Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-61/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1983-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonu, Qamət Əliyev küçəsi, ev 20 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən, 68-ci korpus ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 15 iyun 2022-ci il tarixdə saat 13 radələrində qonaq qismində qayını Şahid3 məxsus Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi ev 9 mənzil 31 ünvanında olarkən həmin mənzildə yaşayan qayınanası Zərərçəkmiş şəxs1 və qayını arvadı Zərərçəkmiş şəxs2 qonaq otağında olmalarından istifadə edib Zərərçəkmiş şəxs1 sonuncunun yataq otağında uşağını yatızdırmaq üçün icazə aldıqdan sonra özgənin əmlakını gizli olaraq talama məqsədilə həmin otağa girib otaqdakı saxlanc yeri hesab edilən dolaba qanunsuz daxil olaraq, oradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 1246 manat dəyərində 14,66 qram çəkidə sarı rəngli metaldan hazırlanmış qızıl boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 05 iyul 2022-ci il tarixdə qonaq qismində qayını Şahid3 məxsus Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsi ev 9 mənzil 31 ünvanında olarkən mənzilin dəhlizinə qoyulmuş giriş qapısının açarını gizli götürüb mənzili tərk edərək həmin gün istintaqa məlum olmayan yerdə həmin açarın surətini çıxartdıqdan sonra təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2022- ci il tarixdə saat 15 radələrində qeyd olunan mənzildə heç kimin olmadığı vaxt surətini çıxartdığı açarla mənzilin giriş qapısını açaraq oraya qanunsuz daxil olub qayınanası Zərərçəkmiş şəxs1 yataq otağında qoyulmuş dolabdan sonuncuya məxsus 01 ədəd 382 manat dəyərində 4,49 qram çəkidə 585 əyarlı sarı-gümüşü rəngli metaldan hazırlanmış qızıl üzüyü, 01 ədəd 625 manat dəyərində 7,38 qram çəkidə, 585 əyarlı qızıl qolbağı, qayını arvadı Zərərçəkmiş şəxs2 yataq otağından sonuncuya məxsus 01 ədəd 1357 manat dəyərində 15,96 qram çəkidə 585 əyarlı sarı rəngli metaldan hazırlanmış üzərində sarı-qırmızımtılsarı-gümüşü rəngli kürələr olan qızıl qolbağı, 01 ədəd 443 manat dəyərində 5,21 qram çəkidə 585 əyarlı sarı rəngli metaldan hazırlanmış qızıl üzüyü, 01 ədəd 335 manat dəyərində 3,94 qram çəkidə 585 əyarlı sarı rəngli metaldan hazırlanmış üzərində sarı-qırmızımtılsarı-gümüşü rəngli metal kürələr olan qızıl üzüyü, 01 ədəd 425 manat dəyərində 4,41 qram çəkidə 583 əyarlı sarı-gümüşü rəngli metaldan hazırlanmış üzərində 3 ədədinin hər birinin ölçüsü 0,011 karat 9 ədədinin isə hər birinin ölçüsü 0,005 karat 4/3 keyfiyyətli brilyant ağ şəffaf qaşları olan qızıl üzüyü gizli olaraq talamaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 1007 manat, Zərərçəkmiş şəxs2 isə ümumilikdə 2560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəlidir, himayəsində üç az yaşlı övladı vardır. Qaynı arvadı Zərərçəkmiş şəxs2 ilə münasibətləri soyuq olmuşdur. Son bir il olardı ki, onunla danışmırdı. Qaynı arvadı Zərərçəkmiş şəxs2 qaynanası Zərərçəkmiş şəxs1 ilə bir yerdə yaşayır. 15 iyun 2022-ci il tarixdə qaynanasının yaşadığı ünvan 2 ünvana qonaq getmişdir. 15 iyun 2022-ci il tarixdə saat 13 radələrində südəmər 9 aylıq övladını yedizdirmək üçün qaynanasının yatdığı yataq otağında olan zaman şifoneri açmışdır. Şifonerin orta gözündə olan bir ədəd qızıl boyunbağını götürüb cibinə qoymuşdur. Həmin vaxt otaqda 9 aylıq övladından başqa heç kim olmamışdır. Evdə olan qaynanası və qaynı arvadı qonaq otağında olmuşlar. Uşağı yedizdirdikdən sonra yataq otağından çıxıb qonaq otağına keçmişdir. Bir qədər oturduqdan sonra onlarla sağollaşıb kirayə yaşadığı evə getmişdir. Bundan başqa, 05 iyul 2022-ci il tarixdə qaynanasının yaşadığı ünvan 2 ünvana qonaq getmişdir. Mənzildə olan vaxt qaynı arvadı Zərərçəkmiş şəxs2 ilə aralarında sözlə mübahisə olmuşdur. Mübahisə vaxtı qaynanası Zərərçəkmiş şəxs1 onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Aybənizdən acıq çıxmaq üçün onun qızıl-zinət əşyalarını oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə mənzilin dəhlizində olan açarı gizlin götürüb evdən aptekə getmək adı ilə çıxmışdır. Evdən çıxdıqdan sonra 3-cü mikrorayan dairəsinə gedib orada mənzilin açarının surətini çıxarmaq üçün mənzilin açarını açar düzəldən ustaya vermişdir. Usta açarın 1 saat 30 dəqiqə sonra hazır olacağını bildirmişdir. Ustayla razılaşıb açarı ustaya verib qaynanasının yaşadığı evə geri qayıtmışdır. Evdə təxminən 1 saat 30 dəqiqə oturduqdan sonra yalandan aptekdə resepti unutduğunu deyib evdən resept götürmək adı ilə çıxmışdır. Nəsimi rayonu 3-cü mikrorayon dairəsinə gedərək mənzilin açarının surətini ustadan götürüb geri qayıtmışdır. Əvvəl götürdüyü açarı mənzilin dəhlizində yerinə qoymuşdur. Bir qədər qaynanasının evində oturduqdan sonra körpə uşaqları ilə birlikdə özünün kirayə yaşadığı Binəqədi rayonu 2-ci Mədən 68-ci korpusa gəlmişdir. Qaynanasıgilin evdə olmadığını bildiyinə görə 11 iyul 2022-ci il tarixdə saat 15 radələrində qaynanası Mədinənin yaşadığı ünvan 2 ünvana gələrək mənzilin qapısını əvvəlcədən surətini çıxardığı açarla açaraq mənzilə daxil olmuşdur. Mənzildə heç kim olmamışdır. Mənzildə olan qızıl-zinət əşyalarının yerini bildiyinə görə heç yerə toxunmadan birbaşa yataq otağına keçib yataq otağında olan şifoneri açmışdır. Şifonerin orta gözündə olan bir ədəd qızıl qadın bilərziyini və bir ədəd qadın qızıl üzüyünü götürmüşdür. Bundan sonra qaynı arvadı Zərərçəkmiş şəxs2 qaldığı otağa keçib kamotun içərisində olan bir ədəd qadın bilərziyini və üç ədəd qadın qızıl üzüyünü götürmüşdür. Bundan sonra qapını bağlayıb mənzili tərk etmişdir. Oğurladığı qızıl-zinət əşyalarını kirayə yaşadığı mənzildə gizlətmişdir. Oğurladığı qızıl bilərziyi 25 iyul 2022-ci il tarixdə Nəsimi rayonu, köhnə Nəsimi bazarı ilə üzbəüz qızıl alqı-satqısı dükanında 394 manata satmışdır. Əldə etdiyi gəliri isə şəxsi ehtiyaclarına xərcləmişdir. Qızıl bilərziyi satdığı şəxsə bilərziyin özünə məxsus olduğunu demişdir. Bilərziyi alan şəxs onun oğurluq olduğunu bilməmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini və himayəsində üç azyaşlı uşaqlarının olduğunu bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə 2017-ci ildə ailə qurmuşdur. Onların ailə qurmasına narazı olmuşdur. Yeganə evə gedib gəlsə də aralarında soyuq münasibət olmuşdur. 10 iyul 2022-ci il tarixdə böyük oğlunun evinə qonaq getmişdir. 18 iyul 2022-ci il tarixə qədər oğlunun evində qonaq qalmışdır. 18 iyul 2022-ci il tarixdə yaşadığı evə gəldikdə mənzilin qapısına açar salındığını hiss etmişdir, çünki açarı kilidə saldıqda açar fırlansada kilid açılmamışdır. Açarı qapıda 2-3 dəfə fırlatdıqdan sonra qapı açılmışdır. Mənzilə daxil olduqda mətbəxin işığının yandığını, mətbəxdə qazın açıq qaldığını görmüşdür. Mənzildən oğurluq olmasını dərhal başa düşmüşdür. Bundan sonra, oğlu Azərə zəng edərək oğurluq barədə məlumat vermişdir. Oğlu Azər də DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları gəlmişdir. Bundan sonra, oğlu Azər Nəsimi RPİ-nin 19-cu PŞ-nə baş vermiş oğurluq barədə ərizə yazmışdır. Baş vermiş hadisə nəticəsində bir ədəd qızıl üzüyü, bir ədəd boyunbağı və bir ədəd bilərziyi oğurlanmışdır. Bundan başqa mənzildən digər gəlini Zərərçəkmiş şəxs2 üç ədəd qızıl üzüyü, bir ədəd qızıl bilərziyi oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində 3300 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənildiyinin Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı ilə 2017-ci ildə ailə qurmuşdur. Onların ailə qurmasına qaynatası və qaynanası narazı olmuşdur. 08 iyul 2022-ci il tarixdə uşaqları ilə birlikdə Tovuz rayonuna qonaq getmişdir. Qaynanası Mədinə isə 10 iyul 2022ci il tarixdə böyük oğlunun evinə qonaq getmiş, evdə heç kim olmamışdır. 18 iyul 2022-ci il tarixdə qaynanası Mədinə həyat yoldaşı Azərə zəng edərək evin qapısına müdaxilə olunduğunu, evdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra Azər DİN-nin 102 Xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Daha sonra Tovuz rayonundan çıxıb Bakı şəhərinə yaşadıqları ünvana gəlmişlər. Bundan sonra həyat yoldaşı Şahid3 Nəsimi RPİ-nin 19-cu PŞ-nə baş vermiş oğurluq hadisəsi barədə ərizə yazmışdır. Baş vermiş hadisə nəticəsində üç ədəd qızıl üzüyü və bir ədəd bilərziyi oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 4250 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənildiyinin Təqsirləndirilən şəxs şikayətçi deyildir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, köhnə Nəsimi bazarı ilə üzbəüzdə yerləşən kiçik dükanda qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olur. xx.xx.2022-ci il saat 16 radələrində işlədiyi dükana bir nəfər qadın gələrək qadın qızıl bilərziyi satdığını bildirib, həmin bilərziyi təqdim elmişdir. Qızıl bilərziyə baxıb yoxladıqdan sonra həmin qızıl bilərziyin 585 əyarda, 7,38 qram çəkidə olduğunu müəyyən etmişdir. Həmin qadınla qiyməti danışıb razılaşdıqdan sonra həmin qadına 394 manat pul verib qızıl bilərziyi almışdır. Bundan sonra həmin qadından onun şəxsiyyət vəsiqəsini alıb qızıl bilərziyi tərəziyə qoyub şəxsiyyət vəsiqəsini də həmin tərəzinin yanına qoyub çəkmişdir. Həmin qadının şəxsiyyət vəsiqəsində Təqsirləndirilən şəxs yazılmışdır. Təqsirləndirilən şəxs 394 manat pulu götürüb sağollaşaraq çıxıb getmişdir. Həmin gün yəni, 25 iyul 2022-ci il tarixdə qızıl bilərziyi tanımadığı şəxsə 415 manata satmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində nənəsi Mədinə ilə əmisigilə qonaq getmişlər. Əmisigil Bakı şəhəri ünvan 2 ünvanda yaşamışlar. Onlar orda olan müddətdə əmisi Azər ailəsi ilə birlikdə Tovuz rayonunda istirahətdə olmuşlar. Elə buna görə də nənəsi Mədinə tək qalmaması üçün həmin ünvana onun yanına qonaq gedərək birlikdə qalmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində atası Natiq və anası Rəna da həmin əmisigilin yaşadıqları ünvana gələrək onları Binəqədi rayonunda olan bağ evlərinə aparmaq istəmişdir. Həmin vaxt atası Natiq evə qalxaraq onlara kömək etmiş, belə ki, işığın, qazın, həmçinin pəncərələrin bağlı olmasını yoxlayaraq birlikdə evi tərk etmişlər. Bu müddət ərzində də anası Rəna mənzilin girişində dayanaraq gözləmişdir. Bir neçə gün keçdikdən sonra əmisi Azərgilin yaşadıqları evdən oğurluq olduğunu eşitmişdir. Hadisənin necə baş verməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı və övladları ilə birlikdə istirahət üçn Tovuz rayonuna getmişlər. Həmin vaxt evdə anası Zərərçəkmiş şəxs1 qalmışdır. xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs1 zəng edərək çantasında ona aid qızıl zinət əşyalarından bir hissəsinin olmadığını və özünündə hazırda Binəqədi rayonunda bağ evi olan oğlu Natiqgildə olduğunu bildirmişdir. İlk əvvəl onun çox güman fikrindən çıxaraq evdə qaldığını bildirmiş, lakin hər ehtimala qarşı evə getdiyi zaman bir daha baxmağını və otaqlarını da yoxlamağını bildirmişdir, çünki otağında dolabın içərisində qızıl-zinət əşyaları olmuşdur. xx.xx.2022-ci il tarixdə anası Mədinə zəng vuraraq, ilk əvvəl çantasında olan qızılları evdə unutduğunu və evdə də boyunbağının olmadığını daha sonra isə digər qızılları olan 01 ədəd qızıl üzüyünü və 01 ədəd qızıl qolbağını tapa bilmədiyini bildirmişdir. Evə girərkən qazın açıq olduğunu və mətbəxin işığının da yanıq olduğunu demişdir. Amma özünün evdən çıxarkən onların hamısının bağladığını bildirmiş və mənzildən oğurluq olma ehtimalını demiş və dərhal yataq otağındakı dolabda olan qızıl-zinət əşyalarının orada olub-olmamasını yoxlamağını bildirmiş və o, da baxaraq qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Artıq rayondan gəldikdən sonra mənzilə baxarkən nələrin oğurlanmasını tam dəqiq bilmişlər. Anası Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaq və həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus 03 ədəd qızıl üzük və 01 ədəd qızıl qolbaq oğurlandığını aşkar etmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar küçəsi ev 9 mənzil 31-dir. (i/v 4-7). İş materiallarında olan qızılların götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 04 ədəd qızıl üzükləri, 01 ədəd qızıl qolbağı və 01 ədəd qızıl boyunbağını könüllü olaraq təqdim etmişdir və həmin qızıllara Nəsimi RPİ-nin 19-cu PŞ-nın təhqiqatçısı Ceyhun Hüseynov tərəfindən baxış keçirilmiş və protokol tərtib olunaraq götürülmüşdür. (i/v 17-18). İş materiallarında olan götürmə və baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs gizli yolla əldə etdiyi mənzilin 01 ədəd açarını könüllü olaraq təhvil vermiş və Nəsimi RPİ-nın İŞ-nın müstəntiqi Vüsal Hafızov tərəfindən 26 iyul 2022-ci il tarixdə protokol tərtib olunaraq götürülmüşdür. (i/v 27- 28, 30). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i/v 70-71). İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokollardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq istintaqa təqdim edilmiş qızıl zinət əşyalarından 04 ədəd qızıl üzüklər, 01 ədəd qızıl qolbaq və 01 ədəd qızıl boyunbağı ayrı-ayrılıqda zərərçəkən şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanınmaya təqdim olunmuş, onlar tanınmaya təqdim edilən qızıl zinət əşyalarını tanıyaraq özlərinə məxsus olduqlarını bir daha təsdiq etmişdlər. (i/v 84-89). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7015 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 7,38 qram çəkidə 585 əyarlı qızıl qolbağın 2022-ci il iyul ayında olan orta bazar qiyməti nəzəri qaydada təxminən 625,0 manat müəyyən edilir. (i/v 117-118). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/5632-9/7035 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd sarı rəngli metaldan boyunbağı – üzərində “585” əyyar damğası həkk edilmişdir metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 14,96 qramdır; bir ədəd sarı rəngli metaldan, üzərində sarı-qırmizimtıl sarı-gümüşü rəngli metal kürələr olan qolbaq-üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğundur, şəkisi 15,96 qramdır; bir ədəd sarı-gümüşü metaldan üzük-üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,49 qramdır; bir ədəd sarı rəngli metaldan üzük-üzərində ”585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,21 qramdır; bir ədəd sarı rəngli metaldan, üzərində sarı-qırmızımtılsarıgümüşü rəngli metaldan kürələr olan üzük-üzərində “585” əyar damğası həkk edilmişdir, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,94 qramdır; bir ədəd sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük-üzərində “583” əyar damğası həkk edilmişdir, metalı 583 qızıla uyğundur, çəkisi 4,41 qramdır, qaşları briliyantdır, üç ədəd hər birinin ölçüsü 0,011 karat, doqquz ədəd hər birinin ölçüsü 0,005 karat, 4/3 keyfiyyətlidirlər. Aparılmış fiziki-kimiyəvi tədqiqatın nəticəsinə əsasən tədqiqata təqdim edilmiş məmulatların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4188,00 manat müəyyən edilmişdir. (i/v 119-122). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1399 nömrəli ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili taxma konstruksiyalı qıfılın silindrik mexanizminin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan zədələr yoxdur. Bununla belə silindrik mexanizm ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkündür. Tədqiqata təqdim edilmiş bir ədəd daxili taxma kontruksiyalı qıfılın silindrik mexanizminin konstruksiyası onun kənar predmetlə (məs kilidaçan) iz qoymadan açılmasını istisna etmir. (i/v 124-126). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hal-hazırda məhkumluğu yoxdur. (i/v 73-74, 177-182). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X1, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı 3 (üç) azyaşlı uşaqları vardır. (i/v 156-158). İş materiallarında olan maddi sübut kimi tanınma və saxlanılması üçün sahibinə verilməsi haqqında 17 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış 01 ədəd sarı rəngli metal qızıl boyunbağ, 01 ədəd 585 əyyarlı sarıgümüşü rəngli metal qızıl üzük, 01 ədəd 585 əyyarlı qızıl qolbaq, 01 ədəd 585 əyyarlı sarı rəngli metal qızıl üzük, 01 ədəd 585 əyyarlı sarı rəngli qızıl üzük, 01 ədəd 583 əyyarlı qızıl üzük və 01 ədəd açar maddi sübut kimi tanınmışdır. Həmin qızıllar məişətdə gündəlik istifadə edilən əşya sayıldığından Azərbaycan Respublikası CPM-nin 131.1.2-ci maddəsinə əsasən saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 verilmişdir. (i/v 161-162). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən gizli olaraq talanmış 01 ədəd sarı rəngli metal qızıl boyunbağ, 01 ədəd 585 əyyarlı sarı-gümüşü rəngli metal qızıl üzük, 01 ədəd 585 əyyarlı qızıl qolbaq, 01 ədəd 585 əyyarlı sarı rəngli metal qızıl üzük, 01 ədəd 585 əyyarlı sarı rəngli qızıl üzük, 01 ədəd 583 əyyarlı qızıl üzük və 01 ədəd açarın maddi sübut kimi tanınması, qızıl-zinət əşyalarının saxlanılması üçün sahiblərinə verilməsi və 01 ədəd açarın cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (184-191). İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin rəisi Orxan Süleymanlıya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar ona geri qaytarıldığından və ona dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. (i/v 174). Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunan 12 yanvar 2023cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyi üçün ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunan 07 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və habelə himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 2ci Mədən, 68-ci korpus ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 230 (iki yüz otuz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sarı rəngli metal qızıl boyunbağı, 01 ədəd 585 əyarlı sarıgümüşü rəngli metal qızıl üzüyün, 01 ədəd 585 əyarlı qızıl qolbağın, 01 ədəd 585 əyarlı sarı rəngli metal qızıl üzüyün, 01 ədəd 585 əyarlı sarı rəngli qızıl üzüyün, 01 ədəd 583 əyarlı qızıl üzüyün sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 ədəd açar dəyəri olmadığından məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-534/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərara əsasən 27 dekabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 2 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 114 (yüz on dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonu 2-ci Mədən 68-ci korpus ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 230 (iki yüz otuz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sarı rəngli metal qızıl boyunbağı, 01 ədəd 585 əyarlı sarı-gümüşü rəngli metal qızıl üzüyün, 01 ədəd 585 əyarlı qızıl qolbağın, 01 ədəd 585 əyarlı sarı rəngli metal qızıl üzüyün, 01 ədəd 585 əyarlı sarı rəngli qızıl üzüyün, 01 ədəd 583 əyarlı qızıl üzüyün sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 ədəd açar məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 114 (yüz on dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-61/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-61/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver