Məhkəmə qərarları › İş №1(006)-60/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-60/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-60/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə saat 01:51-də etibamamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Prius" markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanın qarşısındakı avtomobil yolu ilə saatda 40- 45 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş yol hərəkəti üçün təhlükəsiz şərait yaradaraq öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmama barədə tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq ehtiyatsızlıqdan avtomobilin ön təkəri ilə yolun hərəkət hissəsinin sağ kənarında piyadalar üçün nəzərdə tutulmuş səkidə dayanmış piyada Zərərçəkmiş şəxs ayağının üstündən keçməsi nəticəsində sonuncunun sağ ayağının iç topuğunun yerdəyişməyən sınığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, avtomobilin ön hissəsi ilə isə həmin səkidə dayanmış digər piyada X5 vurması nəticəsində sonuncunun sağ bazu arteriyasının və dirsək sinirinin yaranması ilə müşayiət olunan bazu nahiyəsinin geniş sahəli əzilmiş-cırılmış yarası bazu nahiyəsinin geniş sahəli əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, həmin ərəfədə rəsmi olaraq heç bir yerdə işləmirdi. 2022-ci ildən etibarən Bakı şəhərinə gəlir və özünü dolandırmaq üçün müxtəlif işlərdə işləyir, iş olmadıqda isə valideynlərinin yaşadığı Şirvan şəhərinə gedirmiş. 15 gün olardı ki, Bakı şəhərinə gəlmişdir. Bakıda yaşayan dostunun məsləhəti ilə icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Bu məqsədlə dostunun vasitəsi ilə Aydın adlı şəxslə tanış olmuşdur. Aydına məxsus "Toyota Prius" markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili sadə etibamamə əsasında 2023-cü ilin may ayının ortalarından etibarən idarə etməyə başlamışdır. Əsasən günün gündüz vaxtları bəzən də gecə vaxtı Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2023-cü il tarixdə saat 01.50 radələrində qeyd etdiyi avtomobil ilə Nəsimi rayonu S.Əsgərova küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olan zaman həmin küçələrin kəsişməsində svetoforun qırmızı işığında dayanmışdır. Bundan sonra işıqforun yaşıl işığı yandıqda o avtomobili hərəkətə gətirib sola, yəni Azadlıq prospektinə dönmüşdür. Həmin vaxt saatda 40-45 km surətlə hərəkətdə olduğu zaman yer su olduğundan avtomobili idarə etməni itirərək yolun sağ hissəsində dayanan insanlara ehtiyatsızlıq nəticəsində avtomobilin ön sol hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra o avtomobildən enmiş və yaralanan şəxslərə köməklik etməyə çalışmışdır. Bundan sonra onu Nəsimi RPl-nin 22ci PŞ-nə aparmışlar. Hadisə xx.xx.2023-cü il tarixdə saat 01.50 radələrində ünvan 3 ünvanın qarşısında baş vermiş, hadisə zamanı xəsarət yetirdiyi insanları daha öncə görməmiş və heç bir şəxsi ədavəti olmamış, hadisə vaxtı idarəetməni itirdiyindən tormuz vermiş və avtomobil sürüşərək yolun sağ tərəfində olan səkiyə çıxmışdır. Nəsimi rayonu Azadlıq prospekti ilə 28 May metrostansiyası istiqamətində hərəkətdə olan zaman həmin hadisənin baş vermişdir. Məlum hadisə vaxtı avtomobili təxminən saat 40-45 km surətlə idarə edirmiş. Hadisə zamanı hava qaranlıq olsa da küçə işıqlandırılmışdır və asfalt örtüyü yaş vəziyyətdə olmuşdur. Hadisə ani anda baş verdiyindən yolun kənarında dayanan piyadaları görməmişdir. Hadisə vaxtı piyadaları avtomobilin ön hissəsi ilə vurmuşdur, hadisə zamanı spirtli içkinin təsiri altında olmamış və avtomobildə sərnişin qismində əyləşən hər hansı bir şəxs olmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hadisə baş verən zaman Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində yerləşən "Pub 707" adlı kafedə köməkçi işləyirdi. İş vaxtının yekununda günün axşam saatlarında boş vaxtını asudə və səmərəli keçirmək üçün Bakı şəhərində skuter sürürdü. xx.xx.2023-cü il tarixdə axşam saat 00:30 radələrində skuter sürdükdən sonra dostu Pərvinlə yaşadığı ünvana qayıdırmış. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 01.40 radələrində Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 22-ci PŞ-nin qarşısından keçən zaman Pərvinlə birlikdə polis şöbəsinin qabağında yerləşən Pantomima teatrının qarşısında digər tanışlarını görüb dayanmışdır. Bundan sonra o onlardan aralanıb 2-3 dəqiqə sonra yenidən polis şöbəsinin qarşısına gəlmişdir. Orada ondan başqa 8-9 nəfər adam olmuşdur. Digər tanışı olan İsa adlı şəxs də orada imiş. Onlar birlikdə dayanıb söhbət edən zaman ani anda Toyota prius markalı avtomobil Azadlıq prospekti ilə 28 may istiqamətində hərəkət edən zaman idarəetməni itirərək üstlərinə gəldiyini görmüşdür. O həmin vaxt özünü itirərək oradan uzaqlaşmağa çalışsa da həmin prius markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil orada olan şlaqbauna dəyərək birinci onun ayağının üstündən keçib İsanı divara sıxaraq avtomobilin arxası ilə Pərvini vurmuşdur. Aldığı zərbədən Pərvin ağaca dəyib yerə yıxılmışdır. Avtomobil onlara yaxınlaşan anda o üzü 28 May metrosu istiqamətində dayanmışdır. Avtomobilin səsini eşidib dərhal yola tərəf çönmüşdür. Daha sonra avtomobil onun ayağının üstündən keçərək orada olan şlaqbauna dəyib polis şöbəsinin qarşısında yolun əks tərəfində olan teartr binasının divarına çırpılmışdır. Hadisə nəticəsində İsa adlı tanışı ağır xəsarət almışdır. Hadisə yerinə gələn TTY maşını ilə İsa və Pərvini KTM-ə aparmışdılar. Bundan sonra o, ayağında ağrı hiss etməyə başlamışdır. Avtomobil ayağının üstündən keçərkən onun xəsarəti yeni olduğundan onun ağrısını hiss etməmişdir. Fikirləşmişdir ki, yüngül xəsarətdir. Sonradan ayağının ağrısı şiddətləndiyindən o orada olan tanışları ilə birlikdə taksiyə əyləşib KTM-ə getmişdir. Orada ona məlum olmuşdur ki, sağ ayağının iç qopuq hissəsinin yerdəyişməyən sınığı olub. KTM-də ayağını gipsə qoyduqdan sonra o taksi ilə yaşadığı ünvana gəlmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə barışıq sazişini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X3 izahatında göstərdi ki, o, əvvəllər ünvan 4 ünvanında yaşamışdır. Mərhum oğlu X7 da həmin ünvanda onunla birlikdə yaşayıb. Təxminən 2018-ci ildən etibarən isə o Zabrat qəsəbəsinə köçmüşdür. Oğlu isə ailəsi ilə birlikdə son öldüyü günə kimi Nəsimi rayonu ərazisində yaşamışdır. X13 06 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvan 5 ünvanında olan zaman ürək tutmasından vəfat etmişdir. O, oğlunun hüquqi varisi qismində tanınmışdır. İsa Süleymanovun daha öncə istintaqa vermiş olduğu ifadəni təsdiq edərək bildirir ki, 04 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 ünvanın qarşısında olan zaman oğlu X5 «Toyota Prius» markalı avtomobil yol-nəqllyyat hadisəsi törədərək vurmuşdur. Onlara məlumat gecə saat 03:00 radələrində deyilib, onlar ailəlikcə «Semaşko» xəstəxanasına gəlmişlər, orada tapa bilməmişlər və sonradan Travmatologiya xəstəxanasına gəlmişlər. Həmin xəstəxanada olanda onlara dedilər ki, qolu kəsilməlidir. İsanı iki dəfə əməliyyat etdilər. Lakin əli işləmirdi. 102 xidmətinə müraciət etmişdir. İsa reanimasiyadan çıxanda təqsirləndirilən şəxsin anası, atası və iki nəfər oğlan onun yanıma gəlmişdilər. 95 gün rəhmətlik əzab çəkibdir. Təqsirləndirilən şəxsin ailəsindən bir dəfə anasını görmüşdür, başqa heç kim gəlməyibdir. 95 gündən sonra bir qadın həyat yoldaşsız, bir uşaq isə atasız qaldı. İsa xx.xx.2023-cü il tarixdə rəhmətə gedibdir. Onun ölümünün səbəbini isə belə güman edirlər ki, ağ ciyəri hadisə nəticəsində zədələnibdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, fərdi evlərdə kondisioner ustası kimi fəaliyyət göstərir. İş vaxtının yekununda günün axşam saatlarında boş vaxtını asudə vaxtını səmərəli keçirmək üçün Bakı şəhərində skuter sürür. xx.xx.2023-cü il tarixdə axşam saat 00.30 radələrində skuter sürdükdən sonra yaşadığı ünvana qayıdırmış. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 01.40 radələrində Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 22-ci PŞ-nin qarşısından keçən zaman dostu və eyni məhlədə yaşadığı Atəşlə birlikdə polis şöbəsinin qabağında yerləşən Pantomima teatrının qarşısında digər tanışlarını görüb dayanmışdır. Bundan sonra Atəş onlardan aralanıb 2-3 dəqiqə sonra yenidən polis şöbəsinin qarşısına gəlmişdir. Orada ondan başqa 8-9 nəfər adam olmuşdur. Digər tanışı olan İsa adlı şəxs də orada imiş. Onlar birlikdə dayanıb söhbət edən zaman ani anda Toyota prius markalı avtomobil Azadlıq prospekti ilə 28 may istiqamətində hərəkət edən zaman idarəetməni itirərək üstlərinə gəldiyini görmüşdür. O həmin vaxt özünü itirərək oradan uzaqlaşmağa çalışsa da həmin Prius markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil orada olan şlaqbauna dəyərək birinci Atəşin ayağının üstündən keçib İsanı divara sıxaraq avtomobilin arxası ilə onu vurmuşdur. Aldığı zərbədən o ağaca dəyib yerə yıxılmışdır. Bundan sonra heçnə xatırlamamışdır. Bundan sonra tanımadığı şəxslərin köməyi ilə hadisə yerinə təcili tibbi yardım avtomobili gəldikdən sonra onu KTM-ə aparmışdılar. Orada ona ilkin tibbi müayinə göstərərək təxmini olaraq həmin gün orada müalicə aldıqdan sonra ambulator müalicə almaq üçün evə getmişdir. Cinayət işinin 4-8-ci vərəqlərində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 04 iyun 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, 22-ci Polis Şöbəsinin qarşısıdır. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti yaşdır. Yol örtüyünün hər iki istiqamət üçün eni 9 metr, hərəkət zolaqlarının sayı 3, işlək hissəsinin eni 9 metrdir. İşlək hissədə yol bir istiqamətlidir. 3 hərəkət zolağına 1.5 üfiqi nişanlanma xətləri ilə bölünmüşdür. İşlək hissəyə sağdan və soldan səki birləşir. Nəqliyyat vasitəsinin sınmış detalları aşkar edilmişdir. Cinayət işinin 32-33-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 08 iyun 2023cü il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı **-FB-*** dövlət qeydiyyat nömrəli avtomobil tünd göy rəngdədir. Avtomobil işlək vəziyyətdə deyil; avtomobil qabaq sol qanadı əzilmiş vəziyyətdədir, sol qabaq farasının şüşələri sınmışdır; avtomobilin qabaq sol təkəri partlamış vəziyyətdədir; avtomobilin kapotunun sol hissəsi batmışdır; avtomobilin qabaq buferhissəsinin sol hissəsi əzilmişdir; avtomobilin başqa hansısa bir hissəsi zədələnməmişdir. Avtomobilin üzərində olan əzilmə izləri avtomobilin yol kənarında duran piyadaları və orada olan şlaqbaunu əzərək divarla toqquşması halına uyğun gəlir. Cinayət işinin 45-46-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 8/1925 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 48-49-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, 968 nömrəli ekspert rəyindən görünür ki, vət. İ.H.Süleymanovun bədənində aşkar olunmuş xəsarətlər - sağ bazu arteriyasının və dirsək sinirinin yaranması ilə müşayiət olunan bazu nahiyəsinin geniş sahəli əzilmiş-cırılmış yarası bazu nahiyəsinin geniş sahəli əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin 51-52-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, 860 nömrəli ekspert rəyindən görünür ki, vət. Şahid bədən səthində aşkar olunmuş xəsarətlər – sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançırı-şişkinlik halında sıyrığı. Sol dirsək oynağı və sağ baldır nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 46-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 06 ay 14 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl azad edilib. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 56-57-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, 1160 nömrəli ekspert rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ ayağın iç topuğunun yerdəyişməyən sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X12 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər. Cinayət işinin 86-90-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2023-cü il tarixli, 114 nömrəli ekspert rəyi və ona 01 saylı əlavədən görünür ki, vət.X4 bədənində xəsarətlər aşkar edilmədi. X4 ölümünə səbəb ağciyərlərin bronxopnevmoniyası fonunda koronaroskleroz, kardioskleroz və sol mədəciyin hipertrofiyası ilə ifadə olunan ürəyin xroniki işemik xəstəliyinin kəskinləşməsi nəticəsində inkişaf etmiş kəskin ürək-ağciyər çatışmazlığı olmuşdur. X4 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 4-6 saat əvvəl baş vermişdir. X4 qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupu törəmələri və salisilatlar aşkar edilmədi. X4 ölümünə səbəb kəskin ürək-ağciyər çatışmazlığı ilə əlaqədardır, yəni hər hansı travmatik dəyişiklik ilə, o cümlədən xx.xx.2023-cü il tarixdə almış olduğu xəsarətlə səbəbli əlaqəsi yoxdur. Cinayət işinin 126-cı vərəqində olan “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərini əks etdirən TŞX-nin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış və köçürülmüş 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs həmin videogörüntüdə 04 iyun 2023-cü il tarixdə saat 01.51 radələrində Nəsimi rayonu Azadlıq prospekti ilə 28 May metrosu istiqamətində hərəkətdə olan zaman qara rəngli 'Toyota Prius" markalı avtomobilin idarəetməni itirərək yolun sağ tərəfində dayanan piyadaları həmin avtomobil ilə vurulduğunu və həmin videogörüntüdə yol-nəqliyyat hadisəsi törətmiş qara rəngli, "Toyota Prius" markalı avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs özü olduğunu bildirmişdir. Cinayət işinin 127-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 142-149-cu vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” minik markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və ilkin araşdırma zamanı sahibinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında notarial qaydada bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.» Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan «Toyota Prius» minik markalı, **-FB-*** dövlət nömrə nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - “Toyota Prius” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar