlikdə Daxili İşlər Nazirliyinə gedəcəklərini demişdir. Onlar, yəni Mehralı və Arazla 07 yanvar 2021-ci il tarixdə “20 Yanvar” dairəsində yerləşən “Cənub” kafesində görüşmüş, lakin ona işin gecikdiyini, gözləməyi bildirmişlər. 2021-ci ilin fevral ayının əvvələrində Mehralı onun işinin 26 fevralda olan anım günündə lazımi adamlara deyiləcəyini, ona görə də işin həllinə görə danışılan 10.000 manatı da vermək lazım olduğunu demişdir. O bu barədə atası Elmana demiş və atası da “Meyvəli” bazarında olan Sədi adlı şəxsə zəng vurub pulu gedib götürməli olduğunu demişdir. O da Arazla birlikdə taksi ilə “Meyvəli” bazarına gedib Sədi ilə görüşmüş və orada 10.000 manatı Araza vermişdir. Bundan sonra isə pulu gətirib Mehralıya vermişlər. Həmin vaxtı Araz və Mehralı kiminləsə danışıb ona işin ayın sonuna qaldığını demişlər. 2021-ci ilin mart ayının əvvələrində Araz və Mehralı yenə onu görüşə çağırmış, onlar Fuad adlı şəxslə “Spartak” stadionunun yanında görüşmüşlər. Orada Fuad ona işin həll olunacağını demiş, başqa söhbət etməmişlər. Daha sonra Araz və Mehralı onun idarə etdiyi avtomobilə əyləşmiş və “20 Yanvar” dairəsi yaxınlığına gəlmişlər. Orada Mehralı ona əlavə də 10.000 manat pul vermək lazım olduğunu, səbəb olaraq da onun intizam tənbehi olan töhməti olduğunu demişdir. O, bu barədə atası Elmana zəng etmiş və əlavə 10.000 manat pul istədiklərini demişdir. Atası da əsəbləşmiş, lakin təxminən 2 saat sonra onlara gedib Sədidən 10.000 manat götürmələrini demişdir. O, həmin vaxtı Mehralı ilə başqa bir işin dalınca getmiş, Araz da taksi ilə “Meyvəli” bazarına gedərək Sədidən 10.000 manat pulu götürüb gətirib Mehralıya vermişdir. Eyni zamanda, həmin ərəfələrdə atasının adından internet saytlarında Bərdə polisləri barədə məqalə dərc edilmişdir. Ona görə də Bərdə Rayon Polis Şöbəsinin Post-patrul xidmətinin komandiri və Yol polisi bölməsinin rəisi atasını məhkəməyə vermişdir. İşə Tərtər Rayon Məhkəməsində baxmışlar. Araz bu söhbətdən xəbər tutmuş və o, Mehralının adamı Fuad müəllimin bu məsələni həll edə biləcəyini demişdir. Atası Mehralı ilə telefonla danışarkən Mehralı demişdir ki, əgər cəza verilsə, onun işi düzəlməyəcək. Atası da bundan ehtiyat edib Tərtər Rayon Məhkəməsində işi danışmasını və ona bəraət verilməsini demişdir. Mehralı “müəllimlə” danışıb məlumat verəcəyini söyləmişdir. Daha sonra Mehralı zəng edib məhkəmədə işin həlli üçün 5.500 manat pul verilməli olduğunu bildirmişdir. O da bunu atasına dedikdən sonra Mehralının dediyi karta 2.000 manat pul göndərmişlər. Qalan 3.500 manat pulu isə mart ayın 28-də xalasının yoldaşı Şahid2 ilə birlikdə Bakıda “20 Yanvar” dairəsinin yaxınlığındakı “Bravo” hipermarketin qarşısında Araz və Mehralıya vermişdir. Lakin Tərtər Rayon Məhkəməsində atasına islah işləri cəzası verilmiş, onun da işi düzəlməmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirdi ki, o, hərbi xidmətdən qayıtdıqdan sonra uzun müddət işləməmiş, 2017-ci il tarixdə Prezident Admistrasiyasına işə düzəlmək üçün müraciət edib sənədlərini versə də, işə düzələ bilməmişdir. Təqsirləndirilən şəxs2 2015-ci ildən Sumqayıt şəhərində yerləşən “Mehdi Hüseynzadə” adına stadionunda yerləşən idman zalından tanımışdır. Mehralıın nə işlə məşğul olduğunu bilməmiş, onun şəhid oğlu, idmanla məşğul olan bir şəxs kimi tanımışdır. Təxminən 2021-ci ilin əvvəllərində görüşlərin birində Mehralı ona Bərdə Rayon Polis Şöbəsində yol patrul xidmətində işləmiş bir nəfər şəxsin olduğunu, onu vəzifədən çıxardıqlarını demişdir. Mehralı onun vəzifəyə bərpa edilməsinə köməklik olunmasını xahiş etmişdir. Daha sonra metronun “İçərişəhər” stansiyasının yaxınlığındakı parkda Mehralı Vasif və Araz adlı şəxslə onunla görüşə gəlmişdir. Vasif ona öz məsələsini danışmışdır. Bundan təxminən bir müddət sonra Mehralı ona zəng edib harada olduğunu soruşmuş, o da “Spartak” stadionunun yanında olduğunu demişdir. Bir neçə dəqiqədən sonra Mehralı ora yenə Vasif və Arazla gəlmiş, Vasif işindən nə xəbər olduğunu soruşmuşdur. O da Vasifə hələ bir xəbər olmadığını demişdir. Bundan başqa, Vasifin özü ona bir dəfə zəng edib demişdir ki, “qurban olum, mən pis vəziyyətdəyəm, görün mənim işimi nə edirsiniz”. O da ona nə köməklik etməli olduğunu soruşmuşdur. Hətta, ona bir dəfə Vasifin atası Elman zəng edib Vasifin işinin düzəldiyini və onun kursa getdiyini demişdir. O da bunlardan xəbərinin olmadığını söyləmiş, sonra Vasifə zəng edib ona iradını bildirmiş və daha sonra Vasiflə əlaqə saxlamamışdır. Sonradan Mehralı və Arazın Vasifi işə düzəltmək üçün pulunun aldıqları məlum olmuşdur. O, Mehralıya zəng edib məsələni öyrənmiş, sonuncu da pulun müəyyən hissəsini özünün aldığını, qalanını da Arazın götürdüyünü demişdir. O, Arazla da danışıb ona öz iradlarını bildirmişdir. Araz da pulun 3.000 manatını bir nəfərin götürdüyünü, qalanını da başqalarına verdiyini demişdir. Qeyd edir ki, o zərər çəkmiş şəxsin pulunun ələ keçirilməsində iştirak etməmiş, Mehralı və Araza onun adından istifadə etmişlər. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, Şahid5 onun baldızının oğludur. Vasif 2014-2020-ci illərdə Bərdə Rayon Polis X15 Polisi Bölməsində işləmiş, sonra işində yaranan problemlərə görə xidmətdən azad olunmuşdur. Vasif işinə bərpa olunması ilə bağlı dəfələrlə Bakı şəhərinə gəlmiş. hər dəfə gələndə Xırdalan şəhərində ona məxsus olan evdə qalmışdır. Vasif öz işinə bərpa olunması üçün Araz adlı şəxslə görüşüb ona pul verməli idi. Vasif ilk əvvəl işə bərpa olunmaq üçün Araz adlı şəxslə 20.000 manata razılaşdıqlarını desə də, sonradan həmin məbləğin Arazgil tərəfindən deyilən müxtəlif bəhanələr səbəbindən, yəni Vasifin töhmət intizam tənbehinin olması və sair səbəblərlə yüksək olduğunu eşitmişdir. 2021-ci ilin mart ayında Vasif Bakı şəhərinə gəlmiş, Arazla görüşüb işə düzəlmək üçün əlavə pul verəcəyini bildirmişdir. O da idarə etdiyi “Mercedes- Benz” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Vasiflə birlikdə “20 Yanvar” dairəsin yaxınlığındakı “Bravo” hipermarketin qarşısına gəlmişdir. Onlar Araz və Mehralı adlı şəxslə görüşmüş və Vasifin işi ilə bağlı danışmışlar. Araz və Mehralı da Vasifin işinin düzəlməsinə az vaxt qaldığını, qısa müddətdə işinə çıxacağını bildirmişdir. Orada Vasif həmin şəxslərə pul vermişdir. Onlardan aralaşdıqdan sonra o, Vasifə Araz və Mehralının iş düzəldən adama oxşamadığını bildirmişdir və sonradan eşitmişdir ki, bu işlə bağlı Vasifin atasının 30.000 manat pulunu ələ keçirib onu polisə bərpa etməyiblər. Məhkəmə istintaqında Şahid3 Ərəstun oğlu ifadəsində bildirdi ki, o, Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən “Meyvəli” bazarında işləyir və işi ilə əlaqədar Zərərçəkmiş şəxs və onun oğlu Vasifi tanımışdır. 2021-ci ilin fevral ayın əvvələrində Elman ona zəng edib oğlu Vasifin Araz adlı şəxslə yanına gələcəyini demiş və onun Araza 10.000 manat pul verməsini xahiş etmişdir. O da razılıq vermiş və saat 12 radələrində Vasif Arazla bazara gəlmiş, o da Araza 10.000 manat pulu vermişdir. Həmin hadisədən təxminən bir ay sonra Elman yenə ona zəng edib Arazın yanına gələcəyini, ona Vasifin işinə görə yenə 10.000 manat pul vermək lazım olduğunu demişdir. Araz onun nömrəsinə zəng edib bazara gəlmiş və o, 10.000 manat pulu ona vermişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində bildirdi ki, o, Şahid5 2020-ci ilin 01 dekabr tarixdə Laçın rayonunun azad olunduğu günü tanımışdır. Belə ki, Laçın rayonunun azad edilməsi ilə bağlı Bərdə rayonunda keçirilən tədbirdə bir laçınlı olaraq iştirak etmişdir. Həmin vaxtdan bir neçə gün əvvəl Bərdə rayonunun Mehdili kəndindən tanıdığı Elmir adlı şəxs ona bir nəfər Vasif adlı şəxsin olduğunu, onun əvvəl Bərdə Rayon Polis Şöbəsinin yol polis inspektoru işləyidiyini, lakin rüşvətə görə polisdən çıxarıldığını, indi də işinə bərpa olunmaq istədiyini demişdir. O da gələndə söhbət edəcəklərini demişdir. Laçın rayonunun azad olunması ilə bağlı Bərdə rayonunda olduğunu bilən Elmir bundan istifadə edib adı sonradan ona məlum olan Şahid5 olduğu yerə çağırmışdır. Həmin vaxtı onun yanında “Rembo” ləqəbli Təqsirləndirilən şəxs1 da olmuşdur. Vasiflə tanış olan zaman sonuncu 5 manat rüşvətə görə işdən çıxarıldığını, hazırda da işinə bərpa olunmaq istədiyini demişdir. O isə bu işin onluq olmadığını, tanıdığı elə bir adamın da olmadığını demişdir. Mehman özü isə tanışları vasitəsilə bu işi həll edəcəyini deyərək kiməsə zəng vurub danışmışdır. Sonra Mehmanın onun mügənni kimi tanıdığı Təqsirləndirilən şəxs3 ilə danışdığı məlum olmuşdur. Həmin axşam da o Tərtər rayonu Yuxarı Qaradağlı kəndində yerləşən evlərində qonaqlıq vermişdir. Orada iştirak edən adamlardan biri də Şahid5 olmuşdur. Həmin görüşdən qısa müddət sonra Mehmanla Bakı şəhərində görüşmüş və Mehman zəng edib Vasiflə danışıb hal-əhval tutmuşdur. Sonra Mehman ona bank kartının şəklini Vasifə göndərməyini istəmiş, da "xxxx" ASC-yə aid olan kartının şəklini Vasifə göndərmişdir. Vasif də onun kartına 1.000 manat pul göndərmiş, o da həmin pulu nağdlaşdırıb Mehmana vermişdir. Bundan təxminən 10 gün sonra Mehman zəng edib onu “20 Yanvar” dairəsinə çağırıb Arazın burda olduğunu, Vasifin də gəlib çatacağını, onun da gəlməyini demişdir. O da ora idarə etdiyi “BMW X6” markalı avtomobil ilə həmin yerə gedib Mehman və Arazla görüşmüş, sonra ora Şahid5 gəlmişdir. Onlar Vasifi “Şamaxinka” adlanan yerdə qarşılamış, Mehman qabaq oturacaqda, Araz və Vasif arxa oturacaqda əyləşmişlər. Lakin sonra onlar avtomobildən düşüb maşının arxa tərəfində söhbət etmişlər. Onun da onu görüşə çağırıb sonra kənarda söhbət etməkləri xoşuna gəlməmişdir. Həmin görüşdən bir müddət sonra Bərdə rayonunda Şahid5 ona, Mehmana, Elmirə və sair tanışlarına qonaqlıq vermişdir. Bu görüşdən 6-7 ay keçmiş Vasif ona zəng edib Arazgilin onun pulunu aldıqlarını, işə düzəltmədiklərini demişdir. O, Araza bir dəfə Rusiyada olan probleminə görə köməklik etmiş, buna görə də Araz ona 3.000 manat pul vermiş, lakin sonradan onu geri istəmişdir. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 04 iyul 2022-ci il tarixli, 022/8-6756-1222 saylı məktubunda qeyd olunur ki, xx.xx.1988-ci il təvəllüdlü Şahid5 Bərdə Rayon Polis X15 polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində çalışmış və xx.xx.2020-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur (İ cild, i.v.51); • Tərtər Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 03 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (İV cild, i.v.22-29); • “Baxış keçirilməsi haqqında” 25 noyabr 2022-ci il tarixli protokola əsasən "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli, 157000/2-5428 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zaman AZE18651204 (3), Şahid4 SHİRASLAN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 1, Təqsirləndirilən şəxs3 2, Təqsirləndirilən şəxs3 3, Təqsirləndirilən şəxs3 4, ARAZ MƏHƏRRƏM OĞLU 5 və Təqsirləndirilən şəxs3 6 adlı fayıllar göründü. Şahid4 SHİRASLAN faylına baxış keçirilərkən müəyyən edilir ki, Şahid4 Shiraslan oğluna məxsus 416974******7254 nömrəli karta 23 dekabr 2020-ci il tarixdə “e-manat” ödəmə vasitəsi ilə 500 və 2.500 manat, cəmi 3.000 manat pul köçürülmüşdür. Təqsirləndirilən şəxs3 2 faylına baxış keçirilərkən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 məxsus 416974******9156 nömrəli karta 16 mart 2021-ci il tarixdə “e-manat” ödəmə vasitəsi ilə 2.000 manat pul göndərilmişdir. Həmin pul 17 mart 2021-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospekti, 20 Yanvar (VELOTREK) BRAVO HİPERMARKETDƏ yerləşən bankomat vasitəsi ilə 980 və 1.000 manat olmaqla nağdlaşdırılmıdşır (İV cild, i.v.60-61); • “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 16 yanvar 2023-cü il tarixli qərara əsasən iş üzrə "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 15474 saylı məktubla daxil olmuş 01 ədəd CD disk və "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 14167/22 saylı məktubla daxil olmuş 01 ədəd CD disk, habelə "xxxx" ASC-dən xx.xx.2022-ci il tarixli, 157000/2- 5428 saylı məktubla daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İV cild, i.v.94-120); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 328/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 avqust 2022-ci il tarixdən hesablanmışdır (İİ cild, i.v.41-44); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)- 500/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur (İV cild, i.v.45-51); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 384/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (İİ cild, i.v.227-230); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)- 480/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur (İV cild, i.v.38-44); • “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən X7 həmin günü tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild, i.v.138); • “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 19 sentyabr 2022-ci il tarixli qərara əsasən X7 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.175-177); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və digər qətimkan tədbiri seçilməmişdir (İİ cild); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün X7 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 və 30 avqust 2022-ci il tarixli arayışlara əsasən X7, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (İ cild, i.v.225, İİ cild, i.v.01-02); • Mülki iddia ərizəsinə əsasən Zərərçəkmiş şəxs ona vurduğu maddi ziyana görə Təqsirləndirilən şəxs1 1.000 manat, Təqsirləndirilən şəxs3 10.000 manat və Təqsirləndirilən şəxs2 5.500 manat, cavabdehlərin hər üçündən müştərək qaydada 5.000 manat əldə çıxmış fayda, mənəvi zərərə görə 3.000 manat, mülki iddia irəli sürülməsi üçün ödənilmiş 165 manat, 220 manat hüquqi xidmətə görə ödənilmiş vəsait olmaqla, ümumilikdə 24.885 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş edir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq hesab edilir (34-cü bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona ittiham olunmuş əməldə özünü təqsirli bilməsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz dəlillərlə ona qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar onun özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Məhkəmədə aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bərdə Rayon Polis X15 polisi bölməsinin yol patrul xidməti inspektoru vəzifəsində xidmət etməklə yol verdiyi nöqsanlara görə 18 aprel 2020-ci il tarixdə daxili işlər orqanlarından xaric olunmuş Şahid5 həmin vəzifəyə bərpa olunmasını təmin edəcəklərini adı ilə sonuncunun atası Zərərçəkmiş şəxs ümumilikdə 30.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə alıb ələ keçirməklə öz aralarında bölmüş, bu vəsaitdən Təqsirləndirilən şəxs3 6.000 manat, Təqsirləndirilən şəxs2 22.000 manat və Təqsirləndirilən şəxs1 2.000 manat pul çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Tərtər Rayon Məhkəməsində Zərərçəkmiş şəxs barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında baxılan işdə ona bəraət alınmasını təmin edəcəklərini yalandan vəd verib sonuncunun cəmi 5.500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə təkrarən dələduzluq yolu ilə alıb öz aralarında bölərək Təqsirləndirilən şəxs3 1.000 manat, Təqsirləndirilən şəxs2 isə 4.500 manat pulu ələ keçirmişlər. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onların cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda bu şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs1 isə onun təqsirli bilindiyi həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, hökm çıxarılan anadək Təqsirləndirilən şəxs2 ümumilikdə 01 il 07 ay 17 gün müddətində, Təqsirləndirilən şəxs3 isə 01 il 11 ay 20 gün həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri isə bu müddətin onun azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmasını şərtləndirir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 03 il müəyyən olunduğundan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunan cəzalar onların faktiki həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlə əhatə edildiyi üçün bu şəxslərin cəzaları çəkilmiş hesab olunmalıdır. Buna görə də Təqsirləndirilən şəxs3 barəsində seçilmiş qətimkan tədbiri də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə müvafiq olaraq ləğv edilməldir. Təqsirləndirilən şəxs1 münasibətdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu ümumi 21 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, onun barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər birinə 150 saat üçün nəzərdə tutulan 900 manat pul ödənilməlidir. Eyni zamanda, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xeyrinə 24.500 manat maddi və mənəvi ziyanın, 220 manat hüquqi xidmətin və dövlət rüsumu kimi ödədiyi 165,40 manatın müştərək qaydada təqsirləndirilən şəxslərdən (mülki cavabdehlər) tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərər tam ödənildiyindən, o, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir tələb və şikayətinin olmadığını bildirərək ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənildiyindən və zərər çəkmiş şəxs iddia ərizəsinin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki iddia baxılmamış saxlanılmalı, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinin tələblərinə görə ödənilmiş 165 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 hökm çıxarılan anadək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun nəzərə alınsın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 hökm çıxarılan anadək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun nəzərə alınsın və o, cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu ümumi 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Daşkəsən rayonu, Qabaqtəpə kəndini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Daşkəsən rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Daşkəsən rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs verdiyi mülki iddia baxılmamış saxlanılsın, dövlət rüsumu kimi ödənilmiş 165 (yüz altmış beş) manat məbləğində pul ona geri qaytarılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər birinə 150 saat üçün nəzərdə tutulan 900 (doqquz yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar