Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-601/2025 26.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,455 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 noyabr 2024-cü il tarixdə saat 03:00-da Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 23 ünvanının qarşısında saxlanılaraq, ünvan 3ayon polis idarəsinin 21-ci polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,455 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,629 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 fevral 2025-ci il tarixdə saat 18:52-də Bakı şəhəri, Nəsimi rayonu, F.İbrahimbəyov küçəsi 101 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan gödəkçənin cibindən 01 bükümdə təmiz çəkisi 0,629 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən təqribən 1 ildir ki, istifadə edir. Həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin aludəçisidir. 03 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixə keçən gecə saat 00 radələrində Bakı şəhəri, “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat nağd pula narkotik vasitə heroin almışdır. 04 noyabr 2024-cü il tarixdə saat 03:00 dəqiqədə ünvan 5 ünvanının qarşısında piyada hərəkətdə olduğum zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan özünü təqdim etməyi tələb etmişlər. Özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək Nəsimi rayon Polis İdarəsinin 21-cı Polis Bölməsinin inzibati binasına tməli olduğu bildirildikdən sonra polis əməkdaşları ilə birlikdə Nəsimi rayon Polis idarəsinin 21-Cİ Polis Bölməsinin inzibati binasına getmişdir, Nəsimi rayon Polis darəsinin 21-ci Polis Bölməsinin inzibati binasında müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Bildirilmişdir ki, üzərində videoçəkilişlə şəxsi axtarış aparılacaq. O buna etiraz etməmişdir. Beləliklə, onun xahişi ilə dəvət edilmiş dövlət hesabına müdafiəçi, həmçinin şəxsi axtarışda iştirak etməsi üçün dəvət edilmiş qadın polis əməkdaşı və əməliyyatçıların iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində dövriyyəsi qanunla qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynimdə olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxararaq təqdim etmişdir. Üzərimnən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən 1 ədəd şəffaf sellofan bükümün içərisində nə olduğu soruşulduqda narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 03 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Bakı şəhəri, “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin 1 ədəd şəffaf selofan büküm açıldıqda içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli maddənin olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuşdur. Zərfin üzəri tərəfindən və digər şəxslər tərəfindən imzalanaraq möhürlənmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi rayon məhkəməsinə verilmiş vəsatət və təqdimat təmin edilməmiş və o, məhkəmədən azad edilmişdir. Bundan sonra isə müstəntiqin çağırışlarına gəlməmişdir. Sonradan öyrənmişdir ki, istintaq tərəfindən axtarışa verilmişdir. Bundan başqa, o, xx.xx.2025-ci ildə Yasamal rayonu, “Savetski” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Həmin heroin əynindəki gödəkçənin sağ cibinə qoymuşdur. Həmin gün axşam saatlarında təxminən saat 18:52-də ünvan 9 piyada olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat məlumatının daxil olduğunu və bununla bağlı dəvət edilmiş qadın polis əməkdaşının iştirakı ilə üstünün yoxlanılacağını bildirmişlər. Tədbirdə iştirak edən Nəsimi RPİ-nin əməkdaşı qadın polis işçisinin iştirakı ilə ona üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Büküm açılmış və baxış keçirilmişdir. Sonra həmin qadın polis tərəfindən üstü yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. Onun təqdim etiyi kütlə qablaşdırılmış, onun və polisin iştirakı ilə imzalanaraq götürülmüşdür. Bu hərəkətlərdən sonra onu Nəsimi RPİ-nin 21-ci PB-nə gətirmişlər. Bölmədə o, üzərindən bir qədər əvvəl küçədə polis əməkdaşları tərəfindən saxlanılarkən narkotik vasitə aşkar olunmasını təsdiq etmişdir. Bununla bağlı çəkilmiş video görüntüyə baxaraq izahatını təsdiq etmişdir. Üzərindən aşkar olumuş heroini istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir.. 21-ci Polis bölməsində şübhəli şəxs kimi tutulmuş və hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. Üzərindən iki dəfə ayrı-ayrı tarixlərdə aşkar olunmuş narkotk vasitəni “Savetski” adlanan ərazidən tanımadığı şəxsdən almışdır. O, narkotik vasitədən istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul deyil. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi dair qərar qəbul edilmişdir. Əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə qrup təşkil edilmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq qrupa o və onunla birlikdə 21-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri X3 və Cabbarov tikin Mehman oğlu, həmçinin qadın əməkdaş olaraq tədbirdə iştirak etməsi üçün Nəsimi RPİ-nin əməkdaşı X2 dəvət edilmişdir. Onlar birlikdə ünvan 6 ünvana getmişlər. Həmin küçədə saat 18:52-də qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları olduqlarını dedikdən sopnra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üstünün yoxlanılacağını bildirib üzərində qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsini bildirmişlər. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd bükümdə kütləni təqdim etmişdir. Həmin büküm açıldıqda qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını soruşanda bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir. Sonra tədbirdə iştirak edən Yeganə Zeynalova tərəfindən onun üstü, paltarları yoxlanılmışdır. Yoxlama zamanı heç bir əşya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanmamışdan üç saat əvvəl tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin keçirilmiş tədbirlər nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş kütlə qablaşdırılmış, onların və saxlanılan şəxsin özü tərəfindən imzalanaraq götürülmüşdür. Tədbirin davamı olaraq onlar Təqsirləndirilən şəxs Nəsimi rayon polis idarəsinin 21-ci PBnin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Beləliklə, 18 fevral 2025-ci ildə otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən bir qədər əvvəl götürülmüş maddəyə baxış keçirilmişdir. Zərf açılmış, orada qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bir daha həmin maddənin həqiqətən də narkotik vasitə heroin olmasını təsdiq edərək şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmışdır. Zərfin üzəri Polis Bölməsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istəyi ilə maddi vəziyyəti ilə əlaqədar olaraq ona hüquqlarının müdafiə olunması üçün könüllü olaraq müdafiəçi dəvət edilmişdir. 2025-ci ilin fevral ayında Təqsirləndirilən şəxs saxlandıqdan sonra onun ətrafında əməliyyat tədbirləri aparılmışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı müəyyən edilməmişdir. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitə, eləcə də psixotrop maddələrdən istifadə etməsi müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 21-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 noyabr 2024-cü il tarixdə saat 03:00 dəqiqədə ünvan 5 ünvanında saxlanılaraq ünvan 7mi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaq üçün dəvət olunmuş polis əməkdaşının iştirakı ilə şəxsi axtarışda iştirak etməsi üçün dəvət edilmiş Nəsimi RPİ-nin qadın əməkdaşı X2 tərəfindən şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir şəffaf sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İlkin daxil olmuş əməliyyat məlumatında, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olması göstərilsə də, əməliyyat tədbirləri çərçivəsində həmin fakt təsdiqini tapmamışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Cinayət işinin 8-9-cu vərəqlərində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 18:52-də ünvan 9 saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və O psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncudan heç bir əşya predmet aşkar edilmədi. Ardınca aşkar olunan narkotik vasitə olan heroinə bənzər maddə qablaşdırıldı, saxlanılan şəxs, tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama ünvan 9 ünvanında keçirildi. Üstünü yoxlama zamanı «lphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparıldı. Cinayət işinin 13-14-cü vərəqlərində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin 21-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 18:52-də ünvan 9 saxlanılaraq yerində üstü yoxlanılan zamanı üzərindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüş və bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD-yə baxış keçirildi. Zərfdən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 01 bükümdə, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olundu. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra bir ədəd DVD-yə “Benq” markalı kompüterdə baxış keçirildi. DVD-de olan görüntülerde təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Sevinc Əsgerovanın ondan narkotiy/ vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Cinayət işinin 27-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 18:52 dəqiqədə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 51-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/763 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,629 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkoik vasitə heroindir. Cinayət işinin 84-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixi protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-97-ci vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 04 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir, təhqiqatçı Qurbanəli Bəşirli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etməyi təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoyur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Təhqiqatçı Q.Bəşirli həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs da həmin bükümün içərisindəkinin narkotik vasitə hesab edilən heroin olduğunu, 04 noyabr 2024-cü il tarixdə saat 00 radələrində “Savetski adlanan ərazidən tanımadığı şəxsdən 10 (on) manata özünün istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərində sonradan şəxsi axtarış davam etdirilsə də, başqa hər hansı qanunsuz əşya yaxud da predmet aşkar edilmir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. Cinayət işinin 113-cu vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5124 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfə bir ədəd bükümdə təmiz çəkisi 0,455 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 140-cı vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskdə olan baxıldı. 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində 04 noyabr 2024-cü il tarixdə Nəsimi RPl-nin 21-ci Polis Bölməsinin inzibati binasında olan xidməti otaqların birində polis əməkdaşları, müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılır. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 şəffaf sellofan bükümü çıxararaq təqdim edir və bildirir ki, 01 şəffaf sellofan bükümdə olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni 02 noyabr 2024-cü il tarixdən 04 noyabr 2024-cü il tarixə keçən gecə saat 12 radələrində Bakı şəhəri, “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ö zşəxsi istifadəsi üçün 10 manat nağd pula əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilmir. Həmin maddə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır. Zərf Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Cinayət işinin 146-150-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-626/2024 saylı qərardan görünür ki, vəsatətin rədd edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 151-152-ci vərəqlərində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 118-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 dair 04 noyabr 2024-cü il tarixli, 7148 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 161-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 173-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. Cinayət işinin 176-cı vərəqində olan “Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsind əəvvəllər seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması və Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 181-182-ci vərəqində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 18 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 185-186-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 dair 19 fevral 2025-ci il tarixli, 969 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 202-ci vərəqində olan “Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 04 noyabr saat 03:00-da ünvan 10 ünvanın qarşısında saxlanılaraq, Bakı şəhəri, Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin inzibati binasına gətirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülür. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfindən imzalarla təsdiq edilir. Bundan başqa müəyyən olundu ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə əlaqədar Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin NMB-nin 21-ci PB-nin əməkdaşları tərəfindən 19 fevral 2025-cı ıl tarixdə saat 18:52-də ünvan 12 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan çibindən 01 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülür. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin binasına gətirilir. İnzibati binada xidməti otaqda baş təhqiqatçı Cavad Əhmədovun iştirakı ilə 18 fevral 2025-ci il tarixdə saat 18:52-də Təqsirləndirilən şəxs ünvan 12 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman aşkar olunmuş 01 ədəd bükümdəki maddəyə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə saat 18:52-də ünvan 12 ünvanın qarşısında saxlanılmasını və cibində olan 01 ədəd bükümü polis əməkdaşlarına təqdim təqdim etməsini, həmçinin bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu təsdiq edir' Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılır və hər biri tərəfində! imzalarla təsdiq edilir Cinayət işinin 218-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:15 radələrində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Cinayət işinin 221-222-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi və barəsində əvvəllər seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. Cinayət işinin 234-cü vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Cinayət işinin 239-240-cı vərəqlərində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi və barəsində əvvəllər seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. Cinayət işinin 243-244-cü vərəqlərində olan “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,455 qram çəkidə narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,405 qram olan narkotik vasitə heroinin, həmçinin 18 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,629 qram çəkidə narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,579 qram narkotik vasitə heroinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində xx.xx.2025-ci il tarixdə aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində 04 noyabr 2024-cü il tarixdə aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 şəffaf sellofan bükümdə narkotik vasitə heroinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 21 noyabr 2023-cü il Qanunu ilə yeni redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” 1-ci siyahının 83-cü bəndinə əsasən narkoitik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq xeyli miqdarının aşağı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən heroinin təmiz çəkisi 0,455 qram və 0,629 qram olmaqla hər iki epizod üzrə ümumilikdə 1,084 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda tutma altında saxlanıldığı ümumilikdə 10 (on) gün müddət (04-05 noyabr 2024-cü il, 25-27 yanvar 2025-ci il, 18-20 fevral 2025-ci il, 01-03 may 2025-ci il, 22-24 iyul 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 26 noyabr 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışların videogörüntülərini əks etdirən olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 10 (on) gün (04- 05 noyabr 2024-cü il, 25-27 yanvar 2025-ci il, 18-20 fevral 2025-ci il, 01-03 may 2025-ci il, 22-24 iyul 2025-ci il) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 26 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-yə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,405 qram və 0,579 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntülərini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 18 (on səkkiz) iş saatına görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-601/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-601/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver