Məhkəmə qərarları › İş №1(006)-61/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-61/2025

10.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-61/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,956 qram çəkidə narkotik vasitə heroin əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2024-cü il tarixdə saat 18:00-da ünvan 4 ünvanın qarşısında saxlanılıb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,956 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik maddələrdən istifadə edirmiş. O, narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə edirmiş. Sonuncu dəfə 08 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlı ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün bir ədəd bükümdə “heroin” almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 18 radələrində ünvan 7 ünvanının qarşısında tanışı Şahid1lə birlikdə dayandığı zaman onlara üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib onlardan da, özlərini təqdim etmələrini tələb etmişlər. O, və Cabir Mirəyev də özlərini polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdşları onların narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğlarını bildirib bununla bağlı üzərlərində şəxsi axtarış keçirilməsi üçün zərurətinin yarandığını qeyd edərək onları Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirmişlər. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra o, ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmağını xahiş etmişdir. O, dövlət hesabına müdafiəçi ilə təmin olunduqdan sonra üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq Şahid1 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Şahid1 əynində olan qara rəngli şalvarının cibindən 01 ədəd 05 manatlıq və 10 ədəd 01 manatlıq əskinaz olmaqla ümumilikdə 15 manat pulu, 02 ədəd alışqan və 01 ədəd içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Şahid1 üzərində axtarış keçirildi və digər hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Şahid1 təqdim etdiyi əşyalara baxış keçirildikdən sonra Şahid1 verilən suallara cavab olaraq bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri Şahid1 və iştirakçılar tərəfindən imzalanmışdır. 15 manat pul və iki ədəd alışqan onun özünə qaytarılmışdır. Daha sonra isə onun üzərinə axtarış keçirilməyə başlanılmış və ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynindəki boz rəngli şalvarının cibindən 10 ədəd bir manatlıq, 01 ədəd alışqan və 01 ədəd büküm çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən üzərində axtarış keçirilsə də, digər qanunsuz bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara baxış keçirildiyi zaman bir ədəd bükümdə nə olması təhqiqatçı tərəfindən soruşulduqda o həmin bükümdə narkotik vasitə heroin olduğunu, heroini 08 iyul 2024-cü il tarixdə günorta saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçının əlavə sualına cavab olaraq o, və Cabir bir-birlərini tanıdıqlarını, təqdim etdikləri narkotik vasitəni ayrı-ayrılıqda əldə etdiklərini, sonradan görüşdüklərini bildirmişlər. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, üzəri o, və iştirakçılar tərəfindən imzalanmış, 10 manat pul və bir ədəd alışqan ona qaytarıldı. Bundan əlavə Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində daşıdığı narkotik vasitədən yalnız Şahid1 məlumatının olmasını, üzərində aşkar olunmuş narkotik maddədən istifadə edə bilmədiyini, narkotik maddələrin satışı ilə məşğul olmadığını, o, və Şahid1 üzərlərindən aşkar edilmiş narkotik vasitəni ayrı-ayrı şəxslərdən aldığını və saxlanılan zaman və polis idarəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmadığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Nəsimi rayonu ərazisində “Cabir” və “Aydın” adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş etibarlı və qərəzsiz məlumatın yoxlanılması məqsədi ilə 08 iyul 2024cü il tarixdə Nəsimi RPİ-nin Cinayət Axtarış şöbəsində əməliyyat qrupu yaradılmış, o və qrupun dgər iştirakçıları Nəsimi RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Nəsimi RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı X5 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 iyul 2023-cü il tarixdə saat 18.00 raddələrində ünvan 8 ünvanının qarşısında Şahid1 və Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi RPİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 polis idarəsinə gətirdikdən sonra cinayətlər haqqında ərizələr və məlumatlar uçotu kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Şahid1 və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin rəhbərliyinə raportla məruzə edilmiş və həmin raportun icrası Nəsimi RPİnin TŞ-nin təhqiqatçısı polis mayoru, Saleh Salahzadəyə həvalə edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Şahid1 təhqiqatçı Saleh Salahzadənin xidməti otağına aparmışlar. Təqsirləndirilən şəxs və Şahid1 hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkillər dəvət edilmiş, vətəndaşların üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkillərin, Şahid1 və Təqsirləndirilən şəxs öz istəyi ilə şəxsi axtarışda vəkillər də iştirak etmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Şahid1 üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli şalvarın cibindən 01 ədəd 5 manatlıq, 10 ədəd 01 manatlıq, ümumilikdə 15 manat pul əskinazı, 02 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda o həmin bükümün kakos adlanan narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin narkotik maddəyə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Şahid1 həmin bükümü harada və kimdən aldığı soruşulduqda Şahid1 həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın cibindən 10 ədəd 01 manatlıq, ümumilikdə 10 manat pul əskinazı, 01 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda Şahid1 bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin heroinə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümü harada və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 15 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, Nəsimi rayonu ərazisində “Cabir" və “Aydın” adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş etibarlı və qərəzsiz məlumatın yoxlanılması məqsədi ilə 08 iyul 2024-cü il tarixdə Nəsimi RPl-nin Cinayət Axtarış şöbəsində əməliyyat qrupu yaradılmış, o və qrupun digər iştirakçıları Nəsimi RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nəsimi RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı X5 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 iyul 2023-cü il tarixdə saat 18.00 raddələrində ünvan 8 ünvanının qarşısında Şahid1 və Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi RPl-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 polis idarəsinə gətirdikdən sonra cinayətlər haqqında ərizələr və məlumatlar uçotu kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Şahid1 və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədilə Nəsimi RPl-nin rəhbərliyinə raportla məruzə edilmiş və həmin raportun icrası Nəsimi RPl-nin TŞ-nin təhqiqatçısı polis mayoru, Saleh Salahzadəyə həvalə edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Şahid1 təhqiqatçı Saleh Salahzadənin xidməti otağına aparmışlar. Təqsirləndirilən şəxs və Şahid1 hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkillər dəvət edilmiş, vətəndaşların üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkillərin, Şahid1 və Təqsirləndirilən şəxs öz istəyi ilə şəxsi axtarışda vəkillər də iştirak etmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Şahid1 üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli şalvarın cibindən 01 ədəd 5 manatlıq, 10 ədəd 01 manatlıq, ümumilikdə 15 manat pul əskinazı, 02 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda o, həmin bükümün kakos adlanan narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin narkotik maddəyə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Şahid1 həmin bükümü harada və kimdən aldığı soruşulduqda Şahid1 həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın cibindən 10 ədəd 01 manatlıq, ümumilikdə 10 manat pul əskinazı, 01 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda Şahid1 bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin heroinə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümü harada və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 15 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid4 ifadəsində göstərdi ki, Nəsimi rayonu ərazisində “Cabir” və “Aydın” adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olrrası barədə daxil olmuş etibarlı və qərəzsiz məlumatın yoxlanılması məqsədi ilə 08 iyul 2024-cü il tarixdə Nəsimi RPl-nin Cinayət Axtarış şöbəsində əməliyyat qrupu yaradılmış, o və Nəsimi RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nəsimi RPİ CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 iyul 2023-cü il tarixdə saat 18.00 raddələrində ünvan 8 ünvanının qarşısında Şahid1 və Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi RPl-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 polis dərəsinə gətirdikdən sonra cinayətlər haqqında ərizələr və məlumatlar uçotu kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən Şahid1 və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi məqsədilə Nəsimi RPl-nin rəhbərliyinə raportla məruzə edilmiş və həmin raportun icrası Nəsimi RPl-nin TŞ-nin təhqiqatçısı polis mayoru, Saleh Salahzadəyə həvalə edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Şahid1 təhqiqatçı Saleh Salahzadənin xidməti otağına aparmışlar. Təqsirləndirilən şəxs və Şahid1 hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkillər dəvət edilmiş, vətəndaşların üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkillərin, Şahid1 və Təqsirləndirilən şəxs öz istəyi ilə şəxsi axtarışda vəkillər də iştirak etmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Şahid1 üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli şalvarın cibindən 01 ədəd 5 manatlıq, 10 ədəd 01 manatlıq, ümumilikdə 15 manat pul əskinazı, 02 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda o həmin bükümün kakos adlanan narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin narkotik maddəyə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Şahid1 həmin bükümü harada və kimdən aldığı soruşulduqda Şahid1 həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın cibindən 10 ədəd 01 manatlıq, ümumilikdə 10 manat pul əskinazı, 01 ədəd alışqan və 01 ədəd büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 üzərindən aşkar edilmiş 01 ədəd bükümün nə olduğunu soruşduğda Şahid1 bükümün narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin heroinə bənzər kütlə ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümü harada və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən istifadə etmək məqsədi ilə 15 manat müqablində tanımadığı şəxsdən aldığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş digər şahidlərin ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 4); şübhəli şəxsin tutulması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:45-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 55-56); şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 78-79); şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2, Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid3, Bakı şəhəri Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1994-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmayan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi 14 saylı vəkil bürosunun vəkili X6, mütəxəssis (ekspert) kriminalist Vahid Kazımovun iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının cibindən 01 ədəd selofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (i.v. 81-84); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3538 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respubliksı DİN Zərflər üçün № 186” dairəvi möhür əksi, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm; saxlanılan şəxs Təqsirləndirilən şəxs /imza/, müdafiəçi Elman Ağayev /imza/, saxlanılan şəxs Şahid1 /imza/, müdafiəçi Ağayev Elman /imza/, İştirakçılar; Şahid2 /imza/, Şahid3 /imza/, Şahid4 /imza/, X7 /imza/, Müdafiəçi Əliyev Fərhad /imza/, Tərtib etdi /imza/ S.Salahzadə yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,956 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin təmiz çəkisi – 0,956 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,856 qram (i.v. 121-123); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 161); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Şıxəliyevin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X3 azad olunması qərara alınmışdır (i.v. 178-179); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm Şıxəliyevin 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 181); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4674 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 198-199); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 218); sübutların qiymətləndirilməsi haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və ayrılmış material saxlanılması üçün Nəsimi rayon prokurorluğuna göndərilmiş, cinayət işi üzrə məhkəməkimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,956 qram narkotik vasitə heroin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,856 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinin əldə edilməsi mənbəyi ilə əlaqədar cinayət işinin materiallarından material ayrılmışdır (i.v. 255-262). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində məcburi gətirilməsinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməsi və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli № 51/2-43805/24 saylı məktubuna əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(006)-510/2024 saylı qərarı ilə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Nəsimi RPİ-yə gətirilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməli etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. . Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,856 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 05 saylı vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar