Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-601/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09.11.2021-ci il tarixdə, günorta saat 15.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 19 ünvanının qarşısında, həmin vaxt cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozaraq, hamı tərəfindən qəbul olunmuş qaydalara laqeydlik göstərərək, ətrafda olan digər şəxslər arasında həyəcanın, narahatçılığın yaranmasına səbəb olan, onların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edib, özünün şəxsiyyətini onların fövqündə qoyub, ətrafdakı şəxslərin gözü qarşısında, keçmiş arvadı Zərərçəkmiş şəxs Talib qızı üzərində zor tətbiq edilərək, qəsdən onun baş nahiyəsinə əli ilə zərbə endirib ona - qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan, başın sol-ənsə nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin, sol bazunun ön səthinin və sol dirsək oynağı nahiyəsinin ön səthinin qançırları ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Talib qızı onun keçmiş həyat yoldaşı olub. Belə ki, 1996cı ildə onunla ailə qurmuş daha sonra münasibətləri alınmadığı üçün 2013-cü ildə rəsmi olaraq boşanmışlar. Artıq uzun müddətdir ki, Mətanət ayrı ünvanda tək yaşayır, o isə oğlu Həsənov Murad ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ayrılmağına baxmayaraq mütəmadi olaraq onun qohumları ilə əlaqə saxlayır, onun ünvanına nəlayiq sözlər işlədir. 09.11.2021ci il tarixdə qohumları ona yenidən bildirmişdir ki, Mətanət onun ünvanına nəlayiq fikirlər səsləndirib. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və oğlu M.Həsənovla ilə Zərərçəkmiş şəxs yaşadığı mənzilə getmişlər. Danışıq zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, telefonu “28 May” metrosu yaxınlığında ustadadır. Qohumları ilə danışmadığını sübut etmək üçün Zərərçəkmiş şəxs ona birlikdə gedib telefona baxmağı təklif etmişdir. Bu səbəbdən o, Murad və Mətanətlə birlikdə taksi ilə 28 May metrosunun yanına gəlmişlər. Azadlıq prospektində olan telefon mağazalarını bir-bir Mətanətlə gəzib, telefona verdiyi ustanı axtarıblar. 20-dən artıq mağaza axtarmalarına baxmayaraq, telefonu verdiyi ustanı tapa bilmədiyini gördük də, artıq Təqsirləndirilən şəxs anlamışdır ki, Zərərçəkmiş şəxs onu aldadır və elə telefon mağazasının qarşısında əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs qışqırıb səs-küy salmağa başlamış və yaxınlıqdan keçən qadın ona irad bildirmişdir. O, həmin xanıma məsələnin ailə münasibətinə aid olduğunu bildirdikdən sonra ətrafda olan şəxslər və oğlu onları ayırmış və o, oğlu Murad ilə birlikdə oradan çıxıb getmişlər. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əvvəllər məhkumluğunun olmamasını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını, ailə daxili münaqişə olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1996-cı ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, rəsmi nikahlarından iki oğlu, 1997-ci il təvəllüdlü X2 və 1998-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə ailə münasibətləri pozulduğundan, 2013-ci ildə rəsmi olaraq boşanmışlar. Oğlu O.Həsənov artıq 5 ildən çoxdur ki, Moskva şəhərinə köçmüş və hazırda orada yaşayır. M.Həsənov isə bir ilə yaxındır ki, atası Arzu ilə birlikdə yaşayır və onu evdən çıxardaraq tək yaşamağa məcbur ediblər. Təqsirləndirilən şəxs və M.Həsənov heç bir zaman işləməyiblər, hər zaman özü onlara kömək etmişdir. Artıq təqaüdə çıxdıqdan sonra maddi problemlər başlamış və M.Həsənov atası Təqsirləndirilən şəxs ilə birlikdə danışıb razılaşaraq onu evdən çıxartmışlar. Bundan sonra o, valideynlərinə məxsus evdə tək yaşamışdır. M.Həsənov və atası Təqsirləndirilən şəxs pul lazım olduqda hər dəfə onunla əlaqə saxlayıblar. 09.11.2021-ci il tarixdə səhər saatlarında o, özünə məxsus olan “Samsung" markalı mobil telefonunu “28 May” metrosu yaxınlığında ustaya təmirə vermiş və yaşadığı evə getmişdir. Saat təxminən 14.00 radələrində M.Həsənov atası Arzu ilə birlikdə onun tək yaşadığı evə gəlmişlər və Təqsirləndirilən şəxs ona bildirmişdir ki, güya o, Təqsirləndirilən şəxs qohumlarına zəng edib onları narahat etmişdir. O, Təqsirləndirilən şəxs qohumlarına zəng etmədiyini bildirdikdə Təqsirləndirilən şəxs dediklərini yoxlamaq üçün ondan mobil telefonunu istəmişdir. O, telefonun ustada olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs təkidiylə telefonu götürmək üçün taksi ilə “28 May” metrosunun yanına gəlmişdir O, telefonu verdiyi ustanın yerini dəqiq xatırlamadığı üçün, orada olan mağazalara daxil olub ustanı axtarmağa başlamışdır. Bır neçə mağazada həmin ustanı tapa bilmədikdən sonra Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamış, mağazanın qarşısında onun baş nahiyyəsindən əli ilə vuraraq onu yerə yıxmışdır. Üzərinə gəlib yenidən onu vurmaq istəyən zaman, ətrafda olan şəxslər və oğlu M.Həsənov onu saxlamışlar. Həmin zaman, oradan keçən tanımadığı bir nəfər qadın Təqsirləndirilən şəxs onu döydüyü üçün irad bildirmiş, Təqsirləndirilən şəxs həmin qadının üzərinə gedən zaman, o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs qorxub M.Həsənov ilə birlikdə oradan uzaqlaşmışlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşmiş icraat materialının 38-40 səhifələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X1 Nəsimi rayon şöbəsindən alınmış 22.11.2021-ci il tarixli 1085 saylı rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində aşkar olunmuş xəsarətlər qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan, başın sol-ənsə nahiyəsinin dərialtı hematoması, çənəaltı nahiyənin, sol bazunun ön səthinin və sol dirsək oynağı nahiyəsinin ön səthinin qançırları bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən 09.11.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət aşkar edilmişdir. Məhkəməyədək sadələşmiş icraat materialının 73-cü səhifəsində olan, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30.11.2021-ci il tarixli 367-2639H-3221 saylı arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün və zərərçəkmiş şəxsin verdikləri ifadələri, digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-ci il tarixli Qərarına əsasən ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. İctimai qaydanın pozulmasının digər şəxs tərəfindən öz təşəbbüsü ilə qarşısının alınması, təqsirkara qarşı zor tətbiq edilməsi daxil olmaqla, xuliqanlığa son qoyulmasına yönələn qanuni fəal hərəkətlərdə ifadə olunur. Beləliklə, məhkəmə hadisə baş verən zaman, oradan keçən Z.F.Hüseynova tərəfindən Təqsirləndirilən şəxs zərərçəkəni döydüyü üçün ona irad bildirməsini, nə üçün qadına əl qaldırmasını soruşduqda Təqsirləndirilən şəxs Z.F.Hüseynovayla kobud danışaraq, vurduğu qadının arvadı olmasını bildirməsindən sonra ona etiraz edərək heç kimə zor tətbiq etmək hüququnun olmadığını deməsi və yenidən zərərçəkənin üzərinə gedən zaman ətrafa xeyli şəxslərin yığışaraq Təqsirləndirilən şəxs saxlamaları və Z.F.Hüseynovanın dərhal öz telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verməsini xuliqanlığa son qoyulmasına yönələn qanuni fəal hərəkət kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, hazırda zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsininnəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-601/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-601/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver