Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-610/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 69, mənzil 44-da qeydiyyatda olan, əvvəllər məhkum edilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda: • 1,412 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 iyun 2024-cü il tarixdə, saat 16:45-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə həmin narkotik vasitə; • 0,864 qram psixotrop maddə metamfetamini və 1,154 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 01:00-da polis əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən bir bükümdə həmin psixotrop maddə və 02 bükümdə həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 10 ildən çoxdur narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 15 iyun 2024-cü il tarixdə, səhər saatlarında “Kubinka” adlanan ərazidə üzdən tanıdığı şəxsdən 01 bükümdə heroin alıb üzərində saxlamışdır. Həmin günü, saat 16:45 radələrində Şərifzadə küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu 28-ci polis şöbəsinə dəvət etmişlər. Orada o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda 29 avqust 2024-cü il tarixdə ünvan 5 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu 20-ci polis şöbəsinə dəvət etmişlər. Onun üzərində heç bir narkotik vasitə olmasa da, şöbədə polis əməkdaşları ona 03 ədəd büküm narkotik vasitə və psixotrop maddə verib cibinə qoymasını tələb etmiş, əks halda yanında olan qadını tutacaqlarını söyləmişlər. O da məcbur olub üzərindən guya 01 ədəd bükümdə metamfetamin və 02 ədəd bükümdə heroinin çıxmasını etiraf etmişdir. Məhkəmədə şahid Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlanılması üçün 15 iyun 2024-cü il tarixdə müvafiq qrup yaradılmışdır. Qrupun üzvü kimi o və iş yoldaşı X2 həmin günü, saat 16:45 radələrində ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu şöbəyə dəvət etmişlər. Orada o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin olduğunu, onu, 15 iyun 2024-cü il tarixdə, səhər saatlarında “Kubinka” deyilən yerdən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ondan və şöbənin sahə rəisi X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar 29 avqust 2024-cü il tarixdə, saat 01:00 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, məsələ baradə ona məlumat verdikdən sonra şöbəyə dəvət etmişlər. Şöbədə onun üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki qara rəngli şalvarın sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin ikisinin içərisində heroin, digər bükümdə isə metamfetamin olduğunu, onları İran İslam Respublikasının vətəndaşının “M10” hesabına 70 manat pul göndərdikdən sonra sonuncunun “WhatsApp” proqramı vasitəsilə ona göndərdiyi məkandan saxlanılmamışdan bir az əvvəl götürməklə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın cibindən 03 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoyur və bildirir ki, 02 ədədinin içərisində heroin, digər bükümdə isə metamfetamin var, onları İran İslam Respublikasının vətəndaşının “M10” hesabına 70 manat pul göndərdikdən sonra sonuncunun “Whatsapp” proqramı vasitəsilə ona göndərdiyi məkan əsasında 28 avqust 2024-cü il tarixdə axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl öz şəxsi istifadəsi üçün götürüb. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.41-43); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • 16.06.2024-cü il tarixli, 3-16-16/2-6/3276 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...X4 aşkar olunmuş kütlə; Təqsirləndirilən şəxs – imza, ..dörd-imza ...yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi – 1,412 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 1,362 qram, aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (İ cild, i.v.138-141); • xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4373 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş: “Təqsirləndirilən şəxs üzərindən və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,864 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş: “Təqsirləndirilən şəxs üzərindən və s. yazılar olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,748 qr və 0,406 qram, ümumi təmiz çəkisi 1,154 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 0,814 qram, heroinin qalıq çəkisi 1,054 qram, aparılmış tədqiqatın dəyəri 60 manat təşkil edir (İ cild, i.v.55- 60); • “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokolda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 10 ildən çoxdur narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 28 avqust 2024-cü il tarixdə, günorta saatlarında əvvəllər pulla bir neçə dəfə narkotik vasitə və psixotrop maddə aldığı İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamış, ondan narkotik vasitə və psixotrop maddə istəmişdir. Həmin şəxs ondan 135 manat pul istəsə də, o, maddi imkanı aşağı olduğu üçün 70 manat pul verə biləcəyini, qalan 65 manatı isə yaxın günlərdə verəcəyinə söz vermişdir. O, “M10” mobil tətbiqi vasitəsilə 70 manat pulu göndərdikdən sonra həmin şəxsin dediyi ünvandan 03 ədəd şəffaf sellofan bükümü götürmüşdür. Narkotik vasitə və psixotrop maddəni götürəndən sonra həmin şəxslə aralarında olan yazışmaları və danışıqları silmişdir. 29 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Azər Əliyev küçəsində olan zaman 02 nəfər mülki geyimli şəxs onu saxlayıb narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu 20-ci polis şöbəsinə aparılmışdır. Orada onun üzərindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Şöbəyə gətirilən zaman ona qarşı hər hansı fiziki zor və ya psixoloji təzyiq göstərilməmişdir (İ cild, i.v.85-87); • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 5940 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.192-193); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş və xx.xx.2024-cü il tarixdə müstəntiqin qərarı ilə o, müvəqqəti saxlanıldığı yerdən azad edilmişdir (İ cild, i.v.121, 164); • “Şübhəli şəxsin tutulması haqqında” 29 avqust 2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin günü, saat 01:00-dan məhdudlaşdırılmış, o, 30 avqust 2024-cü il tarixdə, saat 14:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 30 avqust 2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.31, 85-87, 90-94); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,814 qram metamfetamin, 1,054 qram və 1,362 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, i.v.203-214); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.96); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)- 610/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur (İİ cild, i.v.9-11). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona verilmiş ittihamın ikinci epizodu üzrə özünü təqsirli bilməsə də, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə bu əməlin də onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxsin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalaraq üzərinə psixotrop maddə metamfetamini və narkotik vasitə heroini götürməsi ilə bağlı ifadəsinə dair məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraat zamanı qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə psixi zorakılığın tətbiq edilməsi ilə bağlı iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 gün (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət, xx.xx.2024-cü il tarixdən, saat 01:00-dan xx.xx.2024-cü il tarix, saat 01:00-dək olan müddət və bundan sonrakı vaxt) müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə həbsə alındığı andan – 18 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,814 qran psixotrop maddə metamfetamin, 1,054 qram və 1,362 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 152 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu ümumi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatlarının dəyəri 152 (yüz əlli iki) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,814 qran psixotrop maddə metamfetamin, 1,054 qram və 1,362 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-610/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-610/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver