Məhkəmə qərarları › İş №1(006)-60/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-60/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-60/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, “Watshapp” ani mesajlaşma mübadilə sistemində tanış olduğu istintaqa məlum olmayan “AA” adlı istifadəçinin bank hesabına “Milli ön” ödəmə terminalı vasitəsilə 80 manat pul köçürdükdən sonra “AA” adlı ani mesajlaşma mübadilə sisteminin istifadəçisinin ismarıcda göstərdiyi ünvanı öyrəndikdən sonra 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Vaqif küçəsində yerləşən “Məhsul” stadionunun yaxınlığına gedərək istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümdə və 09 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə olmaqla ümumi təmiz çəkisi 1,632 qram ağ rəngli kristal formada psixotrop maddə metamfetamin və 01 ədəd “Sobraniya” siqaretinin içərisində təmiz çəkisi 0,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək tanışının "xxxx" MMC avtomobil icarəsi şirkəti tərəfindən etibarnamə və yol vərəqəsi əsasında verilmiş “Hyundai İ40” minik markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, 31 may 2019-cu il tarixdə saat 15:25 radələrində həmin avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ilə hərəkətdə olarkən X3 idarə etdiyi “Mercedes Benz C 220 CDİ” minik markalı **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobili yol nəqliyyat hadisəsi yerində saxlayaraq qaçdığı üçün onun idarə etdiyi avtomobil Nəsimi rayon polis idarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru tərəfindən yol nəqliyyat hadisəsi yerindən təxliyə edilərək ünvan 4 ünvanla Hənifə Əlsəgərov küçəsinin kəsişməsində yerləşən 8 saylı ‘"Siqnal” idarəsinin cərimə meydançasına gətirilmiş və cərimə meydançasında “Hyundai İ40” minik markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobilə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış baxış zamanı avtomobilin salonunun qabaq sərnişin oturacağında qara rəngli, dəridən hazırlanmış və üzərində “Polo” markalanma nişanı olan kişi əl çantasının içərisindən 01 ədəd şəffaf sellofan bükümdə və 08 ədəd gümüşü rəngli kağız bükümündə olmaqla ümumi təmiz çəkisi 1,108 qram ağ rəngli kristal formada psixotrop maddə metamfetamin, bir ədəd səthində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi və avtomobilin qabaq sol qapısının saxlanc yerində 01 ədəd “Sobraniya” siqaretinin içərisində təmiz çəkisi 0,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Vaqif küçəsində yerləşən “Məhsul” stadionunun yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1,632 qram çəkidə olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamindən 0,524 qramını 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümünə ayıraraq üzərində saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 01 iyun 2019-cu il tarixdə saat 23:00 radələrində Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 87 ünvanda saxlanılaraq 20-ci Polis bölməsinə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,524 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 03.03.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. 2019-cu il fevral ayından başlayaraq ara-bir “şüşə” kimi tanınan və əslində psixotrop maddə hesab olunan metamfetamindən istifadə etmişdir. 2019-cu ilin may aynda tanışı Allahverdi avtomaşın icarəsi yerindən öz işləri ilə əlaqədar etibarnamə və yol vərəqi ilə “Hyundai İ40” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobil götürmüş və hərdən onlar hər ikisi həmin maşında şəhərdə gəzmişlər. O, Allahverdini 2-3 il olar ki, tanımışdır. 31 may 2019-cu il tarixdə tanışı Allahverdinin icarə əsasında götürdüyü “Hyundai İ40” markalı avtomaşını Allahverdinin icazəsi ilə götürüb şəhərdə sürməyə başlamışdır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Watshapp” sosial şəbəkədə tanış olduğu Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və nömrəsi yadında qalmayan “AA” kimi kontaktda qeyd olunmuş şəxslə əlaqə saxlayıb metamfetamini ondan 80 manata alacağını razılaşmış və həmin şəxsin ona vermiş olduğu bank hesabına “Milliön” aparatından 80 manat pul ödəmişdir. Ona mesaj kimi sosial şəbəkədə gəlmiş ünvana, konkret olaraq isə Yasamal rayonu, Vaqif küçəsində yerləşən “Məhsul” stadionunun yaxınlığında izahı verilmiş yerdən metamfetamin olan büküm gedib götürərək həmin maddəni bir neçə bükümlərdə olaraq maşının içinə salona qoymuşdur. Beləliklə də o, bir qədər maşınla şəhərdə gəzişmiş və “Memar Əcəmi” metrostansiyasının çıxışının yaxınlığında yerləşən dairənin yanında, Asif Məhərrəmov küçəsindən 20 Yanvar istiqamətinə doğru hərəkətdə olan zaman ehtiyatsızlıqdan avtomobili qarşı tərəfdə hərəkətdə olan “Mercedes” markalı avtomaşına sürtmüş və həmin hadisə nəticəsində onun idarə etdiyi “Hyundai” markalı avtomobil zədələnmişdir. Bu vaxt o, kənardan PPX-nin avtomaşınının sayrışan işıqlarını görmüş, hadisə ilə əlaqədar onun və avtomaşına dair sənədlərini yoxlaya biləcəklərini, sənədlərinin isə olmadığına görə avtomaşını cərimə meydançasına aparacaqlarından qorxaraq özünü itirmiş və hadisə yerindən bir qədər aralıda yerləşən həyətlərin birinə avtomobili sürüb orada saxlamış və içərisində özünə aid olan əşyaların hamısını avtomobildə qoyaraq oradan qaçıb getmişdir. Baş vermiş hadisə barədə Allahverdiyə məlumat vermiş və onlar birlikdə Allahverdinin maşını icarəyə götürdüyü yerə gedərək maşın barədə maraqlanmışlar. Onlara həmin şirkətin nümayəndəsi maşının cərimə meydançasına aparıldığını bildirmişdir. Buna görə də Allahverdi ilə o, həmin cərimə meydançasına yaxınlaşmaq qərarına gəlmişlər. Lakin həmin yerə gələndə onlara polis əməkdaşları yaxınlaşmışlar və maşında tapılmış metamfetamin adlı maddə barədə ona deyəndə o, səmimi olaraq həmin maddələrin ona məxsus olduğunu polislərə demişdir. Avtomobilin Allahverdi tərəfindən icarəyə götürülməsinə baxmayaraq sonuncu dəfə avtomobili özünün idarə etdiyini və içərisində olan əşyaların ona məxsus olduğunu bildirmişdir. Bundan sonra onu 20-ci PB-nə aparmışlar. Polis bölməsində onun üzərinə keçirilmiş baxış zamanı heç bir qanunsuz maddə aşkarlanmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsus deyil və cibində olmasından xəbəri yoxdur. Onun üstündən metamfetamin aşkar edilməyib və onun əynində olan şalvarın sağ arxa cibindən necə olmasından xəbəri yoxdur. Amma avtomobildən çıxan 9 ədəd bükümdə olan metamfetamin və siqaretə doldurulmuş marxuana ona məxsusdur. Metamfetamini və marixuananı özü istifadə etmək üçün almışdır. Elektron tərəzidən isə gündəlik tələbatına görə narkotiki çəkmişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu bildirərək, məhkəmədən əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə töfsif edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Allahverdi oğlunu bir ildən çoxdur ki, tanıyır, aralarında dostluq münasibəti olmuşdur. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 30 may 2019-cu il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq H.Zərdabi küçəsində yerləşən "xxxx"-dan icarəyə “Hyundai İ40” markalı **-RC-*** dövlət nömrə nişnalı avtomobili 2 günlük günü 70 manatdan götürmüşdür. Həmin gün axşam tanışı Natiq onunla əlaqə saxlayaraq həmin avtomobili şəxsi işləri ilə bağlı ondan istəmişdir. O, Natiqə səhər, yəni 31 may tarixində avtomobili verə biləcəyini bildirmişdir. 31 may saat 06 radələrində Natiq yaşadığı ünvana gələrək ondan avtomobilə məxsus açarı götürüb getmişdir. Həmin gün saat 17 radələrində ona Nəsimi rayon DYPŞ-dən zəng gələrək icarəyə götürdüyü “Hyundai İ40” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törədildiyini bildirmişlər. O, 01 iyul 2019-cu il tarixdə saat 11 radələrində evdən çıxmış Nəsimi RPİ-nin DYPŞ-nə getmişdir. Yolda olarkən “A.S.N-1 Renat a Car” müdirinə zəng vuraraq Nəsimi rayon DYPŞ-də görüşmüşlər. Orada polis əməkdaşları onlardan avtomobilin kim tərəfindən idarə olunduğunu soruşmuşlar. O, polis əməkdaşlarına avtomobilin icarəyə onun tərəfindən götürüldüyünü, lakin hadisə baş verən gün tanışı Natiq tərəfindən idarə olunduğunu bildirmişdir. Polis əməkdaşları onlara avtomobili idarə edən şəxsin gəlməsinin vacib olduğunu bildirmişlər. O, Natiqin yaşadığı ünvana getmək istədikdə arvadı ona zəng vuraraq Natiqin onların ünvanında olduğunu bildirmişdir. O, dərhal yaşadığı ünvana getmiş və orada Natiqə Nəsimi rayon DYPŞ-nə getmək lazım olduğunu bildirmişdir. Natiq razılaşmış və onlar Nəsimi rayon DYPŞ-nə getmişlər. Orada polis əməkdaşları onlara yol nəqliyyat hadisəsi zamanı avtomobillərə dəymiş maddi ziyanı ödəmələrini istəmişlər və avtomaşına baxış zamanı narkotik vasitə aşkar etdiklərini bildirmişlər. Natiqlə o, avtomobilə baxmaq üçün Nəsimi rayonu ərazisində yerləşən cərimə meydançasına getmişlər, orada o, avtomobilin şəkillərini çəkərkən polis əməkdaşları gəlib Natiqi və onu 20-ci PB-nə aparmışlar. Polis bölməsində onu sorğu sual etmişlər, o, həmin gün avtomobili idarə etmədiyini, narkotik vasitəyə dair heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi barədə məlumatının olmadığını, “Hyundai İ40” markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobilin özü tərəfindən icarəyə götürüldüyünü, lakin həmin avtomobilin saxlanc yerindən aşkarlanmış psixotrop maddə olan metamfetaminin kimə məxsus olması barədə heç bir məlumatının olmadığını, özünü də narkotik vasitə və psixotrop maddə istifadəçisi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Allahverdi oğlunu əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 31 may 2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə Nəsimi RPİ-nin DYPŞ-dən daxil olmuş məlumat əsasında Nəsimi RPİ-nin KTQ-nin inspektoru polis baş leytenantı Bahadur Bəxtiyarov, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis mayoru Zamir Əliyev, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid4, Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşı polis leytenantı Şahid5 və iki nəfər hal şahidi qismində dəvət olunmuş şəxslərin iştirakı ilə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 8 saylı “Siqnal” idarəsinin cərimə meydançasında “Hyundai” markalı “İ40” modelli **-RC-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Belə ki, 31 may 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu, N.C.Cəfərov küçəsində hərəkətdə olan naməlum şəxs idarə etdiyi “Hyundai” markalı “İ40” modelli **-RC-*** dövlət nömrə nişanlı avtomaşınla yolnəqliyyat hadisəsi törətmiş və nəqliyyat vasitəsini hadisə yerində tərk edib qaçmışdır. Hadisə yerinə gəlmiş Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşları qeyd edilən avtomaşının salonunda saxlanması və gəzdirilməsi qadağan olunmuş hər-hansı bir əşyanın olması ehtimalı olduğuna görə bu barədə Nəsimi RPİ-nin 20-ci PB-nə məlumat vermişlər. Ona görə də həmin nəqliyyat vasitəsinə baxış keçirilməsi zərurəti yaranmışdır. Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı videogörüntüdən istifadə olunmuşdur. Onlara həmin vaxt hüquq və vəzifələri izah olunduqdan sonra yuxarıda sadalanan şəxslərin iştirakı ilə nəqliyyat vasitəsinə dayanmış olduğu cərimə meydançasında baxış keçirilmişdir. Baxış zamanı həmin avtomaşının sürücü qapısının iç cib hissəsindən iki ədəd “Winchester” markalı siqaretin qutusu, həmin qutuların birində siqaretlər, digərinin içərisində isə bir ədəd siqaretlə tütün, bundan başqa, həmin yerdən bir ədəd içərisi boşaldılıb sonradan kustar yolla doldurulmuş və ucu sıxılmış vəziyyətdə olan bir ədəd “Sobraniye” markalı siqaret, avtomaşının salonunda sərnişin oturacağının üzərində olan bir ədəd qara rəngli “Polo” markalı əl çantasının içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş gümüşü rəngli 8 ədəd kiçik bağlamalar, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung” markalı “power bank” enerji daşıyıcısı, bir ədəd “Samsung” markalı mobil telefon, çantanın iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə, bir ədəd siqaretin gümüşü kağızı, avtomaşının qabaq oturacaqları arası yerləşən dirsəkaltı hissəsindən bir ədəd “Blackberry” markalı mobil telefon, bir ədəd spiral formalı şüşə boru, bir ədəd “Samsung” markalı mobil telefon, avtomaşının salonunda saxlanc yerində bir ədəd ağ rəngli “İphone” markalı mobil telefon, bir ədəd qırmızı dəstəkli qatlanan bıçaq, bir ədəd alışqan, bir ədəd ətir, bir ədəd antiperspirant, bir ədəd metaldan istehsal edilmiş alışqan aşkar edilmişdir. Avtomaşından aşkar edilmiş içi boşaldılaraq sonradan doldurulmuş bir ədəd “Sobraniye” markalı siqaret, bir ədəd şəffaf sellofana qablaşdırılmış kiçik ölçülü gümüşü rəngli kağıza bükülmüş 8 ədəd bükülüdə olan maddələr, bir ədəd şəffaf sellofana bükülmüş maddə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, avtomaşından götürülmüş elektron tərəzi, mobil telefonlar, spiral formalı borucuq, qatlanan bıçaq, əl çantası, iki ədəd alışqan, ətir, antiperspirant, iki qutu siqaret sellofan bağlamaya qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt tərtib olunmuş protokola imza etmişlər. Sonradan aparılmış araşdırma zamanı məlum olmuşdur ki, nəqliyyat vasitəsindən aşkar edilmiş bükümlərdə olan maddə psixotrop maddə metamfetamindir və həmin şəxsin müəyyən edilməsi məqsədilə polis bölməsində əməliyyat qrupu yaradılmış və həmin şəxs müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tədqiqində iştirak etməsə də, əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Allahverdi oğlunu əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ilin son aylarından etibarən Bakı şəhəri, Yasamal rayonu, ünvan 7 ünvanda yerləşər "xxxx" MMC avtomobil icarəsi şirkətinin direktoru vəzifəsində işləyir. Təxminən 29 may 2019-cu il tarixdə şirkətin işçisi olan Anar Allahverdi adlı şəxsin icarə əsasında “Hyundai İ40” markalı avtomobil götürmək istədiyini biləndən sonra maşının gündəlik qiyməti 70 manat olduğunu bildirib sonuncunun razılığını aldıqdan sonra həmin şəxsin adına avtomobilə dair sənədləşməni aparıb Allahverdiyə avtomobili icarə əsasında vermişdir. Bu hadisədən təxminən 2 gün sonra Nəsimi rayon Polis idarəsinin YPX-nın əməkdaşları işlədiyi şirkətə məlumat verərək sözügedən avtomobilin hadisə törətdiyini və onun yaxınlaşaraq cərimə meydançasına yaxınlaşmağını xahiş etmişlər. O da həmin yerə gedərək avtomobilə və həmin şəxsə aid olan sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Həmin şəxsin icarə əsasında avtomobili götürərkən həmin avtomobili nə məqsədlə götürməsi barədə məlumatının olmadığını, ümumiyyətlə icarə əsasında maşın götürən istənilən şəxsin birmənalı olaraq ailəsi ilə bağlı işinin olduğunundan maşına ehtiyac duyulduğunu səbəb kimi göstərməsini qeyd etmişdir. Hadisə nəticəsində avomobilin bir neçə maşınla toqquşduğu üçün hazırda təmirə ehtiyacı olduğunu, sözügedən avtomobildən dövriyyəsi qadağan edilmiş psixotrop maddənin aşkarlanması barədə heç bir şey deyə bilmədiyini, həmin şəxsin əməlləri barədə xəbərsiz olduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Allahverdi oğlunu əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.C.Cəfərov küçəsində hərəkətdə olan naməlum şəxs idarə etdiyi “Hyundai” markalı “İ40” modelli **-RC-*** dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və nəqliyyat vasitəsini hadisə yerində tərk edib qaçmışdır. Hadisə yerinə gəlmiş Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşları qeyd edilən avtomaşının salonunda saxlanması və gəzdirilməsi qadağan olunmuş hər-hansı bir əşyanın olması ehtimalı olduğuna görə bu barədə Nəsimi RPİ-nin 20-ci PB-nə məlumat vermişlər və həmin tarixdə Nəsimi rayonu, Tbilisi prospekti 8 saylı “Siqnal” idarəsinin cərimə meydançasında saxlanılan “Hyundai” markalı “İ40” modelli **-RC-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş və salonunda psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili idarə etmiş şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin yerinin müəyyən edilməsi məqsədilə Nəsimi RPİ-nin 20- ci PB-də həmin bölmənin rəis müavini polis mayoru Elnur Əzizov, bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid4 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 01 iyun 2019-cu il tarixdə təxminən saat 23:00 radələrində onunla birlikdə yuxarıda qeyd olunan şəxslər əldə olunmuş əməliyyat məlumatına uyğun olaraq Bakı şəhəri, C.Məmmədquluzadə küçəsində Natiq adlı şəxsi saxlayaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsə onlar qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində gəzdirməsi və yol nəqliyyat hadisəsi zamanı zədələnmiş “Hyundai İ40” markalı avtomaşında aşkar edilmiş psixotrop maddənin özünə məxsus olması barədə məlumata malik olduqlarını bildirmişlər. Sonra isə həmin şəxsi onlar Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına dəvət etmişlər və həmin şəxs də, buna etiraz etməyərək onlarla polis bölməsinə gəlmişdir. Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına dəvət edilmiş və dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Ondan başqa bölməyə gətirilmiş şəxsin üzərinə keçirilən şəxsi axtarışda əməliyyat qrupunun üzvü olan əməliyyat müvəkkili Şahid4 da iştirak etmiş, baxışda videogörüntüdən istifadə edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxs, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu şəxs masaya yaxınlaşaraq əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli spesifik iyə malik olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Ona verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmiş ki, həmin əşya kimyəvi maddə olan metamfetamindir və həmin maddəni şəxsi istifadəsi üçün Papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Həmin bükülü açılmış və bükümün içərisində ağ rəngli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd 50 qəpiklik pul sikkəsi aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb edən hər-hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuşdur, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Həmin maddənin çəkisi və növünü müəyyəni etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə kütləsi psixotrop maddə hesab edilən “metamfetamin”-dir. Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olduğunu, saxlanılarkən onlara qarşı hər-hansı müqavimət göstərmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Ağqasım oğlu verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. 055 *** ** ** saylı “GSM” nömrə onun istifadəsindədir və həmin nömrə ilə “Whatsapp” sosial şəbəkəsindən qeydiyyatdan keçmişdir. Natiqi o, həmin vaxt 2-3 ay olardı ki, tanımışdır. Həmin sosial şəbəkədə o, “Elnur Binəqədi” istifadəçisi adı ilə Təqsirləndirilən şəxsla arasında olan yazışma zamanı o, Natiqə “Natiq, mənəm Elnurdu qaqaş, hay-huy varındı, Yasamal tərəfdə idim, 20-lik, amma 15 manat pulum var” məzmunda mətni onun özü yazmışdır. Həmin vaxt o, patı kimi el arasında tanınan metamfetamin adlı psixotrop maddə istifadçisi olmuşdur. Natiqin də həmin vaxt həmin maddələrin satışı ilə məşğul olduğunu bildiyi üçün Natiqdən bunun xahişini etmişdir. Natiqin ona pul borcu olduğuna görə Natiq də ona borcunun əvəzinə həmin maddədən verəcəyini təklif etmişdir. Ümumilkdə o, Natiqdən 1-2 dəfəyə 10 manat verib metamfetamin adlı maddə almışdır. Həmin vaxt o, həmin maddələrdən istifadə etsə də hazırda istifadə etmir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid9 məhkəmə iclaslarına gəlməmişlər, onların məhkəmə iclaslarında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid9 oğlunun iştiraklar olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid9 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlər Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 31 may 2019-cu il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə Nəsimi RPİ-nin DYPŞ-dən daxil olmuş məlumat əsasında Nəsimi RPİ-nin KTQ-nin inspektoru polis baş leytenantı Bahadur Bəxtiyarov, Nəsimi RPİnin 20-ci PB-nin təhqiqatçısı polis mayoru Zamir Əliyev, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşı polis leytenantı Şahid5 və iki nəfər hal şahidi qismində dəvət olunmuş şəxslərin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 8 saylı “Siqnal” idarəsinin cərimə meydançasında “Hyundai” markalı “İ40” modelli **-RC-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Belə ki, 31 may 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, N.C.Cəfərov küçəsində hərəkətdə olan naməlum şəxs idarə etdiyi “Hyundai” markalı “İ40” modelli **- RC-*** dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və nəqliyyat vasitəsini hadisə yerində tərk edib qaçmışdır. Hadisə yerinə gəlmiş Nəsimi RPİ-nin DYPŞnin əməkdaşları qeyd edilən avtomaşının salonunda saxlanması və gəzdirilməsi qadağan olunmuş hər-hansı bir əşyanın olması ehtimalı olduğuna görə bu barədə Nəsimi RPİ-nin 20-ci PB-nə məlumat vermişlər. Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı videogörüntüdən istifadə olunmuşdur. Onlara həmin vaxt hüquq və vəzifələri izah olunduqdan sonra yuxarıda sadalanan şəxslərin iştirakı ilə nəqliyyat vasitəsinə dayanmış olduğu cərimə meydançasında baxış keçirilmişdir. Baxış zamanı həmin avtomaşının qabaq sol qapısının iç cib hissəsindən iki ədəd “Winchester” markalı siqaretin qutusu, həmin qutuların birində siqaretlər, digərinin içərisində isə bir ədəd siqaretlə tütün, bundan başqa, həmin yerdən bir ədəd içərisi boşaldılıb sonradan kustar yolla doldurulmuş və ucu sıxılmış vəziyyətdə olan bir ədəd “Sobraniye” markalı siqaret, avtomaşının salonunda sərnişin oturacağının üzərində olan bir ədəd qara rəngli “Polo” markalı əl çantasının içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş gümüşü rəngli 8 ədəd kiçik bağlamalar, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung” markalı “power bank” enerji daşıyıcısı, bir ədəd “Samsung” markalı mobil telefon, çantanın iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə, bir ədəd siqaretin gümüşü kağızı, avtomaşının qabaq oturacaqları arası yerləşən dirsəkaltı hissəsindən bir ədəd “Blackberry” markalı mobil telefon, bir ədəd spiral formalı şüşə boru, bir ədəd “Samsung” markalı mobil telefon, avtomaşının salonunda saxlanc yerində bir ədəd ağ rəngli “İPhone” markalı mobil telefon, bir ədəd qırmızı dəstəkli qatlanan bıçaq, bir ədəd alışqan, bir ədəd ətir, bir ədəd antiperspirant, bir ədəd metaldan istehsal edilmiş alışqan aşkar edilmişdir. Avtomaşından aşkar edilmiş içi boşaldılaraq sonradan doldurulmuş bir ədəd “Sobraniye” markalı siqaret, bir ədəd şəffaf sellofana qablaşdırılmış kiçik ölçülü gümüşü rəngli kağıza bükülmüş 8 ədəd bükülü, bir ədəd şəffaf sellofana bükülmüş maddə qablaşdırılaraq götürülmüşdür Bundan başqa, avtomaşından götürülmüş elektron tərəzi, mobil telefonlar, spiral formalı borucuq, qatlanan bıçaq, əl çantası, iki ədəd alışqan, ətir, antiperspirant, iki qutu siqaret sellofan bağlamaya qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt tərtib olunmuş protokola imza etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, nəqliyyat vasitəsindən aşkar edilmiş bükümlərdə olan maddə psixotrop maddə metamfetamindir. Ona görə də, həmin maddəni qanunsuz olaraq əldə edib saxlamış və avtomaşında daşımış şəxsin müəyyən edilməsi məqsədilə Nəsimi RPİ-nin 20-ci PB-də həmin bölmənin rəis müavini polis mayoru Elnur Əzizov, bölmənin sahə inspektoru Şahid8 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, qeyd olunan avtomaşın icarə şirkətinə məxsusdur və hadisə vaxtı Natiq adlı şəxs idarə etmişdir. 01 iyun 2019-cu il tarixdə təxminən saat 23:00 radələrində onunla birlikdə yuxarıda qeyd olunan şəxslər əldə olunmuş əməliyyat məlumatına uyğun olaraq Bakı şəhəri, C.Məmmədquluzadə küçəsində Natiq adlı şəxsi saxlayaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxsə onlar qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində gəzdirməsi və yol nəqliyyat hadisəsi zamanı zədələnmiş “Hyundai İ40” markalı avtomaşında aşkar edilmiş psixotrop maddənin ona məxsus olması barədə məlumata malik olduqlarını bildirmişlər. Sonra isə həmin şəxsi onlar Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına dəvət etmişlər və o da, buna etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişlər. Bölmənin xidməti otaqların birində həmin şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçinin və həmin bölmənin sahə inspekloru vəzifəsində işləyən Şahid8 iştirakı ilə şəxsin üzərinə videogörüntüdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxs, yəni Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş və sonuncu şəxs masaya yaxınlaşaraq əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli spesifik iyə malik olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Verilmiş suala cavab olaraq Natiq Əsgorov bildirmişdir ki, həmin əşya kimyəvi maddə olan metamfetamindir və həmin maddəni şəxsi istifadəsi üçün Papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Həmin bükülü tərəflərindən açılmış və bükümün içərisində ağ rəngli maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən bir ədəd 50 qəpiklik pul sikkəsi aşkar edilmiş, iş üçün əhəmiyyət kəsb edən hər-hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuşdur, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Həmin maddənin çəkisi və növünü müəyyəni etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə kütləsi psixotrop maddə hesab edilən “metamfetamin”-dir. Təqsirləndirilən şəxs dövriyyəsi qadağan olunmuş maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olduğunu, saxlanılarkən onlara qarşı hər-hansı müqavimət və ya zor tətbiq etmədiyini, Təqsirləndirilən şəxs psixotrop maddəni satmış istintaqa şəxsiyyəti məlum olmayan şəxs barədə heç bir məlumat verə bilmədiyini həmin istiqamətdə əməliyyat tədbirlərinin davam etdirildiyini qeyd etmişdir (cild 1 i/v 192-194). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 31 may 2019-cu il tarixdə Nəsimi RPİ-nin DYPŞ-nə məlumat daxil olmuşdur ki, naməlum sürücü idarə etdiyi "Hyundai İ40" minik markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 31.05.2019-cu il tarixdə saat 15 radələrində Nəsimi rayonu, N.C.Cəfərov küçəsində hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törədərək qəsdən hadisə yerində avtomaşını tərk edib qaçmışdır. Məlumatı aldıqdan sonra o, dərhal hadisə yerinə yollanmış və həqiqətən də avtomaşının hadisə yerində tərk edilib qoyulduğunu müəyyən etmişdir. Hadisə yeri tərəflərindən müayinə edilərkən nəqliyyat vasitəsində əldə edilməsi və gəzdirilməsi qanunla qadağan olunan maddələrin olmasına kifayət qədər şübhələr olduğuna görə bu barədə Nəsimi RPİnin 20-ci PB-nə məlumat verilmiş və qeyd edilən nəqliyyat vasitəsinin qapıları bağlanaraq hadisə yerindən evakuator vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 8 saylı “Siqnal” idarəsinin cərimə meydançasına təmin edilmişdir. Nəsimi RPİ-nin KTQ-nin inspektoru polis baş leytenantı Bahadur Bəxtiyarov mütəxəssis kimi dəvət olunaraq həmin nəqliyyat vasitəsinə videoçəkilişlə baxış keçirilmişdir. Belə ki, Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis mayoru Zamir Əliyev, həmin bölmənin əməliyyat müvəkkilləri polis leytenantı Şahid4, polis leytenantı Şahid2, iki nəfər hal şahidi qismində dəvət olunmuş şəxslər və onun iştirakı ilə nəqliyyat vasitəsinin faktiki olaraq aparıldığı Bakı şəhəri, Nəsimi rayonu Tbilisi prospekti 8 saylı “Siqnal” idarəsinin cərimə meydançasında “Hyundai” markalı “İ40” modelli **-RC-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı onlara hüquq və vəzifələri izah olunduqdan sonra yuxarıda sadalanan şəxslərin iştirakı ilə nəqliyyat vasitəsinə dayanmış olduğu cərimə meydançasında baxış keçirilmişdir. Baxış zamanı həmin avtomaşının sürücü qapısının iç cib hissəsindən iki ədəd “Winchester” markalı siqaretin qutusu, həmin qutuların birində siqaretlər, digərinin içərisində isə bir ədəd siqaretlə tütün, bundan başqa, həmin yerdən bir ədəd içərisi boşaldılıb sonradan kustar yolla doldurulmuş və ucu sıxılmış vəziyyətdə olan bir ədəd “Sobraniye” markalı siqaret, avtomaşının salonunda sərnişin oturacağının üzərində olan bir ədəd qara rəngli “Polo” markalı əl çantasının içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş gümüşü rəngli 8 ədəd kiçik bağlamalar, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung” markalı “power bank” enerji daşıyıcısı, bir ədəd “Samsung” markalı mobil telefon, çantanın iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə, bir ədəd siqaretin gümüşü kağızı, avtomaşının qabaq oturacaqları arası yerləşən dirsəkaltı hissəsindən bir ədəd “Blackberry” markalı mobil telefon, bir ədəd spiral formalı şüşə boru, bir ədəd “Samsung” markalı mobil telefon, avtomaşının salonunda saxlanc yerində bir ədəd ağ rəngli “İPhone” markalı mobil telefon, bir ədəd qırmızı dəstəkli qatlanan bıçaq, bir ədəd alışqan, bir ədəd ətir, bir ədəd antiperspirant, bir ədəd metaldan istehsal edilmiş alışqan aşkar edilmişdir. Avtomaşından aşkar edilmiş içi boşaldılaraq sonradan doldurulmuş bir ədəd “Sobraniye” markalı siqaret, bir ədəd şəffaf sellofana qablaşdırılmış kiçik ölçülü gümüşü rəngli kağıza bükülmüş 8 ədəd bükülüdə olan maddələr, bir ədəd şəffaf sellofana bükülmüş maddə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, avtomaşından götürülmüş elektron tərəzi, mobil telefonlar, spiral formalı borucuq, qatlanan bıçaq, əl çantası, iki ədəd alışqan, ətir, antiperspirant, iki qutu siqaret sellofan bağlamaya qablaşdırılaraq götürülmüşdür (cild 1, i/v 253-255). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid6 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin may ayının 31-də o, Siqnal İdarəsinin 8 saylı Cərimə Meydançasında işdə olan zaman ona təklif etmişlər ki, həmin gün bir qədər əvvəl yol-nəqliyyat hadisəsi törətmiş və nəqliyyat vasitəsini idarə edən şəxs qaçaraq hadisə yerində qoymuş qara rəngli “Hyundai” markalı avtomobilə keçirilən baxışda hal şahidi kimi iştirak etsin. O, razılığını verdikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Orada ondan başqa da bir nəfər kənardan dəvət olunmuş hal şahidi var imiş. Onlardan başqa bir neçə polis əməkdaşı da onlarla birlikdə cərimə meydançasında var imiş. Həmin vaxt onlara bildirmişlər ki, həmin nəqliyyat vasitəsinə videokamera vasitəsilə çəkiliş tətbiq etməklə baxış keçiriləcəkdir. Baxışı Nəsimi rayon Polis idarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı keçirirmiş. Onlar isə həmin polis əməkdaşının yanında dayanıb baş verənlərə baxırmışlar. Qeyd etmiş ki, həmin nəqliyyat vasitəsinin ön tərəfi zədələnmişdir. Baxışa başlananda iştirak edən bütün şəxslərə bu barədə elan edilmiş və bilavasitə baxışın aparılmasına başlanılmışdır. İlk olaraq həmin avtomobilin sürücü qapısı açılmış və həmin qapının içəri tərəfdə yerləşən tutacağın cib kimi olan hissəsindən bir ədəd qapaq hissəsi cırılmış vəziyyətdə olan, bir ədəd də bütöv vəziyyətdə olan, ümumilikdə iki ədəd “Winchester” markalı siqaret qutusu, qapaq hissəsi cırılmış vəziyyətdə olan qutunun içindən bir ədəd siqaret dənəsi və qutunun dib hissəsində tütün aşkarlanmışdır. Qutular aşkarlanmış cib hissəsində əlavə olaraq bir ədəd şax vəziyyətdə siqaretin gümüşü rəngli kağızı və bir ədəd içi sonradan əllə doldurulmuş, uc tərəfi boş olaraq sıxıb-burulmuş vəziyyətdə olan bir ədəd “Sobraniye” markalı siqaret dənəsi aşkarlanmışdır. Bundan sonra avtomaşının salonunda qabaq sərnişin oturacağının üzərindən bir ədəd qara rəngli kiçik olçülü əl çantası aşkarlanmışdır. Həmin çanta açıldıqda içərisindən bir ədəd şəffaf sellofan bağlamada saxlanılan kağız bağlamalar, bir ədəd elektron tərəzi, bir ədəd telefon enerji qidalandırıcı aksesuar, bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd hamar gümüşü rəngli siqaret kağızına bənzər kağız parçası, çantanın iç cibindən isə bir ədəd şəffaf sellofan büküm aşkarlanmışdır. Avtomaşının sərnişin oturacağının ön hissəsində olan saxlanc yerindən bir ədəd “Blackberry” markalı mobil telefon, dirsəkaltı yerindən isə bir ədəd üzərində qara rəngli yapışqan lentə bürülmüş spiralvari şüşə boru, bir ədəd “Samsung” markalı sensor ekranlı mobil telefon, bir ədəd ağ rəngli “İPhone 4” markalı mobil telefon, bir ədəd qırmızı rəngli qatlanan kiçik ölçülü cib bıçağı, bir ədəd alışqan, bir ədəd ətir qabı, bir ədəd antiperspirant, bir ədəd dəmir alışqan aşkarlanmışdır. Baxış zamanı aşkarlanmış bir ədəd içərisi boşaldılaraq sonradan əllə doldurulmuş “Sobrabniye” markalı siqaret dənəsi, sellofan bağlamanın içərisində olan kiçik ölçülü kağız bükümlər, iki ədəd “Winchester” markalı siqaret qutusu və bir ədəd şəffaf sellofan bağlamada olan büküm zərfə qoyulmuş, digər əşyalar isə sellofan bağlamaya qoyularaq götürülmüşdür. Qeyd etmiş ki, həmin avtomaşına keçirilmiş baxış zamanı başqa heç bir şey aşkarlanmamışdır. Onlara nəqliyyat vasitəsindən aşkarlanmış maddələrin tərkibini müəyyən etmək məqsədilə ekspertiza təyin olunacağı barədə məlumat verilmişdir (cild 2 i/v 2-4). İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid7 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, cərimə meydançasında baxış keçirilən “Hyundai” markalı “İ40” modelli avtomobilin salonundan ümumilikdə iki ədəd “Winchester” markalı siqaret qutusu, qapaq hissəsi cırılmış vəziyyətdə olan qutunun içindən bir ədəd siqaret dənəsi və qutunun dib hissəsində tütünün, qutular aşkarlanmış cib hissəsindən əlavə olaraq bir ədəd şax vəziyyətdə siqaretin gümüşü rəngli kağızı və bir ədəd içi sonradan əllə doldurulmuş, uc tərəfi boş olaraq sıxıb-burulmuş vəziyyətdə olan bir ədəd “Sobraniye” markalı siqaret dənəsinin, qabaq sərnişin oturacağının üzərindən bir ədəd qara rəngli kiçik ölçülü əl çantasının içərisindən bir ədəd şəffaf sellofan bağlamada saxlanılan kağız bağlamaların, bir ədəd elektron tərəzinin, bir ədəd telefon enerji qidalandırıcı aksesuarın, bir ədəd “Samsung” markalı mobil telefonun, bir ədəd hamar gümüşü rəngli siqaret kağızına bənzər kağız parçasının, çantanın iç cibindən bir ədəd şəffaf sellofan bükümün, sərnişin oturacağının ön hissəsində olan saxlanc yerindən bir ədəd “Blackberry” markalı mobil telefonun, dirsəkaltı yerindən bir ədəd üzərində qara rəngi yapışqan lentə bürülmüş spiralvari şüşə borunun, bir ədəd “Samsung” markalı sensor ekranlı mobil telefonun, bir ədəd ağ rəngli “İPhone 4’’ markalı mobil telefonun, bir ədəd qırmızı rəngli qatlanan kiçik ölçülü cib bıçağının, bir ədəd alışqanın, bir ədəd ətir qabının, bir ədəd antiperspirantın və bir ədəd dəmir alışqanın aşkar edilməsi xüsusatını təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid9 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, Natiqi bir ilə yaxındır ki, tanıyır. Natiqlə onu adını tanımadığı və əvvəllər onunla birlikdə narktoik vasitə qəbul edən şəxs tanış etmişdir. Belə ki, o, həmin vaxt narkotik vasitə hesab edilən heroin qəbul etdiyinə görə tanışı ilə birlikdə Natiqdən narkotik vasitə əldə etmişlər. Natiqlə o, Yasamal deyilən yerdə görüşmüşlər və Natiq bir gözündən əlildir. Natiqdən o, 2 dəfə narkotik vasitə hesab edilən heroini hər dəfəsində 10 manat verməklə əldə etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı X15 tərəfindən tərtib edilmiş və həmin bölmənin əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4, mütəxəssis qismində dəvət olunmuş X4, Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşı Şahid5 və hal şahidləri Şahid6 və Şahid7 tərəfindən imzalanmış 31.05.2019-cu il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, “Hyundai İ40” markalı **-RC-*** dövlət qeydiyyat nişnalı avtomaşına keçirilmiş baxış zamanı avtomaşının ön sol yan qapısının cib hissəsindən iki ədəd “Winchester” markalı siqaretin qutusu, həmin qutuların birində siqaretlər, digərinin içərisində isə bir ədəd siqaretlə tütün, bundan başqa, həmin yerdən bir ədəd içərisi boşaldılıb sonradan kustar yolla doldurulmuş və ucu sıxılmış vəziyyətdə olan bir ədəd “Sobraniye” markalı siqaret, avtomaşının salonunda sərnişin oturacağının üzərində olan bir ədəd qara rəngli “Polo” markalı əl çantasının içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş gümüşü rəngli kiçik bağlamalar, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung” markalı “power bank” enerji daşıyıcısı, bir ədəd “Samsung” markalı mobil telefon, çantanın iç cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddə, bir ədəd siqaretin gümüşü kağızı, avtomaşının qabaq oturacaqları arası yerləşən dirsəkaltı hissəsindən bir ədəd “Blackberry” markalı mobil telefon, bir ədəd spiral formalı şüşə boru, bir ədəd “Samsung” markalı mobil telefon, avtomaşının salonunda saxlanc yerində bir ədəd ağ rəngli “İPhone” markalı mobil telefon, bir ədəd qırmızı dəstəkli qatlanan bıçaq, bir ədəd alışqan, bir ədəd ətir, bir ədəd antiperspirant, bir ədəd metaldan istehsal edilmiş alışqan aşkar edilmişdir. Avtomaşından aşkar edilmiş bir ədəd “Sobraniye” markalı siqaret, bir ədəd şəffaf sellofana qablaşdırılmış kiçik ölçülü gümüşü rəngli kağıza bükülmüş bükülülər zərfə qoyularaq götürülmüşdür. Baxış zamanı tərtib edilmiş videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. (cild 1, i/v 11-17). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2019-cu il tarixli, 14483 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “İştirakçılar...Ağalarov.M....Aslanov.O... hal şahidləri...Yusifov.N...Nağıyev.N ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 9 (doqquz) ədəd bükümlərdə ümumi təmiz çəkisi- 1,108 qram ağ rəngli kristal formada maddə metamfetamindir (cild 1, i/v 20-23). İş materiallarında olan "xxxx" MMC tərəfindən verilən 30 may 2019-cu il tarixli 053 nömrəli yol vərəqəsindən görünür ki, Hyundai markalı İ40 modelli ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında 01 iyun 2021-ci il tarixə saat 22:30-dək Şahid1 idarə etmək üçün verilmişdir (cild 1, i/v 25). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı X15 tərəfindən tərtib edilmiş və həmin Bölmənin CAQ-nun əməliyyat müvəkkili Şahid4, həmin Bölmənin sahə inspektoru Şahid8, mütəxəssis qismində dəvət olunmuş X4, müdafiəçi X10 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 02.06.2019-cu il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq masanın üzərinə qoyması təklif olunmuş, saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində ağ rəngli spesifik iyə malik bükümü çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa qanunsuz əşya olmadığını qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd 50 qəpik pul sikkəsi aşkar edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs ilə sorğu sual zamanı o, bildirmişdir ki, aşkar edilmiş bükümdəki kimyəvi maddə “metamfetamindir”. Həmin maddəni 01.06.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Papanin adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata almış və üzərində saxlamışdır. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş gümüşü rəngli kağıza bükülmüş içərisində ağ rəngli spesifik iyə malik kütlə şəklində olan maddə zərfə qoyularaq götürülmüşdür. Şəxsi axtarış zamanı tərtib edilmiş videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 1, i/v 66-73). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2019-cu il tarixli, 14484 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən götürülmüş..” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi-0,524 qram ağ rəngli kristal formada maddə metamfetamindir (cild 1, i/v 78-81). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2019-cu il tarixli, 14552 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Hyundai İ40” markalı **-RC-*** d.q.n-li avtomaşından götürülmüş 1 ədəd “Sobraniya” markalı siqaret” yazılar və imzalar olan Zərfdə bir ədəd “SOBRANİYA” siqaretinin içərisində təmiz çəkisi-0,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır (cild 1 i/v 122-124). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyun 2019-cu il tarixli tələbnamədən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmündən və Bakı Apellyasiya Məhkəməsinin qərarından görünür ki, Əsgərov X11 rayon məhkəməsinin 18.07.2016-cı il tarixli, 1(004)- 87/2016 saylı hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 23.12.2016-cı il tarixli, 1(103)-1728/16 saylı qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4500 manat cərimə cəzası ilə əvəz edilmiş və Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) il 08 (səkkiz) ay 20 (iyirmi) gün müddətində həbsdə olması nəzərə alınmaqla üzərində qəti olaraq 500 manat cərimə cəzası saxlanılmış, 08.02.2017-ci il tarixdə 500 manat cərimə cəzasını ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, i/v 128, 231-247, 248-252). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2019-cu il tarixli, 14929 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş №-1 zərfdə üzərində “Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan içərisində bir büküm, təmiz çəkisi 0,474 qram, (ilkin təmiz çəkisi 0,524 qram müəyyən edilmişdir Rəy №-14484) matemafetaminlə, №-2 zərfdə, üzərində “X8 idarə etdiyi avtomobildən...” yazısı olan içərisində doqquz büküm, ayrı ayrılıqda təmiz çəkisi: 0,094 qram, 0,104 qram, 0,092 qram, 0,117 qram, 0,148 qram, 0,072 qram, 0, 072 qram, 0,102 qram, 0,127 qram (ümuni təmiz çəkisi 0,928 qram), ilkin ümumi təmiz çəkisi 1,108 qram müəyyən edilmişdir Rəy №- 14483, metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. №-2 zərfdə, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən ...” yazısı olan, içərisində doqquz büküm metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər (cild 1, i/v 132-135). İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 05.07.2019-cu il tarixli protokoldan görünür ki, “Blackberry” markalı mobil telefona keçirilmiş baxış zamanı mobil telefonun daxili yaddaşında olan camera qovluğunda Təqsirləndirilən şəxs aid olan foto və videogörüntülər, mobil telefonun photos qovluğunda isə “patı-100 azn, eki-15 azn, gerika - 60 azn, kakain-250 azn, kakos-50 azn, neşe-80 azn, M140-15 azn” yazıları olan narkotik vasitə və psixotrop maddələrin qiymətləri əks olunmuş fotoçəkil aşkar edilmişdir. Bundan başqa həmin mobil telefonda olan ***-***-**-** Salı GSM nömrə ilə qeydiyyatdan keçmiş “VVhatsapp” sosial şəbəkə proqramına keçirilmiş baxış zamanı çoxsaylı yazışmaların olması müəyyən olunmuşdur (cild 1, 152-159). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2019-cu il tarixli, 17715 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksləri olan iki ədəd zərfdəki bir ədəd elektron tərəzinin səthində və spiralvari şüşə borucıığun daxilində psixotrop maddə olan metamfetaminin izləri vardır (cild 1, i/v 169-171). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 17 iyul 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Blackberry” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılması qərara alınmışdır (cild 1, i/v 174). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2019-cu il tarixli, 17750 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq-zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan cib bıçağıdır, soyuq silah hesab edilmir (cild 1, i/v 184-187). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 03.07.2019-cu il tarixli 1532 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs Ojdər oğlunun İİİ qrup əlil olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 188-189). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 01 avqust 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümdə və səkkiz ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 1,108 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin, bir ədəd “SOBRANİYA” siqaretinin içərisində təmiz çəkisi- 0,185 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, eyni zamanda üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,524 qram təşkil edənağ rəngli kristal formada olan psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,424 qram və 0,878 qram psixotrop maddə metamfetamin, 0,165 qram çəkidə marixuana, bir ədəd elektron tərəzi, bir ədəd siqaretin gümüşü kağızın saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır (cild 1, i/v 190-191). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin müdiri Xalis Həsənov tərəfindən Nəsimi rayon Polis idarəsinə ünvanlanmış 09 avqust 2019-cu il tarixli **********2 saylı məktubundan görünür ki, ünvan 9 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs 110.00 (bir yüz on) manat İİİ qrup əlil kimi pensiya alır (cild 1, i/v 201). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 1(009)-45/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (cild 2, i/v 193-198). Bakı İstintaq Təcridxanasından Nəsimi rayon Məhkəməsinə ünvanlanmış 04 dekabr 2020-ci il tarixli 17/38-9142 saylı məktubdan görünür ki, Səbail rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 1(009)-45/2020 saylı hökmü ilə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs 04.12.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasından cəza müddəti qurtardığına görə həbsdən azad edilmişdir. Nəsimi rayon Məhkəməsinin 1(006)-60/2021 saylı, 02.02.2021-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasından Nəsimi rayon məhkəməsinə ünvanlanmış 12 aprel 2021-ci il tarixli 17/38-264 saylı məktubdan görünür ki, Nəsimi rayon Məhkəməsinin 1(006)-60/2021 saylı, 02.02.2021-ci il tarixli Qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq 09.04.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Nəsimi rayon Məhkəməsinin 1(006)-60/2021 saylı, 21.04.2021-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixatrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixatrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9,1.0.10 və 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixatrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixatrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 478,38 (dörd yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan 01 ədəd 0,424 qram və 0, 878 qram psixotrop maddə metamfetamin, 01 ədəd 0,165 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd üzərinə yapışqan lent dolanmış şüşə boru məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Blackberry” markalı mobil telefon sahibinə qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 01 iyun 2019-cu il tarixli “müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən hüquqi yardım göstərilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-293/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərara əsasən 08 sentyabr 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 110 (yüz on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 660 (altı yüz altmış) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadiə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 478,38 (dörd yüz yetmiş səkkiz manat otuz səkkiz qəpik) miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan 01 ədəd 0,424 qram və 0, 878 qram psixotrop maddə metamfetamin, 01 ədəd 0,165 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd üzərinə yapışqan lent dolanmış şüşə boru məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Blackberry” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 660 (altı yüz altmış) manat və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar