Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-6/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs10 Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs12 Zərərçəkmiş şəxs13 Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs15 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs16 Zərərçəkmiş şəxs17 Zərər çəkmiş şəxsin Şərifova Könül Şahid qızının anası nümayəndəsi: Nümayəndə Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 (mülki iddiaçılar) Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 Müdafiəçilər: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1 Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Elbruz oğlunun Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 (mülki cavabdehlər) Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1985-ci il tarixdə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, ali təhsilli, işləməyən, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 55-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 tanışı Zərərçəkmiş şəxs18 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə layihə üzrə 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vəd verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs18 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində yerləşən 6 saylı “Asan Xidmət Mərkəzi”nin qarşısında 3.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 maddi ziyan vuraraq dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 tanışı: • Zərərçəkmiş şəxs18 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs18 yaxın qohumları üçün bu layihə üzrə 01 və 02 otaqlı mənzillərin alınması üçün adlarının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldadıb vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin avqust ayının sonlarından dekabr ayının sonlarına kimi olan müddət ərzində 6 saylı “Asan Xidmət Mərkəzi”nin qarşısında 18.000 manat pulunu, ünvan 1 ünvanda yerləşən “Old Castle” kafesində isə 2.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ümumilikdə xeyli miqdar təşkil edən 20.000 manat; • Zərərçəkmiş şəxs2 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 02 ədəd 01 otaqlı və 01 ədəd 02 otaqlı mənzillərin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs2 21 sentyabr 2021-ci il tarixdə 6 saylı “Asan Xidmət Mərkəzi”ndə 5.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 5.000 manat; • Zərərçəkmiş şəxs3 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs3 2021-ci ilin oktyabr ayının sonlarında 6 saylı “Asan Xidmət Mərkəzi”ndə 4.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 4.000 manat; • Şərifova Könül Şahid qızına onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla K.Şərifovanın 16 oktyabr 2021-ci il tarixdə 6 saylı “Asan Xidmət Mərkəzi”ndə 3.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Könül Şərifovaya 3.000 manat; • Zərərçəkmiş şəxs4 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs4 2021-ci ilin oktyabr ayının ortalarında 6 saylı “Asan Xidmət Mərkəzi”ndə 2.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 2.000 manat; • Zərərçəkmiş şəxs5 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs5 2021-ci ilin oktyabr ayında ünvan 2 ünvanda yerləşən Respublika Diaqnostika Mərkəzində 4.900 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 4.900 manat; • Zərərçəkmiş şəxs6 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs6 2021-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanda 8.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 8.000 manat; • Zərərçəkmiş şəxs7 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 02 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 11 noyabr 2021-ci il tarixdə tanışı Şahid7 vasitəsilə göndərdiyi 10.000 manat və 21 noyabr 2021-ci il tarixdə də sonuncu vasitəsilə göndərdiyi 10.000 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən “modul tipli” xəstəxananın qarşısında alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə xeyli miqdarda təşkil edən 20.000 manat; • Zərərçəkmiş şəxs8 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Təqsirləndirilən şəxs2 15 dekabr 2021-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə göndərdiyi 1.500 manat pulu, 20 dekabr 2021-ci il tarixdə 7.000 manat pulu, 25 dekabr 2021-ci il tarixdə 6.500 manat pulu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə xeyli miqdarda təşkil edən 15.000 manat; • Zərərçəkmiş şəxs9 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs9 23 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 9.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 9.000 manat; • Zərərçəkmiş şəxs10 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 01 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs10 23 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 3.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədəəməl etməyib ələ keçirdikləri pulu aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 3.000 manat; • Zərərçəkmiş şəxs11 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs11 23 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 6.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 6.000 manat; • Zərərçəkmiş şəxs12 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs12 23 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 9.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 9.000 manat; • Zərərçəkmiş şəxs13 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 01 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs13 23 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 3.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 3 .000 manat; • Zərərçəkmiş şəxs14 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs14 24 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 6.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 6.000 manat; • Zərərçəkmiş şəxs15 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs15 28 fevral 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Old Castle” kafesində 10.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 10.000 manat; • Zərərçəkmiş şəxs1 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 01 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs1 04 mart 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Bakıxanov Mall” Ticarət Mərkəzinin qarşısında 4.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 4.000 manat; • Zərərçəkmiş şəxs16 onu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcək şəxs kimi təqdim edib etibarından sui-istifadə etməklə bu layihə üzrə 01 ədəd 03 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla Zərərçəkmiş şəxs16 04 mart 2022-ci il tarixdə “Bakıxanov Mall” Ticarət Mərkəzinin qarşısında 10.000 manat pulunu alıb ələ keçirərək öz aralarında bölüşdürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 10.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 eyni niyyətlə tanışı Zərərçəkmiş şəxs17 "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə ayrı-ayrı şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərə biləcəyi ilə bağlı əlaqələrinin olmasına inandıraraq etibarından sui-istifadə etməklə bu layihə üzrə 02 ədəd 02 otaqlı mənzilin alınması üçün adının onlayn müsabiqə zamanı siyahıya daxil olunacağına dair yalan vədlər verərək aldatmış, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs17 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Piano” restoranın qarşısında 2.500 manat, 15 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs17 onun dediyi bank kartına ünvan 5 ünvanda yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 1.000 manat və 15 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs17 onun dediyi bank kartına həmin ünvanda yerləşən “Rahat” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə göndərdiyi 1.500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 5.000 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2013-cü ildən Sabirabad rayonunda yerləşən «Asan xidmət» mərkəzində baş məsləhətçi olaraq işləmiş, 2020-ci ilin avqust ayının 06-dan isə Xətai rayonunda yerləşən 6 saylı «Asan xidmət» mərkəzində işləməyə başlamışdır. Orada mətbəxi işlədən Təqsirləndirilən şəxs2 tanımış, hər gün orada nahar etdiyi üçün aralarında ünsiyyət yaranmışdır. 2021-ci ildə "xxxx" tərəfindən inşa edilən “sosial evlər” layihəsi çərçivəsində onlayn müsabiqəsi keçirilən ərəfədə Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb soruşmuşdur ki, həmin evlərin püşk atmasında adların siyahıya salınması üçün hər hansı kənar təsir edə biləcək tanışı varmı? O da Arzuya elə bir tanışının olmadığını bildirəndə Arzu demişdir ki, əvvəlcə həmin işi görən bir tanışı olmuş, lakin bu adam işləri gecikdirdiyi üçün yeni adam axtarır və ondan xahiş edir ki, buna əli çata biləcək kiminsə olmasını araşdırsın. Bundan bir-iki gün sonra o, soraqlaşma edərək belə bir məsələni edə bilən şəxslərin olduğunu öyrənmiş və bu barədə Arzuya məlumat verərək 01 otaqlı mənzil üçün ***-**** manat, 02 otaqlı mənzil üçün 2.000-3.000 manat, 03 otaqlı mənzil üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Arzu da müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqəsinin surətlərini və digər sənədləri ona “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. İş üzrə olan zərər çəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs18 pul almış, digərləri ona pul verməmiş, əksəriyyətini də tanımır və xatırlamır. Əgər hansısa zərər çəkmiş şəxslə ünsiyyəti olubsa, o da Arzunun istəyi baş tutub və o, bu şəxslərə sadəcə olaraq tikilən sosial evlər barədə məlumat verib, onlara hansısa qiymət deməyib. Zərərçəkmiş şəxs17la bir tanışının vasitəsilə əlaqə saxlamış, sonuncu da 02 otaqlı mənzil almaq istədiyini söyləmişdir. O da Zərərçəkmiş şəxs17 2.500 manat pulun müqabilində buna köməklik edə biləcəyini demişdir. Təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Nofəllə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Piano” adlı restoranın qarşısında görüşüb 2.500 manat pulu ondan almış, təxminən 10 gün sonra Nofəllə danışıb əlavə 02 otaqlı mənzilin istəyib-istəmədiyini soruşmuş, sonuncu da buna razılaşdıqdan sonra ona bank kartının nömrəsi atmış, Nofəl də həmin karta ilk öncə 1.000 manat, 2022-ci ilin mart ayında isə 1.500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs2 onunla tanış etdiyi Zərərçəkmiş şəxs2 02 ədəd 01 otaqlı və 01 ədəd 02 otaqlı mənzil almaq üçün ümumilikdə 5.000 manat pul almış, lakin Arzunun tanışı olan Zərərçəkmiş şəxs18 23.000 manat deyil, cəmi 7.000 manat pul götürmüşdür. Arzunun digər şəxslərdən nə qədər pul almasından məlumatı olmamış, sadəcə olaraq Arzu ona qeyd etdiyi məbləğləri vermişdir. Buna görə də Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərdən aldığı bütün pulların ona verilməsi həqiqət deyil. Belə ki, Arzu özü imkansızlıqdan yeməkxanada işləmiş, bu məsələlər olandan sonra isə onun oğlu baqşa bir restoranda ofisiant işləməsinə baxmayaraq şəhərin mərkəzində - ünvan 4 ünvanda yerləşən obyekti icarəyə götürüb ora 70-80 min manat təmirə pul xərcləyib “Old Castle” adlı kafe işlətmiş, habelə Arzu özünə maşın almış və tez-tez bahalı istirahətlərə getmişdir. Arzu əksər zərər çəkmiş şəxslərlə də məhz həmin kafedə görüşüb pulları oradan almış və onların heç birinə işi görən şəxs kimi onun adını verməmiş, sadəcə olaraq bu şəxslər sonradan ondan şikayət edəndə Arzu yalandan demişdir ki, guya bütün pulları ona verib və beləliklə məsuliyyətdən yayınmaq istəyir. Zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs16 və Aslanov Nöfəl ondan şikayətçi deyil. Vətən müharibəsi iştirakçısıdır, ölkə rəhbərliyi tərəfindən medallarla təltif edilib. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2021-ci ilin avqust ayından oktyabr ayına kimi 6 saylı «Asan xidmət» mərkəzinin yeməkxanasında işləmişdir. Mərkəz Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsində “Heydər Əliyev” parkının yaxınlığında yerləşir. Həmin vaxt orada çalışan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Söhbət zamanı Xəqani Mənzil İnşaat Dövlət Agentliyində tanışlarının olduğunu və 01 otaqlı mənzili 500-1.000 manat, 02 otaqlı mənzili 2.000-3.000 manat, 03 otaqlı mənzili 5.000-6.000 manat müqabilində sistemə adları əlavə etdirə və mənzil almaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra o, oğlu Nadir üçün Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC tərəfindən tikilən mənzillərdən 03 otaqlı mənzil almaq üçün 2021-ci ilin sentyabr ayının əvvəlində Xəqaniyə Mərkəzin mətbəxində 5.000 manat pul vermişdir. Daha sonra 2021-ci ilin sentyabr sonunda qızı üçün 03 otaqlı mənzil almaq üçün Xəqaniyə təkrar 5.000 manat pul vermişdir. Daha sonra 2021-ci ilin oktyabr ayının ortalarında 01 otaqlı ev almaq üçün Xəqaniyə mərkəzdə 3.000 manat pul vermişdir. Söhbət zamanı Xəqani ev almaq istəyən digər şəxslər barədə də məlumat verməyini xahiş etmişdir. Bundan sonra yaxın rəfiqəsi Zərərçəkmiş şəxs18 məlumat verdikdən sonra Sevinc Xəqani ilə görüşüb söhbət etmiş və 2021-ci ilin avqust ayının sonlarından noyabr ayının əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Sevinc Xəqaniyə ümumilikdə 23.000 manat pul vermişdir. Həmin pulları 6 saylı “Asan Xidmət” mərkəzində onun iştirakı ilə şəxsən Sevinc Xəqaniyə vermişdir. Sevinc ilə Xəqani arasında olan razılaşmaya əsasən Xəqani onun üçün 02 otaqlı mənzil, qohumlarına isə bir neçə ədəd 02 və 01 otaqlı mənzillər almağa köməklik edəcəkdir. Daha sonra oğlu Nadirin dostu Zərərçəkmiş şəxs2 özü üçün "xxxx" MMC-dən 03 otaqlı ev almaq məqsədilə Xəqani ilə 2021-ci ilin sentyabr ayında mərkəzdə görüşmüşlər. Həmin vaxt Kamal onun iştirakı ilə Xəqaniyə 01 ədəd 02 otaqlı və 01 ədəd 01 otaqlı mənzil alınması üçün 5.000 manat pul vermişdir. Hətta sonradan Kamal “Asan imza” hazırlayıb ona vermiş və o, həmin imzanı Xəqaniyə vermişdir. Daha sonra 2021-ci ilin oktyabr ayında tanışı Zərərçəkmiş şəxs3 Xəqani ilə tanış etmiş, həmin vaxt Xəqani ilə Fariz mənzil alınması ilə bağlı danışıq aparmış və orada Xəqani Farizə mənzil almaq istədiyi halda pulu ona da verə biləcəyini və onun həmin pulu çatdıracağını demişdir. Bundan bir neçə gün sonra Farizlə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ukrayna” dairəsi adlı yerdə görüşmüş və Fariz ona Xəqaniyə çatdırmaq üçün 4.000 manat pul vermişdir. O, pulu qəbul edib sonradan onun hamısını Mərkəzdə Xəqaniyə vermişdir. Lakin, 2022-ci ilin mart ayında mənzillər paylanan zaman Farizə mənzil verilmədiyi üçün onunla əlaqə saxlamış və o da bu barədə Xəqaniyə məlumat vermişdir. Daha sonra 2021-ci ilin oktyabr ayında qızı Nərminin rəfiqəsi, həmçinin əmisi oğlunun keçmiş həyat yoldaşı Şərifova Könül Şahid qızı mənzil alınması ilə bağlı ona müraciət etdikdə, o, işlədiyi yerdə Xəqani adlı şəxsin olduğunu və həmin şəxsin pul ilə "xxxx" MMC tərəfindən tikilən evlərdə növbəyə düşmək üçün adını siyahıya saldıra biləcəyini demişdir. Könül razılaşdıqdan sonra onu Xəqani ilə görüşdürmüş və Xəqani onun Könülə dediklərini təsdiq edib 02 otaqlı mənzil üçün 3.000 manat pul verməli olduğunu demiş, hətta həmin pulu ona verə biləcəyini, onun həmin pulu Xəqaniyə çatdıracağını demişdir. Bundan sonra Könül ona 3.000 manat pul vermiş, o da həmin pulu Xəqaniyə vermiş, hətta Könülün ona verdiyi şəxsiyyət vəsiqəsinin surətini və fotoşəkillərini də ona çatdırmışdır. X27 də aldadıb pulunu ələ keçirmiş və mənzillər paylanılan zaman Könülün adı siyahıda çıxmamışdır. Bundan başqa, qızının işlədiyi Respublika Diaqnostika Mərkəzində əməliyyat olan zaman orada Aidə və Fəridə adlı şəxslərlə tanış olmuşdur. Həmin vaxt o, söhbət əsnasında «Asan xidmət»də işlədiyini və orada işləyən şəxs vasitəsi ilə Bakı şəhəri, Yasamal rayon ərazisində "xxxx" tərəfindən inşa edilən “sosial evlər”dən mənzil alacağını onlara bildirmişdir. Həmin şəxslər də onlara mənzil almaqlarına köməklik göstərməyini ondan xahiş etmişlər. Lakin Aidə 3.000 manatı olmadığını, 2.000 manat pul verə biləcəyi barədə ona bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs1 məlumat verərək sonuncunu Aidə və anası ilə «Asan xidmət» mərkəzində görüşdürmüşdür. Həmin vaxt onlar 02 otaqlı mənzili 2.000 manata almalarına dair sövdələşmiş, lakin Aidənin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün o dəyişilməli olmuş və vəsiqə dəyişildikdən sonra pul vəsaiti vəsiqə ilə birlikdə Xəqaniyə verilməli idi. Təxminən 2-3 gündən sonra Aidə yeni şəxsiyyət vəsiqəsini alaraq anası ilə birlikdə vəsiqənin surətini və 2.000 manat pul vəsaitini ona «Asan xidmət» nərkəzində vermiş və o da həmin vəsaiti Təqsirləndirilən şəxs1 vermişdir. Həmin günü Fəridə də ona zəng edərək 03 otaqlı mənzil alması üçün köməklik göstərməsini xahiş etmiş və o da Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu da 6.000 manat müqabilində köməklik göstərə biləcəyini bildirmişdir. O, bu barədə Fəridəyə məlumat vermiş və sonuncu hazırda 4.900 manat pul vəsaitinin olduğunu, qalan 1.100 manatı qısa zamanda verəcəyini bildirmiş, bu səbəbdən də o, həmin vəsaiti qızına verməsini bildirmişdir. Qalan vəsaiti isə Fəridə ona təxminən 7-8 gündən sonra işlədiyi Mərkəzdə vermişdir. O, Fəridədən aldığı pul vəsaitlərini tam olaraq Xəqaniyə sonuncunun işlədiyi 6 saylı «Asan xidmət» mərkəzində vermişdir. X28 və Aidəni də aldadıb pullarını ələ keçirmiş və mənzillər paylanılan zaman onların adları siyahıda çıxmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs6 Şahid7 adlı tanışı vasitəsilə "xxxx" tərəfindən inşa edilən “sosial evlər”lə bağlı görüşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs6la görüşən zaman sonuncuya Xəqaninin ona bildirdiyi kimi "xxxx" tərəfindən inşa edilən “sosial evlər”də mənzil alınması ilə bağlı siyahıya adının salınması ilə bağlı kömək edə biləcəyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs6 03 otaqlı mənzil almaq istədiyini demiş və o, bu barədə Xəqaniyə zəng vurub məlumat vermişdir. Xəqani də bildirmişdir ki, 03 otaqlı mənzil üçün 8.000 manat pul ödəməlidir. O da bu barədə Zərərçəkmiş şəxs6 dedikdə, sonuncu onunla razılaşmışdır. Bundan sonra Xəqani ona zəng vurub təcili pulun alınmasını dedikdə, o, bu barədə Zərərçəkmiş şəxs6 məlumat vermiş və sonuncu onun yaşadığı ünvan 3 ünvana gəlib 8.000 manat pulu ona vermiş və o da növbəti gün həmin pulu Xəqaniyə çatdırmışdır. Xəqani söz vermişdir ki, mənzillər paylanılan zaman Rafiqin də adı siyahıda olacaq. Lakin mənzillər paylanılan zaman Rafiqin adı siyahıda çıxmamış və Xəqani Rafiqdən aldığı pulu ələ keçirmişdir. Bundan başqa, mənzil ilə bağlı bacısı oğlu Tərlana da demişdir. Tərlan da bu barədə öz dostu Şahid2 məlumat vermişdir. 2021-ci ilin oktyabr ayında Şahid2 ondan xahiş etmişdir ki, ona Yasamal rayonu ərazisində yerləşən "xxxx" tərəfindən inşa edilən “sosial evlər”dən mənzil almaqda köməklik göstərsin. O da bununla bağlı Xəqani ilə danışmışdır. Xəqani bildirmişdir ki, heç bir problem yoxdur. O da bu barədə Şahid2 məlumat vermişdir. Səhv etmirsə Xəqani ona 15.000 manat müqabilində Arzuman üçün mənzil alınmasında köməklik göstərə biləcəyini demiş, o da bunu Arzumana bildirmişdir. Sonradan Şahid2 2021-ci ilin dekabr ayında xatırlamadığı günlərdə 15.000 manat pulu 6 saylı «Asan xidmət» mərkəzində ona vermiş, o da həmin pulu Xəqaniyə vermişdir. Həmçinin Şahid2 pulların Xəqaniyə verilməsindən məlumatlı olmuş, çünki Arzumana mənzilin alınmasında Xəqaninin kömək göstərəcəyini demişdir. Bundan başqa, 2021-ci ilin noyabr ayının 5-10 ərəfələrində tanışı Cavad 02 ədəd 03 otaqlı mənzil istəmişdir. Həmin mənzili tanışı Ofelya adlı qadın üçün istədiyini demişdir. O, Xəqani ilə danışdıqdan sonra Xəqani evlərin sayının azaldığını və 03 otaqlı mənzil üçün 10.000 manat pul vermək lazım olduğunu demişdir. O, bu barədə Cavada məlumat verdikdən sonra Cavad pulu bir qədər aşağı endirməyi xahiş etmişdir. O, Xəqani ilə danışdıqdan sonra 9.500 manata razılaşmışlar. 02 mənzil üçün hər biri üçün 9.500 manat olmaqla ümumilikdə Cavad 19.000 manat pulu ona ünvan 4 ünvanda yerləşən, oğlunun işlətdiyi “Old Castle” restoranında vermişdir. Sonradan isə mənzillər alınmamış, həmin qadının adı siyahıda çıxmamışdır. Bundan başqa, eyni qayda ilə tanışları və ya tanışları vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs14 02 otaqlı mənzil üçün 6.000 manat, Zərərçəkmiş şəxs9 03 otaqlı mənzil üçün 9.000 manat, Zərərçəkmiş şəxs10 01 otaqlı mənzil üçün 3.000 manat, Zərərçəkmiş şəxs11 02 otaqlı mənzil üçün 6.000 manat, Zərərçəkmiş şəxs12 03 otaqlı mənzil üçün 9.000 manat, Zərərçəkmiş şəxs13 01 otaqlı mənzil üçün 3.000 manat pulları alıb hamısını Təqsirləndirilən şəxs1 vermiş, sonradan isə Xəqani mənzillərin alınmadığını, həmin şəxslərin adlarının siyahıda çıxmadığını demişdir. Bundan başqa, qohumu Zərərçəkmiş şəxs15 03 otaqlı mənzil üçün 10.000 manat, sonuncunun tanışları Zərərçəkmiş şəxs1 01 otaqlı mənzil üçün 4.000 manat, Zərərçəkmiş şəxs16 03 otaqlı mənzil üçün 10.000 manat pulları alıb onların da hamısını Xəqaniyə vermiş, lakin Xəqani bu məsələni də həll etməmişdir. Xəqaniyə verilmiş pullardan onun hər hansı bir gəliri olmamış, sadəcə Xəqani ona söz vermişdir ki, müştəri gətirəcəyi təqdirdə ona 01 otaqlı mənzil hədiyyə edəcək. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayında rəfiqəsi Təqsirləndirilən şəxs2 6 saylı «Asan xidmət» mərkəzində işləyən iş yoldaşı Xəqani adlı şəxsin Yasamal rayonunda yerləşən "xxxx" MMC tərəfindən təqdim olunan “sosial evlər” layihəsindən mənzil almaq üçün müəyyən vəsaitin qarşılığında insanlara köməklik göstərdiyini demişdir. Daha öncələrdən də belə bir məsələ barədə eşitdiyi üçün onun həqiqət ola biləcəyinə ehtimal edib Xəqani ilə görüşüb ətraflı məlumat almaq istəmişdir. Xəqani ilə görüşdükdən sonra sonuncu ona demişdir ki, belə bir üstünlüyün əldə olunmasına kömək etmək imkanı var və 01 otaqlı üçün 500 manat, 02 otaqlı üçün 3.000 manat, 03 otaqlı ev üçün isə 5.000 manat lazımdır. O, həm Arzunun onun uzun müddətli rəfiqəsi olmasından yaranan, həm Xəqaninin işlədiyi yerə olan inam, həm də cəmiyyətdə eşitdiyi danışıqların təsirindən deyilənlərə inanmışdır. 2021-ci il avqust ayının sonunda 6 saylı «Asan xidmət» mərkəzində Xəqani ilə görüşüb 02 otaqlı evə görə ona 3.000 manat pulu vermişdir. Xəqani ona dekabr ayında mənzil ala biləcəyini bildirmişdir. O, Xəqaniyə inandığı üçün sentyabr-oktyabr aylarında tanışlarına da mənzil verilməsi üçün ümumilikdə 23.000 manat pul vermişdir. Belə ki, o, qohumları və ya ailə üzvləri olan aşağıda göstərilən şəxslərin adlarındanda özü pul vermiş, evlər alınandan sonra həmin şəxslər ona pulu qaytaracaqdılar. Lakin evlər alınmadığı üçün onun pulları aldadılaraq ələ keçirilmişdir. 2021-ci ilin avqust ayının sonlarından sentyabr ayının sonlarınadək qızı X15 02 otaqlı mənzil alınması üçün 3.000 manat, qızı X10 02 otaqlı mənzil alınması üçün 3.000 manat, baldızı Təqsirləndirilən şəxs2 Əziz qızına 02 otaqlı mənzil alınması üçün 3.000 manat, qaynı X19 02 otaqlı mənzil alınması üçün 3.000 manat, yoldaşı X20 02 otaqlı ev alınması üçün 3.000 manat, xalasının nəvəsi X16 02 otaqlı mənzil alınması üçün 3.000 manat pulu Təqsirləndirilən şəxs1 işlədiyi 6 saylı «Asan xidmət» mərkəzində yerləşən kafedə Təqsirləndirilən şəxs2 iştirakı ilə vermişdir. 2021-ci ilin dekabr ayının sonunda qardaşı X7 01 otaqlı mənzil alınması üçün 500 manat, dayısı oğlu X11 01 otaqlı mənzil alınması üçün 500 manat, qonşusu X1 01 otaqlı mənzil alınması üçün 500 manat, bacısı Əliyeva Hicran İslam qızına 01 otaqlı ev alınması üçün 500 manat pulu, yəni ümumilikdə 2.000 manat pulu Təqsirləndirilən şəxs2 obyekti olan «Old Castle» restoranında təklikdə Xəqaniyə şəxsən vermişdir. 2021-ci ilin dekabr ayında mənzil ona təhvil verilmədiyi üçün Xəqani ilə əlaqə saxladıqda, sonuncu hal-hazırda binanın açılışı olunduğunu, 2022-ci ilin aprel ayında mənzillərin təhvil veriləcəyini bildirmişdir. Aprel ayında mənzillərin ona təhvil verilmədiyi üçün Xəqani ilə əlaqə saxladıqda telefonlarına cavab verməmiş, ondan qaçıb gizlənmişdir. O, bundan sonra Xəqani tərəfindən aldadıldığını başa düşmüşdür. Buna görə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Yuxarıda adlarını göstərdiyi qohumlarının pullarını o, sonradan hər birinə qaytarmış və nəticə etibarı ilə ziyan ona dəymişdir. Ümumilikdə isə ona dəyən ziyan 23.000 manat təşkil edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X12 onun dostudur. Nadir söhbət zamanı anası Təqsirləndirilən şəxs2 6 saylı «Asan xidmət» mərkəzində iş yoldaşı olduğunu, pul müqabilində Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MMC tərəfindən tikilən “sosial evlər”dən mənzillərin birinə sahib ola biləcəyini demişdir. O, bundan sonra Xəqani ilə həmin mərkəzdə görüşmüşdür. Söhbət zamanı Xəqani 01 otaqlı mənzili 1.000 manat, 02 otaqlı mənzili isə 3.000 manata onun üçün düzəldə biləcəyini demişdir. O, 03 otaqlı mənzil istəsə də, Xəqani bu mənzillərin qurtardığını bildirmişdir. 21 sentyabr 2021-ci il tarixdə, saat 12 radələrində Xəqani ilə Bakı şəhəri, Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında yerləşən 6 saylı «Asan xidmət» mərkəzində görüşmüşdür. Sanitar qovşaqda Xəqaniyə 02 ədəd 01 otaqlı və 01 ədəd 02 otaqlı mənzil almaq üçün ümumilikdə 5.000 manat vermişdir. Lakin Xəqani pulu kiməsə verməsi barədə heç nə deməmişdir. O, həmin vaxt şəxsiyyət vəsiqəsinin surətini də Xəqaniyə vermişdir. Xəqani mənzillərin 2021-ci ilin dekabr ayında veriləcəyini demişdir. Həmçinin Xəqaninin deməsi ilə o, “Asan imza” hazırlayıb Arzuya təqdim etmişdir. Deyilən tarixə az qalmış Xəqani mənzillərin 30 mart 2022-ci il tarixdə onlayn yolla paylanılacağını, 08 aprel 2022-ci il tarixdə mənzillər paylandıqdan sonra onun da evləri seçib alacağını bildirmişdir. Lakin qeyd olunan tarix yaxınlaşdıqda Xəqaninin mobil telefonlarına zəng çatmadıqda, Xəqaninin onu aldatdığını və pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Verilmiş mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2021-ci ilin oktyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 ilə söhbət zamanı sonuncu az təminatlı ailələrə «Asan xidmət» Mərkəzi tərəfindən aylıq 200-300 manat ödəmək şərti ilə Mənzil İnşaat Dövlət Agentliyindən mənzil almaq mümkün olduğunu demiş, o da ona ev almaq istəyini bildirdikdən sonra Arzu 6 saylı «Asan xidmət» mərkəzində Xəqani adlı işləyən şəxsin köməklik edə biləcəyini demişdir. Bundan sonra Arzu Xəqani ilə onu tanış etmiş, onlar həmin mərkəzdə görüşmüşlər. Danışıq zamanı Xəqani Yasamal rayonu ərazisində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən tikilən binalardan 02 otaqlı mənzil üçün 4.000 manat pul istəmişdir. O, Xəqani ilə razılaşmış, hətta Xəqani razılaşdığı halda pulu Arzuya verməyi bildirmişdir. 2021-ci ilin oktyabr ayının 20-25 aralığında Arzu ilə 6 saylı «Asan xidmət» mərkəzində görüşüb 4.000 manat pulu ona vermişdir. Pulu verən zaman o, tək olmuş, Arzu pulun Xəqaniyə çatacağını bildirmişdir. Xəqani ilə söhbət zamanı sonuncu mənzilin 2022-ci ilin yanvar ayında veriləcəyini demişdir. Lakin həmin vaxt ev verilmədikdə o, Arzu ilə əlaqə saxlamış və vəziyyəti soruşmuşdur. Arzu mənzillərin 2022-ci ilin mart ayında veriləcəyini demişdir. Lakin 2022-ci ilin mart ayında mənzillər paylansa da, ona mənzil verilmədikdə o, Arzu ilə görüşmüşdür. Arzu Xəqaninin pulları ələ keçirdiyini və onunla birgə xeyli şəxsi aldatdığını demişdir. O, pulunun qayıtmadığını görüb aidiyyəti qurumlara müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Şərifova Könül Şahid qızının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 qızı Könülün keçmiş ərinin əmisi qızıdır. X13 ilə rəfiqədirlər. Onlar söhbət edən zaman Nərmin anasının «Asan xidmət» mərkəzində işlədiyini, "xxxx" MMC-dən mənzil alınmasında köməklik etdiyini demişdir. Könül evi olmadığı üçün 02 otaqlı mənzil almaq qərarına gəlmişdir. Nərmin ona mənzil almaq üçün sistemə adını salmaq məqsədi ilə 3.000 manat pul verməli olduğunu demişdir. Könül də razılaşmış və 2021-ci ilin oktyabr ayının 16-da Arzu ilə 6 saylı «Asan xidmət» mərkəzində görüşmüşlər. Söhbət zamanı Arzu mənzil almaq üçün 3.000 manat pul verməli olduğunu, həmin pulun "xxxx" MMC-də olan şəxsə veriləcəyini, şəxsiyyət vəsiqəsi və “Asan imza”nın lazım olacağını demişdir. Arzu pul veriləcək şəxslə Könülü tanış etməmişdir. Həmin vaxtı Könül Arzuya 3.000 manat pul vermişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MMC tərəfindən tikilən mənzillər 2022-ci ilin mart ayının əvvəlində elektron formada satışa çıxarılmışdır. Lakin Könülə mənzil verilməmişdir. Bundan sonra Könül Arzu ilə əlaqə saxlayıb evini nə vaxt götürəcəyini soruşanda, Arzu guya Xəqani adlı şəxsin pulları ələ keçirdiyini demişdir. Daha sonra Könül hüquq mühafizə orqanlarına müraciət etmişdir. Könülə dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, 2017-ci ilin dekabr ayından ünvan 2 ünvanda yerləşən Respublika Diaqnostika Mərkəzində qeydiyyatçı vəzifəsində çalışır. 2021-ci ilin oktyabr ayının 15-20 tarixləri arası orada xəzinədar işləyən Şahid1 əməliyyat olunan anası Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Arzu «Asan xidmət» mərkəzində işlədiyini və orada işləyən Xəqani adlı tanışı vasitəsilə övladlarına Bakı şəhəri, Yasamal rayon ərazisində "xxxx" tərəfindən inşa edilən “sosial evlər”də mənzil aldığını və onların da mənzil almaqlarına köməklik göstərə biləcəyini bildirmişdir. Onun və iş yoldaşı Zərərçəkmiş şəxs5 ev problemləri olduğundan, onlara da belə mənzil almaqlarına köməklik göstərməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 ona 2.000 manat müqabilində 02 otaqlı, Zərərçəkmiş şəxs5 isə 6.000 manat müqabilində 03 otaqlı mənzil almaqlarına köməklik göstərə biləcəyini bildirmişdir. Səhəri günü o, anası ilə birlikdə Təqsirləndirilən şəxs2 işlədiyi 06 saylı «Asan xidmət» mərkəzinə getmiş və sonuncu Xəqani adlı şəxs ilə onları tanış etmişdir. Həmin şəxsdə onlara narahat olmamaqlarını, qısa müddət ərzində sosial mənzillərdən veriləcəyini bildirmişdir. O da həmin günü 2.000 manat pulu orada təklikdə Arzuya vermişdir. Deyilən müddət bitdikdən sonra o, Təqsirləndirilən şəxs2 zəng edərək məsələ ilə bağlı maraqlanmış, sonuncu da fevral ayında ona mənzil ayrılacağını, daha sonra bunun aprel ayında baş verəcəyini demişdir. O, mart ayının sonlarında sosial şəbəkələrdə sosial mənzillərin paylanılması barədə məlumat əldə etmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs2 zəng edərək mənzillərin paylanılması barədə bildirmiş, sonuncu isə narahat olmamağı və qısa zamanda ona mənzilin ayrılacağını demişdir. Bundan sonra o, həmin şəxsin onu aldatdığını başa düşmüş və zəng edərək pulunu qaytarmasını xahiş etmiş, lakin Arzu ondan aldığı pul vəsaitini Xəqani adlı şəxsə verdiyini və həmin şəxsin də onları aldadaraq pul vəsaitlərini mənimsədiyini bildirmişdir. O isə Arzuya pulu ona verdiyini və aldığı pul vəsaitinin də onun tərəfindən geri qaytarmasını tələb etmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs2 zəng etməyinə baxmayaraq, sonuncu ilk əvvəllər işləmədiyi üçün həmin vəsaiti qaytara bilmədiyini bildirmiş, lakin sonradan telefon zənglərinə cavab verməmişdir. Ona dəymiş ziyan ödənilməmiş, iş üzrə şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, 2018ci ildən Respublika Diaqnostika Mərkəzində tibb bacısı vəzifəsində işləyir. 2021-ci ilin oktyabr ayının sonları orada xəzinədar işləyən Şahid1 əməliyyat olunan anası Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Arzu «Asan xidmət» mərkəzində işlədiyini və orada işləyən Xəqani adlı tanışı vasitəsilə övladlarına Bakı şəhəri, Yasamal rayon ərazisində "xxxx" tərəfindən inşa edilən “sosial evlər”də mənzil aldığını və onların da mənzil almaqlarına köməklik göstərə biləcəyini bildirmişdir. Onun və iş yoldaşı Zərərçəkmiş şəxs4 ev problemləri olduğundan onlara da sosial mənzil almaqlarına köməklik göstərməsini ondan xahiş etmişlər. Təqsirləndirilən şəxs2 ona 6.000 manat pulun müqabilində 03 otaqlı, Aidə Əhmədovaya isə 2.000 manat pulun müqabilində 02 otaqlı mənzil düzəldə biləcəyini söyləmişdir. Səhəri günü o, Arzuya zəng edərək 4.900 manat pulunun olduğunu, qalan vəsaiti isə qısa vaxt ərzində verəcəyini bildirmişdir. Sonuncu da həmin vəsaiti qızı Şahid1 verməsini bildirmiş, o da qeyd etdiyi vəsaiti iş yerində Zərərçəkmiş şəxs4 iştirakı ilə Nərminə vermişdir. Təxminən 2021-ci ilin oktyabr ayının 27- 28-i tarixlərində Təqsirləndirilən şəxs2 əməliyyat tikişlərini sökdüyməyə gəlmiş, o da qalan 1.100 manatı ona vermişdir. Arzu 2022-ci ilin yanvar ayının ilk iş günlərində ona 03 otaqlı mənzil ayrılacağına dair vəd vermişdir. Təqsirləndirilən şəxs2 verdiyi vəd müddəti bitdikdə sonuncuya zəng edərək məsələ ilə bağlı maraqlandıqda, həmin şəxs fevral ayında ona mənzil ayrılacağını, bu müddət də bitdikdən sonra mənzilin aprel ayınının əvvəlinədək həll olunacağını bildirmişdir. O, mart ayının sonlarında sosial şəbəkələrdə sosial mənzillərin paylanılması barədə məlumat əldə etmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs2 zəng edərək mənzillərin paylanılması barədə bildirmiş, sonuncu isə narahat olmamağı və qısa zamanda ona mənzilin ayrılacağını demişdir. Bundan sonra o, həmin şəxsin onu aldatdığını başa düşmüş və zəng edərək pulunu qaytarmasını xahiş etmiş, lakin Arzu ondan aldığı pul vəsaitini Xəqani adlı şəxsə verdiyini və həmin şəxsin də onları aldadaraq pul vəsaitlərini mənimsədiyini bildirmişdir. O isə Arzuya pulu ona verdiyini və aldığı pul vəsaitinin də onun tərəfindən geri qaytarmasını tələb etmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs2 zəng etməyinə baxmayaraq, sonuncu ilk əvvəllər işləmədiyi üçün həmin vəsaiti qaytara bilmədiyini bildirmiş, lakin sonradan telefon zənglərinə cavab verməmişdir. Ona dəymiş ziyan ödənilməmiş, Arzudan şikayətçi və ona qarşı verdiyi mülki iddianın da təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, 2021-ci ilin oktyabr ayının ortalarında arvadı X2 qohumu Şahid7 tanışı Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayon ərazisində "xxxx" tərəfindən inşa edilən “sosial evlər”də mənzil almaqlarına köməklik göstərə biləcəyini bildirmiş, bu səbəbdən də o, bu şəxslə əlaqə saxlayaraq onun ünvan 3 ünvanda yerləşən evinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə 03 otaqlı mənzil üçün ilkin olaraq 8.000 manat və 25 il müddətinə ipoteka üzrə 280 manat ödəniş edəcəyinə dair sövdələşmiş və onunla birlikdə binaların inşa olunduğu əraziyə getmişlər. Təqsirləndirilən şəxs2 binanın birini göstərərək həmin binadan mənzil veriləcəyini demişdir. Bundan təxminən 3-4 gün sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək pulun tez bir zamanda verilməsini istəmiş, o da 2- 3 gün sonra 8.000 manat vəsaiti həyat yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs2 yaşadığı evdə ona vermişdir. xx.xx.2022-ci il tarixdə bu mənzillərin açılışı olduqdan sonra o, Təqsirləndirilən şəxs2 zəng etmiş, sonuncu da təxminən aprel ayının 04-08 tarixlərində onlara mənzilin ayrılacağını bildirmişdir. Arzunun verdiyi vəd müddəti bitdikdən sonra onun ona zəng etməsinə baxmayaraq, həmin şəxs telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də o, Arzunun yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs2 həyat yoldaşı İlqar ona bildirmişdir ki, bir nəfər şəxs onları aldadaraq verdiyi pulları mənimsəmiş, bu səbəbdən də onlara mənzil ayrılmamış və eyni zamanda bu məsələ ilə bağlı həyat yoldaşı tutulmuşdur. Arzu onu bu işlə bağlı Xəqani adlı və ya başqa şəxslə tanış etməmiş, kiminsə adını çəkməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Xəqanini tanımır. Pulu Arzuya verdiyi üçün ondan şikayətçidir, ona qarşı verdiyi mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən modul tipli xəstəxanada tibb bacısı işləyir. Orada 2022-ci il tarixdə “Covid 19” virusundan Cavid Məmmədov adlı şəxs müalicə almış, onun qardaşı Əfqan Məmmədovu da oradan tanımış, sonuncu da onun kirayədə qaldığını və ucuz qiymətə ev almaq istədiyini bilmişdir. 2022-ci ilin noyabr ayının əvvələrində Əfqan ona zəng edərək Şahid7 adlı dostunun olduğunu və "xxxx" MMC-də ona növbəsiz ev almaqda pul müqabilində köməklik göstərəcəyini demişdir.O və qızı Samirə 11 noyabr 2022-ci il tarixdə xəstəxananın qarşısında bu şəxslərlə görüşmüşlər. Söhbət zamanı o, Cavada 02 ədəd 03 otaqlı mənzil istədiyini demiş, Cavad da hər mənzil üçün 10.000 manat pulun tələb olunduğunu söyləmişdir. O da ilkin olaraq həmin vaxtı Əfqanın avtomobilində Cavada 10.000 manat pul vermiş, qalan vəsaiti də qısa müddət ərzində çatdıracağını söyləmişdir. Cavad da pulu alaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" MMC tərəfindən tikilən binadan ona 02 ədəd 03 otaqlı mənzil almaqda köməklik göstərəcəyini desə də, bu pulu kimə verəcəyini və evi necə alacağını vurğulamamışdır. Daha sonra 21 noyabr 2022-ci il tarixdə onlar Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Səməd Vurğun” bağında görüşərək o, Əfqanın avtomobilində Cavada qalan vəsaiti də vermişdir. Cavad mənzillərin 2022-ci ilin aprel ayında satışa çıxacağını və 04-08 aprel 2022-ci il tarixlərində evlərin ona veriləcəyini demişdir. Bundan sonra o, «Asan xidmət» mərkəzindən öz adına və qızı X8 “Asan imza” almış və şəxsiyyət vəsiqələrinin surətini həmin imzalar ilə birgə Cavada vermişdir. Bir müddət sonra Cavad ilə danışan zaman ona alacağı mənzilin hələ də göstərilmədiyini deyib şikayət etmiş, sonuncu da Arzu adlı qadının 6 saylı «Asan xidmət» mərkəzində olduğunu və ona mənzilləri göstərəcəyini demişdir. Bundan sonra o, həmin mərkəzə gedərək Arzu adlı qadınla görüşüb söhbət etmiş, Arzu mobil telefonunda ona "xxxx" MMC-yə məxsus mənzillərin yerləşdiyi veb-saytın olduğunu və evlərə həmin sayta daxil olub baxa biləcəyini demişdir. Lakin onlar Cavadın pul almasını və kimə verməsi barədə söhbət etməmişlər. 2022-ci ilin aprel ayında "xxxx" MMC tərəfindən mənzillər satıldıqdan sonra ona mənzil verilmədiyini görüb Cavaddan pulunu tələb etmiş, Cavad da pulu Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımır, pulu da Təqsirləndirilən şəxs2 verməmişdir. Onun pulunu Şahid7 götürmüş və ibtidai istintaq dövründə ondan şikayət etməməyi xahiş edərək pulunu qaytaracağını söyləsə də, bunu etməmişdir. İşin ilkin istintaqını aparan müstəntiq Ülvi Hadıyev tərəfindən Cavad tutulan zaman sonuncunun ona vurulmuş zərərin ödənilməsinin hazır olduğunu deyib alacaq vəsaitdən özünə də pul istəmiş, lakin o buna etiraz edəndə Cavad hansısa maraq naminə 1 gündən sonra buraxılaraq məsuliyyətdən kənar qalmış, onun da zərəri ödənilməmişdir. Eşitdiyinə görə də Cavad keçmiş polis işçisi olmuş və belə hərəkətlərə görə qovulmuşdur. Bu səbəbdən də Şahid7 da məsuliyyətə cəlb edilməsini istəyir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2021-ci ilin dekabr ayında qardaşı Şahid2 ilə söhbət edən zaman özünə ev almaq istədiyini bildirmişdir. 13 dekabr 2021-ci il tarixdə qardaşı ona demişdir ki, özünü «Asan xidmət» mərkəzinin direktor müavini kimi təqdim edən Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" tərəfindən inşa edilən “sosial evlər”dən üç otaqlı mənzili ona ilkin olaraq 15.000 manat pula 20 il ərzində ayda 200 manat ipoteka ödəməklə təşkil edir. O da qardaşına bildirmişdir ki, məsələni Təqsirləndirilən şəxs2 ilə dəqiqləşdirsin, əgər məsələ dəqiqdirsə, o pulu verəcək. Qardaşı da dəqiqləşdirdikdən sonra o, 15 dekabr 2021-ci il tarixdə 1.500 manat, 20 dekabr 2021-ci il tarixdə 7.000 manat və 25 dekabr 2021-ci il tarixdə 6.500 manat, ümumilikdə 15.000 manat pulu ona vermiş, sonuncu da həmin tarixlərdə bu vəsaiti Təqsirləndirilən şəxs2 onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində olan evində vermişdir. 2022-ci ilin aprel ayında qardaşının adı «MİDA” tərəfindən inşa edilən “sosial evlər”dən mənzil alınması ilə bağlı çıxmamışdır. Qardaşı Arzuman 2022-ci ilin aprel ayında onun adı çıxmadığı üçün Arzunun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, Arzu da bildirmişdir ki, may ayında məsələ həll olunacaq. Lakin, may ayında adı sistemdə çıxmamış və Arzu qardaşının telefon zənglərinə cavab verməməyə başlamışdır. Daha sonra Arzu ona bildirmişdir ki, o və qardaşı bir daha onu narahat etməsinlər, yoxsa onlardan polisə şikayət edəcəkdir. Ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs2 ilə ailəvi münasibətləri var. Arzu söhbət zamanı «Asan xidmət» mərkəzində işlədiyini, heç bir narahatlıq olmadan Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MMC tərəfindən tikilən evlərdən pul müqabilində növbəsiz 01, 02 və 03 otaqlı mənzilləri almaqda köməklik edə biləcəyini bildirmişdir. Arzunun bu təklifi barədə onun iş ortağı Zərərçəkmiş şəxs10 da məlumatı olmuş, sonuncu da məsələ haqqında yaxın qohumlarına demişdir. 23 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində o, Güllü və onun atası Zərərçəkmiş şəxs12, Güllünün dayısı Zərərçəkmiş şəxs13 və bacısı Zərərçəkmiş şəxs11 ilə birlikdə Arzunun işlətdiyi “Old Castle” restoranına getmişlər. Söhbət zamanı Arzu 30 mart 2022-ci il tarixdə onlayn qaydada evlərin paylanılacağını, lakin o və digərlərinin 08 aprel 2022-ci il tarixdə evlər təhvil verildikdən sonra evlərə baxacaqlarını və seçəcəklərini bildirmiş, həmçinin şəxsiyyət vəsiqələrini verməklərini tapşırmışdır. Bundan sonra o və Zərərçəkmiş şəxs12 03 otaqlı mənzil üçün hər biri 9.000 manat, Arzuman və Güllü hər biri 01 otaqlı mənzil üçün 3.000 manat, Aytac isə 02 otaqlı mənzil üçün 6.000 manat pulu Arzuya vermişlər. Bu vaxt Arzunun oğlu Nadir yaxınlaşmış və pulları sayaraq mənzillərin özünün təşkil edəcəyini söyləmişdir. Daha sonra o və digərləri “Asan imza” alıb foto şəkllərini Arzuya göndərmişlər. 30 mart 2022-ci il tarixdə həmin evlər sahiblərinə paylandıqdan sonra Arzudan nə baş verdiyini soruşanda, sonuncu pulları Xəqani adlı şəxsə verdiyini və onun da pulları ələ keçirdiyini demişdir. Halbuki, Arzu əvvəllər onlara Xəqani adlı şəxsin adını çəkməmiş, sadəcə olaraq bu şəxsi sonradan restoranda görmüşlər. Ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs2 şikayətçi olduqlarını bildirdilər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs11 onun iş yoldaşıdır. Aytac Arzu adlı tanışının «Asan xidmət» mərkəzində işlədiyini və Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MMC tərəfindən tikilən binalardan pul müqabilində növbəsiz 01, 02 və 03 otaqlı mənzillər almaqda köməklik edə biləcəyini demişdir. O da ev almaq istədiyi üçün atası ilə birgə Arzunun işlətdiyi “Old Castle” adlı kafeyə getmiş, Arzu da məsələ barədə narahat olmamağı və mənzil əldə biləcəyini demişdir. Həmçinin, Arzu 30 mart 2022-ci il tarixdə onlayn qaydada evlərin paylanılacağını, lakin 08 aprel 2022-ci il tarixdə evlər təhvil verildikdən sonra evlərə baxacağını və istədiyi mənzili seçəcəyini bildirmişdir. 24 dekabr 2021-ci il tarixdə o, Aytac və atası ilə birgə “Old Castle” adlı kafeyə getmiş və orada 02 otaqlı mənzil almaq üçün Arzuya 6.000 manat pul vermişdir. 30 mart 2022-ci il tarixdə mənzillər paylanılarkən onun adı siyadı çıxmadığından Aytac ilə danışıb nə baş verdiyini soruşanda, sonuncu pulların əldən getdiyi demişdir. Ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur. Arzunun 6 saylı “Asan xidmət” mərkəzində kafe işlətdiyini və onun "xxxx"nın inşa etdiyi binalardan uduş yolu ilə mənzil almağa köməklik edə biləcəyini öyrənmişdir. 2021-ci ilin oktyabr-noyabr ayında Arzu ilə işlədiyi yerdə görüşmüşdür. Söhbət zamanı Arzu "xxxx"da tanışının olduğunu, həmin şəxsin onun adını sistemə daxil etməklə Yasamal rayonunda tikilən binalardan 03 otaqlı mənzilin 7.500 manata ala biləcəyini söyləmişdir. O isə buna inanmamışdır. 2022-ci ilin fevral ayının 23-ü və ya 24-də Arzu ona zəng edərək aprel ayında mənzillərin internetlə satışa çıxarılacağını bildirəndən sonra o təkliflə razılaşmışdır. Fevral ayının 28-də o və əri Sərxan Arzu ilə sonuncunun işlətdiyi “Old Castle” kafesində görüşmüş, iş yoldaşı Zərərçəkmiş şəxs16 və onun əri da ev almaq istədiyi üçün onunla gəlmişlər. Kafedə Arzunun əri və oğlu Nadir də olmuşdur. Danışıq zamanı Arzu 2022-ci ilin aprel ayında keçirilən müsabiqə zamanı onun 01 ədəd 03 otaqlı mənzil udacağını demişdir. İlkin danışıq zamanı Arzu 7.500 manat pul istəsə də, sonradan müəyyən səbəblərə görə bunun 10.000 manat olduğunu demiş, o da orada həmin vəsaiti ona vermiş, Nadir də pulu saymışdır. Lakin, həmin vaxtdan sonra onun məsələsi həll edilməmiş, Arzu da müxtəlif bəhanələr, o cümlədən guya pulun Xəqani adlı şəxsin ələ keçirdiyini demiş, halbuki, daha əvvəl bu şəxsin adını çəkməmişdir. Onun pulu qaytarılmamış, şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs15 ilə pandemiya dövründə eyni xəstəxanada tanış olmuşlar. Söhbət zamanı özünün Arzu adlı qohumunun olduğunu və həmin şəxsin «Asan xidmət» mərkəzində işlədiyini, "xxxx"dan mənzil alınmasında köməklik etdiyini və özünün oradan ev almaq istədiyini demişdir. O da tanışlarından həmin mənzillər barədə öyrənən zaman həqiqətən "xxxx"ya məxsus mənzillərin satışının «Asan xidmət» mərkəzləri tərəfindən həyata keçirildiyini öyrənmişdir. Bundan sonra o da inanmış və 01 otaqlı mənzil almaq qərarına gəlmişdir. İlahə ilə birgə 2021-ci ilin oktyabr-noyabr ayında Arzu ilə 6 saylı “Asan xidmət” mərkəzində görüşmüşlər. Söhbət zamanı Arzu ev almaq üçün 2.500 manat pul verməli olduğunu, həmin pulun "xxxx" MMC-də olan şəxsə veriləcəyini, şəxsiyyət vəsiqəsi və asan imzanın lazım olacağını demişdir. O, Arzuya təklif etmişdir ki, pul verməyini notarial qaydada rəsmiləşdirsinlər, lakin Arzu buna razı olmamış, pulun qeyri-rəsmi formada verildiyi üçün hansısa sənədləşmənin olmayacağını bildirmişdir. Həmin vaxtı o, ümumi vəziyyətdən razı qalmadığı üçün razılaşmamışdır. Təxminən 2022-ci ilin fevral ayının sonlarında İlahə ona bildirmişdir ki, 30 mart 2022-ci il son tarixdir və sistem bağlanır. 2022-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu ərazisində "xxxx" MMC tərəfindən tikilən mənzillər internetdə satışa çıxarılır. O, həmin tarixdə anadan olduğu üçün özünə mənzil hədiyyə etmək istəmişdir. Buna görə də razılaşmış və xx.xx.2022-ci il tarixdə iş yoldaşı Aygün ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Bakıxanov Mall” ticarət mərkəzinin qarşısında Arzu ilə görüşmüşlər. Arzu həmin vaxt oğlu Nadir ilə birgə gəlmişdir. O, Nadirin avtomobilində 4.000 manat, Sevinc isə 10.000 mnat pulu Arzuya, sonuncu da pulu saymaq üçün Nadirə vermişdir. İlkin danışıq zamanı Arzu 01 otaqlı mənzil üçün 2.500 manat pul istəsə də, daha sonra mənzillərin sayının azalması səbəbindən 4.000 manat pul verməli olduğunu demişdir. Lakin, həmin mənzillər satışa çıxarılıb bitəndən sonra ona mənzil verilməmiş və bunun səbəbi ilə maraqlananda Arzunun müxtəlif bəhanələr gətirdiyini bilmişdir. Ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs15 onun iş yoldaşıdır. İlahə Arzu adlı qohumunun olduğunu və həmin şəxsin «Asan xidmət» mərkəzində işlədiyini, "xxxx"dan mənzil alınmasında köməklik etdiyini və özünün oradan ev almaq istədiyini demişdir. O, tanışlarından həmin mənzillər barədə öyrənən zaman həqiqətən də "xxxx"ya məxsus mənzillərin satışının «Asan xidmət» mərkəzləri tərəfindən həyata keçirildiyini bilmişdir. 28 fevral 2022-ci il tarixdə İlahə ilə “Old Castle” restoranına getmiş, orada Arzu ilə tanış olub məsələni bir daha müzakirə etmiş, həmin vaxtı X25 rayonu ərazisində "xxxx" tərəfindən tikilən 03 otaqlı mənzil almaq üçün 10.000 manat pul vermişdir. Bundan sonra o da buna inanmış və 03 otaqlı ev almaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə birgə “Bakıxanov Mall” ticarət mərkəzinin qarşısında Arzu ilə görüşmüşlər. Arzu həmin vaxt oğlu Nadir ilə birgə gəlmiş, Nadirin avtomobilində o 10.000 manat pulu Arzuya vermiş, Nadir də pulu sayıb götürmüşdür. Sevinc də orada onun iştirakı ilə 01 otaqlı mənzil üçün Arzuya 4.000 manat pul vermişdir. Hətta, söhbət əsnasında Arzu demişdir ki, əgər evlərin verilməsində problem yaranarsa, pulu özü qaytaracaq. Lakin, sonradan mənzil ona verilməmiş, Arzu da bəhanələr gətirərək pulu qaytarmamış, ona bu puldan gah 1.000 manat, gah də 2.000 manat qaldığını demişdir. Arzudan şikayətçidir, Xəqanini isə tanımır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 ifadəsində göstərdi ki, kirayədə yaşadığı üçün özünə ev almaq istəmiş və bu barədə tanışlarının məlumatı olmuşdur. X21 ilə söhbət edən zaman sonuncu ona Xəqani adlı tanışının olduğunu və Xəqaninin ipoteka ilə mənzil alınmasında köməklik göstərə bildiyini demişdir. İlk əvvəl 2021-ci ilin dekabr ayında o, Azər və Xəqani görüşmüş, söhbət zamanı Xəqani "xxxx" tərəfindən tikilən sosial evlərə növbəyə düşmək üçün onu növbəyə sala biləcəyini, növbəyə düşdükdən sonra mənzil ala biləcəyini demişdir. Xəqani 02 otaqlı mənzil əldə etmək üçün 2.500 manat ödəniş etmək lazım olduğunu demiş və o da razılaşmışdır. 2021ci ilin dekabr ayının əvvəllərində Xəqani ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Piano» otelin qarşısında görüşüb 02 otaqlı mənzil almaq üçün 2.500 manat pulu ona vermişdir. Təxminən 10 gün sonra Xəqani ona zəng vuraraq əlavə 02 otaqlı mənzil almaq istədiyini soruşduqda, o, razılaşmışdır. Lakin Xəqaniyə pulu hissə-hissə verə biləcəyini demiş, Xəqani də onunla razılaşmışdır. Sonra Xəqaninin ona təqdim etdiyi X3 istifadəsində olan 4*****1402 saylı bank kartına xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «Rahat» marketdəki «MilliÖn» ödəmə terminalı vasitəsilə 1.000 manat pul göndərmişdir. Daha sonra o, 2022-ci ilin mart ayının 15-i həmin «MilliÖn» ödəmə terminalı vasitəsilə Xəqaninin ona göndərdiyi bank kartına 1.500 manat da pul yollamışdır. Xəqaninin deməsinə görə 2022-ci ilin aprel ayında mənzillərin məsələsi həll olunacaqdır. Lakin 2022-ci ilin aprel ayında mənzillərdən xəbər çıxmadığı və Xəqani zənglərinə cavab vermədiyi üçün o, aldadıldığını başa düşmüş və buna görə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmiş, Xəqanidən heç bir şikayəti yoxdur. Məhkəmə istintaqında Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, sonuncunu yalnız bir dəfə görmüşdür. Zərərçəkmiş şəxs15 tanıyır, İlahə onun arvadı Aygünün iş yoldaşıdır. Aygün ona demişdir ki, İlahənin Arzu adlı qohumu var və sonuncu "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalardan uduş yolu ilə mənzil almaqda köməklik edə bilir, İlahə özü də Arzu ilə görüşüb mənzil almaq üçün sonuncuya pul verəcək və onlar da gedib orada iştirak edib mənzil almaq üçün Arzunun kim olmasını və hansı şərtlərlə mənzil alınmasını maraqlansınlar. O da razılaşmış və 28 fevral 2022-ci il tarixdə arvadı Aygün, Zərərçəkmiş şəxs15 və sonuncunun əri Sərxan Suvari ilə birlikdə «Old Castle» kafesinə getmişlər. Orada onlar Təqsirləndirilən şəxs2 adlı şəxslə görüşmüşlər. Həmin vaxt Arzunun yanında oğlu Nadir də olmuşdur. Onlar masa arxasında əyləşdikdən sonra İlahə onların yanında mənzil almaq məqsədilə Arzuya 10.000 manat pul vermiş və Arzu pulu götürüb oğlu Nadirə vermişdir. Danışıq zamanı Arzu 2022-ci ilin aprel ayında keçirilən müsabiqə zamanı İlahənin 03 otaqla mənzil udacağını demişdir. Orada o və Aygün də Arzu ilə söhbət edib mənzil almaq istədiklərini dedikdə, sonuncu onlara köməklik göstərə biləcəyini bildirmiş və mənzil üçün 10.000 manat pul verəcəklərini demişdir. Orada onlar Arzuya bu barədə düşünüb bir söz deyəcəklərini bildirmişlər. Sonradan arvadı Aygünlə düşünüb mənzil almaq qərarına gəlmiş və 04 mart 2022-ci il tarixdə Aygün Arzu və onun oğlu Nadirlə «Bakıxanov Mall» Ticarət Mərkəzinin yanında görüşüb avtomobildə iş yoldaşı Sevincin yanında Arzuya 10.000 manat pul vermişdir. Arzu mənzilin 2022-ci ilin aprel ayının əvvəllərinə onlara veriləcəyinə söz vermişdir. Lakin vaxt gəlib çatdıqda Arzudan xəbər çıxmamış və onlar eşitmişlər ki, Arzu onlardan başqa pul aldığı adamların da mənzil məsələləri alınmamış və hamı «Old Castle» kafesinə gedib Arzudan pulunu tələb edir. Həmin vaxt onlar da həmin kafeyə gedib Arzudan pullarını tələb etmişlər. X17 gah evini, gah da avtomobilini satıb pullarını verəcəyini desə də, hazırki vaxta kimi pullarını verən olmamışdır. Məhkəmə istintaqında Şahid4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs7 onun anasıdır. Onlar ailədə çoxlu uşaq olduqlarından anası hər birinə mənzil almağa çalışmışdır. Anası xəstəxanada işlədiyi üçün çoxlu sayda insan tanıyır və bu insanlardan biri də Əfqan adlı şəxsdir. Əfqan anasının mənzil almaq istədiyini bilmişdir. 2021-ci ilin noyabr ayında Əfqan anasına zəng edərək Şahid7 tanışının olduğunu, həmin tanışının MİDA” tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalarda onlara mənzil almaqda köməklik edə biləcəyini demişdir. Bundan sonra anası ilə birlikdə 11 noyabr 2021ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən modul tipli xəstəxananın qarşısında Əfqan və Cavad adlı şəxslərlə görüşmüşlər. Həmin vaxt Əfqanın avtomobilinə oturmuş, orada aparılan söhbət zamanı anası 02 ədəd 03 otaqlı mənzil almaq istədiyini dedikdə, Cavad hər mənzil üçün 10.000 manat pul verməli olduqlarını və bunun müqabilində onlara Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən binalarda onlara mənzil almaqda köməklik edə biləcəyini demişdir. Anası Ofelya onun və Əfqanın yanında Cavad adlı şəxsə 10.000 manat pul vermiş və qalan 10.000 manat pulu sonra verəcəyini demişdir. Cavad pulu götürüb saymış, sonra onlar oradan uzaqlaşıb getmişlər. Bu söhbətdən sonra 21 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Səməd Vurğun” parkının yanında yenə də anası ilə birlikdə Əfqan və Cavadla görüşmüşlər. Orada anası onun və Əfqanın yanında Cavada qalan 10.000 manat pulu vermişdir. Cavad mənzillərin 2022-ci ilin aprel ayında satışa çıxarılacağını və 04-08 aprel 2022-ci il tarixdə mənzillərin onlara veriləcəyini demişdir. Bundan sonra anası onun və öz adına “Asan” imzalar alaraq onları Cavada vermişdir. 2021-ci ilin dekabr ayına kimi onlara mənzillər verilmədiyi üçün anası Cavadla danışmış və Cavad anasını «Asan xidmət» mərkəzinə Arzu adlı qadının yanına göndərmişdir ki, orada həmin qadın anasına mənzilləri göstərsin. Anası həmin mərkəzdə Arzu adlı qadınla görüşdükdə isə bu qadın anasına "xxxx"ya məxsus internet səhifəsini göstərib mənzillərə orada baxa biləcəklərini bildirmişdir. Lakin, 2022-ci ilin aprel ayında bu mənzillər satıldıqdan sonra onlara mənzil verilmədiyini görüb anası Cavaddan verdiyi pulları tələb etməyə başlamışdır. Həmin vaxt Cavad pulları Arzu adlı şəxsə verdiyini bildirmiş və onların pullarını verməkdən imtina etmişdir. Cavad onlardan ayrı-ayrı vaxtlarda ümumilikdə 20.000 manat pulu alan zaman həmin pulu kiməsə verəcəyini deməmişdir. Məhkəmənin təşəbbüsü ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatlarla bağlı ibtidai araşdırma dövründə şahid kimi dindirilən, lakin ittiham aktına daxil edilməyən Şahid7 məhkəmədə şahid qismində dəvət edilib dindirilməsi üçün görülmüş tədbirlərə, o cümlədən onun məcburi gətirilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, bu şəxsin iştirakı təmin edilməmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 09 iyun 2022-ci il tarixli məktubunda qeyd olunur ki, Təqsirləndirilən şəxs1 2021-ci il 06 avqust tarixindən 2021-ci il 18 noyabr tarixinədək 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Vətəndaşların qəbulu işinin təşkili sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmiş və öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir (l cild, i.v.230); • Zərərçəkmiş şəxs17 təqdim etdiyi 15009 saylı “eManat” ödəniş qəbzinin surətindən aydın olur ki, 15 dekabr 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Rahat” marketin giriş qapısının önündə yerləşdirilmiş “eManat” ödəniş terminalı vasitəsilə X3 istifadəsində olan 4*****1402 saylı bank kartına 1.000 manat pul köçürülüb (İİİ cild, i.v.129); • “Axtarışda olan şəxsin yaxalanması barədə” 04 iyun 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 03 iyun 2022-ci il tarixdə, saat 20:10 radələrində Sabirabad rayonunda tutularaq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə təhvil verilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 06 iyun 2022-ci il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.116, 224-228); • “Cinayət törətməkdə sübhəli olan şəxsin tutulması haqqında” 28 fevral 2023cü il tarixli protokola görə Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2023cü il tarixli, 4(006)-123/2023 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 4(103)-205/2023 saylı qərarına əsasən həbs qətimkan tədbiri ləğv edilmiş, müstəntiqin qərarı ilə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.277-278, İİİ cild, i.v.25-38); • “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərara əsasən Şahid7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur (İİİ cild, i.v.178-207); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli arayışlarına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.112-113, İİ cild, i.v.268); • Şəxsiyyət vəsiqələrinin surətlərinə görə Təqsirləndirilən şəxs1 xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki övladı var (İ cild, i.v.217-218); • İ-884 nömrəli və İ-1624 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqələri”nə əsasən Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib (İ cild, i.v.219-220); • İddia ərizəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs2 verdiyi 8.000 manat pulun, mənəvi ziyana görə 2.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun ondan tutularaq ona ödənilməsini xahiş edir (İV cild); • İddia ərizəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 maddi ziyana görə 6.000 manat, mənəvi ziyana görə 4.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 120 manat pulun tutularaq ona ödənilməsini xahiş edir (İV cild); • İddia ərizəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyana görə 5.000 manat pulun, mənəvi ziyana görə 3.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun, ümumilikdə 8.100 manat pulun cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş edir (İV cild); • Zərərçəkmiş şəxs17 tərəfindən notariat qaydasında verilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd olunur ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və maddi tələbi yoxdur (İV cild); • Zərərçəkmiş şəxs18 tərəfindən notariat qaydasında verilmiş xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunur ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur (İV cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq hesab edilir (34-cü bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona ittiham olunmuş əməllərdə özünü təqsirli bilməyib zərər şəkmiş şəxslərdən aldığı pulların hamısını digər Təqsirləndirilən şəxs1 vediyini söyləsə də, bunu təsdiq edə biləcək mötəbər dəlilləri təqdim edə bilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərin tam əksəriyyəti ilə "xxxx" tərəfindən “sosial evlər” layihəsi çərçivəsində tikilən binalardan mənzillərin verilməsi məsələsində olan danışıqlarda onları Təqsirləndirilən şəxs1la birbaşa tanış etməməsi, onlardan pulların özünün şəxsən və bəzi hallarda oğlunun iştirakı ilə işlətdikləri kafedə və digər yerlərdə alması ona dəlalət edir ki, onun da bu işdə əvvəlcədən planlaşdırılmış kriminal marağı olmuş və Təqsirləndirilən şəxs1la razılaşdırılmış puldan əlavə vəsaitlər alıb ələ keçirmişdir (Təqsirləndirilən şəxs1 söylədiklərinə görə Təqsirləndirilən şəxs2 heç bir imkanı olmadığı halda hadisələr baş verən ərəfələrdə öz ailə üzvləri ilə birlikdə icarəyə obyekt götürüb təmir etdirməklə “Old Castle” adlı kafe açıb işlətmiş, hətta nəqliyyat vasitəsi almışdır). Buna görə də məhkəmə tərəfindən bu hallar Təqsirləndirilən şəxs2 özünümüdafiə xarakterli və məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla belə, məhkəmədə o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs18 (3.000 manata münasibətdə), Zərərçəkmiş şəxs2 (5.000 manat), Zərərçəkmiş şəxs3 (4.000 manat), Şərifova Könül Şahid qızının (3.000 manat), Zərərçəkmiş şəxs4 (2.000 manat), Zərərçəkmiş şəxs5 (4.900 manat), Zərərçəkmiş şəxs10 (3.000 manat), Zərərçəkmiş şəxs13 (3.000 manat) və Zərərçəkmiş şəxs1 (4.000 manat), habelə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs17 (5.000 manat) pulunu 2021 və 2022-ci illər ərzində ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs18 (3.000 manata münasibətdə), Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şərifova Könül Şahid qızına, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs17 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği beş min matdan artıq olmadığından (cinayətlərin təsnifatına görə hər bir əməl böyük ictimai təhlükə törətməyən cinayətə aiddir) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihamların bu hissələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Digər zərər çəkmiş şəxslərə münasibətdə isə törədilmiş cinayətlərə görə məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə onlara cəza təyin olunmalıdır. Eyni zamanda ittiham aktında təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 4.900 manat ziyanın vurulduğu qeyd olunsa da, məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 dəymiş zərərin 6.000 manat olduğu müəyyən edilmiş, lakin dövlət ittihamçısı və zərər çəkmiş şəxs tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə uyğun hərəkətlər edilmədiyindən, eyni zamanda məhkəmə həmin Məcəllənin 318.1-ci maddəsinin tələbləri baxımından ittihamın həcminin artırmağa səlahiyyətli olmadığından, vurulmuş zərər ittiham aktında göstərilən kimi qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs18 və Zərərçəkmiş şəxs17 ilə barışmasını, habelə himayəsində azyaşlı uşaqlarının olmasını və Vətən müharibəsi iştirakçısı olmaqla təltif olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 isə cəzasını yüngülləşdirən hal mövcud deyil. Eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar da müəyyən olunmadı. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin tələbələrini və Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini, eyni zamanda əksər zərər çəkmiş şəxslərə vurulmuş zərərlərin ödənilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərə cəzanın müddəti müəyyən edilərkən onların hər birinin törədilmiş əməllərdə iştirakının dərəcəsi və zərər çəkmiş şəxslərlə əldə olunmuş barışıq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu ümumi 03 gün müddət, Təqsirləndirilən şəxs2 isə məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 07 gün müddət onlara təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzalardan çıxılmaqla onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və onlar məhkəmə iclas zalında dərhal həbsə alınmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındıqları andan – 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbirləri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia ərizəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 8.000 manat maddi, 2.000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 100 manatın, ümumilikdə 10.100 manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (8-ci bənd). İddiaçı Zərərçəkmiş şəxs6 ona vurulmuş “mənəvi zərər”lə bağlı ərizəsində yuxarıda qeyd olunan qərarların müddəalarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu tam həcmdə təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna görə də onun tərəfindən verilmiş mülki iddia bu hissədə qismən təmin olunmalı, vurulmuş maddi zərərə görə 8.000 manat, mənəvi zərərə görə 500 manat pul və dövlət rüsumu ilə bağlı ödənilmiş 100 manat, cəmi 8.600 manat pul Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 dəymiş maddi ziyana görə 6.000 manat, mənəvi ziyana görə 4.000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 120 manat pulun cavabdeh Təqsirləndirilən şəxs2, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə dəymiş maddi ziyana görə 5.000 manat pulun, mənəvi ziyana görə 3.000 manat pulun və dövlət rüsumu üçün ödədiyi 100 manat pulun, ümumilikdə 8.100 manat pulun cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq onlara ödənilməsini xahiş etmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, bəraət hökmü Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır (74-cü bənd). Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 münasibətdə törədilmiş dələduzluq əməllərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verildiyindən həmin iddialarla mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarını təmin etmək üçün mülki iddialar baxılmamış saxlanılmalı, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinin tələblərinə görə dövlət rüsumu üçün Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmiş 100 manat, Zərərçəkmiş şəxs5 tərəfindən isə ödənilmiş 120 manat məbləğində pul onlara geri qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi1 160 saat üçün nəzərdə tutulan 960 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu ümumi 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsinlər. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs18 (3.000 manata münasibətdə), Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Şərifova Könül Şahid qızına, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs1 münasibətdə törədilmiş dələduzluq əməllərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 münasibətdə törədilmiş dələduzluq əməlinə görə isə Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 8.000 manat, mənəvi zərərə görə 500 manat pul və dövlət rüsumu ilə bağlı ödənilmiş 100 manat, cəmi 8.600 (səkkiz min altı yüz) manat pul Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin, iddia qalan hissədə təmin olunmasın. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 verdikləri mülki iddialar baxılmamış saxlanılsın və onlara həmin iddialarla mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Dövlət rüsumu üçün Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmiş 100 (yüz) manat, Zərərçəkmiş şəxs5 tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul onlara geri qaytarılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi1 160 saat üçün nəzərdə tutulan 960 (doqquz yüz altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-6/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-6/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver