Məhkəmə qərarları › İş №1(006)-61/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-61/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-61/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Müdafiəçi: 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu 65 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, ev 05, mənzil 33-də qeydiyyatda olan, ünvan 1-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli, 5(006)-391/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat İdarəsinin Axtarış müəyyənetmə və məcburi gətirmə şöbəsinin 1-ci bölməsinin böyük əməliyyat müvəkkili Zərərçəkmiş şəxs və həmin şöbənin 2-ci bölməsinin böyük əməliyyat müvəkkili Şahid1 tərəfindən 27.07.2021-ci il tarixdə, saat 12 radələrində onun yaşadığı ünvan 1-da yerləşən fərdi yaşayış evinə saxta aksiz markalarının və spirt məhsullarının saxlanıb-saxlanmamasının aşkar edilməsi məqsədilə baxış keçirilərkən sonuncuların qanuni tələblərini yerinə yetirməyərək ona məxsus otağa daxil olmasına maneəçilik yaratmış, Şahid1 və Zərərçəkmiş şəxs digər yataq otağına baxış keçirən zaman o, həyətə düşərək orada olan içki şüşələrindən birini götürüb yaşayış evindən çıxan Zərərçəkmiş şəxs arxa tərəfindən yaxınlaşaraq ona xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib başına vurmaqla sağ təpə nahiyəsinin və sol qulaq seyvanının səthi kəsilmiş yaraları xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs zərbənin təsirindən evin qarşısında olan pilləkənlərdən aşağı yıxılaraq sol dirsək oynağı nahiyəsinin, sağ saidin sol əlin İİİ, İV barmaqlarının, bel nahiyəsinin sıyrıqları, sol bazunun qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər almış, nəticədə o, hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Nəsimi rayonu, 4-cü mikrorayonda yaşayır, 65 saylı MKİS-də fəhlə işləyir. Hadisə günü gündüz vaxtı olardı, işdən evə təzə gəlmişdir. Evdə özü, atası, arvadı və bibisi var idi, qardaşları da təzə gəlmişlər. Bu zaman vergi əməkdaşları evə gəlib demişlər ki, yoxlama aparacaqlar və atasına hansısa sənədi göstərmişlər. Onlar da buna etiraz etməmişdir. Vergi əməkdaşları bir-bir otaqlara baxanda o, onlara demişdir ki, onun ailəsinin otağına keçməsinlər, çünki orada şəxsi əşyaları var, başqa heç nə yoxdur. Lakin ona bildirilmişdir ki, həmin otağa da baxılacaq. O da buna əsəbiləşib onlarla dalaşmış və həyətə düşərək orada olan içki şüşələrindən birini götürüb butulka ilə birini vurmuşdur. Bu zaman özündə olmamışdır. Zərər çəkmiş şəxsdən dəfələrlə o və yaxınları üzr istəsə də, bu şəxs barışmaq istəmir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27.07.2021-ci il tarixdə səhər saatlarında işə gəldiyi zaman ona həmin gün saxta aksiz markaları ilə spirtli içkilərin hazırlanması barədə idarəyə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçiriləcəyi bildirildi. Bundan sonra həmin əməliyyat tədbirinin ünvan 1 ünvanında yaşayan X1 fərdi yaşayış evində keçiriləcəyini bildi. Qeyd edir ki, X1 fərdi yaşayış evinə baxış keçirilməsi haqqında 06.07.2021-ci il tarixli 5(006)-391/2021 nömrəli Nəsimi Rayon Məhkəməsinin qərarı alınmışdır. 27.07.2021-ci il tarixdə, saat 12 radələrində 8 nəfərdən – Rəfail Rzayev, Elşən Namazov, Şahid3, Elvin Fəracov, Şahid1, Kamran Əliyev, Şahid2 və ondan ibarət əməliyyat qrupu ilə baxış keçiriləcək ünvana getmişlər. Qrupa Baş idarənin axtarış, müəyyən etmə və məcburi gətirmə şöbəsinin İİ bölməsinin rəisi Rəfail Rzayev rəhbərlik edirdi. Yaşar Mirzəyevin fərdi yaşayış evinə çatdıqda qapı açıq olduğundan içəri daxil olmuşlar. Həmin vaxt Yaşar Mirzəyev və ailə üzvləri giriş qapısının yanında həyətdə idilər. Rəfail Rzayev və Şahid4 Yaşar Mirzəyevə yaşayış evinə baxış keçirilməsi haqqında məhkəmə qərarının alındığı izah etmiş və həmin qərar sonuncuya oxunması üçün təqdim edilmişdir. Bundan sonra Yaşar Mirzəyev İ dərəcəli əlilliyi olan şəxs olduğundan adlarını sonradan öyrəndiyi Elməddin, Elçin və Elnur adlı övladlarının iştirakı ilə o və Şahid1 yaşayış evinə baxış keçirməyə başlamışlar. Digər əməkdaşlar isə həyətdə gözləyirdilər. Baxış zamanı qonaq otağında axtarış apararkən Şahid1 çarpayının altından 07 ədəd aksiz markasını, daha sonra isə 01 rulon saxta olması ehtimal olunan aksiz markalarını aşkar etdi. Bundan sonra həmin rulon aksiz markasını giriş qapısının yanında Şahid3yǝ verdi. Bundan sonra Nicat və o həmin markaları götürüb digər otaqlara baxış keçirmək istəyərkən, X4 adlı övladı onun otağına daxil olmaqlarına etiraz edərək otağın qapısının qarşısında dayanmış və onların həmin otağa daxil olmağına mane olmuşdur. Sonradan digər otaqda axtarışı davam etdirərkən Nicat çarpayının altında 03 ədəd qara sellofan torbada saxta olması ehtimal olunan aksiz markalarını aşkar etdi. Həmin aksizləri aşkar etdikdən sonra Şahid5 mətbəxə gedərǝk oradan bıçaq götürüb Şahid1 və onun üzərinə hücum etdi. Elnur onlara hədə-qorxu gələrək Şahid1 aşkar etdiyi saxta aksizləri orada qoymaqlarını tələb edib evdən çölə çıxmaqlarını istədi. Nicat isə onlara məhkəmə qərarı ilə gəldiklərini və həmin saxta aksiz markaları götürməli olduqlarını bildirdi. Elnur Nicata hücum çəkərkən o özünü müdafiə edərək arxa-arxaya evdən çıxan zaman Elməddin onun başına arxadan araq butulkası ilə zərbə endirmişdir. O, pilləkənin kənarında dayandığından zərbənin təsirindən pilləkəndan aşağı yıxılmış, daha sonra digər əməliyyat qrupu üzvləri ona ayağa qalxmağa kömək etmişlər. Bundan sonra Şahid1 Elməddinə arxadan yaxınlaşaraq onu tutmuş və Nicatın göstərişindən sonra Yaşar Mirzəyevin digər övladı Elçin Elməddinin əlində olan butulkanı götürmüşdür. Şahid3 və Şahid4 onu xəstəxanaya aparmış, digər əməkdaşlar isə evdən çıxan saxta aksiz markaları götürüb idarəyə getmişlər. İbtidai araşdırma zamanı Nicatın üzərinə bıçaq çıxarılmasını desələr də, bunu ətraflı araşdıran olmamışdır. Təqsirləndirilən şəxs və onun yaxınları barışıq üçün gəlsələr də, o, şikayətçidir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qərar əsasında saxta aksiz markaların müəyyən etmək üçün Yaşar Mirzəyevin fərdi yaşayış evinə çatdıqda qapı açıq olduğundan içəri daxil olmuşlar. Həmin vaxt Yaşar Mirzəyev və ailə üzvləri giriş qapısının yanında həyətdə idilər. Yaşar Mirzəyevə yaşayış evinə baxış keçirilməsi haqqında məhkəmə qərarının alındığı izah olunmuş və həmin qərar sonuncuya oxunması üçün təqdim edilmişdir. Yaşar Mirzəyev İ dərəcəli əlilliyi olan şəxs olduğundan adlarını sonradan öyrəndiyi Elməddin, Elçin və Elnur adlı övladlarının iştirakı ilə o və Zərərçəkmiş şəxs yaşayış evinə baxış keçirməyə başlamışlar. Digər əməliyyat qrupu üzvləri isə həyətdə gözləmişlər. Baxış zamanı qonaq otağında axtarış apararkən o, çarpayının altından 07 ədəd aksiz markasını, daha sonra isə 01 rulon saxta olması ehtimal olunan aksiz markaları aşkar edərək onu giriş qapısının yanında əməliyyat qrupunun üzvü Şahid3 vermişdir. Bundan sonra Fərid və o, həmin markaları götürüb digər otaqlara baxış keçirmək istəyərkən Elməddin onun otağına daxil olmaqlarına etiraz edərək otağın qapısının qarşısında dayanmış və onların həmin otağa daxil olmasına mane olmuşdur. Sonradan digər otaqda axtarışı davam etdirərkən o, çarpayının altında 03 ədəd qara sellofan torbada saxta olması ehtimal olunan aksiz markalarını aşkar etmiş və bu zaman Şahid5 mətbəxə gedərək oradan bıçaq götürüb Zərərçəkmiş şəxs və onun üzərinə hücum çəkərək aşkar edilmiş saxta aksizlərini orada qoyub evdən çölə çıxmaqlarını tələb etmiş, hədə-qorxu gələrək bıçaqla onları öldürəcəyini bildirmişdir. O isə ona məhkəmə qərarı ilə gəldiklərini və həmin saxta aksiz markaları götürməli olduqlarını deyib onları Elçinə vermişdir ki, Elnur onlara heç bir xəsarət yetirməsin. Sonra Fərid və o evdən çıxarkən Elməddin Fəridin başına arxadan zərbə endirmiş, Fərid də pilləkənın kənarında dayandığından zərbənin təsirindən aşağı yıxılmışdır. O da Elməddinin əlində sınmış içki şüşəsini görüb tez ona arxadan yaxınlaşaraq onun əlindən tutmuş, lakin buna baxmayaraq Elməddin butulkanın qırığı ilə ona da xəsarət yetirmək istəsə də, tez bir zamanda Elməddinin qardaşı Elçini çağırıb qardaşının əlindəki butulka qırığını almasını tələb etmişdir. Bundan sonra Elçin Elməddinin əlindən sınmış içki şüşəsini götürmüşdür. Elməddinin hərəkətləri ilə bağlı ümumiyyətlə qeyd edir ki, hadisə vaxtı o, dişlərini qıcayırdı, onun psixoloji vəziyyətinin normal olub-olmamasını bilmir, psixikasında problemlərin olmasını istisna etmir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, yaşayış evinə baxış zamanı o və digər əməliyyat qrupunun üzvləri evin həyətində gözləyirdilər. Həyətdə giriş qapısının qarşısında dayandığından içərini görürdü. Bir az keçdikdən sonra mənzildə axtarış aparan Şahid1 01 rulon aksiz markasını otaqdan çölə çıxarıb digər əməliyyatçı Şahid3 vermiş və axtarışı davam etdirmək üçün mənzilə geri qayıtmışdır. Həmin zaman evdə olan Yaşar Mirzəyevin övladları Elməddin və Elnur əməliyyat qrupunun üzvlərinə axtarış aparmağa mane olmuşlar. Nicat axtarış aparan zaman yenidən qara sellofan torbada saxta aksiz markalarını aşkar etmişdir. Həmin vaxtı Elnur əlinə bıçaq götürürək Nicata hücum çəkib bu markaları aparmamağı tələb etmiş və əlində olan bıçaqla onun üstünə yeriyib hədə-qorxu gələrək bıçaqla onları öldürəcəyini bildirib evi tərk etmələrini tələb etmişdir. Bu vaxt Nicat Elnura və Elməddinə məhkəmə qərarı ilə gəldiklərini və saxta aksiz markalarını götürməli olduqlarını bildirmişdir. Daha sonra Elnur əlində bıçaqla Nicatın üstünə yerimiş, Nicat da Elnur onlara heç bir xəsarət yetirməsin deyə evdən çıxan qara torbalarda olan aksiz markaların bir hissəsini Elçinə vermişdir. Bu zaman Elməddin əlində olan boş şüşə butulkası ilə Zərərçəkmiş şəxs başına zərbə endirmiş, Fərid də pilləkənin kənarında dayandığından zərbənin təsirindən aşağı yıxılmış və başında kəsilmiş yara əmələ gəlmişdir. Nicat dərhal Elməddinə arxadan yaxınlaşaraq onun əlindən tutmuşdur. Elməddin sakit dayanmamış, butulkanın qırığı ilə Nicata da xəsarət yetirməyə çalışmışdır. Daha sonra Elməddinin qardaşı Elçin gəlib qardaşının əlindəki butulka qırığını almışdır. Vurğulayır ki, Elməddinin hərəkətlərində aqressiya olmuş, özünü və onları öldürəcəyini demişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6:

1. 02.08.2021-ci il tarixli, 644 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – başın sağ təpə nahiyəsinin və sol qulaq seyvanının səthi kəsilmiş yaraları iti kənara malik əşyanın (alətin), sol dirsək oynağı nahiyəsinin, sağ saidin sol əlin İİİ, İV barmaqlarının, bel nahiyəsinin sıyrıqları, sol bazunun qançırı bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən 27.07.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dətəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni səthi kəsilmiş yaralar iti kənara malik əşyanın, ola bilsin ki, şüşə parçasının təsirindən, digər xəsarətlər isə pilləkənvari yıxılma nəticəsində əmələ gələ bilərdilər (cild İ, i.v.52-53);

2. 01.10.2021-ci il tarixli, 536-2021/MTKŞ saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş dörd ədəd şüşə fraqmentinin ümumi əlamətləri ilə içki şüşəsinin rəngi, ölçüləri və forması arasında bəzi uyğunluqlar müəyyən edilir və bu dörd ədəd şüşə fraqmentinin təqdim edilmiş içki şüşəsi ilə eyni tipli (formalı) digər içki şüşəsinin hissələri olması da istisna edilmir (cild İ, i.v.155-157); - “Sübutların qiymətləndirilməsi haqqında” 18.10.2021-ci il tarixli qərara əsasən ünvan 1-da hadisə yerinə baxış keçirilərkən götürülmüş 04 ədəd içki şüşəsi iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Nəsimi rayon prokurorluğunda maddi sübutlar otağına təhvil verilmiş, habelə Şahid5 əməlində Cinayət Məcəlləsinin 315-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 134, 221.3, 228.4 və 182-ci maddələrinin tərkibinin olub-olmamasını müəyyən etmək məqsədi ilə cinayət işindən həmin xüsusatla bağlı material ayrılaraq araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir (cild İ, i.v.185-202); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.08.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v.152); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs 24.12.2017-ci il təvəllüdlü övladı var (cild İİ, i.v.64); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 stasionar məhkəmə psixiatrik eskspertizasının 25.02.2022-ci il tarixli, 20 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda “yüngül dərəcəli əqli gerilik (debillık dərəcəsində oliqofreniya)” müəyyən edilir. Bunu anamnestik məlumatlar (yoxlanılan şəxsin dediklərindən onun erkən fiziki və psixi inkişafının ləng olduğu, psixofiziki inkişafına görə həmyaşıdlarından geri qaldığı təəssüratı yaranması, uşaq vaxtı qıcolma tutmalarının olduğunu deməsi, onu uşaqlıqdan müayinə və müalicə üçün həkimlərə apardıqlarını, lakin həmin həkimlərin ixtisaslarını bilmədiyini söyləməsi, təxminən 2008-ci ildə hazırda adını bilmədiyi müəssisə tərəfindən komissiyadan keçirilərək psixi vəziyyəti ilə əlaqədar hərbi xidmətə yararsız hesab edildiyini bildirməsi, yeniyetmə yaşlarında özünə kəsici alətlərlə xəsarət yetirdiyini qeyd etməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində özünü gah sakit, gah da narahat aparması, şöbədaxili rejimə bir qədər çətin tabe olması, ümumi və şəxsi gigiyena qaydalarına riayət etməkdə çətinlik çəkməsi, xarici görkəminə kifayət qədər diqqət yetirməməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, ailəsi, o cümlədən uşaqları üçün darıxdığını söyləyib ağlaması, bu zaman əsəbiləşərək palata qapısını bir neçə dəfə təpikləməsi, müayinə gedişində öz şəxsiyyətinə, zamana və məkana görə bələdliyinin formal olaraq saxlanıldığı müəyyən edilməsi, zahiri görünüşünə görə bir qədər səliqəsiz olması, söz təması yaratmağın çətinliklə mümkün olması, verilən suallara bir qədər ləng, əsasən qısa və çox vaxt yarımçıq cavab verməsi, nitqinin azsözlü olması, təfəkkürünün bir qədər ləng tempdə və az məhsuldar olması, mücərrəd anlayışları açmağa qadir olmaması, abstraktladırma, ümumiləşdirmə, analizetmə funksiyalarının zəif inkişaf etməsi, hadisələrin əsas məqamlarını ikinci dərəcəli məqamlarından ayırmaqda çətinlik çəkməsi, mülahizə və mühakimələrində səthilik və primitivlik müşahidə edilməsi, yaddaşında zəiflik nəzərə çarpması, diqqətinin tez yayınması və əsasən səhhəti üzərində cəmlənməsi, anamnestik məlumatları xronoloji qaydada ardıcıllıqla çatdırmaqda bir qədər çətinlik çəkməsi, yaddaşının mexaniki tipli olması, sadə hesablama əməllərini yerinə yetirə bilsə də, nisbətən çətin olan suallan cavablandırmağı bacarmaması, bəsit anlayışların və kütləvi hadisələrin konkret mənasını dərk etsə də, onların oxşar və fərqli xüsusiyyətlərini təyin edə bilməməsi, atalar sözləri və metaforik ifadələrin məcazi mənasını başa düşmədiyindən onları açıqlaya bilməməsi, bu zaman təəcüblə baxması, ümumi qəbul edilmiş bir sıra anlayışlar və vacib tarixi hadisələr barəsində anlayışının olmaması, bədəninin sağ və sol tərəflərini dərhal təyin etməkdə çətinlik çəkməsi, aylan, fəsilləri, həftənin günlərini düzgün saya bilməməsi, nikaha daxil olduğu tarixi, ailə üzvlərinin doğum günlərini, iş yerinin adını tam deyə bilməməsi, yaşı ötdükcə və həyat təcrübəsi artdıqca keçirdiyi yaşayış tərzinə uyğun bir sıra vərdiş və qabiliyyətlər qazanmasına baxmayaraq baxışlarının primitiv olması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, intellektual imkanları səthi olmaqla çevik olmaması, maraq dairəsinin adi təlabatları ödəməklə məhdudlaşması, əhvali-ruhiyyəsində tez dəyişkənlik müşahidə edilməsi, söhbət zamanı qeyriadekvat şəkildə gülümsəməsi, bir qədər sonra atasının vəfat etdiyini bildirib ağlaması, iradi aktivliyinin bir qədər enməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ictimai təhlükəli əməli törətdiyi zaman yüngül dərəcəli əqli gerilikdən (debillik dərəcəsində oliqofreniya) əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs aşkarlanan yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddəsinin təsiri altına düşmür (cild İİ, i.v.56-60).

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş və biri-birini məntiqi baxımdan tamamlayan sübutlarla tam təsdiq olunur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağın olmasını, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, habelə zərər çəkmiş şəxslə barışıq əldə olunması üçün gördüyü tədbirləri Cinayət Məcəlləsinin 59.1.4, 59.1.9 və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilikdən (debillik dərəcəsində oliqofreniya) əziyyət çəkməsi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və idarə etmək iqtidarından məhrum etməsini və nəticə etibarilə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs olmasını, habelə ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağın olmasını və ailəsinin həyat şəraitini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə psixi pozuntusu ilə əlaqədar müalicə olunmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan 04 ədəd içki şüşəsi qırıntısı və 01 ədəd içki şüşəsi dəyəri olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə psixi pozuntusu ilə əlaqədar müalicə olunmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nəsimi rayon prokurorluğunda saxlanılan 04 ədəd içki şüşəsi qırıntısı və 01 ədəd içki şüşəsi məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən,

Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar